Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1-1(106)-4/2024 10.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X8 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Füzuli Hərbi Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(097)-140/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(097)-140/2023 nömrəli hökmü (hakimlər: Süleymanov Əli Ziya oğlunun sədrliyi, X1 və X3 ibarət tərkibdə) ilə, xx xxxxxx 2003-cü il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Qarqucaq kəndində daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün 2-ci tağımının 2-ci manqasının snayperi, əsgər, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 05 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün Laçın rayonunun Fərraş kəndinin yaxınlığında dənizsəviyyəsindən 2553 metr yüksəklikdə Qırxqız yaylağı adlanan ərazisində şərti olaraq LQ- 11 adlanan döyüş mövqeyində yerləşdirilmiş 2-ci tağımının 2-ci manqasında snayper vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 02 dekabr 2022-ci il tarixdə saat 10 radələrində xidmət etdiyi manqanın komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X12 onu həmin manqanın digər əsgərləri X13 və Şahid1 ilə birlikdə, əsgər Təqsirləndirilən şəxs həmin əsgərlərə rəhbər təyin etməklə daş parçalarından döyüş mövqeyinin ərazisində mövqeyin dayaq məntəqəsinin yaxınlığında quraşdırılan atəş sektorlarının tikintisinə ayırmışdır. Həmin vaxt əsgər E.Məmmədov və əsgər Şahid1 əsgər Təqsirləndirilən şəxs rəhbərliyi altında bir müddət yaxınlıqdakı dərəlik sahədən daş parçalarını daşıyaraq birlikdə atəş sektorlarının qurulması ilə məşğul olduqdan sonra, həmin gün saat 15 radələrində aralarında söhbət zamanı əsgər E.Məmmədov hərbi xidmətə gəlməzdən əvvəl idmanla məşğul olduğunu, güləşməyi bacardığını bildirərək əsgər Şahid1 güləşməyi təklif etmiş, əsgər Şahid1 də etiraz etməmiş və onlar güləşmişlər. Bu zaman əsgər E.Məmmədov əsgər Şahid1 yerə yıxsa da, özünün burun nahiyəsi yerdə olan daş parçasına dəyərək burnunun üzərində sıyrıq xəsarəti yaranmışdır. Növbəti gün, 03 dekabr 2022-ci il tarixdə saat 13 radələrində manqa komandiri, əsgər L.İsayev əsgər E.Məmmədovun burnundakı həmin xəsarəti aşkar edərək bu barədə soruşduqda, əsgər E.Məmmədov həmin xəsarəti bir gün əvvəl əsgər Şahid1lə güləşərkən ehtiyatsızlıqdan aldığını bildirmişdir. Həmin vaxt əsgər L.İsayev əsgər Təqsirləndirilən şəxs döyüş növbəsində olduğu üçün, əsgər E.Məmmədovu və əsgər Şahid1 döyüş mövqeyinin dayaq məntəqəsində olan digər əsgərlər: Şahid3, X4, X10, X15, X23 və Şahid2 ilə birlikdə göstəriş verərək əsgər Təqsirləndirilən şəxs döyüş növbətçiliyi apardığı 1 №-li atəş sektorunun qarşısında düzmüş və əsgər Təqsirləndirilən şəxs da sıraya qoyaraq, əsgər E.Məmmədovun əsgər Şahid1lə güləşərək xəsarət almasına görə əsgər E.Məmmədov və əsgər Şahid1, həmçinin onlara lazımi qaydada nəzarət etmədiyi üçün əsgər Təqsirləndirilən şəxs irad tutaraq, hər üç əsgəri sırada nalayiq sözlərlə təhqir edərək sillə zərbələri ilə iki dəfə əsgər E.Məmmədovun, bir dəfə əsgər Şahid1, bir dəfə isə əsgər Təqsirləndirilən şəxs sifət nahiyələrindən vurmuşdur. Həmin vaxt sıra dağılandan sonra əsgər E.Məmmədov əsgər Təqsirləndirilən şəxs yaxınlaşıb onun günahı ucbatından manqa komandiri, əsgər L.İsayev tərəfindən irad tutularaq sillə zərbəsi vurulduğu üçün Təqsirləndirilən şəxs üzrxahlıq etmiş, lakin əsgər Təqsirləndirilən şəxs əsgər E.Məmmədova əsəbi halda onun günahı ucbatından əsgər L.İsayevin ona qarşı nalayiq ifadə işlədərək onu sillə ilə vurduğunu irad tutaraq onu bağışlamadığını, əsgər E.Məmmədov ondan növbəni təhvil aldıqdan sonra buna aydınlıq gətirəcəyini demişdir. Bundan təxminən bir saat sonra, 03 dekabr 2022-ci il tarixdə saat 14:00-da əsgər E.Məmmədov əsgər Təqsirləndirilən şəxs döyüş növbətçiliyi apardığı 1 №-li atəş sektorunda növbətçiliyi təhvil alaraq döyüş növbətçiliyini aparmağa başlamışdır. Həmin gün saat 16 radələrində əsgər Təqsirləndirilən şəxs özünə təhkim edilmiş xidməti snayper silahını götürüb guya əsgər E.Məmmədovdan döyüş növbətçiliyini təhvil alacağı görüntüsünü yaradaraq əsgər E.Məmmədovla aralarında olan söhbəti aydınlaşdırmaq məqsədilə E.Məmmədovun xidmət apardığı atəş sektoruna doğru getmişdir. Bu zaman əsgər E.Məmmədov uzaqdan əsgər Təqsirləndirilən şəxs üzərində silah ona doğru gəldiyini görüb Təqsirləndirilən şəxs onu cəzalandırmaq məqsədilə həmin atəş sektoruna gəldiyini başa düşdüyü üçün, Təqsirləndirilən şəxs onun yanına çatmağa təxminən 7-8 metr məsafə qalmış xidməti istifadəsi üçün ona verilmiş AKM markalı 5,45 mm çaplı ********* №-li avtomat silahın qorucuyucusunu açaraq silahın çaxmaq çərçivəsini arxaya çəkib buraxaraq daraqda olan patronlardan birini silahın patron yuvasına yeritmiş, qoruyucunu bağlayaraq darağı silahın üzərindən çıxarıb əynindəki hücum gödəkçəsinin cibinə qoymuş, silahı isə döyüşə hazır vəziyyətdə özünün yanında atəş sektorunun divarına söykəmişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs əsgər E.Məmmədovun atəş sektorunda özünə təhkim edilmiş silahın çaxmaq çərçivəsini çəkib buraxma səsindən onun silahı döyüşə hazır vəziyyətə gətirdiyini, silahın patron yuvasına patron yeritdiyini başa düşmüşdür. Lakin, həmin vaxt əsgər Təqsirləndirilən şəxs əsgər E.Məmmədova yaxınlaşıb ondan üzərindəki hücum və zirehli gödəkçələrini çıxardıb kənara qoymağı, 1 №-li atəş sektorundan aralıda yerləşən boş atəş sektoruna gedib söhbətə aydınlıq gətirməyi təklif etsə də, əsgər E.Məmmədov etiraz edərək həmin yerə getməkdən imtina etmişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs əsgər E.Məmmədova yaxınlaşıb onun başından dəbilqəsini və üzərindəki hücum gödəkçəsini çıxarıb yerə atmış, zirehli gödəkçəsini çıxartmağını tələb etmişdir. Əsgər E.Məmmədov ondan həmin yerə getmək istəmədiyini desə də onun təkidi ilə əynindəki zirehli gödəkçəni çıxarıb yerə qoymuş, əsgər Təqsirləndirilən şəxs özü də başındakı dəbilqəni və xidməti silahı orada atəş sektorunun girəcəyində sektorun divarına söykəmişdir. Bu zaman əsgər E.Məmmədov ona həmin yerə getmək istəmədiyini bildirib nalayiq sözlə oradan getməsini tələb edərək özünə təhkim edilmiş AKM markalı 5,45 mm çaplı ********* №-li avtomat silahı qoruyucusunu açaraq əsgər Təqsirləndirilən şəxs üzərinə doğru tutub oradan getməsə silahdan atəş açıb onu vuracağını demişdir. Əsgər Təqsirləndirilən şəxs silahın patron yuvasında patron olduğunu bildiyi üçün, cəld sağ əli ilə silahın lülə hissəsindən tutub dartaraq silahı E.Məmmədovun əlindən aldıqdan sonra silahın lüləsini E.Məmmədovun özünə doğru tuşlayaraq sağ əlinin ikinci barmağını silahın tətiyinə qoymuş və nalayiq sözlə silahla onu vurub öldürə biləcəyini bildirmişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs əsgər E.Məmmədovla üzbəüz vəziyyətdə, Təqsirləndirilən şəxs sağ çiynindən E.Məmmədovun sol çiyninə 120 sm, sol çiynindən sağ çiyninə isə 80 sm məsafədə, silahın lüləsi nisbətən aşağıdan yuxarıya yerdən 146 sm məsafədə E.Məmmədova doğru olmaqla, E.Məmmədov sol əli ilə silahın lüləsinin uc hissəsindən, sağ əli ilə isə silahın lülə qapağından tutub silahı Təqsirləndirilən şəxs almaq istədikdə, əsgər Təqsirləndirilən şəxs əsgər E.Məmmədovun günahı ucbatından manqa komandiri əsgər L.İsayevin onun ünvanına nalayiq ifadələr işlədərək sillə ilə onu vurmasına, həmçinin, E.Məmmədovun onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə E.Məmmədovdan qisas alıb onu qəsdən öldürmək məqsədilə silahın tətiyini qəsdən çəkib silahdan bir dəfə atəş açaraq, E.Məmmədova sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid İİ və İİİ daraq sümüklərinin sınıqları ilə müşayiət olunan sol əl pəncəsinin dəlib keçən odlu silah güllə yaralanması və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid baş beynin əzilib dağılması, kəllə tağı və əsası sümüklərinin sınıqları ilə nəticələnmiş kəllə boşluğunun dəlib keçən odlu silah güllə yaralanması ilə müşayiət olunan xəsarətlər yetirib əsgər E.Məmmədovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Füzuli Hərbi Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(097)-140/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 ayrıayrılıqda apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs göstərmişdir ki, Füzuli Hərbi Məhkəməsinin hökmü ilə 10 (on) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmlə razı deyil və barəsində olan cinayət işinə düzgün baxılmasını xahiş edir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən öldürməsi barədə nəticəyə gələrkən məhkəmə işin faktiki hallarını düzğün qiymətləndirilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin ifadəsindən və işin hallarından da göründüyü kimi hadisə Təqsirləndirilən şəxs ehtiyatsız davranması üzündən baş vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs hadisə zamanı zərərçəkmiş şəxsi öldürmək məqsədi olmadığı və atəşin necə açılmasını başa düşməməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, həmin ifadə özünü müdafiə xarakteri daşıyır və işin faktiki halları ilə tam təkzib olunur. Bu baxımdan da, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə istinad etmiş və həmin ifadədə təqsirləndirilən şəxs özünün atəş açdığını bildirmişdir. Təqsirləndirilən şəxs bu ifadəni verən zaman hadisənin təsiri altında olmaqla ona istintaq orqanının təzyiqi də istisna olunmur. Həmçinin Təqsirləndirilən şəxs tətiyi basaraq qəsdən atəş açması ilə bağlı hər hansı şahid ifadəsi də yoxdur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı2 bildirmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya nəhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X7 apellyasiya şikayətlərini müdafiə edib, şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, Füzuli Hərbi Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(097)-140/2023 nömrəli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona sanksiyada nəzərdə tutulmuş cəza təyin edilməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özü tərəfindən verilmiş apellyasiya şikayətini dəqiqləşdirərək, onun zərərçəkmiş Elnur Məmmədovu öldürmək niyyətinin olmadığını və atəşin necə açılmasını başa düşməməsini qeyd edib, müdafiəçinin çıxışı ilə razı olduğunu və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 ilkin məhkəmə baxışı zamanı məhkəmə kollegiyasına ərizə ilə müraciət Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirib məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X5 ərizəsini nəzərə alıb onun iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün saymışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətlərinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunmaması, onun əməlinin həmin Məcəcllənin 124.1-ci maddəsinə tövsif edilməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, hesab edir ki, ilk növbədə məhkum olunmuş şəxsin əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməsini ədalətli məhkəmə araşdırılmasının təmin olunması baxımından məqsədə müvafiq sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb məhkum edilmiş şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinə tətbiq edilməli qanun normalarına uyğun qiymət verib, dövlət ittihamçısının, məhkum edilmiş şəxs və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətləri təmin edilməməli, Füzuli Hərbi Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(097)-140/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, iş üzrə tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs zərərçəkmiş Elnur Məmmədovu qəsdən öldürməklə, yəni qəsdən həyatdan məhrum etməklə törətdiyi cinayət əməlinin sübuta yetirildiyini hesab edib, onun cinayət əməlinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilməsi və ittiham olunduğu maddə ilə cəzalandırılmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı qanunu üsullarla toplanmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan aşağıda qeyd olunan sübutların və iş üzrə müəyyən olunmuş faktiki halların tam, obyektiv və hərtərəfli araşdırlması nəticəsində əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində hadisə zamanı zərərçəkmiş şəxsi öldürmək məqsədi olmadığı və atəşin necə aşılmasını başa düşməməsini bildirsə də, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs silahın lülə hissəsindən tutub dartan zaman o, tətiyə basıb bir dəfə atəş açmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə sərbəst formada verdiyi həmin ifadəsində özünün atəş açdığını bildirərək hadisəni ətraflı təsvir etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında avtomat silahdan necə atəş açılmasını başa düşmədiyini qeyd etsə də, iş materiallarında olan ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 5,45 mm kalibrli “AK-74M” markalı ********* nömrəli yivli odlu avtomatik silahdır, saz vəziyyətdədir, tətiyini çəkmədən öz-özünə atəş açılmır. Bununla yanaşı, iş materiallarında olan məhkəmə-psixoloji ekspertizasının 01 mart 2023-cü il tarixli 11/72 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmur, hadisə zamanı keçirmiş olduğu emosional halına görə etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, həmin hərəkətlərin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur, onun özünü böyük əsgər kimi gördüyü halda Elnur Məmmədova görə ona başqalarının yanında söz gəlməsi və sillə vurulması, hadisə zamanı Elnur Məmmədovun onunla söhbət etməyə getmək istəməməsi, döyüşə hazır vəziyyətə gətirdiyi silahını ona tuşlaması və nalayiq ifadə işlədərək öldürəcəyini deməsi onun emosional halında dəyişiklik yaratmış və o, hadisə zamanı emosional gərginlik halını keçirmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Həmçinin iş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 fevral 2023-cü il tarixli 443 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmur, o, cinayət əməlini törədərkən, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, onun əməli Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür, o, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş yuxarıda qeyd olunan sübutlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin, eləcə də məhkum olunmuş şəxs və müdafiəçisinin apellyasiya məhkəmə baxışında çıxışlarının Təqsirləndirilən şəxs Elnur Məmmədovu öldürmək niyyətinin olmaması, qeyd olunan hadisənin ehtiyatsızlıq üzündən baş verməsi yuxarıda qeyd edilən sübutlarla təzkib olunduğundan və işin faktiki hallarına uyğun gəlmədiyindən, həmin dəlillər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətlərinin və apellyasiya məhkəmə baxışında müdafiə tərəfinin çıxışlarının dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə müəyyən edilmiş faktki hallarla, o cümlədən zərərçəkmiş şəxs Elnur Məmmədovun bədənində aşkar olunmuş xasərətlərin yetirlmə mexanizmi ilə təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətinin təmin olunaraq Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyin ilə bağlı məsələni araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası təyin olunmuş cəza məsələsini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarının tövsiyyələrini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi halları nəzərə alaraq, ona 10 (on) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin eməklə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olan qanuni və ədalətli nəticəyə gəlmişdir və məhkum olunmuş şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azaldılması üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 124.1ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Füzuli Hərbi Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(097)-140/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Füzuli Hərbi Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(097)-140/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1-1(106)-4/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(106)-4/2024
10.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver