Məhkəmə qərarları › İş №1-1(107)-24/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-24/2021

18.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-24/2021 18.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 1(098)-196/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən Ə.Sarıyev) 02 sentyabr 2021-ci il tarixli, 1(098)-196/2021 nömrəli hökmü ilə, xx.xx.1997-ciil tarixdə Biləsuvar rayonunda doğulmuş, Biləsuvar rayonu Günəşli kəndində daimi qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan, Аzərbаycаn Respublikаsının vətəndаşı, evli, orta təhsilli, hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət edən, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 333.3-cü mаddəsi ilə аylıq pul təminаtındаn dövlət nəfinə 10 (оn) fаiz tutulmаqlа 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlşаmа cəzаsınа, CM-in 333.4-cü mаddəsi ilə 02 (iki) il müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsаsən аz ciddi cəzаnı dаhа ciddi cəzа ilə əhаtə etmək yоlu ilə üzərində qəti оlаrаq 02 (iki) il müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsının sаxlаnılması, cəzаsını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməsi, cəzаsının bаşlаnğıcının 07 iyun 2021-ci ildən hesаblаnması, bаrəsində seçilmiş «həbs» qətimkаn tədbirinin hökm qаnuni qüvvəsini аlаnа kimi dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Аbdullаyev Seymur Nаzim оğlu müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olmaqla 10 sentyabr 2020-ciil tarixdən Müdafiə Nazirliyinin Goranboy rayonunun Ağcakənd qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin eyni ərazidə dislokasiya olunmuş 3-cü bölüyünün 3-cü tağımının 2-ci manqasının pulemyotçusu vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən 28 mart 2021-ciil tarixdə axşam saatlarında xidmət vaxtı başa çatdıqdan sonra evə buraxılıb 29 mart 2021-ci il tarixdə saat 08:30 radələrində xidmət yerinə qayıtmalı olsa da, üzrlü səbəblər olmadan qayıtmayıb 24 may 2021-ciil tarixdə saat 11:00 radələrində həmin tarixdə hərbi hissənin dislokasiya olundugu Yevlax rayonunun Aran qəsəbəsinə xidmət yerinə qayıtmış və bununla da, üzrlü səbəblər olmadan bir aydan artıq artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin hərbi hissədə və həmin rütbədə xidmət edərkən 26 may 2021-ciil tarixdə saat 11:00 radələrində Yevlax rayonunun Aran qəsəbəsində dislokasiya olunmuş xidmət yerini üzrlü səbəblər olmadan özbaşına tərk edib getmiş, yalnız on gündən artıq, lakin bir aydan çox olmayan müddətdən sonra barəsində Yevlax rayon Polis şöbəsində açılmış axtarış işi üzrə görülmüş tədbirlər nəticəsində 07.06.2021-ci il tаrixdə 13:50 rаdələrində Yevlax rаyоn Pоlis Şöbəsinin əməkdаşlаrı tərəfindəntutulаrаq həmin tarixdə saat 18:00-da Tərtər RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Tərtər Hərbi Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 1(098)-196/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, gənc olmasını, ağır ailə şəraitini, Vətən Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməsini, medalla təltif olunmasını, anasının xəstə olunmasını nəzərə almayaraq ağır cəza təyin etmişdir. Odur ki, Tərtər Hərbi Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 1(098)-196/2021 nömrəli hökmünün dəyişdirilməsini, ona təyin edilmiş cəzaya CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X7 təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 1.1, 9.1, 9.3 və 30-cu maddələrini tətbiq edilməklə təqsirləndirilən şəxsin təyin edilmiş аzаdlıqdаn məhrum etmə cəzаsından azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 1.1, 9.1, 9.3 və 30cu maddələrini tətbiq edilməklə ona təyin edilmiş аzаdlıqdаn məhrum etmə cəzаsından azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Tərtər Hərbi Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 1(098)-196/2021 nömrəli nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 1.1, 9.1, 9.3 və 30-cu maddələrini tətbiq etməklə təqsirləndirilən şəxsin təyin edilmiş аzаdlıqdаn məhrum etmə cəzаsından azad edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Tərtər Hərbi Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 1(098)-196/2021 nömrəli nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 1.1, 9.1, 9.3 və 30-cu maddələri tətbiq edilməklə, təqsirləndirilən şəxs ona təyin edilmiş аzаdlıqdаn məhrum etmə cəzаsından azad edilməlidir. Belə ki, apellyasiya şikayətində təqsirləndirilən şəxslərin CM-in 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 333.3 və 333.4-cü maddələri ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməlinin CM-in 333.3 və 333.4-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxsin müdafiəçisi şikayətində birinci instansiya məhkəməsi qərar qəbul edərkən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, gənc olmasını, ağır ailə şəraitini, Vətən Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməsini, medalla təltif olunmasını, anasının xəstə olunmasını nəzərə almayaraq ağır cəza təyin etdiyini bildirmiş və Tərtər Hərbi Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 1(098)-196/2021 nömrəli hökmünün dəyişdirilməsini, ona təyin edilmiş cəzaya CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onların barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 333.3 və 333.4-cü maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Belə olan halda, məhkəmə kollegiyası Tərtər Hərbi Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Lakin, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 701 nömrəli Hərbi Hissənin 16 noyabr 2021-ci il tarixli 3420 nömrəli arayışından aydın olur ki, hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Təqsirləndirilən şəxs həqiqətəndə o, N nömrəli hərbi hissə tərəfindən göndərilmiş şəxsi işin 11-ci bəndində göstərilən məlumata əsasən 27 sentyabr 2020-10 noyabr 2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suvernliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 1.1-ci bəndindən görünür ki, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları Amnistiya tətbiq edilən şəxslərin dairəsinə aiddir. Eyni zamanda məhkəmələr: Həmin qərarın 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 9.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 30-cu bəndinə əsasən Apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli, Tərtər Hərbi Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 1(098)-196/2021 nömrəli nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, lakin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 1.1, 9.1, 9.3 və 30-cu maddələri tətbiq edilməklə, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 1(098)-196/2021 nömrəli hökmü ilə CM-in 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 333.3-cü mаddəsi ilə аylıq pul təminаtındаn dövlət nəfinə 10 (оn) fаiz tutulmаqlа 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlşаmа cəzаsınа, CM-in 333.4-cü mаddəsi ilə 02 (iki) il müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsаsən аz ciddi cəzаnı dаhа ciddi cəzа ilə əhаtə etmək yоlu ilə üzərində qəti оlаrаq təyin edilmiş 02 (iki) il müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsından azad edilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Tərtər Hərbi Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 1(098)-196/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Hərbi Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 1(098)-196/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 1.1, 9.1, 9.3 və 30-cu maddələri tətbiq edilməklə, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 1(098)-196/2021 nömrəli hökmü ilə CM-in 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 333.3-cü mаddəsi ilə аylıq pul təminаtındаn dövlət nəfinə 10 (оn) fаiz tutulmаqlа 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlşаmа cəzаsınа, CM-nin 333.4-cü mаddəsi ilə 02 (iki) il müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsаsən аz ciddi cəzаnı dаhа ciddi cəzа ilə əhаtə etmək yоlu ilə üzərində qəti оlаrаq təyin edilmiş 02 (iki) il müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar