Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-1/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Əİəşrəf oğlunun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X1, Təqsirləndirilən şəxs9 və onun müdafiəçisi X5 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3-2 və 308.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3-2-ci maddələri ilə Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2xxxx0-ci il tarixli, 1(098)-12/2xxxx0 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs9 müdafiəçisi Müdafiəçi9 Camal oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim V.Nəsirov) xx xxxx 2xxxx0-ci il tarixli, 1(098)-12/2xxxx0 hökmü ilə, xx xxxx 1992-ci ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, İsmayıllı rayonunun Quşencə kəndində qeydiyyatda olmaqla İsmayıllı rayonunun İsmayıllı kəndində yaşayan, barəsində xx xxx 2019-cu il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.1, 177.2.3-2 və 308.1 maddələri ilə təqsirli bilinərək CM-in 177.2.1, 177.2.3-2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və CM-in 308.1-ci maddəsi ilə 2000 (iki min) manat cərimə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması və cərimə cəzalarını tamamilə toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 2000 (iki min) manat cərimə cəzasının təyin edilməsi, CM-in 68.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması, Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcının onun İsmayıllı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 üzərinə CM-in 52-1.2-ci maddəsinə əsasən İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən hər gün saat 23:00dan növbəti gün saat 06:00-dək daimi qeydiyyatda olmaqla yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndindəki yaşayış ünvanını tərk etməmək, İsmayıllı, Ağsu və Göyçay rayonlarının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulması, xx xxx 1991-ci ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, İsmayıllı rayonunun Qubaxəlilli kəndində qeydiyyatda olmaqla Kürdəmir şəhəri Xanlar küçəsində kirayə yaşayan, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin Texniki istismar dəstəsinin aviasiya mühərrikləri üzrə baş texniki vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən, barəsində xx xxxx 2019-cu il tarixdə komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs9 CM-in 177.2.1 və 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 9 (doqquz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs9 cəzasını xidmət yerində çəkməklə cəza çəkmənin başlanğıcının onun aylıq pul təminatından ilk məbləğin dövlət nəfinə tutulduğu gündən hesablanması, Təqsirləndirilən şəxs9 barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə maddi sübutlar olan Azercell Telekom MMC-dən xx xxxxx 2019-cu il tarixli 8972 nömrəli və xx xxxxx 2019-cu il tarixli 11939 nömrəli məktublarla daxil olmuş telefon danışıqlarına dair «xxxx» ədəd disk, Azerfon MMC-dən xx xxxxx 2019-cu il tarixli AZF/LGL-8794/19 nömrəli və xx xxx 2019-cu il tarixli AZF/LGL-9360/19 nömrəli məktublarla daxil olmuş telefon danışıqlarına dair «xxxx» ədəd disk, Bakcell MMC-dən xx xxxxx 2019-cu il tarixli BKC/LGL-8889/19 nömrəli, xx xxxx 2019-cu il tarixli BKC/LGL- 2945/19 nömrəli və xx xxxx 2019-cu il tarixli BKC/LGL-14788/19 nömrəli məktublarla daxil olmuş telefon danışıqlarına dair «03» ədəd disk, «Whatsapp» tətbiqetməsi vasitəsi ilə ötürülən səs yazılarının köçürüldüyü «01» ədəd disk hökm qanuni quvvəyə mündikdən sonra da cinayət işində saxlanılması, təqsirləndirilən şəxslərdən müştərək qaydada 164 (bir yüz altmış dörd) manat 32 (otuz iki) qəpik məbləğdə məhkəmə məsrəfinin (ekspertiza xərci) tutulub dövlət nəfinə ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3-2 və 308.1 maddələrində nəzərdə tutulan əməllərin törədilməsinə görə ittiham olunaraq məhkəməyə verilmişdir ki, ona görə ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib və qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli elektrik xətlərini talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İsmayıllı Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsində İsmayıllı rayonunun 9 saylı inzibati sahəsinə aid olan kəndlərdə polis baş leytenantı xüsusi rütbəsi ilə polis sahə rəisi vəzifəsində işlədiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı rolların qabaqcadan razılaşdırılmış bölgüsünə əsasən cinayətin törədilməsində bilavasitə maneələrin aradan qaldırılması və törədilən cinayət aşkar ediləcəyi halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib digər iştirakçıları sığortalayacağı barədə qrup üzvlərinə vədlər vermiş, bundan sonra qrupun üzvləri Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla bir neçə dəfəyə 2018-ci ilin sentyabr-oktyabr aylarında gecə saatlarında Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus olan İ Mingəçevir hava xəttinin İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən keçən Bakı- Şamaxı-Yevlax yolunun 189-cu kilometrliyində yerləşən 295 və 296-cı dayaqlar arasından sağ, orta və sol fazalardan ümumi dəyəri 2700 (iki min yeddi yüz) manat olan 900 (doqquz yüz) metr, 296 və 297-ci dayaqlar arasından sağ və orta fazalardan ümumi dəyəri 1800 (bir min səkkiz yüz) manat olan 600 (altı yüz) metr, cəmi 1500(bir min beş yüz) metr istismara yararlı dövlət əhəmiyyətli elektrik naqillərini özləri ilə gətirdikləri kəsici alətlərlə maneəsiz kəsmələrinə şərait yaratmış, həmin naqillərinp Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanına gətirilməsində sürücü Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi «Qazel» markalı **-NK-*** qeydiyyat nişanlı yük avtomobilini özünün idarə etdiyi VAZ2107 markalı **-ED-*** qeydiyyat nişanlı avtomobillə müşayiət etməklə əldə olunmuş əmlakı qrupun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs2 satıb gizli talayaraq zərərçəkmiş şəxsə cəmi 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs9 CM-in 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsinə görə ittiham olunaraq məhkəməyə verilmişdir ki, ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli elektrik xətlərini talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs9 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı rolların qabaqcadan razılaşdırılmış bölgüsünə əsasən o, qrupun üzvləri Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə birlikdə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla bir neçə dəfəyə 2018-ci ilin iyul-avqust aylarında gecə saatlarında Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus olan İ Mingəçevir hava xəttinin İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən keçən Bakı-Şamaxı-Yevlax yolunun 189-cu kilometrliyində yerləşən 297 və 298-ci dayaqlar arasından orta və sol fazalardan ümumi dəyəri 1800(bir min səkkiz yüz) manat olan 600(altı yüz) metr istismara yararlı dövlət əhəmiyyətli elektrik naqillərini özləri ilə gətirdikləri kəsici alətlərlə kəsərək sürücü Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi «Qazel» markalı **-NK-*** qeydiyyat nişanlı yük avtomobili ilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanına gətirərək əldə olunmuş əmlakı qrupun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs2 satıb gizli talayaraq zərərçəkmiş şəxsə cəmi 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2xxxx0-ci il tarixli, 1(098)-12/2xxxx0 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs9 müdafiəçisi Müdafiəçi9 Camal oğlu apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ittiham olunduğu maddə ilə özünü təqsirli hesab etmir. Belə ki, o vəzifə səlahiyyətlərindən süiistifadə etməmişdir. Bundan başqa heç bir oğurluq hadisəsi törətməmişdir. Buna baxmayaraq barəsində ədalətsiz hökm çıxmışdır. Odur ki, Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2xxxx0-ci il tarixli, 1(098)-12/2xxxx0 nömrəli hökmünün ləğv edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs9 müdafiəçisi Müdafiəçi9 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Təqsirləndirilən şəxs9 həm ibtidai istintaqda həm də məhkəmədə ittiham olunduğu maddə ilə özünü təqsirli hesab etməmişdir. Onun ümumiyyətlə oğurluq hadisəsindən xəbəri olmamışdır. Bundan başqa digər təqsirləndirilən şəxslər də onun cinayətdə iştirak etməsini əsaslı sübutlarla təsdiq etməmişlər. O əvvəllər məhkum edilməmişdir, ailə vəziyyəti ağırdır. Atası 2-ci qrup əlildir. Odur ki, Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2xxxx0-ci il tarixli, 1(098)-12/2xxxx0 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs9 bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs9 müdafiəçisi X8 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 apellyasiya şikayətlərinin təmin edilməməsini, Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2xxxx0-ci il tarixli, 1(098)-12/2xxxx0 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs1 bildirdi ki, o, özünü təqsirli bilmir. Ona bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs9 bildirdi ki, o, özünü təqsirli bilmir. Birinci instansiya məhkəməsinin hökmündən narazıdır. Ona gorə də, apellyasiya şikayətinin təmin edilməsini və ona bəraət verilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslərin və müdafiəçilərinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2xxxx0-ci il tarixli, 1(098)-12/2xxxx0 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs9 müdafiəçisi Müdafiəçi9 Camal oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Tərtər Hərbi Məhkəməsinin həmin hökmü onlara münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ifadə verərək göstərdi ki, o CM-in 308.1-ci maddəsi, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ilə bağlı özünü təqsirli bilir. Lakin oğurluq hadisəsi ilə özünü təqsirli bilmir. Həmin sahədə sahə müvəkkili işləyib və həmin şəxslərin törətdiyi əməllərə qarşı heç bir tədbir görməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs9 ifadə verərək göstərdi ki, o, heç bir cinayət əməli etməmişdir. Edilmiş oğurluqla bağlı heç bir məlumatı olmamışdır. O avtomobili ilə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 aparıb Qubaxəlilli kəndinin yanında əkin sahəsinə bitişik olan magistral yolun kənarında düşürüb gəlmişdir. Lakin həmin adamların ora hansı məqsədlə getdiyini bilməmişdir. Adları çəkilən şəxslərlə Təqsirləndirilən şəxs4,Təqsirləndirilən şəxs5,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə heç bir oğurluq cinayətində iştirak etməmişdir. Hazırda öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 özünü CM-in 308.1-ci maddəsi ilə təqsirli bilsədə, CM-in 177.2.1 və 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə, eləcədə Təqsirləndirilən şəxs9 ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, həmçinin təqsirləndirilən şəxs və müdafiəçisi hər hansı yeni bir sübutun tədqiq edilməsinə ehtiyac bilməmiş, eləcədə məhkəmə kollegiyası da buna zərurət görməmişdir. İşə yenidən baxan apelyasiya instansiya məhkəməsi aşağıda tədqiq edilən sübutlara görə təqsirləndirilən şəxslərin elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməməsi ilə bağlı verdikləri ifadələrini qeyri səmimi və uyğun olaraq bununla bağlı apelyasiya şikayətinin dəlillərini əsaslı saymır. Çünki, məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində ona CM-in 177.2.1, 177.2.3-2 və 308.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, İsmayıllı rayonunun Qubaxəlilli kəndi və ona qonşu olan digər kəndləri əhatə edən 9 saylı inzibati ərazi üzrə sahə rəisi vəzifəsinə təyinat aldığı ilk günlərdən İ Mingəçevir hava xəttinin xidmət etdiyi kəndlərdən keçən işıq dirəklərindən elektrik naqillərinin naməlum şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. O da həmin şəxsləri müəyyən etmək və baş verə biləcək cinayətlərin qarşısını almaq məqsədilə profilaktiki tədbir olaraq bir neçə gün ardıcıl olaraq gecələr həmin ərazilərdə xidmət aparmışdır. Xidmət zamanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs9 adlı şəxslər həmin naqilləri oğurlamışlar. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 polis şöbəsinə dəvət etmiş və onları özü qəbul etmişdir. Onlar, yəni Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 heç bir cinayət törətmədiklərini bildirdikdən sonra o, onları heç bir maraq güdmədən sərbəst buraxmışdır. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs4 ona zəng vuraraq birlikdə onun xidməti ərazisindən elektrik naqillərini oğurlayıb Ağsu şəhərindəki Tofiq adlı şəxsə satmağı və bunun müqabilində ona da bir pay pul verəcəyini təklif etmişdir. Onlar görüşüb razılaşmış və qohumu Təqsirləndirilən şəxs8 və tanışı Təqsirləndirilən şəxs7 ilə razılaşıb 2018-ci ilin sentyabr ayının ortalarında gecə saatlarında kəndin tarla olan ərazisinə getmişlər. Orada o, yola çıxmış, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs8 isə naqilləri kəsməyə başlamışlar. O, həmin vaxt tarla boyunca magistral yolda avtomobillə hərəkət etmişdir ki, həmin şəxslər naqilləri rahat kəssinlər və kənardan kimsə gəlsə dərhal xəbər versin. Odur ki, o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs8la tez-tez telefon əlaqəsi saxlamış və bu yolla vəziyyəti öyrənmişlər. Onlar naqilləri kəsib qurtarmağa bir saat qalmış Təqsirləndirilən şəxs4Təqsirləndirilən şəxs2 və Qazel sürücüsü Təqsirləndirilən şəxs3 adlı şəxslə əlaqə saxlamış və Təqsirləndirilən şəxs3 həmin yerə çağırmışdır. Bundan sonra Cavanşirin Qazel markalı yük avtomobilinin oraya gələcəyi barədə məlumat vermişlər ki, o narahat olmasın. Təqsirləndirilən şəxs3 gəldikdən sonra onlar yükləri top şəklində avtomobilin yük yerinə yığmışlar. Təqsirləndirilən şəxs3 öz maşını ilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs7 isə onun idarə etdiyi avtomobillə Ağsu rayonuna yola çıxmışlar. O, həmin vaxtlar Qüdrətin VAZ2107 markalı **-ED-*** qeydiyyat nişanlı avtomobilini idarə etdiyi üçün həmin avtomobillə Təqsirləndirilən şəxs3 arxasınca Ağsu rayonuna Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə getmişdir. Orada yükü avtomobildən boşaldaraq tərəziyə yığmışlar. Hər dəfə çəkini o, telefonunda qeyd edərək hesablamışdır. Cəmi çəkini hesabladıqdan sonra Təqsirləndirilən şəxs2 həmin çəkini ikiyə bölüb yerdə qalan çəkinin qiymətini hesablayıb metalın pulunu onlardan kiməsə vermişdir. Həmçinin Təqsirləndirilən şəxs3 də həmin puldan ayrılmışdır. Yerdə qalan təxminən 800 manat pulu isə onlar dördü, yəni Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8 və o aralarında bərabər hissələrə bölmüşlər və adama təxminən 200 manat pul düşmüşdür. Bundan təxminən 2-3 gün sonra onlar yenidən eyni qaydada və eyni tərkibdə həmin ərazidən digər naqilləri kəsib Təqsirləndirilən şəxs3 Qazel markalı avtomobili ilə aparıb Təqsirləndirilən şəxs2 satmışlar. Bu dəfə Təqsirləndirilən şəxs2 onlara təxminən 560 manat pul vermiş və Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8 və ona təxminən adambaşı 140 manat pul düşmüşdür. Bundan sonra o, etdiyi əməldən peşman olmuş və bu işdən geri çəkildiyini həmin şəxslərə bildirmişdir. Onlara da səbəbini izah etmədən bir daha naqil oğurluğuna getməməyi məsləhət görmüşdür. Həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs3 naqillərin oğurluq olduqlarını bilmişlər. Təqsirləndirilən şəxs2 hər dəfə ona bildirmişdir ki, nə qədər naqil oğurlaya bilsələr gətirib ona satsınlar. Məhz oğurluq olduğunu bildiyi üçün Təqsirləndirilən şəxs2 metalın çəkisini ikiyə bölərək onlardan metalı çox ucuz qiymətə almışdır. Təxminən 2019-cu ilin fevral ayının ikinci yarısında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 ondan xəbərsiz Göyçay rayonu ərazisində də naqilləri oğurlayıb Təqsirləndirilən şəxs2 satmışlar. Bu səbəbdən də onlar Göyçay rayon polis şöbəsinə dəvət olunaraq izahat və ifadələri alındıqdan sonra sərbəst buraxılmışlar. O, etdiyi əməldən səmimi peşmandır. Odur ki, ona cəza verilərkən bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin müvəkkil edilmiş nümayəndəsi Nümayəndə birnci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2007-ci ildən etibarən «xxxx» ASC-nin Zərərçəkmiş şəxs MMC-də aparıcı hüquqşünas kimi fəaliyyət göstərir. xx xxxxx 2019-cu il tarixdə zərərçəkmiş şəxsin hüquq və vəzifələrini müvəkkil edilmiş nümayəndəsi qismində həyata keçirmək MMC-nin direktoru tərəfindən təsdiq edilmiş arayış və etibarnamə əsasında ona həvalə edilmişdir. 220 kilovoltluq İ Mingəçevir hava xətti və Qəbələ hava xətti MMC-nin balansındadır. İ Mingəçevir hava xətti 1949-cu ildə, Qəbələ hava xətti isə 1956-cı ildə istismara verilmişdir. Hazırda həmin xətlər istifadəyə yararlıdırlar, lakin 2013-2017-ci illərdə yeni xəttin çəkilməsi ilə əlaqədar həmin xətt hissə-hissə istismardan çıxarılmış, yəni şəbəkədən ayrılmış və həmin tarixdən xətlərdə gərginlik yoxdur. Həmin xətlər dayaqlar üzərində quraşdırılmış və dayaqlarası məsafələr coğrafi relyefə görə bəzi hissələrdə 300 metr, bəzi hissələrdə isə 400 metr olmuşdur. Dayaqlararası xətlər sağ, sol və orta faza olmaqla üç fazadan ibarətdir. Elektrik xətləri müxtəlif markalıdır. İ Mingəçevir hava xətti ASU-341 markalı alüminium naqildən ibarətdir, Qəbələ hava xətti isə ASO-300 markalı alüminium naqildən ibarətdir. Hər iki elektrik xətlərinin tərkibində polad məftillər vardır. Onların vəzifəsi naqillərin möhkəmliyini təmin etməkdən ibarətdir. Dayaqlar polad materialdan hazırlanmışdır, coğrafi relyefdən asılı olaraq hündürlükləri yer səthindən 12-15 metr məsafədədir. Bundan başqa, İ Mingəçevir hava elektrik verilişi xəttinin İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən keçən hissəsinin 295-296-297-298 saylı dayaqlar arasında olan naqillərin hər birinin uzunluğu 300 metr(1x3x300) olmaqla cəmi üç aşırımdan 2.700 metrdən, Göyçay rayonu ərazisindən keçən 244-245-246 saylı dayaqlar arasında olan naqillərin hər birinin uzunluğu 300 metr (1x3x300) olmaqla cəmi 1.800 metrdən, Qəbələ hava verilişi xəttinin İsmayıllı rayonu ərazisindən keçən hissəsinin 285-286-287 saylı dayaqlar arasında olan naqillərin hər birinin uzunluğu 400 metr olmaqla cəmi 2.400 metrdən ibarət olmuşdur. Oğurluq faktları MMC-nin hava xətlərinə xidmət göstərən əməkdaşları tərəfindən aşkar olunaraq müvafiq aktlar tərtib edilmişvə rəhbərliyə yazılı formada xidməti məlumatlar verilmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş X10 birnci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ağsu rayonu Çaparlı kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləməsə də özünə məxsus **-GJ-*** dövlət qeydiyyat nişanlı Zil-5301 yük markalı bortlu yük avtomobili var və həmin avtomobillə yük daşımaqla ailəsini dolandırır. Ağsu şəhər sakini Təqsirləndirilən şəxs2 onun uzaq qohumudur. Tofiq Ağsu şəhəri, C.Cabbarlı küçəsində yerləşən yaşadığı evində metal qəbulu məntəqəsi işlədir. Təxminən xx xxxxxx 2019-cu il tarixdə Tofiq ona zəng edərək onun nömrəsini bir nəfər şəxsə verəcəyini demiş, onların Göyçayda metalı olduğunu və ondan onları gedib gətirməsini xahiş etmişdir. O da etiraz etməmiş və yükün nə olduğunu dəqiq soruşmamışdır. Ona həmin günü axşam saatlarında Mehdi adlı şəxs zəng edərək saat 01 radələrində Göyçay rayonunda olmasını xahiş etmişdir. O da həmin gün təxminən saat 23 radələrində çıxmış və Göyçay rayonuna getmişdir. O, Qaraməryəm dairəsinə çatanda həmin nömrəyə zəng etmiş və həmin şəxs demişdir ki, Qaraməryəmdən Göyçaya doğru getsin. O da bir qədər getdikdən sonra yenə zəng etmiş və xəbərdarlıq işıqlarını yandırmışdır. Bir qədər getdikdən sonra yol kənarında bir neçə nəfər olduğunu görmüş və avtomobili saxlayaraq həmin şəxslərlə görüşmüşdür. Həmin şəxslər yolun sol tərəfində sahədə yükləri olduğunu demişlər. Bundan sonra onlar onun avtomobilinə minmişlər və birlikdə nar bağına girərək irəliləmişlər. Lakin nar bağının sonuna bir qədər qalmış yer palçıq olduğu üçün avtomobili orada batmışdır. Bundan sonra Mehdi adlı şəxs TofiqSəmədova zəng edərək avtomobilin batdığını demişdir. Təqsirləndirilən şəxs2isə Mehdiyə oraya yüz manata Kamaz markalı avtomobil göndərəcəyini demişdir. Həmin ərəfələrdə yoldan yanğınsöndürən avtomobilləri keçirmiş və təxminən saat 03 radələri olmuşdur. Təxminən 1 saat gözlədikdən sonra oraya kamaz markalı avtomobili idarə edən Rofka ləqəbli Rafiq adlı şəxs gəlmişdir. Kamaz sürücüsü onun avtomobilini qoşub palçıqdan çıxarmışdır. Lakin bir qədər getdikdən sonra onun avtomobili yenə palçıqda batmışdır. O, kamaz sürücüsündən onun avtomobilini qoşqu edib çıxarmasını xahiş etsə də həmin sürücü öz avtomobilinin də batacağını demişdir. Kamaz sürücüsü onunla birlikdə gedərək yolda traktor tapıb gətirməsini ona məsləhət görmüşdür. Lakin kamaz markalı yük avtomobilinin sürücüsü onların orada nə daşıdıqlarını bilməmişdir. Hətta Rafiq onlardan kim olduqlarını və burada nə işlərinin olduğunu soruşmuşdur. O isə Rafiqə Samir olduğunu və Tofiqin onu buraya artıq metal yığımını daşımaq üçün göndərdiyini demişdir. Həmin vaxt özü də orada olan şəxslərin naqil kəsib oğurladıqlarını bilməmişdir. Əgər bilsəydi dərhal Təqsirləndirilən şəxs2 zəng vurub etiraz edərdi. Bundan sonra o, Rafiqin avtomobilinə minib Qaraməryəm dairəsinə getmişdir. Təqsirləndirilən şəxs2 da həmin vaxt orada olmuşdur. Təqsirləndirilən şəxs2 ona Ağsudan Tatra markalı yük avtomobilinin sürücüsü Zaur adlı şəxsə dediyini və gəlib onun avtomobilini çıxaracağını demişdir. Təxminən 1 saat da həmin yerdə çayxanada oturub gözləyib çay içmişlər. Zaur adlı sürücü Tatra markalı maşınla Qaraməryəmə gəlmiş və o, Zaurla birlikdə yenidən avtomobilinin batdığı yerə getmişdir. Zaur qoşqu edib onun avtomobilini palçıqdan çıxarmışdır. Bundan sonra o, daha onların yükünü daşıya bilməyəcəyini deyib oradan aralanmışdır. Bundan təxminən iki saat sonra o, TofiqSəmədovunhəyətinə getmiş və Təqsirləndirilən şəxs2 yanacağın pulunu istəmişdir. Həmin vaxt Tatra maşınında olmuşlar. Həmin Tatranın yük yerində dairəvi şəkildə üç ədəd alüminium metal naqillər olmuşdur. Lakin həmin naqillərin üzəri palçıqlı olduğu üçün Tofiq onları təmizləyib gətirmələrini demişdir. Həmin vaxt o, Tofiqdən yol pulunu istəmişdir. Lakin Mehdi demişdir ki, o yük gətirmədiyi üçün pul düşmür. Lakin o, gecə səhərə kimi orada olduğunu və 20 manatlıq benzin işlətdiyini demişdir. Həmin vaxt Tofiq ona 30 manat pul vermişdir. Bundan sonra o çıxıb getmişdir. Lakin sonradan Tatrada olan yükü Mehdigil aparıb moykada təmizlətdirib gətirib Tofiqə vermişlər. O, əvvəlcədən həmin şəxslərin naqilləri oğurladıqlarını bilməmiş, lakin Tofiq həmin naqillərin oğurluq olduqlarını bilmiş və əvvəllər də bu oğurluq naqillərdən almışdır. O, yalnız Tofiqin həyətində olarkən həmin naqillərin oğurluq olduğunu bilmiş, bundan bir neçə gün sonra onları polisə dəvət edib ifadələrini almışlar. 2019-cu ilin 8 mart günündə o, rayon ərazisində olarkən Tofiqlə görüşmüş, söhbət zamanı Tofiq ona demişdir ki, ifadəsinin alınması üçün onu Daxili İşlər Nazirliyinə dəvət edəcəklər. Tofiq ondan xahiş etmişdir ki, nazirlikdə ifadə verərkən ərazinin polis sahə rəisi Təqsirləndirilən şəxs1 göstərişi ilə naqil daşımağa getdiyini desin. O da Tofiqə yalan ifadə verməkdən qorxduğunu və onun adını çəkdiyi şəxsi tanımayatanımaya yalan ifadə verməyəcəyini demişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X11 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, həmin vaxt X18 İdarəsində sürücü işləmiş və ona Tatra markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili təhkim olunmuşdur. Ağsu şəhər sakini metal alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs2 təxminən 2-3 il olar ki, tanıyır. Təxminən fevral ayının əvvəllərində gecə saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edərək yükünü gətirən yük avtomobillərindən birinin Göyçay rayonunda palçıqda batdığını və avtomobili dartmaq üçün ağır yük avtomobili lazım olduğunu demiş və ondan Göyçay rayonuna gedib həmin avtomobili dartıb çıxarmağı xahiş etmişdir. O da etiraz etməmiş və Göyçaya gedə biləcəyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs2bu iş üçün onun əziyyət haqqını verəcəyini demişdir. O da idarə etdiyi Tatra yük avtomobili ilə Göyçaya getmişdir. Həmin gün Təqsirləndirilən şəxs2ona zəng edib Qarayazı kəndi ərazisində Bəddərə deyilən yerdə onu gözlədiyini bildirmişdir. Qaraməryəm dairəsində o, Təqsirləndirilən şəxs2la görüşmüş, Təqsirləndirilən şəxs2 ona arxasınca sürməsini demişdir. Bir qədər getdikdən sonra Bəddərə deyilən yerdə Təqsirləndirilən şəxs2yanmış və yolun sol tərəfinə baxanda görmüşdür ki, bağ sahəsinin içərisində Qazel markalı avtomobil var. Həmin vaxt Təqsirləndirilən şəxs2 burda nə işləri olduğunu soruşduqda Təqsirləndirilən şəxs2şaqların ova getdiyini, lakin avtomobili batırdıqlarını demişdir. Bundan sonra o, Qazelə yaxınlaşmış, həmin vaxt Ağsu rayon Maşadqanlı kənd sakini Təqsirləndirilən şəxs3 görmüşdür. Təqsirləndirilən şəxs3 **-NK-*** nömrə nişanlı yük avtomobili palçıqda batmış, onun yanında isə iki nəfər cavan oğlan olmuşdur. Lakin o, avtomobildən düşməmiş, avtomobili Qazelə yaxınlaşdırmış, həmin oğlanlar qoşqu etmişlər və Qazeli dartıb çıxarmışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs2la sağollaşıb evinə getmişdir. Həmin vaxt o, Tofiqgilin həmin yerdə nə etdiklərini bilməmişdir.Bundan 4-5 gün sonra təxminən xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2yenidən ona zəng edərək Göyçaydan ona yük gətirən avtomobilin batdığını, həmin avtomobili çıxarmaq üçün getmək lazım olduğunu demişdir. O da etiraz etməmişdir. Birinci dəfə üçün Tofiq ona 100 manat pul vermişdir. O da əlavə gəlir olsun deyə yenidən TofiqSəmədovun təklifi ilə razılaşmışdır. Həmin gün səhər saat 05-06 radələrindən evdən çıxıb Göyçaya getmişdir. Qaraməryəm dairəsində olan zaman yol kənarında TofiqSəmədovu və Kamaz markalı avtomobili idarə edən Rafiqi orada görmüşdür. O, avtomobili saxlamış, həmin vaxt orada olan Samir adlı şəxs ona yaxınlaşıb avtomobilə minmişdir. Təqsirləndirilən şəxs2 demişdir ki, Samirin avtomobili batmışdır və onu çıxarmaq lazımdır. O da Samirlə birlikdə bir neçə gün əvvəl gəldiyi əraziyə getmişdir. Həmin yerdə nar bağının kənarında Samirin Zil markalı yük avtomobili palçığa batmışdır. O, həmin avtomobili dartıb çıxarmış və Samir çıxıb getmişdir. Bundan sonra o da getmək istəyəndə orada olan 3 nəfər cavan oğlandan biri demişdir ki, bir qədər irəlidə yükləri də var onu da götürüb aparsınlar. O da onsuzda boş gəldiyi üçün və yol pulunu verəcəklərinə görə etiraz etməmiş və bir qədər irəlidə Qaraməryəm istiqamətində baxdıqda sağa dönüb bir qədər gedib dayanmışdır. Həmin vaxt təpə kimi yerin yanında yerdə dairəvi metal toplarını görmüşdür. O, həmin şəxslərdən bunun nə olduğunu soruşduqda onlardan hansısa onun tel məftil olduğunu və dərədən yığdıqlarını bildirmişdir. Həmin oğlan demişdir ki, yük avtomobili batdığı üçün onları apara bilməmişlər. Odur ki, həmin yükü onun avtomobili ilə aparsınlar. Həmin vaxt yerdə olan məftillərin palçıqlı olmasına görə onların həqiqətən də dərədən yığıldığını düşünmüş və işə tələsdiyi üçün daha onlara fikir verməmişdir.Yük avtomobilinə naqillərin yığılmasına etiraz etməmiş və avtomobilinə bir qədər məftil yığıldıqdan sonra həmin oğlanlar da yanında əyləşmişlər və üzü Ağsu istiqamətdə getməyə başlamışlar. Qaraməryəmə çatana yaxın həmin şəxslərdən hansısa kiməsə zəng edərək səhv etmirəmsə «çıx, yola gəlirik» demişdir. Bir qədər getdikdən sonra yolun sağ tərəfində təxminən metallik rəngli Mersedes markalı avtomobil dayanmışdır. Həmin avtomobilin nömrəsini xatırlamır. Həmin oğlanlardan biri onun avtomobilindən düşüb həmin avtomobilə minmiş və bundan sonra onlar Ağsuya getmişlər. Yolda olan zaman avtomobildə olan iki nəfərdən Mersedesin kimə məxsus olduğunu soruşduqda həmin səxslərdən biri demişdir ki, həmin sürücü polis sahə rəisidir. O daha onlara bir söz deməmişdir. O, TofiqSəmədovun həyətinə çatanda orada yenə də həmin mersedesi görmüşdür. TofiqSəmədovla söhbət edən zaman Tofiqdən həmin avomobilin kimə məxsus olduğunu soruşduqda Tofiq həmin şəxsin polis olduğunu və yükün ona məxsus olduğunu demişdir. Həmin vaxt avtomobilin yük yerində olan 3 ədəd dairəvi şəkildə olan naqil topasına baxanda topanın palçıqlı olmasına görə onu təmizlətməyi xahiş etmişlər. O da yük yerində olan həmin naqil toplarını Ağsu çayına çatmamış sol tərəfdə olan avtoyumaya aparmış və naqillərə elə yük yerində ola-ola su vursa da naqillər təmizlənməmişdir. Bundan sonra həmin topları TofiqSəmədovun həyətinə gətirmişdir. Həmin yükü orada olan cavan oğlanlar yerə boşaltmışlar. Həmin vaxt Tofiq ona 150 manat pul vermişdir. Lakin 50 manatı isə Tofiq ondan borc aldığı üçün geri qaytarmışdır. Onun işinə görə Tofiq ona 100 manat pul vermişdir. O, həmin şəxslərin oğurluq etdiyini əvvəlcədən bilməmişdir. Həmin şəxslərin naqilləri oğurlayıb-oğurlamadığını dəqiq bilmədiyi üçün polis şöbəsinə bu barədə məlumat verməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X6 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, 1986-cı ildən etibarən X16 idarəsində sürücü işləyir. Təxminən 2008-ci ildən həmin idarənin mülkiyyətində olan Kamaz 55511 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 05 radələrində uşaqlıqdan rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 ona zəng edərək demişdir ki, onların Zil markalı avtomobili Göyçay rayonu Qaraməryəm ərazisində palçıq yolda batmışdır və həmin avtomobili dartıb çıxarmaq lazımdır. O da batan avtomobilin yüklü olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs2həmin avtomobilin yüksüz olduğunu bildirmişdir. Tofiq ona yanacaq pulu verəcəyini və oraya təcili getməyini xahiş etmişdir. O da hər gün idarənin işləri ilə bağlı Girdimançaydan gəlib çınqıl apardığı üçün etiraz etməmiş və Ağsu rayonunda yaşadığı evdən çıxıb Göyçay rayonuna getmişdir. Lakin Qaraməryəm deyilən əraziyə çatsa da orada Tofiqin dediyi maşını görməyib Tofiqə zəng vurmuşdur. Təqsirləndirilən şəxs2isə bir az da getməyini və Qaraməryəmi keçdikdən sonra Qarayazı kəndinin ərazisindəyolun kənarında üç nəfər oğlanı görəcəyini bildirmişdir. O da avtomobili Tofiqin dediyi yerə sürmüş və bu vaxt ona tanımadığı nömrədən zəng gəlmişdir. Həmin şəxs bildirmişdir ki, Qaraməryəm kəndindən Qazayazı kəndinə gəlib dərə kimi yerdən keçəndə onları görəcəkdir. O da Qarayazı kəndini keçib sağda olan tikilidən təxminən 200-300 metr irəlidəki dərə kimi yerə keçəndə görmüşdür ki, yolun sağ kənarında üç nəfər cavan oğlan var. O, avtomobili saxlamış və həmin şəxslər avtomobilə minmişlər. O, həmin şəxslərdən palçıqda batan avtomobilin kimə məxsus olduğunu soruşmuş, həmin şəxslər avtomobili batan şəxsin Ağsu rayon sakini Samir olduğunu demişlər. O, nar bağı cərgəsinə girəndə orada boz rəngli Zil markalı Qazel formalı yük avtomobilinin olduğunu görmüşdür. O, həmin avtomobilə yaxınlaşıb qoşqu edərək yük avtomobilini palçıqdan çıxarmışdır. X19 markalı avtomobili ilə bir qədər irəli gedib dönmək istəyəndə onun avtomobili yenə də batmışdır. Həmin yer dərin olduğundan o, daha həmin yerə girə bilməyəcəyini bildirib Samirə demişdir ki, Qaraməryəmdə kənddən traktor tapıb gəlib avtomobilini çıxarsınlar. Bundan sonra o, Samirlə birlikdə avtomobili ilə Qaraməryəm dairəsinə qayıtmışdır. Həmin vaxt orada TofiqSəmədovun daolduğunu görmüşdür. Təqsirləndirilən şəxs2 səhər saatlarında nə üçün buraya gəldiyini soruşduqda Təqsirləndirilən şəxs2 batan avtomobilə görə narahat olduğu üçün gəldiyini demişdir. Həmin vaxt o,Təqsirləndirilən şəxs2 yük avtomobilini çıxara bilmədiyini deyəndə Təqsirləndirilən şəxs2 ona narahat olmamağı, avtomobili çıxarmaq üçün artıq Tatra markalı avtomobil çağırdığını demişdir. Həmin vaxt çayxana açıldığı üçün Təqsirləndirilən şəxs2 təklifi ilə çayxanada çay içmişlər. Bir qədər sonra həmin yerə Tatra markalı avtomobili idarə edən Zaur Həsənov gəlmişdir. Samir də Zaurla birlikdə Zil markalı avtomobilin yanına getmişlər. O isə çay içib yenidən Girdiman çayın yatağına gedib oradan yük vurub Ağsu şəhərinə qayıtmışdır. O, sadəcə Tofiqin xahişinə əsasən gedib orada batan Samirin yük avtomobilini palçıqdan çıxarmışdır. Sonradan ona məlum olmuşdur ki, Zil markalı yük avtomobilini çıxarmağa gedərkən orada olan şəxslər işıq dirəklərindən elektrik naqillərini kəsib oğurlayıb Tofiqə satırmışlar. Tofiq də məhz buna görə ondan orada batan avtomobili çıxarmağı xahiş etmiş və oğurluq naqillər daşıdıqları üçün Tofiq səhər saatlarında özü Qaraməryəm dairəsinə gələrək Tatra markalı yük avtomobilini Zil markalı avtomobili çaxarmaq üçün dəvət etmişdir. Həmin gün günorta saatlarında o, Tofiqə zəng vuraraq ona sərf etdiyi yanacaq üçün pul verəcəyinə söz verdiyini xatırlatmış və Tofiq də ona bir yüz manat pul vermişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ifadəsinın yerində yoxlanılması protokolundan görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərib təsdiq etmiş və Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus olan İ Mingəçevir hava xəttinin İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən keçən Bakı-Şamaxı-Yevlax yolunun 189-cu kilometrliyində yerləşən 295-296-297 nömrəli dayaqları göstərərək həmin dayaqlar arasında mövcud olmuş elektrik naqillərini qabaqcadan əlbir olan bir qrup şəxs halında qrupun digər üzvləri ilə birlikdə oğurladıqlarını bildirməklə hadisə yerini dəqiqləşdirmişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs5 ilə Təqsirləndirilən şəxs9 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs9 üzünə qarşı təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs4lə birlikdə 2018-ci ilin yay aylarında iki dəfə İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən işıq dirəklərindən cəmi 600 metr elektrik naqili kəsib oğurlayıb Cavanşir adlı şəxsin Qazel markalı yük avtomobili ilə Ağsu şəhərinə daşıyıb orada yaşayan Tofiq adlı şəxsə satmışlar. Həmin alqı-satqı nəticəsində əldə etdikləri pulu üçü, yəni Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs9 və o, aralarında bərabər paylarla bölmüşlər. Təqsirləndirilən şəxs9 isə onun yeganə günahı Təqsirləndirilən şəxs5 ilə yeznəsi Təqsirləndirilən şəxs4 istifadə etdiyi Niva markalı avtomobillə onların xahişləri ilə Qubaxəlilli kəndinin yanındakı əkin sahəsinə bitişik olan magistral yolun kənarında düşürüb qayıtmağı olmuşdur. Onların əkin sahəsində nə etdikləri barədə heç bir məlumatı olmamışdır. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs9 arasında keçirilmiş üzləşdirmə protokolundan bəlli olur ki, həmin zaman Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs9 üzünə qarşı təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə birlikdə 2018-ci ilin sentyabr ayında İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində oğurluq etmişdir. O, bu barədə məlumat aldıqdan sonra Fizulinin mobil nömrəsinə zəng vurub onu oğurluq cinayəti törətməsi ilə bağlı polis şöbəsinə dəvət etmişdir. Fizuli isə cavabında ona hərbçi olduğunu əsas gətirib polisə gəlməyəcəyini və lazım olsa onun işinə hərbi prokurorluqda baxılacağını bildirmişdir. Sonradan o, Təqsirləndirilən şəxs5 ilə Təqsirləndirilən şəxs4 qəbul edib şifahi dinləmiş və onlar hər ikisi Təqsirləndirilən şəxs9ilə birlikdə 2018-ci ilin yay aylarında Qubaxəlilli kəndi ərazisindən elektrik naqilləri oğurlamalarını etiraf etmişlər. Təqsirləndirilən şəxs9 isə Təqsirləndirilən şəxs1 göstərdikləri ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona oğurluqla bağlı məlumat verməmiş, sadəcə olaraq onu polis şöbəsinə dəvət etmişdir. Həmçinin Elsevərgillə nə etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə etdiyi oğurluqla bağlı telefonda məlumat verdiyini bir daha Təqsirləndirilən şəxs9 üzünə qarşı təsdiq etmişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi barədə protokolla götürülmüş bir metrlik naqil nümunəsi əsasında təyin edilmiş materialların məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizasının xx xxxx 2019-cu il tarixli 5690/7017 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş naqil nümunəsinin əsas hissələri alüminium əsaslı ərintidən, özəyi təşkil edən məftillər dəmir əsaslı ərintidən hazırlanmışdır. Nümunənin səthində hər hansı zədə, deformasiya olmadığından, tamlığı pozulmadığından hazırda təyinatı üzrə istifadə edilə bilər. Qeyd: Alüminium ərintidən hazırlanmış predmetlər, eləcə də təqdim edilmiş naqillər səthlərində olan oksid təbəqəsinin hesabına korroziyaya uğramırlar, korroziyaya davamlıdırlar. Aparılmış fizki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, uzun müddət istifadədə olmuş alüminium naqilin bir metrinin 2019-cu ilin fevral ayına hazırki vəziyyətdə orta bazar qiyməti təxminən üç manat müəyyən edilir.İİc.i/v. 84-87 İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxx 2019-cu il tarixli 9145 nömrəli rəyindən görünür ki, uzun müddət istifadədə olmuş ASU-341 markalı naqilin bir metrinin 2018-ci ilin iyun-2019-cu ilin mart ayına olan orta bazar qiyməti təxminən üç manat müəyyən edilir. xx xxx 2019-cu il tarixdə bir metrlik naqil nümunəsi saxlanılması üçün İsmayıllı rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. İİİc.i/v.139-141,151 İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan və baxış keçirilməsi üçün könüllü olaraq təqdim etdiyi bir ədəd «Samsung» markalı mobil telefona, həmçinin telefonun daxili yaddaşındakı fotoşəkillərə, videofayllara və «Whatsapp» proqramı vasitəsi ilə ötürülən media faylları və səs yazılarına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 mobil telefonunun yaddaşındakı fotoşəkillər və videofaylların onun özünə və ailə üzvlərinə aid olduğunu, həmçinin «Whatsapp» tətbiqetməsi vasitəsi ilə ötürülən mesaj və faylların onun özü tərəfindən ötürüldüyünü bildirmişdir. Bundan başqa baxışda Təqsirləndirilən şəxs1 «Whatsapp» proqramı vasitəsi ilə yazışmalarından onun istifadəsində olan ***-***-**-** nömrədən «Qüdrət qohum nar» adı ilə qeyd etdiyi ***-***-**-** nömrəsi ilə «Qudret qohum nar ilə whatsapp söhbəti» adlı yazışmasından istintaq əhəmiyyəti kəsb edən aşağıdakı mesajlar aşkar edilmişdir: Qudret qonum nar: Sahedeki siziydiz, Qudret qohum nar: Ag niva Adil Suleymanov: Gel kes Qudret qohum nar: Seher keserem insalah Qudret qohum nar: Aletleri goturmusuz Qudret qohum nar: 07 den Adil Suleymanov: Baqajda tros qalib guya getirirdik bakiya Adil Suleymanov: Tulla getsin Qudret qonum nar: Tefil verenen sora bir kelme deyersenki nigaran qalmayax Qudret qonum nar: Kecdiz posdu saxlamadilar Adil Suleymanov: Yox hele Adil Suleymanov: Kecmemiwik Qudret qonum nar: Narahatciliq olsa posda yigarsan meni Adil Suleymanov: Yacwi Adil Suleymanov: Kecdik posti Adil Suleymanov: salamatxiliqdi Qudret qonum nar: Ok Adil Sulevmanov: Qohum ses soraq cixmadi elseverden??? Adil Suleymanov: Elsever deqiq gedecek ora? Adil Suleymanov: Elsever nese demedi Qudret qonum nar: Ozun bilersen Qudret qohum nar: Ancaq meslehet gormurem men Qudret qohum nar: Mehdini tapdin Adil Suleymanov: Axwam birde gelecem mehdiynen kesmeye Adil Suleymanov: Pervizi qoydular bawqa serjantnan ora posta Qudret qonum nar: Nece yeni sen baxmirsan bura Qudret qohum nar: Ujey Adil Suleymanov: Men baxirame Adil Suleymanov: Heleki postu deyiwdiler Adil Suleymanov: Bir iki gunluk bakiya gedecem deye Təqsirləndirilən şəxs1 mesaj mətnlərinin özünə və qohumu Təqsirləndirilən şəxs8 məxsus olduğunu bildirmişdir. Bundan sonra baxış keçirilən bir ədəd «Samsung» markalı mobil telefondan «03» vərəqədən ibarət olan çıxarış edildikdən sonra Təqsirləndirilən şəxs1 qaytarılmışdır. İc.i/v.69-73 İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, Azercell Telekom MMC-dən xx xxxx 2019cu il tarixli 7553 nömrəli və xx xxxx 2019-cu il tarixli 7592 nömrəli məktublarla daxil olmuş abunəçilər barədə məlumatlara, xx xxxxx 2019-cu il tarixli 8972 nömrəli və xx xxxxx 2019cu il tarixli 11939 nömrəli məktublarla daxil olmuş telefon danışıqlarına dair «xxxx» ədəd diskə, Azerfon MMC-dən xx xxxx 2019-cu il tarixli AZF/LGL-5831/19 və AZF/LGL-5832/19 nömrəli məktublarla daxil olmuş abunəçilər barədə məlumatlara, xx xxxxx 2019-cu il tarixli AZF/LGL-8794/19 nömrəli və xx xxx 2019-cu il tarixli AZF/LGL-9360/19 nömrəli məktublarla daxil olmuş telefon danışıqlarına dair «xxxx» ədəd diskə, Bakcell MMC-dən xx xxxxx 2019cu il tarixli BKC/LGL-11206/19 və BKC/LGL-11208/19 nömrəli məktublarla daxil olmuş abunəçilər barədə məlumatlara, xx xxxxx 2019-cu il tarixli BKC/LGL-8889/19 nömrəli və xx xxxx 2019-cu il tarixli BKC/LGL-2945/19 nömrəli məktublarla daxil olmuş telefon danışıqlarına dair «xxxx» ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 adına ***-***-**-**, Təqsirləndirilən şəxs8 adına ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs4 adına ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs7 adına ***-***-**-**, Təqsirləndirilən şəxs6 adına ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs5 adına ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs2 adına ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs3 adına ***-***-**-**, Təqsirləndirilən şəxs9 adına ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələri rəsmiləşdirilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs7 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs8 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrələr arasında onların qabaqcadan əlbir olan bir qrup şəxs halında 2018-ci ilin sentyabr-oktyabr aylarında İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində elektrik naqillərini oğurlamaları ilə eyni tarixlərdə, yəni 2018-ci ilin sentyabroktyabr aylarında aralarında mütəmadi telefon danışıqlarının olmaları və həmin danışıqların cinayətin törədildiyi yerin anten əhatə dairəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Həmçinin, yuxarıda göstərilən telefon danışıqları ilə bərabər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs8 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs7 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs6 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs5 istifadəsində olmuş ***-***-**-** nömrələrindən mütəmadi olaraq internet üzərindən «Whatsapp» və digər proqramlar vasitəsi ilə danışıqlar və yazışmaların olması müəyyən edilmiş, lakin həmin danışıqlar və yazışmaların məzmunlarını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs9 istifadəsində olmuş ***-***-**-** nömrəsinə xx xxxxxxxx 2018-ci il tarixdə saat 13:34:31-də zəng daxil olmuş və aralarında 103 saniyə telefon danışığı olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** nömrəsinə xx xxxxxxxx 2018-ci il tarixdə saat 13:46:37-də zəng daxil olmuş və aralarında 36 saniyə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs5 istifadəsində olmuş ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsinə xx.xx.2018-ci il tarixdə saat 10:23:34, 11:01:50, 11:08:22 və 13:47:26-də zəng daxil olmuş və aralarında müvafiq olaraq 19, 25, 12, 34 saniyə telefon danışıqları olmuşdur. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, Bakcell MMC-dən xx xxxx 2019-cu il tarixli BKC/LGL-14788/19 nömrəli məktubla daxil olmuş telefon danışıqlarına dair «01» ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs9 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs5 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***- ***-**-** və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrələr arasında onların qabaqcadan əlbir olan bir qrup şəxs halında 2018-ci ilin iyul-avqust aylarında İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində elektrik naqillərini oğurlamaları ilə eyni tarixlərdə, yəni 2018-ci ilin iyun-avqust aylarında aralarında mütəmadi telefon danışıqlarının olmaları və həmin danışıqların cinayətin törədildiyi yerin anten əhatə dairəsi ilə üst-üstə düşməsi müəyyən edildi. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs9 istifadəsində olmuş ***-***-**-** nömrəsinə xx xxxxxxxx 2018-ci il tarixdə saat 13:34:31-də zəng daxil olmuş və aralarında 103 saniyə telefon danışığı olmuşdur. Həmçinin, 14-xx xxxxxxxx 2018-ci il tarixlərdə də Təqsirləndirilən şəxs9 istifadəsində olmuş ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs5 istifadəsində olmuş ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrələr arasında mütəmadi telefon danışıqları olmuşdur. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli baxış və götürmə protokolundan görünür ki, Daxili İşlər Nazirliyinin «Elektron sənəd dövriyyəsi» sistemindən «xxxx» vərəqədən ibarət olan «İsmayıllı RPŞ əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi barədə» xx xxxxx 2019-cu il tarixli Ə290-001-19 nömrəli əmrin surəti götürülmüşdür. Həmin əmrdən görünür ki, «Polis haqqında» Qanunun 5, 15 və 29-cu, «Yol hərəkəti haqqında» Qanunun 37-ci, «DİO əməkdaşlarının etik davranış kodeksi»nin 1, 2, 3, 4, 6 və 20-ci maddələrinin, «İntizam Nizamnaməsi»nin 3.1, 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq 2018-ci ilin sentyabr ayında vət. Təqsirləndirilən şəxs8 və digərlərilə cinayət əlaqəsinə girərək xidməti ərazisi olan Qubaxəlilli kəndində elektrik naqillərinin oğurlanmasında iştirak etdiyinə, etibarnamə olmadan avtomaşın idarə etdiyinə, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə İsmayıllıRPŞİTB-nin polis sahə rəisi polis baş leytenantı Təqsirləndirilən şəxs1 «Azərbaycan Respublikasının daxili işlərorqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Cinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyindən «xxxx» vərəqədən ibarət olan «İsmayıllı RPŞ əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi barədə» xx xxxxx 2019-cu il tarixli Ə290-001-19 nömrəli əmrin surəti cinayət işinə əlavə olunmuşdur. Zərərçəkmiş şəxs MMC-dən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli 01-03/42 nömrəli, xx xxxxxx 2019-cu il tarixli 01-03/131 nömrəli, xx xxxx 2019-cu il tarixli, 01-03/203 nömrəli və xx xxxxx 2019-cu il tarixli 01-xxxx/213 nömrəli məktublardan görünür ki, 220 kv-luq İ Mingəçevir hava elektrik verilişi xəttinin İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisindən keçən xəttin 291-292-293-294-295 saylı dayaqlar arası 4 (dörd) aşırım sağ və sol fazada, 295-296-297-298-299 saylı dayaqlar arası 4 (dörd) aşırım sağ faza ASU-341 markalı 3600 (üç min altı yüz) metr alüminium naqilin xx xxxxxxxx 2018-ci il tarixdə, Göyçay rayonunun Qarayazı kəndi yaxınlığından keçən xəttin 244-245-246 saylı dayaqlar arası aşırımdan hər x xxxxxxx 1800 (min səkkiz yüz) metr uzunluğunda ASU-341 markalı alüminium naqilin xx xxxxxx 2019-cu il tarixdə, 291-292-293-294-295 saylı dayaqlar arası 4 (dörd) aşırım orta fazada ASU-341 markalı 1200 (min iki yüz) metr, 295-296-297-298-299 saylı dayaqlar arası 4 (dörd) aşırım sol və orta fazadan 2400 (iki min dörd yüz) metr, 299-300-301, 316-317- 318-319 saylı dayaqlar arası 5 (beş) aşırım hər üç fazada 4500 (dörd min beş yüz) metr olmaqla, cəmi 8100 (səkkiz min bir yüz) metr ASU-341 markalı alüminium naqilin xx xxxxxxx 2018-ci il tarixdə, 220 kv-luq Qəbələ hava elektrik verilişi xəttinin İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisindən keçən xəttin 280-281-282-283-284-285 saylı dayaqlar arası 5 aşırım sağ və sol fazadan 4000 (dörd min) metr ASO-300 markalı alüminium naqilin xx xxxxxxxx 2018-ci il tarixdə, 285-286-287 saylı dayaqlar arası sağ fazada 2 aşırım 800 (səkkiz yüz) metr, 287-288 saylı dayaqlar arası sağ faza aşırımın yarısı 200 (iki yüz) metr, 286-287 saylı dayaqlar arası orta faza aşırım yarısı 200 (iki yüz) metr, 287-288 saylı dayaqlar arası orta faza bir aşırım yarısı 400 (dörd yüz) metr, cəmi 1600(min altı yüz) metr ASO-300 markalı alüminium naqillərin xx xxxxxx 2019-cu il tarixdə naməlum şəxslər tərəfindən oğurlanması cəmiyyətin əməkdaşları tərəfindən müəyyən edilmiş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 оğlu CM-in 177.2.1, 177.2.3-2 və 308.1 maddələrində və Təqsirləndirilən şəxs9 оğlu CM-in 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Hazırda Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs9 onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməsələ rdə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs9 bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə onların bununla bağlı apellyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Bununla da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 оğlunun cinayət əməlinin CM-in 177.2.1, 177.2.3-2 və 308.1 maddələri və Təqsirləndirilən şəxs9 оğlunun cinayət əməlinin CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, uyğun olaraq apellyasiya şikayətlərinin bu dəlillərini əsaslı saymır. Çünki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş biri-digərini tamamlayan sübutlarla təqsirləndirilən şəxslərin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zəruriət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri Təqsirləndirilən şəxs1 оğlunun CM-in 177.2.1, 177.2.3-2 və 308.1 maddələri və Təqsirləndirilən şəxs9 оğlunun CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs1 оğlunun CM-in 177.2.1, 177.2.3-2 və 308.1-ci maddələri və Təqsirləndirilən şəxs9 оğlunun CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İşdən görünür ki, təqsirləndirilən şəxsləri apellyasiya şikayətində mübahisələndirdiyi növbəti məsələ təyin edilmiş cəzanın ədalətsizliyi ilə bağlıdır. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə də razılaşmır. Çünki, təqsirləndirilən şəxslərin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in CM-in 177.2.1, 177.2.3-2-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslərə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Belə olan halda, məhkəmə kollegiyası Tərtər Hərbi Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs1 оğluna CM-in 177.2.1, 177.2.3-2 və 308.1-ci maddələri və Təqsirləndirilən şəxs9 оğluna CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs9 müdafiəçisi Müdafiəçi9 Camal oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2xxxx0-ci il tarixli, 1(098)-12/2xxxx0 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlunun CM-in 177.2.1, 177.2.3-2 və 308.1-ci maddələri və Təqsirləndirilən şəxs9 оğlunun CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2xxxx0-ci il tarixli, 1(098)-12/2xxxx0 nömrəli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs9 müdafiəçisi Müdafiəçi9 Camal oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2xxxx0-ci il tarixli, 1(098)-12/2xxxx0 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(107)-1/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-1/2021
11.02.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver