Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1-1(106)-24/2024 06.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş XN Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısıN, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4 və 333.4- 1-cü maddələri ilə məhkum edilməsi barədə Füzuli Hərbi məhkəməsinin 01 may N0N4-cü il tarixli 1-1(097)-13/N0N4 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin 01 may N0N4-cü il tarixli 1-1(097)-13/N0N4 saylı hökmü ilə (sədrlik edən hakim Əli Süleymanov), xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi N nömrəli hərbi hissədə daimi qeydiyyatda olan və faktiki Bakı şəhəri Buzovna qəsəbəsi ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, hazırda N nömrəli hərbi hissənin maliyyə xidmət rəisi vəzifəsində xidmət edən, kapitan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə N (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.N-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tədbiq edilmişdir. İŞİN HALLLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin Qubadlı rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin maliyyə xidmət rəisinin köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində hərbi xidmətdə olarkən, N may N-cü il tarixdə xidməti zərurətlə bağlı 3 gün müddətində Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəsinə ezamiyyətə göndərilərək, sonradan ezam müddəti N4 may N-cü il tarixə qədər uzadılaraq həmin tarixdə oradan çıxarış edilib xidmət yerinə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan qayıtmamış, yalnız N oktyabr N-cü il tarixdə xidmət yerinə geriyə qayıtmaqla, üzrlü səbəblər olmadan xidmət yerinə üç aydan artıq müddətdə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə Qubadlı rayonu ərazisində hərbi xidmətdə olarkən, N oktyabr N-cü il tarixdə xidməti yerini özbaşına tərk edib getmiş, yalnız N7 noyabr N-cü il tarixdə xidmət yerinə geriyə qayıtmaqla, xidmət yerini bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə özbaşına tərk etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı yuxarıda göstərilmiş qaydada həll etmişdir. Füzuli Hərbi Məhkəməsinin 01 may N0N4-cü il tarixli 1-1(097)-13/N0N4 saylı hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4 və 333.4-1-cü maddələri ilə təqsirli bilinərək CMin 333.4-cü maddəsi ilə N il mqddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 333.4-1cı maddəsi ilə təqsirli bilinib 3 il müddətə mqddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.N-ci maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaq ona qəti olaraq 3 il 6 ay müddətə mqddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etsə də, məhkəmə onun törətdiyi cinayətin ictimai təhlükəliliyini, xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini,əməlindən səmimi peşmançılıq keçirməsini və xidmətini davam etdirmək arzusunda olmasını himayəsində 3 azyaşlı uşağının olmasını N-ci Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə almaqla cinayət qanununun normasını düzgün tətbiq etməyərək Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tədbiq etmiş, ona cinayətin ağırlığına, məhkumun şəxsiyyətinə açıq aydın uyğun olmayan şərti cəza təyin etmişdir. Məhkəmənin Təqsirləndirilən şəxs təyin etdiyi cəza onun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun olmamaqla yanaşı, gələcəkdə onun islah olunmasına və yeni cinayətlər törətməsinin qarşısının alınmasına xidmət etməyəcək. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, əməlini səmimi etiraf etməsini əsassız olaraq yüngülləşdirici hallar kimi nəzərə almışdır. Bu hallar ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəzanın təyin edilməsinə əsas ola bilərdi. Təqsirləndirilən şəxs şərti cəza təyin edilməsi hərbi hissədə xidmətdə olan şəxsi heyyətin nizam intizamına mənfi təsir göstərməklə yanaşı, digər şəxslər tərəfindən eyni cinayətlərin törədilməsinin qarşısının alınmasına deyil, onların cinayət törətməsinə şərait yarada bilər. Azərbaycan Respublikası CM-nin 333.4 və 333.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təhlil edilən əməllərin törədilməsi ilə hərbi qulluq çəkməyin qanunla müəyyən edilmiş qaydalarına qəsd edilir., hərbi hissədən kənarda olmanın və hərbi qulluq çəkməkdən yayınmanın uzun müddət davam etməsi Silahlı Qüvvələrdə ümumi intizamın aşağı səviyyəyə düşməsinə, ordunun döyüş qabiliyyətinin zəifləməsinə səbəb olur. Məhkəmə Təqsirləndirilən şəxs şərti cəza təyin edərkən onun xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmasını, dəfələrlə intizam qaydasında tənbeh edilməsini da nəzərə almamış və bu hala münasibət bildirməmişdir. Məhkəmə hökmdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi həmçinin onun 44 günlük müharibədə iştirak etməsini, medallarla təltif olunmasını da göstərir. Lakin məhkəmə hökmdə bu təltiflərin Təqsirləndirilən şəxs özünün və ya onun şəxsiyyətinin ictimai təhlükəliliyinə hansı formada təsir etməsi barədə hər hansı şərh verməkdən yayınmışdır. Dövlət ittihamçısı qeyd edilənlərə istinad etməklə Füzuli Hərbi Məhkəməsinin 01 may N0N4-cü il tarixli 1-1(097)-13/N0N4 saylı hökmünü Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən çıxarılmaqla ona elan olunmuş maddələrin sanksiyası həddində cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə iclasındakı çıxışında apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs hal hazərda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin maliyyə xidməti rəisi kimi xidmət göstərdiyini qeyd edərək, hal hazırda xidmət etdiyi hərbi hissə komandanlığının onun barəsində verdiyi müsbət xasiyyətnaməni təqdim edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4 və 333.4-1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Füzuli Hərbi Məhkəməsinin 01 may N0N4-cü il tarixli 1-1(097)-13/N0N4 saylı hökmünün dəyişdirilməməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.N-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4 və 333.4-1-ci maddələri ilə tövsif edilməli olması ilə bağlı gəldikləri qənaət düzgündür. Onun həmin cinayətləri törətməsi birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs özünün, şahidlər ŞahidN, Şahid1 ifadələri, və aşağıdakı digər sübutlar əsasında öz təstiqini tapmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin Qubadlı rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsində maliyyə xidmət rəisinin köməkçisi vəzifəsində kapitan hərbi rütbəsində hərbi xidmətdə olarkən, N may N-cü il tarixdə 3 gün müddətinə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəsinə ezamiyyətə göndərilmiş,sonradan ezam müddəti N4 may N-cü il tarixə qədər uzadılaraq həmin tarixdə oradan xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamışdır. O, N oktyabr N-cü il tarixdə xidmət yerinə geriyə qayıtmışdır. Bundan başqa o, N oktyabr N-cü il tarixdə xidməti yerini özbaşına tərk edib getmiş, N7 noyabr N-cü il tarixdə xidmət yerinə geriyə qayıtmışdır. Xidmət yerinə gecikməyinin səbəbini ailə vəziyyəti ilə əlaqələndirmişdir. Törətdiyi əməldən peşmandır, bağışlanılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu ŞahidN ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs N may N-cü il tarixdə 3 gün müddətinə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəsinə ezamiyyətə göndərilmiş, sonradan ezam müddəti N4 may N-cü il tarixə qədər uzadılaraq həmin tarixdə oradan xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış, N oktyabr N-cü il tarixdə xidmət yerinə geriyə qayıtmışdır. Bundan başqa Təqsirləndirilən şəxs, N oktyabr Ncü il tarixdə xidməti yerini özbaşına tərk edib getmiş, N7 noyabr N-cü il tarixdə xidmət yerinə geriyə qayıtmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 143 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə hərbi hissənin maliyyə xidmət rəisinin köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətini davam etdirmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N-cü il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 1N9 nömrəli, N4 may N-cü il tarixli 144 nömrəli əmrlərindən çıxarışlardan və N may N-cü il tarixli ezamiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs N may N-cü il tarixdə 3 gün müddətinə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəsinə ezamiyyətə göndərilmiş, sonradan ezam müddəti N4 may N-cü il tarixə qədər uzadılaraq həmin tarixdə oradan xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış, N oktyabr N-cü il tarixdə xidmət yerinə geriyə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin N oktyabr N-cü il tarixli N87 nömrəli və N7 noyabr N-cü il tarixli 341 nömrəli əmrlərindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs N oktyabr N-cü il tarixdə xidməti yerini özbaşına tərk edib getmiş, N7 noyabr N-cü il tarixdə xidmət yerinə geriyə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin 0N dekabr N-cü il tarixli 346 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən xidmətini davam etdirməsi üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 1N dekabr N-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. N nömrəli hərbi hissədən verilmiş xidməti xasiyyətnamə və xidməti vərəqədən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi xarakterizə olunmuş, intizam qaydasında həvəsləndirilməmiş, bir neçə dəfə cəzalandırılmışdır. Cinayət işinin materiallarında olan nigah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində üç azyaşlı uşağı vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4 və 333.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmiş olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası apellyasiya protestində göstərilən dəlilləri, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəliliyi, motivi, Təqsirləndirilən şəxs şəxsiyyəti kimi hallarla birlikdə nəzərdən keçirərək bu qənaətə qəlir. Məhkəmə kollegiyası müəyyən edir ki, Təqsirləndirilən şəxs onun barəsində olan hökmün çıxarılmasından keçən müddət ərzində başqa bir hərbi hissədə maliyyə xidməti vəzifəsinə təyin edilmiş, bu günə qədər hər hansı pozuntuya yol verməmişdir. İş materiallarından və məhkum edilmiş şəxsin çıxışından görünür ki, o, əməlindən peşmandır. Cinayəti talasemiya xəstəsi olan uşağının xəstəliyinin təsiri altında törətmişdir. Hal hazırda iş yerindən razıdır. Təqsirləndirilən şəxs 44 günlük müharibədə iştirak edərək medallarla təltif edilmişdir. Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, hal hazırda N saylı hərbi hissənin maliyyə xidmət rəisi vəzifəsində xidmət edən kapitan Təqsirləndirilən şəxs N saylı hərbi hissədə xidmət etdiyi müddət ərzində ona həvalə edilmiş vəzfələri və verilən tapşırıqları vaxtında yerinə yetirmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı bir zabit kimi götərir. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxşdir., vəzifəsini layiqincə yerinə yetirilməsi üçün əlindən gələni əsirgəmir. Təşəbbüskar və vətənpərvərdir. Şəxsi nizamintizamı və dürüstlüyü yüksək səviyyədədir. Kollektivdə və yoldaşları arasında dərin hörmətə malikdir. İradəsi, dözümlülük və etibarlıq səviyyəsi, vəzifəsini çətinliklərdən qorxmadan yerinə yetirməsi bir zabit kimi məsuliyyətinin dərk edilməsindən irəli gəlir. Nizamnamə qaydalarını bilir və gündəlik iş prinsipini onun tələblərinə uyğun həcmdə qurmağı bacarır. Kapitan Təqsirləndirilən şəxs Camələddin oğlu komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtı-vaxtında və dəqiqliklə yerinə yetirir. Bir zabit kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk edir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşır və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində mütamadi olaraq çalıışır. Müdafiə Nazirliyinin N saylı hərbi hissənin komadiri, polkovnik leytenant X3 Apellyasiya Məhkəməsinə vəsatətlə müraciət edərk bildirmişdir ki, kapitan Təqsirləndirilən şəxs Camaləddin oğlu N010-cu ulin oktyabr ayında N nömrəli hərbi hissədə xidmətə başlamaqla, N-cü ilin noyabr ayından N saylı hərbi hissədə maliyyə xidmət rəisi vəzifəsində kapitan hərbi rütbəsində hərbi xidmətini davam etdirir. Kapitan Təqsirləndirilən şəxs Camaləddin oğlu N saylı hərbi hissədə xidmət etdiyi ilk gündən özünü nizam-intizamlı, tələbkar, bacarıqlı və işgüzar hərbi qulluqçu kimi göstərmiş, tabeliyində olanlaraq qayğı və hörmətlə yanaşmış, onların problemlərini vaxtında hərbi hissə rəhbərliyinin nəzərinə çatdıraraq aradan qaldırmış, o cümlədən özündən yüksək rütbəli zabitlərə həmşə hörmətlə yanaşmış, verilən tapşırıqlara vicdanla yanaşmış, tapşırıqları vaxtında icra etmiş, kollektiv tədbirlərdə fəal iştirak etmiş, bütün kollektivin dərin hörmətini qazanmışdır. Xidməti fəaliyyətini nümunəvi, qarşılıqlı hörmət, tələbkarlı səviyyəsində, nizam-intizamlı təşkil etməsi, rəsi olduğu maliyyə xidmətinin maliyyə təsərrüfatı işinin daha yüksək səviyyədə aparılmasına və hərbi qulluqçuların pul təminatının yaxşılaşdırılması, onların əhval ruhiyyəsinin yüksək səviyyədə olmasına səbəb olmuşdur. Ona görə də, N saylı hərbi hissənin kollektivi adından bu uğurlarının daha da çox olmasında onlara yardımçı olacağı ümüd ilə məhkəmə kollegiyasından kapitan Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edilənləri, Təqsirləndirilən şəxs barəsində hökmün çıxarılmasından keçən müddət ərzində hər hansı pozuntuya yol verməsi barədə məlumatın olmamasını, xidmətini davam etdirməsini də nəzərə alaraq hesab edir ki, qeyd edilənlər olduğu halda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CMnin 70-ci maddəsinin tətbiq edilməsi düzgün olmuşdur. Ona görə də protest təmin edilməməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin N4 dekabr N0N1-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin olunması barədə xahişini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Füzuli Hərbi Məhkəməsinin 01 may N0N4-cü il tarixli 1-1(097)- 13/N0N4 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-cü, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4 və 333.4- 1-ci maddələri ilə məhkum edilməsi barədə Füzuli Hərbi məhkəməsinin 01 may N0N4-cü il tarixli 1-1(097)-13/N0N4 saylı hökmü, həmin hökmdən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(106)-24/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(106)-24/2024
06.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver