Məhkəmə qərarları › İş №1-1(107)-13/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-13/2021

14.09.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-13/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə məhkum olunmasına dair Tərtər Hərbi Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(098)-132/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (hakim Əhməd Sarıyev) 08 iyul 2021-ci il tarixli, 1(098)- 132/2021 nömrəli hökmü ilə, xx.xx.2002-ci ildə Ağdam rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin X3 şəhərində yerləşən N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 335.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edmiş, Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə yerləşdirilməsi N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilməsi, barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən qüvvəsində saxlanılması müəyyən edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(098)-132/2021 nömrəli hökmü ilə məhkum olunmuşdur ona görə ki, o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 15-ci sərhəd zastavasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən 23.11.2020-ci il tarixdə bel və böyrək ağuları səbəbilə həmin hərbi hissənin tibb məntəqəsinə yerləşdirilərək müalicə olunmuş, 27.11.2020-ci il tarixdə səhər baxışı zamanı N nömrəli hərbi hissənin tibb bölməsinin rəisi vəzifəsini icra edən baş gizir X1 Davudova sağaldığını və tibb məntəqəsindən “çıxışa” hazırlanmağını dediyi zaman, Təqsirləndirilən şəxs Sarvan Mikayılova “mən sağalmayınca sərhəd zastavasına getməyəcəm” sözlərini demiş və tibb məntəqəsində qalmaq məqsədilə həmin gün saat 10:20 radələrində hərbi hissənin tibb məntəqəsində olarkən 3-cü palatada bir ədəd tikiş iynəsini məqsədyönlü şəkildə dil arxasına qoyub udaraq 27.11.2020-ci il tarixdən 05.12.2020-ci il tarixədək hərbi hissənin tibb məntəqəsində saxlanılaraq hərbi xidmət vəzifələrindən faktiki azad olunmaqla, hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Tərtər Hərbi Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(098)-132/2021 nömrəli hökmündən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisənin şahidi heç kim olmamışdır. Şahid kimi dindirilmiş şəxslər hadisə yerinə sonradan gələn və ya təqsirləndirilən şəxsi keyfiyyətləri barədə məlumat verən şəxslərdir. Təqsirləndirilən şəxs bu günə qədər hərbi xidmətdən yayınma ilə əlaqədar heç bir hadisə tötətməmişdir. Özünü xəstəliyə vurmamış, verilən tapşırıqların icrasından yayınmaq üçün heç bir bəhanə gətirməmişdir. Təkcə bel və böyrək ağrıları olduğundan şikayətlənmişdir. Məhkəmədə verdiyi ifadələrdə belində “skalyoz” olduğunu və tez-tez ağrıdığını bildirmişdir. Hadisədən sonra bir həftə kimi qısa müddətə tibb məntəqəsində qalmış, sonra hərbi hissəsinə dönərək xidmətini davam etdirmişdir. Həmin vaxtdan bu günədək hərbi xidmətdən hər hansı bəhanə ilə yayınma halı olmamış, bütün tapşırıqları icra etmişdir. Bir sözlə hərbi xidmətə başladığı andan hadisə olan vaxtadək, nə də tibb məntəqəsindən çıxdıqdan sonra bu günədək hər hansı formada hərbi xidmətdən yayınmağa cəhd göstərməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X16 apellyasiya şikayətində göstərilmiş xüsusatlarla bağlı oxşar məzmunda çıxış etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X14 hökmün qаnuni və əsаslı, təyin edilmiş cəzаnın isə ədаlətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Tərtər Hərbi Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(098)-132/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və CPM-in normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin olunmaması barədə xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 335.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(098)-132/2021 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci mаddəsi tətbiq olunmaqla ona təyin olunmuş intizam xarakterli hərbi hissədə saxlama cəzаsı sınаq müddəti müəyyən edilməklə şərti olаrаq tətbiq edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində göstərdiyi xüsusatlara uyğun ifadə verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayının 24-də səhhətində yaranmış problemlə əlaqədar hərbi hissəsinin tibb məntəqəsinə aparılmışdır. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs da tibb məntəqəsində olmuşdur. 27.11.2020-ci il tarixdə səhər sıra düzülüşü zamanı baş gizir Sarvan Mikayılov sırada olan xəstələrin səhhəti ilə maraqlanırdı. Həmin vaxt Təqsirləndirilən şəxs Sarvan Mikayılova ağrıdığını bildirdi. Sarvan Mikayılov isə Təqsirləndirilən şəxs artıq sağaldığını və tibb məntəqəsində qalmasına zərurət olmadığını dedi. Təqsirləndirilən şəxs isə “ağrıyıram, zastavaya gedə bilməyəcəm” dedi, sonra isə Sarvan Mikayılovdan icazə alaraq istirahət etməyə getdi. Sıra dağıldıqdan təxminən 30-40 dəqiqə sonra o, 3-cü palataya gedib çarpayısında uzanmaq istəmişdir. Palataya daxil olarkən Təqsirləndirilən şəxs kitelinə boyunağı tikmək istədiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ağzında iynə olmuşdur. Təxminən 1-2 dəqiqə sonra, yəni saat 10:20də Təqsirləndirilən şəxs “Cəbrayılov” deyə qışqırmağa başlamışdır. O, ədyalı başından çəkib nə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona boyunağı tikərkən iynə udduğunu demişdir. Lakin o, Təqsirləndirilən şəxs iynəni necə udmasının şahidi olmamışdır. Həmin vaxt 3 nömrəli palatada o və Təqsirləndirilən şəxs olmuşdur. Sonra əsgər Cəbrayıllı Ramal otağa gəlmiş, nə baş verdiyini soruşub feldşer Şahid3 çağırmışdır. Sonra isə Təqsirləndirilən şəxs Zaqatala rayon mərkəzi xəstəxanasına aparılmışdır. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxsla 15-ci sərhəd zastavasında xidmət edərkən dəfələrlə Təqsirləndirilən şəxs boyunağı tikmədən, habelə boyunağı çirkli vəziyyətdə olmaqla sıraya gəlməsini görmüşdür. Zastava rəisinin və ya təminat qrup komandirinin iradından sonra Təqsirləndirilən şəxs sıradan çıxaraq boyunağı tikib yenidən sıraya qayıtmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş gizir X6 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayının əvvəllərində böyrəyində olan ağrılarla bağlı tibb məntəqəsinə müalicə olunmağa başlamışdır. O, tibb məntəqəsində 4 nömrəli palatada müalicə almışdır. 23.11.2020-ci il tarixdə əsgər Təqsirləndirilən şəxs tibb məntəqəsinə gələrək 3 nömrəli palatada yerləşdirilmişdir. Təqsirləndirilən şəxs əsgərlərlə söhbət zamanı belinin və böyrəyinin ağrıması səbəbindən tibb məntəqəsinə gəldiyini bildirmişdir. Tibb bölməsinin rəisi vəzifəsini icra edən Sarvan Mikayılov hər gün tibb məntəqəsində saxlanılan hərbi qulluqçuları dəhlizdə sıraya düzüb səhhətləri ilə maraqlanmışdır. O, Təqsirləndirilən şəxsla ünsiyyət qurmamışdır. Çünki fikir vermişdir ki, sıra düzülüşü zamanı Təqsirləndirilən şəxs əlini belinə qoyub ağrıdığını, Sarvan Mikayılova ağrılarının şiddətli olmasını bildirdiyi halda sıra dağıldıqdan sonra Təqsirləndirilən şəxs palatada danışıb-güldüyünü, sağlam insan kimi hərəkət etdiyini görmüşdür. Həmçinin o bildirmişdir ki, 27.11.2020-ci il tarixdə səhər düzülüşü zamanı X15 Davudovda səhhətin necədir sualını verdiyi zaman Təqsirləndirilən şəxs narazı halda Sarvan Mikayılova ağrıdığını bildirib “mən zastavaya sağaııo getmək istəyirəm, mən tam müalicə almamış zastavaya getmək istəmirəm” demişdir. X15 Davudova “sən necə vaxtdır deyirsən ağrıyıram, amma mən səni yoxlaVıram heç bir şeyin yoxdur, sənin burda qalmağına heç bir səbəb yoxdur, hazırlaş çıxarış olunacaqsan” sözlərini demişdir. Sıra dağıldıqdan 30-40 dəqiqə sonra o, dəhlizdə televizora baxdığı zaman Təqsirləndirilən şəxs “Cəbrayılov” deyə çağırmasını eşidib 3-cü palataya getmişdir. Təqsirləndirilən şəxs çarpayısında üzü üstə uzanıb, əlini qarın nahiyəsinə tutub, “qırıq iynəni uddum” sözlərini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kiteli yanında olmuşdur. Sonra tibb feldşeri Şahid3 çağırmışdır. Şahid3 də palataya gəlib Sarvan Mikayılova zəng vurdu. Sarvan Mikayılov gəlib Təqsirləndirilən şəxs Zaqatala rayon mərkəzi xəstəxanasına apardı. Rentgenin cavabına əsasən Təqsirləndirilən şəxs mədəsində iynə aşkar olunmuşdu. Daha sonra Təqsirləndirilən şəxs tibb məntəqəsinə qaytarılaraq 05.12.2021 -ci il tarixə kimi tibb məntəqəsində saxlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, 23.11.2020-ci il tarixdə əsgər Təqsirləndirilən şəxs böyrək sancısı və bel əzələ ağrısı diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə qəbul olunmuşdur. Qəbul zamanı Təqsirləndirilən şəxs səhhətində olan problemləri səhhətinə uyğun olmayan tərzdə həddindən artıq qabardırdı. O, həmin ağrıların Təqsirləndirilən şəxs sözləri ilə ifadə etdiyi tərzdə olmadığını müşahidə etmişdir. Belə ki, sonrakı günlərdə Təqsirləndirilən şəxs şəxsən ağrılarının çox olduğunu ona bildirdikdən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs kənardan müşahidə edərkən sağlam insanın etdiyi hərəkətlərə uyğun hərəkətlər etməsini görmüşdür. Tibb məntəqəsində Təqsirləndirilən şəxs müayinə və müalicəsi aparılmışdır. O, hər gün günün birinci yarısında tibb məntəqəsində stasionar müalicədə olan hərbi qulluqçuların səhhəti ilə şəxsən maraqlanmışdır. 27.11.2020-ci il tarixdə saat 09 radələrində o, digər hərbi qulluqçularla yanaşı əsgər Təqsirləndirilən şəxs da səhhəti ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs səhhətində hər hansı narahatçılıq aşkar etməmişdir. O, Təqsirləndirilən şəxs müayinənin nəticəsinə uyğun olaraq tibb məntəqəsindən xaric olunmasının məqsədə uyğun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yanından getdikdən təxminən 30-40 dəqiqə sonra, yəni saat 10 radələrində tibb məntəqəsinin feldşeri Şahid3 ona yaxınlaşaraq əsgər Təqsirləndirilən şəxs iynə udmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs yatdığı 3 nömrəli palataya getmişdir. Təqsirləndirilən şəxs sakit halda çarpayısında oturmuşdu. Nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs boyunağı tikərkən iynəni ağzına qoyduğunu və bilmədən udduğunu söyləmişdir. Sonra o Təqsirləndirilən şəxs Zaqatala rayon mərkəzi xəstəxanasının Acil şöbəsinə aparmışdır. Rentgenin cavabına əsasən Təqsirləndirilən şəxs həzm traktında yad cisim aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs tibb məntəqəsinə qaytararaq həkim nəzarətində saxlamışlar. Hər iki gündən bir Təqsirləndirilən şəxs rentgen edərək iynənin mədə və bağırsaqdan xaric olub-olmamasını yoxlamışlar. 05.12.2021-ci il tarixdə rentgen müayinəsi zamanı iynənin Təqsirləndirilən şəxs mədə və bağırsağından xaric olunması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs tibb məntəqəsindən xaric olundu. O, bildirmişdir ki, tibb məntəqəsinə müayinə və müalicə üçün qəbul olunan hərbi qulluqçular, xidməti geyimlərini soyunaraq xəstələr üçün nəzərdə tutulmuş geyimi geyinirlər. Özlərinin xidməti geyimlərini isə əşya saxlama otağına təhvil verirlər. Hərbi qulluqçular müayinə və müalicə müddətində xidməti geyimlərini geyinmədikləri üçün, hərbi qulluqçulara, xüsusən də Təqsirləndirilən şəxs xidməti geyimlərinə boyunağı tikmələri barədə heç bir tapşırıq verilməmişdir. Yalnız hərbi qulluqçulara şəxsi gigiyena qaydalarına riayət etmələri, üzlərini hər zaman qırxmaları tapşırılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23.11.2020-ci il tarixdə əsgər Təqsirləndirilən şəxs böyrək sancısı və bel əzələ ağrısı diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə qəbul olunmuşdur. 27.11.2020-ci il tarixdə saat 11:20 radələrində tibb məntəqəsində olduğu zaman əsgər Cəbrayılov Ramal yanına gələrək əsgər Təqsirləndirilən şəxs iynə udduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs yatdığı 3 nömrəli palataya getmişdir. Palataya daxil olduğu zaman Təqsirləndirilən şəxs üzü üstə çarpayısında uzanıb, əli ilə qarın nahiyəsini tutub, iynb udduğunu və qarnında ağrının olduğunu demişdir. O, Təqsirləndirilən şəxs iynəni necə udduğunu soruşmuş. Təqsirləndirilən şəxs ona kitelə boyunağı tikərkən iynəni saplamaq istədiyi zaman iynənin ağzına sürüşməsi nəticəsində udduğunu demişdir. O, Təqsirləndirilən şəxs iynəni saplamaq istədiyi halda iynəni ağzına niyə qoymasını anlamadığı halda Təqsirləndirilən şəxs “ağrıyıram kömək edin” təkrar-təkrar deməsini görüb Təqsirləndirilən şəxs əlavə suallar verməmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs həyəcan və qorxunun olmasını hiss etməmişdir. O bildirmişdir ki, tibb məntəqəsinə müayinə və müalicə üçün qəbul olunan hərbi qulluqçular, xidməti geyimlərini soyunaraq xəstələr üçün nəzərdə tutulmuş geyimi geyinirlər, özlərinin xidməti geyimlərini isə əşya saxlama otağına təhvil verirlər. Xəstələr üçün nəzərdə tutulmuş geyimə boyunağı tikilmir. Hərbi qulluqçular tibb məntəqəsində xidməti geyimlərini geyinmədikləri üçün boyunağı tikmək üçün heç bir zərurət yoxdur. Tibb məntəqəsinin işçiləri də tibb məntəqəsində müayinə və müalicə olunan hərbi qulluqçulara xidməti geyimlərinə boyunağı tikmələri ilə bağlı heç bir tələb irəli sürmür. Sonra o, telefonla tibb bölməsinin rəisini vəzifəsini icra edən Sarvan Mikayılova zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Sarvan Mikayılov palataya gəlmiş və Təqsirləndirilən şəxs Zaqatala rayon mərkəzi xəstəxanasına aparmışlar. Rentgenin cavabına əsasən Təqsirləndirilən şəxs həzm traktında yad cisim aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs tibb məntəqəsinə qaytarılaraq həkim nəzarətində saxlanılmışdır. Hər iki gündən bir Təqsirləndirilən şəxs rentgen edərək iynənin mədə və bağırsaqdan xaric olub-olmamasını yoxlanılmışdır. 05.12.2021-ci il tarixdə rentgen müayinəsi zamanı iynənin Təqsirləndirilən şəxs mədə və bağırsağından xaric olunması müəyyən olunmuş və Təqsirləndirilən şəxs tibb məntəqəsindən xaric olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının əvvəllərində gizirlik kursu ilə bağlı N nömrəli hərbi hissəyə aparılmışdır. Hərbi hissədə olduğu zaman xatırlamadığı əsgər yoldaşlarından Təqsirləndirilən şəxs tibb məntəqəsində iynə udmasını eşitmişdir. Hərbi hissədə ərazini təmizləyərkən Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs nə üçün iynə udduğunu soruşmuş, Təqsirləndirilən şəxs ona boyunağı tikərkən iynəni ağzına qoyduğunu və iynənin ağzında qırılaraq udduğunu bildirmişdir. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs nizam-intizamsız əsgərdir. Çünki, dəfələrlə Təqsirləndirilən şəxs sıra düzülüşü zamanı gülərək sıra düzülüşünü pozmuşdur. Həmçinin dəfələrlə boyun ağı tikmədən, hərbi çəkmələrini təmizləmədən sıraya gəlmişdir. Tez-tez Təqsirləndirilən şəxs sıra düzülüşünə gecikmişdir. Buna görə də Təqsirləndirilən şəxs dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əsgər Təqsirləndirilən şəxs 15-ci sərhəd zastavasında xidmət edərkən tanımışdır. Onunla ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs 15-ci sərhəd zastavasında xidmət edərkən özünü nizam-intizamsız əsgər kimi göstərmişdir. Belə ki, 15-ci sərhəd zastavasında xidmət edərkən dəfələrlə nizam-intizamsızlıq etdiyi üçün cəzalandırılmışdır. Təqsirləndirilən şəxs sıra düzülüşü zamanı səbəbsiz yerə gülərək, digər əsgərlərin də fikrini yayındıraraq sıra düzülüşünü pozmuşdur. Bundan başqa o, Təqsirləndirilən şəxs sıra düzülüşünə gələrkən üzünü qırxmadığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs sıradan çıxararaq üzünü qırxıb sıraya gəlməsini tələb etdikdən sonra Peyman üzünü qırxırdı. Həmçinin dəfələrlə Təqsirləndirilən şəxs boyunağı çirkli olduğu üçün irad bildirərək sıradan çıxararaq boyunağını tikib sıraya gəlməsini tapşırmışdır. Bəzən isə ümumiyyətlə boyunağı tikmədən sıraya gəlmişdir. 23.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs böyrəyinin və belinin ağrıdığını zastava rəisinə demiş və o bu səbəbdən hərbi hissənin tibb məntəqəsinə göndərilmişdir. 30.11.2020-ci il tarixdə zastava rəisi, baş leytenant Şahid4 ona Təqsirləndirilən şəxs tibb məntəqəsində iynə udması barədə məlumat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, əsgər Təqsirləndirilən şəxs 15-ci sərhəd zastavasında xidmət edərkən tanımış. Peymanla ədavəti və düşmənçiliyim olmamışdır. Təqsirləndirilən şəxs 15-ci sərhəd zastavasında xidmət edərkən özünü nizam-intizamsız əsgər kimi göstərmişdir. Belə ki, 15-ci sərhəd zastavasında xidmət edərkən dəfələrlə sıra düzülüşü zamanı Təqsirləndirilən şəxs gülərək sıra intizamını pozmuşdur. Təqsirləndirilən şəxs hansı səbəbə güldüyün soruşduqda, “özümdən asılı deyil” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs həmçinin tez-tez boyunağı tikmədən, üzünü qırxmadan sıraya gəlmişdir. Təqsirləndirilən şəxs hansı səbəbdən boyunağı tikmədiyini, üzünü qırxmadığını soruşduqda isə bəhanələr gətirərək “vaxt çatmadı, iş görürdüm” deyə cavablar verirdi. Təqsirləndirilən şəxs zastava daxilində hər hansı bir iş tapşırılan da gərək ona zabit-gizir heyətindən kimsə nəzarət etməli idi, əks təqdirdə Təqsirləndirilən şəxs nəzarətsiz qaldıqda verilmiş tapşırıqların icrasından yayınırdı. Qeyd etdiklərinə görə də dəfələrlə Təqsirləndirilən şəxsla fərdi söhbət aparıb, xəbərdarlıq etmişdir. Təqsirləndirilən şəxs nəticə çıxarmadığı üçün onun tərəfindən 10.09.2020-də töhmət, 15.09.2020-də şiddətli töhmət, 05.10.2020-də şiddətli töhmət intizam cəzası verilmişdir, intizam cəzası verildikdən sonra Təqsirləndirilən şəxs bir-iki gün qoyulmuş qanuni tələblərə riayət etdikdən sonra yenidən intizamsızlıq göstərirdi. 23.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs böyrəyinin ağrıdığını zastava rəisinə bildirdikdən sonra o, hərbi hissənin tibb məntəqəsinə göndərildi. 27.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs tibb məntəqəsində iynə udması barədə məlumat almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, əsgər Təqsirləndirilən şəxs 15-ci sərhəd zastavasında xidmət edərkən tanımışdır. Təqsirləndirilən şəxs 15-ci sərhəd zastavasında xidmət edərkən özünü nizamintizamsız əsgər kimi göstərmişdir. Belə ki, 15-ci sərhəd zastavasında xidmət edərkən dəfələrlə zastavanın zabit-gizir heyəti ona Təqsirləndirilən şəxs şikayət edərək, Peymanın geyim qaydalarını pozduğunu, sıra intizamına riayət etmədiyini, sırada güldüyünü, boyunağı tikmədən sıraya gəldiyini, üzünü qırxmadığını ümumiyyətlə intizamsızlıq göstərdiyini bildirmişlər. O, da Təqsirləndirilən şəxs yanına çağırıb hansı səbəbdən sırada güldüyünü soruşduğu zaman, Təqsirləndirilən şəxs “özümdən asılı deyil” deyə cavab verirdi. Təqsirləndirilən şəxs hansı səbəbdən boyunağı tikmədiyini, üzünü qırxmadığını soruşduqda isə bəhanələr gətirərək “vaxt çatmadı, iş görürdüm” deyə cavablar vermişdir. O, da bir neçə dəfə Təqsirləndirilən şəxs xəbərdarlıq etdikdən sonra onun yenə də intizamsızlıq etdiyini görüb 30.09.2020-ci il tarixdə töhmət, 15.11.2020-ci il tarixdə isə şiddətli töhmət intizam cəzası vermişdir. İntizam cəzası verildikdən sonra Təqsirləndirilən şəxs bir-iki gün qoyulmuş qanuni tələblərə riayət etdikdən sonra yenidən intizamsızlıq göstərirdi. Hətta zastava rəisinin müavini leytenant Nurlan Ağayev tərəfindən də Təqsirləndirilən şəxs töhmət və şiddətli töhmət intizam cəzası verilmişdir. Həmçinin, Peyman şəxsi intizamsızlıqdan başqa, zastava daxilində hər hansı bir iş tapşırılan da gərək onun “başının üstündə” zabit-gizir heyətindən kimsə durmalı idi. Əks təqdirdə Təqsirləndirilən şəxs nəzarətsiz qaldıqda verilmiş tapşırıqların icrasından yayınırdı. 23.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs böyrəyinin ağrıdığını ona bildirmiş, o da Peymanı hərbi hissənin tibb məntəqəsinə göndərmişdir. 27.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs tibb məntəqəsində iynə udması barədə ona məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi ekspertiza və Patoloji anatomiya birliyi publik hüquqi şəxs Zaqatala rayon MTE və PA şöbəsinin 27.11.2020-ci il tarixli 562 nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, “əsgər Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi, əsgər Davudovun adına tərtib edilmiş tibbi kitabçada qeyd edilənlərə görə 1 (bir) ədəd iynə udduqdan sonra Zaqatala MRX PHŞ-də rentgen müayinə olunmuş, həzm traktında 1 (bir) ədəd yad cisim (tikiş iynəsi) aşkar edilmişdir. Ağız boşluğunda, yemək borusunda və eləcə də həzm traktında hər hansı bir patologiya aşkar edilməmişdir. Müntəzəm rentgen müayinə olunmuş, cərrah tərəfindən müayinə edilmişdir. Yad cisim (1 ədəd tikiş iynəsi) həzm traktından xaric olunmuşdur” (İş vərəqi 50-52). İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi ekspertiza və Patoloji anatomiya mərkəzinin 22.01.2021-ci il tarixli 92 nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdu? ki, «Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmadı. Təqsirləndirilən şəxs tibbi sənədindən göründüyü kimi 02.12.2020-ci il tarixdə qarın boşluğunun rentgeneloji müayinəsi zamanı çənbər bağırsaqda yad cism (iynə) maşkar olunmuş, 19.01.2021-ci il tarixdə qarın boşluğunun rentgenoloji müayinəsi zamanı isə qarın boşluğunda yad cism aşkar olunmamışdır. Qeyd edilən yad cism (iynə) - şəxsin məqsədyönlü şəkildə dil arxasına qoyaraq udma aktı (aktları) icra etməsi nəticəsində həzm traktına düşmüşdür, müddəti 27.11.2020-ci il tarixə uyğun gələ bilər, yad cism həzm traktından daxili orqanlara xəsarət yetirmədən təbii yolla xaric olduğundan sağlamlığa zərərvurma dərəcəsinə qiymət verilmir» (iş vərəqi 84-85). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik ekspertiza mərkəzi X22 26.01.2021-ci il tarixli 166 nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, «Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qərarda göstərilən əm əli barəsində anlaqlı olmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur» (İş vərəqi 86-87). Məhkəmədə mütəxəssis qismində izahat vermiş Tərtər-Qarabağ Regional Məhkəmə X8 rəisi X2 göstərdi ki, hərbi qulluqçuların iynə udması təcrübədə tez-tez rast gəlinir. İyənə udma sağlamlığa xəsparət yetirmənin bir forması kimi qəbul olunur. İynənin təsadüfən udulması mümükün deyildir. Bir qayda olaraq iynə dilin üstünə qoyulmaqla küt tərəfi ilə udulur ki, daxili orqanlara xəsarət yetirməsin və müəyyən müddətdən sonra özü təbii yola xaric olunur. İnyən orqanizimdən xaric olunana kimi xəstə həkim nəzarətində saxlanmalıdır. İynə poladdan olduğundan onun ağızda təsadüfən qırılması mümkün deyildir. Yalınz dişlər vasitəsilə güclü təsir etdikdə iynənin uc hissəsi qırıla bilər. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin 21.08.2020-ci il tarixli 0201 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs şəxsi heyətin siyahısına, bütün növ təminat normalarına daxil edilmişdir (İş vərəqi 38). İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin 17.09.2020-ci il tarixli 0224 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 15ci sərhəd zastavasında baş atıcı vəzifəsinə təyin olunmuşdur (iş vərəqi 37). İş materiallarında olan N nömrəli hərbi hissənin “Zədələnmə hallarının qeydiyyat” kitabından çıxarışdan görünür ki, 27.11.2020-ci il tarixdə saat 10:20-də Təqsirləndirilən şəxs yad cismin udulması diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir (İş vərəqi 39). İş materiallarında olan N nömrəli hərbi hissənin “ambulator xəstələrin qeydiyyat” kitabından çıxarışdan görünür ki, 23.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs böyrək sancısı diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir (İş vərəqi 40). İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının hərbi-həkim komissiyasının 154 nömröli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır (İş vərəqi 64). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala rayon Polis Şöbəsi tərəfindən 11.12.2020-ci il tarixli məktubla göndərilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 24). Hazırda öyrənilən apellyasiya şikayətindən, eləcədə müdafiə tərəfinin çıxışından bəlli olur ki, burada həm təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham, həm də təyin edilmiş cəzanın onun şəxsiyyətyinə uyğun olmadığı mübahisələndirilmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası yuxarıda sadalananlarla bağlı hüquqi dəyərləndirmə aparılmasını uyğun hesab edir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 15-ci sərhəd zastavasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən 23.11.2020-ci il tarixdə bel və böyrək ağuları səbəbilə həmin hərbi hissənin tibb məntəqəsinə yerləşdirilərək müalicə olunmuş, 27.11.2020-ci il tarixdə səhər baxışı zamanı N nömrəli hərbi hissənin tibb bölməsinin rəisi vəzifəsini icra edən baş gizir X1 Davudova sağaldığını və tibb məntəqəsindən “çıxışa” hazırlanmağını dediyi zaman, Təqsirləndirilən şəxs Sarvan Mikayılova “mən sağalmayınca sərhəd zastavasına getməyəcəm” sözlərini demiş və tibb məntəqəsində qalmaq məqsədilə həmin gün saat 10:20 radələrində hərbi hissənin tibb məntəqəsində olarkən 3-cü palatada bir ədəd tikiş iynəsini məqsədyönlü şəkildə dil arxasına qoyub udaraq 27.11.2020-ci il tarixdən 05.12.2020-ci il tarixədək hərbi hissənin tibb məntəqəsində saxlanılaraq hərbi xidmət vəzifələrindən faktiki azad olunmaqla, hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 335.1-ci maddəsi ilə tövsif edilməsi, həmçinin təqsirləndirilən şəxsə həmin maddə ilə təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş cəzа tədbirinin çəkilməsi məsələsinə gəldikdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşa bilmir. Belə ki, hökmdən göründüyü kimi, birinci instаnsiyа məhkəməsi bu məsələnin həlli zаmаnı təqsirləndirilən şəxsin törətdiyi cinаyətin xаrаkteri, ictimаi təhlükəlilik dərəcəsi və şəxsiyyəti ilə yаnаşı cəzanı yüngülləşdirən halların olmasını nəzərə аldığını göstərsə də, son nəticədə ona 4 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama növündə cəzа təyin edərək həmin cəzаnın məhkum tərəfindən çəkilməsini məqsədə uyğun hesаb etmişdir. Halbuki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in cəzanın təyin edilməsinin ümumi əsaslarını tənzimləyən 58.3-cü mаddəsində göstərilir ki, cəzа təyin edilərkən cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəxsiyyəti, o cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbelə təyin olunmuş cəzаnın şəxsin islаh olunmаsınа və onun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. İş mаteriаllаrındаn görünür ki, təqsirləndirilən şəxs 27.11.2020-ci il tarixdə N nömrəli hərbi hissəsinin tibb məntəqəsindən öz sərhəd zastavasına çıxışa hazırlaşarkən kitelinin boyunağını tikməyə başlamış və iynəni ağzına almış, bu zaman iynənin iti hissəsi ağzında qırılıb yerə düşmüş, küt hissəsini isə udmuşdur. Nəticədə 27.11.2020-ci il tarixdən 05.12.2020-ci il tarixədək hərbi hissənin tibb məntəqəsində nəzarət altında saxlanılaraq hərbi xidmət üzrə vəzifələrinin icrasından azad olunmuşdur. Cəzanı yüngülləşdirən hallardan bəhs edən CM-in 59.1-ci maddəsində cəzanı yüngülləşdirən halların dairəsi nəzərdə tutulmuşdur. Digər tərəfdən cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan da məhkəmə kollegiyasının qənaətincə təqsirləndirilən şəxsə təyin ediləcək cəza heç bir halda nə təqsirləndirilən şəxsin özünə, nə də onun yaxınlarına sitəm verici xarakter daşımamalıdır. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasının məhkum tərəfindən çəkilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Belə olan halda isə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bаrəsində CM-in 70-ci mаddəsini tətbiq etməklə onа təyin olunmuş cəzаnın şərti hesаb edilməsini əsaslı hesab edir. Belə ki, CM-in 70.1-ci mаddəsinin tələbindən görünür ki, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Göründüyü kimi qаnunverici şərti məhkumetmənin təyin edilməsi üçün zəruri şərt olаrаq məhkumun cəzа çəkmədən islаh olunmаsının mümkün sаyılmаsını müəyyən etmişdir. Azərbаycаn Respublikаsının Cəzаlаrın İcrаsı Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən məhkumlаrın islаh edilməsi – onlаrdа qаnunа itаətin yаrаnmаsı, insаnа, cəmiyyətə, əməyə, birgəyаşаyış qаydа və ənənələrinə hörmət və ehtirаmın formаlаşdırılmаsıdır. Bu baxımdan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bаrəsində seçilmiş cəzа tədbirinin çəkilməsi məsələsinə gələrkən cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Digər tərəfdən CM-in cəzanın anlayışı və məqsədindən bəhs edən 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci mаddəsinin tətbiq edilməsi eyni zаmаndа BMT-nin həbs edilmə ilə bаğlı olmаyаn tədbirlərə dаir stаndаrt minimаl qаydаlаrın (Tokio qаydаlаrı) 1.2-ci mаddəsinə uyğun olаrаq ədаlət mühаkiməsinin həyаtа keçirilməsində, xüsusən məhkumlа dаvrаnmаdа ictimаiyyətin dаhа fəаl iştirаk etməsini təmin etmək, hаbelə məhkumdа cəmiyyət qаrşısındа məsuliyyət hissini inkişаf etdirməyə yаrdım göstərmək məqsədini dаşıyır. Məhkəmə Kollegiyаsı onu dа qeyd edir ki, şərti məhkumetmə zаmаnı məhkum cinаyət məsuliyyətindən аzаd olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəzа icrа olunmаsа dа təyin olunаn cəzа qаnunlа müəyyən olunmuş xüsusi formаdа şərti həyаtа keçirilir. Beləliklə, məhkəmə kollegiyаsı аpellyаsiyа şikаyətinin dəlillərini müzаkirə edib cinаyət qаnunu normаlаrının yuxаrıdа göstərilən tələblərinə əsаslаnаrаq, şikаyətdə qeyd edilənləri, o cümlədən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hаllаrın məcmusunu nəzərə аlаrаq onun cəza çəkmədən islah olunmasını mümkün hesab edərək, barəsində CM-in 70-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(098)-132/2021 nömrəli hökmü ilə təyin edilmiş 4 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası cəzası, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il sınаq müddəti ilə şərti hesаb edilməsini, eyni zamanda Təqsirləndirilən şəxs üzərinə nümunəvi hərbi xidmət keçmək, dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, öz dаvrаnışı ilə islаh olunduğunu sübut etmək vəzifəsi qoyulmasını, bаrəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkаn tədbirinin ləğv edilməsini məqsədə müvafiq hesab edir. Bununlа dа, Təqsirləndirilən şəxs CM-in 335.1-ci maddəsi ilə məhkum olunmasına dair Tərtər Hərbi Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(098)-132/2021 nömrəli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin isə qismən təmin edilməsini mümkün bilir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 335.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(098)-132/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(098)- 132/2021 nömrəli hökmü ilə təyin edilmiş 4 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il sınаq müddəti ilə şərti hesаb edilsin. CM-in 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə nümunəvi hərbi xidmət keçmək, dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, öz dаvrаnışı ilə islаh olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli 14 sentyabr 2021-ci il tarixdən (bu gündən) hesablansın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkаn tədbirinin ləğv edilsin. Hazırkı qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar