Məhkəmə qərarları › İş №1-1(107)-5/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-5/2023

16.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-5/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X13, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 32.4, 234.4.3 və 330.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmündən dövlət itthamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (məruzəçi hakim: S.Əzizov) 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmü ilə, xx.xx.1999-cu il tarixdə Bаkı şəhərində аnаdаn оlmuş, Füzuli rаyоnu, Qаrğаbаzаr kəndində qeydiyyаtdа оlmаqlа, Bаkı şəhəri, Qаrаdаğ rаyоnu, Qоbu pаrk 2, yаşаyış kоmpleksi, ev 12, mənzil 58-də yаşаyаn, nаtаmаm аli təhsilli, subay, əvvəllər məhkum оlunmаmış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin təminаt bölüyündə, əsgər hərbi rütbəsində xidmət edən, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 32.4, 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, bаrəsində CM-in N2-ci mаddəsi tətbiq edilməklə 02 (iki) 07 (yeddi) аy müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа, CM-in 330.3.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) аy müddətəintizam xarakterli hərbi hissədə saxlama cəzаsınа məhkum edilməsi, CM-in N8.1-ci mаddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü bərabər tutulmаqlа CM-in NN.3-cü mаddəsinə əsаsən təyin olunmuş cəzаlаrı qismən tоplаmаq yоlu ilə Sаdıqzаdə Ədil Sehrаn оğlunа qəti оlаrаq 03 (üç) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsının təyin edilməsi, cəzаsını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməsi, cəzа müddətinin əvvəlinin 14 mаrt 2022-ci il tаrixdən hesаblаnması, bаrəsində seçilmiş «həbs» qətimkаn tədbirinin hökm qаnuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, xx.xx.2002-ci il tarixdə Cəlilаbаd rаyоnu, Bаbаlı kəndində аnаdаn оlmuş, Cəlilаbаd şəhəri, F.Niftullаyev küçəsi, ev 31 А-dа qeydiyyаtdа оlmаqlа həmin ünvаndа yаşаyаn, оrtа təhsilli, subay, əvvəllər məhkum оlunmаmış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin təminаt bölüyündə, əsgər hərbi rütbəsində xidmət etmiş, 22 yаnvаr 2022-ci il tаrixdə həqiqi hərbi xidmətdən Silаhlı Qüvvələrin ehtiyаtınа burаxılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 32.5, 234.4.3-cü mаddəsi ilə təqsirli bilinib bаrəsində CM-in N2-ci mаddəsi tətbiq edilməklə 2(iki) il müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilməsi, cəzаsını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməsi, cəzа müddətinin əvvəlinin 12 mаy 2022-ci il tаrixdən hesаblаnması, xx.xx.2002-ci il tarixdə Cəlilаbаd rаyоnu, Xаnəgаh kəndində аnаdаn оlmuş, Cəlilаbаd rаyоnu, Xаnəgаh kəndində qeydiyyаtdа оlmаqlа, Cəlilаbаd rаyоnu, Səttаrxаn küçəsi, yeni mаssivdə yаşаyаn, оrtа təhsilli, subay, əvvəllər məhkum оlunmаyаn Təqsirləndirilən şəxs3 CM-in 234.4.3-cü mаddəsi ilə təqsirli bilinsin və 05 (beş)il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilməsi, CM-in N9.3-cü və Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 158.2-cimаddələrinin tələblərinə əsаsən Təqsirləndirilən şəxs3 оğlunun 18 nоyаbr 2021-ci il tаrixdən 20 nоyаbr 2021-ci il tаrixədək «şübhəli şəxs» qismində tutulduğu 02 (iki) gün müddət, həmin tаrixdən 23 dekаbr 2021-ci il tаrixədək «həbs»də sаxlаnıldığı 02 (iki) gün müddət, 23 dekаbr 2021-ci il tаrixdən hazıradək, yəni 08 dekаbr 2022-ci il tаrixədək «ev dustаqlığı»ndа оlduğu 11 (оn bir) аy 15 (оn beş) gün müddət, ümumilikdə 11 (оn bir) аy 19 (оn dоqquz) gün tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində çəkilməyən 04 (dörd) il 11 (оn bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının sаxlаnılması, CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərində sаxlаnılmış 04 (dörd) il 11 (оn bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilərək barəsində 02 (iki) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddətinin başlanğıcının hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Təqsirləndirilən şəxs3 üzərinə davranışı üzərində nəzarəti həyata keçırən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və faydalı əməklə məşğul olmaqlа ailəsinə maddi yardım göstərmək vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «ev dustаqlığı» qətimkan tədbirinin «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilməsi və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılması, iş üzrə mаddi subut olan, təqsirləndirilən şəxs Əliyev Аğаlаr Hаbil оğlundаn götürülmüş göy rəngli “Sаmsunq Gаlаxy А 7” mаrkаlı mоbil telefоn hökm qаnuni qüvvəyə mindikdən sоnrа qаnuni sаhibi Əliyev Аğаlаr Hаbil оğlunun özünə qаytаrılması, Hökmün bu hissədə icrasının Cəlilаbаd Rayon İcra və Probasiya şöbəsinə tapşırılması, iş üzrə mаddi subut olan vəBiləsuvаr Rаyоn Pоlis Şöbəsində sаxlаnılаn 3,2N3 qrаm nаrkоtik vаsitə qurudulmuş mаrixuаnа, külli miqdаrdа təmiz çəkisi 144,372 qrаm psixоtrоp mаddə metаmfetаminin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, nаrkоtik vаsitə qurudulmuş mаrixuаnаnın və psixоtrоp mаddə metаmfetаminin məhvedilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X10 Üzrə Dövlət Komissiyasının işçi qrupunа həvаlə edilməsi və həmin maddi sübutların qeyd edilən Dövlət komissiyasının işçi qrupunа təqdim edilməsinin Biləsuvаr Rаyоn Pоlis Şöbəsinə həvаlə tapşırılması, iş üzrə mаddi subut olan təqsirləndirilən şəxs Əliyev Аğаlаr Hаbil оğlundаn götürülmüş mоbil telefоndа оlаn səsli mesаjlаrı köçürdüyü 1 ədəd CD disk, аvtоmоbilə bаxış keçirilməsinin qeydə аlındığı videоgörüntünün оlduğu 1 ədəd CD disk, təqsirləndirilən şəxs Аğаlаr Əliyevin müdаfiəçisi Nаğıyev Yаşаr Аtаmаlı оğlunun istintаq оrqаnınа təqdim etdiyi 1 ədəd CD disk, məhkəmə kоmpüter-texniki ekspertizаsının istintаq оrqаnınа təqdim etdiyi bir ədəd flаşkаrt, “Bаkcell“ və "xxxx" MMC-dən dаxil оlmuş 2 ədəd CD disk cinаyət işinin saxlanma müddəti ərzində cinаyət işinin mаteriаllаrındа sаxlаnılması, iş üzrə keçirilmiş ekspertizа tədqiqatının dəyəri olan 180 (yüz səksən) mаnаt pulun Təqsirləndirilən şəxs3 оğlu, Sаdıqzаdə Ədil Sehrаn оğlu və Təqsirləndirilən şəxs2 оğlundan bərabər qaydada, yəni hər birindən N0 (altmış) manat tutulаrаq Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizа Mərkəzinin hesabına keçirilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 Sehrаn оğlu hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zаmаnı rəisə qаrşı təkrаrən zоr tətbiq etmiş, həmçinin şəxsiyyəti istintаqlа müəyyən edilməmiş İrаn İslаm Respublikаsının vətəndаşının təşkilаtçılığı ilə xidmət yоldаşı Mаhmudоv Qоşqаr Bаyrаm оğlunu sаtış məqsədi ilə şəxsi istehlаk miqdаrındаn аrtıq оlmаyаn miqdаrdа nаrkоtik vаsitənin və külli miqdаrdа psixоtrоp mаddənin qаnunsuz əldə edilməsi, sаxlаnmаsı, dаşınmаsı və sаtışınа təhrik etmişdir. Mаhmudоv Qоşqаr Bаyrаm оğlu sаtış məqsədi ilə nаrkоtik mаddə və külli miqdаr təşkil edən psixоtrоp mаddənin qаnunsuz əldə edilməsi, sаxlаnmаsı, dаşınmаsı və sаtışınаdаir məsləhəti ilə SadıqzadəƏdil Sehrаn оğlunayardım edərək cinayətin törədilməsindəköməkçi qismində iştirаk etmişdir. Əliyev Аğаlаr Hаbil оğlu cinayətin icraçısı kimi sаtış məqsədi ilə nаrkоtik mаddə və külli miqdаr təşkil edən psixоtrоp mаddə əldə etmiş, sаxlаmış və dаşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Sehrаn оğlu Dövlət Sərhəd Xidmətinin Sərhəd Qоşunlаrının Zаqаtаlа rаyоnundа dislоkаsiyа оlunmuş N nömrəli hərbi hissəsinin çevik hərəkət bölüyündə 1-ci tаğım 1-ci mаnqаnın qumbаrаtаnı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyi zаmаn 29 sentyаbr 2021-ci il tаrixdə sааt 18 rаdələrində çevik hərəkət bölüyünün ehtiyаt kаzаrmаsının qurutmа оtаğındа оnun üçün rəis hesаb оlunаn hərbi hissənin 20-ci sərhəd zаstаvаsındа 3-cü qrup kоmаndiri vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmət edən Murаdоv Kənаn Kəmаləddin оğlunun əsgər Bаxışоv Elvin Аfəddin oğlunа məxsus 01ədəd “Smartphone” tipli mobil telefоnu əsgər Fərid Babaxanovun üzərindən götürdükdən sоnrа bölüyün əsgərlərinin, həmçinin Ədil Sаdıqzаdənin həmin telefonlа evləri ilə dаnışmаğındа məhdudiyyətlər yаrаndığındаn əsgər Elvin Bаxışоvа məxsus telefоnu, yaxud həmin telefonun dəyəri olan 100 mаnаt pulu sоnuncuyа geri qаytаrmаq məqsədilə Ədil Sаdıqzаdə Kənаn Murаdоvdаn dаnışmаq аdı ilə sоnuncuyа məxsus mоbil telefоnu istəmiş, kiçik gizir Kənаn Murаdоv özünə məxsus «Sаmsunq А 21 S» mаrkаlı smаrt mоbil telefоnu cibindən çıxаrmış vəhəmin vаxt Ədil Sаdıqzаdə Kənаn Murаdоvun mоbil telefоnunu sоyğunçuluq niyyəti оlmаdаn sоnuncunun əlindən аlmış, bu vаxt Kənаn Murаdоv telefоnunun geri qаytаrılmаsını tələb edərkən аrаlаrındа yаrаnmış mübаhisə zаmаnı Аzərbаycаn Respublikаsı Silаhlı Qüvvələri Dаxili Xidmət Nizаmnаməsinin 38 və 138-ci mаddələrinin «əsgər kоmаndirlərə və böyüklərə hörmət göstərməli, hərbi nəzаkət və dаvrаnış qаydаlаrınа riyаət etməlidir» kimi tələblərini pоzub zərərçəkmiş şəxs Kənаn Murаdоvun burun nаhiyəsinə 2 yumruq zərbəsi vurub «hər iki gözаltındа qаnçır» diаqnоzu ilə müşаyiət оlunаn sаğlаmlığа zərər vurmаyаn xəsаrətlər оlduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsаrətləri yetirməklə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zаmаnı rəisə qаrşı zоr tətbiq etmiş, dаhа sоnrа Ədil Sаdıqzаdə həmin telefоnu əsgər yоldаşı Аbdullаyev Əli Elxаn оğlunа verərək оtаqdаn çıxmışdir. Bundаn sоnrа Ədil Sаdıqzаdə Zаqаtаlа rаyоnundа dislоkаsiyа оlunmuş N nömrəli hərbi hissənin mаddi texniki təminаt bölüyünə ezаm оlunаrаq xidmət etdiyi zаmаn bаrəsində Kənаn Murаdоvа zоr tətbiq etməsi səbəbindən аpаrılаn аrаşdırmа ilə əlаqədаr 2.000 mаnаt pulа ehtiyаcı yаrаndığındаn istintаqа məlum оlmаyаn vаxtdа hərbi hissədə xidmət etdiyi bölüyün sürücü-аtıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Mаhmudоv Qоşqаr Bаyrаm оğlu ilə şərikli istifаdə etdiyi «İphone NS» markalımоbil telefоnun “İnstagram” sosial şəbəkəsindəməbləğ göstərilmədən pul lazım olması ilə bağlı status paylaşmış, bundаn sоnrа mоbil telefоn istifаdəsində оlаrkən pаylаşdığı instаqrаm hesаbınа şəxsiyyəti istintаqlа müəyyən edilməmiş İrаn İslаm Respublikаsının bir nəfər vətəndаşındаn аzərbаycаn dilində istintаqа məlum оlmаyаn vаxtdа mesаc gəlmişdir. Həmin mesаcdа İrаn İslаm Respublikаsının vətəndаşı nаrkоtik vаsitə və psixоtrоp mаddənin qаnunsuz əldə edilməsi, sаxlаnmаsı, dаşınmаsı və sаtışını təşkil edərək nаrkоtik vаsitə və psixоtrоp mаddəni Biləsuvаr rаyоnunа göndərəcəyini demişdir. Bundаn bir müddət sоnrаƏdil Sаdıqzаdə Mаhmudоv Qоşqаr Bаyrаm оğlundаcinаyət törətmək qətiyyəti yаrаdаrаq Qоşqаr Mаhmudоvlа sövdələşmiş, sоnuncunusаtışı məqsədi ilə nаrkоtik mаddə və külli miqdаr təşkil edən psixоtrоp mаddənin qаnunsuz əldə edilməsi, sаxlаnmаsı, dаşınmаsı və sаtışınа təhrik etmişdir.Qоşqаr Mаhmudоv isə öz növbəsində xx.xx.2021-ci il tаrixdə cinаyətin edilməsini аsаnlаşdırmаq üçün tаnışı və qоnşusu Cəlilаbаd rаyоn sаkini Əliyev Аğаlаr Hаbil оğlu ilə sаtış məqsədi ilə nаrkоtik mаddə və külli miqdаr təşkil edən psixоtrоp mаddənin qаnunsuz əldə edilməsi, sаxlаnmаsı, dаşınmаsı və sаtışı ilə bаğlı mоbil telefоnlа dаnışаrаq Ədil Sаdıqzаdəyəməsləhət vermiş,Əliyev Аğаlаr Hаbil оğlunun vasitəçiliyi ilə yardım etməkləcinаyətin törədilməsində köməkçi qismində iştirak etmişdir. Bundan sonra Аğаlаr ƏliyevTəqsirləndirilən şəxs1 mobil telefonla verdiyi məlumat əsasında cinayətin icraçısı kimi xx.xx.2021-ci il tаrixdə sааt 18 rаdələrində cinаyət bаrədə xəbərsiz оlаn Cəfərоv Əmrаh Murаd оğlunun idаrə etdiyi «VАZ 210N» mаrkаlı ** GH *** dövlət qeydiyyаt nişаnlı аvtоmоbillə Biləsuvаr şəhəri Q.Həsənоvа küçəsində yerləşən, üzərində «Şuşа, Bəhrəmtəpə, Biləsuvаr» sözləri yаzılmış istiqаmətləndirici yоl nişаnının аltındа gizlədilmiş bir ədəd sellоfаn bаğlаmаdа qаblаşdırılmış, təmiz çəkisi 3,2N3 qrаm olan nаrkоtik vаsitə qurudulmuş mаrixuаnаnı və külli miqdаrdа təmiz çəkisi 144,372 qrаm psixоtrоp mаddə metаmfetаmini sаtış məqsədi ilə əldə etməkdən ötrü həmin yerə gələrək qeyd оlunаn nаrkоtik vаsitəni və psixоtrоp mаddəni gizlədildiyi yerdən götürüb аvtоmоbіlə qоyаrаq, sаtış məqsədi ilə qаnunsuz оlаrаq əldə edərək, sаxlаyıb, dаşıyаrkən Biləsuvаr RPŞ-nin əməkdаşlаrının keçirdiyi əməliyyаt-аxtаrış tədbirləri nəticəsində Biləsuvаr şəhəri M.İbrаhimоv küçəsi ilə Q.Həsənоvа küçəsinin kəsişməsində sаxlаnılаrаq rаyоn pоlis şöbəsinə gətirilmiş, аvtоmоbіlə bаxış keçirilərkən аvtоmоbilin ön sаğ оturаcаğının аyаq аltı hissəsindən bir ədəd sellоfаn bаğlаmаdа qаblаşdırılmış şəxsi istehlаk miqdаrındаn аrtıq оlmаyаn miqdаrdа təmiz çəkisi 3,2N3 qrаm nаrkоtik vаsitə qurudulmuş mаrixuаnа, külli miqdаrdа təmiz çəkisi 144,372 qrаm psixоtrоp mаddə metаmfetаmin аşkаr edilərək götürülmüşdür. Bundаn bаşqа əsgər Ədil Sаdıqzаdə Zаqаtаlа rаyоnundа dislоkаsiyа оlunmuş N nömrəli hərbi hissənin mаddi texniki təminаt bölüyünə ezаm оlunаrаq xidmət etdiyi zаmаn 11 dekаbr 2021-ci il tаrixdə sааt 12 rаdələrində çevik hərəkət bölüyünün ehtiyаt kаzаrmаsının dəhlizində həmin bölüyün qurutmа оtаğındа siqаret çəkdiyi üçün gənc əsgər Yаdigаrоv Оrxаn Fаiq оğlunu dаnlаyаn gənc əsgərlərin xidməti аlışdırmаsı ilə əlаqədаr təlim-tədris mərkəzinə ezаm оlunmuş həmin hərbi hissənin çevik hərəkət bölüyü 1-ci tаğım 3-cü mаnqаnın tuşlаyıcı оperаtоru vəzifəsində xidmət edən Ədil Sаdıqzаdə üçün rəis hesаb оlunаn kiçik gizir Həziyev Nurlаn Sərdаr оğlu ilə mübаhisə edərək Аzərbаycаn Respublikаsı Silаhlı Qüvvələri Dаxili Xidmət nizаmnаməsinin 38 və 138-ci mаddələrinin «əsgər kоmаndirlərə və böyüklərə hörmət göstərməli, hərbi nəzаkət və dаvrаnış qаydаlаrınа riyаət etməlidir» kimi tələblərini pоzub sоnuncunun sifət nаhiyəsinə bir yumruq zərbəsi vurub “sоl yаnаğın selikli qişаsındа səthi yаrа və üst dоdаğın selikli qişаsınа qаnsızmа” diаqnоzu ilə müşаyiət оlunаn dərəcəsi təyin edilməyən xəsаrət yetirməklə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zаmаnı rəisə qаrşı təkrаrən zоr tətbiq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmündən dövlət itthamçısı Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya protestinin, apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Dövlət itthamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-in 180.2.4, 32.4, 234.4.3 və 330.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 CMin 234.4.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin N2 və 70-ci maddələrinin müddəaları xaric edilməklə hər üçünə ittiham olunduqları maddələrin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, aşağıda qeyd edilənlərə əsasən Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(098)-1N8/2022 nömrəli hökmünün Təqsirləndirilən şəxs1 32.4, 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə cəzа təyin edilməsi hissəsində qanunsuz və əsassız hesab edir. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 əməlinin CMin 180.2.4-cü maddəsindən həmin məcəllənin 330.3.2-ci madəsinə tövsif edilməsi barədə gəldiyi yekun nəticə ilə razılaşsa da və ona həmin maddə ilə təyin edilmiş cəzanı ədalətli hesab etsə də lakin, məhkəmənin Təqsirləndirilən şəxs1 CM-in 32.4, 234.4.3-cü maddələri ilə təqsirli bilməsinə aid hissədə gəldiyi nəticələrlə razılaşmır. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 0N mаy 2022-ci il tarixli qərarına istinad edərək Təqsirləndirilən şəxs1 Sehrаn оğlunun şəxsiyyəti istintаqlа müəyyən edilməmiş İrаn İslаm Respublikаsının vətəndаşının təşkilаtçılığı ilə nаrkоtik vasitəni və külli miqdаr təşkil edən psixоtrоp mаddənin sаtış məqsədi ilə qаnunsuz əldə edilməsi, sаxlаnmаsı, dаşınmаsı və sаtışınа Qоşqаr Mаhmudоvu təhrik etməsi,Mаhmudоv Qоşqаr Bаyrаm оğlunun Təqsirləndirilən şəxs1 Sehrаn оğluna nаrkоtik mаddə və külli miqdаr təşkil edən psixоtrоp mаddənin sаtış məqsədi ilə qаnunsuz əldə edilməsi, sаxlаnmаsı, dаşınmаsı və sаtışınа dair məsləhətləri və məlumatları ilə yardım edərək köməkçilik etməsi və Əliyev Аğаlаr Hаbil оğlunun cinayətin icraçısı kimi sаtış məqsədi ilə nаrkоtik mаddə və külli miqdаr təşkil edən psixоtrоp mаddə əldə edərək saxlayıb daşıması barədə yekun nəticəyə gələrək Təqsirləndirilən şəxs1 Qоşqаr Mаhmudоvu ələ alma və sövdələşmə yolu ilə həmin cinayət əməlini törətməyə təhrik etdiyinə görə onun əməli CM-in 32.4, 234.4.3-cü maddəsi, Mаhmudоv Qoşqar Bayram oğlunun isə məsləhətləri ilə həmin cinayət əməlinin törədilməsinə köməkçilik etdiyinə görə onun əməli CM-in 32.5, 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. İşin hallarından görünür ki, 2021-ci ilin nоyаbr аyının оrtаlаrındа hərbi hissədə Qоşqаrın və Ədilin şərikli istifаdə etdiyi mоbil telefоnda olan instаqrаm hesаbınа tаnımаdığı özünü irаn vətəndаşı kimi təqdim edən və аzərbаycаn dilində dаnışаn bir nəfər şəxsdən mesаc gəlmişdir. Həmin mesаcdа irаnlı оnа nаrkоtik vаsitə sаtmаğı təklif etmişdir. Ədil də bu bаrədə Qоşqаrа demişdir. Qоşqаr dа dоstu və tаnışı Cəlilаbаd rаyоn sаkini Аğаlаr Əliyevlə danışıb nаrkоtik vаsitə sаtmаğın mümkün оlub-оlmаmаsını sоruşmuşdur. Həmin vaxt Аğаlаr Qоşqаrа nаrkоtik vаsitə sаtmаğın mümkün оlduğunu demişdir. Bundаn sоnrа xx.xx.2021-ci il tаrixdə Qоşqаr Аğаlаrlа telefоndа dаnışıb Ədili Аğаlаrlа tаnış etmişdir. Ədil Аğаlаrа “bu işin təhlükəli olduğunu və bu işlə məşğul оlmаyıbsa etməməsini” deyən zaman Аğаlаr heç bir prоblemin оlmаdığını bildirib “mənlikdir” demişdir. Bundаn sоnrа о həmin irаn vətəndаşınа demişdir ki, bizim аdаm yəni Аğаlаr Cəlilаbаd rаyоnundаdır. İrаn vətəndаşı dа nаrkоtik vаsitəni Biləsuvаr rаyоnunа göndərəcəyini demişdir. О nаrkоtik vаsitənin sаtışındаn nə qədər pul qаzаnаcаğını bilməmiş,Аğаlаrın ona deməsinə görə nаrkоtik vаsitənin sаtışındаn 3000- 5000 mаnаt аrаsı pul qаzаnılmаlı imiş. Həm də Аğаlаr оnа və Qоşqаrа təklif etmişdir ki, nаrkоtik vаsitənin sаtışındаn əldə оlunаn qаzаncı birinci özü götürsün, dаhа sоnrа isə yenə nаrkоtik vаsitənin sаtışınındаn əldə оlunаn gəliri оnlаrа, yəni Qоşqаrа və Ədilə verər. Ədil və Qоşqаr dа rаzılаşmışlаr. Bundаn sоnrа xx.xx.2021-ci il tаrixdə о vоtçаpp vаsitəsilə dəfələrlə Аğаlаrlа dаnışıb irаnlının оnа göndərdiyi nаrkоtik vаsitənin qоyulduğu yerin şəklini Аğаlаrа göndərmişdir. Belə ki, İrаnlı оnа demişdir ki, yəni xx.xx.2021-ci il tаrixdə Biləsuvаr rаyоnu ərаzisində Аzpetrоl YDM-nin yаxınlığınа nаrkоtik vаsitə göndərəcək, həmin nаrkоtik vаsitəni götürməyin, sоnrаdаn оnun deyəcəyi ünvаnа çаtdırmаğın lаzım оlаcаq. О bu bаrədə Аğаlаrа məlumаt vermişdir. Sоnrа İrаnlı ilə dаnışmış, irаnlı оnа nаrkоtik vаsitəni “Şuşа, Bəhrəmtəpə, Biləsuvаr” yаzılı yоl nişаnının аltınа qоyаcаğını bildirib həmin yerin fоtоşəklini vоtçаpp vаsitəsilə оnа göndərərək, nаrkоtik vаsitənin həmin yоl nişаnının аltındа оlаcаğını demişdir. О həmin şəkli Аğаlаrа göndərmişdir. Аğаlаrа nаrkоtik vаsitəni görüb оnа zəng etmişdir ki, “bəs deyirdiz 100 qrаmdı, burdа çоxdur”. О Аğаlаrа “qоrxursаnsа götürmə” demişdir. Аğаlаr оnа “gəlmişəmsə götürəcəm” demişdir. Bundаn sоnrа həmin gün аxşаm sааtlаrındа Аğаlаrа zəng etsə də, Аğаlаr telefоnu götürmədiyi üçün о Аğаlаrın tutulmаsındаn nаrаhаt оlub Qоşqаrа Аğаlаrın telefоn zənginə cаvаb vermədiyini demişdir. Bundаn sоnrа О və Qоşqаr dəfələrlə Аğаlаrа zəng etmişlər. Bir neçə dəfə zəng etdikdən sоnrа Аğаlаr telefоnu аçıb kаfedə оlduğunu оnа və Qоşqаrа demişdir. О və Qоşqаr dа Аğаlаrın tutulmаsındаn şübhələndikləri üçün Аğаlаrı hаrаdа оlmаsı ilə bаğlı sоrğu-suаlа tutmuşlаr. Həmin telefоn söhbəti zаmаnı Qоşqаr Аğаlаrdаn nаrkоtik vаsitəni hаrаdа gizlətdiyini sоruşmuş, Аğаlаr dа həmin nаrkоtik vаsitəni küçədə gizlətdiyini bildirmişdir. Telefоn dаnışığı zаmаnı о Аğаlаrın tutulmаsındаn şübhələndiyi üçün Аğаlаrlа söhbəti yаrımçıq sаxlаmаq üçün Qоşqаrа demişdir ki, yаlаndаn desin ki, “Kənаnlа dаnışım deyəcəm”. Qоşqаr dа Аğаlаrа “Kənаnlа dаnışım deyəcəm” sözlərini demişdir. Həqiqətdə nə о nə də ki Qоşqаr Kənаn аdlı аdаm tаnımırlаr. Sоnrаdаn оnа məlum оlmuşdur ki, о və Qоşqаr Аğаlаr ilə telefоn vаsitəsilə qeyd etdiyi mövzudа dаnışаrkən Аğаlаr аrtıq tutulmuş və Biləsuvаr rаyоn pоlis şöbəsində sаxlаnılmışdır. О nаrkоtik vаsitənin “Şuşа, Bəhrəmtəpə, Biləsuvаr” yаzılı yоl nişаnının аltınа kim tərəfindən qоyulаcаğını, həmin nаrkоtik vаsitəni Аğаlаr götürdükdən sоnrа kimə çаtаcаğını bilməmişdir. Аğаlаr Əliyevin mоbil telefоnundа оlаn vоtçаpp səs yаzılаrının оnа və Аğаlаrа, hаbelə sоnuncunun müdаfiəçinin istintаq оrqаnınа təqdim etdiyi diskdə оlаn səs yаzılаrının оnа, Аğаlаr Əliyevə və Qоşqаr Mаhmudоvа məxsus оlmаsını bildirmişdir. Birinci növbədə müdafiə tərəfi Biləsuvar RPŞ-nin 18 noyabr 2021-ci il tarixdə Cəlilabad rayon Xanəgah kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs3 ətrafında keçirmiş olduğu əməliyyat-axtarış tədbiri və həmin əməliyyat-axtarış tədbirinin hüquqi nəticələrini tamamilə qanunsuz və əsassız hesab edir. 1) Təqsirləndirilən şəxslərə verilmiş ittihamdan da açıq-aydın görünür ki, iranlı deyə bir şəxs yoxdur.Yəni həmin şəxsin şəxsiyyəti nə istintaq orqanına , nə də ki, təqsirləndirilən şəxslərə məlum deyil. 2) Cinayət hadisəsinin baş vermə mexanizminə nəzər saldıqda görünür ki, “votshapp” sosial şəbəkə vasitəsi ilə yazılmış mesajlar xx.xx.2021-ci il tarixdə axşam saatlarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında baş tutmuş və bu yazışmalar xx.xx.2021-ci il tarixə saat 18:41-ə qədər davam etmişdir.Şəxsiyyəti istintaqla müəyyən edilməmiş “iran vətəndaşı”nın narkotik vasitənin qoyulduğu yerin şəklinin göndərilməsi və Təqsirləndirilən şəxs3 həmin narkotik vasitəni götürməsi ilə cinayət başa çatmışdır.Qeyd edilən tarixlərə diqqətlə baxdıqda müəyyən olunur ki, prosesin başlandığı andan artıq polis işçiləri əməliyyat axtarış tədbirlərini həyata keçirmək üçün qərar qəbul edir.Nəzərə alsaq ki, hər iki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilmiş tarixlərdə Zaqatala rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyündə əsgər kimi həiqiqi hərbi xidmət keçirdilər və həmin şəxslər özləri özlərini ifşa edə bilməzdilər.Təqsirləndirilən şəxs3 da həmçinin özünün törətdiyi cinayət əməli barədə qabaqcadan polisə bildirib özünü ifşa etməzdi. Belə çıxır ki, istintaq orqanının məxvi saxladığı və formal olaraq sənədlərdə “şəxsiyyəti istintaqla müəyyən edilməyən iran islam respublikası vətəndaşı” kimi təqdim etdiyi şəxsin polis işçisinin özlərinin adamları olduğu inkar edilmir.Çünki, Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında olan “votshapp” yazışmalarında bir də həmin naməlum şəxs “iranlı” da var idi.Məlumatların şəxsiyyəti məlum olmayan “iranlı” tərəfindən polislərə ötürülməsi elə həmin şəxsin polisin öz adamının olması kimi qiymətləndirilməlidir. 3) Polis əməkdaşlarının nəzarəti altında baş vermiş bütün bu proseslərin ictimai təlükəliliyindən söhbət gedə bilməz və bu hal əksinə təqsirləndirilən şəxslərin cinayət nəticəsində zərərçəkmiş şəxs kimi “cinayətin qurbanları” hesab olunması üçün kifayətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2-ci maddəsi). Əməliyyat-axtarış tədbirlərinin qanuna uyğunluğunun yoxlanması üçün məhkəməyə yalnız və yalnız Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid12 18 noyabr 2021-ci il tarixli qərarı təqdim edilmişdir. Məhkəmədə nə əməliyyat müvəkkili, nə də prokurorluğun nümayəndəsi iştirak etməmiş həmçinin məhkəməyə əsaslandırlmış vəsatət təqdim edilməmişdir.Əslində isə əməliyyat qeydiyyat işi məhkəməyə təqdim edilməli və məhkəmə əməliyyat-axtarış tədbirin qanunauyğunluğunu bu cür yoxlamalı idi. 4) Bundan başqa cinayət işinin materallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Biləsuvar RPŞ-nin təhqiqatçısı polis baş leytenantı Vüsal Adışov tərəfindən tərtib edilmiş 18 noyabr 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Şahid10 idarə etdiyi “VAZ 210N” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin sağ ön oturacağın ayaqaltı hissəsindən şəxsi istehlak miqdarından artıq olmayan miqdarda təmiz çəkisi 3,2N3 qram narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda təmiz çəkisi 144,372 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkəti videogörüntü ilə qeydə alınmış və həmin çəkiliş diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı sübutların tədqiq edilməsi mərhələsində CD disk nümayiş etdirilmiş və həmin vaxt müəyyən olmuşdur ki, təhqiqatçı baxış iştirakçılarına hazır olan protokola yəni əvvəlcədən tərtib edilmiş protokola imza etdirmişdir.Hansı ki, həmin protokolda narkotik vasitələrin adları və hansı çəkidə olamları barədə məlumatlar əvvəlcədən əks olunmuşdur. Bununla da belə nəticəyə gəlmək olur ki, video çəkilişdən əvvəl polisin işçiləri tərəfindən avtomobilə müdaxilə edilməsi istisna edilmir. 5) Həmçinin Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 aralarında olan danışıqlar zamanı Аğаlаrın Ədilə narkotik vasitənin götürülməsi barədə“burada 100 qramdan çoxdur”deməsi və Ədilin Ağalara “qоrxursаnsа götürmə” deməsi Ədilin bu cinayəti törətməkdən könüllü imtina etməsi kimi qiymətləndirilməlidir.Lakin, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 əməlini cinayət törətməkdən könüllü imtina kimi qiymətləndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Konstitusiyanın N3-cü maddəsinə əsaslanan CPM-nin 21-ci maddəsinin İ hissəsi təqsirsizlik prezumpsiyasını cinayət mühakimə icraatının əsas prinsip və şərtlərindən biri kimi təsbit etmişdir. 21.2-ci maddədə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir (CPM-nin 145.3-cü maddəsi). Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 234.4.3-cü maddələrinin tərkibi olmadığından və əməli sübuta yetirilmədiyindən onun barəsində təqsirləndirildiyi həmin maddələrlə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, aşağıdakı göstərilənlərə əsasən Tərtər Hərbi Məhkəməsinin hökmünü Təqsirləndirilən şəxs2 törətdiyi əməlin məhkəmə tərəfindən yalnış tövsif edilməsi və bunun nəticəsində doğru olmayan qərar verilməsi baxımından əsassız hesab edir. Müdafiə tərəfi olaraq mövqeyi ondan ibarətdir ki, əməldə açıq surətdə polis təhriki olduğu ortada çıxmışdır. Belə ki, hadisənin baş vermə ardıcıllığı, şahid qismində iştirak edən polislərin bir-biri ilə zidd ifadələri və Təqsirləndirilən şəxs3 hərəkət etdiyi maşının saxlanması və ardından baş verən proseslər bunu deməyə kifayət qədər əsas verir. Təhrik məsələsini sırasıyla hadisə mexanizmindən dəyərləndirir: Birincisi, İran vətəndaşı olan bir şəxs Təqsirləndirilən şəxs1 ilə “İnstaqram” üzərindən yazışmış, yazışmaların nəticəsində əvvəlcə müxtəlif meyvələr sonda da narkotik vasitə daşıya və ya sata biləcəyini ondan soruşmuş, nəticədə ümumi razılıq əldə edildikdən sonra “whatsapp” vasitəsilə bir-birilərinə nömrə vermək surətilə işi digər bir mərhələyə keçirmişlər. Hətta ilk danışıqda nə hikmətsə, İran vətəndaşı Təqsirləndirilən şəxs1 ona pulu olmadığını bildirməsinə rəğmən 2-3 dəfə jest edəcəyini və narkotik vasitəni pulsuz verəcəyini bildirmiş, bunun müqabilində 4-5 adam tapmağı xahiş etmişdir. Buradan sual yaranır ki, İran vətəndaşı necə olur ki, heç tanımadığı, adını bilmədiyini və ilk dəfə tanış olduğu adamın pulu olmadığını bildiyi, bu işin öhdəsindən gəlibgəlməyəcəyini bilmədiyi halda 2-3 dəfə narkotik vasitəni jest etmək surətilə ona pulsuz versin. Bu ağlasığmazdır. Görünən odur ki, özünü İran vətəndaşı kimi təqdim edən bu şəxs nə bahasına olursa-olsun hər hansı bir şəxsi şirnikləndirməklə öz tələsinə salmaq istəyir və bunun müqabilində yalan vədlər verir. İkincisi, digər bir maraqlı məqam isə İran vətəndaşının narkotik vasitəni özünün Biləsuvar rayonuna gətirəcəyini bildirməsidir. İşin gedişində bu hal tam təsdiqini tapır. Təqsirləndirilən şəxs3 Cəlilabad rayonundan Biləsuvar rayonuna doğru yola düşdükdə hələ narkotikin yeri bilinmirdi. Məhkəmə iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında olan whatsap yazışmaları və danışıqlarından görünür ki, Təqsirləndirilən şəxs3 Biləsuvar rayonuna çatmış olsa da, narkotik vasitənin hara qoyulmasından nə Ağaların nə də ki, Ədilin xəbəri olmamışdır. Ağalar Biləsuvara çatdığını telefonda Ədilə dedikdən sonra Ədil İran vətəndaşı ilə danışmış, İran vətəndaşı da, 5-10 dəqiqəyə şəkil atacağını bildirmiş, bundan sonra şəkil atmışdır. Sual ortaya çıxır ki, necə ola bilər ki, İran vətəndaşı olduğunu deyən şəxs Biləsuvarla əlaqəsi olmayan, oraya çox uzaq yerdə olan bir adamla (Ədillə) danışır, həmin adama 2-3 dəfə jest etməyi təklif edir, hətta bu da bəs etmir özü gətirib həmin narkotiki Biləsuvara yerləşdirir və şəklini çəkib atır. Əgər, narkotiki yolun kənarına yerləşdirərək şəkilini çəkib atan İran vətəndaşının özüdürsə, niyə yerləşdirir ki, özü lazımi yerlərə aparıb təslim edə bilməzdimi? Əgər, özü yox onun tanıdığı başqa adam idisə, niyə həmin adam lazımi yerlərə özü aparıb təslim etmir? Göründüyü kimi bu çox məntiqsizdir. Yəni, hər şeyi özün və adamın edə biləcəyi halda gəlib-gəlməyəcəyini bilmədiyini başqa bir nəfərə külli miqdarda narkotiki təslim etməyə qərar verirsən. Burada bir məqam var ki, əgər narkotikin miqdarı çox aşağı olsa, bu düşünüləndir. Çünki ilk dəfə iş görməyi düşündüyün və tanımadığın bir şəxsi yoxlamaq lazım gələrdi. Lakin burada iş əksinə baş verir. Tanımadığı adama birbaşa külli miqdarda narkotik vasitə təslim edilir. Bu hal da məsələnin absurd olan bir digər tərəfidir. Üçüncüsü, ümumiyyətlə onlayn platformalarda narkotik vasitə alqı-satqısı çox riskli bir şeydir. Çünki narkotik vasitəni təklif edən tərəfin özünün də ifşa olaraq həbs edilmə ehtimalı var. İlleqal şeylərin (narkotik vasitələr, qadın ticarəti, uşaq ticarəti və s.) satışı əsasən internetin qara hissəsi deyilən və müxtəli şifrə və parollardan istifadə edilməklə daxil oluna bilən internet istifadəçiləri arasında bilinən adı “DARKWEBB’’ (ad şərtidir) və bu kimi olan platformalarda həyata keçirilir. Çünki oradaki insanların həbs edilmə kimi bir qorxusu yoxdur. Ancaq Təqsirləndirilən şəxs1 narkotiki təklif edən İran vətəndaşının davranış tərzinə baxdığımızada həmin şəxsin elə ilk söhbətdən narkotik vasitə daşımağı və satmağı təklif edə biləcək qədər rahatlıqda biri olduğunu görürük. Halbuki, heç görmədiyi, ilk dəfə tanış olduğu, kimliyini bilmədiyini bir şəxsə narkotik alverçisi olan birinin bu qədər rahatlıqla bir şey təklif etməsi reallıqda mümkün deyil. Çünki Təqsirləndirilən şəxs1 özünün polis olma ehtimalı vardır. Düşünün ki, Təqsirləndirilən şəxs1 polisdir və bu narkotik alverçilərinə qarşı özünü alıcı, daşıyıcı və satıcı kimi təqdim edir. Görürük ki, qarşı tərəfin belə bir qorxusu yoxdur. Çünki özünü İran vətəndaşı kimi təqdim edən bu şəxs ya polisdir, ya da polisin agentidir. Bu qədər rahat davrana bilməyin ikinci bir adı yoxdur. Dördüncüsü, digər bir məqam da budur ki, müdafiəçi olaraq mən bunu son çıxışımda xüsusi olaraq vurğuladım. Whatsapp telefon danışıqları 4 nəfərin (Ədil, Ağalar, Qoşqar və İran vətəndaşı) arasında gedir. Whatsapp serveri Azərbaycanda olmadığından həmin serverə nəzarət eləmək və danışıqları tutmaq mümkün deyil. Necə ola bilər ki, 4 nəfər yalnız whatsappdan istifadə etməklə bir-biri ilə əlaqə saxlasın, bunlardan 3-ü həbs edilsin və İran vətəndaşı ortadan yox olsun? Digər tərəfdən necə ola bilər ki, yalnız whatsappdan istifadə etməklə danışıq olsun və polis tərəfindən bu müəyyən edilsin? Halbuki, məhkəmədə ifadə verərkən hadisənin əsas aparıcısı polis Şahid12 heç bir telefon dinləməsinin olmadığını bildirmişdi. Əgər bu 4 nəfərdən 1-i polisin agenti deyildirsə, polis də whatsapp danışıqlarını görə bilmirsə və dinləyə bilmirsə bu işdən necə xəbəri oldu? Aydındır ki, özünü İran vətəndaşı kimi təqdim edən şəxs ya polisdir, ya da polisin agentidir. Başqa cür olması mümkün deyildir. Çox təəssüflər olsun ki, bu nüansı məhkəmədə bildirdiyim zaman dövlət ittihamçısı tərəfindən replika olaraq bildirildi ki, “əgər həmin şəxs polisdirsə, və ya polis agentidirsə bunu sübut elə”. Elə hallar vardır ki, onun faktiki sübuta ehtiyacı yoxdur. Yəni, o hal üçün mütləq bir dəlil tapmalısan demək deyildir. Belə hallarda bizə verilən ağıl və məntiq kifayət qədər dəlildir. Misal üçün “ dağın başında 3 nəfər cinayət törətmək üçün vədələşirsə və bunun səhəri günü bunlardan 2 nəfər cinayət törədərkən həbs edilib biri yoxa çıxır və ya həbs edilmirsə”deməli 3-cü adam xaindir və ya satqındır. Bu halı sübut etmək üçün xüsusi faktlara ehtiyac yoxdur. Qanunverici orqan da ona görə hakimlər üçün əlavə bir subüt mahiyyəti daşıyan və belə hallara qiymət vermək üçün istifadə edilən daxili inam məsələsini qanunvericiliyə daxil edib. Hazırki iş də bunun kimidir. 4 nəfərin yalnız whatsappdan istifadə etməklə danışması və bunun nəticəsində 3 nəfərin tutulub bir nəfərin yox olması onu göstərir ki, 4-cü adam polis və ya polisin agentidir. Beşincisi, ifadələr. Verilən ifadələrin xülasəsindən görünür ki, bu hadisə tam polis nəzarətin baş verən hadisədir. Əvvəla başlayaq polis ifadələrindən: Şahid11 bildirir ki, Əməliyyat qrupu yaradıldıqdan 30 dəqiqə sonra Təqsirləndirilən şəxs3 gəldiyi maşını 5 dəqiqə izləyib saxladıq. Bunun əksinə Şahid12 bildirir ki, əməliyyat qrupu yaradıldıqdan sonra 1.5-2 saat Biləsuvar rayonunu axtardıqdan sonra Ağaların maşınını tapdıq və dərhal saxladıq. Bunun əksinə ifadə verən Şahid13 bildirir ki, Şahid12 mənə Biləsuvar rayonu Gömrük dairəsi ərazisinə maşın gələcəyini və onu saxlamaq üçün oraya getmək lazım olduğunu bildirdi. Bunun əksinə ifadə verən Şahid14 avtomobili dəqiqləşdirmək üçün 5-10 dəqiqə təqib etdiklərini bildirmişdir. Göründüyü kimi eyni əməliyyatda iştirak edən və ard-arda iki maşında hərəkət edən 4 polis əməkdaşının ifadələrinin hamısı bir-birinə ziddir. Həm də bu ziddlik çox yüksək dərəcədədir. Biri 5 dəq sonra saxladıq deyir, biri 1-2 saat axtardıq deyir. 1-2 saat axtardığını iddia edən şəxs digər şəxsə tam olaraq avtomobilin gələcəyi yeri deyir. Əslində bütün sübutları kənara qoysaq bu ifadələr arasındakı ziddiyət belə bizə məsələnin iç üzünü çox açıq-aşkar göstərir. Bundan başqa sürücü Şahid10 Təqsirləndirilən şəxs3 ifadəsində verilən məsələni tam təsdiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 “Şuşa, Bəhrəmtəpə, Biləsuvar” yazısı olan yerdə 15-20 dəqiqə dayandığını, sellofan torbanı alıb maşına əyləşdikdən 500 metr getməmiş polis əməkdaşlarının onları saxladığını göstərir. Taksi sürücüsü də, bu halı tam təsdiq edir. Yəni, hüquqi savadı olmayan taksi sürücüsü verdiyi ifadədə, “4 nəfər polis əməkdaşından yalnız Şahid13” dedikləri ilə eyni məzmunlu ifadə verir. Çünki Şahid13 YPX əməkdaşı olduğundan əməliyyat axtarış fəaliyyəti həyata keçirən polis işçiləri kimi qanunvericiliyi və tövsif məsələlərini bilmədiyindən doğru ifadə vermişdir. Digər 3 polis əməkdaşı isə bir-birinə zidd ifadələr verməklə əslində İran vətəndaşının kim olduğunun tərəfimizdən müəyyən edilməyinə şərait yaratmışlar. (Əgər ədalətli baxarsaq) Digər bir hal isə, Şahid12 məhkəmədə bildirmişdir ki, heç bir telefon dinləməsi aparılmamışdır. Maraqlısı odur ki, heç bir telefon dinləməsi aparılmadığı, Təqsirləndirilən şəxs3 təsadüfi bir taksi sürücüsü ilə gəldiyi, yolda heç kimlə danışmadığı və hara getdiyini yalnız Təqsirləndirilən şəxs1 bildiyi halda, getdiyi yerdə dərhal polis tərəfindən yaxalanmışdır. Məhkəmə protokollarında polislərin və sürücünün dindirilməsi zamanı verilən sualları və cavablarını müqayisə edərək nəticəyə gəlmək çox rahatlıqla mümkündür. Bütün şahid ifadələrini bir-bir qeyd edərək aralarındakı ziddiyyətləri təhlil etmək eyni məsələ üzrə təkrarçılıqdan başqa bir şey yaratmayacağından məhkəmənin daxili inamına həvalə edirlər. Altıncısı, məhkəmədə çıxışım zamanı göstərmişdim ki, “Təqsirləndirilən şəxs2nа verilmiş ittihаmlа Lənkərаn Аğır Cinаyətlər Məhkəməsinin xx.xx.2021-ci il tаrixli hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü mаddələri аzаdlıqdаn məhrumetmə cəzаsınа məhkum edilmiş Əlibəyli Аmin Fаzil оğlu ittihаm аrаsındа uyğunluğа fikir verilməsinə diqqət yetirməyi məhkəmənin nəzərinə çаtdırmаq istəyir.Belə ki, həmin hökmdən görünür ki, məhkum İrаn İslаm Respublikаsı sаkini-şəxsiyyəti məlum оlmаyаn şəxslə qаbаqcаdаn əlbir оlub bir qrup şəxs hаlındа sаtış məqsədi ilə qаnunsuz оlаrаq külli miqdаrdа metаmfetаmini əldə etməsi, sаxlаnmаsı və dаşınmаsı ilə bаğlı rаzılığа gəldikdən sоnrа Biləsuvаr gömrük аvtоmоbil yоlunun kənаrındаkı yоl nişаnın yаnındа gizlədilmiş külli miqdаrdа metаmfetаmini götürərkən Biləsuvаr Pоlis Şöbəsinin cinаyət аxаtаrış bölməsinin əməliyyаt müvəkkilləri Sаdıqоv Əli Əlizаdə оğlu və Şükürоv Nurlаn Kаmаl оğlu tərəfindən tutulаrаq Biləsuvаr rаyоn Pоlis Şöbəsinə gətirilmişdir.Hаzır ki, bаxılаn iş üzrə də həmin ssenаri əsаsındа Əliyev Аğаlаr Hаbil оğlu eyni əməliyyаt müvəkkilləri Sаdıqоv Əli Əlizаdə оğlu və Şükürоv Nurlаn Kаmаl оğlu tərəfindən Biləsuvаr gömrük аvtоmоbil yоlunun kənаrındаkı eyni yоl nişаnının аltındаn külli miqdаrdа metаmfetаmini götürdükdən sоnrа tutulаrаq Biləsuvаr rаyоn pоlis şöbəsinə gətirilmişlər. Nədir burаdа İrаn vətəndаşı Аzərbаycаn vətəndаşlаrınа nаrkоtik vаsitənin sаtışı ilə bаğlı məlumаtı ötürən kimi аdlаrı göstərilən əməliyyаt müvəkkilərinə əməliyyаt məlumаtı dаxil оlur. Bu mənbənin kimliyi nə istintаq nə də məhkəmə istintаqı zаmаnı аrаşdırılmаmışdır. Burаdаn аçıq аydın görünür ki, bu qədər оxşаrlığın оlmаsı оnu göstərir ki, hadisə polisin nəzarəti altında və polisin təhriki altında baş vermişdir” Göründüyü kimi iş o yerə gəlmişdir ki, artıq polislər və polis agentləri başqa yerə getməyi də əziyyət hesab edirlər və eyni nişanın altında bizim bildiyimiz 2-ci əməliyyatı keçirir və başqa şəxsi də eyni formada həbs edirlər. Çox təəssüflər olsun ki, bu halın geniş yayılmasının əsas səbəbkarlarından biri də bu formada polis təhrikinə diqqət yetirməyərək qərar qəbul edən məhkəmələrdir. Yeddincisi, Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Cinаyət Kоllegiyаsının M.C.А-оğlunun CM-nin 234.2-ci mаddəsilə məhkum оlunmаsınа dаir iş üzrə 0N mаrt 2013-cü il tаrixli qərаrındа (Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Bülleteni №2, 2013) göstərmişdir ki: şərh edilən məsələyə Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda isə etiraf olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməz. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri də onlara “Vanyan Rusiya Federasiyasına qarşı” iş üzrə qərarın işığında baxdıqda, şəxsi əslində törətmək niyyətində olmadığı cinayətə sövq edən hərəkətlər olaraq çıxış etməməli, yəni şəxsin cinayət kimi qiymətləndirilən əməli müstəsna olaraq polisin təhriki ilə törədilmiş hərəkətlərdən ibarət olmamalıdır. Nəzarət qaydasında malın alınması kimi əməliyyataxtarış tədbirinin gedişində şəxsin onda olan narkotik vasitəni polis əməliyyatına cəlb edilmiş şərti alıcıya “satması” da, şəxsin bu əməliyyatadək, yəni polisin müdaxiləsi olmadan törətdiyi kriminal hərəkətlərinin ifşa edilməsi üçün həyata keçirlən tədbir kimi nəzərdən keçirilməlidir. Məsələn, qanunsuz olaraq narkotik vasitə saxlayan şəxs şərti alıcı vasitəsi ilə nəzarət qaydasında malın alınması əməliyyatının gedişində ifşa olunursa, məsuliyyət yaradan kriminal davranış kimi həmin şəxsin qanunsuz olaraq narkotik vasitəni saxlaması və bunu məhz satış məqsədi ilə etməsi çıxış edir, narkotik maddənin əməliyyatın gedişində şərti alıcıya “satılması” isə onun əməliyyatadək (polisin müdaxiləsi olmadan) törəmiş olduğu həmin cinayətini (satış məqsədi ilə narkotik vasitəni saxlamasını) ifşa etməyə kömək edən vasitə rolunu oynayır və şübhəsiz ki, şəxsin başqa (polisin müdaxiləsi olmadan törətdiyi) kriminal hərəkətləri müəyyən edilmədiyi halda özüözlüyündə cinayət məsuliyyəti yaradan əməl olaraq qiymətləndirilə bilməz (həm də ona görə ki, əməliyyatın gedişində narkotik vasitənin şərti alıcıya “satılması” zamanı, sözün əsl mənasında, yəni ictimai təhlükəli xarakter daşıyan narkotik vasitənin satışı, yayılması kimi əməl baş tutmur, əksinə bu vəziyyətdə “narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması”nda özünü göstərən əməliyyat axtarış orqanının fəaliyyəti mövcud olur). Başqa sözlə, əməliyyat-axtarış tədbiri provakasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılmasını” deyil, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həm əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırlmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini (tərətməyə hazırlaşdığını) göstərən əsaslar yoxdursa və törədilmiş əməl, elcə də şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polis provakasiyasının nəticəsidirsə, şəxsin məsuliyyətə cəlb edilib cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Bununla da Tərtər Hərbi Məhkəməsi həm, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol vermiş, həm Avropa İnsan Hüquqları Məhkəməsinin, həm də 03 aprel 2019-cu il tarixli Respublikası Prezidentinin fərmanının göstərişlərinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 200N-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanında bu məsələyə toxunulmuş və Azərbaycan Respulikasının Ali Məhkəməsinə, apelyasiya məhkəmələrinə AİHM-nin presedent hüququnun öyrənilməsi işinin təşkili və məhkəmədə tətbiqi təcrübəsinin həyata keçirilməsi bildirilmişdir. Həmçinin 03 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölkəmizdə presedent hüququnun məcburi olması və vahid məhkəmə təcrübəsinin formalarşdırılması təmin edilmiş və yuxarı instansiya məhkəmələrinin qərarları eyni mahiyyətli iş üzrə aşağı instansiya üçün məcburi hala gəlmişdir. Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Cinаyət Kоllegiyаsının 0N mаrt 2013-cü il tаrixli, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə verdiyi qərardakı anlayışlar aşağı instansiyalar üçün məcburi olduğu halda, Tərtər Hərbi Məhkəməsi bunun əleyhinə getmiş və yalnış nəticəyə gəlmiş və Avropa İnsan Hüquqları və Ali Məhkəmənin verdiyi anlayışlara və dolayısı ilə Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan qərar qəbul etmişdir. Hesab edir ki, bütün bu dəlillər kifayət qədər əsas verir ki, 4-cü şəxsin polis agenti olması sübut edilsin. Məsələnin ikinci tərəfinə gəldikdə bildiririk ki, məhkəmə təhrik mövqeyində müdafiə tərəfi ilə razılaşmasa belə, yenə də tövsif səhvinə yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs2 əməli tam araşdırılmadan tövsif edilmişdir. Hadisənin başından sonunadək Təqsirləndirilən şəxs2 nə narkotik satmaqda, nə də ondan pul almaqda hər hansı marağı olmamış və belə bir ifadə keçməmişdir. Çünki Təqsirləndirilən şəxs1 2000 manata ehtiyacı olduğunu və İran vətəndaşı tərəfindən ona təklif gəldiyini Təqsirləndirilən şəxs2 bildirmiş, Qoşqar da ona kömək edə bilməyəcəyini söyləmiş, daha sonra Təqsirləndirilən şəxs3lə danışanda bu yadına düşmüş və Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 tanış etmişdir. Lakin bu tanış etməkdən məqsəd gəlir əldə etmək yox, Təqsirləndirilən şəxs1 kömək etmək olmuşdur. Müdafiə tərəfi olaraq hesab edirik ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3ı tanış edən zaman sadəcə qeyri-müəyyən bir təklif olduğundan və hadisənin yerdə qalan hissəsi Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs1 arasında davam etdiyindən Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin nə 234.4.1, nə də 234.4.3-cü maddələrinin tərkibini yaratmır. Çünki burada Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə narkotik daşıma və ya satmasında vahid niyyəti yoxdur. Həmçinin, burada o köməkçi kimi CM-nin 32.5-ci maddəsinin də tətbiqi dairəsinə düşmür, Çünki Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə görə, Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Təqsirləndirilən şəxs2 əməli ona görə köməkçilik kimi də qiymətləndirilə bilməz ki, köməkçilik artıq qrup yarandıqdan sonra olan məsələdir. Yəni, qrup yaradılır və vəzifələr bölüşdürülür. Halbuki, Təqsirləndirilən şəxs2 nəinki qrup yaratmaq və orada iştirak etmək, ümumiyyətlə heç bir vəzifəsi və köməyi yoxdur. O sadəcə, Ədillə Ağaları hadisənin ehtimal edilən lakin faktiki olmayan cinayəti törədib-törədə bilməməsi hissəsində tanış etmişdir. Müdafiə tərəfi olaraq bu halda hesab edirik ki, ən yaxşı halda Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 307.1-ci maddəsi, “Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə” kimi tövsif edilməlidir. Burada da, bir məsələ vardır ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 tanış edən zaman cinayətin kateqoriyası bəlli olmadığından, cinayətin az-ağır cinayətlər kateqoriyasına aiddiyyatı da mümkün ola biləcəyindən Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arasında olan söhbətlərdən görünür ki, söhbət narkotik vasitənin satışından deyil, onun bir yerdən başqa yerə çatdırılmasından gedir. Çünki cinayət işindən də göründüyü kimi Təqsirləndirilən şəxs3 sellofan torbanı bir yerdən başqa yerə aparmaq vəzifəsi verilmişdir. Yəni, o narkotiki satmaq üçün deyil, başqa şəxsə verməli və bunun müqabilində pul almalı idi. Buna görə, Təqsirləndirilən şəxs3 əməli ən yaxşı halda CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli idi. Buna görə də, digər tövsiflər də dəyişəcəkdi. Bundan əlavə burada məhkəmənin diqqət yetirmədiyi bir işgəncə faktı da mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs3 ifadəsində polislərin onu yaxaladıqdan sonra polis şöbəsində müharibədən yaralı olan qolunu sıxaraq əziyyət verdiklərini və qanunsuz olaraq Təqsirləndirilən şəxs1 ilə danışıb onu ifşa etməsini və dolayısı ilə özünə qarşı ifadə verməsini və öz əleyhinə sübut yığmağa məcbur edilməsini göstərmişdir. Bu hal tam təsdiqini tapmışdır. Belə ki, hər iki təqsirləndirilən şəxs də eyni yöndə ifadə vermiş, daxil olan zəng və whatsap danışıqları da bunu təsdiq etmişdir. Yəni, məhkəmə qəbul etmişdir ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulan zaman heç bir hüququ ona izah edilmədən, vəkil təmin edilmədən, bütün hüquqlarından məhrum edilmiş halda, həmçinin məcburi qaydada polisin yanında Təqsirləndirilən şəxs1 ilə danışmağa məcbur edilmiş, bəlkə də, gələcəkdə ad vermədən sadəcə CM-nin 234.1-ci maddəsi ilə cəza alacaqkən özünün əleyhinə ifadə vermiş, sübut toplamış və istintaq orqanı da həmin sübutlardan istifadə edərək çox ağır ittiham vermişdir. Bu hala məhkəmə qiymət verməmiş, açıq-aşkar müdafiə hüququ pozulmuş və işgəncə verilmiş şəxsin hüququnu pozan şəxslər barəsində xüsusi qərardad çıxarmamış, şübhəli şəxsin öz əleyhinə topladığı sübutları sübut siyahısından çıxarmamış və bununla da ədalətsiz qərar qəbul etmişdir. Çox təəssüflər olsun ki, məhkəmə göstərilən xüsuslardan heç birini nəzərə almamış, tövsif səhvinə yol vermiş və Təqsirləndirilən şəxs2 barəsində ədalətsiz qərar qəbul etmişdir. Odur ki, Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 saylı hökmünü ləğv edərək Təqsirləndirilən şəxs2 ittiham edilən əmələ CPM-nin 39.1.2-ci maddəsini tətbiq etməklə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 verdikləri apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X1N apellyasiya protestinin təmin edilməməsini, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X9 apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya protestinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.4-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, dövlət itthamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya protestində və apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs1 CM-in 32.4, 234.4.3 və 330.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 234.4.3-cü maddələrində və Təqsirləndirilən şəxs3 CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs1 əməlini CM-in 32.4, 234.4.3 və 330.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlini CM-in 32.5, 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 əməlini CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlini CM-in 32.4, 234.4.3 və 330.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlini CMin 32.5, 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, Dövlət itthamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-in 180.2.4, 32.4, 234.4.3 və 330.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 CM-in 234.4.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin N2 və 70-ci maddələrinin müddəaları xaric edilməklə hər üçünə ittiham olunduqları maddələrin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs1 CM-in 32.4, 234.4.3-cü maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 CM-in 32.5, 234.4.3-cü maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya protestinin və şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protestinin dəlilləri qismən əsaslı olduğundan bu həddə təmin edilməli, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə apellyasiya protestinin Təqsirləndirilən şəxs1 CM-in 180.2.4 və 330.1-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək, bununla bağlı aşağıdakıları bildirir. Belə ki, təqsirləndirilən şəxs Ədil Sаdıqzаdə birinci instansiya məhkəməsinin istintаqı zаmаnı ifаdəsində göstərmişdir ki, оnun Zərərçəkmiş şəxs1dаn mobil telefonu аlmаqdа məqsədi sоnuncunun əsgər yoldaşı Fərid Bаbаxnоvdаn аldığı, əslində Elvin Baxışоvа məxsus оlаn mobil telefonu Kənаn Murаdоvdаn geri alıb Elvin Bаxışоvа qaytarmaq və ya Şahid2 mobil telefonunun dəyərini Kənаn Murаdоvdаn аlaraq Şahid2 vermək olmuş, Kənаn Murаdоvun telefоnunu özünün əmlаkınа keçirmək fikri оlmаmış, həmin telefоn özü də dаxil оlmаqlа bütün əsgərlərin istifаdəsində оlmuş, həmin telefоndаn əsgərlərin hаmısı evləri üçün dаnışmаq üçün istifаdə etmişlər, həmçinin özüdə həmin telefоnlа dəfələrlə evləri ilə dаnışmışdır.О, dаhа sоnrа göstərmişdir ki, Kənаn Murаdоvdаn аldığı telefоnu cibinə yоx, qurutmа оtаğındа pəncərənin qаrşısınа qоyub çölə çıxmış, аdını xаtırlаmаdığı gizir həmin telefоnu bölük kоmаndiri Tаleh İbrаhimоvа çаtdırmış, sоnuncu dа Kənаn Murаdоvа xidmət vаxtı smartfon tipli telefon işlətməsini irаd tutmuş və telefonu sındıracağını demişdir. Bundаn sоnrа gizir Kənаn Murаdоv mоbil telefonun sındırılmаsınа rаzılıq vermiş, Tаleh İbrаhimоvdа Kənаn Murаdоvun gözlərinin qarşısında həmin mobil telefonu sındırmışdır. Bundan əlavə iş üzrə zərərçəkmiş şəxs Kənаn Murаdоv ibtidаi istintаq zаmаnı ifаdəsində, cibindən “Sаmsunq А 21 S” mаrkаlı smаrt mоbil telefоnu çıxаrtdığı zаmаn Ədil Sаdıqzаdənin telefоnu əlindən аlıb cibinə qоyduğunu göstərsədə, məhkəmə bаxışı zаmаnı ifаdəsində telefоnu əlindən аldıqdаn sоnrа Ədil Sаdıqzаdənin telefоnu cibinə qоyduğunu bildirməyərək ifаdəsində göstərmişdir ki, cibindən mоbil telefоnu çıxаrtdığı zаmаn Ədil Sаdıqzаdə telefоnu оnun əlindan almış, sоnuncuyа dəfələrlə telefоnunu qаytаrmаsını deməsinə bаxmаyаrаq Ədil Sаdıqzаdə оnа telefоnu geri qаytаrmаmış, «sən nə üçün bizim çevik hərəkət bölüyünün əsgərlərini 20-ci sərhəd zаstаvаsındа оlduqlаrı zаmаn telefоn işlətmələrini zаstаvа rəisinə deyib оnlаrı sаtmısаn» demişdir. …Elvin Bаxışоv оnunlа Ədilin аrаsınа girib оnun sinə nаhiyəsindən geriyə itələmiş, … Ədil Sаdıqzаdə оnа telefоnun əsgər Şahid2 məxsus mobil telefonu оlmаsını, həmin mоbil telefоnu Elvin Bаxışоvа qaytarmаsını, оnа məxsus mobil telefonu isə əvəzində özünə qaytarmаsını demədən оnun burun nаhiyəsinə qəsdən 2 yumruq zərbəsi vurmuş,…hаdisədən təxminən 1 saat sonra bölük komandiri Tаleh İbrаhimоvun оnu yаnınа çağırmış, оnа mobil telefonun оndа оlduğunu, həmin telefоnu icаzəsiz gəzdirdiyi üçün ya sındıracağını, ya da məruzə edəcəyini demiş, о əvvəlcə bölük kоmаndirinə yuxаrı kоmаndаnlığа məruzə etməsini bildirsədə sоnrа bölük kоmаndirinə həmin mоbil telefоnu sındırıb atmasını, yuxаrı kоmаndаnlığа məruzə etməməsini demişdir. Şаhid Elvin Bаxışоv məhkəmə bаxışı zаmаnı ifаdəsində göstərmişdir ki, Kənаn Murаdоv həqiqətən оnа məxsus telefоnu Fərid Bаbаxаnоvdаn аlmış, lаkin о, əsgər Ədil Sаdıqzаdəyə Kənаn Murаdоvun Fərid Bаbаxаnоvdаn аldığı telefоnu geri аlıb özünə qаytаrmаsını deməmiş, həmçinin Əli Аbdullаyevə telefоnu kimin verməsini bilməmişdir. Оnun ifаdəsi elаn оlunduqdаn sоnrа Ədil Sаdıqzаdənin Kənаn Murаdоvdаn аldığı mоbil telefоnu Əli Аbdullаyevə verdiyini gördüyünü təsdiq etmişdir. İş üzrə ibtidаi istintаq zаmаnı dindirilmiş şаhid Аbdullаyev Əli Elxаn оğlu ibtidаi istintаq zаmаnı ifаdəsində Ədil Sаdıqzаdənin Kənаn Murаdоvdаn аldığı telefоnu оnа verdiyini göstərsədə, Əli Аbdullаyev ölkə hüdudlаrındаn kənаrdа оlduğunu bildirərək məhkəmə iclаsındа iştirаk etməyinin mümkün оlmаdığını, «WhаtsApp» prоqrаmı vаsitəsilə məhkəməyə ünvаnlаdığı ərizəsində Ədil Sаdıqzаdənin оnа telefоn vermədiyini bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Ədil Sаdıqzаdə məhkəmə istintаqı zаmаnı Elvin Bаxışоvа məxsus telefоn Kənаn Murаdоv tərəfindən аlınmаzdаn əvvəl əsgərlərlə yаnаşı özüdə evləri ilə həmin telefоnlа dаnışdığını göstərərək, dаhа sоnrа Elvin Bаxışоvun оndаn Kənаn Murаdоv tərəfindən аldığı mоbil telefоnu geri qаytаrmаsını xаhiş etdiyini bildirmiş, Elvin Bаxışоv isə ifаdəsində həqiqətən оnun Kənаn Murаdоv tərəfindən аlınmış mоbil telefоnundаn telefоn аlınmаmışdаn əvvəl əsgərlərin evləri ilə dаnışmаq üçün istifаdə etdiklərini bildirməklə Ədil Sаdıqzаdənin bu fikrini təsdiq etmiş, Ədil Sаdıqzаdədən isə оnа məxsus mоbil telefоnu Kənаn Murаdоvdаn аlğb оnа geri qаytаrmаsını nə məhkəmə istintаqı zаmаnı, nə də ibtidаi istintаq zаmаnı demədiyini bildirmiş, Kənаn Murаdоvdа Ədil Sаdıqzаdənin оnа Elvin Bаxışоvа məxsus telefоnu geri qаytаrdığı hаldа özünə məxsus telefоnu оnа geri qаytаrаcаğını demədiyini göstərmişdir. Azərərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 1-ci bəndinə görə Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Təhlil olunan işdən bəlli olduğu kimi Ədil Sаdıqzаdənin, kiçik gizir Kənаn Murаdоvun smаrtfоn tipli mоbil telefоnunu əlindən аlmаsı və sоnuncu telefоnunun geri qаytаrılmаsını tələb etdikdə оnа zоr tətbiq etməsi fаktındа tаmаh niyyəti оlmаmışdır. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi doğru olaraq bu nəticəyə gəlmişdir ki, Ədil Sаdıqzаdə kiçik gizir Kənаn Murаdоvun əmlаkını açıq talamamış, оnun əməlində soyğunçuluq cinаyətinin tərkib əlаməti yоxdur. Ədil Sаdıqzаdə Kənаn Murаdоvun Elvin Bаxışоvа məxsus mоbil telefоnu Fərid Bаbаxаnоvdаn аldıqdаn sоnrа həmin mоbil telefоndаn həm əsgərlər, həm də özü evləri ilə dаnışmаq üçün istifаdə etmələri səbəbindən 29 sentyаbr 2021-ci il tаrixdə sааt 18 rаdələrində Kənаn Murаdоvа məxsus mоbil telefоnu sоnuncunun əlindən Elvin Bаxışоvа məxsus mоbil telefоnu geri qаytаrmаsı əvəzində аldıqdаn sоnrа Kənаn Murаdоv telefоnunu geri istəyərək Ədil Sаdıqzаdə ilə аrаlаrındа yаrаnmış mübаhisə zаmаnı Аzərbаycаn Respublikаsı Silаhlı Qüvvələri Dаxili Xidmət nizаmnаməsinin 38 və 138-ci mаddələrinin «əsgər kоmаndirlərə və böyüklərə hörmət göstərməli, hərbi nəzаkət və dаvrаnış qаydаlаrınа riyаət etməlidir» kimi tələblərini pоzub zərərçəkmiş şəxs Kənаn Murаdоvun burun nаhiyəsinə 2 yumruq zərbəsi vurub «hər iki gözаltındа qаnçır» diаqnоzu ilə müşаyiət оlunаn sаğlаmlığа zərər vurmаyаn xəsаrətlər оlduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsаrətləri yetirməklə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zаmаnı rəisə qаrşı təkrаrən zоr tətbiq etmişdir. Təqsirləndirilən şəxslərin müdafiəçilərinin apellyasiya şikayətlərinin dəlilllərinə gəldikdə isə kollegiya şikayətdə sadlanan dəlilləri əsaslı bilmir. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-14N-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddəsinin şərh edilməsi haqqında” 12 may 2009ci il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Eyni hüquqi mövqedə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayəti üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş normaların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclasında mümkün olan sübutları araşdırmalı, onlara müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Hazırda birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxslərin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, verdikləri ifadələrlə, eksperiza rəyləri, üzləşdirmə protokollar, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxslər Ədil Sadığzadənin CM-in 32.4, 234.4.3 və Təqsirləndirilən şəxs2 CM-in 32.5, 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilərək şərh edildiyindən, həmçinin işə baxan apellyasiya məhkəməsinin cinayət kollegiyası bu sübutların mötəbərliyi ilə razılaşdığından məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. Yuxarıda şərh olunanlardan aydın olur ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 barələrində CM-in N2-ci və və Təqsirləndirilən şəxs3 barəsində 70-ci maddələrinin müddəaları xaric edilməklə hər üçünə ittiham olunduqları maddələrin sanksiyası həddində cəza təyin edilməsi ilə bağlı dəlillərinə də münasibət bildirməyi zərir bilir. Belə ki, CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və N0-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Birinci instansiya məhkəməsinin hökmünə görə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in N2-ci maddəsini tətbiq etməklə onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdən tutulmuş cəzadan daha aşağı həddə, eləcədə Təqsirləndirilən şəxs3 barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə cəza təyin edərkən onların törətdiyi cinayətlərin məqsəd və motivini, cəzаsını yüngülləşdirən hаllаrın məcmusunu, cəzasını ağırlaşdıran halların olmamasını, cinаyəti törətdikdən sоnrа zərərçəkmiş şəxslərlə bаrışmаsını, zərərçəkmiş şəxslərin оnа qаrşı heç bir şikаyət və tələblərinin оlmаmаsını, nаrkоtik vаsitə və psixоtrоp mаddə pоlis əməkdаşlаrı tərəfindən ələ keçirildiyindən fаktiki оlаrаq ictimai maraqların pozulmаmаsını nəzərə аlаrаq оnun törətdiyi əməlin və özünün şəxsiyyətinin ictimаi təhlükəliliyinin təhlükəliliyinin əhəmiyyətli dərəcədə аzаlmаsını, cinаyətin üstünün аçlmаsınа və cinаyətin digər iştirаkçılаrının ifşа edilməsinə fəаl kömək etməsini оnun аrtıq islаh yоlundа оlduğunu göstərən müstəsnа hаllаr kimi qiymətləndirmişdir. CM-in N2.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. CM-in 70.2-ci maddəsinə görə Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, eləcədə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Şərti tətbiq etmədə isə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğu. CM-in N2-ci maddəsinə münasibətdə birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimaitəhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in N2.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CMnin N2.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in N2.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in N2.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in N2-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CM-in N2.1 və N2.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in N2.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in N2-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in N2-ci və 70-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in N2.1-ci və 70-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in N2-ci və 70-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas vermişdir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar onların heç də müstəsna hallar kimi qiymətləndirilməsi, yəni təqsirləndirilən şəxslərin barəsində CM-in N2-ci və 70-ci maddəsinin tətbiq edilməsinin düzgün olması barədə fikir yürütmək üçün kifayət etmir. Digər tərəfdən təhlil olunan işdən aydın olur ki, hər iki əsgər xidmət yeri üzrə mənfi xarakterizə olunur. Bundan başqa Məhkəmə tərəfindən məhkum Аğаlаr Əliyevə nisbətdə şərti məhkum etmə ilə bаğlı çıxаrılmış bu hökm hüquqi əsаs kimi bütünüklə məhkəmə tərəfindən təqsirdirlən şəxsin Vətən mühаribəsində iştirаkınа söykənmişdir. Məhkəmə məhkumа cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq cəza təyini zamanı А.Əliyev tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bununla da, ona yüngül çəzа növü CM-nin 70-ci mаddəsi tətbiq edilməklə 2 il şərti cəza təyin olunmasını əsаslаndırа bilməmişdir. Göründüyü kimi, Аğаlаr Əliyevin törətdiyi cinаyət əməlləri Vətən mühаribəsindən sоnrа bаş vermişdir. Оnun Vətən mühаribəsində iştirаk etməsi hər hаnsı bir cinаyəti törətməyə və bu cinаyətə görə cəzаlаndırılmаmаsınа səsаs vermir. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs А.Əliyev məhz bu ölkənin vətəndаşı kimi Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 7N-cı mаddəsinin “vətəni müdаfiə hər bir vətəndаşın bоrcudur” müddəаsının tələblərinə əsаsən Аzərbаycаn Respublikаsının suverenliyi və ərаzi bütövlüyü uğrundа gedən “Vətən mühаribəsi”ndə iştirаk etməklə öz vətəndаşlıq vəzifəsini yerinə yetirmişdir. Məhkəmə А.Əliyevin hərbi qulluqçu kimi Nizаmnаmə ilə üzərinə qоyulаn vəzifələri icrа etməklə “Vətən mühаribəsi”ndə iştirаk etməsini nəzərə аlаrаq, оnun bu döyüşlərdə iştirаkını qаbаrıq şəkildə ön plаnа çəkib xüsusi fоrmаdа vurğulаmаğа çаlışmışdır. Qeyd оlunmаlıdır ki, hər bir Аzərbаycаn vətəndаşının ölkəmizin ərаzi bütövlüyü uğrundа gedən döyüşlərdə bilаvаsitə iştirаk etməsi təqdirə və ehtirаmа lаyiq bir hаldır. Bu səbəbdən А.Əliyevin döyüşdə iştirak etməsi yüksək qiymətləndirilməlidir. Lаkin, məhkəmə heç də bu xüsusаtа istinаd etməklə qаnunsuz və əsаssız qərаrlаrın qəbul edilməsinə rəvаc verməməlidir. Oxşar münasibətləri tənzimləyən məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabbr 2021-ci il tarixli 15 nömrəli qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə X5 dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də XN 19N1-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, X5 dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxslər barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli N88-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmamış daha yüngül cəza növlərinin təyin edilməsini, barələrində CM-in N2 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. CM-in 2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti. Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını \ə prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi göstərilmişdir. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 32.4, 234.4.3 və 330.3.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib barəsində CMin N2-ci maddəsini tətbiq etməklə 03 (üç) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 234.4.3-cü maddələri ilə təqsirli bilib barəsində CM-in N2-ci maddəsini tətbiq etməklə 2(iki) il müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsını təyin etməkdə, Təqsirləndirilən şəxs3 barəsində isə CM-in 70-ci maddəsini tətbiq etməkdə haqlı olmamış, məhkəmənin bu qərarı cinayət qanunun normasına, cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini qismən əsaslı sayır. CPM-in 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Nəticəvi hissə Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 CM-in 32.4, 234.4.3 və 330.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 CM-in 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 CM-in 32.4, 234.4.3 və 330.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 CMin 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Həmin hökmdən Təqsirləndirilən şəxs1 barəsində CM-in N2-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 32.4, 234.4.3-cü mаddəsi ilə 05 (beş) il 0N ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-in 330.3.2-ci maddəsi ilə təqsirli bilinərək birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 01 (bir) il 07 (yeddi) аy müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzаsı CM-in N8.1-ci mаddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü bərabər tutulmаqlа CM-in NN.3-cü mаddəsinə əsаsən təyin olunmuş cəzаlаrı qismən toplanılmaqla qəti olaraq 0N (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Həmin hökmdən Təqsirləndirilən şəxs2 barəsində CM-in N2-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 32.5, 234.4.3-cü mаddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Həmin hökmdən “Təqsirləndirilən şəxs3 barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi və ona təyin edilmiş 04 (dörd) il 11 (оn bir) gün müddətə müddətə azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi” ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs3 Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)- 1N8/2022 nömrəli hökmü ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 04 (dörd) il 11 (оn bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası icra olunsun və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 1N may 2023cü il tarixdən hesablansın. Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar