Məhkəmə qərarları › İş №1-1(107)-3/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-3/2021

24.02.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-3/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (hakim Vidadi Nəsirov) xx xxxxxx NN-ci il tarixli hökmü ilə, xx xxxxxx 1999-cu ildə Qazı-Məmməd şəhərində doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 mənzil 1 ünvanında daimi qeydiyyatda оlmaqla N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının əsgər yataqxanasında yaşayan, xx xxxxxx NN-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissənin zenit-raket artilleriya batareyasının zenit-raket tağımının 1-ci zenit-raket manqasında atıcı-zenitçi vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət edən, barəsində xx xxxx NN-ci il tarixdə komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinməsi və 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını intizam xarakterli hərbi hissədə, yəni Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində çəkməsi, cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissədə cəzasının icrasına başladığı gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. işin halları: Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin zenit-raket artilleriya batareyasının zenit-raket tağımının 1-ci zenitraket manqasında atıcı-zenitçi vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, xx xxx NN-ci il tarixdə saat 17 radələrində həmin batareyanın 2-ci zenitraket artilleriya tağımının 1-ci qurğusunda doldurucu vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olmaqla aralarında tabelik münasibəti olmayan Zərərçəkmiş şəxs ilə avtomobil parkında olan zibilləri yığaraq birlikdə zibil atılan yerə gedərkən bir-birinə qarşı nalayiq ifadələr işlətmələri səbəbindən aralarında yaranmış mübahisə zamanı əsəbiləşərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin “hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini pozaraq sağ əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub sol əli ilə sağ göz nahiyəsinə bir yumruq zərbəsi vuraraq sonuncunu sol yanı üstə yerə yıxmaqla ona “sağ paraorbital və sağ qaşüstü nahiyənin hematoması, səthi sıyrığı, boyun nahiyəsinin səthi sıyrığı və sol saidin orta 1/3-nin səthi sıyrığı” diaqnozu ilə müşayiət olunan, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Həmin hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya CM-nin 70-ci maddəsini tətbiq edilməklə şərti məhkum edilməsi barədə yekun qərar çıxarılmasını xahiş etmişdir. Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 apellyasiya şikayətinin təmin olunmasını, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq çıxışında bildirdi ki, hazırda zərərçəkmiş şəxs ilə barışmış, onunla birlikdə 44 günlük Qarabağ uğrunda gedən müharibədə iştirak etmişdir. Ona görə barəsində təyin edilmiş cəzaya CM-nin 70-ci maddəsini tətbiq edilməklə şərti məhkum edilməsi barədə yekun qərar çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona görə də apellyasiya şikayətinin təmin edilərək Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 Təqsirləndirilən şəxs 44 günlük vətən müharibəsində “Suqovuşan” istiqamətində gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx N21-ci il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasının, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 1 il sınаq müddəti ilə şərti hesаb edilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin,zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx NN-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayоn şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq xidmət etmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, həmin hərbi hissədə üç ay gənc əsgərlər bölüyündə gənc əsgər kimi xidmət etmiş, hazırda Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının zenit-raket tağımının 1-ci zenit-raket manqasında atıcı-zenitçi vəzifəsində əsgər hərbi rütbəsində xidmət edir. Zərərçəkmiş şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibəti xidməti olmuşdur. O və əsgər Zərərçəkmiş şəxs xx xxx NN-ci il tarixdə saat 17 radələrində avtomobil parkında olan zibilləri yığaraq birlikdə zibil atılan yerə aparmışlar. Zibil atılan yerə gedərkən o, əsgər Zərərçəkmiş şəxs qarşı yarı zarafat nalayiq ifadə işlətmiş, əsgər Zərərçəkmiş şəxs da həmin nalayiq ifadəni eyni formada ona qarşı demişdir. Apardıqları zibili atandan sonra onlar yenə də bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər. Odur ki, aralarında mübahisə yaranmışdır. Aralarında yaranmış mübahisə zamanı o, əsəbiləşərək sağ əli ilə əsgər Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub sol əli ilə onun sağ göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Əsgər Zərərçəkmiş şəxs həmin zərbənin təsirindən sol yanı üstə yerə yıxılmış və əli ilə gözünü tutub “gözümə dəydi” demişdir. Əsgər Zərərçəkmiş şəxs sağ göz, sağ qaşüstü, boyun və sol qol nahiyələrində xəsarətlər əmələ gəlmişdir. O, əsgər Zərərçəkmiş şəxs ayağa qaldıraraq əl-üz yuma yerinə aparıb əlüzünə su vurmuşdur. Sonra o, aralarındakı dalaşma barədə leytenant Şamilov Elnur Şövkət oğluna məruzə etmişdir. X8 da onları müayinə olunmaları üçün hərbi hissənin tibb məntəqəsinə aparmışdır. Əsgər Zərərçəkmiş şəxsla dalaşdığı vaxt onların yanında digər şəxs olmamışdır. Sonra onlar aralarındakı dalaşma barədə kiçik çavuş Rüfət Umalatova, baş leytenant Sənan Həsənliyə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səbuhi Aslanlıya demişlər. O, etdiyi əməldən səmimi peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, ona cəza verilərkən bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxx NN-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayоn idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq xidmət etmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, həmin hərbi hissədə üç ay gənc əsgərlər bölüyündə gənc əsgər kimi xidmət etmiş, hazırda Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin zenit-raket artilleriya batareyasının 2-ci zenit-raket artilleriya tağımının 1-ci qurğusunda doldurucu vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibəti xidməti olmuşdur. O və əsgər Təqsirləndirilən şəxs xx xxx NN-ci il tarixdə saat 17 radələrində avtomobil parkında olan zibilləri yığaraq birlikdə zibil atılan yerə aparmışlar. Onlar zibilləri apararkən yolda əsgər Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadə işlətmiş, o da həmin nalayiq ifadəni əsgər Təqsirləndirilən şəxs qarşı işlətmişdir. Apardıqları zibilləri zibil atılan yerə atandan sonra da əsgər Təqsirləndirilən şəxs yenə ona qarşı nalayiq ifadə işlətmiş, o da yenidən həmin nalayiq ifadəni əsgər Təqsirləndirilən şəxs qarşı işlətmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, əsgər Təqsirləndirilən şəxs əsəbiləşərək ona tərəf gəlmiş, ona “Nə dedin? Nə dedin?” demiş, sağ əli ilə onun boğaz nahiyəsindən tutub sol əli ilə sağ göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Həmin zərbənin təsirindən o, sol yanı üstə yerə yıxılmışdır. Onun sağ göz, sağ qaşüstü, boyun və sol qol nahiyələrində xəsarətlər əmələ gəlmişdir. Əsgər Təqsirləndirilən şəxs onu yıxıldığı yerdən ayağa qaldıraraq əl-üz yuma yerinə aparıb əl-üzünə su vurmuşdur. Sonra əsgər Təqsirləndirilən şəxs onunla dalaşması və onu vurması barədə X8a məruzə etmişdir. X8 da onları müayinə olunmaq üçün hərbi hissənin tibb məntəqəsinə aparmışdır. Əsgər Təqsirləndirilən şəxs onunla dalaşarkən orada digər şəxs olmamışdır. Lakin onlar aralarındakı dalaşma barədə X8a, batareya komandiri baş leytenant Sənan Həsənliyə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səbuhi Aslanlıya və əsgər Rüfət Umalatova danışmışlar. Əsgər Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edərkən bədənində fiziki ağrı yaranmış, onun sağ göz, sağ qaşüstü, boyun və sol qol nahiyələrində xəsarətlər əmələ gəlmişdir. Təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşman olduğunu ona bildirmiş və ondan üzr istəmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının kоmandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xidmət dövründə tanımışdır, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibəti xidməti olmuşdur. xx xxxx NN-ci il tarixdə səhər saatlarında X8 əsgər Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs dalaşdıqlarını məruzə etmişdir. O da hər iki əsgəri yanına çağırıb onlardan nəyə görə dalaşdıqlarını soruşmuşdur. Əsgər Təqsirləndirilən şəxsla və əsgər Zərərçəkmiş şəxsla söhbət əsnasında ona məlum olmuşdur ki, əsgər Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs xx xxx NN-ci il tarixdə saat 17 radələrində avtomobil parkında olan zibilləri yığaraq birlikdə zibil atılan yerə apararkən bir-birinə qarşı nalayiq ifadələr işlətmiş, həmin səbəbdən aralarında mübahisə yaranmış, aralarında yaranmış mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs sağ əli ilə əsgər Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub sol əli ilə sağ göz nahiyəsinə bir yumruq zərbəsi vurmuş, həmin zərbənin təsirindən əsgər Zərərçəkmiş şəxs sol yanı üstə yerə yıxılmış, nəticədə əsgər Zərərçəkmiş şəxs sağ göz, sağ qaşüstü, boyun və sol qol nahiyələrində xəsarətlər yaranmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Tərtər regional məhkəmə-tibbi ekspertiza bölməsinin xx xxxx NN-ci il tarixli 808 №-li ekspert rəyindən görünür ki, N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənədə əsaslanaraq ekspert aşağıdakı nəticəyə gəlmişdir: - Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sağ paraorbital və sağ qaşüstü nahiyənin hematoması, səthi sıyrığı, boyun nahiyəsinin səthi sıyrığı və sol saidin orta 1/3nin səthi sıyrığı” xəsarətləri küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, müayinə olunanın göstərdiyi tarixdə (xx.xx.NN-ci il) və şəraitdə yetirilməsi inkar olunmur, dərəcəsinə görə ümumilikdə səhhətin qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, hərbi hissənin zenit-raket artilleriya batareyasının zenit-raket tağımının 1-ci zenit-raket manqasında atıcı-zenitçi vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs ilə həmin batareyanın 2-ci zenit-raket artilleriya tağımının 1-ci qurğusunda doldurucu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında xx.xx.NN-ci il tarixdə tabelik münasibətləri olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs оğluna məxsus SX ******* nömrəli hərbi biletin kserosurətindən görünür ki, xx xxxxxx 1999-cu ildə Qazı- Məmməd şəhərində doğulmuşdur, xx xxxxxx NN-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsi tərəfindən çağırış üzrə müddətli həqiqi hərbi xidmətə çağrılmışdır; Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx xxxxx NN-ci il tarixli 110 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara salınmış və zenit-raket artilleriya batareyasının zenit-raket tağımının 1-ci zenit-raket manqasında atıcı-zenitçi vəzifəsinə təyin edilmişdir; Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə kоmandanlığı tərəfindən verilmiş xidmət vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xidmət müddəti ərzində həvəsləndirilməmiş, lakin dörd dəfə (töhmət) intizam qaydasında cəzalandırılmışdır; Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının kоmandiri baş leytenant Sənan Həsənli tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə оlunmuşdur; Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xx xxxx NN-ci il tarixli 1588 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx NN-ci il tarixdə N nömrəli hərbi hissənin Qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun hərbi xidmətə yararlı olması müəyyən edilmişdir; Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik-İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.NN-ci il tarixli 7 nömrəli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx xxxxxx N21-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsində”, “ Suqovuşan” istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs оğluna məxsus SX ******* nömrəli hərbi biletin kserosurətindən görünür ki, xx xxxxxx N01-ci ildə Bakı şəhərində doğulmuşdur, xx xxxxxx NN-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsi tərəfindən çağırış üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır; Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx xxxxx NN-ci il tarixli 110 №-li əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara salınmış və zenit-raket artilleriya batareyasının 2-ci zenit-raket artilleriya tağımının 1-ci qurğusunda doldurucu vəzifəsinə təyin edilmişdir; Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə kоmandanlığı tərəfindən verilmiş xidmət vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs xidmət müddəti ərzində həvəsləndirilməmiş, lakin iki dəfə (töhmət) intizam qaydasında cəzalandırılmışdır; Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının kоmandiri baş leytenant Sənan Həsənli tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə Zərərçəkmiş şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə оlunmuşdur. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilib 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum etmişdir. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs aşağı həddə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq (barışıq) əldə etməsini, etdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, gənc olmasını cəzаsını yüngülləşdirən hаllar kimi nəzərə almış, törətdiyi cinayət əməlində onun cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx xxxxxx N21-ci il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs “Vətən Müharibəsində”, “ Suqovuşan” istiqamətində gedən döyüşlərdə iştirak etməsini də onun cəzasını yüngülləşdirən hal kimi hesab edir. Apellyasiya məhkəməsi araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını diqqətəlayiq hal hesab edir və qeyd edir ki, yuxarıda qeyd edilən hallar Təqsirləndirilən şəxs şəxsiyyətinin və törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla onun cəmiyyətdən təcrid edilməsi zərurətini aradan qaldırır. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə almağı zəruri hesab edir ki, təqsirləndirilən şəxsə verilən ittihamdan da göründüyü kimi, Təqsirləndirilən şəxs aralarında tabelik münasibəti olmayan Zərərçəkmiş şəxs ilə avtomobil parkında olan zibilləri yığaraq birlikdə zibil atılan yerə gedərkən bir-birinə qarşı nalayiq ifadələr işlətmələri səbəbindən aralarında yaranmış mübahisə zamanı əsəbiləşərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin “hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini pozaraq sağ əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub sol əli ilə sağ göz nahiyəsinə bir yumruq zərbəsi vuraraq sonuncunu sol yanı üstə yerə yıxmaqla ona “sağ paraorbital və sağ qaşüstü nahiyənin hematoması, səthi sıyrığı, boyun nahiyəsinin səthi sıyrığı və sol saidin orta 1/3-nin səthi sıyrığı” diaqnozu ilə müşayiət olunan, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs ilə zərərçəkmiş aralarında olan mübahisə səbəbindən bir-birinin ünvanına nalayiq ifadələr söyləmiş, mübahisənin davamında təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin (şərti məhkum etmənin) tətbiqini mümkün və məqsədəuyğun hesab edir. Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 70.1-ci maddəsinə görə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs ona təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Təqsirləndirilən şəxs əməlini səmimi şəkildə etirаf edərək ondan peşmаn оlduğunu bildirir; İkincisi zərərçəkmiş şəslə barışmaqla yanaşı, zərərçəkmiş şəxsin оnun barəsində hər hansı şikayətin və ya hər hansı tələbin olmadığını, bu halın özü sosial ədalətin bərpasına nail olunması istiqamətində xüsusi əhəmiyyətə malikdir. Nəzərə alınmalıdır ki, Cinаyət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəzanın tətbiq edilməsinin məqsədlərindən biri sosial ədalətin bərpasıdır; Üçüncüsü təqsirləndirilən şəxs könüllü olaraq təqsirini boynuna almaqla, ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Dördüncüsü təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx xxxxxx N21-ci il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs “Vətən Müharibəsində”, “Suqovuşan” istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Bu hal onun vətən qarşısında məsuliyyətini tam dərk edərək orada xidməti borcunu yerinə yetirmişdir. Beşincisi onun cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Cinаyət Məcəlləsinin 70.2-ci maddəsində qeyd olunmuşdur: “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinаyətin xаrаkterini, ictimаi təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır”. Məhkəmə kollegiyasının qənaətincə ona təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasının şərti hesab edilərək barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi gələcəkdə də bu kimi cinayət xarakterli əməllərdən çəkindirəcəkdir. Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs оğlunа 1 il sınaq müddəti ilə tətbiq edilməlidir. Cinаyət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə nümunəvi hərbi xidmət keçmək vəzifəsi qoyulmalı, onun davranışına nəzarət xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə edilməli, davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməməli, özünün dаvrаnışı ilə islаh olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulmаlıdır. Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Odur ki, məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə edilməklə, 1 (bir) il sınаq müddəti ilə şərti hesаb edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx N21-ci il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 6 (altı) ay sınаq müddəti ilə şərti hesаb edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli xx xxxxxx N21-ci il tarixdən (bu gündən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri ləğv edilsin. Sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə nümunəvi hərbi xidmət keçmək vəzifəsi qoyulsun, onun davranışına nəzarət xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə edilsin və o, davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməsin. Hökm baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar