Məhkəmə qərarları › İş №1-1(107)-8/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-8/2021

17.06.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-8/2021 17.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X4, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X12 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (hakim Vidadi Nəsirov) 13 aprel 2021-ci il tarixli hökmü ilə, xx xxxxxxx 1990-cı ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Ağzıbir kəndində daimi qeydiyyatda olmaqla yaşayan, Bərdə Qarnizonu Hərbi Polisinin 2-ci Hərbi Polis dəstəsinin hərbi polis bölüyünün hərbi polis tağımının 1-ci hərbi polis manqasının patrul nəfəri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət edən, barəsində 11 yanvar 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 139-1.1-ci maddəsi ilə təqsirli bilinməsi, 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, hökmün icrasının cərimə cəzasına münasibətdə Ağdaş Rayon İcra və Prоbasiya Şöbəsinə edilməsi müəyyən edilmişdir. işin halları: Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olmaqla Azərbaycan Respublikası Silahlı X7 Hərbi Polisininin 2-ci hərbi polis dəstəsinin hərbi polis bölüyünün hərbi polis tağımının 1-ci hərbi polis manqasının patrul nəfəri vəzifəsində əsgər hərbi rütbəsində xidmət etdiyi müddətdə 12 noyabr 2020-ci il tarixdə ölkə ərazisində yayılmış koronavirus (COVİD-19) infeksiyası ilə bağlı test verdikdən sonra verdiyi testin nəticəsi müsbət çıxdığından, yəni həmin virusa yoluxduğundan 15 noyabr 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona bu barədə İTS.GOV.AZ dövlət portalı tərəfindən məlumat mesajı göndərilərək onun koronavirus infeksiyasına yoluxması barədə məlumat verildikdən sonra bu səbəbdən xidmətdə olduğu Bərdə Qarnizonu Hərbi Polisi komandanlığı tərəfindən həmin tarixdən 15 gün müddətə növbəti məzuniyyətə buraxılmaqla 16 noyabr 2020-ci il tarixdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qeydiyyata götürülərək ona ambulator müalicə təyin olunmuş, 23 noyabr 2020-ci il tarixdə isə 14 gün müddətində yaşadığı evi tərk etməməklə sanitariya-gigiyena normalarına əməl edəcəyi barədə ondan iltizam alınmaqla həmin xəstəxanadan ev şəraitində təcrid olunmaq üçün buraxılmış, bundan sonra yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə, COVİD-19 infeksiyasına yoluxduqdan sonra yaşayış yerini tərk etməməli olduğu halda, təcrid olunma qaydalarına əməl etməmiş, yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma” Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 161 nömrəli qərarının 4.5, 4.6-cı «Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır» və 4-1.2-ci «Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar» bəndlərinin tələblərini pozaraq 25 noyabr 2020-ci il tarixdə saat 10:30-da yaşadığı Ağdaş rayonunun Ağzıbir kəndindəki evindən şəxsi avtomobili ilə çıxaraq Ağdaş şəhərinə getməklə müəyyən olunmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 15:30 dəqiqədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejiminin qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması aşkar edilmişdir. Həmin hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri Müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində təqsirləndirilən şəxsə təyin edilmiş 3000 manat cərimə cəzasına Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə nəzərə tutulan ən aşağı həddən də aşağı cərimə cəzası təyin edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz verərək Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi X18 apellyasiya şikayətin təmin olunmasını, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, 27 dekabr 2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılaraq xidmət etmək üçün Yevlax Qarnizonu Hərbi Polisinə göndərilmiş və patrul nəfəri vəzifəsində xidmətini davam etdirmiş, 30 oktyabr 2019-cu il tarixdən isə Bərdə Qarnizonu Hərbi Polisinin 2-ci hərbi polis dəstəsinin hərbi polis bölüyünün hərbi polis tağımınm 1-ci hərbi polis manqasında patrul nəfəri vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir. Xidmət yerində şəxsi heyət arasında koronavirus pandemiyasma yoluxmuş şəxslər olduğuna görə komandanlığın göstərişi ilə COVİD-19 pandemiyasının yoxlanması məqsədi ilə 12 noyabr 2020-ci il tarixdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında yaxma üsulu ilə test vermiş, həmçinin test verərkən ondan əlaqə nömrəsi istənilmiş, o da istifadəsinə olan və öz adma rəsmiləşdirilmiş ***-***-**-** əlaqə nömrəsini tibb işçilərinə vermişdir. 15 noyabr 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsinə İTS.GOV.AZ dövlət portalı tərəfindən SMS bildirişi gəlmiş, həmin sms bildirişinin mətnində “sizin 12.11.2020-ci il tarixdə COVİD-19 pandemiyasnın yoxlanması məqsədi ilə verdiyiniz testin nəticəsi pozitivdir, siz və ailə üzvləriniz yaşayış yerini tərk etməməlisiniz, karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikası İnizabti Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” sözləri yazılmışdır. O, həmin bildirişin mətni ilə tanış olduqdan sonra koronavirus xəstəliyinə yoluxduğunu anlayaraq dərhal bu barədə xidmət etdiyi Bərdə Qarnizonu Hərbi Polisinin komandanlığına məlumat vermişdir. Həmçinin əlaqə telefonuna göndərilmiş həmin sms-in mətni ilə də komandanlıq tanış olduqdan sonra komandanlıq tərəfindən 15 noyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək ona müalicə olunmaq, eləcə də başqa şəxsləri də yoluxdurmamaq məqsədilə təcrid olunmaq üçün məzuniyyət verilmişdir. Sonra o, yaşadığı Ağdaş rayonunun Ağzıbir kəndinə getmiş, həmin gün Yevlax şəhər Sanitar Gigiyena və Epidemiologiya Mərkəzindən onun istifadəsində olan mobil telefonuna zəng olunmuş və ona verdiyi testin cavabının pozitiv olduğu üçün qeydiyyata alınmaq, eləcə də müalicə olunmaq məqsədilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gəlməli olduğu bildirilmişdir. Odur ki, o, 16 noyabr 2020-ci il tarixdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına getmiş və koronavirusa (COVİD 19) yoluxmuş xəstə kimi qeydiyyata alınaraq 5 gün müddətində orada müalicə olunmuşdur. 23 noyabr 2020-ci il tarixdə onun səhhətində ağırlaşma qeyd olunmadığına görə ev şəraitində müalicə almaq məqsədilə evə buraxılmışdır. Evə buraxılarkən o, həmin tarixdə xəstəxananın rəhbərliyinə iltizam vermiş və iltizamda 23 noyabr 2020-ci il tarixdə xəstəxanadan ev şəraitində fərdi təcrid olunmaq üçün buraxıldığını, 14 gün müddət ərzində yaşadığı evi tərk etməyərək sanitariya gigiyeniya normalarına, epidemiya əleyhinə və xüsusi karantin rejimi qaydalarına riayət edəcəyi, qeyd etdiyi normaları və qaydaları pozacağı halda Azərbaycan Respublikası Cinayət və İnzibati Xətalar Məcəllələrinin müddəaları ilə cinayət və inzibati məsuliyyət daşımağı barədə qaydalarla və üzərinə qoyulan vəzifələrlə tanış olaraq iltizama imza etmişdir. Bundan sonra, o, yaşadığı Ağdaş rayonunun Ağzıbir kəndində olan evinə getmişdir. O, 25 noyabr 2020-ci il tarixdə saat 10:30-da evdən çıxıb Ağdaş şəhərində olan Ağdaş Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanaya getməkdə onun məqsədi xəstəxanadan məzuniyyət vaxtının artırılması və bununla bağlı arayış alıb xidmət yerinə təqdim etmək olmuşdur. Belə ki, o, evdən çıxarkən istifadəsində olan həmin mobil nömrəni, yəni ***-***-**-** nömrəli mobil nömrəni evdə saxlayıb digər mobil nömrələrini, yəni ***-***-**-** və ***-***-**-** nömrəli mobil nömrələrini özü ilə götürmüşdür. Xəstəxanada ona icazəsiz çölə çıxdığına görə irad tutulmuş və ona müalicəsinin 14 günü tamam olduqdan sonra özlərinin ona xidmət yerinə təqdim etmək məqsədi ilə arayış təqdim edəcəklərini bildirərək ona evə getməli olduğunu demişlər. Həmin günü saat 14:40 radələrində idarə etdiyi Chevrolet Lacetti markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə geri qayıdarkən iki nəfər polis əməkdaşının, yəni kəndin sahə inspektoru Cəmşid Məcidov və yanında bir nəfər adını bilmədiyi polis serjantının onların yaşadığı evin giriş qapısının yanında dayandıqlarını görmüşdür. Onlar onun fotoşəkillərini çəkmiş, videogörüntü ilə onu sorğu-sual edərək ondan hansı səbəbə karantin rejminin qaydalarını pozub evi tərk etməsini soruşmuşlar. O da polis əməkdaşlarına evi tərk etməsinin səbəbini bildirmişdir. Koronavirus infeksiyasının daşıyıcısı olduğu üçün 14 gün müddətində ev şəraitində təcrid olunmalı olduğu halda yaşayış yerini tərk edərək Ağdaş şəhərinə getmişdir. Bununla da, o, digər şəxslərin həmin virusa yoluxması təhlükəsini yaradaraq onların sağlamlığına da real təhlükə yaratmışdır. O, etdiyi əməldən səmimi peşmandır. Odur ki, ona cəza verilərkən bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirdi ki, o, 2010-cu ildən Ağdaş rayon Ağzıbir kənd icra nümayəndəsi vəzifəsində işləyir. 25 noyabr 2020-ci il tarixdə saat 14:25-də iş yerində olan zaman Ağdaş RPŞ-nin əməkdaşı, Ağzıbir kəndinin sahə rəisi Cəmşid Məcidov ona zəng edərək kənd sakini 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs koronavirus xəstəsi olması, evində müalicə almalı olduğu halda evini tərk etməsi barədə ona məlumat vermiş və onu Təqsirləndirilən şəxs yaşadığı evə dəvət etmişdir. O, dərhal polis əməkdaşlarının olduğu Təqsirləndirilən şəxs evinə getmiş və Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib Yevlax şəhərinə getdiyini görmüşdür. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, daha sonra isə həmin gün 15:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə idarə etdiyi Chevrolet Lacetti markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlməsi müəyyən olunmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs koronavirus xəstəsi kimi karantin rejim qaydasını pozub evi tərk edib getməsinin səbəbini soruşmuşlar. Təqsirləndirilən şəxs da xidmət etdiyi hərbi hissəyə məktub göndərmək üçün Ağdaş şəhərinə getdiyini demişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs dedikləri videogörüntüyə alınmış, fotoşəkili çəkilmiş, sonra bu barədə protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi tədqiq olunmuş şahid X8 ibtidai istintaqda verdiyi ibifadəsində bildirmişdir ki, o, 2019-cu ildən Ağdaş Rayon Polis Şöbəsinin PPXT-nin polis nəfəri vəzifədə xidmət edir. Ağdaş rayon Ağzıbir kənd və digər kənd ərazilərində COVİD-19 virusuna yoluxmuş xəstələr olmuşdur. Həmin xəstələr də ev şəraitində müalicə almışlar. O, 25 noyabr 2020-ci il tarixdə Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı Cəmşid Məcidovla birlikdə evdə müalicə olunan Koronovirus xəstələrinin vəziyyətinə dair reyd keçirən zaman həmin gün saat 14:40 radələrində Ağdaş rayon Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs evinə daxil olub onun karantin rejminin qaydalarını pozub-pozmamasmı yoxlayarkən tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib Yevlax şəhərinə getməsi müəyyən olunmuşdur. Bu barədə Cəmşid Məcidov protokol tərtib etmiş, onlar da protokola imza etmişlər. Həmin gün saat 15:30-da Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Lacetti markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gəlmişdir. O da Təqsirləndirilən şəxs karantin rejimi qaydasını pozaraq evi tərk edib getməsinin səbəbini soruşduqda Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissəyə məktub göndərmək məqsədi ilə Ağdaş şəhərınə getdiyini demişdir. Bu barədə Təqsirləndirilən şəxs dedikləri həmin an onun tərəfindən videogörüntüyə alınmış, fotoşəkili çəkilmiş, daha sonra bu barədə qanunamüvafıq olaraq protokol tərtib edilmiş və toplanmış material Cəmşid Məcidov tərəfindən raportla rəhbərliyə məruzə edilərək araşdırmanın davam etdirilməsi üçün İstintaq Qrupuna göndərilmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi tədqiq olunmuş şahid X10 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildən Ağdaş Rayon Polis Şöbəsinin İstintaq və təhqiqat bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. 25 noyabr 2020-ci il tarixdə Ağdaş rayon Ağzıbir kənd və digər kənd ərazilərində COVİD-19 virusuna yoluxmuş şəxslərin və ev şəraitində müalicə alaraq təcrid olunmalarına nəzarət edilməsi ona həvalə edildiyinə görə Ağdaş RPŞ-nin PPXT-nin polis nəfəri polis serjantı X8 ilə evdə müalicə olunan Koronovirus xəstələrinin vəziyyətinə dair reyd keçirərkən həmin gün saat 14:40 radələrində Ağdaş rayon Ağzıbir kənd sakini 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs evinə daxil olub karantin rejminin qaydalarını əməl etməsini yoxlayarkən onun tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib Yevlax şəhərinə getməsi müəyyən olunmuşdur. Bu barədə onun tərəfindən dərhal protokol tərtib edilmiş, daha sonra isə Təqsirləndirilən şəxs həmin gün 15:30-da idarə etdiyi Chevrolet Lacetti markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gəlməsi onun tərəfindən müəyyən olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs karantin rejim qaydasını pozaraq evi tərk edib getməsinin səbəbini soruşduqda, Təqsirləndirilən şəxs cavabında xidmət etdiyi hərbi hissəyə məktub göndərmək məqsədi ilə Ağdaş şəhərınə getdiyini bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs dedikləri həmin an onun tərəfindən videogörüntüyə alınıb fotoşəkili çəkilmiş, daha sonra isə bu barədə qanunamüvafıq olaraq protokol tərtib edilmişdir. Toplanmış material raportla rəhbərliyə məruzə edilərək araşdırmanın davam etdirilməsi üçün İstintaq Qrupuna göndərilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunmuş aşağıda sadalanan sənədlərlə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli bir daha sübut olunmuş və onun şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər müəyyən edilmişdir. Belə ki: -25 noyabr 2020-ci il tarixdə saat 14:40-da tərtib olunmuş protokoldan görünür ki, ünvan 1 ünvanda yaşayan koronavirus xəstəsi Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrək Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmadığını aşkar etmişlər. X13 onlara bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırda evi tərk edərək Yevlax şəhərinə xidmət apardığı hərbi polis idarəsinə getmişdir. -25 noyabr 2020-ci il tarixdə saat 15:30-da tərtib olunmuş protokoldan görünür ki, koronavirus xəstəsi ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrək Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmadığını müəyyən etdikdən sonra həmin gün saat 15:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana Şevrolet Lacetti markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobillə gəldiyini görüb bu barədə fotoşəkillər çəkilərək Samsuny markalı mobil telefonla videoçəkiliş edilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, tərk edərək Ağdaş şəhərinə getdiyini. Ağdaş şəhərində sənəd aldıqdan sonra işlədiyi Yevlax şəhərində yerləşən hərbi hissəyə göndərilməsi üçün getmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd Samsunq və 01 ədəd NOKİA markalı mobil telefonlar və həmin mobil telefonların üzərində olan Azerselə məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələr tərəflərindən götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun düzgünlüyünü imzalarla təsdiq edilmişdir. -Ağdaş rayon PŞ-nin İQ-nin baş müstəntiqi polis mayoru Azad Məmmədov tərəfindən tərtib edilmiş 25 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, cinayət işi ilə əlaqədar Ağdaş RPŞ-nin İEB-nin sahə rəisi polis baş leytenantı Cümşüd Məcidovun İQ-na göndərdiyi materiala əlavə edilmiş 01 diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdə saat 10:30 radələrindən saat 15:30 radələrinədək yaşadığı Ağdaş rayonunun Ağzıbir kəndindəki evindən çıxıb idarə etdiyi CHEVROLET LACETTİ markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə Ağdaş şəhərinə getmiş, bu hərəkətləri ilə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozaraq yeni COVİD-19 xəstəliyinin yayılması üçün real təhlükə yaratdıqdan sonra həmin avtomobiılə yaşadığı evə qayıdır. -Azərbaycan Respublikası İcbari Tibbi Sıcorta üzrə X22 Ərazi Bölmələrini İdarəetmə X26 Şəxs Ağdaş Rayon X11 Hüquqi Şəxs tərəfindən Ağdaş Rayon Polis Şöbəsinə ünvanlanmış 25 dekabr 2020-ci il tarixli 1450 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. -İcbari Tibbi Sığorta üzrə X23 Ərazi Bölmələrini İdarəetmə X26 Şəxs Ağdaş Rayon X11 Hüquqi Şəxsi tərəfindən Ağdaş Rayon Polis Şöbəsinə ünvanlanmış 12 yanvar 2021-ci il tarixli 33 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2020-ci il tarixdə Ağdaş ASM bölməsində COVİD-19 infeksiyasına görə qeydiyyata götürülüb və sahə həkimi K.Mikayılova tərəfindən ambulator müalicə təyin olunub. -Təqdim edilmiş telefona baxış keçirilərək götürülməsi haqqında 28 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd telefona baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin telefon NOKİA 110 markalı düyməli sadə telefondur, telefonun rəqəmlər olan hissəsinin rəngi silinibdir, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə COVİD-19 pandemiyasının yoxlanması məqsədilə verdiyi testin nəticəsi barədə mesaj onun həmin mobil telefonda istifadə etdiyi ***-***-**-** nömrəli mobil nömrəsinə gəlmişdir. Həmin 01 ədəd telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Telefona gələn mesajın fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. -Təqsirləndirilən şəxs tərəfindən verilmiş 28 dekabr 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdə karantin rejim qaydalarını pozduğuna görə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verdiyi Samsunq və NOKİA markalı mobil telefonları təhvil almışdır. -İş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, xx xxxxxxx 1990-cı il tarixdə Ağdaş rayonunun Ağzıbir kəndində doğulmuşdur, həmin ünvanda qeydiyyatdadır və yaşayır. -İş materiallarına əlavə edilmiş AD ******* nömrəli Şəxsi vəsiqənin kserosurətindən görünür ki, xx xxxxxxx 1990-cı ildə Ağdaş rayonunda doğulmuşdur və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdədir. -İş materiallarına əlavə edilmiş Bərdə Qarnizonu Hərbi Polisi rəisinin 30 oktyabr 2019-cu il tarixli 303 №-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 21 oktyabr 2019-cu il tarixli 0162 əç nömrəli əmri ilə Bərdə Qarnizonu Hərbi Polisinin 2-ci Hərbi Polis dəstəsinin hərbi polis bölüyünün hərbi polis tağımının 1-ci hərbi polis manqasının patrul nəfəri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Yevlax Qarnizonu Hərbi Polisindən (Yevlax rayonu) gəlmiş hesab edilərək 30 oktyabr 2019-cu il tarixdən Bərdə Qarnizonu Hərbi Polisinin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminata qoyulmuşdur. -İş materiallarına əlavə edilmiş Bərdə Qarnizonu Hərbi Polisi tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli 1632 nömrəli arayışdan görünür ki, müddətdənq artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı X7 Hərbi Polisində həqiqi hərbi xidmətdədir. -İş materiallarına əlavə edilmiş Yevlax Qarnizonu Hərbi Polisi tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, xidmət müddəti ərzində on dəfə həvəsləndirilmiş və intizam qaydasında iki dəfə cəzalandırılmışdır. -İş materiallarına əlavə edilmiş Bərdə Qarnizonu Hərbi Polisi tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. -İş materiallarına əlavə edilmiş Bərdə Qarnizonu Hərbi Polis rəisinin 15 dekabr 2020ci il tarixli 348 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs COVİD_19 xəstəliyi ilə əlaqədar ev şəraitində izolyasiyaya 15 (on beş) təqvim günü müddətinə salınmışdır. -İş materiallarına əlavə edilmiş Bərdə Qarnizonu Hərbi Polis rəisinin 16 noyabr 2020ci il tarixli 319 nömrəli əmrindən çıxarışdan görünür ki, COVİD-19 xəstəliyi ilə əlaqədar məzuniyyətə 15 (on beş) təqvim günü müddətinə Ağdaş rayonunda keçirməklə göndərilmişdir. -İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik-İnformasiya İdarəsi tərəfindən verilmiş 24 dekabr 2020-ci il tarixli 10 №-li tələbnamədən görünür ki, əvvəllər məhkum olunması ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -İş materiallarına əlavə edilmiş Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağzıbir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. -İş materiallarına əlavə edilmiş Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağzıbir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli 36 nömrəli arayışdan görünür ki, Mikayılov X1 qeydiyyatda olmaqla həmin kənddə yaşayır və arvadı: X3, qızı: X5, atası: X6 və anası: X2 ibarət ailə üzvləri vardır. -İş materiallarına əlavə edilmiş AZ-İİİ № 693159 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2015-ci il təvəllüdlü X14 adlı azyaşlı uşağı vardır. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X18 təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3000 manat cərimə cəzasına Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə nəzərə tutulan ən aşağı həddən də aşağı cərimə cəzası təyin edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilmiş, 3000 (üç min) manat cərimə cəzasına məhkum etmişdir. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibət bildirir ki, hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş real cəza tədbirlərinin tətbiq olunmaması, təyin olunmuş cəzaların şərti hesab olunması şəxsi heyətdə cəzasızlıq mühitinin hökm sürməsi fikrinin formalaşmasına və daha ağır nəticələrə səbəb olan cinayətlərin törədilməsinə gətirib çıxarmaqla yanaşı, həm də hərbi hissədə nizam-intizamın səviyyəsinin aşağı düşməsinə səbəb olur, cəzanın məqsədlərindən olan dgər şəxsləri oxşar əməllərə yol verməkdən çəkindirmək məqsədinin təsirini azaldır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün əsas görmür. Lakin, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cərimə cəzası təyin etməkdə düzgün nəticəyə gəlsə də, həmin cəzanın həddini işin faktiki hallarına, təqsirkarın şəxsiyyətinə uyğun təyin etməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən əməldən səmimi peşmanlıq hissi keçirməsini, gənc olmasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin onun əməlində ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Apellyasiya Məhkəməsi araşdırması zamanı Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının ağırlaşdıran və yüngülləşdirən əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirməyə əsas verən halları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, cəzanın məqsədlərini və islah təsirini təmin etmək baxımından Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın təqsirli bilindiyi maddənin sanksiyası həddində yüngülləşdirilməsi məqsədəuyğundur. Məhkəmə kollegiyasının fikrincə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədiyindən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən halların olmasını təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddinə cəza təyin edilməsini cəzanın məqsədlərini və islah təsirini təmin etmək baxımından yetərli sayır. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(098)-85/2021 saylı hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat cərimə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar