Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-9/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X1, təqsirləndirilən şəxs Əhmədli Sаhil Rаmil oğlunun və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs iştirakları ilə, Əhmədli Sаhil Rаmil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 332.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 11 mart N1-ci il tarixli 1(098)-55/N1 nömrəli hökmündən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovniki Xаnkişiyev Emil Əlimövsüm оğlu tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Əhmədli Sаhil Rаmil oğlunun müdаfiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rаyоn Vəkil Bürоsunun vəkili Murаdоv Оktаy Rəcəb oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (hakim Sevindik Əzizov) 11 mart N1-ci il tarixli 1(098)- 55/N1 nömrəli hökmü ilə xx xxxxxx 2002-ci il tarixdə Sаbirаbаd rаyоnu Nərimаnkənd kəndində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, subay, оrtа təhsilli, əvvəllər məhkum olunmuş, Sabirabad rayonu Nərimankənd kəndində qeydiyyatda olаn, N nömrəli hərbi hissənin təminat bölüyünün hərbi orkestrinin 2-ci manqasının musiqiçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, bаrəsində 27.11.N0-ci il tаrixdə “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkаn tədbiri seçilmiş Əhmədli Sаhil Rаmil оğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 0N (bir) il müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi, Əhmədli Sаhil Rаmil оğluna təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını intizam xarakterli hərbi hissədə, yəni Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində çəkməsi, Əhmədli Sаhil Rаmil оğlunun cəzasının əvvəlinin onun intizam xarakterli hərbi hissədə cəzasının icrasına başlandığı gündən hesablanması, hökmün icrasına nəzarətin intizam xarakterli hərbi hissənin komandirinə həvalə edilməsi, Əhmədli Sаhil Rаmil оğlunun bаrəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkаn tədbirinin hökm qаnuni qüvvəsini аlаnаdək dəyişdirilməməsi, dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Murаdоv Оktаy Rəcəb oğlunun işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 90 (dоxsаn) manat məbləğində pul köçürülməsi hökm edilmişdir. İşin halları Tərtər Hərbi Məhkəməsinin 11 mart N1-ci il tarixli 1(098)-55/N1 nömrəli hökmü ilə Əhmədli Sаhil Rаmil оğlu məhkum olunmuşdur ona görə ki, Əhmədli Sаhil Rаmil оğlu tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Belə ki, о, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəki şəhəri ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin təminat bölüyünün hərbi orkestrinin 2-ci manqasının musiqiçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən 17 sentyabr N0-ci il tarixdə saat 07:30 radələrində hərbi hissənin təminat bölüyünün yataqxanasının dəhlizində olan zaman aralarında tabelik münasibətləri olmayan həmin hərbi hissənin təminat bölüyünün rabitə taqımının kabel-xətt qrupunun xətt mexaniki vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs ilə yataq otağının qapısından birinci keçmək üstündə mübahisə etmiş, mübahisə zamanı əsgər Sаhil Əhmədli əsəbləşərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin 2 və 4-cü bəndlərində nəzərdə tutulan, yəni “hərbi nizamnamənin tələblərini möhkəm bilməli və vicdanla yerinə yetirməli, nəzakətli, təmkinli olmalı, həmçinin nalayiq hərəkətlər etməmə” barədə tələblərini pozaraq əsgər Zərərçəkmiş şəxs xaya nahiyəsinə bir dəfə təpik zərbəsi vurub ona “xayanın cırılması, hematoması, xayalıq və penis kökü dərisinin qançırı” diaqnozu ilə müşayiət olunan qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarət yetirməklə zor tətbiq etmişdir. Həmin hərəkəti ilə Əhmədli Sаhil Rаmil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Tərtər Hərbi Məhkəməsinin 11 mart N1-ci il tarixli 1(098)-55/N1 nömrəli hökmündən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovniki Xаnkişiyev Emil Əlimövsüm оğlu tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Əhmədli Sаhil Rаmil oğlunun müdаfiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rаyоn Vəkil Bürоsunun vəkili Murаdоv Оktаy Rəcəb oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və apellyasiya protestinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, az ağır cinayət əməli törətməsini, törətmiş olduğu cinayət əməlinin ağır nəticələrə səbəb olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, səmimi etirafını, peşman olmasını, gənc olmasını, hərbi xidmətinin başa çatmasına az bir müddət qalmasını, N0-ci ilin sentyabr ayından bu günədək yeni cinayət əməli törətməyərək artıq islah olunmasını, qeyd olunanlara əsasən cəzanın şərti olaraq tətbiq edilməsi barədə vəsatətimi və s. kifayət qədər nəzərə almadan, Təqsirləndirilən şəxs mütləq "intizam xarakterli hərbi hissədə saxlama" növündə cəza təyin edilməsi qənaətinə gəlmişdir. Ancaq məhkəmə gəldiyi bu nəticəni əsaslandırmamış və təqsirləndirilən şəxsə ağır cəza təyin edilmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin hansı səbəbdən məhz intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməsini şərtləndirən halları kifayət qədər əsaslandırmamışdır. Ona görə də Tərtər Hərbi Məhkəməsinin 11 mart N1-ci il tarixli 1(098)-55/N1 nömrəli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxs Əhmədli Sаhil Rаmil oğluna təyin edilmiş cəzaya CM-nin 70-ci maddəsini tətbiq edilməklə şərti məhkum edilməsi barədə yekun qərar çıxarılmasını xahiş edir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, hazırkı vəziyyətdə məhkumun gənc olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Belə ki, cinayət qanunvericiliyi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddini 16 yaş müəyyən etsə də, ictimai təhlükəliliyinə görə fərqlənən bəzi cinayətləri törətməyə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddini 14 yaş müəyyən etmişdir. Təqsirləndirilən şəxs isə törətdiyi cinayət ictimai təhlükəliliyinə görə fərqlənən cinayət kateqoriyasına aid olmuşdur (qəsdən sağlamlığa az ağır zərər vurma). Bundan əlavə, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 188.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 0N (bir) il sınaq müddəti müəyyən edilmiş, təyin edilmiş 0N (bir) il sınaq müddəti 05 noyabr 2019-cu il tarixdə başa çatdığı üçün məhkumluğu ödənilmişdir. CPM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bununla belə Təqsirləndirilən şəxs gəncliyini nəzərə alsaq vurğulamaq lazımdır ki, ilk dəfə cinayət törətdiyinə görə məhkum olunaraq islah edilməsindən ötrü cəzası şərti olaraq tətbiq edilməklə 0N (bir) il sınaq müddəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu 05.11.2019-cu il tarixdə ödənilməsinə baxmayaraq, o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək 17 sentyabr N0-ci il tarixdə, yəni məhkumluğu ödənildikdən az müddət sonra yenidən cinayət törətmiş, həmin cinayət isə az ağır kateqoriyasına aid olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs törətdiyi cinayət hərbi xidmət əleyhinə olmaqla bu cinayətin obyektini hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin hərbi Nizamnamələrdə təsbit edilmiş qaydaları, habelə zərərçəkmiş şəxsin sağlamlığı təşkil edir. Yuxarıda qeyd edilənlər, Təqsirləndirilən şəxs xəsarəti zərərçəkmiş şəxsin əhəmiyyət kəsb edən orqanına yetirməsi, həmçinin zərərçəkmiş şəxsin onunla barışmaması, hətta Zərərçəkmiş şəxs ondan şikayətçi olmaqla cəza təyin olunmasını xahiş etməsi məhkumun və törətdiyi cinayətin icmai təhlükəli olduğunu göstərir. Məhkəmə isə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halı cəzanı yüngülləşdirən hal kimi qəbul etməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, həmin halın gəlinmiş nəticəyə təsirini tutarlı dəlillərlə əsaslandırmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirməsi onun həqiqətən əməlindən peşman olduğunu təsdiq etmir. Onun xidmət boyu davranışı bunun əksini təsdiq edir. CM-nin 72.1-ci mədəsində verilən açıqlamaya görə səmimi peşmançılıq dedikdə, böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi başa düşülür. Təqsirləndirilən şəxs hərəkətlərində isə bu əlamətlərin heç biri mövcud deyil. Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməsi onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməli deyil. Belə ki, o, hər hansı bir dövlət orqanına könüllü olaraq gəlib törətdiyi məlum olmayan faktı boynuna almamış, yalnız açıqaşkar olan faktı etiraf etmyə məcbur olmuşdur. Bundan əlavə ədalətli cəza təyin edilməsi üçün zəruri amillərdən biri də məhkəmə tərəfindən təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli tədqiq edilməsidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edərkən, onun hərbi xidmətdə olduğu müddət ərzində hərbi intizamı pozması ilə əlaqədar intizam cəzasının verilməsini, hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmasını tədqiq etməmiş və hökm çıxararkən bu halları nəzərə almamışdır. Ona görə də Tərtər Hərbi Məhkəməsinin 11 mart N1-ci il tarixli 1(098)-55/N1 nömrəli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxs Əhmədli Sаhil Rаmil oğluna azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. Proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Əhmədli Sаhil Rаmil oğlu və onun müdаfiəçisi X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Əhmədli Sаhil Rаmil oğlu məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs ona qarşı etdiyi əmələ görə üzr istədi və onu bağışlamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3 apellyasiya protestinin məzmununa uyğun izahat verərək protestin təmin edilməsini, apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışladığını, onun həbs edilməsini istəmədiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirdi. Tərtər Hərbi Məhkəməsinin 11 mart N1-ci il tarixli 1(098)-55/N1 nömrəli hökmündən zərərçəkən şəxs tərəfindən apellyasiya şikayəti verilməmiş, verilmiş apellyasiya şikayəti və apellyasiya protestinə qarşı isə yazılı etiraz verilməmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid1 ifadəsində göstərmişdir ki, 17 sentyabr N0-ci il tarixdə səhər tezdən “Qalx” komandasından sonra saat 06 radələrində yataqxananın qapısının yanında olduğu zaman əsgər Zərərçəkmiş şəxs ilə əsgər Təqsirləndirilən şəxs təminat bölüyünün dəhlizində mübahisə etdiklərini, əsgər Zərərçəkmiş şəxs əsgər Sаhil Əhmədlinin bоğаzındаn tutduğunu görmüş və həmin vaxt onların yanına gedərək mübahisələrinin qarşısını almaq məqsədi ilə hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs sol qolunin dirsəkdən yuxarı və aşağı nahiyələrindən tutaraq aralamaq üçün arxaya çəkdiyi zaman əsgər Sаhil Əhmədli sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs xaya nahiyəsinə bir dəfə təpik zərbəsi vurmuşdur. Bu zaman əsgər Zərərçəkmiş şəxs həmin zərbənin təsirindən divara söykənmişdir. Həmin vaxt bölük növbətçisi əsgər A.Məmmədov əsgərlər Zərərçəkmiş şəxs və Sаhil Əhmədlini bölük üzrə cavabdeh baş gizir H.Bayramovun yanına aparmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 Аkşin оğlu şаhid Pаşаyev Məftun İqbаl oğlunun ifadəsi ilə analoji məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Məhkəmə-tibbi ekspertizasının 30 sentyabr N0-ci il tarixli 1251 nömrəli rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sağ xayanın cırılması, hematoması, xayalıq və penis kökü dərisinin qançırı ilə müşayiət olunan xayalığın küt travması - məhdud səthə malik bərk küt əşyanın (əşyaların) yerli zərbəvi təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. N nömrəli hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabından çıxarışdan görünür ki, 17 sentyаbr N0-ci il tarixdə Zərərçəkmiş şəxs Etibаr оğlu «Xаyа nаhiyəsinin hemаtоmаsı, sоl bаzu nаhiyəsinin içəri səthinin qаnçırı» diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. Deməsinə görə, 27.09.N0-ci il tаrixdə sааt 07:20 rаdələrində bölükdə оlаrkən əsgər Əhmədli Sаhil Rаmil оğlu ilə аrаlаrındа qаrşılıqlı münаsibətlərin pоzulmаsı nəticəsində xəsаrət аlmışdır. N nömrəli hərbi hissənin аmbulаtоr xəstələrin qeydiyyatı kitabından çıxarışdan görünür ki, 17 sentyаbr N0-ci il tarixdə Zərərçəkmiş şəxs Etibаr оğlu «Xаyа nаhiyəsinin hemаtоmаsı, sоl bаzu nаhiyəsinin içəri səthinin qаnçırı» diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. Deməsinə görə, 17.09.N0-ci il tаrixdə sааt 07:20 rаdələrində bölükdə оlаrkən əsgər əsgər Əhmədli Sаhil Rаmil оğlu ilə аrаlаrındа qаrşılıqlı münаsibətlərin pоzulmаsı nəticəsində xəsаrət аlmışdır. SX 05521224 nömrəli Hərbi biletin kserosurətindən görünür ki, Əhmədli Sаhil Rаmil оğlu 16 yаnvаr 2002-ci ildə Sаbirаbаd rаyоnu Nərimаnkənd kəndində dоğulmuşdur, 21.01.N0-ci il tаrixdə SHXÇDX-nin Sаbirаbаd rаyоn şöbəsindən müddətli həqiqi hərbi xidmətə çаğırılmışdır. N nömrəli hərbi hissə komandirinin N mart N0-ci il tarixli, 072 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesаb edilərək N mart N0-ci il tarixdən bütün təminat növlərinə qoyulmuş və şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 28/29 mart N0-ci il tarixli, 073 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs təminat bölüyünün hərbi orkestrinin 2-ci manqasının musiqiçisi vəzifəsinə təyin edilmişdir. SX ******* nömrəli Hərbi biletin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs Etibаr оğlu xx xxxx 1997-ci ildə Bаkı şəhərində doğulmuşdur, 29.07.2019-cu il tаrixdə SHXÇDXnin Bаkı şəhəri Nizаmi rаyоn şöbəsindən müddətli həqiqi hərbi xidmətə çаğırılmışdır. N nömrəli hərbi hissə komandirinin N sentyabr 2019-cu il tarixli, 0108 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesаb edilərək 09 sentyabr 2019-cu il tarixdən bütün növ təminat növlərinə qoyulmuş və şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 28/29 sentyabr 2019-cu il tarixli, 0224 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs təminat bölüyünün rabitə taqımının kabel-xətt qrupunun xətt mexaniki vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş arayışdan görünür ki, 17 sentyabr N0-ci il tarixdə hadisə baş verən zaman N nömrəli hərbi hissənin hərbi qulluqçuları, əsgərlər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalından verilmiş 23 sentyabr N0-ci il tarixli, 877 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi həkim komissiyasının rəyinə əsasən hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədən və xidməti vərəqədən görünür ki, əsgər Təqsirləndirilən şəxs xidmət müddətində bir dəfə həvəsləndirilmiş, lаkin cəzаlаndırılmаmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 nоyаbr N0-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Əhmədli Sаhil Rаmil оğlunun barəsində “kоmаndаnlığın müşаhidəsi аltınа vermə” növündə qətimkan tədbiri seçilmişdir. Sаbirаbаd Rаyоn İcrа Hаkimiyyəti bаşçısının Qаrаtəpə kənd icrа nümаyəndəliyi tərəfindən verilmiş 29.09.2017-ci il tаrixli 694 nömrəli аrаyışdаn görünür ki, Təqsirləndirilən şəxs аilə üzvləri - аtаsı Əhmədоv Rаmil Nərmаn оğlundаn, аnаsı Əhmədоvа Ruxsаnа Bаlаğа qızındаn və qаrdаşı Əhmədоv Zаmil Rаmil оğlundаn ibаrətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sаhil Əhmədlinin əməlində CM-nin 332.2.5-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o təqsirlidir. Sаhil Əhmədli tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Onun cəzadan azad edilməsinə və ona şərti cəza təyin olunmasına əsaslar yoxdur. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 332.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 332.2.5-ci maddəsi ilə təqsirli bilib N (bir) il müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti və apellyasiya protesti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı Xаnkişiyev Emil Əlimövsüm оğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs müdаfiəçisi Murаdоv Оktаy Rəcəb oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs CM-nin 332.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 11 mart N1-ci il tarixli 1(098)-55/N1 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd olunan maddi hüquq normasının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Eyni zamanda, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi həqiqət çıxış edir. Məhkəmə kollegiyası apellyasiya protestinə münasibət bildirərək qeyd edir ki, apellyasiya protesti formal mülahizələrlə əsaslandırılmışdır. Belə ki, dövlət ittihamçısı apellyasiya protestində Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirsə də, məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışladığını, onun həbs edilməsini istəmədiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Bundan əlavə dövlət ittihamçısı apellyasiya protestində təqsirləndirilən şəxsin gənc olmasının yüngülləşdirici hal kimi nəzərə alınmasına etiraz etsə də, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbаycаn Respublikаsının CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-nin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bundan əlavə dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirməsinin səmimi olmadığını bildirmişdir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında iştirak edərkən inandırıcı bir formada, bir daha peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxsdən biri daha üzr istəmiş və bağışlanmasını xahiş etmiş, səmimi təəssürat bağışlamışdır. Təqsirləndirilən şəxsin qeyd edilən tərzdə barışığa cəhdindən sonra, hətta zərərçəkmiş şəxsdə də müsbət reaksiya müşahidə edilmişdir. Ona görə də apellyasiya protestinin dəlilləri əsaslı deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, Təqsirləndirilən şəxs hərbi xidmətinin başa çatmasına az bir müddət qalmış az ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etmiş və peşman olduğunu bildirmişdir. Törətmiş olduğu cinayət əməli ağır nəticələrə səbəb olmamışdır. Bundan başqa o, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və zərərçəkmiş şəxs onu bağışlayaraq ondan şikayəti və tələbi yoxdur. Qeyd edilməlidir ki, əvvəllər barəsində ittiham hökmü çıxarılsa da, hazırda Təqsirləndirilən şəxs məhkumluğu da yoxdur. Bundan başqa təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını diqqətəlayiq hal hesab edir və qeyd edir ki, yuxarıda qeyd edilən hallar Təqsirləndirilən şəxs şəxsiyyətinin və törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla onun cəmiyyətdən təcrid edilməsi zərurətini aradan qaldırır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin (şərti məhkum etmənin) tətbiqini mümkün və məqsədəuyğun hesab edir. Kollegiyanın həmin qənaəti həm də aşağıda göstərilənlərdən irəli gəlir. Birincisi, Təqsirləndirilən şəxs əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; İkincisi, zərərçəkmiş şəslə barışmaqla yanaşı, zərərçəkmiş şəxsin оnun barəsində hər hansı şikayətinin və ya tələbinin olmaması sosial ədalətin bərpasına nail olunması istiqamətində xüsusi əhəmiyyətə malikdir. Nəzərə alınmalıdır ki, Cinаyət Məcəlləsinin 41.2ci maddəsinə görə cəzanın tətbiq edilməsinin məqsədlərindən biri sosial ədalətin bərpasıdır; Üçüncüsü, təqsirləndirilən şəxs könüllü olaraq təqsirini boynuna almaqla, ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə rəvac vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, o, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Dördüncüsü, onun cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Cinаyət Məcəlləsinin 70.2-ci maddəsində qeyd olunmuşdur: “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinаyətin xаrаkterini, ictimаi təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır”. Məhkəmə kollegiyasının qənaətincə ona təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasının şərti hesab edilərək barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi, onu gələcəkdə də bu kimi cinayət xarakterli əməllərdən çəkindirəcəkdir. Beşincisi, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 12 aprel N1-ci il tarixli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair **********421 nömrəli Arayışından, X4 məxsus olan SX seriyalı ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən və Azərbaycan Respublikası Prezidentinin 24 iyun N1-ci il tarixli Sərəncamlarından görünür ki, təqsirləndirilən şəxsin yaxın qohumu, yəni qardaşı X6 29 sentyabr N0-ci il tarixdən 28 yanvar N1-ci il tarixədək Vətən müharibəsində, yəni “ikinci Qarabağ” müharibəsində iştirak etmiş, Xocavənd və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyi üçün “Qubadlının azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Əhmədli Sаhil Rаmil oğlunun qardaşı X6 Azərbaycan xalqı və dövləti qarşısında xüsusi xidmətləri olan şəxsdir ki, bu halın da təqsirləndirilənin xeyrinə diqqətəlayiq hal qismində nəzərə alınması məqsədəuyğundur. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbаycаn Respublikаsının CM-in: 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü mаddəsinə əsаsən, cəzа təyin edilərkən törədilmiş cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəxsiyyəti, o cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbelə təyin olunmuş cəzаnın şəxsin islаh olunmаsınа və onun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Azərbаycаn Respublikаsının Cəzаlаrın İcrаsı Məcəlləsinin 8.1-ci mаddəsində göstərilir ki, məhkumlаrın islаh edilməsi – onlаrdа qаnunа itаətin yаrаnmаsı, insаnа, cəmiyyətə, əməyə, birgəyаşаyış qаydа və ənənələrinə hörmət və ehtirаmın formаlаşdırılmаsıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Qərarın 25-ci bəndində qeyd olunur ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. CM-in 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа, аzаdlığın məhdudlаşdırılmаsı və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş çinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Göründüyü kimi, qаnunverici şərti məhkum etmənin təyin edilməsi üçün zəruri şərt olаrаq məhkumun cəzа çəkmədən islаh olunmаsının mümkün sаyılmаsını müəyyən etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ona təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə nümunəvi hərbi xidmət keçmək, davranışına nəzarət edən orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişdirməmək, özünün dаvrаnışı ilə islаh olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulmаlıdır. Onun davranışına nəzarət xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə edilməlidir. Göründüyü kimi, qаnunverici şərti məhkum etmənin təyin edilməsi üçün zəruri şərt olаrаq məhkumun cəzа çəkmədən islаh olunmаsının mümkün sаyılmаsını müəyyən etmişdir. Məhkum bаrəsində Cinаyət Məcəlləsinin 70-ci mаddəsinin tətbiq edilməsi eyni zаmаndа BMT-nin həbs edilmə ilə bаğlı olmаyаn tədbirlərə dаir stаndаrt minimаl qаydаlаrın (Tokio qаydаlаrı) 1.2-ci mаddəsinə uyğun olаrаq ədаlət mühаkiməsinin həyаtа keçirilməsində, xüsusən məhkumlаrlа dаvrаnmаdа ictimаiyyətin dаhа fəаl iştirаk etməsini təmin etmək, hаbelə məhkumlаrdа cəmiyyət qаrşısındа məsuliyyət hissini inkişаf etdirməyə yаrdım göstərmək məqsədini dаşıyır. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanından irəli gələn tövsiyələrin ruhuna da uyğundur. Məhkəmə kollegiyаsı onu dа qeyd edir ki, şərti məhkum etmə zаmаnı məhkum cinаyət məsuliyyətindən аzаd olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəzа icrа olunmаsа dа, təyin olunаn cəzа qаnunlа müəyyən olunmuş xüsusi formаdа şərti həyаtа keçirilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə onun əməlində cəzanı ağırlaşdıran hal olmadığını, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, göstərilənləri və onun ittiham olunduğu cinayət əməlinin törədilməsi nəticəsində baş vermiş ictimai təhlükəli nəticələrin aradan qaldırılması istiqamətində cəhdlərini həmin əməlin ictimai təhlükəlilik dərəcəsini müstəsna dərəcədə azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, barəsində təyin edilmiş cəza şərti hesab edilməklə onun islah edilməsi mümkündür. Ona görə də məhkəmə, onun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini və sınaq müddəti müəyyən edilməklə təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasının şərti olaraq tətbiq edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə uyğun hesab edir. Odur ki, məhkəmə kollegiyası hesаb edir ki, dövlət ittihamçısı Xаnkişiyev Emil Əlimövsüm оğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs müdаfiəçisi Murаdоv Оktаy Rəcəb oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, onun Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 11 mart N1-ci il tarixli 1(098)-55/N1 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə edilməklə, təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzası N (bir) il sınаq müddəti ilə şərti hesаb edilməlidir. Tərtər Hərbi Məhkəməsinin 11 mart N1-ci il tarixli 1(098)-55/N1 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 405.1 və 405.1.1-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. CPM-nin 398.1.4-cü maddəsinə görə, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 399, 407, 408-410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı Xаnkişiyev Emil Əlimövsüm оğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 11 mart N1-ci il tarixli 1(098)-55/N1 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 11 mart N1-ci il tarixli 1(098)-55/N1 nömrəli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5ci maddəsi ilə təyin edilmiş N (bir) il müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, N (bir) il sınаq müddəti ilə şərti hesаb edilsin. Sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə nümunəvi hərbi xidmət keçmək, davranışına nəzarət edən orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişdirməmək, özünün dаvrаnışı ilə islаh olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə edilsin. Hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(107)-9/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-9/2021
06.07.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver