Məhkəmə qərarları › İş №1-1(106)-5/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(106)-5/2024

21.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1-1(106)-5/2024 21.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X8 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, zərərçəkmiş şəxslərin hüquqi varisləri X16, Zərərçəkmiş şəxs2, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, müdafiəçilər Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 329.2.1, 239.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Füzuli Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 1-1(097)-96/2023 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 münasibətdə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs X10 hüquqi varisi X16 apellyasiya şikayəti, eləcə də məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 1-1(097)-96/2023 nömrəli hökmü (hakimlər: X19 (sədrlik edən), X1 və X3 ibarət tərkibdə) ilə xx xxxxxx 1993-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Alar kəndində daimi qeydiyyatda olmaqla müvəqqəti olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində yaşamış Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2, 329.2.6-cı maddəsi il 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu gündən, yəni 28 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılması xx xxxxxxx 1987-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qazax rayonunun Xanlıqlar kəndində daimi qeydiyyatda olmaqla müvəqqəti olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində yaşamış Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 341.3-cü maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi vaxtdan hesablanması, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə müəyyən vəzifənin qoyulması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 329.2.1, 239.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin Laçın rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8ci bölüyünün 1-ci tağımının 3-cü manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, xidmət etdiyi bölüyün Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyində xidmətdə olduğu zaman, 2022-ci ilin yanvar ayının ortalarında, axşam saatlarında komandiri olduğu manqanın qumbaraatanı, əsgər X4 şəxsi heyətin şam yeməyini vaxtında hazırlamamasını aşkar edib bundan qəzəblənərək, bu vəziyyətdə nizamnamələrlə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək əvəzinə, əsgər F.Zərərçəkmiş şəxs2 hərəkətinə görə öz şəxsi mülahizəsinə əsasən cəzalandırmaq qərarına gəlib sonuncunun sifətinə, eləcə də bədəninin müxtəlif nahiyələrinə çoxsaylı sillə və yumruq zərbələri vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin fevral ayının ortalarında, axşam saatlarında xidmət etdiyi bölüyün Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyində komandiri olduğu manqanın tuşlayıcısı, əsgər X17 və qumbaraatanı, əsgər F.Zərərçəkmiş şəxs2 döyüş mövqeyinin əsgər yataqxanasında yüksək səslə danışmalarını aşkar edib bundan qəzəblənərək həmin əsgərləri, eləcə də həmin vaxt yataqxanada olmuş komandiri olduğu manqanın heyət nəfəri-atıcısı, əsgər Zərərçəkmiş şəxs3 və atıcısı, əsgər Zərərçəkmiş şəxs4 yarıçılpaq vəziyyətdə əsgər yataqxanasından bayıra çıxardıb onları orada bir saat müddətində soyuq və qarlı-şaxtalı hava şəraitində dayanmağa məcbur edib həmin əsgərlərə bu vəziyyətdə güclü fiziki ağrı ilə müşayiət olunan iztirablar verərək, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin fevral ayının sonlarında, səhər saatlarında komandiri olduğu manqanın qumbaraatanı, əsgər F.Zərərçəkmiş şəxs2 başçısı olduğu və xidmət etdiyi bölüyün Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyində döyüş növbətçiliyinə təyin olunduğu halda, növbə çəkmə yerini tərk edərək yeməkxanaya daxil olmasını aşkar edib bundan qəzəblənərək sonuncunu yeməkxanada yanına çağırmış və bu vəziyyətdə nizamnamələrlə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək əvəzinə, əsgər F.Zərərçəkmiş şəxs2 hərəkətinə görə öz şəxsi mülahizəsinə əsasən cəzalandırmaq qərarına gəlib sonuncunun sifətinə iki sillə zərbəsi vurmuş, daha sonra əyninə əlavə olaraq daha bir ədəd zirehli gödəkçə geyindirib bu vəziyyətdə xidmət aparmağa məcbur edərək ona güclü fiziki ağrı ilə müşayiət olunan iztirablar verib rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə işgəncə verməklə zor tətbiq etmişdir. Bundan başa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin fevral ayının sonlarında, səhər saatlarında, başçısı olduğu və xidmət etdiyi bölüyün Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyinin yeməkxanasında şəxsi heyət üçün yemək bişirən, komandiri olduğu manqanın pulemyot tuşlayıcısı, əsgər Zərərçəkmiş şəxs3 yeməkxananın giriş qapısını açıq vəziyyətdə saxladığına görə içəriyə qarın daxil olduğunu görüb bundan qəzəblənərək, buna görə əsgər Zərərçəkmiş şəxs3 öz şəxsi mülahizəsinə əsasən cəzalandırmaq qərarına gəlib sağ əli ilə sonuncunun sifətinə iki sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin fevral ayının sonlarında, axşam saatlarında, başçısı olduğu və xidmət etdiyi bölüyün Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyində komandiri olduğu manqanın tuşlayıcısı, əsgər F.Ə.Məmmədovun siqareti olduğu halda, bu barədə ona məlumat verməməsindən qəzəblənib buna görə sonuncunu öz şəxsi mülahizəsinə görə cəzalandırmaq qərarına gələrək, əsgər F.Ə.Məmmədovun qarın nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuş, daha sonra boynundan tutaraq başını bir neçə dəfə yataqxananın metal materiallı giriş qapısına vurmuş və onu alt geyim paltarında təxminən 30 (otuz) dəqiqə müddətində əsgər yataqxanasının qarşısında qarlı və şaxtalı havada dayanmağa məcbur edib əsgər yataqxanasına daxil olmasına icazə verməyərək bu vəziyyətdə ona güclü fiziki ağrı ilə müşayiət olunan iztirablar verməklə rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, başçısı olduğu və xidmət etdiyi bölüyün Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyində xidmətdə olduğu zaman, 03 mart 2022-ci il tarixdə, saat 12:00 radələrində şəxsi istifadəsi üçün siqaretinin bitdiyini aşkar edib, xidmət apardığı döyüş mövqeyindən Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində, quru yolla 1650 metr, hava yolu ilə isə ***-**** metr məsafədə düşmənlə bilavasitə təmas xəttində, döyüş şəraitində yerləşən şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyi ilə rabitə əlaqəsi yaradaraq orada siqaretin olubolmadığını soruşmuşdur. Həmin döyüş mövqeyindən rabitə əlaqəsi vasitəsi ilə ona orada bir qutu siqaretin olması barədə məlumat verildikdən sonra əsgər Təqsirləndirilən şəxs1 Müdafiə nazirinin müavini – Quru Qoşunları komandanının 29 yanvar 2022-ci il tarixli, 49 №-li telefonoqrammasının tələblərinə əsasən, kəskin hava şəraitində (qar, çovğun) şəxsi heyətin, nəqliyyat vasitələrinin dislokasiya məntəqələrindən və döyüş mövqelərindən hərəkətinin qadağan olunmasına, kəskin hava şəraitində zərurət yaranarsa hərəkətin yalnız N nömrəli hərbi hissə komandirinin icazəsi ilə yerinə yetirilməli olmasına, şəxsi heyətin hərəkət zamanı siqnal fişəngləri, kiçik istehkam bel, kəndir, rabitə vasitələri, iki dəst ehtiyat batareya, işıq fənərləri, yataq kisələri, həyatda qalma üçün zəruri olan digər vasitələrlə və quru ərzaq payı ilə təchiz olunmalı olmasına və bütün bu tələblər barədə post başçısı kimi özünün məlumatlı olmasına baxmayaraq, həmin tələbləri pozub, buna dair heç bir ciddi zərurət olmadığı halda rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni özünün şəxsi marağı ilə əlaqədar siqaretə olan tələbatını ödəmək məqsədi ilə döyüş şəraitində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin vaxt mövcud olmuş kəskin qarlı, çovğunlu və şaxtalı hava şəraitində yuxarı komandanlıqdan hərəkət üçün heç bir icazə almadan, həmin döyüş mövqeyində tabeliyində xidmət edən komandiri olduğu manqanın tuşlayıcısı, əsgər X17 və qumbaraatanı, əsgər X6, onları tələb olunan müvafiq ərzaq payı, alət və vasitələrlə təmin etmədən, hərəkətin həyat və sağlamlıqları üçün açıq-aşkar təhlükəli olmasını nəzərə almadan, birlikdə şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyinə getmələri və orada olan bir qutu siqareti gətirib özünə vermələri barədə qanunsuz göstəriş vermişdir. Bundan sonra əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 mövqe başçısı Təqsirləndirilən şəxs1 verdiyi qanunsuz göstərişə əsasən, həmin gün saat 13:00 radələrində xidmət etdikləri şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyindən bölüyün şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyi istiqamətində hərəkət etməyə başlamış və saat 15-00 radələrində həmin mövqeyinə çataraq özlərini həmin mövqenin başçısı olan bölüyün 1-ci tağımının komandirinin müavini, gizir Təqsirləndirilən şəxs2 təqdim edərək mövqe başçıları olan Təqsirləndirilən şəxs1 onları siqaret qutusunu götürmək üçün göndərdiyi barədə məruzə etmişlər. Əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 bir qədər şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyində istirahət etdikdən sonra həmin gün saat 17:00 radələrində Təqsirləndirilən şəxs1 daxili rabitə vasitəsi ilə onlarla əlaqə yaratmış və bir daha Quru Qoşunları komandanının 29 yanvar 2022-ci il tarixli, 49 №-li telefonoqrammasının tələblərini pozub, rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni özünün şəxsi marağı ilə əlaqədar siqaretə olan tələbatını ödəmək məqsədi ilə döyüş şəraitində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin vaxt mövcud olmuş kəskin qarlı, çovğunlu və şaxtalı hava şəraitini, həmin şəraitdə hərəkətin həyat və sağlamlıq üçün açıq-aşkar təhlükəli olmasını nəzərə almadan, hər iki əsgərə siqaret qutusunu götürüb dərhal xidmət etdikləri döyüş mövqeyinə qayıtmaları barədə göstəriş vermişdir. Eyni zamanda bölüyün şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyinin başçısı olan gizir Təqsirləndirilən şəxs2 həmin vaxt Müdafiə nazirinin müavini – Quru Qoşunları komandanının 29 yanvar 2022-ci il tarixli, 49 №-li telefonoqrammasının tələblərinə əsasən, kəskin hava şəraitində (qar, çovğun) şəxsi heyətin, nəqliyyat vasitələrinin dislokasiya məntəqələrindən və döyüş mövqelərindən hərəkətinin qadağan olunmasına, kəskin hava şəraitində zərurət yaranarsa hərəkətin yalnız N nömrəli hərbi hissə komandirinin icazəsi ilə yerinə yetirilməli olmasına, şəxsi heyətin hərəkət zamanı siqnal fişəngləri, kiçik istehkam bel, kəndir, rabitə vasitələri, iki dəst ehtiyat batareya, işıq fənərləri, yataq kisələri, həyatda qalma üçün zəruri olan digər vasitələrlə və quru ərzaq payı ilə təchiz olunmalı olmasına və bütün bu tələblər barədə post başçısı kimi özünün məlumatlı olmasına baxmayaraq, həmin tələbləri pozub rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni şəxsi marağı ilə əlaqədar tabeliyindəki əsgərlərə komandirlər tərəfindən onlara verilmiş əmr və göstərişlərin icrasına özünün prinsipial mövqeyini göstərmək məqsədi ilə döyüş şəraitində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyib rütbəcə və vəzifəcə tabeliyində olan R.Təqsirləndirilən şəxs1 qanunsuz göstərişinin icrasının qarşısını almamaqla yanaşı, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, buna dair heç bir ciddi zərurət olmadığı halda, yuxarı komandanlıqdan hərəkət üçün icazə almadan əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 həmin vaxt davam edən qarlı, çovğunlu və şaxtalı, hərəkətin həyat və sağlamlıqları üçün açıq-aşkar təhlükəli olmasını nəzərə almadan və onları tələb olunan müvafiq ərzaq payı, alət və vasitələrlə təmin etmədən başçısı olduğu döyüş mövqeyindən xidmətdə olduqları döyüş mövqeyinə getmələri barədə qanunsuz icazə vermişdir. Bundan sonra əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 mövqe başçısı R.Təqsirləndirilən şəxs1 tapşırdığı ilə bir qutu siqareti götürüb birlikdə həmin gün saat 17:00 radələrində şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyindən xidmət etdikləri, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlanan döyüş mövqeyi istiqamətində hərəkət etməyə başlamış, lakin hazırda istintaqa məlum olmayan səbəblərdən həmin mövqeyə çatmayaraq itkin düşmüş, bundan sonra həmin vaxtdan etibarən əsgərlər F.Ə.Məmmədovla F.Zərərçəkmiş şəxs2 olduqları yerin müəyyən edilərək tapılmaları məqsədi ilə hərbi qulluqçular tərəfindən hər iki döyüş mövqeyinin arasındakı və ətrafındakı ərazilərdə, eləcə də həmin döyüş mövqeləri ilə Ermənistan Respublikasının Laçın rayonu ilə sərhəd ərazilərdəki erməni silahlı birləşmələrinin mövqeləri arasındakı ərazilərdə axtarış tədbirləri həyata keçirilsə də, hazırkı vaxtadək həmin tədbirlər heç bir nəticə verməyərək əsgərlərin tapılması mümkün olmamış, bununla da Təqsirləndirilən şəxs1 rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə döyüş şəraitində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin mart ayının əvvəllərində, səhər saatlarında başçısı olduğu və xidmət etdiyi bölüyün Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyində sanitar qovşağın təmiz olmamasını aşkar edib şəxsi heyətə həmin yeri təmizləmək barədə göstəriş vermiş və bu zaman döyüş möyqeyində xidmət aparan bölüyün 1-ci tağımının 2- ci manqasının snayperi, əsgər X2 tapşırdığı işi görmək üçün çəkmələrini gec geyinməsini görüb bundan qəzəblənərək, buna görə sonuncunu öz mülahizəsinə görə cəzalandırmaq qərarına gəlib başına yumruqla bir zərbə vurmuş və kitelinin yaxalığından tutub onu əsgər yataqxanasından bayıra itələyərək, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin mart ayının ortalarında, səhər saatlarında başçısı olduğu və xidmət etdiyi bölüyün Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyində komandiri olduğu manqanın atıcısı, əsgər Zərərçəkmiş şəxs4 şəxsi heyətin yuyunması üçün istifadə edilən suyu qızdırmamasından qəzəblənib buna görə sonuncunu öz mülahizəsinə görə cəzalandırmaq qərarına gəlib sifətinə iki sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin Laçın rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün 1-ci tağımının komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, başçısı olduğu və xidmət etdiyi bölüyün Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyində xidmətdə olduğu zaman, 03 mart 2022-ci il tarixdə saat 12:00 radələrində Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində, xidmət apardığı döyüş mövqeyindən quru yolla 1650 metr, hava yolu ilə isə ***-**** metr məsafədə düşmənlə bilavasitə təmas xəttində, döyüş şəraitində yerləşən şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyinin başçısı, bölüyün 1-ci tağımının 3-cü manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün siqaretinin bitdiyini aşkar edib, «LS-1» (Laçın sərhəd 1) döyüş mövqeyi ilə rabitə əlaqəsi yaradaraq orada siqaretin olub-olmadığını soruşmuşdur. Həmin döyüş mövqeyindən rabitə əlaqəsi vasitəsi ilə Təqsirləndirilən şəxs1 orada bir qutu siqaretin olması barədə məlumat verildikdən sonra əsgər Təqsirləndirilən şəxs1 Müdafiə nazirinin müavini – Quru Qoşunları komandanının 29 yanvar 2022-ci il tarixli, 49 №-li telefonoqrammasının tələblərinə əsasən, kəskin hava şəraitində (qar, çovğun) şəxsi heyətin, nəqliyyat vasitələrinin dislokasiya məntəqələrindən və döyüş mövqelərindən hərəkətinin qadağan olunmasına, kəskin hava şəraitində zərurət yaranarsa hərəkətin yalnız N nömrəli hərbi hissə komandirinin icazəsi ilə yerinə yetirilməli olmasına, şəxsi heyətin hərəkət zamanı siqnal fişəngləri, kiçik istehkam beli, kəndir, rabitə vasitələri, iki dəst ehtiyat batareya, işıq fənərləri, yataq kisələri, həyatda qalma üçün zəruri olan digər vasitələrlə və quru ərzaq payı ilə təchiz olunmalı olmasına və bütün bu tələblər barədə post başçısı kimi özünün məlumatlı olmasına baxmayaraq, həmin tələbləri pozub, buna dair heç bir ciddi zərurət olmadığı halda rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni özünün şəxsi marağı ilə əlaqədar siqaretə olan tələbatını ödəmək məqsədi ilə döyüş şəraitində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin vaxt mövcud olmuş kəskin qarlı, çovğunlu və şaxtalı hava şəraitində yuxarı komandanlıqdan hərəkət üçün heç bir icazə almadan, həmin döyüş mövqeyində tabeliyində xidmət edən komandiri olduğu manqanın tuşlayıcısı, əsgər X17 və qumbaraatanı, əsgər X6, onları tələb olunan müvafiq ərzaq payı, alət və vasitələrlə təmin etmədən, hərəkətin həyat və sağlamlıqları üçün açıq-aşkar təhlükəli olmasını nəzərə almadan, birlikdə şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyinə getmələri və orada olan bir qutu siqareti gətirib özünə vermələri barədə qanunsuz göstəriş vermişdir. Bundan sonra əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 mövqe başçısı Təqsirləndirilən şəxs1 verdiyi qanunsuz göstərişə əsasən, həmin gün saat 13:00 radələrində xidmət etdikləri şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyindən bölüyün şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyi istiqamətində hərəkət etməyə başlamış və saat 15:00 radələrində həmin mövqeyə çataraq özlərini gizir Təqsirləndirilən şəxs2 təqdim edərək mövqe başçıları olan Təqsirləndirilən şəxs1 onları siqaret qutusunu götürmək üçün göndərdiyi barədə məruzə etmişlər. Əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 bir qədər şərti olaraq «LS- 1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyində istirahət etdikdən sonra həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs1 daxili rabitə vasitəsi ilə onlarla əlaqə yaratmış və bir daha Quru Qoşunları komandanının 29 yanvar 2022-ci il tarixli, 49 №-li telefonoqrammasının tələblərini pozub, rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni özünün şəxsi marağı ilə əlaqədar siqaretə olan tələbatını ödəmək məqsədi ilə döyüş şəraitində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin vaxt mövcud olmuş kəskin qarlı, çovğunlu və şaxtalı hava şəraitini, həmin şəraitdə hərəkətin həyat və sağlamlıq üçün açıq-aşkar təhlükəli olmasını nəzərə almadan, hər iki əsgərə siqaret qutusunu götürüb dərhal xidmət etdikləri döyüş mövqeyinə qayıtmaları barədə göstəriş vermişdir. Eyni zamanda bölüyün şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyinin başçısı, gizir Təqsirləndirilən şəxs2 həmin vaxt Müdafiə nazirinin müavini – Quru Qoşunları komandanının 29 yanvar 2022-ci il tarixli, 49 №-li telefonoqrammasının tələblərinə əsasən, kəskin hava şəraitində (qar, çovğun) şəxsi heyətin, nəqliyyat vasitələrinin dislokasiya məntəqələrindən və döyüş mövqelərindən hərəkətinin qadağan olunmasına, kəskin hava şəraitində zərurət yaranarsa hərəkətin yalnız N nömrəli hərbi hissə komandirinin icazəsi ilə yerinə yetirilməli olmasına, şəxsi heyətin hərəkət zamanı siqnal fişəngləri, kiçik istehkam beli, kəndir, rabitə vasitələri, iki dəst ehtiyat batareya, işıq fənərləri, yataq kisələri, həyatda qalma üçün zəruri olan digər vasitələrlə və quru ərzaq payı ilə təchiz olunmalı olmasına və bütün bu tələblər barədə post başçısı kimi özünün məlumatlı olmasına baxmayaraq, həmin tələbləri pozub rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni şəxsi marağı ilə əlaqədar tabeliyindəki əsgərlərə komandirlər tərəfindən onlara verilmiş əmr və göstərişlərin icrasına özünün prinsipial mövqeyini göstərmək məqsədi ilə döyüş şəraitində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyib rütbəcə və vəzifəcə tabeliyində olan R.Təqsirləndirilən şəxs1 qanunsuz göstərişinin icrasının qarşısını almamaqla yanaşı, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, buna dair heç bir ciddi zərurət olmadığı halda, yuxarı komandanlıqdan hərəkət üçün icazə almadan əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 həmin vaxt davam edən qarlı, çovğunlu və şaxtalı, hərəkətin həyat və sağlamlıqları üçün açıq-aşkar təhlükəli olmasını nəzərə almadan və onları tələb olunan müvafiq ərzaq payı, alət və vasitələrlə təmin etmədən başçısı olduğu döyüş mövqeyindən xidmətdə olduqları döyüş mövqeyinə getmələri barədə qanunsuz icazə vermişdir. Bundan sonra əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 xidmətdə olduqları mövqenin başçısı R.Təqsirləndirilən şəxs1 tapşırdığı bir qutu siqareti götürüb birlikdə həmin gün saat 17:00 radələrində şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyindən xidmət etdikləri, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlanan döyüş mövqeyi istiqamətində hərəkət etməyə başlamış, lakin hazırda istintaqa məlum olmayan səbəblərdən həmin mövqeyə çatmayaraq itkin düşmüş, bundan sonra həmin vaxtdan etibarən əsgərlər F.Ə.Məmmədovla F.Zərərçəkmiş şəxs2 olduqları yerin müəyyən edilərək tapılmaları məqsədi ilə hərbi qulluqçular tərəfindən hər iki döyüş mövqeyinin arasındakı və ətrafındakı ərazilərdə, eləcə də həmin döyüş mövqeləri ilə Ermənistan Respublikasının Laçın rayonu ilə sərhəd ərazilərdəki erməni silahlı birləşmələrinin mövqeləri arasındakı ərazilərdə axtarış tədbirləri həyata keçirilsə də, hazırkı vaxtadək həmin tədbirlər heç bir nəticə verməyərək əsgərlərin tapılması mümkün olmamış, bununla da Təqsirləndirilən şəxs2 rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə döyüş şəraitində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi ağır nəticələrə səbəb olmuşdur. APELLYASİYA PROTESTİ VƏ APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, cinayət işi üzrə Füzuli Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar çıxarılmaqla dəyişdirilməsini və ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 341.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən onun cəzasının yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah və tərbiyə olunmasının mümkün hesab edərək barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin etməklə cəzanı şərti olaraq tətbiq etmişdir. Aşağıda göstərilənlərə əsasən hökm dəyişdirilməlidir: İlk öncə qeyd edilir ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi qəbul etmişdir. Halbuki, Təqsirləndirilən şəxs2 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqında ifadələrində göstərmişdir ki, əsgərlər F.Məmmədov və F.Abdullayevin xidmətdə olduqları “LS- 2” döyüş mövqeyinin düşmən mövqelərinə daha yaxın məsafədə yerləşməsi səbəbindən onların xidməti yerlərində olmadıqları vaxt düşmən tərəfindən hər hansı bir basqın təhlükəsi yarandığı halda müdafiə olunmağın çətin olacağını ehtimal etdiyindən, həmçinin həmin vaxt havanın sakit və aydın olduğunu nəzərə alıb tabor komandirinə, eləcə də yuxarı komandir heyətinə məruzə etmədən və onlardan icazə almadan əsgərlər F.Məmmədov və F.Abdullayevin başçısı olduğu mövqedən xidmət etdikləri “LS-2” döyüş mövqeyinə qayıtmalarına dair icazə vermişdir. Bundan başqa, o, ifadələrində “LS-1" döyüş mövqeyində xidmət etdiyi müddətdə hərəkətin qadağan olunmasını yalnız həmin mövqedə xidmət edən şəxsi heyətə münasibətdə icra etməli olduğunu bildiyini, buna görə də əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 başçısı olduğu döyüş mövqeyinə gəlib geri qayıtmaları barədə "LS-2” döyüş mövqeyinin başçısı, əsgər Təqsirləndirilən şəxs1 icazəsi olduğu halda, onları başçısı olduğu döyüş mövqeyində saxlaya bilmək kimi səlahiyyətinin olmadığını hesab etdiyini, həmin əsgərlərin başçısı olduğu döyüş mövqeyinə gəlmələri barədə Təqsirləndirilən şəxs1 ondan icazə almadığını, Təqsirləndirilən şəxs1 bu barədə tabor komandirindən icazə aldığını ona dediyinə görə onun sözünə inandığını və bu hissədə tabor komandiri ilə dəqiqləşdirmə aparmadığını bildirmişdir. Cinayət əməllərini səmimi etiraf etmə dedikdə, cinayət törətmiş şəxsin öz əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk etməsi, əməlindən səmimi şəkildə peşman olması, bunu cəzadan yaxa qurtarmaq məqsədi ilə deyil, səmimi niyyətlə etməsi başa düşülməlidir. Yalnız bu halda təqsirkarın islah olunmağa başlamasından söhbət gedə bilər. Belə hərəkətlər islah olunmanın başlanğıc nöqtəsi kimi çıxış edir və həm təqsirkarın islah olunmasını stimullaşdırır, həm də cəzanın məqsədlərini təmin edir. Lakin Təqsirləndirilən şəxs2 ifadələrindən tam əksini görmək mümkün olur. Belə ki, o həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqında işin faktitki hallarına tam uyğun olmayan qeyri-səmimi ifadələr verməklə baş vermiş hadisədə özünü kənara çəkib “günahsız" kimi göstərməyə, bütün məsuliyyəti Təqsirləndirilən şəxs1 üstünə yıxmağa və bu yolla cəzadan boyun qaçırmağa çalışmışdır. Ona görə də hesab edirəm ki, Təqsirləndirilən şəxs2 özünü müdafiə xarakterli ifadələr verməsi onun törətmiş olduğu cinayət əməllərini səmimi etiraf etməsi kimi qəbul edilə bilməz. Bundan başqa, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini obyektiv qiymətləndirməməklə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən yüngül cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 12-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçular tutduqları vəzifəyə və rütbələrinə görə bir- biri ilə münasibətdə rəis və ya tabe olan deyillərsə, böyük və ya kiçik ola bilərlər. Böyüklük hərbi qulluqçuların hərbi rütbəsi ilə müəyyən edilir. Hərbi rütbəsi böyük olanlar hərbi rütbəsi kiçik olanlara irad tutmaq hüququna malik olub, onlardan hərbi intizama, ictimai qayda- qanuna, geyim formasına, həmçinin davranış və salamlaşma qaydalarına riayət etmələrini tələb etmək hüququna malikdirlər. Rütbəcə kiçiklər böyüklərin bu tələblərini sözsüz yerinə yetirməlidirlər. Nizamnamənin bu müddəasına əsasən, “əsgər” hərbi rütbəsi daşıyan Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman ondan rütbəcə böyük olan gizir Təqsirləndirilən şəxs2 tabeliyində olmuşdur. Belə olan təqdirdə Nizamnamənin tələblərinə əsasən, yuxarı komandanlığın hava şəraiti ilə əlaqədar olaraq şəxsi heyətin mövqelər arasında hərəkət etməyə qadağa qoyulması ilə bağlı telefonoqramın mövcud olmasına baxmayaraq, Təqsirləndirilən şəxs2 özündən rütbəcə kiçik olan əsgər Təqsirləndirilən şəxs1 əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 siqaret gətirmələri məqsədi ilə silah və lazımi vasitələrlə təchiz etmədən risk altına atmaqla onun başçısı olduğu mövqeyə göndərməsinə irad tutmaq, sonradan havanın kəskinləşməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 əsgərlərə mövqeyə geri qayıtmaları ilə bağlı verdiyi növbəti qanunsuz göstərişinin qarşısını almaq, bu barədə yuxarı komandanlığa məruzə edib icazə aldıqdan sonra əsgərləri daha əlverişli hava şəraitində və yaxud silahlı mühafizənin müşayiəti ilə, habelə lazımi əşyalarla təchiz olunmuş şəkildə mövqeyə yola salmaq imkanına malik olduğu halda öz səlahiyyətləri çərçivəsində heç bir tədbir görməyərək öz növbəsində verilmiş qanunsuz əmrin davamı olaraq əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 öz mövqelərinə geri qayıtmaq barədə göstəriş vermiş, məhz onun bu göstərişindən sonra həmin əsgərlər öz mövqelərinə geri qayıdarkən itkin düşmüşlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 rütbəcə Təqsirləndirilən şəxs1 böyük olsa da belə, nizamnamə çərçivəsində ona aid edilmiş səlahiyyətlərindən, özü üçün üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi marağa görə tabeliyindəki əsgərlərə komandirlər tərəfindən onlara verilmiş əmr və göstərişlərin icrasına özünün prinsipial mövqeyini göstərmək məqsədi ilə döyüş şəraitində öz qulluq səlahiyyətlərindən açıq aşkar kənara çıxan hərəkətlər edərək qəsdən istifadə etməmişdir. Cinayət Məcəlləsinin 341-ci maddəsi ilə bağlı hüquq ədəbiyyatında göstərilmişdir ki, “hərbi vəzifə cinayətlərinin xüsusiyyəti ondan ibarətdir ki, onların törədilməsi zamanı təhlükəli nəticələr zərərçəkmiş şəxsə bilavasitə zərər vurulması ilə deyil, qanunsuz əmr verilməsi ilə meydana çıxır. Qəsdən belə əmr vermiş hərbi vəzifəli şəxs qanunsuz əmrin icrasından irəli gələn nəticələrə görə cinayət məsuliyyəti daşımalıdır”. Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterinə diqqət yetirdikdə bir daha təsdiq olunur ki, o, əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 öz mövqelərinə geri qayıtmaq barədə qanunsuz göstərişi qəsdən vermiş və bu göstərişin icrasından irəli gələn təhlükəli nəticələrin meydana çıxacağını güman etmişdir. Törədilmiş cinayətin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 bu cinayəti adi vəziyyətdə deyil, məhz döyüş şəraitində düşmənlə üzbəüz yerləşən döyüş mövqeyində törətmişdir. Bu hal cinayətin ictimai təhlükəlilik dərəcəsini daha da artırsa da, məhkəmə məlum olmayan səbəblərdən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən bu halı nəzərə almamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1 -ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bütün qeyd olunanlara əsasən məhkəmənin Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən onun şəxsiyyəti ilə bağlı hansı müsbət xüsusiyyətləri nəzərə alıb ona yüngül cəza verməsi sual doğurur. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını və ilk dəfə olaraq cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi qəbul etmişdir. Lakin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi onun müsbət ictimai xarakterizəsi üçün əsas ola bilməz. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib yaralanmasını, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə", Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” və 2 dəfə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə "Qüsursuz xidmətə görə” medalları ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirməklə bunu qabarıq şəkildə ön plana çəkməyə çalışmışdır. Sözsüz ki, Təqsirləndirilən şəxs2 "Vətən Müharibəsi”ndə iştirak etməsi və Ali Baş Komandan tərəfindən təltif olunması təqdirə və ehtirama layiq bir haldır, lakin məhkəmənin heç də bu xüsusatlara istinad edib qanunsuz və əsassız qərarlar qəbul edilməsinə rəvac verməməlidir. Hesab edir ki, hazırki iş üzrə, Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham olunan hər iki təqsirləndirilən şəxsə münasibətdə fərqli cəza siyasətinin nümayiş etdirilməsi, yəni Təqsirləndirilən şəxs2 iki şəxsin itkin düşməsi ilə bağlı ağır nəticələrə səbəb olmaqla törədilmiş cinayət əməlinə görə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi anlaşılan deyildir. Bu dolayısı ilə Cinayət Məcəlləsinin əsas prinsipləridən olan «Ədalət prinsipi»nin pozulmasıdır. Zərərçəkmiş şəxs X10 hüquqi varisi X16 apellyasiya şikayəti verərək, Füzüli Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 və digər zabitlər, Şahid10, Elzmain Behbudov və Münasib Babayev həbs edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hakimi Təqsirləndirilən şəxs1 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, şərti cəza təyin etsə də, cinayət törətməkdə əməlləri və özbaşınalıqları sübut olunan tabor komandiri Şahid10, hərbi hissə komandiri Elzamin Behbudov və Münasib Babayev barəsində isə heç bir cəza təyin etməmişdir. Məhkəmə əsas cinayətkarları çöldə saxlamaqla, yalnız Təqsirləndirilən şəxs1 8 il cəza təyin etməklə məhkəmə prokurordan asılı olduğunu nümayiş etdirmişdir. Necə ola bilər ki, övladını aparıb itirən Təqsirləndirilən şəxs2 şərti cəza verilməklə azadlıqda qalsın, Şahid10, Elzmain Behbudov və Münasib Babayev isə qanun qarşısında cavab verməsinlər. O, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 şikayətçi olmamış, yalnız Şahid10, Elzamin Behbudovun, Münasib Babayevin tutulmasını tələb etmişdir. Ancaq bu o demək deyil ki, Təqsirləndirilən şəxs2 azadlıqda qalmalıdır. Qazi olması Təqsirləndirilən şəxs2 səlahiyyət vermir ki, onun oğlunu aparıb itirsin. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Füzuli hərbi məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cinayət işi materiallarına, məhkəmə istintaqında tədqiq olunmuş sənədlərə, işin faktiki hallarına düzgün və obyektiv hüquqi qiymət verməmiş, hökmdə Təqsirləndirilən şəxs1 təqsirli bilinməsi təkzibedilməz dəlillərə istinad etməklə əsaslandırmamış, müdafiə tərəfinin dəlillərinə isə, ümumiyyətlə, bir cümlə ilə belə olsa, münasibət bildirməmişdir. Məhkəmənin tərəflər arasında barışığın olmasına, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasına yüngülləşdirici hal kimi qiymət verməsinə baxmayaraq, demək olar ki, dövlət ittihamçısının tələb etdiyi müddətə, eyni əmələ görə digər təqsirləndirilən şəxsə münasibətdə isə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə şərti cəza təyin etməsi məhkəmənin Təqsirləndirilən şəxs1 münasibətdə qərəzli və qeyri-obyektiv olmasının göstəricisidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza həddindən artıq ağır olmaqla, cinayət işi materialları və təqsirləndirilən şəxsin şəxsiyyəti, əməlinin xarakteri və ictimai təhlükəliliyi ilə adekvat deyildir. Halbuki Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə verilmiş ittiham üzrə bütün zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs1lə barışmış və şikayətlərini geri götürmüşlər. Digər tərəfdən və ən əsas məsələ isə ondan ibarətdir ki, itkin düşmüş əsgərlərin valdeiynləri-zərərçəkmiş şəxslərin hüquqi varisləri də hadisədə Babayevin günahı olmadığını, hadisənin əsas səbəbkarları hərbi hissə komandanlığı-tabir komandiri və hərbi hissə komandiri olmasını, Təqsirləndirilən şəxs1 şikayətçi olmadıqlarına dair vəsatətlər, ərizələr təqdim etmişlər. Bundan əlavə məhkəmə hökmündə də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilməsini və ilk dəfə cinayət əməli törətməsi Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Yüngülləşdirici halların xaraketerindən və növündən də görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza həddən artıq ağırdır. Məhkəmə onu təqsirli bilsə də belə, bu həddə cəza təyin etməsi ədalətli deyildir. Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibinin olub-olmaması, onun təqsirsizliyinə dair dəlillərə gəldikdə isə ilk öncə qeyd edilməlidir ki, baş vermiş hadisədə təqsirləndirilə biləcək və cinayət məsuliyyətinə cəlb ediləcək son şəxs Təqsirləndirilən şəxs1dir. Əvvəla, Təqsirləndirilən şəxs1 hərbi hissədə ən kiçik rütbəli hərbiçidir, ikincisi, əsgərlərin digər postda olması barədə Təqsirləndirilən şəxs1 bilavasitə komandiri, digər postun başçısı, tağım komandiri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birbaşa rəisi tabor komandiri Şahid10 məlumatı olmuşdur. Təqsirləndirilən şəxs1 həmin hərbiçilərə göstəriş vermək səlahiyyəti yoxudur, əksinə hər iki şəxs də Babayevə göstərişlər vermək səlahiyyətindədirlər. Üçüncüsü, Babayevin nizamnamədən kənar hərəkəti intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır, əsgərlərin itkin düşməsinin səbəbi deyildir. Əgər Təqsirləndirilən şəxs1 əsgərləri özbaşına və lazımı tədbirləri görmədən digər posta göndərmiş olsaydı və əsgərlə digər posta-təyinat nöqtəsinə çatmadan, digər şəxslər tərəfindən onların itkin düşməsinin qarşısını almaq mümkün olmayacaq şəraitdə itkin düşsəydi, o zaman, məhkəmənin hökmü ilə razılaşmaq olardı. İstintaqın özünün topladığı sübutlar və araşdırdığı hallar əslində Babayevin təqsirli olmamasını, əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 itkin düşməsi ilə onun əməli arasında səbəbli nəticənin olmamasını təsdiq edir. Belə ki, ittiham tərəfi iddia edir ki, 1) Babayev post başçısı olmuş, 2) Babayev müdafiə nazirinin müavini, Quru Qoşunları komandanının 29 yanvar 2022-ci il tarixli 49 nömrəli telefonoqramasının tələblərinin ziddinə olaraq əsgərləri siqnal fişəngləri, kiçik istehkam bel, kəndir, rabitə vasitələri, iki ədəd ehtiyat batareya, işıq fənərləri, yataq kisələri, həyatda qalmaq üçün digər zəruri vasitələrlə və quru ərzaq payı ilə təchiz etməyib, 3) əsgərlər hərəkətə başlayarkən kəskin çovğunlu-qarlı hava şəraiti mövcud olmuşdur. İlk olaraq qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 post başçısı təyin edilməsi ilə bağlı hər hansı bir əmr, sərəncam mövcud deyil. Odur ki, onu səlahiyyətli şəxs kiıni ittiham etmək qanunsuzdur. Onun post başsını olması barədə istintaqın əldə etdiyi arayış isə əhəmiyyət kəsb edən sənəd deyil. Bundan başqa, Təqsirləndirilən şəxs1 xidmət etdiyi LS-2 adlanan döyüş mövqeyində siqnal fişəngləri, kiçik istehkam bel, kəndir, rabitə vasitələri, iki ədəd ehtiyat batareya, işıq fənərləri ümumiyyətlə olmamışdır. Bu faktı həmin döyüş mövqeyində xidmət aparan bütün əsgərlər də təsdiq etmişlər. Göründüyü kimi, istitaqın əsas məqsədi əsgərlərin itkin düşməsinin səbəbləri və səbəbkarlarını araşdırmaq deyil, fakt üzrə kimisə təqsirləndirmək olmuşdur. Əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 LS-2 postundan hərəkətə başlayarkən, eyni zamanda, Ls-1 postundan geri qayıdarkən havanın kəskin çovğunlu olmaması iş üzrə dindirilmiş şahid ifadələrindən təsdiqini tapır. Yəqin ki, hava çovğunlu idisə nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 bunu görə-görə həmin əsgərlərin hərəkətinə icazə verməzdilər. Şahid ifadələrindən də təsdiq olunur ki, F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 hərəkətə başladıqdan bir qədər sonra hava pisləşmişdir. Cinayət Məcəlləsinin 341.3-cü maddəsinə əsasən müharibə vaxtı və ya döyüş şəraitində rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd otaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma həmin maddənin tərkibini yaradır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməsinə dair ittihama münasibətdə isə qeyd edilməlidir ki, onun əməlində müəyyən səhlənkarlıq olmuş olsa da belə, bu hal F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 itkin düşməsinin səbəbi kimi qəbul edilə bilməz. F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 itkin düşməsi birbaşa olaraq Babayevin hərəkətləri ilə səbəb-nəticə əlaqəsi mövcud deyil. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməlində cinayət məsuliyyəti yalnız onda yarana bilərdi ki, əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 LS-2 döyüş mövqeyindən çıxıb LS-İ döyüş mövqeyinə çatmadan itkin düşmüş olardılar. Sübut etməyə ehtiyac yoxdur ki, həmin əsgərlər LS-1 postuna çalmış və bir müddət orada qalmışlar. Göründüyü kimi əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 LS-1 döyüş mövqeyindən hərəkət edərək, LS-2 döyüş mövqeyinə daxil olmuşlar. Həmin əsgərlər LS-1 döyüş mövqeyinin mühafizə ərazsinə daxil olduğu andan qanuni və ya qanunsuz əsaslarla gəlməyindən asılı olmayaraq, onlar üzərində səlahiyyətli şəxs LS-1 döyüş mövqeyinin başçısıdır, həmin ərazi bilavasitə onun yurisdiksiyası altındadır. Artıq bu zaman əsgərlər üzərində Təqsirləndirilən şəxs1 səlahiyyəti sona çatmış və Təqsirləndirilən şəxs2 səlahiyyətləri başlamışdır. Bu səbəbdən də hesab edilir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığından və baş vermiş cinayət hadisəsinə Təqsirləndirilən şəxs1 aidiyyatı olmadığından onun barəsində bəraət hökmü çıxarılmalıdır. Bundan başqa, müdafiəçi apellyasiya şikayətinin dəlillərində Şahid10 məsuliyyəti barədə qeyd edir ki, Şahid10 əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 digər posta getdiklərini və çovğun təhlükəsi olduğunu bilmişdir. Şahid10 tabordakı şəxsi heyətin birbaşa rəisi kimi öz vəzifələrini yerinə yetirməli və əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 postundan geri qayıtmaqlarına icazə verməməli idi. Göründüyü kimi hadisənin baş verinə səbəbi əsgərlərin Təqsirləndirilən şəxs2 postuna getmələri deyil, həmin postdan qayıdarkən havanın pisləşməsi və Şahid10 hərəkətin qadağan olunması barədə telefonaqramın olduğunu və çovğun təhlükəsi olmaqla yanaşı havanın qaralmağa doğru getdiyini bilə-bilə əsgərlərin geri qayıtmaması barədə göstəriş verməmişdir. Buna görə də əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 itkin düşməsinin birbaşa səbəbi Şahid10 səhləkarlığıdir və o, əsgərlərin itkin düşməsi faktı üzrə, həmçinin tabeliyində olan postlara təminatı çatdırmadığına, postlarin ərzaq və təhlükəsizlik təminatlarını düzgün qurmadığına və qulluğa səhlənkar yanaşdığına görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Həmçinin hərbi hissə komandiri Elzamin Behbudov da şəxsi heyətin hərbi intizamına, onların həyatına və öz zabitlərinin işinə birbaşa cavabdehdir. E. Behbudovun xidmətdən xəbərsiz olduğu, hərbi hissədə özbaşınalıq baş alıb getmə hallarına görə Şahid10lə yanaşı Elzamin Behbudov da cinayət məsuliyyətə cəlb edilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Füzüli Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını və ya Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsgər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 gizir Təqsirləndirilən şəxs2 postunda itkin düşmülər. Təqsirləndirilən şəxs2 əsgərləri saxlamaq və hərbi hissə növbətçisi, korpus komandirinə məruzə etmək əvəzinə özbaşına postdan yola salmışdır. Əsgərlərin itikin düşməsinə səbəbkar Təqsirləndirilən şəxs2 və tabor komandiridir. Onların heç biri isə həbs edilməyib. Ona görə də məhkəmin hökmü qanunsuz və ədalətsizdir. Bütün zərərçəkmiş şəxs olan əsgərlər ibtidai istintaq zamanı yalan ifadə vermişlər. O, yalnız Eldəniz Mustafazadəyə bir şillə vurumuşdur, onunla da barışıq əldə etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı3 apellyasiya protestinin dəlillərini müdafə edərək, apellyasiya protestinin təmin olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin qismən təmin olunmasını, Füzuli Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmünün, Təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəaları xaric olunmaqla dəyişdirilməsini və onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellasiya şikayətlərinin dəlillərinə isə etiraz edərək, onların təmin olunmamasını Füzuli Hərbi Məhkəməsinin hökmünün müdafiə tərəfinin apellyasiya şikayətlərinə münasibətdə Təqsirləndirilən şəxs1n aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X16 özünün verdiyi apellyasiya şikayəti və apellyasiya protestinin təmin olunmasını, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökümdən xaric edilərək onun şərti məhkum edilməsinin ləğv edilməsini və cəzasını real olaraq çəkməsini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təm edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 ittiham və müdafiə tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinin təmin olunmamasını, Füzuli Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edərək zərərçəkmiş şəxsin hüquqi varisi Əjdər Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə olan yazılı etirazını məhkəməyə ünvanladığını və həmin etirazı təsdiq etdiyini bildirdi. Apellyasiya instansiyası məhkəməsində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edib, şikayətlərin dəlillərinə uyğun çıxış etdi və Füzuli Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmünü ləğv etməklə, Təqsirləndirilən şəxs1 barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etdi. Videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə kollegiyasının iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 özü və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edib müdafiəçisi Müdafiəçi1 cıxışı ilə razı olduğunu bildirdi və apellyasiya şikayətlərinin təmin edilərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 dövlət itiihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını, Füzuli Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmünün həmin apellyasiya protesti və apellyasiya şikaytinə münasibətdə dəyişdirilmədən saxlanılmasını, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin apellyasiya şikaətlərinə münasibətdə isə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 çıxışı ilə razı oldğunu bildirərək, dövlət itiihamçısının tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X7 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası yuxarıda adları qeyd olunan şəxslərin iştirakı olmadan apellyasiya protesti və apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya protesti və şikayətlərinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 329.2.1, 239.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxslərə həmin maddələrlə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya protesti və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti və şikayətləri təmin edilməməli, Füzuli Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X2 ifadələri, şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9, Şahid10, Şahid1, Şahid11 ifadələri, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi (İV Ordu korpusu) tərəfindən təqdim edilmiş 29 yanvar 2022-ci il tarixli, 151 №-li telefonoqram, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 13 oktyabr 2022-ci il tarixli, 20/1126 №-li məktubu, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayış, Babayev X14 nazirinin 25 iyun 2021-ci il tarixli, 0160 nömrəli əmrinə və N nömrəli hərbi hissənin komandirinin N iyul 2021-ci il tarixli, 188 nömrəli əmri, Təqsirləndirilən şəxs2 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2021-ci il tarixli, 0N nömrəli və N nömrəli hərbi hissəsinin komandirinin N mart 2021-ci il tarixli, 79 nömrəli əmrləri, iş materiallarına olan, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər halları ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 329.2.1, 239.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri, həmin cinayət əməllərinə aidiyyatı və təqsirlililərinin tam sübuta yetirilməsinə, onlara ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onların həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 329.2.1, 239.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlləri törətmələri və təqsirlililəri tam təsdiq olunmuşdur. Məhkəmə kollgeiyası məhkum edilmiş şəxs və onun müdafiəçisinin Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 329.2.1, 239.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə bəraət verilməsi ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün şərti olaraq “LS-2” adlandırılan döyüş mövqeyinin başçısı 29 dekabr 2021-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək həmin bölüyün komandirinin şəxsi heyətlə iş üzrə müavini, leytenant X11, 24 fevral 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək isə həmin bölüyün 1-ci tağımının 3-cü manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 olmuşdur. Həmçinin, adları göstərilən hərbi qulluqçular “LS-2”döyüş mövqeyində başçı olduqları müddətlərdə həmin mövqedə xidmət edən bütün hərbi qulluqçular üçün rəis olmuşlar. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi (İV Ordu korpusu) tərəfindən təqdim edilmiş 29 yanvar 2022-ci il tarixli, 151 №-li telefonoqramdan görünür ki, «Kəskin hava şəraitində (qar, çovğun) şəxsi heyətin, nəqliyyat vasitələrinin dislokasiya məntəqələrindən və döyüş mövqelərindən hərəkətin qadağan olunaraq həmin hava şəraitində zərurət yaranarsa hərəkətin yalnız N nömrəli hərbi hissə komandirinin icazəsi ilə yerinə yetirilməli olması, şəxsi heyətin hərəkət zamanı siqnal fişəngləri, kiçik istehkam beli, kəndir, rabitə vasitələri, iki dəst ehtiyat batareya, işıq fənərləri, yataq kisələri, həyatda qalma üçün zəruri olan digər vasitələrlə və quru ərzaq payı ilə təchiz olunmalı olması» barədə Müdafiə nazirinin müavini – Quru Qoşunları komandanının 29 yanvar 2022-ci il tarixli, 49 №-li telefonoqramasının tələbləri N nömrəli hərbi hissənin (İV Ordu korpusunun) komandirinin əmri ilə həmin hərbi hissənin tabeliyində olan 157, 769, 888, 041, 061, N və N nömrəli hərbi hissələrin komandirlərinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 13 oktyabr 2022-ci il tarixli, 20/1126 №-li məktubu ilə təqdim edilmiş məlumatdan görünür ki, 03 mart 2022-ci il tarixdə Laçın rayonunda hava arabir yağıntılı olub bəzi yerlərdə qar yağmış, gecə və səhər saatlarında duman olmuş, qərb küləyinin surəti saniyədə 5-10 metr təşkil etmiş, ayrı-ayrı yerlərdə arabir 15-20 metr olmuş, dağlıq ərazilərdə havanın temperaturu gündüz saatlarında 5-10 dərəcə isti, gecə saatlarında isə 10 dərəcəyədək şaxta olmuş və yüksək dağlıq ərazilərdə qar uçqunu olması haqqında xəbərdarlıq verilmişdir. Birinci instansiyası məhkəmə istintaq zamanı verilmiş şahid ifadələrindən görünür ki Təqsirləndirilən şəxs1 müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, başçısı olduğu və xidmət etdiyi bölüyün Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyində xidmətdə olduğu zaman, 03 mart 2022-ci il tarixdə, saat 12:00 radələrində şəxsi istifadəsi üçün siqaretin bitdiyini aşkar edib, xidmət apardığı döyüş mövqeyindən Laçın rayonunun şərti olaraq «7-ci rayon» adlandırılan ərazisində, quru yolla 1650 metr, hava yolu ilə isə ***-**** metr məsafədə düşmənlə bilavasitə təmas xəttində, döyüş şəraitində yerləşən şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyi ilə rabitə əlaqəsi yaradaraq orada siqaretin olub-olmadığını soruşmuş, həmin döyüş mövqeyindən rabitə əlaqəsi vasitəsi ilə ona orada bir qutu siqaretin olması barədə məlumat verildikdən sonra Təqsirləndirilən şəxs1 Müdafiə nazirinin müavini, Quru Qoşunları komandanının 29 yanvar 2022-ci il tarixli, 49 №-li telefonoqramının tələblərinə əsasən, kəskin hava şəraitində (qar, çovğun) şəxsi heyətin, nəqliyyat vasitələrinin dislokasiya məntəqələrindən və döyüş mövqelərindən hərəkətinin qadağan olunmasına, kəskin hava şəraitində zərurət yaranarsa hərəkətin yalnız N nömrəli hərbi hissə komandirinin icazəsi ilə yerinə yetirilməli olmasına, şəxsi heyətin hərəkət zamanı siqnal fişəngləri, kiçik istehkam bel, kəndir, rabitə vasitələri, iki dəst ehtiyat batareya, işıq fənərləri, yataq kisələri, həyatda qalma üçün zəruri olan digər vasitələrlə və quru ərzaq payı ilə təchiz olunmalı olmasına və bütün bu tələblər barədə post başçısı kimi özünün məlumatlı olmasına baxmayaraq, həmin tələbləri pozub, buna dair heç bir ciddi zərurət olmadığı halda rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni özünün şəxsi marağı, siqaretə olan tələbatını ödəmək məqsədi ilə döyüş şəraitində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin vaxt mövcud olmuş kəskin qarlı, çovğunlu və şaxtalı hava şəraitində yuxarı komandanlıqdan hərəkət üçün heç bir icazə almadan, həmin döyüş mövqeyində tabeliyində xidmət edən, komandiri olduğu manqanın tuşlayıcısı, əsgər X17 və qumbaraatanı, əsgər X6, onları tələb olunan müvafiq ərzaq payı, alət və vasitələrlə təmin etmədən, hərəkətin həyat və sağlamlıqları üçün açıq-aşkar təhlükəli olmasını nəzərə almadan, birlikdə şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyinə getmələri və orada olan bir qutu siqareti gətirib ona vermələri barədə qanunsuz göstəriş vermişdir. Bundan sonra əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 mövqe başçısı Təqsirləndirilən şəxs1 verdiyi qanunsuz göstərişə əsasən, həmin gün saat 13:00 radələrində xidmət etdikləri şərti olaraq «LS-2» (Laçın sərhəd 2) adlandırılan döyüş mövqeyindən bölüyün şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyi istiqamətində hərəkət etməyə başlamış və saat 15 radələrində həmin mövqeyə çataraq özlərini həmin mövqenin başçısı olan bölüyün 1-ci tağımının komandirinin müavini, gizir Təqsirləndirilən şəxs2 təqdim edərək mövqe başçıları olan Təqsirləndirilən şəxs1 onları siqaret qutusunu götürmək üçün göndərdiyi barədə məruzə etmişlər. Əsgərlər F.Ə.Məmmədov və F.Zərərçəkmiş şəxs2 bir qədər şərti olaraq «LS-1» (Laçın sərhəd 1) adlandırılan döyüş mövqeyində istirahət etdikdən sonra həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs1 daxili rabitə vasitəsi ilə onlarla əlaqə yaratmış və bir daha Quru Qoşunları komandanının 29 yanvar 2022-ci il tarixli, 49 №-li telefonoqramının tələblərini pozub, rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni özünün şəxsi marağı ilə əlaqədar siqaretə olan tələbatını ödəmək məqsədi ilə döyüş şəraitində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin vaxt mövcud olmuş kəskin qarlı, çovğunlu və şaxtalı hava şəraitini, həmin şəraitdə hərəkətin həyat və sağlamlıq üçün açıq-aşkar təhlükəli olmasını nəzərə almadan, hər iki əsgərə siqaret qutusunu götürüb dərhal xidmət etdikləri döyüş mövqeyinə qayıtmaları barədə göstəriş vermişdir. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs1 hərbi hissədə ən kiçik rütbəli hərbiçi olması, əsgərlərin digər postda olması barədə Təqsirləndirilən şəxs1 bilavasitə komandiri, digər postun başçısı, tağım komandiri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birbaşa rəisi tabor komandiri Şahid10 məlumatı olması, Təqsirləndirilən şəxs1 sadaladığı hərbiçilərə göstəriş vermək ixtiyarı və səlahiyyətinin olmaması, Babayevin nizamnamədən kənar bu hərəkəti intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas olması və onun əməlində cinayət tərkibinin olmaması, əsgərlərin itkin düşməsinin səbəbinin onunla heç bir əlaqəsinin olmaması, həmçinin Təqsirləndirilən şəxs1 hərbi xidmət zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X5 qarşı hər hansı qansuz hərəkətinin olmaması barədə dəlilləri yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsində tədqiq olunmaqla araşdırılmış sübutlarla tam təkzib olunur. Bundan başqa, müdafiəçisinin apellyasiya şikayətinin dəlillərində Təqsirləndirilən şəxs1 post başçısı təyin edilməsi ilə bağlı hər hansı bir əmr və ya sərəncamın mövcud olmamasını bildirsə də, iş materiallarından olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün şərti olaraq “LS-2” adlandırılan döyüş mövqeyinin başçısı 29 dekabr 2021-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək həmin bölüyün komandirinin şəxsi heyətlə iş üzrə müavini, leytenant X11, 24 fevral 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək isə həmin bölüyün 1-ci tağımının 3-cü manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 olmuşdur. Həmçinin, adları göstərilən hərbi qulluqçular “LS-2”döyüş mövqeyində başçı olduqları müddətlərdə həmin mövqedə xidmət edən bütün hərbi qulluqçular üçün rəis olmuşlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir və həmin cinayət əməlləri onlar tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxslərin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 329.2.1, 239.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumların ittiham olunduqları cinayətlərin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 329.2.1, 239.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 341.3-cü maddəsi düzgün tövsif olunmuş, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmin əməlin cinayətlərin olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza məsələsini də araşdırıb hesab edir ki, müdafiə tərəfinin apellyasiya şikayətlərinin və apellyasiya məhkəmə baxışında çıxışlarının cəza təyin olunarkən birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən halların nəzərə alınmaması və həmin əsaslarla da təyin olunmuş cəzanın ağır olması barədə dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin sonuncuya təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.2.6 -ci maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, Cinayət Məcəlləsinin 341.3-cü maddəsinin sanksiyasında isə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə və zərəçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59.1.12-ci mаddəsinə, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ona qarşı heç bir şikayətinin olmamasını, Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilməsini və ilk dəfə cinayət əməli törətməsi Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halın olmamasını, cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.2.6 maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin eyni əmələ görə digər Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə şərti cəza təyin etməsi, Təqsirləndirilən şəxs1 münasibətdə isə qərəzli olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin etməsinə dair dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Qanunun mənasına görə şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadığı və cəzasının məqsədinə cəzanın şərti hesab edilməsi ilə nail olmağın mümkün olduğu təqdirdə tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddinə yaxın azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 barəsində olan və tədqiq edilən işin hallarını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təyin edilmiş cəzanın müddətinin aşağı endirilməsini, Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzaların aşağı həddindən də az cəza təyin edilməsini və ya onun şərti məhkum edilməsini məqsədəmüvafiq hesab etmir. Eyni zamanda məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəzanın həddi ilə də razılaşır. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi X12 apellyasiya şikayətinin dəlillərində hərbi hissə komandiri Elzamin Behbudov, həmin hərbi hissənin tabor komandiri Şahid10 və Münasib Babayev cinayət məsuliyyətə cəlb edilmələri ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 207.6-cı maddəsinə əsasən bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi məhkəmə, cinayət işinə məhkəməyə verilən ittiham daxilində baxır və hakim cinayət haqqında məlumatları aldıqda özü cinayət işi başlamır, bu barədə cinayət təqibini başlamaq səlahiyyətində olan orqanı məlumatlandırmaqla kifayətlənir ki, bunu da birinci instansiya məhkəməsi öz növbəsində 22 sentyabr 2023-cü il tarixli, 1-1(097)-96/2023 nömrəli məktub vasitəsi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməklə həyata keçirmişdir. Məhkəmə kollegiyası, həmçinin dövlət ittihamçısının apellyasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əsassız olması ilə bağlı dəlillərini də müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın şərti tətbiq olunmasına dair nəticəyə gələrkən hər hansı bir qanun pozuntusuna yol verməmiş, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun cəza təyin etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd edilən qanun normasının məzmunundan göründüyü kimi, qanunvericilik şərti məhkum etmənin əsasını məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü ilə şərtləndirmiş və şərti məhkum etmənin tətbiq edən zaman nəzərə alınmalı məsələlərin dairəsini müəyyən etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 26 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə “Qüsursuz xidmətə görə”, 27 sentyabr 2020-ci il tarixdə başlayan və 44 gün davam edən “Vətən müharibəsi”ndə iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 271N nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 2711 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 2712 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250 nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” və 01 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, 14580 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 hərbi xidmətə müvəqqəti yararsızdır. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 12 aprel 2023-cü il tarixdə ordu sıralarından ehtiyyata buraxılaraq tərxis olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 N nömrəli hərbi hissənin komandanlığı tərəfindən verilmiş xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxslərin hüquqi varisləri X16 və Zərərçəkmiş şəxs2 tərəfindən Füzuli Hərbi Məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş ərizələrdən görünür ki, onlar məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar və onlara qarşı heç bir şikayətləri və tələbləri yoxdur (birinci instansiya məhkəməsinin yekun qərarı qəbul edildikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi Əjdər Məmmədov təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir). Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək əməlini səmimi etiraf etməsini, onun ilk dəfə cinayət əməli törətməsinə görə təqsirli bilinməsini, zərərçəkmiş şəxslərin hüquqi varislərinin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ona qarşı heç bir şikayət və tələbinin olmamasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakteriza olunmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib yaralanaraq xəsarət almasını, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250 nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” və 2 dəfə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə və zərəçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci mаddəsinə əsasən cəzası yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs2 cəza çəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkünlüyü qənaətinə gələrək, ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları Təqsirləndirilən şəxs2 şəxsiyyətini səciyələndiriən hallar kimi qəbul edərək, təyin olunmuş cəzanı çəkmədən islah olunmasının mümkünluyünü təsdiq edən hallar kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 70.1-ci maddəsinin tətbiqinin mümkünsüzlüyü ilə bağlı dəlillərinə məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70.1-ci maddəsinin tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyünü və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkum olunmuş şəxsin şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Belə ki, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki. onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar bilavasitə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci madələrinə görə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngüləşdirən hallar qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarın 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların yüngülləşdirici hallar kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası təyin olunmuş cəza məsələsini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmaması, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmışdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 məhkəmə araşdırması zamanı davranışları ilə əməlindən səmimi peşman olmasını nümayiş etməsini, eləcə də, yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq cəzanın şərti hesab edilməsinə dair müddəaların hökmdən xaric edilməsi ilə bağlı apellyasiya protesti və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 bəraət verilməsi, habelə hökmün dəyişdirilərək ona aşağı həddə cəza təyin edilməsi və ya təyin edilmiş cəzasının şərti tətbiq edilməsi, həmçinin Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya protesti və apellyasiya şikayətləri təmin olunmamalı, Füzuli Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 1-1(097)-96/2023 nömrəli hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxs X10 hüquqi varisi X16, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Füzuli Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 1-1(097)-96/2023 nömrəli hökmü həmin apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar