Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-17/2021 27.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X13, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Gəncə 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi4, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.1-ci maddələri ilə məhkum olunmalarına dair Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi X11, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli (sədrlik edən Vüqar Məmmədov, hakimlər Kamran Muxtarov və Nurəddin Hüseynlidən ibarət tərkibdə) hökmü ilə, xx xxxx 1992-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin 1-ci aviasiya eskadrilyasının (Mi-35) aviasiya manqasının texniki istismar hissəsinin bort-texniki atıcısı, baş leytenant, Bakı şəhəri Xəzər rayonu Qala şəhərciyi N nömrəli hərbi hissədə qeydiyyatda olan, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 144.2.3 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları tam toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzası müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunması, onun dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 11 iyun 2021-ci il tarixdən hesab edilməsi müəyyən edilmişdir. xx xxxx 1982-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqları olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhərində yerləşən Cəbrayıl rayon 18 saylı tam orta məktəbinin hərbi rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4, Cinayət Məcəlləsinin 144.2.3 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş cəzaları tam toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzası müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunması, onun dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 11 iyun 2021-ci il tarixdən hesab edilməsi müəyyən edilmişdir. xx xxxx 1983-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqları olan, ibtidai təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri Təbriz küçəsi 27, Tibb Texnikomunun yataqxanasında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 144.2.3 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları tam toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunması, onun dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 11 iyun 2021-ci il tarixdən hesab edilməsi müəyyən edilmişdir. xx xxxxxxxx 1984-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşağı olan, orta texniki təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3, Cinayət Məcəlləsinin 144.2.3 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları tam toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunması, onun dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 11 iyun 2021-ci il tarixdən hesab edilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu cinayətini törətmiş, həmçinin Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissənin 1-ci aviasiya eskadrilyasının (Mi-35) aviasiya manqasının texniki istismar hissəsinin bort-texniki atıcısı vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edərkən, N9-cu ilin avqust ayında əvvəlcədən görüb bəyəndiyi, bacısı Çinarə Əhmədovanın baldızı, xx xxxxxx 1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Mingəçevir şəhəri Z.Həsənova küçəsi ev 2 mənzil 27-də qeydiyyatda olan Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq qərarına gəlmiş, lakin Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığı ərazidə tapa bilməmişdir. 07 sentyabr N9-cu il tarixdə Təqsirləndirilən şəxs1 Mingəçevir şəhərində olarkən, Zərərçəkmiş şəxs valideynləri ilə birlikdə Mingəçevir şəhərində olduğunu görərək, Zərərçəkmiş şəxs qardaşının və valideynlərinin hər gün səhər vaxtlarında işə getdiklərini bildiyindən, onu evlənmək məqsədilə oğurlamağı planlaşdırmışdır. Bu məqsədlə, Təqsirləndirilən şəxs1 N sentyabr N9-cu il tarixdə saat 09 radələrində xalası oğlu Təqsirləndirilən şəxs4 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq sonuncudan harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs4 Gəncə şəhərinə getdiyini dedikdə, ondan Gəncə şossesində olan avtovağzala gəlməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 həmin gün saat 11 radələrində Gəncə şossesindəki avtovağzalda Təqsirləndirilən şəxs4lə və onun yanında olan tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə görüşüb, bacısının baldızı Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq istədiyini bildirmiş və onlardan Laləni oğurlamasında ona kömək etmələrini xahiş etmiş, onlar da bu işdə ona kömək edəcəklərinə razılıq vermişlər. Bundan sonra, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə Təqsirləndirilən şəxs4 məxsus “Toyota Prado” markalı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Tərəvəzçilik sovxozunda yerləşən evinin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 evin darvazasının qapısının bağlı olduğunu müəyyən etdikdən sonra hasarın üstündən atlanaraq mənzildə yaşayanın iradəsi ziddinə həyətə daxil olmuş, daha sonra evin darvazasını içəridən açaraq, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 də evin həyətinə buraxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olmuş, həmin vaxt hamam otağında olan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq, zorla qolundan və ayaqlarından tutaraq evdən çıxarmışlar və səs çıxarmaması üçün əlləri ilə ağzını bağlamışlar. Zərərçəkmiş şəxs evdən bayıra çıxardıqdan sonra darvazanın qapısının ağzında Təqsirləndirilən şəxs4 məxsus “Toyota Prado” markalı avtomobilin arxa oturacağına qoymuş, həmin vaxt Təqsirləndirilən şəxs2 arxa oturacaqda Zərərçəkmiş şəxs ayaqlarından, Təqsirləndirilən şəxs3 başından və ağzından tutmuş, Təqsirləndirilən şəxs1 ön oturacaqdan arxaya çevrilərək, Zərərçəkmiş şəxs əllərindən tutmuşdur. Həmin şəxslərin Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq zorla saxlamaları nəticəsində Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən “sol saidində və hər iki baldırlarında qançırlar” xəsarətlərini almışdır. Təqsirləndirilən şəxs4 isə sükan arxasında oturub avtomobili idarə edərək onları X18 sahilinə aparmışdır. Orada Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs avtomobildə tək qoyaraq söhbət etmələrinə şərait yaratmışlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onunla evlənməyə razı salmağa çalışsa da, Zərərçəkmiş şəxs evlənməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs razı olmayacağını görərək avtomobildən enərək digərlərinin yanına gedib söhbət etməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs onu oğurlayan şəxslərin əlindən qaçmaq məqsədilə avtomobildən düşərək üzü yuxarı doğru qaçmış, bunu görən Xəlil, İlkin, Real və Emin Lalənin arxasınca qaçaraq onu tutmağa çalışmışlar. Bu zaman Zərərçəkmiş şəxs yaxalanacağını görərək özünü hündürlükdən aşağı atmış və yuvarlanaraq yerə yıxılıb sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan “sifətində, boynunda hər iki bazu və said nahiyələrində sıyrıqlar, burnunun sağ pərində və alt dodağında yaralar” xəsarətlərini almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yanına gələn Təqsirləndirilən şəxs4 onun qaçmaq istəməsindən əsəbiləşərək, Zərərçəkmiş şəxs saçından tutub digər əli ilə baş nahiyəsindən 2-3 yumruq zərbəsi vurmuş, daha sonra isə digərləri ilə birlikdə Zərərçəkmiş şəxs avtomobilə apararaq orada saxlamışlar. Həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onların yanından ayrılaraq getmişlər. Həmin gecəni Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs avtomobildə saxlamışlar. Bu müddət ərzində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları müxtəlif vasitələrlə dəfələrlə onlarla əlaqə saxlayaraq, Zərərçəkmiş şəxs geri qaytarmalarını tələb etsələr də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs təhvil verməkdən imtina etmiş, öz cinayətkar əməllərini davam etdirərək polisin qanuni tələblərinə əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs iradəsinin ziddinə onun azadlığını məhdudlaşdırıb Zərərçəkmiş şəxs təhvil verməmişlər. Gecə boyu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onunla evlənməyə razı salmağa çalışmış, lakin Zərərçəkmiş şəxs bundan imtina etmişdir. Növbəti gün yəni 14 sentyabr N9-cu il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs4 bacısı X1 ünvan 3 ünvanında yerləşən evinə aparmışlar. Orada olarkən Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları onlarla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs polis orqanına təhvil verməyi tələb etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs daha özləri ilə saxlamaq imkanlarının olmadığını anlayıb saat 11 radələrində onu Mingəçevir şəhər polis şöbəsinə təhvil verməyə məcbur olmuşlar. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu cinayətini törətmiş, həmçinin Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs4 xalası oğlu Təqsirləndirilən şəxs1 N9-cu ilin avqust ayında əvvəlcədən görüb bəyəndiyi, bacısı Çinarə Əhmədovanın baldızı Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq qərarına gəlmiş, lakin Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığı ərazidə tapa bilməyərək, 07 sentyabr N9-cu il tarixdə Təqsirləndirilən şəxs1 Mingəçevir şəhərində olarkən Zərərçəkmiş şəxs valideynləri ilə birlikdə Mingəçevir şəhərində olduğunu görərək, Zərərçəkmiş şəxs qardaşının və valideynlərinin hər gün səhər vaxtlarında işə getdiklərini bildiyindən, onu evlənmək məqsədilə oğurlamağı planlaşdırmışdır. Bu məqsədlə, Təqsirləndirilən şəxs1 N sentyabr N9-cu il tarixdə saat 09 radələrində xalası oğlu Təqsirləndirilən şəxs4 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq sonuncudan harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs4 Gəncə şəhərinə getdiyini dedikdə, ona Gəncə şossesində olan avtovağzala gəlməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 həmin gün saat 11 radələrində Gəncə şossesindəki avtovağzalda Təqsirləndirilən şəxs4lə və onun tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə görüşüb, bacısının baldızı Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq istədiyini bildirmiş və onlardan Laləni oğurlamasında ona kömək etmələrini xahiş etmiş, onlar da bu işdə ona kömək edəcəklərinə razılıq vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə Təqsirləndirilən şəxs4 məxsus “Toyota Prado” markalı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Tərəvəzçilik sovxozunda yerləşən evinin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 evin darvazasının qapısının bağlı olduğunu müəyyən etdikdən sonra hasarın üstündən atlanaraq mənzildə yaşayanın iradəsi ziddinə həyətə daxil olmuş, daha sonra evin darvazasını içəridən açaraq Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 də evin həyətinə buraxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olmuş, həmin vaxt hamam otağında olan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq, zorla qolundan və ayaqlarından tutaraq evdən çıxarmış və səs çıxarmaması üçün əlləri ilə ağzını bağlamışlar. Zərərçəkmiş şəxs evdən çölə çıxardıqdan sonra darvazanın qapısının ağzında Təqsirləndirilən şəxs4 məxsus “Toyota Prado” markalı avtomobilin arxa oturacağına qoymuş, həmin vaxt Təqsirləndirilən şəxs2 arxa oturacaqda Zərərçəkmiş şəxs ayaqlarından, Təqsirləndirilən şəxs3 başından və ağzından, Təqsirləndirilən şəxs1 ön oturacaqdan arxaya çevrilərək Zərərçəkmiş şəxs əllərindən tutmuşdur. Həmin şəxslərin Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq zorla saxlamaları nəticəsində Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən “sol saidində və hər iki baldırlarında qançırlar” xəsarətlərini almışdır. Təqsirləndirilən şəxs4 isə sükan arxasında oturub avtomobili idarə edərək onları X18 sahilinə aparmışdır. Orada Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs avtomobildə tək qoyaraq söhbət etmələrinə şərait yaratmışlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onunla evlənməyə razı salmağa çalışsa da, Zərərçəkmiş şəxs evlənməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs razı olmayacağını görərək avtomobildən enərək digərlərinin yanına gedib söhbət etməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs onu oğurlayan şəxslərin əlindən qaçmaq məqsədilə avtomobildən düşərək üzü yuxarı doğru qaçmış, bunu görən Xəlil, İlkin, Real və Emin Lalənin arxasınca qaçaraq onu tutmağa çalışmışlar. Bu zaman Zərərçəkmiş şəxs yaxalanacağını görərək özünü hündürlükdən aşağı atmış və yuvarlanaraq yerə yıxılıb sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan “sifətində, boynunda hər iki bazu və said nahiyələrində sıyrıqlar, burnunun sağ pərində və alt dodağında yaralar” xəsarətlərini almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yanına gələn Təqsirləndirilən şəxs4 onun qaçmaq istəməsindən əsəbiləşərək Zərərçəkmiş şəxs saçından tutub digər əli ilə baş nahiyəsindən 2-3 yumruq zərbəsi vurmuş, daha sonra isə digərləri ilə birlikdə Zərərçəkmiş şəxs avtomobilə apararaq orada saxlamışlar. Həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onların yanından ayrılaraq getmişlər. Həmin gecəni Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs avtomobildə saxlamışlar. Bu müddət ərzində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları müxtəlif vasitələrlə dəfələrlə onlarla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs geri qaytarmalarını tələb etsələr də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs təhvil verməkdən imtina etmiş, öz cinayətkar əməllərini davam etdirərək polisin qanuni tələblərinə əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs iradəsinin ziddinə onun azadlığını məhdudlaşdırıb Zərərçəkmiş şəxs təhvil verməmişlər. Gecə boyu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onunla evlənməyə razı salmağa çalışmış, lakin Zərərçəkmiş şəxs bundan imtina etmişdir. Növbəti gün yəni 14 sentyabr N9-cu il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs4 bacısı X1 ünvan 3 ünvanında yerləşən evinə aparmışlar. Orada olarkən Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları onlarla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs polis orqanına təhvil verməyi tələb etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs daha özləri ilə saxlamaq imkanlarının olmadığını anlayıb saat 11 radələrində onu Mingəçevir şəhər polis şöbəsinə təhvil verməyə məcbur olmuşlar. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu cinayətini törətmiş, həmçinin Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs4 xalası oğlu Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissənin 1-ci aviasiya eskadrilyasının (Mi-35) aviasiya manqasının texniki istismar hissəsinin bort-texniki atıcısı vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edərkən, N9-cu ilin avqust ayında əvvəlcədən görüb bəyəndiyi, bacısı Çinarə Əhmədovanın baldızı Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq qərarına gəlmiş, lakin Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığı ərazidə tapa bilməmişdir. 07 sentyabr N9-cu il tarixdə Təqsirləndirilən şəxs1 Mingəçevir şəhərində olarkən Zərərçəkmiş şəxs valideynləri ilə birlikdə Mingəçevir şəhərində olduğunu görərək, Zərərçəkmiş şəxs qardaşının və valideynlərinin hər gün səhər vaxtlarında işə getdiklərini bildiyindən, onu evlənmək məqsədilə oğurlamağı planlaşdırmışdır. Bu məqsədlə, Təqsirləndirilən şəxs1 N sentyabr N9-cu il tarixdə saat 09 radələrində xalası oğlu Təqsirləndirilən şəxs4 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq sonuncudan harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs4 Gəncə şəhərinə getdiyini dedikdə, ona Gəncə şossesində olan avtovağzala gəlməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 həmin gün saat 11 radələrində Gəncə şossesindəki avtovağzalda Təqsirləndirilən şəxs4lə və həmin vaxt Təqsirləndirilən şəxs4 yanında olan tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə görüşərək, bacısının baldızı Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq istədiyini bildirmiş və onlardan Laləni oğurlamasında ona kömək etmələrini xahiş etmiş, onlar da bu işdə ona kömək edəcəklərinə razılıq vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə Təqsirləndirilən şəxs4 məxsus “Toyota Prado” markalı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Tərəvəzçilik sovxozunda yerləşən evinin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 evin darvazasının qapısının bağlı olduğunu müəyyən etdikdən sonra hasarın üstündən atlanaraq mənzildə yaşayanın iradəsi ziddinə həyətə daxil olmuş, daha sonra evin darvazasını içəridən açaraq, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 də evin həyətinə buraxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olmuş, həmin vaxt hamam otağında olan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq, zorla qolundan və ayaqlarından tutaraq evdən çıxarmış və səs çıxarmaması üçün əlləri ilə ağzını bağlamışlar. Zərərçəkmiş şəxs evdən çölə çıxardıqdan sonra darvazanın qapısının ağzında Təqsirləndirilən şəxs4 məxsus “Toyota Prado” markalı avtomobilin arxa oturacağına qoymuş, həmin vaxt Təqsirləndirilən şəxs2 arxa oturacaqda Zərərçəkmiş şəxs ayaqlarından, Təqsirləndirilən şəxs3 başından və ağzından, Təqsirləndirilən şəxs1 ön oturacaqdan arxaya çevrilərək Zərərçəkmiş şəxs əllərindən tutmuşdur. Həmin şəxslərin Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq zorla saxlamaları nəticəsində Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən “sol saidində və hər iki baldırlarında qançırlar” xəsarətlərini almışdır. Təqsirləndirilən şəxs4 isə sükan arxasında oturub avtomobili idarə edərək onları X18 sahilinə aparmış, orada Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs avtomobildə tək qoyaraq söhbət etmələrinə şərait yaratmışlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onunla evlənməyə razı salmağa çalışsa da, Zərərçəkmiş şəxs evlənməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs razı olmayacağını görərək avtomobildən enərək digərlərinin yanına gedib söhbət etməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs onu oğurlayan şəxslərin əlindən qaçmaq məqsədilə avtomobildən düşərək üzü yuxarı doğru qaçmış, bunu görən Xəlil, İlkin, Real və Emin Lalənin arxasınca qaçaraq onu tutmağa çalışmışlar. Bu zaman Zərərçəkmiş şəxs yaxalanacağını görərək özünü hündürlükdən aşağı atmış və yuvarlanaraq yerə yıxılıb sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan “sifətində, boynunda hər iki bazu və said nahiyələrində sıyrıqlar, burnunun sağ pərində və alt dodağında yaralar” xəsarətlərini almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yanına gələn Təqsirləndirilən şəxs4 onun qaçmaq istəməsindən əsəbiləşərək Zərərçəkmiş şəxs saçından tutub digər əli ilə baş nahiyəsindən 2-3 yumruq zərbəsi vurmuş, daha sonra isə digərləri ilə birlikdə Zərərçəkmiş şəxs avtomobilə apararaq orada saxlamışlar. Həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onların yanından ayrılaraq getmişlər. Həmin gecəni Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs avtomobildə saxlamışlar. Bu müddət ərzində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları müxtəlif vasitələrlə dəfələrlə onlarla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs geri qaytarmalarını tələb edib, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs təhvil verməkdən imtina etmişlər, öz cinayətkar əməllərini davam etdirərək polisin qanuni tələblərinə əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs iradəsinin ziddinə onun azadlığını məhdudlaşdırıb Zərərçəkmiş şəxs təhvil verməmişlər. Gecə boyu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onunla evlənməyə razı salmağa çalışmış, lakin Zərərçəkmiş şəxs bundan imtina etmişdir. Növbəti gün, yəni 14 sentyabr N9-cu il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs4 bacısı X1 ünvan 3 ünvanında yerləşən evinə aparmışlar. Orada olarkən Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları onlarla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs polis orqanına təhvil verməyi tələb etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs daha özləri ilə saxlamaq imkanlarının olmadığını anlayıb saat 11 radələrində onu Mingəçevir şəhər polis şöbəsinə təhvil verməyə məcbur olmuşlar. Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi X11, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri daxil olmuşdur. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, verdiyi apellyasiya şikayətində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın şərti hesab edilməsini, Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi X11 verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs2 elan edilmiş Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin ittihamdan xaric edilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs3 elan edilmiş Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin ittihamdan xaric edilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 verdiyi apellyasiya şikayətində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs4 təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı X4 tərəfindən Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə qarşı ayrı-ayrılıqda etiraz verərək Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs1 əlavə olaraq Zərərçəkmiş şəxs müraciət edərək nə Zərərçəkmiş şəxs nə də onun ailə üzvlərini incitmək niyyətinin olmadığını, dönə-dönə üzr istədiyini, onu bağışlamasını xahiş edərək, azadlığa buraxılarsa onun atasından da üzr istəyəcəyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X11 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs2 əlavə olaraq Zərərçəkmiş şəxs müraciət edərək ondan, onun atasından və anasından üzr istədiyini azadlığa buraxıldıqdan sonra Təqsirləndirilən şəxs3lə birgə onun atasından da üzr istəyəcəyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi3 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs3 əlavə olaraq Zərərçəkmiş şəxs müraciət edərək ondan və ailə üzvlərindən etdiyi səhvə görə üzr istədiyini bildirmiş və onu bağışlamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi4 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs4 əlavə olaraq Zərərçəkmiş şəxs müraciət edərək onu və ailə üzvlərini incitdikləri və mənəvi sarsıntı verdikləri üçün üzr istədiyini, onu bağışlamasını xahiş edərək, azadlığa buraxıldıqdan sonra onun atasından da üzr istəyəcəyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını onların üzr istədiklərini nəzərə alaraq onların həbsdən azad olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 apellyasiya şikayətlərinin təmin edilmədən Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər və onlarınun müdafiəçilərinin, zərərçəkmiş şəxs, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi X11, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü təyin edilmiş cəza hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının əvvəlində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, bacısı Çinarə Əhmədovanın baldızı Zərərçəkmiş şəxs ilə evlənmək qərarına gəldiyindən, N9-cu ilin əvvəllərində bu barədə anasına deyib, Lalənin anası Ulduzəylə danışmasını xahiş etmiş, anası bir-neçə dəfə Ulduzə ilə danışsa da, dəqiq cavab ala bilməmişdir. Bundan sonra o, anasını Ulduzənin yanına göndərmiş və sonuncu fikirləşəcəklərini bildirmişdir. Həmin söhbətdən təxminən 2-3 ay sonra o, şəxsən Lalənin özünə evlənmək təklifini etmiş, Lalədən valideynlərinin razılığının alınmasının vacibliyi barədə cavab aldıqda, Lalənin onunla ailə həyatı qurmaq istədiyini zənn edərək, sonuncunu öz razılığı ilə aparmaq fikrinə düşmüşdür. Bundan sonra o, 07 sentyabr N9-cu il tarixdə saat 20 radələrində anasının xəstəliyi ilə əlaqədar Mingəçevir şəhərində olarkən, təsadüfən Lalənin atası və anası ilə birlikdə yaşadıqları evdən şəhər ərazisinə getdiklərini görüb, Laləni yaşadığı evdən aparmaq qərarına gəlmişdir. Bu məqsədlə N sentyabr N9-cu il tarixdə o, idarə etdiyi «Nissan» markalı avtomobili Mingəçevir şəhəri, Gəncə şossesindəki avtobus dayanacağının arxasında saxlayıb, xalası oğlu Xəlilə zəng edərək, görüşmək istədiyini bildirmiş və Xəlil özünə məxsus «Toyota Prado» markalı avtomobillə Emin və Real adlı tanışları ilə birlikdə onun yanına gəlmişdir. Orada Xəlildən onu bacısı Çinarənin yaşadığı evə aparıb, evin qarşısında gözləməsini xahiş etmiş, eyni zamanda yolda olarkən Çinarəyə də zəng edərək görüşmək istədiyini bildirmişdir. Daha sonra Xəlil avtomobili bacısının yaşadığı evin qarşısında saxlamış, o, darvazanın giriş-çıxış qapısı açıq olduğundan maneəsiz həyətə keçib, evə daxil olduqda dəhlizin sol tərəfində yerləşən hamamdan çıxan Lalə ilə rastlaşıb sonuncuya onunla getməsini bildirdikdə, Lalə çaşqınlıqdan heç bir söz deməmiş, bu zaman bacısı Çinarə yataq otağından çıxmış və ondan nə baş verdiyini soruşmuş, o, Çinarəyə sonra izah verəcəyini deyib, Laləni qolundan tutmaqla bayıra çıxarmış və Xəlilə məxsus avtomobilin arxa oturacağına əyləşdirmişdir. Bundan sonra o, Realla birlikdə arxa oturacaqda Lalənin yanında, Emin isə avtomobilin qabaq oturacağında əyləşmişlər və Xəlil avtomobili X18 sahilinə doğru sürmüşdür. Evdən bir qədər uzaqlaşdıqda, o, bacısı Çinarənin Lalənin valideynləri tərəfindən döyüləcəyindən ehtiyat edərək, ona zəng edib oradan getməsini bildirmişdir. Bundan sonra yolda Eminlə Real maşından düşmüşlər. Həmin vaxt o, Lalədən oğurlanacağı ilə bağlı əvvəllər polis şöbəsinə şikayət etdiklərini öyrəndikdə, Laləyə «əgər məni istəmirsənsə səni geri qaytara bilərəm» demiş, Lalə isə ona «aparmışdın ki, geri qaytarasan» sualını verərkən, o, xalasıgilə getmək istədiyini bildirmiş, Lalə isə buna etiraz edərək Qəbələ rayonuna getməyin daha yaxşı olacağını bildirmiş və onlar X18 sahilinə doğru yollanmışlar. Su anbarının sahilində Xəlil atası İbrahimə zəng edib Lalənin qaçırılması barədə məlumat verərək, atasından bununla bağlı Lalənin atası Akiflə danışmasını və barışıq əldə olunmasını xahiş edərkən, o, da Laləni ailə həyatı qurmağa razı salmağa çalışmışdır. Lalə onunla evlənməyə etirazını bildirməsə də, valideynlərinin razılığının vacibliyini onun diqqətinə çatdırdıqdan sonra atası ilə danışmaq üçün onunla birlikdə hündürlüyə qalxdıqda, Lalənin ayağı ilişərək yerə yıxılmış və onlar yenidən Mingəçevir şəhərinə qayıtmaq istəyərkən, Xəlilin avtomobili nasaz vəziyyətə düşdüyündən həmin gün maşında gecələmişlər. Ertəsi gün, yəni 14 sentyabr N9-cu il tarixdə səhər saatlarında avtomobili təmir edib hamısı birlikdə Xəlilin bacısının evinə gəldikdən sonra Xəlil ona polisdən axtarıldığını bildirmiş, Lalə polis şöbəsinə getməkdən imtina etmiş və bu barədə Xəlil telefonla polis əməkdaşına məlumat vermişdir. Telefon danışığı zamanı Lalə polis əməkdaşına polis şöbəsinə gəlmək istəmədiyini, şikayətinin olmadığını, izahatının evdə alınmasını bildirmiş, lakin polis əməkdaşı Xəlildən Laləni polis şöbəsinin yanına gətirməsini istəmişdir. Buna görə o, Xəlil və Lalə birlikdə Mingəçevir şəhər polis şöbəsinə getmişlər. Lalə əvvəl heç bir şikayətinin olmadığını bildirsə də, ailəsi ilə danışdıqdan sonra şikayətçi olduğunu demişdir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, evlilik təklifi ilə Laləyə bir neçə dəfə müraciət etmiş, Lalə isə fikirləşib, cavab verəcəyini desə də onun anası buna icazə verməmişdir. Lalənin evinə girərkən, qapı açıq olmuş, bacısı həmin evdə yaşadığından həmin ev öz evləri kimi olmuş, daim həmin evə girib-çıxmışdır. Laləni qaçırmaq istəməsi barədə Xəlil və onun dostlarına əvvəlcədən məlumat verməmiş, bu səbəbdən həmin şəxslər bayırda qalmışlar və o, Lalənin evinə tək girmişdir. Lalənin onunla evlənmək istədiyini düşünüb, onu aparmış, Laləni apararkən ona qarşı heç bir zorakı hərəkətlər etməmiş, həmin vaxt Zərərçəkmiş şəxs normal libasda və ayaqqabıda olmuş, Lalənin razı olmadığını görüb onu Mingəçevir şəhər Polis Şöbəsinə təhvil vermişdir. Şəbəkə tutmadığından Lalə telefonla danışmaq üçün dayandıqları yerdən yüksəkliyə çıxmış və ayağı sürüşərək, dərəyə yuvarlanıb, müxtəlif bədən xəsarətləri almışdır. Birinci instansiya məhkəməsinin iclasında məhkəmə istintaqının yekununda Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, etdiyi cinayəti qismən etiraf etdiyini bildirdiyindən, hansı cinayəti etiraf etdiyini dəqiqləşdirmək məqsədi ilə verilən suallara cavab olaraq göstərdi ki, o, Zərərçəkmiş şəxs həyətdən çıxardarkən, Lalə maşında kənar şəxslərin olduğunu görüb, avtomobilə əyləşmək istəmədiyindən o, Laləni zor tətbiq edərək avtomobilə otuzdurmuş və bu hərəkətinə görə özünü təqsirli bilir. Hadisənin digər halları əvvəlki ifadəsində göstərdiyi kimidir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 məhkəmə istintaqının əvvəlində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, N sentyabr N9-cu il tarixdə saat 10 radələrində o, tanışları Emin və Realla birlikdə olarkən, xalası oğlu Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Mingəçevir şəhəri Gəncə şossesinə gəlməsini istəmiş, o, həmin yerə getdikdə İlkin onun avtomaşınına əyləşib, onu bacısı Çinarəinin yaşadığı evə aparmasını xahiş etmişdir. Bu səbəbdən o, İlkini bacısı Çinarənin evinə apardıqda, İlkin maşından düşüb darvazanın giriş-çıxış qapısından maneəsiz həyətə daxil olmuş və təxminən 10 dəqiqə sonra İlkin Çinarənin baldızı Lalənin qolundan tutub onun avtomobilinin arxa oturacağına əyləşdirmişdir. Həmin vaxt tanışı Real arxa oturacaqda İlkinlə Lalənin yanında, Emin isə qabaqda əyləşmişdir. O, İlkindən nə baş verdiyini soruşduqda, sonuncu ona Laləni evlənmək məqsədilə apardığını bildirmişdir. Avtomobil hərəkətdə olarkən, Lalə ilə İlkin mübahisə etməyə başladıqda, o, Laləgilin küçəsinin başında avtomobili saxlamış və Lalədən «əgər razı deyilsənsə gec deyil, səni evinizə qaytarım» deyə soruşmuş, sonuncu isə onlara «qaçırılmış qızı geri qaytarırlar, Siz necə kişisiniz, əgər fikrinizdən daşınmısınızsa məni Qəbələyə aparın» ifadəsini işlətmişdir. Bundan sonra İlkin Laləyə fikrindən daşınmadığını deyib, bacısı Çinarəyə zəng edib anasıgilə getməsini tapşırdığından o, avtomobilin hərəkətini davam etdirərək Üçqoz adlı kəndin girəcəyində Realla Emini düşürdükdən sonra, onları Mingeçevir su anbarının sahilinə aparmışdır. Su anbarının sahilində olarkən, o, söhbət etmələri üçün İlkinlə Laləni təklikdə buraxıb, atası İbrahimə zəng edərək, hadisə barədə məlumat verməklə, sonuncudan Lalənin atasını razı salmağa köməklik göstərməsini istəmişdir. Bundan bir müddət keçmiş atası İbrahim ona zəng edərək, Mingəçevir şəhər polis şöbəsində olduğunu, Lalənin atasının şikayət etdiyini demiş və polisin Laləni geri gətirmə tələbini nəzərinə çatdırmışdır. Bundan sonra o, yenidən atası ilə əlaqə saxladıqda onunla Mingəçevir şəhər polis şöbəsinin əməkdaşı danışaraq, Laləni geri gətirməsini tələb etmiş, o, razılaşsa da avtomobili nasaz vəziyyətə düşdüyündən olduqları yerdən uzaqlaşa bilməmiş və məcburiyyət qarşısında o, İlkin və Lalə həmin gecə avtomobildə qalmışlar. Ertəsi gün isə, yəni 14 sentyabr N9-cu il tarixdə maşınını təmir edib İlkin və Lalə ilə birlikdə bacısının Mingəçevir şəhərində yerləşən evinə getmiş və Laləyə bir qədər istirahət edib, onu polis şöbəsinə aparacağını bildirdikdə, Lalə etiraz etdiyinə görə o, polis əməkdaşına bununla bağlı məlumat vermişdir. Ardınca Lalə polis əməkdaşı ilə telefonda danışmış və polis şöbəsinə gəlmək istəmədiyini, şikayətinin olmadığını, izahatını evdə vermək istədiyini bildirmişdir. Daha sonra o, İlkin və Laləni götürərək, polis şöbəsinə getmiş, orada Lalə əvvəlcə heç bir şikayətinin olmadığını bildirsə də, ailəsi ilə əlaqə saxladıqdan sonra şikayətinin olduğunu demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 ifadəsində göstərdi ki, xalası oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurlamaq istəməsindən N sentyabr N9-cu il tarixdə nə onun, nə avtomobilində olmuş Emin və Real adlı tanışlarının xəbəri olmamış, həmin vaxt İlkin Laləni təklikdə yaşadığı evdən sakit tərzdə heç bir zor tətbiq etmədən çıxarıb, avtomobilinin arxa oturacağına əyləşdirmiş, eləcə də, N sentyabr N9-14 sentyabr N9-cu il tarixlərdə birlikdə olduqları müddətdə Lalə nə onun, nə tanışları Emin və Realın, nə də ki, İlkinin fiziki və ya digər zorakılıqla müşayiət olunan fiziki təsiredici hərəkətlərinə məruz qalmamışdır. Yolda o, iki dəfə avtomobili saxlayıb, Lalədən narazı olduğu təqdirdə avtomobildən düşməsini demiş, lakin Lalə avtomobildən düşməmişdir. O, Lalənin qaçırıldığını bilməmiş, onun könüllü getdiyini zənn etmişdir. Mingeçevir su anbarının sahilində olarkən, mobil telefonla danışmaq məqsədilə Lalə hündürlüyə qalxıb yerə yıxılarkən, onun tərəfindən Laləyə qarşı heç bir zorakı hərəkətə yol verilməmiş və həmin vaxt Lalə həkimə aparılması ilə bağlı da, ona müraciət etməmişdir. Su anbarının yanında avtomobilin yanacaq nasosu xarab olduğundan həmin vaxt onlar geri qayıda bilməmişlər, səhər isə yanacaq nasosuna bir necə dəfə vurduqdan sonra avtomobil işə düşmüşdür. Birinci instansiya məhkəməsinin iclasında məhkəmə istintaqının yekununda Təqsirləndirilən şəxs4 əməlindən peşman olması ilə bağlı verdiyi ərizə ilə əlaqədar dindirilərkən Zərərçəkmiş şəxs İlkin tərəfindən zorla gətirilərək avtomobilə mindirildiyini etiraf etsə də, hadisənin digər hallarının əvvəlki ifadəsində göstərdiyi kimi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının əvvəlində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, N sentyabr N9-cu il tarixdə saat 10 radələrində o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4lə birlikdə Gəncə şəhərinə işləməyə gedərkən, Xəlilin xalası oğlu Təqsirləndirilən şəxs1 Xəlilin mobil telefonuna zəng edərək Mingəçevir şəhəri Gəncə şossesinə gəlməsini bildirmişdir. Onlar Mingəçevir şəhəri Gəncə şossesinə gəldikdə, İlkin avtomobilə minərək Xəlildən onu bacısı Çinarənin evinə aparmasını xahiş etmiş, Xəlil də maşını həmin istiqamətdə sürmüşdür. Ünvana çatdıqda İlkin avtomobildən düşüb, darvazanın giriş-çıxış qapısından maneəsiz həyətə daxil olmuş, o, Xəlil və Real maşında qalmışlar. Təxminən 10 dəqiqə keçmiş İlkin bir nəfər qızın qolundan tutub, Xəlilin avtomaşınının arxa oturacağında əyləşmişdir. Həmin vaxt o, qabaq oturacaqda, Real İlkin və həmin qız arxa oturacaqda əyləşmişlər, Xəlil isə sükan arxasında olmuşdur. Bundan sonra Xəlil avtomobili idarə edərkən İlkindən nə baş verdiyini soruşmuş, İlkin Laləni evlənmək məqsədilə apardığını bildirmiş və Laləylə İlkin mübahisə etdiklərindən Xəlil avtomobili saxlayaraq, Lalədən «əgər razı deyilsənsə gec deyil, səni evinizə qaytarım» deyə soruşmuş, Lalə isə Xəlilə «qaçırılmış qızı geri qaytarırlar, Siz necə kişisiniz, əgər fikrinizdən daşınmısınızsa məni Qəbələyə aparın» sözlərini demişdir. Bu zaman İlkin Laləyə fikrindən daşınmadığını dedikdə, Xəlil avtomobili işə salaraq hərəkəti davam etdirməklə, onu və Realı Üçqoz kəndinin girəcəyində düşürmüş və hər ikisi evə qayıtmışlar. Həmin hadisədən üç gün sonra o, Xəlili görüb İlkinin evlilik məsələsinin nə yerdə olduğunu soruşduqda, Xəlil ona qızı geri qaytardıqlarını və elçi gedəcəklərini bildirmişdir. Daha sonra bir daha Xəlillə görüşərkən, Lalənin ondan və Realdan şikayət etdiyini, buna görə ifadə verməkdən ötrü onların prokurorluq tərəfindən axtarıldığını öyrənmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, N sentyabr N9-cu il tarixdə Təqsirləndirilən şəxs4 xalası oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurlamaq istəməsindən onun və Realın məlumatları olmamış, həmin vaxt İlkin Laləni təklikdə yaşadığı evdən sakit tərzdə heç bir zor tətbiq etmədən çıxarıb Xəlilin avtomobilinin arxa oturacağına əyləşdirmiş, eləcə də o, Realla Üçqoz kəndinin girəcəyində düşənədək maşında Lalə nə onun, nə Realın, nə Xəlilin, nə də ki, İlkinin fiziki və ya digər zorakılıqla müşayiət olunan fiziki təsiredici hərəkətlərinə məruz qalmamışdır. O, Xəlil və İlkindən uzaqlaşdıqdan sonra X18 yanına qayıtmamış, onlara qida məhsulları gətirməmişdir. Mobil telefonunun anten dairəsinin hadisə baş verən gün X18 ətrafını göstərməsi səbəbini isə izah edə bilmir. Birinci instansiya məhkəməsinin iclasında məhkəmə istintaqının yekununda Təqsirləndirilən şəxs2 əməlindən peşman olması ilə bağlı verdiyi ərizə ilə əlaqədar dindirilərkən, Zərərçəkmiş şəxs İlkin tərəfindən zorla gətirilərək avtomobilə mindirildiyini və o, qaçmasın deyə onun qollarından tutub saxladıqlarını etiraf etsə də, hadisənin digər hallarının əvvəlki ifadəsində göstərdiyi kimi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 məhkəmə istintaqının əvvəlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, N sentyabr N9-cu il tarixdə saat 10 radələrində o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4lə birlikdə Gəncə şəhərinə işləməyə gedərkən, Xəlilin xalası oğlu Təqsirləndirilən şəxs1 Xəlilə zəng edərək, Mingəçevir şəhəri Gəncə şossesində olduğunu və işi ilə əlaqədar görüşmək istədiyini bildirmişdir. Onlar Mingəçevir şəhəri Gəncə şossesinə gəldikdə, İlkin avtomobilə minərək Xəlildən onu bacısı Çinarənin yaşadığı evə aparmasını və darvazanın yanında gözləməsini xahiş etmiş, Xəlil maşını həmin istiqamətdə sürmüşdür. Ünvana çatdıqda İlkin avtomobildən enib darvazanın giriş-çıxış qapısından maneəsiz həyətə daxil olmuş, o, Xəlil və Emin maşında qalmışlar. Təxminən 10 dəqiqə sonra İlkin bir nəfər qızın qolundan tutmaqla Xəlilin avtomaşınının arxa oturacağında əyləşmişdir. Həmin vaxt o, İlkin və həmin qız avtomobildə arxa oturacaqda, Emin ön oturacaqda əyləşmişlər, Xəlil isə sükan arxasında olmuşdur. Bundan sonra Xəlil avtomobili idarə edərkən İlkindən nə baş verdiyini soruşmuş, İlkin Laləni evlənmək məqsədilə apardığını bildirdikdən sonra Laləylə İlkin mübahisə etməyə başlamışlar. Həmin vaxt Xəlil avtomobili saxlayaraq, Lalədən «əgər razı deyilsənsə gec deyil, səni evinizə qaytarım» deyə soruşmuş, Lalə «qaçırılmış qızı geri qaytarırlar, siz necə kişisiniz, əgər fikrinizdən daşınmısınızsa məni Qəbələyə aparın, orada qohumum var» demişdir. Bu zaman İlkin Laləyə fikrindən daşınmadığını dedikdə, Xəlil avtomobili işə salaraq hərəkəti davam etdirməklə, onu və Emini Üçqoz kəndinin girəcəyində düşürmüş və onlar hər ikisi evə qayıtmışlar. Həmin hadisədən üç gün sonra o, Xəlili görüb İlkinin evlilik məsələsinin nə yerdə olduğunu soruşduqda, Xəlil ona qızı geri qaytardıqlarını və elçi gedəcəklərini bildirmişdir. Daha sonra Xəlillə görüşərkən, Lalənin ondan və Emindən şikayət etdiyini, buna görə ifadə verməkdən ötrü onların prokurorluq tərəfindən axtarıldığını öyrənmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdi ki, o, və Emin hər gün Xəlilin avtomobili ilə şəhərə işləməyə gedirlər. N sentyabr N9-cu il tarixdə Təqsirləndirilən şəxs4 xalası oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurlamaq istəməsindən onun və Eminin məlumatları olmamış, həmin vaxt İlkin Laləni təklikdə yaşadığı evdən sakit tərzdə heç bir zor tətbiq etmədən çıxarıb Xəlilin avtomobilinin arxa oturacağına əyləşdirmiş, eləcə də o, Eminlə Üçqoz kəndinin girəcəyində düşənədək maşında Lalə nə onun, nə Eminin, nə Xəlilin, nə də ki, İlkinin fiziki və ya digər zorakılıqla müşayiət olunan fiziki təsiredici hərəkətlərinə məruz qalmamışdır. O, Xəlil və İlkindən uzaqlaşdıqdan sonra X18 yanına gəlməmiş, onlara qida məhsulları gətirməmişdir. Mobil telefonunun anten dairəsinin hadisə baş verən gün X18 ətrafını göstərməsi səbəbini isə izah edə bilmir. Birinci instansiya məhkəməsinin iclasında məhkəmə istintaqının yekununda Təqsirləndirilən şəxs3 əməlindən peşman olması ilə bağlı verdiyi ərizə ilə əlaqədar dindirilərkən, Zərərçəkmiş şəxs İlkin tərəfindən zorla gətirilərək avtomobilə mindirildiyini və o, qaçmasın deyə, özü də daxil olmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə zərər çəkmiş şəxsin qollarından tutub saxladıqlarını etiraf etsə də, hadisənin digər hallarının əvvəlki ifadəsində göstərdiyi kimi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qardaşı Elşən Əhmədov 14 noyabr N7-ci il tarixdə Əhmədova (Hüseynova) Çinarə Ədalət qızı ilə rəsmi nikaha daxil olub ailə həyatı quraraq, həmin evlilikdən 14.08.N8-ci il təvəllüdlü Ulduzə adlı qız övladlarının olmasına baxmayaraq, bir müddət sonra münasibətləri pozulmuş və Elşən Çinarədən boşanması barədə Mingəçevir şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra İlkin bacısının ailə problemlərini həll etmək üçün dəfələrlə onlara gəlib-getmişdir. N sentyabr N9-cu il tarixdə saat təxminən 08:30-da atası Akif, anası Ulduzə və qardaşı Elşən işə getdikdə o, evdə Çinarə ilə tək qalmış və saat 09 radələrində yaşadığı Mingəçevir şəhəri, Gəncə şossesi, Müəllimlər bağı massivindəki evin hamamında əl-üzünü yuyarkən Çinarənin qardaşı İlkinin onun yanında dayandığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 onunla söhbət etmək istədiyini bildirdikdə, İlkindən hamam otağını tərk etməsini istəmiş, lakin sonuncu buna məhəl qoymayıb qolundan tutaraq zorla onu özünə tərəf çəkərək hamamdan dəhlizə çıxarmışdır. Ardınca, Təqsirləndirilən şəxs1 dəhlizdə dayanmış xalası oğlu Xəlil və tanımadığı, lakin adlarını sonradan öyrəndiyi Eminlə Real qolundan və ayaqlarından tutub onu zorla evdən bayıra apardıqda o, yüksək səslə kömək istəmişdir. Bu zaman onlar onun ağzını tutub qışqırmağa imkan verməmişlər. Daha sonra İlkin, Xəlil, Emin və Real onu evdən çıxarıb Xəlilə məxsus «TOYOTA PRADO» markalı avtomobilin arxa oturacağına əyləşdirdikdə, Emin ayağından, Real başından və ağzından tutmuş, sükan arxasına Xəlil olmuş, İlkin isə Xəlilin yanında ön oturacaqda əyləşmişdir. Avtomobil hərəkətə başlayan kimi İlkin arxaya tərəf çevrilərək onun əllərindən tutmuş və o, naməlum istiqamətdə aparıldığı zaman maşında nə qədər çırpınsa da, İlkin, Emin və Real müqavimətini qırıb onu möhkəm saxlamağa nail olmuşlar. İlkingil avtomobillə onu X18 sahilində yerləşən ətrafda fermalar olan tanımadığı dağlıq əraziyə aparmışlar. Orada Xəlil maşını yüksəklikdə saxladıqdan sonra Real və Eminlə avtomobildən düşərək, İlkinlə təklikdə söhbət etmələrinə şərait yaratmış, İlkin ona təkidlə evlilik təklif etmiş, lakin o, bundan imtina etmişdir. İlkinin evlilik təklifini rədd etdikdən sonra hər ikisi avtomobildən düşmüşlər, İlkin, Emin, Real və Xəlil bir yerdə dayanıb söhbətləşərkən o, fürsətdən istifadə edərək oradan qaçmağa çalışmışdır. Belə ki, dağdan üzüyuxarı istiqamətdə çıxmağa başladığı zaman İlkin və digərləri arxasınca qaçmağa başladıqda o, yaxalanacağını bilib, özünü hündürlükdən aşağı atmaqla yerə yıxılmış və təxminən 30 metr məsafədə aşağıya doğru yuvarlanmışdır. Xəlil ona çatan kimi iradəsini qırıb qorxutmaq məqsədilə bir əli ilə saçından tutaraq digər əli ilə başına 2-3 yumruq zərbəsi endirdikdə, digərləri də onun yanına çatıb, Xəlili sakitləşdirmişlər və onu yenidən avtomobilə mindirmişlər. Avtomobildə olarkən o, İlkingildən onu evlərinə aparmalarını xahiş etmiş, lakin onlar onu buraxmamış, hətta hər biri ayrı-ayrılıqda təkidlə ona İlkinlə ailə həyatı qurmasını bildirdikdə, o, həmin evlilik təklifindən imtina etmişdir. Hava qaralma ərəfəsində Emin və Real şəhər istiqamətində gedib, təxminən 2 saatdan sonra geri qayıdıb, onlara çörək, kolbasa, siqaret və sair alıb gətirmişlər. Həmin vaxt onun səhhətində narahatçılıq yarandığından, onu həkimə aparılmalarını xahiş etmiş, lakin onlar gecəni avtomobildə qalacaqlarını bildirmişlər. Qaranlıq düşdükdən sonra Eminlə Real onların yanlarından getmişlər, o, İlkin və Xəlillə birlikdə avtomobildə qalmışdır. Həmin vaxt avtomobil nasaz olmuş, lakin telefon əlaqəsi olmuşdur. Gecə boyu hər ikisi onu İlkinlə evlənməyə razı salmağa çalışsalar da, buna nail ola bilməmişlər. Çöldə qaldıqları müddətdə valideynlərinin iştirakı ilə polis Xəlilə zəng edib, onu geri qaytarmalarını tələb etmiş, eyni zamanda onların tez-tez qəbul etdikləri zənglərdə qadın səsli şəxsin hadisə ilə bağlı polis şöbəsində və ətrafda baş verənlərlə bağlı Xəlilə məlumat verdiyini, hətta həmin qadının onun razılaşıb-razılaşmamağı barədə də Xəlili sorğu-sual etdiyini eşitmişdir. Ertəsi gün, yəni 14 sentyabr N9-cu il tarixdə o, Xəlilin bacısının evinə gətirilmiş, orada Xəlilin bacısı, bacısının əri və anası onu İlkinlə evlənməyə razı sala bilməmişlər. Bundan sonra polisin təkidi ilə İlkin və Xəlil onu Mingəçevir şəhər polis şöbəsinə aparmışlar. Daha sonra Zərərçəkmiş şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş sifətində, boynunda, hər iki bazu və said nahiyəsində sıyrıq, burnun sağ pərində və alt dodağında yara-dağdan özünü ataraq yuvarlanması nəticəsində əldə olunmuş, sol saidində və hər iki baldırında qançır xəsarətləri isə ayaqları pəncərənin arasında qaldığı üçün əldə olunmuşdur. Həmin vaxt ona qarşı cinsi zorakılıq olmamışdır, bu səbəbdən də ekspertizadan keçməyə etiraz etmişdir. Hadisədən əvvəl o, Bakı şəhərində işləyərkən, İlkin onu dəfələrlə axtarmış, hətta bir nəfər qadınla birlikdə onun iş yerinə gəlmiş, lakin tapa bilməmişdir. Bundan sonra o, Mingəçevirə gəldikdə polisə müraciət edərək, İlkinin onu qaçırmaq istədiyini bildirmiş və bu barədə tədbir görmələrini xahiş etmiş, lakin əsaslı şübhələr olmasına baxmayaraq polis heç bir tədbir görməmişdir. İlkinin onu qaçırmaq istədiyini bildiyi üçün daim qapını qıfılla bağlamışlar, İlkin hasardan aşaraq qıfılı sındırıb qapını açmış və qıfılı özləri ilə götürmüşlər. Təqsirləndirilən şəxslər onun könüllü getdiyini desələr də, bu doğru deyil, belə ki, əgər könüllü getmiş olsaydı ayaqyalın, gecə paltarında, qışqıra-qışqıra və dağa getməzdi. Qəbələyə getmək istədiyini isə ona görə demişdir ki, xalası qızının əri orada polisdə işləyir və onun köməkliyi ilə bu işdən qurtulacağını düşünmüşdür. Polis idarəsinə getmək istəməməsinin səbəbi də qeyd etdiyi kimi həmin vaxt kiminsə qarşısına çıxmaq üçün uyğun libasda olmaması olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən şikayətinin olmadığı barədə məhkəməyə göndərdiyi ərizələrlə bağlı sualı cavablandırarkən, təqsirləndirilən şəxslər məhkəmədə etdikləri əməli etiraf etməklə ondan üzr istəyəcəklərini bildirdiklərindən bu ərizəni yazdığını, lakin hazırda məhkəmə iclasında təqsirləndirilən şəxslərin ona qarşı törətmiş olduqları cinayəti etiraf etməyərək əksinə onu günahkar çıxartmağa çalışdıqlarından, bu mövqedən daşındığını və məhkəmənin ədalətli qərar qəbul edəcəyinə inandığını bildirib, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib, nəticə verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, oğlu Elşən Əhmədov N7-ci ildə Mingəçevir şəhər sakini Əhmədova (Hüseynova) Çinarə Ədalət qızı ilə evlənərək 14 avqust N8-ci il tarixdə Ulduzə adlı qız övladı dünyaya gəlmiş, ilk əvvəl oğlu ilə gəlini arasında ailə münasibətləri normal olsa da, sonradan gərginlik yarandığı üçün Elşən Çinarədən boşanmağa qərar vermişdir. Oğlu Elşənlə gəlini Çinarənin arasında ailə münasibətlərinin gərginləşdiyi dövrdə, yəni N9-cu ilin iyun ayında qudası Gülbəniz oğlu İlkinin onun qızı Lalə ilə evlənməsini təklif etmiş, lakin o, buna etiraz etmişdir. N sentyabr N9-cu il tarixdə saat 09 radələrində o, əri və oğlu evdən çıxarkən, evdə yalnız gəlini Çinarə ilə qızı Lalə qalmışlar. Elşən həyət darvazasını bayırdan açarla bağlamış, lakin saat 11 radələrində o, əri Akiflə birlikdə evə qayıtdıqda, darvazanın bir layının açıq olduğunu görmüşdür. O, dərhal içəri daxil olaraq, evdə kimsənin olmadığını görüb, qudası Gülbəniz tərəfindən qızı Lalənin qaçırıldığını təxmin edib, oğlu Elşəni məlumatlandırmışdır. Həmin vaxt gəlini Çinarənin xalasının əri İbrahim Akifə zəng edərək, «uşaqlar səhv edib Laləni qaçırıblar, gəlin danışaq» demişdir. Akif baş vermiş hadisəyə görə əsəbiləşərək, İbrahimdən Lalənin dərhal geri qaytarılmasını tələb edib, əks halda polisə şikayət edəcəklərini bildirmiş, lakin İbrahim bu barədə heç bir söz demədiyi üçün onlar Mingəçevir şəhər Polis Şöbəsinə gedərək, qızı Lalənin Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanması ilə bağlı şikayət etmişlər. Polis əməkdaşları İlkini və Laləni axtararkən, gəlini Çinarənin xalasının əri İbrahimi polis şöbəsinə dəvət etdikdə, sonuncu oğlu Xəlilin və baldızı oğlu İlkinin Laləni hara aparmalarından məlumatsız olduğunu bildirmişdir. Bundan sonra polis Xəlilin özü ilə əlaqə yaradaraq, Laləni geri gətirmələrini tələb etmiş, Xəlil uzaqda olduqlarını bəhanə edərək, Laləni gətirəcəklərini vəd etmiş və mobil telefonunu söndürmüşdür. Həmin gün polis şöbəsinə dəvət olunan İlkinin anası X19 hara aparmasından xəbərsiz olduğunu demişdir. 14 sentyabr N9-cu il tarixdə saat 12 radələrində polisin israrlı təkidləri nəticəsində X34 polisə təhvil vermişlər. Bundan sonra o, qızının bədənində müxtəlif xəsarətlərin olduğunu görüb, ondan hansı şəraitdə xəsarət aldığını soruşmuş, Lalə ona N sentyabr N9-cu il tarixdə saat 09 radələrində hamamda olarkən Təqsirləndirilən şəxs1 xalası oğlu Xəlil, Emin və Real adlı tanımadığı iki nəfərin onu iradəsinə zidd oğurlayarkən, gəlini Çinarənin baş verən hadisənin şahidi olduğunu, lakin heç bir tədbir görmədiyini, əksinə qapını açaraq onlara köməklik göstərdiyini, sonradan İlkingildən qaçmaq məqsədilə özünü hündürlükdən atdığı zaman yıxılaraq müxtəlif bədən xəsarətləri aldığını, həmin vaxt Xəlilin fiziki zorakılıq hərəkətlərinə məruz qaldığını danışmışdır. Daha sonra Şahid2 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, sentyabr ayının əvvəllərində onlar Mingəçevir şəhər Polis Şöbəsinə gedərək, İlkinin Laləni qaçırmaq istəməsi barədə məlumat vermişlər və tədbir görülməsini xahiş etmişlər, lakin Sənan adlı polis əməkdaşı onların məsələsinə məsuliyyətsiz yanaşmışdır. Qızı Lalə könüllü getmiş olsaydı ayaqyalın və gecə paltarında getməzdi. Təqsirləndirilən şəxslər həyət qapısının qıfılını qırıb içəri daxil olmuşlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X21 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, N sentyabr N9-cu il tarixdə evdə olarkən oğlu Xəlil ona zəng edərək, baldızı oğlu İlkinlə birlikdə Akifin qızı Laləni qaçırdıqlarını dedikdə, oğluna bununla bağlı iradını bildirmişdir. Həmin vaxt Xəlil ondan Akiflə danışıb barışıq əldə etməsini istəmiş, buna görə o, məcburiyyət qarşısında qalaraq Akifin mobil telefonuna zəng edib, hadisə barədə məlumat verib, barışıq üçün görüşməsini təklif etdikdə, sonuncu ona polisə şikayət etdiklərini deyərək, onu da polis şöbəsinə dəvət etmişdir. Bundan sonra o, Migəçevir şəhər X28 görüşərkən, sonuncu ona Xəlillə danışıb Laləni geri qaytarmasını, əks halda şikayət edəcəyini bildirdiyindən, o, dəfələrlə oğlunun mobil telefonuna zəng etmiş, lakin əlaqə saxlaya bilməmişdir. Həmin gün saat 17 radələrində Xəlillə telefonda danışarkən, Laləni geri gətirməsini bildirdikdə, oğlu ona narahat olmamasını qızı evinə qaytaracağını demiş, polis əməkdaşları da təkidlə Xəlildən Lalənin gətirməsini tələb etmişlər. Buna görə də o, təkrarən Xəlillə mobil telefon əlaqəsi yaradaraq, oğlunu Mingəçevir şəhər polis şöbəsinin Azay adlı rəis müavini ilə danışdırdıqda, Xəlil Laləni geri gətirəcəyini vəd etmiş və ertəsi gün, yəni 14 sentyabr N9-cu il tarixdə ona məlum olmuşdur ki, oğlu Xəlillə İlkin birlikdə Laləni könüllü olaraq polis şöbəsinə gətirmişlər. İş üzrə şahid X5 birinci instansiya məhkəməsinin iclasında ifadə verməkdən imtina etmişdir. İfadəsi birinci instansiya məhkəməsi baxışı iclasında elan olunaraq araşdırılmış şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 onun baldızı Lalə ilə evlənmək istədiyinə görə anası Gülbəniz bir neçə dəfə ona qaynanası Ulduzəyə müraciət etməsini bildirsə də, əri Elşənlə münasibətləri pisləşdiyindən və ailə üzvlərinin onu danışdırmadıqları üçün bununla bağlı heç kimə heç bir söz deyə bilməmişdir. N sentyabr N9-cu il tarixdə saat 09 radələrində evdə uşağına yemək yedizdirərkən, qardaşı İlkin onun mobil telefonuna zəng edib hal-əhval tutaraq evdə olub-olmadığını soruşduqda, o, evdə olduğunu demiş və İlkin onu görmək istədiyini bildirmişdir. Bundan bir qədər sonra o, su götürmək üçün mətbəxə keçdikdə, dəhlizdə Lalə ilə qardaşı İlkinin söhbət etdiklərini görüb, sonuncuya «xeyirdimi» sualı ilə müraciət etmiş, İlkin gülümsəyərək, ona «sonra deyərəm» cavabını verdikdə, o, yenidən yataq otağına geri qayıtmışdır. Təxminən 30 dəqiqə sonra yenidən dəhlizə çıxdıqda, İlkinlə Lalənin evdə olmadıqlarını görmüşdür. Bundan sonra İlkin onun mobil telefonuna zəng edib, anasıgilə getməsini tapşırdığı üçün o, uşağını götürərək evdən çıxmışdır. Təxminən iki saat sonra Elşən ona zəng edib, Lalənin harada olduğunu soruşmuş, o, məlumatının olmadığını bildirmişdir. Həmin gün saat 12 radələrində anası polis şöbəsinə çağırılarkən, ona məlum olmuşdur ki, İlkin Laləni qaçırdığı üçün sonuncunun ailəsi bununla bağlı polis şöbəsinə şikayət etmiş və ertəsi gün, yəni 14 sentyabr N9-cu il tarixdə günorta saatlarında qardaşı evə qayıtdıqda, İlkinin Xəlillə birlikdə Laləni qaçırdığını öyrənmişdir. N sentyabr N9-cu il tarixdə səhər saatlarında qardaşı İlkinin onun yaşadığı evə hansı qaydada daxil olmasından xəbəri olmamış, həmin vaxt darvazanın giriş-çıxış qapısı həyət tərəfdən açıq saxlanılmış, İlkin evə tək gələrək yanında kimsə olmamış, Laləyə qarşı evdə hər hansı zorakı hərəkətə də yol verilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, N sentyabr N9-cu il tarixdə evdə olarkən, Mingəçevir şəhər polis şöbəsinin rəis müavini onun mobil telefonuna zəng edərək, ona oğlu Xəlilin İlkinlə birlikdə Laləni qaçırmaları barədə məlumat vermiş və Lalənin valideynlərinin şikayətçi olduğunu bildirmişdir. Həmin vaxt o, Xəlilin harada olmasından xəbərsiz olduğunu Azay adlı polis əməkdaşına bildirmiş və dəfələrlə oğluna zəng etsə də, əlaqə saxlaya bilməmişdir. Ertəsi gün, yəni 14 sentyabr N9-cu il tarixdə saat 09 radələrində Xəlil onun mobil telefonuna zəng edib, Laləni İlkinlə birlikdə bacısı Rəsmiyyənin evinə apardıqlarını deyərək, bacısıgilə gəlməsini xahiş etmişdir. Bundan sonra o, qızı Rəsmiyyənin evinə getmiş və İlkinlə Lalənin həyətdə oturub sakit tərzdə çay içdiklərini görmüşdür. Daha sonra əri İbrahim ona zəng edərək, Xəlilin və İlkinin təcili olaraq Laləni Mingəçevir şəhər Polis Şöbəsinə aparmalarını tapşırmışdır. O, bu barədə Laləyə dedikdə, sonuncu polis şöbəsinə getməyəcəyini, izahat almaq üçün polisin Rəsmiyyənin evinə gəlməsini və kimsədən şikayətçi olmadığını bildirmişdir. Daha sonra Xəlillə İlkin könüllü surətdə Laləni oradan götürüb polis şöbəsinə aparmışlar. Daha sonra Raya Abışova məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, qızının evində Laləni gördükdə, sonuncunun əynində nazik ev paltarı olmuş, ayağında isə ev ayaqqabısı olmuşdur. Həmçinin Lalənin sifət nahiyəsində cızıqlar olmuşdur. Lalə ilə İlkinin evlənməsinə Lalənin valideynləri etiraz etmişlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 14 sentyabr N9-cu il tarixli 522 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - sifətində, boynunda hər iki bazu və said nahiyələrində sıyrıqlar, burnunun sağ pərində və alt dodağında yaralar bərk küt alətlərin, sol saidində və hər iki baldırlarında qançırlar küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri müayinədən 1-2 gün əvvələ uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs cinsi ekspertizadan keçməyə imtina etmiş və buna görə qızın bəkarətinin tamlığını təyin etmək mümkün olmamışdır. İş materiallarında olan 14 sentyabr N9-cu il tarixli «Cinayət törətmiş şəxsin könüllü olaraq polis şöbəsinə gəlməsi barədə» protokoldan görünür ki, 14 sentyabr N9-cu il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs1 könüllü olaraq Mingəçevir şəhər polis Şöbəsinə gəlmiş və oğurladığı Zərərçəkmiş şəxs könüllü olaraq azad etmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında N sentyabr N9-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Mingəçevir şəhəri X3 bağ massivində yerləşən Şahid1 məxsus yaşayış evində baş vermişdir. Hasarda dəmir darvaza quraşdırılmışdır. Evin darvazasının içəri hissəsində qıfıl taxmaq üçün nəzərdə tutulmuş dəmir hissə əyilmiş vəziyyətdədir. Baxış zamanı ev sahibinin dəmir darvazaya taxdığını bildirdiyi qıfılın aşkar olunması mümkün olmadı. İş materiallarında olan elektron sənədlərə baxış keçirilməsi haqqında 04 fevral 2020-ci il tarixli və 20 fevral 2020-ci il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 N sentyabr N9-cu il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4lə eyni adlı anten dairələrinin əhatəsində olmuş, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs geri qaytarmaları ilə əlaqədar mütəmadi zənglər olunmuş və sms-lər göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07 oktyabr N9-cu il tarixli 1/3873 saylı məktubundan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs1 07 avqust N0-cu il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdədir və halhazırda N nömrəli hərbi hissədə bort-texniki vəzifəsində həqiqi hərbi xidmət keçir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07 oktyabr N9-cu il tarixli 1/3873 saylı məktubundan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs1 07 avqust N0-cu il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdədir və halhazırda N nömrəli hərbi hissədə bort-texniki vəzifəsində həqiqi hərbi xidmət keçir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyul N5-ci il tarixli, 198 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs1 texniki-istismar dəstəsinin reqlament işləri qrupunun baş aviasiya texniki vəzifəsinə təyin edildiyinə görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 N sentyabr N9-cu il saat 08:00-dan N sentyabr N9-cu il saat 09:45dək xidmət yerinə gəlməmiş, bundan başqa xidmət yerini özbaşına tərk etmə, ezamiyyətdən, məzuniyyətdən və tibb müəssisəsindən gecikmə hallarına yol verməmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N9-cu il tarixli, 253 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs1 07 sentyabr N9-cu il tarixdən 14 sentyabr N9-cu il tarixədək Goran aviasiya komendantlığına getmiş, N sentyabr N9-cu il tarixdə xidmət yerinə gəlmədiyinə görə hərbi hissəni özbaşına tərk edənlər siyahısına salınmış və bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N9-cu il tarixli, 256 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs1 N sentyabr N9-cu il tarixdə saat 09:45-də xidmət yerinə gəlmiş və bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N oktyabr N9-cu il tarixli, 298 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs1 həmin əmrlə 2-ci aviasiya eskadrilyasının aviasiya manqasının texniki istismar hissəsinin borttexnik atıcısı vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xidmət yeri üzrə komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan AZ-İ № 543199 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 ilə X10 arasında nikah X20 21 dekabr 2009cu il tarixdə 454 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 02 yanvar N1-ci il təvəllüdlü X23, 25 avqust N6-cı il təvəllüdlü X14 və 23 sentyabr N8-ci il təvəllüdlü X24 adlı 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan AZ-İ № 380709 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ilə X6 arasında nikah Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 12 fevral 2008-ci il tarixdə 52 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 04 aprel 2009-cu il təvəllüdlü X25, 10 iyul N0-cu il təvəllüdlü X26 və 19 noyabr N4-cü il təvəllüdlü X15 adlı 1 azyaşlı və 2 yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 İİ qrup əlildir. İş materiallarında olan AZ-İ № 293433 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X7 arasında nikah Ağdam rayon İHB-n Çəmənli ərazi nümayəndəliyində 15 yanvar 2007-ci il tarixdə 05 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 17 avqust 2007-ci il təvəllüdlü X12, 14 mart 2009-cu il təvəllüdlü X16 və 18 mart N3-cü il təvəllüdlü X17 1 azyaşlı və 2 yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Bölməsinin 18 fevral 2020-ci il tarixli 639 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən Ağdam rayonundan Mingəçevir şəhərinə məcburi köçkün gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkum olunmaları barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən Mingəçevir şəhər Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı, həmçinin məhkəmə baxışının ilk günlərində hər hansı bir cinayət törətmədikləri, Zərərçəkmiş şəxs könüllü olaraq onlara qoşulub getməsi, həmçinin Zərərçəkmiş şəxs yaşadığı mənzilə qanunsuz daxil olmamaları barədə verdikləri ifadələrə tənqidi yanaşır, həmin ifadələrin təqsirləndirilən şəxslərin hər birinin məhkəmə istintaqının sonunda verdikləri qismən etirafedici ifadələrlə yanaşı, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə, məhkəmə-tibbi ekspertizasının rəyi ilə, həmçinin hadisə baş verən gün müəyyən edilmiş anten dairələri ilə təkzib edildiyini nəzərə alaraq, həmin ifadələri təqsirləndirilən şəxslərin özlərini müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir və bu səbəbdən onlara elan olunmuş ittihamın və barələrində çıxarılan ittiham hökmünün əsasına zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı özlərinin məhs məhkəmə istintaqının sonunda verdikləri qismən etirafedici ifadələrinin qoyulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 144.2.3 və 157.1-ci maddələri nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onlar tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin müdafiəçilərinin təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı qeyd edir ki, CMin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (CM-in 70.2-ci maddəsi). Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkün sayıla bilməz. Qeyd olunanlarla yanaşı, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanı sərt hesab edən məhkəmə kollegiyası onlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azaldılmasının mümkünlüyünü müsbət qiymətləndirir və hesab edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə cəza təyin etməkdə düz nəticəyə gəlsə də, təyin edilmiş cəza onların şəxsiyyətinə və cinаyət əməlinin ictimаi təhlükəlilik dərəcəsinə tam uyğun olmamaqla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından bir qədər sərt olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 daha aşağı həddə cəza təyin edilməsinə zərurət görünür. Kollegiya bu qənaətə gələrkən həm apellyasiya şikayətlərində, həm də təqsirləndirilən şəxslərin apellyasiya şikayətinin dəlillərinə bildirdikləri münasibətlərdə, o cümlədən kollegiyasının iclasında törətdikləri cinayət əməlindən peşman olduqlarını bildirmələri, zərərçəkmiş şəxsdən hər birinin ayrı-ayrılıqda üzr istəməsi, onların məhkəmə kollegiyasının iclasında olan davranışları, zərərçəkmiş şəxsin hazırki mərhələdə təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi olmadığını, onları bağışladığını, həbsdən azad olunmasına etiraz etmədiyini bildirməsini də nəzərə almışdır. Kollegiya təqsirləndirilən şəxslərin öz əməllərinə bu cür tənqidi yanaşması onu göstərir ki, onlar törətdikləri cinayət əməlinin mahiyyətini anlayaraq başa düşüblər və bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk ediblər. Kriminal hesab olunan əmələ bu cür tənqidi yanaşma təqsirləndirilən şəxslərin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi, belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən hallarla müqayisədə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də ədalət prinsipi baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, onlara yuxarıda göstərilən əməllərinə görə daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd olunanlarla yanaşı, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Göründüyü kimi, cinayət qanunu və Ali Məhkəmənin Plenumunun qərarı məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəldilir ki, residiv cinayətə yol verilməsin, yaxud da residivlik minumum həddə qədər azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar, yəni cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. Bundan başqa cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə olan cinayət əməlini N sentyabr N9-cu il tarixdə törətmişlər. Belə olan halda göründüyü kimi cinayəti törədildiyi gündən hazırki günədək iki il müddət keçmişdir. Buna görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətə görə Cinayət Məcəlləsinin 157.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb oluna və həmin maddə ilə onlara cəza təyin oluna bilməz. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri ərizə təqdim edərək təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə özləri təqsirli bildiklərini, həmin maddə üzrə müddət keçdiyindən icraata xitam verilməsini xahiş etdilər. Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə görə Təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin) ,habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Göstərilənlərə uyğun olaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın ağır olması barədə apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıraraq hesаb edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi X11, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılmalı, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilməli və barələrin olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 405.1 və 405.1.4-cü maddələrinə müvafiq olaraq, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi X11, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Gəncə Hərbi Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilərək hökmdən Cinayət Məcəlləsinin 66.3 və 68.2-ci maddəsinə dair müddəlar xaric edilsin Həmin hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il müddətə endirilsin. Təqsirləndirilən şəxs4 təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il müddətə endirilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il müddətə endirilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il müddətə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1-1(107)-17/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-17/2021
27.09.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver