Məhkəmə qərarları › İş №1-1(106)-8/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(106)-8/2023

28.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1-1(106)-8/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə İmanov Mahir Əlisəfa oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri Əsədov İlqar Həsən Ağa oğlunun, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Əhədov Eyvaz Ağaməmməd oğlunun, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Qədirov Ağabba İntiqam oğlunun, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Qədirov Qədir Nizam oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət verilməsi və onların CM-in 329.2.1 və 332.3-cü maddələri ilə təqsirli bilinmələri, həmçinin Təqsirləndirilən şəxs3 CM-in 182.2.1, 182.2.2, 32.5,329.2.1, 32.5,329.2.3 və 332.3-cü maddələri ilə bəraət verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və sonuncunun müdafiəçisi H.N.Mərdanlı tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə açıq məhkəmə iclasında axaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər İ.M.Quliyev (sədrlik edən), V.M.Nəsirov və S.Ə.Əzizov) 27 dekabr 2022-ci il tarixli, 1(098)-173/2022 nömrəli hökmü ilə xx xxxxxx 2002-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 13 avqust 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxxx 1997-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə bəraət verilmiş və bəzi maddələrlə təqsirli bilinmişlər, o cümlədən, -Təqsirləndirilən şəxs3 CM-in 182.2.1 və 182.2.2, 32.5,329.2.1, 32.5,329.2.3 və 332.3-cü maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalında həbsdən dərhal azad olunmuş, həmçinin ona qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi ilə əlaqədar kompensasiya almaq hüququnun olması izah edilması; -Təqsirləndirilən şəxs1 CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət verilmiş, həmçinin eyni hökmlə o, CM-in 329.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 332.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılması; -Təqsirləndirilən şəxs2 CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət verilmiş, həmçinin o, eyni hökmlə CM-in 329.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 332.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış; həmçinin iş üzrə maddi sübutlara dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə görə, Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Gülablı kəndi ərazisində dislokasiya olunmuş 2-ci taborunun minaatan batareyasının 1-ci tağımının 3-cü manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 2021-ci ilin iyul ayının sonlarında saat 11-12 radələrində bölük növbətçisi təyin olunub həmin naryad üzrə xidməti vəzifələrini icra etdiyi zaman minaatan batareyasının qarşısında bölük növbətçisi kimi xidməti istifadəsinə verilmiş açarları həmin vaxt Daxili Xidmət Nizamnaməsinin 260-cı maddəsinə əsasən tabeliyində olan gün növbətçisi xidmətinə təyin edilmiş həmin batareyanın 2-ci tağımının 1ci manqasının baş tuşlayıcısı, əsgər Yaqubov Elvan Yunus oğluna verərək şəxsi heyəti düzməsini tapşırıb özünün 15 (on beş) dəqiqəyə gələcəyini bildirmişdir. Əsgər Elvan Yaqubov ondan hara getdiyini soruşduqda, əsgər Təqsirləndirilən şəxs1 onun bu sualından qəzəblənərək əsgər Elvan Yaqubova yaxınlaşmış və onu batareyanın yeməkxanasının arxasına apararaq orada ünvanına nalayiq ifadələr işlədərək sinə nahiyəsinə yumruqla iki zərbə vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının sonlarında səhər saatlarında bölük növbətçisi təyin olunub həmin naryad üzrə xidməti vəzifələrini icra etdiyi zaman batareyanın ərazisində həmin vaxt Daxili Xidmət Nizamnaməsinin 260-cı maddəsinə əsasən tabeliyində olan gün növbətçisi xidmətinə təyin edilmiş həmin batareyanın idarəetmə tağımının kəşfiyyat manqasının komandiri, əsgər Əhmədov Nihad İsmət oğlu ilə zarafat edərkən sonuncunun cavab olaraq onunla zarafat etməsindən qəzəblənib sinəsinə yumruqla bir zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının sonlarında günorta saatlarında komandiri olduğu manqanın baş tuşlayıcısı, əsgər İbrahimov Nazim Etibar oğlunu batareyanın yerləşdiyi Gülablı kəndindəki istifadəsiz evin həyətinə apararaq orada sonuncudan batareyada qoyulmuş qaydalara riayət etməsini tələb etmiş və əsgər Nazim İbrahimov onun bu tələbinə öz etirazını bildirdiyinə görə aralarında yaranmış sözlü mübahisə zamanı Nazim İbrahimovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq onu yerə yıxmış, daha sonra bu vəziyyətdə onun bədəninin müxtəlif nahiyələrinə daha bir neçə təpik zərbəsi vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin avqust ayının əvvəllərində səhər saatlarında batareyanın şəxsi heyəti ərazinin təmizlənməsi ilə məşğul olduğu zaman aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər Cangirov İbrahim Qalib oğlu ona ayrılmış işin həcminin çox olduğunu, həmin işləri müəyyən edilmiş vaxtda tək halda başa çatdırmağın mümkün olmadığını görüb xidmət yoldaşlarından ona köməklik etməsini xahiş etmişdir. Bundan qəzəblənmiş əsgər Təqsirləndirilən şəxs1 əsgər İbrahim Cangirova yaxınlaşıb öz işini başqalarının köməkliyi ilə görmək istədiyinə görə öz iradını bildirmiş və üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsində nəzərdə tutulmuş əsgərin vəzifələrinə dair tələblərini pozaraq sonuncunun sol qol nahiyəsinə yumruqla bir neçə zərbə vurub ona qarşı zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin avqust ayının əvvəllərində səhər saatlarında xidmət etdiyi batareyanın yataqxanasının yaxınlığında quraşdırılmış suqızdırıcı sobanın qarşısında heç bir səbəb olmadan aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İbrahim Cangirovun üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədən kənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, ona yaxınlaşıb tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsində nəzərdə tutulmuş əsgərin vəzifələrinə dair tələbləri təkrar pozub əsgər İbrahim Cangirovun sinəsinə yumruqla bir zərbə vurmaqla ona qarşı təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin avqust ayının sonlarında axşam saatlarında bölük növbətçisi təyin olunub həmin naryad üzrə xidməti vəzifələrini icra etdiyi zaman həmin vaxt «Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi»nin 167-ci maddəsinə əsasən tabeliyində olan, döyüş növbətçisi naryadına təyin edilmiş batareyanın 1-ci tağımının 1-ci manqasının baş tuşlayıcısı, əsgər Abdulov Elnur Allahverən oğluna heç bir əsas olmadan xidmətlə bağlı irad bildirmiş, daha sonra üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, ona yaxınlaşıb əsgər Elnur Abdulovun üz nahiyəsinə yumruqla dörd-beş zərbə və təpiklə sol bud nahiyəsinə bir zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının əvvəllərində axşam saatlarında batareyanın ərazisində yerləşən minaatan döyüş mövqeyində döyüş növbətçiliyinə təyin olunub xidmət aparan, aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İbrahim Cangirovun döyüş növbəsində əsgər yoldaşından içməyə su istədiyini görüb ona yaxınlaşaraq üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsində nəzərdə tutulmuş əsgərin vəzifələrinə dair tələbləri təkrar pozub əsgər İbrahim Cangirovun qarın nahiyəsinə çoxsaylı təpik zərbəsi vuraraq onu yerə yıxmış, daha sonra öz cinayətkar hərəkətlərini davam etdirib bu vəziyyətdə sonuncunun bədəninin müxtəlif nahiyələrinə daha bir neçə təpik zərbəsi vurub ona qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının əvvəllərində günorta saatlarında bölük növbətçisi təyin olunub həmin naryad üzrə xidməti vəzifələrini icra etdiyi zaman, həmin vaxt Daxili Xidmət Nizamnaməsinin 260-cı maddəsinə əsasən tabeliyində olan, gün növbətçisi naryadına təyin edilmiş batareyanın 2-ci tağımın 2-ci manqasının heyət nəfəri, əsgər Kərimov İbrahim Şirzal oğluna uzunboğaz hərbi çəkməsini geyinmədiyinə görüb batareyanın ərazisində ona yaxınlaşaraq buna görə öz iradını bildirmiş, daha sonra sonuncunun üzərində öz üstünlüyünü nümayiş etdirmək və öz nüfuzunu batareyanın şəxsi heyəti arasında süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədən kənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, əsgər İbrahim Kərimovun boynunu qoltuğunun altına salaraq sıxmış, daha sonra onun sinə və ayaq nahiyələrinə çoxsaylı zərbələr vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının ortalarında səhər saatlarında əsgər Təqsirləndirilən şəxs2la batareyanın yataqxanasında söhbət etdiyi zaman aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İbrahim Cangirov onlara yaxınlaşaraq əsgər Təqsirləndirilən şəxs2 siqaret istəmişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs1, eləcə da onunla bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş əsgər Təqsirləndirilən şəxs2la əsgər İbrahim Cangirovun bu hərəkətini onların müəyyən etdikləri davranış qaydalarının kobud şəkildə pozulması, eyni zamanda «starşılar» kimi onlara qarşı hörmətsizlik kimi qəbul edib buna görə sonuncunu cəzalandırmaq qərarına gələrək, batareyanın şəxsi heyətinin yanında öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədən kənar hərəkətlərinin əsgər İbrahim Cangirova mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, əsgər Təqsirləndirilən şəxs2 əsgərlər Təqsirləndirilən şəxs1 yanında vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsində nəzərdə tutulmuş əsgərin vəzifələrinə dair tələbləri təkrar pozaraq əsgər İbrahim Cangirovun ünvanına nalayiq ifadələr işlədib onun şərəf və ləyaqətini alçaltmış, daha sonra bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq ona qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının əvvəllərində günorta saatlarında batareyanın ərazisində odun doğramağa ayrılmış aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İbrahim Cangirovun və həmin tağımın 1-ci manqasının baş tuşlayıcısı, əsgər Yaqubov Elvan Yunis oğluna fasilə verərək istirahət etdiklərini görüb bundan qəzəblənərək, onların üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin həmin əsgərlərə mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsində nəzərdə tutulmuş əsgərin vəzifələrinə dair tələbləri təkrar pozub hər ikisinin ünvanına təhqiramiz ifadələr işlədərək onların şərəf və ləyaqətlərini alçaltmış, habelə İbrahim Cangirovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbəsi vuraraq ona qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının əvvəllərində günorta saatlarında aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İbrahim Cangirovun batareyanın şəxsi heyətinin əvvəllər yerləşdiyi istifadəsiz evin həyətində hind quşularına qulluq etdiyini görüb heç bir səbəb olmadan sonuncunu yaxınlıqdakı istifadəsiz evə aparmış və orada üzərində öz üstünlüyünü nümayiş etdirmək, bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin əsgər İbrahim Cangirova mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsində nəzərdə tutulmuş əsgərin vəzifələrinə dair tələbləri təkrar pozub, ünvanına təhqiramiz ifadələr işlədib onun şərəf və ləyaqətini alçaltmış, daha sonra əsgər İbrahim Cangirovun qarın və sinə nahiyələrinə çoxsaylı yumruq zərbələri vuraraq ona qarşı təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının əvvəllərində günorta saatlarında bölük növbətçisi təyin olunub həmin naryad üzrə xidməti vəzifələrini icra etdiyi zaman həmin vaxt «Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi»nin 167-ci maddəsinə əsasən tabeliyində olan, döyüş növbətçisi kimi xidmət aparan həmin batareyanın 1-ci tağımının 1-ci manqasının baş tuşlayıcısı, əsgər E.A.Abdulovun kunqa mismar vuraraq səs salmasından qəzəblənib ona yaxınlaşaraq bununla bağlı öz iradını bildirmiş, daha sonra üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, silahın qundağı ilə əsgər Abdulov Elnur Allahverən oğlunun kürək nahiyəsinə bir zərbə vurub onu səngərə yıxmış, daha sonra komanda verərək sürünməsini tələb etmiş və sonuncu etiraz etdikdə yenidən silahın qundağı ilə onun boyun nahiyəsinə bir zərbə vuraraq təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 24 noyabr 2021-ci il tarixdə axşam saatlarında əsgər Təqsirləndirilən şəxs2la aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İbrahim Cangirovun növbəti günə təyin edilmiş iki günlük atış təlimlərinə aparılmayaraq batareyada saxlanılacağını bildikdən sonra, buna görə sonuncunu cəzalandırmaq qərarına gələrək, batareyanın şəxsi heyətinin yanında öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədən kənar hərəkətlərinin əsgər İbrahim Cangirova mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, sonuncunu yanlarına çağırmış və hər üçü vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsində nəzərdə tutulmuş əsgərin vəzifələrinə dair tələbləri təkrar pozub əsgər İbrahim Cangirovun ünvanına nalayiq ifadələr işlətməklə onun şərəf və ləyaqətini qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən alçaldaraq təlimdə əziyyət çəkəcəklərini, onun isə batareyada qalaraq «kef edəcəyini, buna görə təlimdən qayıtdıqdan sonra orada çəkdikləri əziyyətin «on qat artığını» ona çəkdirəcəklərini bildirərək, onu batareyada onlara məxsus siqaret və digər əşyalardan hər hansı biri yerində olmayacağı təqdirdə artıqlaması ilə ödətdirəcəkləri ilə hədələmiş, əsgər İbrahim Cangirov isə 2021-ci ilin iyul ayından etibarən hər ikisi tərəfindən ona qarşı yol verilmiş qanunsuz və nizamnamədən kənar hərəkətlərdən bezib artıq özünü öldürmək qərarına gəldiyindən cavab olaraq «Siz gələndə görün hələ mən harda olacam» deyərək onlardan uzaqlaşmışdır. Daha sonra, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 25 noyabr 2021-ci il tarixdə səhər saatlarında əsgər Təqsirləndirilən şəxs2la birlikdə öz qanunsuz və nizamnamədən kənar hərəkətlərini davam etdirərək, aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İbrahim Cangirovu batareyanın ərazisində yanlarına çağırıb öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədən kənar hərəkətlərinin əsgər İbrahim Cangirova mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, hər ikisi vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsində nəzərdə tutulmuş əsgərin vəzifələrinə dair tələbləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar pozaraq batareyada olduğu müddətdə ərazinin mühafizəsinə gələn şəxsi heyətin onlara məxsus siqaret və ya digər əşyalardan istifadə edəcəkləri təqdirdə onu döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, ən ağır təhqir kimi kimi qəbul edilən «peysər» elan edəcəklərini bildirmişlər. Batareyanın şəxsi heyəti 25 noyabr 2021-ci il tarixdə səhər saatlarında atış təlim toplanışında iştirak etmək üçün poliqona getdikdən sonra batareyanın mühafizəsinə təyin edilmiş 2-ci taborun 6-cı bölüyünün hərbi qulluqçuları, əsgərlər Əzizov Rahib Qəzənfər oğlu, İbadlı Aqşin Mübariz oğlu, İsmayılov Əli Xanbaba oğlu və Əhmədov Rəvan Namiq oğlu, onlara bu barədə əsgər İbrahim Cangirov tərəfindən qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, 25-26 noyabr 2021-ci il tarixlərində əsgər Təqsirləndirilən şəxs2 məxsus olan 2 (iki) qutu siqareti götürərək istifadə etmiş və bundan sonra əsgər İbrahim Cangirov onların həmin siqaretləri şəxsi heyət poliqondan gələnə qədər alıb yerinə qoya bilmədiklərini görərək, buna görə əsgərlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cəzalandırılacağı, döyüləcəyini, şərəf və ləyaqətinin alçaldılaraq şəxsi heyət arasında nüfuzdan düşəcəyinə görə emosional gərginlik keçirmiş və həmin əsgərlər tərəfindən 2021-ci ilin iyul ayının ortalarından 25 noyabr 2021-ci il tarixədək olan müddət ərzində ona qarşı edilmiş müntəzəm qanunsuz və nizamnamədən kənar hərəkətlər, yəni fiziki və psixoloji basqılar nəticəsində özünü batareyanın şəxsi heyətinin arasında alçalmış, nüfuzdan düşmüş hiss etməklə psixikasında baş vermiş mənfi dəyişikliklərdən özünü tənzimi və özünü idarə etməsi aşağı səviyyəyə enərək, hərəkətlərinin uzaq məqsədini görməkdə çətinlik çəkməklə özünü öldürmə həddinə çatdırıldığından həyatda yaşamağa davam etmək istəməyib bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürmək barədə fikrini qətiləşdirmişdir. Bu məqsədlə əsgər İbrahim Cangirov şəxsi heyətin 26 noyabr 2021-ci il tarixdə axşam saatlarında təlimdən qayıdacağını bildiyinə görə həmin gün saat 17 radələrində özünə təhkim olunmuş, batareyaya məxsus «AK-74» markalı, 5,45 mm kalibrli, ******* №-li avtomat silahı və patronla dolu bir ədəd darağı batareyanın silah otağından götürərək Gülablı kəndində yerləşən məscidə getmiş və məscidin içərisində özünü öldürmək məqsədilə patronla dolu daraqdakı təlim patronlarını çıxarıb darağı silaha taxaraq onu tək-tək atış rejimində döyüşə hazır vəziyyətə gətirmiş, daha sonra torpaq üzərində oturub bu vəziyyətdə silahın qundağını yerə, lüləsini isə çənəaltı nahiyəsinə dirəyərək aşağıdan yuxarı vəziyyətdə bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vumaya aid «Çənəaltı nahiyənin, ağız boşluğunun, dilin sol yarısının, sərt damağın, burunarxası nahiyənin dəlib-keçən odlu silah (güllə) yaralanması. Travmatik-hemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətlərini alaraq atəşin təsirindən kürəyi üstdə arxaya yıxılmışdır. Daha sonra əsgər İbrahim Cangirov aldığı xəsarətdən ölmədiyini görüb özünü öldürmək niyyətini həyata keçirtmək məqsədi ilə dikələrək torpağın üzərində oturaqlı vəziyyətdə silahı yerdən götürüb yenidən qundağını torpağa, lüləsini sol sinə nahiyəsinə dirəyib bu vəziyyətdə tək-tək atış rejimində daha bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vumaya aid «Torokoabdominal yaralanma. Döş qəfəsinin sol yarısının boşluğa nüfuz edən, diafraqmanın sol yarısının, dəlib keçən güllə yarası. Sol tərəfli hemopnevmotoraks. Travmatik-hemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətləri alaraq atəşin təsirindən kürəyi üstə arxaya yıxılmışdır. Bir neçə saniyə sonra huşu aydınlaşan əsgər İbrahim Cangirov aldığı həmin xəsarətdən də ölmədiyini görüb yenidən özünü öldürmək niyyətini həyata keçirtmək məqsədi ilə yerdən qalxaraq torpağın üstündə oturmuş və bu vəziyyətdə silahı yerdən götürüb qundağını torpağa, lülüsini isə döş qəfəsinə dirəyərək bu vəziyyətdə tək-tək atış rejimində daha bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vumaya aid «Torokoabdominal yaralanma. Döş qəfəsinin, qaraciyərin sol payının, mədənin ön divarının böyük əyriliyinin dəlib-keçən güllə yarası. Hemiperitonit. Travmatikhemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətlərini alaraq özünü öldürməyə cəhd etmiş, lakin aldığı xəsarətlərə baxmayaraq, ölməmiş və sürünərək məscidin içərisindən çölə çıxdıqdan sonra həmin istiqamətdə hərəkət edən hərbi qulluqçular tərəfindən aşkar edilib vaxtında hospitala çatdırılaraq orada onu zəruri tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olmuş, bununla da əsgərlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən pozmaları ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, öz qanunsuz əməllərininin ağır nəticələrə səbəb olmasına baxmayaraq, həmin əməllərini davam etdirərək, 2021-ci ilin dekabr ayının sonlarında gecə saatlarında bölük növbətçisi xidmətində vəzifələrini icra etdiyi zaman həmin vaxt «Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi»nin 167-ci maddəsinə əsasən tabeliyində olan, döyüş növbətçisi naryadına təyin edilmiş batareyanın 2-ci tağımının kəşfiyyat manqasının məsafəölçəni, əsgər Rəşad Ağayevin və 2-ci tağımın 2-ci manqasının baş tuşlayıcısı, əsgər Seyidağa Səmədovun xidmət apardığı mövqeyə gəlmiş, onlar onun gəlişini gec aşkar etdiklərinə görə öz iradını bildirib hər ikisini tənbeh etmiş, daha sonra əsgər Seyidağa Səmədovun üzərində öz üstünlüyünü nümayiş etdirmək və öz nüfuzunu batareyanın şəxsi heyəti arasında süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, əsgər Seyidağa Səmədovdan 1-ci minaatan mövqeyindən 6-cı minaatan mövqeyinə qədər 30 dəfə qaçmasını tələb etmişdir. Lakin əsgər Seyidağa Səmədov onun bu qanunsuz tələbinə öz etirazını bildirib həmin tələbi icra etməyəcəyini, artıq onun, eləcə də əlbir olduğu əsgər Təqsirləndirilən şəxs2la şəxsi heyətə qarşı qanunsuz əməllərindən bezdiyini, buna görə özünü öldürəcəyini bildirmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs1 onun üzərində daraq olmayan «AK-74» markalı avtomat silahını əlindən alaraq zirehli gödəkçəsindən patronla dolu darağı çıxarıb silaha taxmış və silahı əsgər Seyidağa Səmədova uzadaraq «Ala, öldürəcəksən öldür, öldürməyənin var yoxunu» demişdir. Lakin əsgər Seyidağa Səmədov özünü öldürməyəcəyini bildirmiş və bundan sonra əsgər Təqsirləndirilən şəxs1 onun kitelinin yaxasından tutaraq sinəsinə yumruqla bir zərbə vurmuş, daha sonra təpiklə ayağına zərbə vurub onu yerə yıxmış və bu vəziyyətdə kitelinin yaxasından tutaraq onu yerdə 5-6 metr sürüyərək bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurmaqla rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin hökmə əsasən Təqsirləndirilən şəxs2 isə N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Gülablı kəndi ərazisində dislokasiya olunmuş 2-ci taborunun minaatan batareyasının 2-ci tağımının 2-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının əvvəllərində səhər saatlarında bölük növbətçisi təyin olunub həmin naryad üzrə xidməti vəzifələrini icra etdiyi zaman həmin vaxt «Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi»nin 167-ci maddəsinə əsasən tabeliyində olan, döyüş növbətçisi kimi xidmət aparan həmin batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İbrahim Cangirovun ondan icazə almayaraq əsgər Məlikzadə Orxan Zabil oğlunu əşya almaq üçün batareyaya gəlmiş mülki şəxsin yanına göndərdiyini bilib bundan qəzəblənərək buna görə İbrahim Cangirovu cəzalandırmaq, eləcə də üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, onu nalayiq ifadələrlə təhqir etmiş, daha sonra bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, öz qanunsuz əməllərininin ağır nəticələrə səbəb olmasına baxmayaraq, həmin əməllərini davam etdirərək, 2022-ci ilin yanvar ayının əvvəllərində saat 06 radələrində komandiri olduğu manqanın baş tuşlayıcısı, əsgər Seyidağa Səmədovun onu yuxudan oyatmasından qəzəblənib «Sənin nə işinə qalıb? Sən kimsən məni oyadırsan?» deyərək buna görə ona öz iradlarını bildirmiş, daha sonra üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, üstünə qışqırıb sol sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin yanvar ayının ortalarında səhər saatlarında komandiri olduğu manqanın baş tuşlayıcısı, əsgər Seyidağa Səmədovun sıranın qarşısında onun tərəfindən batareyanın ərazisində bir çox işlərə ayrılmasına etirazını bildirməsindən qəzəblənib sonuncuya yaxınlaşaraq «Mən sıranın qabağında olan zaman heç kim mənə hörmətsizlik eliyə bilməz» deyib buna görə ona öz iradlarını bildirmiş, daha sonra üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, sinəsinə yumruqla bir zərbəsi vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, bəraət verilmiş Təqsirləndirilən şəxs3 istintaq orqanı tərəfindən ona görə ittiham edilmişdir ki, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, rəisin hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməsində iştirakçılıq etmiş, habelə onun tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Gülablı kəndi ərazisində dislokasiya olunmuş 2-ci taborunun minaatan batareyasının 2-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının ortalarından başlayaraq həmin batareyanın 1-ci tağımının 3-cü manqasının komandiri, əsgər Təqsirləndirilən şəxs1 və 2-ci tağımının 2-ci manqasının komandiri, əsgər Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özləri üçün daha əlverişli və rahat xidmət şəraiti yaratmaq məqsədilə, hərbi xidmət mənafelərinə əhəmiyyətli dərəcədə zərər vuran, habelə qüvvədə olan qanunvericiliklə hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləyən normalara və nizamnamə qaydalarına zidd olmaqla mahiyyətinə görə batareyada əsgərlər arasındakı qarşılıqlı münasibətlərin müvafiq nizamnamələrin tələblərindən fərqli qaydada müəyyən edilmiş tələblər əsasında idarə edilməsindən, «xüsusi statusa» malik olan «starşıların» batareyada xidmət edən şəxsi heyətə qarşı zor tətbiq etmə, onları təhqir etmə, onlara məxsus əmlakı, o cümlədən aylıq pul təminatlarının müəyyən hissəsini ələ keçirmə, üzərində sərəncam vermə, habelə digər çoxsaylı qanunsuz və nizamnamədənkənar hərəkətlərə yol verməklə şəxsi heyət üzərində fiziki zor və psixi təzyiqlər vasitəsilə öz üstünlüklərini nümayiş etdirib onları qorxu altında saxlamaqla öz iradələrinə tabe etdirməkdən ibarət olan, şəxsi heyət arasında qeyri-rəsmi şəkildə «starşılıq» adlanan davranış qaydalarını müəyyən etmişdir. O cümlədən əsgər Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi əsgərlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə müəyyən etdikləri davranış qaydalarının tez bir zamanda şəxsi heyət arasında yayılaraq effektivliyinin artırılması və qeyri-rəsmi şəkildə normaya çevrilərək davamlı olaraq tətbiq edilməsi məqsədi ilə, müəyyən etdikləri qaydaları pozan hərbi qulluqçuları onların hər hansı birinin tabeliyində olub-olmamasından asılı olmayaraq hər üçünün birlikdə və ya ayrı-ayrılıqda cəzalandıracaqlarına dair öz vahid niyyətlərini ifadə edib qabaqcadan razılığa gəlmiş və bu barədə şəxsi heyətə məlumat verərək batareyanın şəxsi heyətini əvvəlcədən xəbərdar etmişlər. Daha sonra Təqsirləndirilən şəxs3 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin iyul ayının ortalarından həmin ilin dekabr ayının sonlarına kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda batareyanın ərazisində həmin batareyanın hərbi qulluqçuları Cangirov İbrahim Qalib oğlu, Səmədov Seyidağa Cavid oğlu, Sayılov İlkin Fəxrəddin oğlu və Kərimov İbrahim Zabil oğlundan şəxsiyyətləri üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə, yəni tələblərini icra etməyəcəkləri təqdirdə onları döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arasında ən ağır təhqir kimi qəbul edilən «peysər» elan edəcəklərini, bu səbəbdən onlara pul verməli olduqlarını bildirib özgənin əmlakını qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi əsgərlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə təkrarən hədə-qorxu ilə tələb etməklə, onların hədələrindən qorxmuş əsgər İ.Q.Cangirova ayrı-ayrı vaxtlarda ümumilikdə 50 (əlli) manat, əsgər S.C.Səmədova ayrı-ayrı vaxtlarda ümumilikdə 60 (altmış manat), əsgər İ.F.Sayılova ayrı-ayrı vaxtlarda ümumilikdə 10 (on) manat və əsgər İ.Z.Kərimova ayrı-ayrı vaxtlarda ümumilikdə 15 (on beş) manat dəyərində müxtəlif markalı siqaretləri, ərzaqları və digər əşyaları batareyaya müəyyən müddətdən bir gələrək fəaliyyət göstərən səyyar əsgər mağazasından aldırıb həmin əmlakı öz aralarında bölərək qanunsuz ələ keçirmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi əsgərlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə 2021-ci ilin iyul ayının sonlarında günorta saatlarında onların müəyyən etdikləri, «starşılıq» adlanan davranış qaydalarına tabe olmayıb buna öz etirazını bildirən, aralarında tabelik münasibətlərinin olmadığı, əsgər Təqsirləndirilən şəxs1 tabeliyində olan batareyanın 1-ci tağımının baş tuşlayıcısı, əsgər İbrahimov Nazim Etibar oğlunu batareyanın yerləşdiyi Gülablı kəndindəki istifadəsiz evin həyətinə apararaq orada üçü birlikdə sonuncudan həmin qaydalara riayət etməsini tələb etmiş və əsgər N.E.İbrahimov onların bu tələbinə öz etirazını bildirdiyinə görə aralarında yaranmış sözlü mübahisə zamanı əsgərlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə vahid niyyətlə əsgər N.E.İbrahimovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq onu yerə yıxmış, daha sonra bu vəziyyətdə onun bədəninin müxtəlif nahiyələrinə daha bir neçə təpik zərbəsi vurub rəisin hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməsində iştirakçılıq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının ortalarında səhər saatlarında əsgərlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la batareyanın yataqxanasında söhbət etdiyi zaman aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İ.Q.Cangirov onlara yaxınlaşaraq əsgər Təqsirləndirilən şəxs2 siqaret istəmişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs2, eləcə da onunla bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş əsgərlər Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 əsgər İ.Q.Cangirovun bu hərəkətini onların müəyyən etdikləri qavranış qaydalarının kobud şəkildə pozulması, eyni zamanda «starşılar» kimi onlara qarşı hörmətsizlik kimi qəbul edib buna görə sonuncunu cəzalandırmaq qərarına gələrək, batareyanın şəxsi heyətinin yanında öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər İ.Q.Cangirova mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, əsgər Təqsirləndirilən şəxs2 əsgərlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yanında vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, xidmət məsələləri üzrə bir-birinə nümunəvi müraciət etməli, yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli, özlərini ləyaqətli aparmalı, əsgər yoldaşlarının şərəf və ləyaqətlərinin qorunmasına yardım etməli, qayda-qanunun saxlanılmasına riayət etməli olmaları» tələblərini pozaraq əsgər İ.Q.Cangirovun ünvanına nalayiq ifadələr işlədib onun şərəf və ləyaqətini alçaltmış, daha sonra bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq ona qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının ortalarında səhər saatlarında bölük növbətçisi naryadına təyin olunub xidməti vəzifələrini icra etdiyi zaman həmin vaxt «Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi»nin 167-ci maddəsinə əsasən tabeliyində olan, döyüş növbətçisi naryadına təyin edilmiş batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İ.Q.Cangirovun üzərində öz üstünlüyünü nümayiş etdirmək və öz nüfuzunu batareyanın şəxsi heyəti arasında süni şəkildə daha da artırmaq məqsədilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətinin sonuncuya mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, onun qarın nahiyəsinə yumruqla bir neçə zərbə vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının sonlarında günorta saatlarında bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi əsgərlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə 24 oktyabr 2021-ci il tarixdə 10 (on) günlük növbəti məzuniyyətə getməli olan, komandiri olduğu manqanın baş tuşlayıcısı, əsgər Yaqubov Elvan Yunus oğlunu batareyanın ərazisində yanlarına çağırmış və orada əsgər Təqsirləndirilən şəxs1 onun və əsgər Təqsirləndirilən şəxs2 yanında vahid niyyətlə əsgər E.Y.Yaqubodan məzuniyyətdən qayıtdıqda onlara 5 (beş) ədəd «Kent4» markalı siqaret alıb gətirməsini istəyərək, əks halda buna görə onu döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, ən ağır təhqir kimi kimi qəbul edilən «peysər» elan edəcəklərini bildirib, şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb etmiş, nəticədə həmin hədələrdən qorxmuş əsgər E.Y.Yaqubov 2021-ci ilin noyabr ayının əvvəllərində məzuniyyətdən xidmət yerinə qayıdarkən 10 (on) manat dəyərində 3 (üç) ədəd «Kent4» markalı siqareti alıb gətirərək əsgər Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin noyabr ayının ortalarında axşam saatlarında batareyanın yataqxanasında aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İ.Q.Cangirovun üzərində öz üstünlüyünü nümayiş etdirmək və bununla da şəxsi heyət arasında öz nüfuzunu süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər İ.Q.Cangirova mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozub heç bir səbəb olmadan sonuncunun qarın nahiyəsinə yumruqla bir neçə zərbə vuraraq ona qarşı təkrarən zor tətbiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs3, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 24 noyabr 2021-ci il tarixdə axşam saatlarında əsgərlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İ.Q.Cangirovun növbəti günə təyin edilmiş iki günlük atış təlimlərinə aparılmayaraq batareyada saxlanılacağını bildikdən sonra, buna görə sonuncunu cəzalandırmaq qərarına gələrək, batareyanın şəxsi heyətinin yanında öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər İ.Q.Cangirova mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, sonuncunu yanlarına çağırmış və hər üçü vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri təkrar pozub əsgər İ.Q.Cangirovun ünvanına nalayiq ifadələr işlətməklə onun şərəf və ləyaqətini qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən alçaldaraq təlimdə əziyyət çəkəcəklərini, onun isə batareyada qalaraq «kef edəcəyini», buna görə təlimdən qayıtdıqdan sonra orada çəkdikləri əziyyətin «on qat artığını» ona çəkdirəcəklərini bildirərək, onu batareyada onlara məxsus siqaret və digər əşyalardan hər hansı biri yerində olmayacağı təqdirdə artıqlaması ilə ödətdirəcəkləri ilə hədələmiş, əsgər İ.Q.Cangirov isə 2021-ci ilin iyul ayından etibarən hər üçü tərəfindən ona qarşı yol verilmiş qanunsuz və nizamnamədən kənar hərəkətlərdən bezib artıq özünü öldürmək qərarına gəldiyindən cavab olaraq «Siz gələndə görün hələ mən harda olacam» deyərək onlardan uzaqlaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs3, həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən, 25 noyabr 2021-ci il tarixdə səhər saatlarında əsgərlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə öz qanunsuz və nizamnamədən kənar hərəkətlərini davam etdirərək, aralarında tabelik olmayan batareyanın 2-ci tağımının 3-cü manqasının heyət nəfəri, əsgər İ.Q.Cangirovu batareyanın ərazisində yanlarına çağırıb öz üstünlüklərini nümayiş etdirmək və bununla da öz nüfuzlarını süni şəkildə daha da artırmaq məqsədi ilə, həmin qanunsuz və nizamnamədənkənar hərəkətlərinin əsgər İ.Q.Cangirova mənəvi cəhətdən mənfi təsir edəcəyini bilərək, hər üçü vahid niyyətlə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrində göstərilmiş tələbləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar pozaraq batareyada olduğu müddətdə ərazinin mühafizəsinə gələn şəxsi heyətin onlara məxsus siqaret və ya digər əşyalardan istifadə edəcəkləri təqdirdə onu döyəcəklərini, təhqir edəcəklərini, şəxsi heyət arasında özünün və ailəsinin şərəfinə hörmət qoymayan, bütün təhqirləri özünə götürən, ən ağır təhqir kimi kimi qəbul edilən «peysər» elan edəcəklərini bildirmişlər. Batareyanın şəxsi heyəti 25 noyabr 2021-ci il tarixdə səhər saatlarında atış təlim toplanışında iştirak etmək üçün poliqona getdikdən sonra batareyanın mühafizəsinə təyin edilmiş 2-ci taborun 6-cı bölüyünün hərbi qulluqçuları, əsgərlər Əzizov Rahib Qəzənfər oğlu, İbadlı Aqşin Mübariz oğlu, İsmayılov Əli Xanbaba oğlu və Əhmədov Rəvan Namiq oğlu, onlara bu barədə əsgər İ.Q.Cangirov tərəfindən qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, 25-26 noyabr 2021-ci il tarixlərində əsgər Təqsirləndirilən şəxs2 məxsus olan 2 (iki) qutu siqareti götürərək istifadə etmiş və bundan sonra əsgər İ.Q.Cangirov onların həmin siqaretləri şəxsi heyət poliqondan gələnə qədər alıb yerinə qoya bilmədiklərini görərək, buna görə əsgərlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən cəzalandırılacağı, döyüləcəyini, şərəf və ləyaqətinin alçaldılaraq şəxsi heyət arasında nüfuzdan düşəcəyinə görə emosional gərginlik keçirmiş və həmin əsgərlər tərəfindən 2021-ci ilin iyul ayının ortalarından 25 noyabr 2021-ci il tarixədək olan müddət ərzində ona qarşı edilmiş müntəzəm qanunsuz və nizamnamədənkənar hərəkətlər, yəni fiziki və psixoloji basqılar nəticəsində özünü batareyanın şəxsi heyətinin arasında alçalmış, nüfuzdan düşmüş hiss etməklə psixikasında baş vermiş mənfi dəyişikliklərdən özünütənzimi və özünüidarəetməsi aşağı səviyyəyə enərək, hərəkətlərinin uzaq məqsədini görməkdə çətinlik çəkməklə özünü öldürmə həddinə çatdırıldığından həyatda yaşamağa davam etmək istəməyib bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürmək barədə fikrini qətiləşdirmişdir. Bu məqsədlə əsgər İ.Q.Cangirov şəxsi heyətin 26 noyabr 2021-ci il tarixdə axşam saatlarında təlimdən qayıdacağını bildiyinə görə həmin gün saat 17 radələrində özünə təhkim olunmuş, batareyaya məxsus «AK-74» markalı, 5,45 mm kalibrli, ******* №-li avtomat silahı və patronla dolu bir ədəd darağı batareyanın silah otağından götürərək Gülablı kəndində yerləşən məscidə getmiş və məscidin içərisində özünü öldürmək məqsədilə patronla dolu daraqdakı təlim patronlarını çıxarıb darağı silaha taxaraq onu tək-tək atış rejimində döyüşə hazır vəziyyətə gətirmiş, daha sonra torpaq üzərində oturub bu vəziyyətdə silahın qundağını yerə, lüləsini isə çənəaltı nahiyəsinə dirəyərək aşağıdan yuxarı vəziyyətdə bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vumaya aid «Çənəaltı nahiyənin, ağız boşluğunun, dilin sol yarısının, sərt damağın, burunarxası nahiyənin dəlib-keçən odlu silah (güllə) yaralanması. Travmatik-hemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətlərini alaraq atəşin təsirindən kürəyi üstdə arxaya yıxılmışdır. Daha sonra əsgər İ.Q.Cangirov aldığı xəsarətdən ölmədiyini görüb özünü öldürmək niyyətini həyata keçirtmək məqsədi ilə dikələrək torpağın üzərində oturaqlı vəziyyətdə silahı yerdən götürüb yenidən qundağını torpağa, lüləsini sol sinə nahiyəsinə dirəyib bu vəziyyətdə tək-tək atış rejimində daha bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vumaya aid «Torokoabdominal yaralanma. Döş qəfəsinin sol yarısının boşluğa nüfuz edən, diafraqmanın sol yarısının, dəlib keçən güllə yarası. Sol tərəfli hemopnevmotoraks. Travmatik-hemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətləri alaraq atəşin təsirindən kürəyi üstə arxaya yıxılmışdır. Bir neçə saniyə sonra huşu aydınlaşan əsgər İ.Q.Cangirov aldığı həmin xəsarətdən də ölmədiyini görüb yenidən özünü öldürmək niyyətini həyata keçirtmək məqsədi ilə yerdən qalxaraq torpağın üstündə oturmuş və bu vəziyyətdə silahı yerdən götürüb qundağını torpağa, lülüsini isə döş qəfəsinə dirəyərək bu vəziyyətdə tək-tək atış rejimində daha bir atəş açmış və həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vumaya aid «Torokoabdominal yaralanma. Döş qəfəsinin, qaraciyərin sol payının, mədənin ön divarının böyük əyriliyinin dəlib-keçən güllə yarası. Hemiperitonit. Travmatik-hemorragik şok (İİ, İİİ dərəcə)» xəsarətlərini alaraq özünü öldürməyə cəhd etmiş, lakin aldığı xəsarətlərə baxmayaraq, ölməmiş və sürünərək məscidin içərisindən çölə çıxdıqdan sonra həmin istiqamətdə hərəkət edən hərbi qulluqçular tərəfindən aşkar edilib vaxtında hospitala çatdırılaraq orada onu zəruri tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olmuş, bununla da əsgərlər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən pozmaları ağır nəticələrə səbəb olmuşdur. Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində Tərtər Hərbi Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmünün dəyişdirilib ona daha yüngül cəza təyin olunmasını; müdafiəçi Mərdanlı Hümbət Natiq oğlu apellyasiya şikayətində Təqsirləndirilən şəxs2 CM-in 332.3-cü maddəsi ilə bəraət verilməsini, sonuncunun CM-in 329.2.1-ci maddəsi ilə təqsirli bilindiyi əməl CM-in 329.1-ci maddəsinə tövsif edilərək CM-in 70-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini, bu mümkün olmadığı təqdirdə Təqsirləndirilən şəxs2 CM-in 332.3-cü maddəsi ilə təqsirli bilindiyi əməl CM-in 125-ci maddəsinə tövsif edilərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 329.2.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini və həmin cəzanın CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edilməsini və ya Tərtər Hərbi Məhkəməsinin hökmlə verdiyi cəzanın CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edilməsini; Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində Tərtər Hərbi Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə ona verilən cəzanın ədalətsiz olduğunu göstərib barəsində olan cinayət işinə yenidən baxılmasını xahiş etmişlər. Həmçinin hökmdən Dövlət ittihamçısı apellyasiya protesti verərək Tərtər Hərbi Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilib Təqsirləndirilən şəxs1 CMin 182.2.1, 182.2.2, 329.2.1, 329.2.3, 329.2.4, 329.2.6 və 332.3-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-in 182.2.1, 182.2.2, 329.2.1, 32.5,329.2.1, 32.5,329.2.3 və 332.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 182.2.1, 182.2.2, 32.5,329.2.1, 32.5,329.2.3 və 332.3-cü maddələri ilə təqsirli bilinərək onlara həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməklə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 və müdafiəçisi Əhədov Eyvaz Ağaməmməd oğlu, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu hazırkı cinayət işinə Şirvan Apellyasiya Məhkəməsində baxılmasına etiraz etmədiklərini bildirdilər, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Qədirov Qədir Nizam oğlu isə məhkəmə aidiyyəti məsələsinin qanunauyğun şəkildə həll edilməsini kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu işin məhkəmə baxışı mərhələsindən aidiyyəti üzrə başqa apellyasiya məhkəməsinə göndərilməsinin qanunda nəzərdə tutulmadığını, apellyasiya şikayəti və protestinə Şirvan Apellyasiya Məhkəməsində baxılmasına isə etirazının olmadığını bildirərək çıxışına uyğun qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 72.1-ci maddəsinə əsasən apellyasiya məhkəmələri cinayət işləri və cinayət təqibi ilə bağlı materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir. 72.2. Apellyasiya məhkəmələri aşağıda göstərilən məhkəmələrin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır: 72.2.1. yurisdiksiyalarına aid edilmiş rayon (şəhər) məhkəmələrinin; 72.2.2. yurisdiksiyalarına aid edilmiş hərbi məhkəmələrin; 72.2.3. yurisdiksiyalarına aid edilmiş ağır cinayətlər məhkəmələrinin Apellyasiya şikayətlərinə və protestinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası aşağıdakı əsaslara görə hazırkı cinayət işi aidiyyəti üzrə başqa apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 391.2 və 391.2.1-ci maddələrinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi hər bir halda daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını araşdırmalıdır. Qeyd olunan prosessual normanın tələbləri baxımından cinayət işinin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istintaq orqanı tərəfindən istinad edilən bütün cinayət əməlləri Ağdam rayonunun Gülablı kəndinin ərazisində baş vermişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 20219-cu il tarixli “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Qərarının 2-ci hissəsinin 2.1-ci bəndində Ağdam rayonu Gəncə Apellyasiya Məhkəməsinin ərazi yurisdiksyasına aid edilmişdir. Həmin Qərarın 14-cü hissəsinin 14.2-ci bəndində isə Ağdam rayonu Tərtər Hərbi Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, Tərtər Hərbi Məhkəməsi birinci instansiya məhkəməsi kimi Ağdam rayonunun ərazisində törədilmiş cinayətlərə görə işə baxmaq səlahiyyətində olsa da, həmin rayonun ərazisində törədilmiş cinayətlərə görə çıxardığı hökmdən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilməsini nəzərdə tutmaqda qanuni nəticəyə gəlməmişdir. CPM-in 391.3 və 391.3.2-ci maddələrinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi aidiyyətin pozulmasını müəyyən etdikdə apellyasiya şikayətinin və ya apellyasiya protestinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə kollegiyası dövlət ittihamçısı İlqar Əsədəovun, hazırkı işə Şirvan Apellyasiya Məhkəməsində baxılmasına etirazının olmaması, habelə apellyasiya baxışı mərhələsindən işin aidiyyəti üzrə göndərilməsinin qanunda nəzərdə tutulmaması barədə dəlillərinə qiymət verərək hesab edir ki. cinayət-prosessual qanunvericilikdə apellyasiya baxışı mərhələsindən şikayətin və ya protestin aidiyyəti üzrə başqa apellyasiya məhkəməsinə göndərilməsinə dair xüsusi norma olmasa da, qanunverici qeyd olunan məsələyə Cinayət-Prosessual Məcəllənin ümumi hissəsində aydınlıq gətirmişdir. Belə ki, CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. CPM-in 75.2-ci maddəsində isə xüsusi olaraq qeyd edilir ki, məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmə aidiyyəti qaydalarının pozulması ilə işə baxılmasını istənilən hər bir halda istisna edir və ya məhkəmə icraatının hansı mərhələdə olmasından asılı olmayaraq aidiyyət qaydalarının pozulmasının və belə pozuntularla qərar çıxarılmasının qarşısını alır. O da qeyd olunmalıdır ki, CPM-in 349.4-cü maddəsinə görə məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Odur ki, işin aidiyyətinin pozulması ilə çıxarılan hökm və ya digər yekun qərar istənilən halda qanunsuz olacaqdır ki, bu da yolverilməzdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının qeyd edilən dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri və protestinə baxılmasına xitam verilməli və qeyd edilən cinayət işi aidiyyəti üzrə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 75, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət verilməsi və onların CM-in 329.2.1 və 332.3-cü maddələri ilə təqsirli bilinmələri, həmçinin Təqsirləndirilən şəxs3 CM-in 182.2.1, 182.2.2, 32.5,329.2.1, 32.5,329.2.3 və 332.3-cü maddələri ilə bəraət verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və sonuncunun müdafiəçisi H.N.Mərdanlı tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılmasına xitam verilsin və həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar elan edildikdən dərhal sonra qüvvəyə minir. Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar