Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-22/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X7 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.1 və 330.3.5-ci maddələri ilə məhkum olunmalarına dair Tərtər Hərbi Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 1(098)-141/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (hakim Vidadi Nəsirov) 05 avqust 2021-ci il tarixli, 1(098)- 141/2021 nömrəli hökmü ilə, xx xxxx 1998-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin üanvanda da yaşayan, 07 yanvar 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin qərargah bölüyünün artillеriya rəisinin idarəеtmə tağımının taktiki komando məntəqəsində sürücüradiotеlеfonçu vəzifəsində əsgər hərbi rütbəsində xidmət еtmiş, 01 iyul 2021-ci il tarixdə hərbi xidmətdən еhtiyata buraxılmış, barəsində 06 iyul 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 330.3.1 və 330.3.5-ci maddələri ilə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə 700 (yeddi yüz) manat məbləğdə cərimə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması 02 may 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 02 oktyabr 2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayonu idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış, N nömrəli hərbi hissənin qərargah bölüyünün komеndant tağımının 1-ci komеndant manqasının komandiri vəzifəsində əsgər hərbi rütbəsində xidmət еtmiş, 02 aprel 2021-ci il tarixdə hərbi xidmətdən еhtiyata buraxılmış, barəsində 16 may 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 оğlu CM-in 330.3.1 və 330.3.5-ci maddələri ilə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə 700 (yeddi yüz) manat məbləğdə cərimə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Müsеyibov Polad Еlman oğlu bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla rəisə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin qərargah bölüyünün artilleriya rəisinin idarəetmə taqımının taktiki komando məntəqəsinin sürücü-radiotelefonçusu vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olarkən, 01 yanvar 2021-ci il tarixdə saat 17 radələrindəəlində siqaretlə hərbi hissənin nəzarət buraxılış məntəqəsinə daxil olması səbəbindən həmin məntəqənin giriş qapısının qarşısında hərbi hissəsinin 4-cü taborunun özüyeriyən minaatan batareyasının 2-ci özüyeriyən minaatan taqımının 1-ci özüyeriyən minaatanının baş sürücüsü vəzifəsində çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı qəzəblənərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 5-ci “Hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli”, 38, 42 və 138-ci maddələrinin “hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərmələrinə” dair tələblərini pozaraq, sağ əli ilə Zərərçəkmiş şəxs sinəsinə bir yumruq zərbəsi vurmuş, ardınca cinayətkar qrupun üzvü, hərbi hissənin qərargah bölüyünün komendant taqımının 1-ci komendant manqasının komandiri vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olan Təqsirləndirilən şəxs2 sağ əli ilə çavuş Zərərçəkmiş şəxs baş və kürək nahiyələrinə 2-3 yumruq zərbələri vurmuş, bu zaman sonuncu müvazinətini itirərək yerə yıxılmışdır. Ardınca o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs qarın, sağ sinə və sağ ayaq nahiyələrinə 4-5 təpik zərbələri vuraraq sonuncuya «sağ incik sümüyünün orta 1/3-nin qapalı qəlpəli sınığı» ilə müşayiət olunan, sağlamlığın uzun müddət pozulmasına səbəb olan Az ağır dərəcəli bədən xəsarətləri yetirməklə bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla rəisə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı zor tətbiq etmişdir. Həmin hərəkəti ilə Müsеyibov Polad Еlman oğlu CM-in 330.3.1 və 330.3.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 Еyvaz oğlu bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla rəisə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komendant taqımının 1-ci komendant manqasının komandiri vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olarkən, 01 yanvar 2021-ci il tarixdə saat 17 radələrində həmin bölüyün artilleriya rəisinin idarəetmə taqımının taktiki komando məntəqəsinin sürücü-radiotelefonçusu vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olan Təqsirləndirilən şəxs1 ilə birlikdə hərbi hissənin nəzarət buraxılış məntəqəsinə daxil olduqları vaxt sonuncunun əlində siqaret olması səbəbindən həmin məntəqənin giriş qapısının qarşısında əsgər Təqsirləndirilən şəxs1la hərbi hissəsinin 4-cü taborunun özüyeriyən minaatan batareyasının 2-ci özüyeriyən minaatan taqımının 1-ci özüyeriyən minaatanının baş sürücüsü vəzifəsində çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxs ilə arasında yaranmış sözlü mübahisə zamanı o, qəzəblənərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 5-ci “Hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli”, 38, 42 və 138-ci maddələrinin “hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərmələrinə” dair tələblərini pozaraq, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətmiş, ardınca cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 çavuş Zərərçəkmiş şəxs sinə nahiyəsinə bir yumruq zərbəsi vurmuş, ardınca o, sağ əli ilə çavuş Zərərçəkmiş şəxs baş və kürək nahiyələrinə 2-3 yumruq zərbələri vurmuş, bu zaman sonuncu müvazinətini itirərək yerə yıxılmışdır. Ardınca o, Polad Müsеyibovla birlikdə Zərərçəkmiş şəxs qarın, sağ sinə və sağ ayaq nahiyələrinə 4-5 təpik zərbələri vuraraq sonuncuya «sağ incik sümüyünün orta 1/3-nin qapalı qəlpəli sınığı» ilə müşayiət olunan, sağlamlığın uzun müddət pozulmasına səbəb olan Az ağır dərəcəli bədən xəsarətləri yetirməklə bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla rəisə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı zor tətbiq etmişdir. Həmin hərəkəti ilə Təqsirləndirilən şəxs2 Еyvaz oğlu CM-in 330.3.1 və 330.3.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Tərtər Hərbi Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 1(098)-141/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından cinayət məsuliyyətindən azad edilməli, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsində baxılarkən onlar yazılı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət tələbinin olmamasını, vətənimizin ərazi bütovlüyü və suverenliyi uğrunda gedən 44 günlük müharibədə Talış- Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Zərərçəkmiş şəxs də vəsatətin təmin edilməsinə etiraz etməməsinə baxmayaraq məhkəmə təmin etməmişdir. O, Suqovuşanın azad olunmasına görə medalı ilə təltif edilmişdir. Təxris olunduqdan sonra da şəhid ailələrinə və qazilərə yardım və qayğı göstərilməsində yaxından iştirak etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 islah olunmuşdur. Aydındır ki, müharibə zamanı göstərilən qəhrəmanlıq şəxsin sonrakı qanunsuz hərəkətlərinə bəraət vermir və məsuliyyətdən azad etmir. Amma nəzərə alınmalıdır ki, müharibədən sonrakı dövrdə törədilmiş əməl gərgin psixoloji vəziyyətdən irəli gəlmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 özü tərəfindən verilmiş apellyasiya şikayətində Tərtər Hərbi Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 1(098)-141/2021 nömrəli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs1 CM-in 330.3.1 və 330.3.5-ci maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə həmin Məcəllənin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından cinayət məsuliyyətindən azad edilməli, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsində baxılarkən onlar yazılı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət tələbinin olmamasını, vətənimizin ərazi bütovlüyü və suverenliyi uğrunda gedən 44 günlük müharibədə Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Zərərçəkmiş şəxs də vəsatətin təmin edilməsinə etiraz etməməsinə baxmayaraq məhkəmə təmin etməmişdir. Təxris olunduqdan sonra da şəhid ailələrinə və qazilərə yardım və qayğı göstərilməsində yaxından iştirak etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 islah olunmuşdur. Aydındır ki, müharibə zamanı göstərilən qəhrəmanlıq şəxsin sonrakı qanunsuz hərəkətlərinə bəraət vermir və məsuliyyətdən azad etmir. Amma nəzərə alınmalıdır ki, müharibədən sonrakı dövrdə törədilmiş əməl gərgin psixoloji vəziyyətdən irəli gəlmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 özü tərəfindən verilmiş apellyasiya şikayətində Tərtər Hərbi Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 1(098)-141/2021 nömrəli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs2 CM-in 330.3.1 və 330.3.5-ci maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə həmin Məcəllənin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından cinayət məsuliyyətindən azad edilməsini, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X3 apellyasiya şikayətinin təmin edilməsini, CM-in 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsini, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs1 bildirdi ki, o, zərərçəkmiş şəxslə barışıb. Hazırda barəsində heç bir şikayət və tələb yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi X9 apellyasiya şikayətinin təmin edilməsini, CM-in 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsini, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs2 bildirdi ki, o, zərərçəkmiş şəxslə barışıb. Hazırda barəsində heç bir şikayət və tələb yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Tərtər Hərbi Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 1(098)-141/2021 nömrəli nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslərin və müdafiəçilərinin apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Tərtər Hərbi Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 1(098)-141/2021 nömrəli nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində təqsirləndirilən şəxslərin CM-in 330.3.1 və 330.3.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-in 330.3.1 və 330.3.5-ci maddələri ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməlinin CM-in 330.3.1 və 330.3.5-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxslərin müdafiəçiləri CM-in 330.3.1 və 330.3.5-ci maddələri ilə təqsirləndirildikləri cinayət işi üzrə həmin Məcəllənin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barələrində CM-in 62-ci maddəsini tətbiq etməklə 700 (yeddi yüz) manat məbləğdə aşağı həddə cərimə cəzası təyin etməklə (CM-in 330.3.1 və 330.3.5-ci maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 oktyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlinin tövsifini, onların barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 330.3.1 və 330.3.5-ci maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Apellyasiya şikayətində göstərilən dəlillərə gəldikdə isə (təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışmaları, zərərçəkmiş şəxsin onlardan şikayət tələbinin olmaması, vətənimizin ərazi bütovlüyü və suverenliyi uğrunda gedən 44 günlük müharibədə Talış- Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmələri və sair hallara görə CM-in 74-cü maddəsinin tətbiqi məsələsi) məhkəmə kollegiyası qeyd edir ki, şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi anlaşılır. Belə hallarda şəraitin dəyişməsi fərdi xarakterdə olub ancaq şəxsin həyatı ilə bağlı olur. Bu cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi qulluğa getməsində və s.ifadə oluna bilər. Şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişiklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyən regionda, şəhərdə və sair ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini – ictimai təhlükəliliyini itirmiş olur. Ancaq, məlum olduğu kimi 44 günlük Vətən Müharibəsi 27.09.2020-ci il tarixində başlamış və 10.11.2020-ci il tarixində başa çatmışdır. Təqsirləndirilən şəxslər isə məlum cinayət əməlini 01 yanvar 2021-ci il tarixdə törətmişlər. Göründüyü kimi, əməlin törədilməsi vətən müharibəsindən sonrakı dövrə təsadüf edir. Bu hal isə şəraitin dəyişməsi anlamına gəlmir. Apellyasiya şikayətinin təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışmaları, zərərçəkmiş şəxsin onlardan şikayət tələbinin olmaması, törədilmiş əməlin psixoloji gərginliklə əlaqədar olmasına dair dılilinə gəldikdə isə kollegiya hesab edir ki, həmin dəlillər də şəraitin dəyişməsi kimi başa düşülməməlidir. Belə ki, göstərilən hallar cəzanı yüngülləşdirən halların dairəsinə aiddir. Öz növbəsində birinci instansiya məhkəməsi də şəxslərə cəza təyin edilərkən bu halları nəzərə alınmış, barələrində CM-in 62-ci maddəsini tətbiq etməklə, onlara sanksiyada nəzərədə cəzadan da daha yüngül cəza təyin etmişdir. Belə olan halda, məhkəmə kollegiyası Tərtər Hərbi Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli, Tərtər Hərbi Məhkəməsinin 05 avqust 2021ci il tarixli, 1(098)-141/2021 nömrəli nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Tərtər Hərbi Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 1(098)-141/2021 nömrəli nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(107)-22/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-22/2021
19.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver