Məhkəmə qərarları › İş №1-1(106)-19/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(106)-19/2024

10.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1-1(106)-19/2024 10.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində X4 şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X9 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti, zərərçəkmiş şəxsin hüquqi varisi X21 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmü (sədrlik edən X15, hakimlər X1 və X2 ibarət tərkibdə) ilə, xx xxxx 1997-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, məhkum olunmamış, MN-nin N saylı hərbi hissənin zabiti, baş leytenant, Xaçmaz rayonu, Xudat şəhəri, X14 küçəsi,ev 27-də daimi qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125 ,329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib, ona CM-in 125-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 329.2.1, 329.2.2-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 341.3-cü maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza-8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 03 fevral 2023-cü ildən hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Laçın rayonunun ərazisində yerləşdirilmiş N nömrəli hərbi hissəsinin 2-ci N millimetrlik minaatan batareyasının 1-ci minaatan tağımının komandiri - batareyanın baş zabiti vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 30 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «LS-17» adlandırılan döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın 2-ci manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs2 döyüş növbətçiliyində olduğu zaman təbii ehtiyacını ödəmək məqsədilə döyüş mövqeyindən icazəsiz olaraq kənarlaşdığını görüb bundan qəzəblənərək, döyüş mövqeyinin əsgər yataqxanasının qarşısında sonuncuya öz iradını bildirmiş, daha sonra isə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsində göstərilmiş «Komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətləri alçalda bilcəcək hərəkətlər etməməli, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamənin tələblərinə və vəzifə borcuna əməl etməklə tabeliyində olanlar üçün nümunə olmalıdır» tələblərini, eləcə də İntizam Nizamnaməsinin 1, 3 və 5-ci maddələrində göstərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini pozaraq, orada əsgər Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə 2-3 sillə zərbəsi və bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq zərbəsi vuraraq, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 16 oktyabr 2022-ci il tarixdə günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun 6cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «LS-17» adlandırılan döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgəri Zərərçəkmiş şəxs2 qış fəsli üçün nəzərdə tutulmuş hərbi geyim dəstini ona verilmiş vaxt ərzində geyinə bilmədiyini görüb bundan qəzəblənərək, heç bir xidməti zərurət olmadan buna görə həmin mövqeyin bütün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına «döyüşə» komandası verib şəxsi heyəti qarlı hava şəraitində süründürmüş, bunun ardınca onları həmin ərazidə yerləşən yüksəklik istiqamətində bir neçə dəfə qaçırtmış, daha sonra isə həmin əsgərləri döyüş mövqeyinin əsgər yataqxanasının qarşısında sıraya düzərək sıranın qarşısına keçib orada Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 47-ci və İntizam Nizamnaməsinin 1, 3 və 5-ci maddələrində göstərilmiş tələbləri pozaraq, əsgər Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə 4-5 sillə zərbəsi vurub, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı təkrarən öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin noyabr ayının sonlarında günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində aşpaz kimi xidmət edən komandiri olduğu tağımın 1-ci manqasının baş tuşlayıcısı, əsgər Zərərçəkmiş şəxs1 əsgər Zərərçəkmiş şəxs2, eləcə də həmin tağımın 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs3 yanına çağırmasını tapşırmışdır. Əsgər Zərərçəkmiş şəxs1 ona verilmiş tapşırığa əsasən hər iki əsgəri çağırdıqdan sonra baş leytenant Təqsirləndirilən şəxs, əsgərlər Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs3 döyüş mövqeyinin əsgər yataqxanasının qarşısında sıraya düzüb orada onlara yol verdikləri nöqsanlara, yəni qabları təmiz yumadıqlarına və otağı səliqəsəhmana salmadıqlarına görə öz iradını bildirmiş, daha sonra isə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 47-ci və intizam Nizamnaməsinin 1, 3 və 5-ci maddələrində göstərilmiş tələbləri pozaraq, heç bir səbəb olmadan hər ikisinin bədəninin müxtəlif nahiyələrinə sillə və yumruq zərbələri vurub, əsgər Zərərçəkmiş şəxs3 qabların yenidən yuyulması, əsgər Zərərçəkmiş şəxs2 isə odun sobasının borusunun təmizlənməsinə dair göstəriş vermiş və bundan sonra əsgər Zərərçəkmiş şəxs2 ona verilmiş tapşırığı icra etmək üçün çölə çıxarkən, sonuncunu badalaq fəndi ilə yerə yıxıb bu vəziyyətdə onun bədəninə bir neçə yumruq zərbəsi vurmuş, ardınca kitelindən tutub onu qarın üzərində sürüməklə rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı təkrarən öz tabeliyində olan iki şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin dekabr ayının ortalarında saat 19 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun 6- cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin əsgər yataqxanasına daxil olduqda, həmin döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 çarpayılarda uzanıb istirahət etdiklərini görmüş və bundan qəzəblənərək hər ikisini çarpayıdan qaldırmışdır. Ardınca baş leytenant Təqsirləndirilən şəxs ilk olaraq əsgər Zərərçəkmiş şəxs2 yaxınlaşıb, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 47-ci və İntizam Nizamnaməsinin 1, 3 və 5-ci maddələrində göstərilmiş tələbləri pozaraq, ondan əsgərlər arasında ən ağır təhqir kimi qəbul edilən və bütün söyüşləri öz ünvanına götürən şəxs mənasını ifadə edən «peysər» olduğunu boynuna almasını istəmiş və sonuncu onun bu təklifinə öz kəskin etirazını bildirib «Mən peysər deyiləm» deyərək cavab verdikdə, buna görə əsgər Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə sillə, yumruq və təpik zərbələri vurmağa başlamış və yalnız sonuncu ona «peysər» olduğunu bildirdikdən sonra ondan əl çəkmişdir. Daha sonra baş leytenant Təqsirləndirilən şəxs, öz cinayətkar və nizamnamədən kənar hərəkətlərini davam etdirərək, əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşıb sonuncuya «Ağayev peysər» deyərək müraciət etmiş və sonuncu onun bu müraciətinə öz kəskin etirazını bildirib, «Mən Zərərçəkmiş şəxs1m, Ağayev peysər deyiləm» dedikdə, onu yerə yıxıb əllərini arxa tərəfindən tutaraq, bu vəziyyətdə ondan «peysər» olduğunu boynuna almasını tələb etmişdir. Lakin əsgər Zərərçəkmiş şəxs1, onun tələbinə baxmayaraq, yenidən «peysər» olmadığını bildirmiş və bundan daha da qəzəblənmiş baş leytenant Təqsirləndirilən şəxs onun bədəninin müxtəlif nahiyələrinə sillə və yumruq zərbələri vurmağa başlamış və yalnız sonuncu ona «peysər» olduğunu bildirdikdən sonra ondan uzaqlaşıb, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı təkrarən öz tabeliyində olan iki şəxsə zor tətbiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 06 yanvar 2023-cü il tarixdə saat 09 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun 6- cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində xidmət aparan komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, eləcə də həmin tağımın 1-ci manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs6, həmin tağımın 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs4, həmin tağımın 3-cü manqasının baş tuşlayıcısı, əsgər Zərərçəkmiş şəxs9, həmin tağımın 2-ci manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs8, həmin tağımın 2-ci manqasının sürücüsü, əsgər Zərərçəkmiş şəxs7, həmin tağımın 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs5 və həmin tağımın heyət nəfəri, əsgər X10 heç bir iş görməyərək, döyüş mövqeyinin əsgər yataqxanasında oturub öz aralarında söhbət etməklə istirahət etdiklərini görərək bundan qəzəblənmiş və buna görə həmin əsgərlərə öz iradını bildirmişdir. Daha sonra baş leytenant Təqsirləndirilən şəxs rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Ə.A.Salahovu «öz mülahizəsi ilə» etdikləri hərəkətə görə cəzalandırmaqla şəxsi heyət arasında özünü tələbkar və prinsipial, lazım gəldikdə şəxsi heyəti nizamnamələrlə nəzərdə tutulmamış qaydada cəzalandıra bilən komandir kimi göstərmək niyyəti ilə, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin döyüş mövqeyindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə döyüş şəraitində yerləşməsinə və əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib həmin əsgərləri döyüş mövqeyinin həyətinə çıxartmış və heç bir zərurət olmadan fasilələrlə hər dəfə təxminən 30 (otuz), 40 (qırx) və 60 (altmış) dəqiqə olmaqla 7-8 (yeddi-səkkiz) dəfə «posta basqın» və «döyüşə» komandaları verib onları kəskin soyuq və şaxtalı hava şəraitində, tam hərbi geyim formasında döyüş mövqeyinin ərazisində döyüşə hazır vəziyyətdə saxladıb bununla həmin əsgərlərə güclü fiziki ağrı və istirablar verməklə onların hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 07 yanvar 2023-cü il tarixdə səhər saatlarında rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyət arasında özünü tələbkar və prinsipial, lazım gəldikdə şəxsi heyəti nizamnamələrlə nəzərdə tutulmamış qaydada cəzalandıra bilən komandir kimi göstərmək niyyəti ilə, xidmət etdiyi batareyanın şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin döyüş mövqeyindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə döyüş şəraitində yerləşməsinə və əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib həmin döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Ə.A.Salahovu döyüş mövqeyinin əsgər yataqxanasının qarşısına çıxarıb heç bir zərurət olmadan «posta basqın» komandası verərək, onları kəskin soyuq və şaxtalı hava şəraitində, tam hərbi geyim formasında təxminən 1 (bir) saat 30 (otuz) dəqiqə müddətində döyüş mövqeyinin ərazisində döyüşə hazır vəziyyətdə saxladıb bununla həmin əsgərlərə güclü fiziki ağrı və istirablar verməklə onların hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 08 yanvar 2023-cü il tarixdə saat 12 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin əsgər yataqxanasında şəxsi istifadəsində olan smartfon tipli mobil telefonda «PUBG» adlı oyun oynadığı zaman məğlub olduğundən qəzəblənmiş və buna görə, rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyət arasında özünü tələbkar və prinsipial, lazım gəldikdə şəxsi heyəti nizamnamələrlə nəzərdə tutulmamış qaydada cəzalandıra bilən komandir kimi göstərmək niyyəti ilə, xidmət etdiyi batareyanın şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin döyüş mövqeyindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə döyüş şəraitində yerləşməsinə və əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər edib həmin döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Ə.A.Salahovu döyüş mövqeyinin əsgər yataqxanasının qarşısına çıxarıb heç bir zərurət olmadan «posta basqın» və «döyüşə» komandaları verərək, onları kəskin soyuq və şaxtalı hava şəraitində, tam hərbi geyim formasında müvafiq olaraq 60 (altmış) və 15 (on beş) dəqiqə müddətində döyüş mövqeyinin ərazisində döyüşə hazır vəziyyətdə saxladıb, eləcə də onları yerdə süründürüb bununla həmin əsgərlərə güclü fiziki ağrı və istirablar verməklə onların hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 09 yanvar 2023-cü il tarixdə axşam saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun 6cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Ə.A.Salahovun əsgər yataqxanasında yığıldıqlarını görüb bundan qəzəblənərək həmin əsgərləri yataqxanadan çıxartmış, daha sonra isə rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyət arasında özünü tələbkar və prinsipial, lazım gəldikdə şəxsi heyəti nizamnamələrlə nəzərdə tutulmamış qaydada cəzalandıra bilən komandir kimi göstərmək niyyəti ilə, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin döyüş mövqeyindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə döyüş şəraitində yerləşməsinə və əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib həmin əsgərlərə heç bir zərurət olmadan «posta basqın» komandası verərək onları kəskin soyuq və şaxtalı hava şəraitində, tam geyim formasında uzun müddət döyüş mövqeyinin ərazisində döyüşə hazır vəziyyətdə saxladıb bununla həmin əsgərlərə güclü fiziki ağrı və istirablar verməklə onların hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 10 yanvar 2023-cü il tarixdə günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin əsgər yataqxanasına daxil olaraq orada heç bir əsgərin olmadığın və onların əsgər yataqxanasının qarşısında toplaşdıqlarını görərək bundan qəzəbşənib rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyət arasında özünü tələbkar və prinsipial, lazım gəldikdə şəxsi heyəti nizamnamələrlə nəzərdə tutulmamış qaydada cəzalandıra bilən komandir kimi göstərmək niyyəti ilə, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin döyüş mövqeyindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə döyüş şəraitində yerləşməsinə və əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib həmin döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Ə.A.Salahova döyüş mövqeyinin əsgər yataqxanasının qarşısında heç bir səbəb və ya xidməti zərurət olmadan «posta basqın» komandası verərək, onları təxminən 30-40 (otuzqırx) dəqiqə ərzində kəskin soyuq və şaxtalı hava şəraitində, tam geyim formasında saxladıb bununla həmin əsgərlərə güclü fiziki ağrı və istirablar verməklə onların hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 11 yanvar 2023-cü il tarixdə günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində xidmətdə olduğu zaman naharın vaxtında hazır olmadığını bilib bundan qəzəblənərək, rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyət arasında özünü tələbkar və prinsipial, lazım gəldikdə şəxsi heyəti nizamnamələrlə nəzərdə tutulmamış qaydada cəzalandıra bilən komandir kimi göstərmək niyyəti ilə, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin döyüş mövqeyindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə döyüş şəraitində yerləşməsinə və əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib həmin döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Ə.A.Salahovu heç bir xidməti zərurət olmadan döyüş mövqeyinin əsgər yataqxanasının qarşısına çıxarıb «posta basqın» və «döyüşə» komandaları verərək, onları kəskin soyuq və şaxtalı hava şəraitində, tam hərbi geyim formasında 15 (on beş) dəqiqə müddətində döyüş mövqeyinin ərazisində döyüşə hazır vəziyyətdə saxladıb, eləcə də onları yerdə süründürüb bununla həmin əsgərlərə güclü fiziki ağrı və istirablar verməklə onların hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin dekabr ayının sonlarında saat 00 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində xidmət aparan əsgər Ə.A.Salahov döyüş növbətçiliyindən qayıdaraq ona xidmət müddəti ərzində heç bir hadisənin baş verməməsi barədə məruzə etmək istədikdə, heç bir səbəb olmadan, üzərində öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə sonucuya əsgərlər arasında ən ağır təhqir kimi qəbul edilən və bütün söyüşləri öz ünvanına götürən şəxs mənasını ifadə edən «Peysər gəldi» deyərək, ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxsin ləyaqətini alçaltmışdır. Bundan başqa Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 11 yanvar 2023-cü il tarixdə «Bayraktar» təlimlərinə cəlb olunmaq məqsədi ilə Laçın rayonunun Quşçu kəndinin ərazisində yerləşən batareyanın dayaq məntəqəsinə düşürdülmüş və səhəri gün, yəni 12 yanvar 2023-cü il tarixdə onun vəzifələrini icra etmək üçün N nömrəli hərbi hissənin 2-ci N millimetrilik minaatan batareyasının atəş dəstək qrupunun komanidiri, gizir Şahid2 şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinə göndərilmişdir. Gizir Şahid2 həmin döyüş mövqeyə gəldikdən bir-iki gün sonra baş leytenant Təqsirləndirilən şəxs tabeliyindəki əsgərlərə «peysər» deməsini eşidib, onları sıraya düzərək «Kiminsə sizə peysər deməsinə icazə verməyin, o şəraiti yaratmayın, peysər sözünün sadəcə bir mənası var, həmin söz anasının, bacısının söyüldüyünü bilən və buna heç bir reaksiya verməyən şəxslərə deyilir» deyib, əsgərlərə həmin ifadənin mənasını və bunun ağır təhqir olduğunu izah etmişdir. Bundan sonra əsgərlər öz aralarında toplaşıb müzakirə edərək, həmin ifadə şəxsi heyət arasında ən ağır təhqir kimi qəbul olunduğu üçün, bir daha heç kimin onların ünvanına «peysər» deməsinə imkan verməmələrinə, ünvanına həmin ifadənin deyiləcəyi əsgərin isə bundan sonra ən hörmətsiz, şəxsi heyət arasında heç bir nüfuza sahib olmayan və «başı aşağı» əsgər kimi qəbul olunacağına qərar vermişlər. 18 yanvar 2023-cü il tarixdə səhər saatlarında əsgərlər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Ə.A.Salahov, eləcə də həmin batareyanın 1-ci tağımının 2-ci manqasının baş tuşlayıcısı, əsgər Şahid1 və həmin tağımın 3-cü minaatan manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X16 hamamlanmaq və paltarlarını yumaq məqsədi ilə batareyanın dayaq məntəqəsinə getmiş və oraya çatdıqda həmin vaxt orada olmuş baş leytenant Təqsirləndirilən şəxs onları görərək, üzərlərində öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə, heç bir səbəb olmadan uca səslə «Peysərlər gəldi» deyib onlara səslənmiş, sonra isə yaxınlaşıb əsgər Ə.A.Salahovu və digərlərini nəzərdə tutaraq kinayəli şəkildə «Hanı bu yuxarıdan düşən peysərlər?» deyərək, tabeliyindəki əsgərlərin ünvanına onlar tərəfindən ən ağır təhqir kimi qəbul edilən ifadə işlətmişdir. Daha sonra baş leytenant Təqsirləndirilən şəxs, Laçın rayonunun Quşçu kəndinin ərazisində yerləşən batareyanın dayaq məntəqəsində olarkən, 19 yanvar 2023-cü il tarixdə axşam saatlarında komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, M. E.Qocayev, Ə.A.Salahov və Şahid1 yaxınlaşaraq onlardan kimin çimə bilmədiyini soruşmuşdur. Bu zaman əsgər Ə.A.Salahov ona çimə bilmədiyini bildirdikdə, baş leytenant N. Təqsirləndirilən şəxs «Niyə, ay peysər?» deyərək sual vermiş və sonuncu ona isti suyun qurtardığını, həmin vaxtadək paltarlarını yuduğuna görə çimə bilmədiyini dedikdə, heç bir səbəb olmadan digər əsgərlərin yanında əsgər Ə.A.Salahova «S...m sənin oğlanlığını, get tez elə çim, çimməmiş gəlib yatmırsan» deyib ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxsin ləyaqətini alçaltmışdır. Əsgər Ə.A.Salahov həmin vaxt tabeliyində olduğu baş leytenant Təqsirləndirilən şəxs ünvanına işlətdiyi təhqiredici ifadələrə görə öz etirazını bildirməsə də, sonuncunun həmin qanunsuz və nizamnamədənkənar hərəkəti ona pis təsir etmiş, əsgər yoldaşlarının yanında təhqir olunmasından sonra həm bu səbəbdən, eləcə də buna qarşı həmin vaxt öz etirazını bildirə bilmədiyinə görə artıq tağımda ən hörmətsiz, heç bir nüfuza sahib olmayan və «başı aşağı» əsgər kimi qəbul olunacağını düşünərək kefi pozulmuş, baş leytenant Təqsirləndirilən şəxs ona qarşı amansız münasibət göstərməsindən, mütəmadi olaraq onun ləyaqətini alçaltmasından, xüsusən sonuncu dəfə, yəni 19 yanvar 2023-cü il tarixdə şəxsi heyətin yanmada ünvanına «peysər» və digər təhqiredici ifadələr işlətməsindən sonra, bir neçə dəfə əsgər yoldaşlarına Təqsirləndirilən şəxs həmin qanunsuz və nizamnamdənkənar hərəkətlərindən artıq bezdiyini bildirərək, buna görə əhvalruhiyyəsində ciddi dəyişikliklər yaranmış və psixikasında baş vermiş mənfi dəyişikliklərdən özünü idarəetməsi aşağı səviyyəyə enmiş, hərəkətlərinin uzaq məqsədini görməkdə çətinlik çəkməklə həyatda yaşamağa davam etmək istəməmiş və bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürməkdə görərək, bu barədə fikrini qətiləşdirmişdir. Məhz baş leytenant Təqsirləndirilən şəxs həmin qanunsuz və nizamnamədənkənar hərəkətləri, yəni ona qarşı amansız münasibət göstərməsi və ləyaqətini mütəmadi olaraq alçaltması əsgər Ə.A.Salahovun psixi-emosional sferasında depressiv əlamətlər (özünə qapanma, sıxıntı, gərginlik, əhval-ruhiyyənin enməsi, qəmginlik, bezikmə və s.) yaranmasına gətirib çıxartmış və nəticədə o, 24 yanvar 2023-cü il tarixdə saat 15:15 radələrində şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində döyüş növbətçiliyi xidmətini tək apardığı zaman baş leytenant Təqsirləndirilən şəxs həmin qanunsuz və nizamnamədənkənar hərəkətləri səbəbindən özünü öldürmək niyyətilə döyüş növbəsinə çıxarkən ona verilmiş patronla dolu daraqdakı ilk 3 (üç) ədəd təlim patronunu çıxartmış, döyüş patronları ilə dolu darağı xidməti istifadəsi üçün müvəqqəti olaraq ona verilmiş, xidmət etdiyi batareyaya məxsus «AKMS» markalı, 7,62 mm çaplı, TF1698 N°-li avtomat silaha taxmış, daha sonra silahın qoruyucunu avtomatik atış rejiminə keçirib yarımoturaq vəziyyətdə avtomat silahın qundaq hissəsini ayaqları arasından yerə qoymaqla, lülənin ön kəsiyini çənəaltı nahiyyəsinə dirəyərək sağ əlinin baş barmağı ilə silahın tətiyini qəsdən çəkərək qəsdən atəş açmış və avtomatik rejimdə açılmış atəş zamanı güllələrdən birinin onun çənə nahiyəsini deşərək başının təpə nahiyəsindən çıxması nəticəsində həyat üçün təhlükəli olan, ağırlıq dərəcəsinə görə sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Həyatla bir araya sığmayan travma, çənaltı nahiyədən kəllə tağına doğru istiqamətlənmiş baş beyin toxumasının, kəllə sümüklərinin, beyin qişalarının dağılması ilə müşayiət olunan kəllə boşluğunu dəlib keçən bir ədəd yara» xəsarətlərini alaraq hadisə yerində ölmüş, bununla da baş leytenant Təqsirləndirilən şəxs ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onun ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. APELLYASİYA PROTESTİ VƏ APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti, zərərçəkmiş şəxsin hüquqi varisi X21 tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində Füzuli Hərbi Məhkəməsinin 1-1(097)- 54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxs Nurlan Quliyevin leytenant hərbi rütbəsindən məhrum edilməklə ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə çıxışında Təqsirləndirilən şəxs CM-in 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib, “leytenant” hərbi rütbəsindən məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişdir. Buna baxmayaraq məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almamış, təklif etdiyi əlavə cəzaya münasibət bildirmədən Təqsirləndirilən şəxs 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etməklə onun şəxsiyyətinə açıq-aydın uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən cəza təyin etmişdir. İlk öncə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs nə ibtidai araşdırma düvründə, nə də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməllərini etiraf etməmiş, özünü müdafiə xarakterli ifadələr verməklə cəzadan boyun qaçırmağa çalışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X21 ifadəsində oğlu Əkram Salahovun özünü öldürməsinin səbəbi kimi baş leytenant Təqsirləndirilən şəxs oğlu Ə.Salahova qarşı etdiyi qanunsuz hərəkətlərin, əsgərlərin gözü qarşısında onun şərəf və ləyaqətinin alçaltmasının olduğunu qeyd edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onunla barışmaq niyyətində olmadığını və onun qanunla müəyyən edilmiş ən ağır cəzaya məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da öz növbələrində ifadələrində Təqsirləndirilən şəxs qarşı şikayətçi olduqlarını və onunla barışmadıqlarını bildirmişlər. Nədənsə, məhkəmə cəza təyini zamanı zərərçəkmiş şəxsin hüquqi varisi A.K.Salahov, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı şikayətlərinin olmasını və onunla barışmadıqlarını ümumiyyətlə nəzərə almamışdır. Həmçinin, məhkəmə istintaqı zamanı digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 ifadələrində Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını qeyd etsələr də, onunla barışmalarına dair hər hansı bir fikir bildirməmişlər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı törətmiş olduğu cinayətlərdən heç birini etiraf etmədiyi halda, məhkəmənin buna “xüsusi əhəmiyyət” verib onun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi qəbul etməsi, hazırki iş üzrə məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı arbitr rolunda olduğunu şübhə altına alır. Bundan başqa, məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilyinə lazımi diqqət yetirməmişdir. Belə ki, cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdən 19 yanvar 2023-cü il tarixədək olan müddətdə düşmən mövqelərindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə yerləşən şərti olaraq «L- 42» adlandırılan döyüş postunda post başçısı vəzifəsində xidmət aparmağa təyin olunandan sonra, zabit rütbəsi daşımasına baxmayaraq mütəmadi olaraq bilavasitə düşmənlə üzbəüz mövqedə xidmət edərək döyüş əməliyyatlarında onunla çiyin-çiyinə durmalı olan əsgərlərin şərəf və ləyaqətlərini alçaltmış, onlara qarşı zor tətbiq etmiş, nalayiq ifadələrlə təhqir etmiş, 06 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixədək olan müddətdə əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək zərurət olmadığı halda və yol verdikləri xırda nöqsanları bəhanə etməklə cəza tədbiri kimi əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Ə.A.Salahovu döyüş mövqeyinin əsgər yataqxanasının qarşısına çıxarıb «posta basqın» və «döyüşə» komandaları verərək, onları kəskin soyuq və şaxtalı hava şəraitində, tam hərbi geyim formasında hər dəfə 15 (on beş) dəqiqə müddətində döyüş mövqeyinin ərazisində döyüşə hazır vəziyyətdə saxladıb, eləcə də onları yerdə süründürüb bununla həmin əsgərlərə güclü fiziki ağrı və iztirablar vermiş, nəticədə Təqsirləndirilən şəxs əsgər Ə.A.Salahova qarşı qanunsuz və nizamnamədən kənar hərəkətləri, yəni ona qarşı amansız münasibət göstərməsi və ləyaqətini mütəmadi olaraq alçaltması sonuncuda psixi-emosional sferasında depressiv əlamətlər yaranmasına gətirib çıxartmış və nəticədə o, özünü öldürmüşdür. Lakin məhkəmə naməlum səbəblərdən Təqsirləndirilən şəxs tabeliyində olan 9 əsgərə qarşı ayrı-ayrı vaxtlarda təkrarən zor tətbiq etdiyini və şərəf və ləyaqətini alçaltdığını, təkrarən döyüş şəraitində öz xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər etdiyini, ümumilikdə onun 15 epizod üzrə ittiham olunduğunu, qanunsuz hərəkətləri nəticəsində əsgər A.Ə.Salahovun özünü öldürdüyünü, qeyd edilən hadisələrin düşmənin əsarəti altından yeni azad olunmuş torpaqda, hərbi hissə üçün strateji əhəmiyyət kəsb edən Laçın rayonunun ərazisində döyüş şəraitində yerləşən döyüş postunda baş verdiyini nəzərə almamışdır. Bundan əlavə qeyd edilməlidir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini yüksək məsuliyyət tələb edən döyüş postunda post başçısı vəzifəsində törətməsi, tabeliyində xidmət edən əsgərlərə müntəzəm olaraq zor tətbiq etməsi və onların şərəf və ləyaqətini alçaltması, habelə döyüş şəraitində öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi cinayətlərin ictimai təhlükəliliyini daha da artırmışdır. Cinayətlərin xarakteri və ictimai təhlükəliliyi ilə əlaqədar sadalanan ciddi hallara baxmayaraq, burada da məhkəmə ədalətsiz qərar qəbul edib, post başçısı vəzifəsində olsa da, tabeliyində olanlara qarşı əzazilliyi ilə seçilən, rəhmsiz, mütəmadi olaraq şəxsi heyətin şərəf və ləyaqətini alçaldan, daim onları gərginlikdə saxlayan Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Hökmün mübahisələndirilməsi üçün yaranmış digər bir məqam ondan ibarətdir ki, tərəfimdən məhkəmə çıxışımda məsələ qaldırılsa da, məhkəmə kollegiyası əlavə cəza ilə bağlı çıxışa ümumiyyətlə münasibət bildirmədən, hər hansı əsaslandırma aparmadan həmin cəzanı təyin etməmişdir. Silahlı Qüvvələrin Daxiil Xidmət Nizamnaməsinin tələblərinə əsasən hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət törətməklə yanaşı, bir hərbi qulluqçu kimi müvafiq nizamnamələrin tələblərini də pozmuş, hətta öz rütbəsinin şərəfini belə qoruya bilməmişdir. Belə olan halda, ağır cinayət törətmiş zabitin ona verilmiş hərbi rütbəni daşımağa nə qanuni əsası, nə də ki mənəvi haqqı vardır. Bu kimi tutarlı əsaslar olduğu bir vəziyyətdə məhkəmə kollegiyasının Təqsirləndirilən şəxs əlavə cəza təyin etməməsinin səbəbləri “qaranlıqdır”. Belə hökmün hərbi qulluqçular arasında da ədalət mühakiməsinə inamın itməsinə, şüurlarında cəzasızlıq mühiti haqqında fikirilərin formalaşmasına, dolayısı ilə hərbi qulluqçuların analoji cinayətlər törətmək meyllərinin yaranmasına səbəb olacağı istisna edilmir. CM-in 41-ci maddəsinə görə, cəza təqsirli şəxs barəsində cinayət qanunvericiliyi ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin məhkəmə hökmləri həm də cəmiyyət üçün tərbiyəvi xarakter daşıyan normativ aktdır. CPM-nin 403-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsinə səbəb olur. CPM-in 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs CM-in 125, 329.2.1, 329.2. və 341.3-cü maddələri ilə təqsirli bilərək törətmiş olduğu cinayətin ictimai təhlükəliliyinə və xarakterinə uyğun olmayan cəza təyin etmişdir. Bu da, CPM-in 399.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq hökmün dəyişdirilməsi üçün əsasdır. Odur ki, Füzuli Hərbi Məhkəməsinin 23 fevral 2024-cü il tarixli hökmü əlavə cəza da təyin edilməklə daha ağır cəzaya məhkum olunması ilə bağlı dəyişdirilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X21 apellyasiya şikayətində Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasının ən yuxarı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Füzuli Hərbi məhkəməsinin hökmünü tam ədalətsiz və qanunsuz hesab edir. Belə ki, məhkəmə CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxsə 8 il azadlıqdan məhrum etmə cəzası təyin etməsi, təqsirləndirilən şəxsə vəkillik etməyə bərabər tutulacaq hərəkətdir. Hesab edir ki, məhkəmə təqsirləndirilən şəxsə həm ayrı-ayrı cinayətlərə görə cəza təyin edərkən, həm də cinayətlərin məcmusu üzrə cəza təyin edərkən məhkəmə qərəzə yol vermiş, təqsirləndirilən şəxsə həddindən aşağı cəza təyin etmişdir.Məhkəmə iclaslarında dəfələrlə təqsirləndirilən şəxsdən şikayətçi olduğumu bildirsəm də məhkəmə bunu nəzərə almamış, təqsirləndirilən şəxsə həddindən artıq yüngül cəza təyin etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində barəsində olan hökmün ləğv edilməsini, onun xidmətini davam etdirmək üçün hərbi hissəyə qaytarılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırdı ki, məhkəmə işin bütün hallarını tam araşdırmamış, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrini deyil, ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas tutaraq onun barəsində ittiham hökmü çızxartmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqnı zamanı ifadəsində onun tərəfindən mərhum X12 qarşı heç bir təhqir eşitmədiyini göstərdi.Zərərçəkmiş şəxs X17 da ifadəsində onun tərəfindən mərhum X12 qarşı heç bir təhqiredici söz eşitmədiyini göstərdi.Peşəkar zabit kimi tabeliyində olan əsgərlərə qarşı nizamnayə uyğun davranmış, heç bir əsgəri döyüb təhqir etməmiş, mərhum əsgər X13 özünü öldürmə həddinə çatdırmamışdır.Hesab edir ki, əsgərlər hərbi prokurorluqda onlara hədə qorxu gəlindiyindən, təzyiq altında ona qarşı ifadələr vermişlər. Zərərçəkmiş şəxs3, X7, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdikləri ifadələrindən imtina edərək məhkəmə istintaqı zamanı onun tərəfindən heç bir əsgərə qarhı təhqir, zorakılınq hallarının şahidi olmadıqlarını bildrirmişlər.Ona görə də hesab edir ki, zərərçəkmiş şəxslər məhkəmədə istintaq zamanı verdikləri ifadələrini təsdiq etmədiklərindən ona CM-in 329.2.1 və 329.2.2-ci maddələri ilə verilmiş ittiham əsassızdır. Bundvn başqa məhkəmə psixoloji ekspertizasının rəyində guya X11 özünü öldürməsini mənim ona təhqiredici sözlər deməyim, həmin təhqiredici sözlərin nəticəsində özünü öldürdüyü göstərilsə də bunları əsassız hesab edir.Hesab edir ki, törətmədiyi cinayətə görə ona CM-in 125-ci maddəsi ilə əsassız olaraq ittiham verilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində müdafiəçisi olduğu Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Füzuli Hərbi Məhkəməsi çıxardığı ittiham hökmünü ərizəçinin “etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, sənədlər və digər sübutlarla tam təsdiq edilməsi” ilə əsaslandırıb. Məhkəmə belə nəticəyə gəlib ki, Təqsirləndirilən şəxs Müdafiə nazirliyinin Laçın rayonunun ərazisində yerləşdirilmiş N saylı Hərbi hissənin 2- ci N millimetrlik minaatan batareyasının 1-ci minaatan tağımının komandiri – batareyanın baş zabiti vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin dekabr ayının sonlarında saat 00 radələrində xidmət etdiyi batareyanın Laçın rayonun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq L- 42 adlandırılan döyüş mövqedə xidmət aparan əsgər Ə. Salahov döyüş növbətçiliyindən qayıdaraq ona xidmət müddəti ərzində heç bir hadisənin baş verməməsi barədə məruzə etmək istədikdə, heç bir səbəb olmadan, üzərində öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə sonuncuya əsgərlər arasında ən ağır təhqir kimi qəbul edilən və bütün söyüşləri öz ünvanına götürən şəxs mənasını ifadə edən “Peysər gəldi” deyərək ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxsin ləyaqətini alçaltmışdır. Ə. Salahov həmin vaxt tabeliyində olduğu baş leytenant N. Qurbanova işlətdiyi təhqiredici fadələrə görə öz etirazını bildirməsə də, sonuncunun həmin qanunsuz və nizamnamədənkənar hərəkəti ona pis təsir etmiş, əsgər yoldaşlarının yanında təhqir olunmasından sonra həm bu səbəbdən, eləcə də buna qarşı həmin vaxt öz etirazını bildirə bilmədiyinə görə artıq tağımda ən hörmətsiz, heç bir nüfuza sahib olmayan və başı aşağı əsgər kimi qəbul olunacağını düşünərək kefi pozulmuş, baş leytenant N. Qurbanovun ona qarşı amansız münasibət göstərməsindən, mütəmadi olaraq onun ləyaqətini alçaltmasından, xüsusən sonuncu dəfə, yəni 19 yanvar 2023-cü ildə şəxsi heyətin yanında ünvanına peysər və digər təhqiredici ifadələr işlətməsindən sonra, bir neçə dəfə əsgər yoldaşlarına N. Qurbanovun həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərindən artıq bezdiyini bildirərək, buna görə əhval-ruhiyyəsində ciddi dəyişikliklər yaranmış və psixikasında baş vermiş mənfi dəyişikliklərdən özünü idarəıetməsi aşağı səviyyəyə enmiş, hərəkətlərinin uzaq məqsədini görməkdə çətinlik çəkməklə həyatda yaşamağa davam etmək istəməmiş və bu şəraitdə vəziyyətdən çıxış yolu kimi özünü öldürməkdə görərək, bu barədə fikrini qətiləşdirmişdir. İbtidai istintaq zamanı dindirilən şahidlərin, zərərçəkmiş şəxslərin əksəriyyəti Ə. Salahovun anasının ağır xəstə olduğunu, xərçəng xəstəliyindən əziyyət çəkdiyini və buna görə Ə. Salahovun daim fikirli gəzdiyini bildiriblər. həm də Ə. Salahovun atasının ciyərlərinin xəstə olduğunu bildirib), Asim Salahov ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərib ki, oğlu Əkrəm Salahov 2023-cü ilin yanvar ayının ortalarında onlarla əlaqə saxladığı zaman bir neçə dəfə xidmət etdiyi posta yeni post başçısı təyin edilmiş gizir Şahid2 postda xidmət edən əsgərlərə telefon vasitəsi ilə evlə əlaqə saxlamağa imkan vermədiyini bildirib. Bundan başqa, Şahid2 öz mobil telefonunda qumar oynadığını, həmin oyunda pul lazım olduğundan postda xidmət edən müxtəlif əsgərlərdən bir neçə dəfə müxtəlif üsullarla pul aldığını, oğlu E. Zalovun qumar oynadığını və əsgərlərdən aldığı pulu qumara yatırtdığını hazırda adını bilmədiyi əsgər yoldaşına dedikdən sonra həmin əsgərin bu barədə E. Zalova məlumat verdiyini, buna cavab olaraq isə E. Zalovun hansısa əsgərin vasitəsi ilə öz siqaretini oğlu Əkrəm Salahovun cibinə atdırtdığını, bundan sonra E. Zalovun öz siqaretini itmiş kimi təqdim edərək əsgərlərin üzərində axtarış edib öz siqaretini Ə. Salahovun üzərində tapmış kimi göstərib onun şərəf və ləyaqətini alçaltdığını bildirib. O, həmçinin müxtəlif orqanlara yazdığı şikayətlər E. Zalovun da oğlunun ölümündə təqsirli olmasını və bu halın araşdırılmasını tələb edib. Eyni zamanda məhkəmə iclasında da bunu bildirib. Lakin məhkəmə bu halı ətraflı araşdırmayıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair 15 sentyabr 2022-ci il tarixli qərarına görə, bu maddədə nəzərdə tutulan əməl təqsirin birbaşa və ya dolayı qəsd formasında törədilir. Yəni şəxs öz tabeliyində olan şəxsə qarşı bu maddədə nəzərdə tutulan hərəkətləri törədərkən onun özünü öldürəcəyini və ya özünü öldürmək həddinə çatdıracağını arzu edir və buna şüurlu surətdə yol verir. Digər tərəfdən, Ə. Salahovun həqiqətən N. Qurbanovun ona peysər deməsinə görə özünü öldürməsini hesab etsək, bu CM-nin 125-ci maddəsinin tərkibini yaratmır. Çünki burada mütəmadilik mövcud deyil. İttiham tərəfi Ə. Salahovun özünü öldürməsinin səbəblərini araşdırmayıb, onun ölümündə N. Qurbanovu təqsirli bilməklə səthi araşdırma aparmaqla kifayətlənib. Müdafiə tərəfi hesab edir ki, Ə. Salahovun özünü öldürməsində Ərizəçinin təqsiri olmayıb, belə ki, həmin hadisə baş verməzdən bir neçə gün əvvəl Ə. Salahovgilə yeni komandir təyin edilib, Ərizəçi hərbi hissədə olmayıb. Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri üzrə Ərizəçinin məhkum edilməsi ilə bağlı müdafiə tərəfinin mövqeyi 20. İsitntaq sənədlərinə görə, 2022-ci ilin 30 sentyabr, 16 oktyabr, noyabrın sonları, dekabrın ortaları tarixlərində N. X19 guya döyüb. A. Hüseynov göstərib ki, 30 sentyabr 2022-ci ildə saat 12 radələrində Ərizəçi onun bədəninin müxtəlif nahiyələrinə və sifətinə çoxlu yumruq və təpik zərbələri vuraraq onu döyüb. 16 oktyabr 2022-ci ildə günorta saatlarında hər iki sifət nahiyəsinə 4-5 dəfə sillə ilə vurub. 2022-ci ilin noyabr aylarında Ərizəçi badalaq verərək onu arxası üstə yıxaraq bədəninə bir dəfə yumruq zərbəsi vurdu, sonra da kitelinin yaxalığından tutaraq qarın üstündə onu sürüdü. Dekabr ayının sonlarında axşam saat 19 radələrində Ərizəçi kazarmada onun sifətinin hər iki tərəfinə sillə və yumruq zərbələri vurdu. Daha sonra Zərərçəkmiş şəxs1 sifətinə və bədəninin müxtəlif nahiyələrinə çoxlu sillə və yumruq zərbələri vuraraq onu döyüb. 04 oktyabr tarixində A. Hüseynov məzuniyyətə çıxıb. Əgər Ərizəçi həqiqətən də onu 30 sentyabr tarixində döyübsə, bu halda onun bədəni üzərində xəsarət izləri qalardı və A. Hüseynov məzuniyyətdə olduğu dövrdə onun xəsarətləri aşkar olardı və bununla bağlı o, aidiyyatı qurumlara şikayət edərdi. Tibbi ekspertiza rəyinə görə, A. Ağayevin almış olduğu xəsarət – üst dodağın sol yarısının çapılmış yarası – sağalmış yaranın izi olub bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. A. Hüseynovun almış olduğu xəsarət – üst dodağın sağ yarasının çapılmış yarası, sol budun qançırı, sağ aşağı göz qapağının sıyrığı - bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Digər tərəfdən, Ərizəçi verdiyi ifadəsində A. Ağayevin dodağında olan xəsarətin köhnə olduğunu, yəni hərbi xidmətə gəlməmişdən daha əvvəllər yarandığını, eyni zamanda A. Ağayevlə A. Hüseynovun bir-biri ilə dalaşarkən A. Hüseynovun üz nahiyəsindən xəsarət aldığını bildirib. Eyni zamanda qeyd edim ki, ekspertiza rəyində qeyd edilən xəsarətlərin həqiqətən Ərizəçi tərəfindən törədilməsi ağlabatan deyil. Hesab etsək ki, N. Qurbanov hər iki şəxsi döyüb, onların ifadələrdə göstərdiyi təsvirlərlə yaranan xəsarətlər bir-birinə uyğun deyil. Cinayət Məcəlləsinin 341.3-cü maddəsi üzrə Ərizəçinin məhkum edilməsi ilə bağlı müdafiə tərəfinin mövqeyi Zərəçəkmiş şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrdə göstəriblər ki, N. Qurbanov 05 yanvar 11 yanvar 2023-cü il tarixləri arasında əsgər heyətini daha da incidib, belə ki, 6 yanvar saat 9 radələrində posta basqın komandası verərək 1 saat ərzində bütün əsgər heyətini döyüş mövqeyinin ərazisində qarlı və çovğunlu havada çöldə saxladıb. Həmin gün N. Qurbanov yarım saat ara ilə günorta və axşam yeməyindən başqa döyüş mövqeyinin bütün əsgər heyətinə yat komandasınadək 7-8 dəfə posta basqın komandası verib hər dəfə təxminən 1 saat ərzində mövqeyin ərazisində tam hərbi geyim formasında çöldə döyüşə hazır vəziyyətdə saxlatdı. Bundan başqa, 07 -11 yanvar tarixlərində hər gün posta basqın və döyüşə komandası verərək onları gah qarda süründürüb, gah çöldə saxlatdırıb. Zərərçəkmiş şəxslər məhkəmə iclasında bunun baş vermədiyini, cəmi 1-2 dəfə olduğunu və çöldə 5 dəqiqə durduqlarını bildiriblər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, onların qulluq etdiyi hissə döyüş bölgəsində, ermənilərlə sərhədin yaxınlığında yerləşir. Bu halda onların aktivliyini və cəldliyini artırmaq, düşmənin qəfil hücumuna qarşı daha çevik hərəkət etmələri məqsədi ilə belə komandaların verilməsi normal haldır. İstintaq orqanı heç bir əsas olmadan belə nəticəyə gəlib ki, rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə döyüş şəraitində öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub. Lakin istintaq orqanı dövlətin hansı mənafelərinə zərər vurulmasını, zərərin mühümlüyünün nədən ibarət olduğunu izah etməyib. Zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə baxsaq, onların bir-biri ilə eyni məzmunda olduğunu, eyni cümlələrin yazıldığını görərik. Müstəntiq həmin ifadələrdə sadəcə adları dəyişdirib, hətta verilən suallara cavablar da eyni cümllələrlə qeyd edilib. Təbii ki, həmin şəxslərin eyni ifadə verməsi, eyni cümlələrdən istifadə etməsi ağlabatan deyil. Eltac Hüseynov şahid qismində verdiyi ifadəsində göstərib ki, N. Qurbanov döyüş mövqeyində xidmət edən hər hansı hərbi qulluqçuya qarşı nizamnamədənkənar münasibətlər göstərməsini xatırlamıram. Elmar Məmmədov da şahid qismində analoji ifadə verib və göstərib ki, dəfələrlə əsgərləri döyüş mövqeyində düzərək onlardan baş leytenant N. Qurbanovdan hər hansı şikayətlərinin olub-olmadığını soruşmuşam, lakin həmin əsgərlər mənə N. Qurbanovla bağlı hər hansı narazılıqlarının olduğunu və ya şikayətlərinin olması barədə deməyiblər. Hətta onlara nömrəmi də vermişdim ki, nədənsə problemləri və ya narahatlıqları olduğu halda mənimlə əlaqə saxlasınlar (cild 3, səh 187). Nicat Əliyev, Elşən Şükürov da şahid qismində verdikləri ifadələrdə N. Qurbanovun əsgərlərə qarşı nizamnamədənkənar münasibət göstərməsinin şahidi olmadıqlarını bildiriblər (cild 3, səh 202, 209). Beləliklə aydın olur ki, Ərizəçi ona qarşı irəli sürülən ittihamlarda göstərilən hərəkətləri törətməyib. Məhkəmə zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadələri nəzərə almayıb, belə ki, hökmdə göstərilib ki, həmin ifadələr təqsirləndirilən şəxsi müdafiə xarakteri daşıyır və işin halları ilə təkzib olunur. Belə ki, həmin zərərçəkmiş şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələr digər zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə və işin hallarına tam uyğundur və bir-birini təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Hüseyn və digərləri Azərbaycana qarşı” qərarında göstərib: ədalətlilik və çəkişmə prinsipi tələb edir ki, yerli məhkəmə şahidin məhkəmədə verdiyi ifadəyə məhkəmə öncəsi prosesdə verdiyi ifadədən daha çox diqqət yetirməlidir. Bunun səbəbi ondan ibarətdir ki, məhkəməyəqədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Daxili məhkəmələrin bu qiymətləndirmədə hər hansı əhəmiyyətli səhvlərə yol verib-vermədiklərini yoxlamaq Məhkəmənin vəzifəsi olmasa da, ondan tələb olunur ki, məhkəmələrin təqdim edilmiş sübutlara dair hər hansı etirazlarla bağlı qərarlarını əsaslandırıb-əsaslandırmadıqlarını nəzərdən keçirsin (Bax: Hüseyn və digərləri Azərbaycana qarşı, Ərizə № 35485/05, 45553/05, 35680/05 və 36085/05, 26 iyul 2011, 48-ci bənd). Füzuli Hərbi Məhkəməsi zərərçəkmiş şəxslərin ibtidai araşdırma zamanı verdiyi ifadələri, məhkəmədə verilən ifadələrdən üstün tutmasının səbəblərini göstərməyib, yalnız ümumi şəkildə qeyd edib. Məhkəmə zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrin hansı səbəblərdən müdafiə xarakterli hesab etdiyini, o cümlədən bu ifadələrin cinayət işində mövcud olan hansı materiallarla təkzib edildiyini göstərə bilməyib. Nəticədə mübahisələndirilən hökmdə məhkəmə əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərini qeyd etməyib. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını, 145-ci maddəsi isə hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli olmasını təsbit edir. Bu isə ərizəçinin qanunsuz sübutlar əsasında məhkum edildiyini göstərir. Məhkəmə Ərizəçini yuxarıda qeyd edilən maddələr üzrə məhkum etsə də, gəldiyi nəticəni əsaslandırmayıb. Sadəcə işin halları ilə Ərizəçinin təqsirinin sübuta yetirilməsini qeyd edib. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 özü və müdafiəçisi olduğu Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərin təmin olunması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması barədə qərar çıxarılmasını xahiş etdi. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində çıxışında özü və müdafiəçisinin verdiyi apellyasiya şikayətlərini müdafiə edərək, apellyasiya şikayətlərinin təmin edilməsini, onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Göstiərdi ki, özünün tam günahsız olduğunu demir. Müəyyən səhvləri olduğunu etiraf edir. Özünü CM-in 341.3-cü maddəsi ilə təqsirli bilir. Lakin, CM-in 329.2.1, 329.2.2 və 125-ci maddələrlə özünü təqsirli bilmir. Apellyasiya məhkəməsində çıxışında zərərçəkmiş şəxsin hüquqi varisi X21 verdiyi apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs ən ağır cəza təyin edilməsini xahiş etdi. Həmçinin təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Göstərdi ki, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində guya onun həyat yoldaşının onkoloji xəstə olduğunu, onun özünün də xəstə olduğuna görə oğlu Əkram Salahovun özünü öldürdüyünü bildirir. Lakin, bunlar tamamilə yalandır. Nə onun həyat yoldaşı, nə də özü heç bir xəstəlikdən əziyyət çəkmir. Lazım gəlsə bu barədə məhkəmə sənəd təqdim edə bilər. Həmçinin o da apellyasiya protestini müdafiə edərək təqsirləndirilən şəxsin hərbi rütbədən məhrum edilməsini xahiş edir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X8 təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətlərinin təmin olunmamasını, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin qismən təmin edilməsini, həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin qismən təmin edilməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, hökmün dəyişdirilməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Füzuli Hərbi Məhkəməsinin 1-1(097)- 54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək, barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu ibtidai istintaq və birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-in 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətləri verərək Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə düzgün tövsif etmişdir.Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi ibtidai istintaq və birinxci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüşuqi varisinin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq materialları ilə tamamilə sübuta yetirilmişdir. Həmçinin, təqsirləndirilən şəxs apellyasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, apellyasiya məhkəməsində çıxışında özünün tam təqsirsiz olmadığını, müəyyən səhvlərinin olduğunu bildirirək, özünü CM-in 341.3-cü maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X21 apellyasiya şikayətində Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə ən ağır cəza verilməsini, onun hərbi rütbədən məhrum edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində Füzuli Hərbi Məhkəməsinin 1-1(097)- 54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmçinin onun hərbi rütbədən məhrum edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyətini, işdə olan yüngülləşdirici halları nəzərə alaraq, onun barəsində CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə 8 il müddətə azadlıqdan məhrum etmə cəxası təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası həmin cəzanın daha da ağırlaşdırılması üçün əsaslar görmür. Lakin, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətində təqsirləndirilən şəxsin hərbi rütbədən məhrum edilməsi barədə dəlilləri əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs baş leytenant hərbi rütbəsindən məhrum edilməlidir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə əlavə cəza təyin etməməklə, məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilyinə lazımi diqqət yetirməmişdir. Belə ki, cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdən 19 yanvar 2023-cü il tarixədək olan müddətdə düşmən mövqelərindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə yerləşən şərti olaraq «L- 42» adlandırılan döyüş postunda post başçısı vəzifəsində xidmət aparmağa təyin olunandan sonra, zabit rütbəsi daşımasına baxmayaraq mütəmadi olaraq bilavasitə düşmənlə üzbəüz mövqedə xidmət edərək döyüş əməliyyatlarında onunla çiyin-çiyinə durmalı olan əsgərlərin şərəf və ləyaqətlərini alçaltmış, onlara qarşı zor tətbiq etmiş, nalayiq ifadələrlə təhqir etmiş, 06 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixədək olan müddətdə əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək zərurət olmadığı halda və yol verdikləri xırda nöqsanları bəhanə etməklə cəza tədbiri kimi əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Ə.A.Salahovu döyüş mövqeyinin əsgər yataqxanasının qarşısına çıxarıb «posta basqın» və «döyüşə» komandaları verərək, onları kəskin soyuq və şaxtalı hava şəraitində, tam hərbi geyim formasında hər dəfə 15 (on beş) dəqiqə müddətində döyüş mövqeyinin ərazisində döyüşə hazır vəziyyətdə saxladıb, eləcə də onları yerdə süründürüb bununla həmin əsgərlərə güclü fiziki ağrı və iztirablar vermiş, nəticədə Təqsirləndirilən şəxs əsgər Ə.A.Salahova qarşı qanunsuz və nizamnamədən kənar hərəkətləri, yəni ona qarşı amansız münasibət göstərməsi və ləyaqətini mütəmadi olaraq alçaltması sonuncuda psixi-emosional sferasında depressiv əlamətlər yaranmasına gətirib çıxartmış və nəticədə o, özünü öldürmüşdür. Lakin məhkəmə naməlum səbəblərdən Təqsirləndirilən şəxs tabeliyində olan 9 əsgərə qarşı ayrı-ayrı vaxtlarda təkrarən zor tətbiq etdiyini və şərəf və ləyaqətini alçaltdığını, təkrarən döyüş şəraitində öz xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər etdiyini, ümumilikdə onun 15 epizod üzrə ittiham olunduğunu, qanunsuz hərəkətləri nəticəsində əsgər A.Ə.Salahovun özünü öldürdüyünü, qeyd edilən hadisələrin düşmənin əsarəti altından yeni azad olunmuş torpaqda, hərbi hissə üçün strateji əhəmiyyət kəsb edən Laçın rayonunun ərazisində döyüş şəraitində yerləşən döyüş postunda baş verdiyini nəzərə almamışdır. Bundan əlavə qeyd edilməlidir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini yüksək məsuliyyət tələb edən döyüş postunda post başçısı vəzifəsində törətməsi, tabeliyində xidmət edən əsgərlərə müntəzəm olaraq zor tətbiq etməsi və onların şərəf və ləyaqətini alçaltması, habelə döyüş şəraitində öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi cinayətlərin ictimai təhlükəliliyini daha da artırmışdır. Cinayətlərin xarakteri və ictimai təhlükəliliyi ilə əlaqədar sadalanan ciddi hallara baxmayaraq, burada da məhkəmə ədalətsiz qərar qəbul edib, post başçısı vəzifəsində olsa da, tabeliyində olanlara qarşı əzazilliyi ilə seçilən, rəhmsiz, mütəmadi olaraq şəxsi heyətin şərəf və ləyaqətini alçaldan, daim onları gərginlikdə saxlayan Təqsirləndirilən şəxs hərbi rütbədən məhrum etmə əlavə cəzasını təyin etməmişdir. Belə ki, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət törətməklə yanaşı, bir hərbi qulluqçu kimi müvafiq nizamnamələrin tələblərini də pozmuş, hətta öz rütbəsinin şərəfini belə qoruya bilməmişdir. Belə olan halda, ağır cinayət törətmiş zabitin ona verilmiş hərbi rütbəni daşımağa nə qanuni əsası, nə də ki mənəvi haqqı vardır. Azərbaycan Respublikası CM-in 48.0-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir. CM-nin 48.0.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi haqqında qərar qəbul edir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkuəmə kollegiyası Təqsirləndirilən şəxs baş leytenant hərbi rütbəsindən məhrum edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətiləri təmin edilməməli, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X21 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs hərbi rütbədən məhrum etmə əlavə cəzası təyin edilməli, Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4cü və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X21 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə təqsirli biilinib məhkum olunmasına dair cinayət işi üzrə Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmü zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs baş leytenant hərbi rütbəsindən məhrum edilsin. Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-54/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmü qalan hissədə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar