Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-3/2020 17.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə bəraət verilməsi, CM-in 331.2, 331.3 və 341.1-ci maddələri ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs12 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, QƏRARA ALDİ: Zərərçəkmiş şəxs12 apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayəti qismən təmin edilsin. Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və X1 təhqir etməsi ilə əlaqədar CM-in 331.2-ci maddəsi ilə ona verilmiş ittihamdan imtina etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, həmin hissədə Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə və həmin şəxslərin iş üzrə zərərçəkmiş şəxs kimi iştirakına xitam verilsin. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı Təqsirləndirilən şəxs öz tabeliyində olan digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs13 Tofiq oğlu, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs18 təhqir etməsi ilə bağlı ona verilmiş ittihamlardan dövlət ittihamçısı imtina etdiyi üçün CPMin 43.1.1-ci maddəsinə əsasən, həmin hissələrdə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs CM-in 331.3-cü maddəsi ilə tövsif edilmiş əməli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununa uyğunlaşdırılaraq həmin Məcəllənin 329.2.1 və 329.2.6-cı maddələrinə tövsif edilsin və ona qarşı CM-in 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə irəli sürülmüş ittihamlardan 329.2.2-ci maddə çıxarılsın. Təqsirləndirilən şəxs CM-in 329.2.1 və 329.2.6-cı maddələri ilə təqsirli bilinsin və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə üç min manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs CM-in 341.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə səkkiz yüz manat miqdarında cərimə cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq üç min beş yüz manat miqdarında cərimə cəzası təyin edilsin. Baxılmış apelyasiya şikayətlərinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti və kаssаsiyа protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(107)-3/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-3/2020
17.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver