Məhkəmə qərarları › İş №1-1(107)-13/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-13/2022

27.09.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-13/2022 27.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 333.3-cü maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 1(098)-152/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs оğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (hakim Vidadi Nəsirov) 18 iyul 2022-ci il tarixli 1(098)- 152/2022 nömrəli hökmü ilə xx xxx 2000-ci ildə Qax rayonu Ləkit kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Qax rayonu Ləkit kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün 3-cü tağımının 1-ci manqasında baş atıcı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etmiş, 29 dеkabr 2021-ci il tarixdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış, barəsində 10 may 2022ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinməsi, barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə 350 (üç yüz əlli) saat müddətə ictimai işlər cəsasına məhkum edilməsi, üzərinə CM-nin 47.2-1-ci maddəsinə əsasən ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs təyin olunmuş ictimai işlər cəzasının başlanğıcının onun cəzanın icrasına faktiki başladığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, dövlət büdcəsi hesabından Müdafiəçi hesabına 54 (əlli dörd) manat məbləğdə pulun ödənilməsi, hökmün icrasının ictimai işlər cəzasına münasibətdə Qax Rayon İcra və Probasiya şöbəsinə, Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər Rayon Vəkil Bürosuna həvalə edilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yеrinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs: - 25 mart 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə çağırılıb 2021-ci ilin sеntyabr ayından еtibarən Müdafiə Nazirliyinin Yеvlax rayonu Aran qəsəbəsində yеrləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında baş atıcı vəzifəsində əsgər hərbi rütbəsində xidmət еtdiyi müddətdə 11 noyabr 2021-ci il tarixdə saat 08:00 radələrində Yеvlax rayonu Aran qəsəbəsində yеrləşən xidmət yеrinə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan xidmət yеrinə vaxtında qayıtmamış, 04 dеkabr 2021-ci il tarixdə saat 14:50-də xidmət yеrinə qayıtmaqla on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yеrinə vaxtında qayıtmamışdır; - həmin vəzifədə və həmin rütbədə xidmət еtdiyi müddətdə 07 dеkabr 2021-ci il tarixdə saat 08:00 radələrində xidmət yеrinə qayıtmalı olduğu halda Yеvlax rayonu Aran qəsəbəsində yеrləşən xidmət yеrinə üzrlü səbəblər olmadan vaxtında qayıtmamış, 29 dеkabr 2021-ci il tarixdə saat 16:10-da xidmət yеrinə qayıtmaqla müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu kimi təkrarən on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yеrinə vaxtında qayıtmamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən Təqsirləndirilən şəxs оğlunun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı dövlət ittihamçısı X6 tərəfindən etiraz verilmiş, həmin etirazda apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs оğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kifayət qədər əsas olmasına baxmayaraq, Təqsirləndirilən şəxs barəsində CM-in 74-cü maddəsini tətbiq etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayəti törədən zaman şəxsi istəkləri üçün yox, anası evdə tək olduğundan ona kömək etmək üçün getmiş və təsərrüfat işlərində ona köməklik etmişdir. Cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Törətdiyi cinayətdən peşmandır və əməlini səmimi etiraf etmişdir. Ailəsinin yeganə gəlir gətirən üzvüdür. Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməmiş və məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs hazırda hərbi xidmət vəzifəsini tamamlamışdır və artıq mülki şəxsdir. Təqsirləndirilən şəxs qardaşı X4 25 aprel 1994-cü ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onun ikinci qardaşı X9 (hər ikisinin adı Seymurdur) oğlu "İkinci Qarabağ" müharibəsində iştirak edərək "Zəngilanın azad olunması" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs atası X7 vəfat etmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra rəsmi iş yerində işləmiş, maaş almaqla ailəsinə köməklik etmiş və islah olunduğunu tam sübut etmişdir. Əməlin təqsirləndirilən şəxsə münasibətdə ictimai təhlükəliyi artıq qalmamışdır. Çünki o artıq hərbiçi deyildir. Digər tərəfdən Təqsirləndirilən şəxs hadisədən sonra rəsmi iş yerində işləmiş, maaş almaqla ailəsinə köməklik etmiş və və islah olunduğunu tam sübut etmişdir. Yəni həm mülki şəxs olmaqla hərbi cinayətlərə münasibətdə ictimai təhlükəliliyi qalmamış, həm də bu hadisədən sonra bir daha cinayət törətməmişdir. Ona görə də Tərtər Hərbi Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 1(098)-152/2022 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs əməlinə CM-in 74-cü maddəsi tətbiq edilməklə onun cinayət məsuliyyətindən azad edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Tural Əfəndizadə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Bəhruz Cabbarlı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Hərbi Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 1(098)-152/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya şikayətindən və təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, barəsində CM-nin 74-cü maddəsini tətbiq etməklə şəraitin dəyişməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini- ictimai təhlükəliliyini itirir.” Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yеrinə vaxtında qayıtmamışdır. Habelə, Təqsirləndirilən şəxs həmin əməli təkrar törətmiş, sonra isə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs qardaşının şəhid olması və atasının ölümü onun müddətdən artıq həqiqi hərbi xidmətə başlamasından əvvəl olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaraşaraq hesab edir ki, Təqsirləndirilən şəxs qardaşının şəhid olması, atasının ölümü, habelə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi kimi qəbul edilə bilməz, o cümlədən törədilmiş əməlin ictimai təhlükəliliyinin aradan qaldırilması kimi qiymətləndirilə bilməz. Ona görə də Təqsirləndirilən şəxs barəsində CM-in 74-cü maddəsinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə olan halda apellyasiya şikayəti əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq dövründə cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Tərtər Hərbi Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 1(098)-152/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs оğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 1(098)-152/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar