Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1-1(106)-2/2025 19.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X1 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 333.3-cü maddələri ilə məhkum edilməsinə dair Füzuli Hərbi Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 1-1(097)-300/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 1-1(097)-300/2024 nömrəli hökmü (sədrlik edən X2) ilə 29 avqust 1992-ci il tarixdə Ağsu rayonu, Ağarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, Ağsu rayonu, Ağarx kəndində daimi qeydiyyatda olan və yaşayan, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(97)-45/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 330.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilərək 1 (bir) il sınaq müddəti təyin edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(97)-22/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 700 (yeddi yüz) manat cərimə cəzasına məhkum edilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, gizir hərbi rütbəsində xidmət etmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib ona Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrinə əsasən 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 333.3-cü maddəsinə əsasən 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq ona 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Füzuli Hərbi Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 1-1(97)-22/2024 nömrəli hökmü ilə təyin edilmiş 700 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplamaqla, hər iki hökmlə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 700 (yeddi yüz) manat miqdarında cərimə cəzası və 02 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Füzuli Hərbi Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1-1(97)-45/2022 nömrəli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Füzuli Hərbi Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1-1(97)-45/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CMin 330.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 700 (yeddi yüz) manat miqdarında cərimə cəzası və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 700 (yeddi yüz) manat miqdarında cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 28 mart 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər - mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddialarının təmin edilməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfləri məslələri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 333.3-cü maddələri ilə ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, düzəltmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin Zərərçəkmiş şəxs2 işə qəbul edilməsi üçün hər hansı köməklik göstərmək niyyətində olmadığı halda, yalandan Mehman adlı əmisinin FHN-də yüksək vəzifədə xidmət etdiyini bildirərək sonuncunun köməyi ilə 10000 manat məbləğində pul müqabilində 2023-cü ilin may ayına kimi Zərərçəkmiş şəxs2 işə qəbul edilməsini təşkil edə biləcəyini deyərək aldatmış, Zərərçəkmiş şəxs2 onunla razılaşdıqdan sonra o, nikahdan kənar münasibətdə olduğu Məmmədova (Pənahova) Aytən Oktay qızının adına olan, lakin özünün istifadə etdiyi "xxxx" ASC-yə məxsus «4169 7413 8848 1895» nömrəli kart hesabına Zərərçəkmiş şəxs2 tərəfindən 05 yanvar 2023-cü il tarixdə "xxxx" ASC-nin Qusar rayon filialındakı ödəmə terminalından göndərilmiş 2020 manat, analoji qaydada 12 yanvar 2023-cü il tarixdə 4240 manat, 23 yanvar 2023-cü il tarixdə 3030 manat, həmçinin eyni məqsədlə 2024-cü ilin yanvar ayından sonra işə qəbulla bağlı əmrinin artıq veriləcəyini deyib «şirinlik» adı ilə 2023-cü ilin dekabr ayının əvvəllərində Qusar rayonu Urva kəndində Zərərçəkmiş şəxs2 özündən şəxsən 1200 manat, ümumilikdə vahid niyyətlə sonuncudan 10490 manat məbləğində pul alıb Zərərçəkmiş şəxs2 işə düzəlməsinə və əmrinin verilməsinə dair yalan vəd verərək sonuncunun xeyrinə heç bir hərəkət etmədən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Səmədov X3 Nazirliyinin Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş taqımının 2-ci döyüş maşınları heyəti-döyüş maşın komandiri vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən 2023-cü ilin fevral ayının əvvəllərində Qusar rayonunun Urva kəndinə qonaq getmiş, həmin vaxt orada Zərərçəkmiş şəxs2 qaynı Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, sonuncu ilə söhbət zamanı Zərərçəkmiş şəxs1 də Fövqəladə Hallar Nazirliyinin Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisindəki bölməsinə işə qəbul olunmaq arzusunda olduğunu bilib tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə hər hansı şəxsi işə düzəltmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin Zərərçəkmiş şəxs1 işə qəbul edilməsi üçün hər hansı köməklik göstərmək niyyətində olmadığı halda sonuncuya yalandan Mehman adlı əmisinin FHN-də yüksək vəzifədə xidmət etdiyini bildirərək sonuncunun köməyi ilə 7000 manat məbləğində pul müqabilində 2023-cü ilin may ayı ərzində Zərərçəkmiş şəxs1 işə qəbul edilməsini təşkil edə biləcəyini deyərək aldatmış, sonuncu onunla razılaşdıqdan sonra o, öz adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus «4169 7387 8476 5491» kart nömrəsinə Zərərçəkmiş şəxs1 tərəfindən 15 fevral 2023-cü il tarixdə "xxxx" ASC- nin Qusar rayon filialındakı ödəmə terminalından göndərilmiş 4000 manat, daha sonra həmin gün, öz adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus «4169 7314 7480 3805» nömrəli kart hesabına analoji qaydada göndərilmiş 3000 manat, 2023-cü ilin fevral ayında isə Zərərçəkmiş şəxs1lə telefonla danışan zaman sonuncuya həmin işə qəbul olması üçün əlavə 2000 manat pulun lazım olduğunu bildirib, 20 fevral 2023-cü il tarixdə öz adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus «4169 7387 8476 5491» kart nömrəsinə Zərərçəkmiş şəxs1 tərəfindən Qusar şəhəri ərazisində yerləşən «Rossiya» marketdə quraşdırılmış «Pasha pay» ödəmə terminalından göndərilmiş 2020 manat, həmçinin eyni məqsədlə 2024-cü ilin yanvar ayından sonra işə qəbulla bağlı əmrinin artıq veriləcəyini deyib «şirinlik» adı ilə 2023-cü ilin dekabr ayının əvvəllərində Qusar rayonu Urva kəndində Zərərçəkmiş şəxs1 özündən şəxsən 1900 manat, ümumilikdə vahid niyyətlə sonuncudan 10920 manat məbləğində pul alıb Zərərçəkmiş şəxs1 işə düzəlməsinə və əmrinin verilməsinə dair yalan vəd verərək sonuncunun xeyrinə heç bir hərəkət etmədən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Həmçinin, Səmədov X3 Nazirliyinin Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 2- ci mexanikləşdirilmiş taqımının 2-ci döyüş maşınları heyəti-döyüş maşın komandiri vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən, 06 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1lə telefon vasitəsilə danışarkən sonuncuya 1200 manat pul müqabilində «D» kateqoriyalı sürücülük vəsiqəsi düzəldəcəyini, həmin kateqoriyalı sürücülük vəsiqəsi ilə hərbi avtomobilləri idarə edə biləcəyini bildirdikdə Zərərçəkmiş şəxs1 də «D» kateqoriyalı sürücülük vəsiqəsi almaq arsuzunda olduğunu bilib tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə hər hansı şəxsə «D» kateqoriyalı sürücülük vəsiqəsi verdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsinin verilməsi üçün hər hansı köməklik göstərmək niyyətində olmadığı halda sonuncuya yalandan 1200 manat pul müqabilində «D» kateqaoriyalı sürücülük vəsiqəsi verdirməklə xidmətə qəbul etdirəcəyini deyərək aldatmış, Zərərçəkmiş şəxs1 onunla razılaşdıqdan sonra o, öz adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus «4169 7314 7480 3805» kart nömrəsinə Zərərçəkmiş şəxs1 tərəfindən 07 mart 2023-cü il tarixdə Qusar şəhəri ərazisində yerləşən «Pioner» marketdə quraşdırılmış «Emanat» ödəmə terminalından göndərilmiş 1220 manat məbləğində pulu alıb sonuncunun «D» kateqoriyalı sürücülük vəsiqəsi almaqla xidmətə qəbul ediləcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs1 xeyrinə heç bir hərəkət etmədən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Səmədov X3 Nazirliyinin Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş taqımının 2-ci döyüş maşınları heyəti-döyüş maşın komandiri vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən N mart 2023-cü il tarixdə axşam saatlarında xidmətdən sonra istirahətə buraxılmış, növbəti gün, yəni 22 mart 2023-cü il tarixdə, saat 08 radələrində xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış, yalnız 03 aprel 2023-cü il tarixdə, saat 08 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Həmçinin, Səmədov X3 Nazirliyinin Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 2- ci mexanikləşdirilmiş taqımının 2-ci döyüş maşınları heyəti-döyüş maşın komandiri vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən 01 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə danışan zaman sonuncuya 1000 manat pul müqabilində «leytenant» hərbi rütbəsi verdirməklə FHN-nə xidmətə qəbul etdirəcəyini bildirdikdə Zərərçəkmiş şəxs2 belə bir arzusunun olduğunu bilib tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə hər hansı şəxsə «leytenant» hərbi rütbəsi verdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin Zərərçəkmiş şəxs2 hər hansı rütbənin verilməsi üçün hər hansı köməklik göstərmək niyyətində olmadığı halda sonuncuya yalandan 1000 manat pul müqabilində «leytenant» hərbi rütbəsi verdirməklə FHN-nə xidmətə qəbul etdirəcəyini deyərək aldatmış, Zərərçəkmiş şəxs2 onunla razılaşdıqdan sonra o, nikahdan kənar münasibətdə olduğu Məmmədova (Pənahova) Aytən Oktay qızının adına olan, lakin özünün istifadə etdiyi "xxxx" ASC-yə məxsus olan «4169 7413 8848 1895» nömrəli kart nömrəsinə Zərərçəkmiş şəxs2 tərəfindən 02 aprel 2023-cü il tarixdə Qusar şəhəri ərazisində yerləşən «Pioner» marketdə quraşdırılmış «Mpay» ödəmə terminalından göndərilmiş 1010 manat məbləğində pulu alıb sonuncunun «leytenant» hərbi rütbəsi almaqla xidmətə qəbul ediləcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs2 xeyrinə heç bir hərəkət etmədən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Səmədov X3 Nazirliyinin Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş taqımının 2-ci döyüş maşınları heyəti-döyüş maşın komandiri vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən 2023-cü ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs1lə telefonla əlaqə saxlayıb sonuncuya 1500 manat pul müqabilində «leytenant» hərbi rütbəsi verdirməklə xidmətə qəbul etdirəcəyini bildirdikə Zərərçəkmiş şəxs1 belə bir arzununun olduğunu bilib tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə hər hansı şəxsə «leytenant» hərbi rütbəsi verdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin Zərərçəkmiş şəxs1 hər hansı rütbənin verilməsi üçün hər hansı köməklik göstərmək niyyətində olmadığı halda sonuncuya yalandan 1500 manat pul müqabilində «leytenant» hərbi rütbəsi verdirməklə xidmətə qəbul etdirəcəyini deyərək aldatmış, Zərərçəkmiş şəxs1 onunla razılaşdıqdan sonra o, öz adına və istifadəsində olan "xxxx" ASC-nə məxsus «4169 7314 7480 3805» kart nömrəsinə Zərərçəkmiş şəxs1 tərəfindən 03 aprel 2023-cü il tarixdə Qusar şəhəri ərazisində yerləşən «Rossiya» marketdə quraşdırılmış «Pasha pay» ödəmə terminalından göndərilmiş 1515 manat məbləğində pulu alıb sonuncunun «leytenant» hərbi rütbəsi almaqla xidmətə qəbul ediləcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs1 xeyrinə heç bir hərəkət etmədən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Səmədov X3 Nazirliyinin Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş taqımının 2-ci döyüş maşınları heyəti-döyüş maşın komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 16 aprel 2023-cü il tarixdə axşam saatlarında xidmətdən sonra istirahətə buraxılmış, növbəti gün, yəni 17 aprel 2023- cü il tarixdə, saat 08 radələrində xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış, yalnız 27 aprel 2023-cü il tarixdə, saat 16 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Həmçinin, Səmədov X3 Nazirliyinin Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 2- ci mexanikləşdirilmiş taqımının 2-ci döyüş maşınları heyəti-döyüş maşın komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 07 may 2023-cü il tarixdə axşam saatlarında xidmətdən sonra istirahətə buraxılmış, növbəti gün, yəni 08 may 2023-cü il tarixdə, saat 08 radələrində xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış, yalnız 06 iyun 2023-cü il tarixdə, saat 08 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Qeyd olunanlardan əlavə, Səmədov X3 Nazirliyinin Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş taqımının 2-ci döyüş maşınları heyəti-döyüş maşın komandiri vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən 03 avqust 2023-cü il tarixdə axşam saatlarında xidmətdən sonra istirahətə buraxılmış, növbəti gün, yəni 04 avqust 2023-cü il tarixdə saat 07 radələrində xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış, yalnız 15 avqust 2023-cü il tarixdə saat 10 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, cəzanın müddətindən narazı olduğunu bildirərək əlil, ailəli və qazi olmağını nəzərə alıb barəsində olan cinayət işinə ədalətli və düzgün baxılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Zərərçəkmiş şəxs2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngül cəza ilə əvəz edilməsini və ya təyin edilmiş cəzasının azaldılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum olunmuş şəxs Səmədov X3çisi Müdafiəçi2 çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməsini və barəsində təyin edilmiş cəzanın yüngül cəza ilə əvəz edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş digər zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası digər zərərçəkmiş şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün saymışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərini rəhbər tutarq hesab edir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, Füzuli Hərbi Məhkəməsinin 13 sentyabr 2024cü il tarixli, 1-1(097)-300/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid3, Şahid4 ifadələri, N nömrəli hərbi hissə komandirinin əmrləri, N nömrəli hərbi hissənin 3-cü mexanikləşdirilmiş taqımının komandiri leytenant Məhəmməd Abdullayev tərəfindən tərtib edilmiş 22 mart 2023-cü il tarixli raportu, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsi, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlandığı xx.xx.2024-cü il tarixli elektron müraciəti, "xxxx" MMC-dən daxil olmuş CD diskə 04 aprel 2024-cü il tarixli baxış protokolu, "xxxx" MMC-dən daxil olmuş CD diskə 09 aprel 2024-cü il tarixli baxış protokolu, Azerfon» MMC-dən daxil olmuş CD diskə 27 may 2024-cü il tarixli baxış protokolu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məktubu və qəbzinin surəti, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli 66N nömrəli arayışı habelə işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 13 sentyabr 2024-cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Füzuli Hərbi Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ittiham oldunduğu maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməllərini Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 333.3-cü maddələri ilə tövsif etmişdir. Həmçinin, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 330.3.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70cı maddəsi tətbiq edilərək 1 (bir) il sınaq müddəti təyin edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Füzuli Hərbi Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(97)-45-2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 330.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası 70-cı maddəsi tətbiq edilərək 1 (bir) il sınaq müddəti təyin edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(97)-22/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 700 (yeddi yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təqsirli bilinib məhkum edildiyi Cinayət 330.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza baxımından həmin əməl Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə az ağır cinayət əməlini sınaq müddətində, yəni barəsində Füzuli Hərbi Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1-1(97)-45/2022 nömrəli hökmü qəbul edildikdən sonra törətmişdir. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 20N-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhruetmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə də, müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olmuşdur. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları, 333.3-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti ilk gündən boynuna almasını, məhkəmə istintaqı zamanı törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hallar kimi kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 65.2-cı maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Həmin Məcəllənin 18.4 və 18.4.1-ci maddələrinə görə, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki cinayət əməlinə görə məhkumluğu ödənilmədən Təqsirləndirilən şəxs yenidən cinayət törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, cinayət qanunvericiliyi ilə qadağan olunmuş ictimai təhlükəli əməli yenidən törətmiş və islah olmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı)”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə razılaşır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Füzuli Hərbi Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli hökmü isə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Hərbi Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 1-1(097)-300/2024 saylı hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Elşad Əliyev Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1-1(106)-2/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(106)-2/2025
19.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver