Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-9/2022 26.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3 Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1-1(095)- 14/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Hərbi Məhkəməsinin (sədrlik edən K.Muxtarov) 26 may 2022-ci il tarixli, 1- 1(095)-14/2022 nömrəli hökmü ilə, xx xxxxx 1990-ci il tarixdə Ağdam rayonu Əlimədədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum edilməmiş, Ağdam rayonu Sırxavənd kəndində qeydiyyatda olan və Bərdə rayonu Cəyirli kəndində faktiki yaşayan, Müdafiə Nazirliyinin Bərdə Qarnizonu Hərbi Polisinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin əvvəlinin 26 may 2022-ci il tarixdən hesab edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, iş materiallarında olan sübutlar - 04 iyun 2021-ci il tarixli Mingəçevir şəhəri H.Əliyev prospekti 68/1 nömrəli evin 14 nömrəli mənzilinə baxış keçirilməsinin videogörüntüsünün əks olunduğu 1(bir) ədəd disk, "xxxx" MMC və "xxxx" MMC-dən təqdim edilmiş özündə telefon danışıqları və yazışmaları əks etdirən 2 (iki) ədəd disk, Zərərçəkmiş şəxs 10 iyul 2021-ci il tarixdə dindirilməsinin və Şahid3 12 iyul 2021-ci il tarixdə dindirilməsinin videogörüntülərini özündə əks etdirən 2 (iki) ədəd disk iş materiallarında saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, o, xx.xx.1990-cı il təvəllüdlü olmaqla Müdafiə Nazirliyinin Bərdə Qarnizonu Hərbi Polisinin 2-ci Hərbi Polis dəstəsinin hərbi polis bölüyünün mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edərkən 08 iyul 2020-ci il tarixdə saat 18 radələrində özünə məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 68/1 nömrəli evin 14 nömrəli mənzilində cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmət edərkən 11 iyul 2020-ci il tarixdə saat 14 radələrində özünə məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 68/1 nömrəli evin 14 nömrəli mənzilində cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Daha sonra, o, həmin vəzifədə və rütbədə xidmət edərkən 14 iyul 2020-ci il tarixdə saat 20 radələrində özünə məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 68/1 nömrəli evin 14 nömrəli mənzilində cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmət edərkən 18 iyul 2020-ci il tarixdə saat 12 radələrində özünə məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 68/1 nömrəli evin 14 nömrəli mənzilində cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Daha sonra, o, həmin vəzifədə və rütbədə xidmət edərkən 23 iyul 2020-ci il tarixdə saat 13 radələrində özünə məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 68/1 nömrəli evin 14 nömrəli mənzilində cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmət edərkən 27 iyul 2020-ci il tarixdə saat 21 radələrində özünə məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 68/1 nömrəli evin 14 nömrəli mənzilində cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Daha sonra, o, həmin vəzifədə və rütbədə xidmət edərkən 28 iyul 2020-ci il tarixdə saat 18 radələrində özünə məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 68/1 nömrəli evin 14 nömrəli mənzilində cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmət edərkən 30 iyul 2020-ci il tarixdə saat 10 radələrində özünə məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 68/1 nömrəli evin 14 nömrəli mənzilində cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1-1(095)-14/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o özünü təqsirli hesab etmir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxsin ifadələri ilkin vaxtlardan biri digərini təkzib etmiş ümumiyyyətlə ilkin vaxtlarda zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin adım çəkməmişdir. Vermi olduğu ərizsəində başqa şəxsi adını şəkmişdir. Sonrakı izahatlarında isə təqirləndirilən şəxsin adını çəkməyə başlamışdır. Həmin ifadələrində isə ziddiyyətli məlumatlar vermiş həmin məlumatlar biri digərini təkzib etmişdir. Zərərçəkmiş şəxsin valideynləri yalandan təqsirləndirilən şəxsin onların qızını oğurlayıb aparması barədə polisə müraciət etmiş lakin sonradan onların müraciətinin yalnış olması ortaya çıxmışdır. Zərərçəkmiş şəxs ilkin ifadələrində ümumiyyətlə Ramin Kərimovla tanışlığının təsirləndirilən şəxsin yanından başlanması barədə heç bir fikir səsləndirməmişdir. Sonradan isə belə bir məlumat verməyə başlamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin onunla ilkin olaraq təbii yolla cinsi əlaqədə olmasım qeyd etmsə də təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilən yazışmalarda onun bakirəliyinin başqa şəxs tərəfındın pozunlmasım demişdir. Bundan başqa onun bakirəliyini pozan şəxsin Qurban adlı şəxs olduğunu və onun etdiyi hərkətlərə görə yalandan iki nəfərin üzünə durduğunu bildirmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlar digər faktlarla təkzib edilmişdir. Zərərçəkmiş şəxs ifadəsində guya evdə təqsirləndirilən şəxslə görüşdüyünü həmin görüşün guya eyvanda olduğunu və həmin vaxt Ramin Kərimovla təqsirləndirilən şəxsin görüntülü danışdığını həmin cvaxt onun çılpaq olduğunu bildirməsi işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Belə ki,müdafiə tərəfinin vermiş olduğu vəsatətr əsasında təqsirləndiriln şəxsin telefon nömrəsində internet paket olmamış və həmin vaxtlarda təqsirləndirilən şəxsin telefonunda internet olmadığı halda və eyni zamanda yaşadığı binada internetin olmaması onun görüntülü danışmasını mümkünsüz edirdi bu isə onu deməyə əsas veirir ki,zərərçəkmiş şəxs yalan ifadə vermişdir. Ramin Kərimovun ifadəsi ilə bağlı bildirir ki, işin hallarında görünür ki,Ramin Kərimiv cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində ittiham hökmü çıxardılmışdır. Ramin Kərimov ifadəsində həmin vaxt qeyri təbii yolla cinsi əlaqdə olmaya xarakterik səslərin çıxmasını qeyd etməsi eyni zamanda həmin vaxt şəxsin telefonunda internet paketi olmadığı halda guya təqsirləndirilən şəxs ilə danşmağın deməsi ,məhkmə prosesində özünün vəkili olmuş şəxsi zərərçəkmiş şəxs üçün vəkil tutması və istintaq orqamndan asılı olması onun ifadəsinin mötbərliyini şübhə altına salmış olur. Bundan əlavə qeyd edirik ki,Ramin Kərimov guya təqsirləndirilən şəxsin onunla yaxın olduğunu qeyd etsə də lakiin buna dair telefon danışıqlarından başqa hər hansı bir sübut təqdim edilməməsi və təqsirləndirilən şəxsin yalnız ev alqı satqısı ilə bağlı onunla danışa biləcəyni bildirməsi Ramin Kərimovun dediklərini bir daha təkzib edir. Ramin Kərimov ifadəsində bildirmdi ki.guya bir dəfə təqsirləndirilən şəxs ona zəng vurub evlərinə su axdığını bildirmiş və o açarı maklerdən alıb Təqsirləndirilən şəxs evinə baxan zaman orada suyun açıq olmamasmımn şahid olması onun həqiqətən də ev alqı satqısı ilə bağlı təqsirləndirilən şəxs ilə tanış olmasını təsdiq edir. Ramin Kərimovun hərbi qulluqçu olması onun hərbi prokurorluqdan asılı olduğunu və eyni zamanda ilkin vaxtlarda onun barəsində cinayət təqibi olmasını nəzərə alsaq onun istintaq orqanından asılı olması səbəbindən təqsirləndirilən şəxsin əleyhinə ifadə verməsində heç bir şübhə yeri qalmır. İşdə olan digə rbir xüsusatdan da görünür ki,taksi çöferinə də istintaq orqanı tətəfındən təzyiqlər göstərilmişdir. Bu hadala Ramin Kərimovun təsir altında olması ilə bağlı müdafiə tərəfinin arqumnetlərini daha da möhkəmləndirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, biitün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasmı böyük ehtimalla pozmuş olur. Antrapov Rusiya federasiyasina qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarında qeyde tmişdir ki,sübutların qiymətləndirilməsi zamanı Avropa Məhkəməsi bir qayda olaraq hər bir məntiqli şübhədən kənar sübutetmə standartlarım qəbul edir. Həmin yanaşma Avropa insan hüquqları məhkəməsinin X2rşı iş üzrə qərarında da təkraralamışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Antrapoz Rusiyaya qarşı 29 yanvar 2009-cu il tarixli digər qərarında qeyd etmişdir ki, lakin sübutetmə kifayət qədər etibarlı dəqiq və ardıcıl fərziyəllərin və ya analoji rədd edilməmiş faktiki prezumpsiyaların məcmusu əsasında qurula bilər. AİFİM Qafgen Almaniyaya qarşı 2010 cu il tarixli qərarında göstərmişdir ki, konkret olaraq ərizəçiyə sübutların etibarlığına və onlardan istifadəyə etibar edib etmədiyini araşdırmalıdır. Bundan əlavə sübutların keyfiyyəti o cümlədən sübutların əldə edildiyi şəraitin onların etibarlığını və ya dəqiqliyini şübhə altına qoyub qoymadığı nəzərə alınmaldıır. Əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təqsdiq olunmursa onda prosesin ədalətli olub olmadığının müəyyən edilməsi ilə bağlı hər hansı problem yaranmır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-nin 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-nin 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-nin 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5- ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, V.Bayramov və qeyriləri barəsində çıxarılmış məhkəmə hökmü qanunvericiliyin yuxanda göstərilən tələblərinə cavab vermir. Qanunun 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu səbəbə görə ittiham hökmü təqsirliliyinə heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmiş olduqda çıxanla bilər. Təqsirsizlik prezumpsiyasmm rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir (CPM-nin 351.3-cü maddəsi). Xüsusilə qeyd edilməlidir ki, yuxanda göstərilən şərtlərdən hər hansı birinin pozulması ilə çıxarılmış hökm qanunsuz və əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasımn 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insamn mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Bu maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6- cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Bu maddələrdə ifadə olunan müddəalar və onların mahiyyətini təşkil edən əsas prinsiplər milli qanunvericiliyimizdə də geniş təsbit olunmuşdur. Ümumiyyətlə, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Müdafiə tərəfinin qaldırdığı məsələlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Nəzərə almamaqlarma dair əsaslı bir yanaşma hökmdə öz əksini tapmamışdır. Yuxarıda göstərildiyi kimi müdafiə tərəfinin qaldırdığı məsələlər məhkəmə tərəfindən nəzərə alınmamış ona heç bir cavab verilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverm Məhkəmənin “Maksimov Rusiyaya qarşı “18 mart 2010- cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişdir ki,əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir. Bu isə o deməkdir tərəf qeyd etdiyi dəlilərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli dəlilinə cavab almalıdır. Odur ki, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı Dövlət ittihamçısı tərəfindən etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X12 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətlərinin təmin edilməməsini, Gəncə Hərbi Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1-1(095)-14/2022 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Hərbi Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1-1(095)- 14/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Çünki, birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxs, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilərək şərh edildiyindən, öz növbəsində işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası istinad edilmiş mövcud sübutların mötəbərliyi ilə razılaşdığından həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 152.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Öz növbəsində faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirmədən məlum hüquqi nəticəyə gəlmiş və təqsirləndirilən şəxsə münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 152.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, oxşar münasibətləri tənzimləyən məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabbr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İşdə olan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” Publik Hüquqi şəxsin Mingəçevir şəhər şöbəsinin 10 avqust 2020-ci il tarixli 514 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs qızlıq bəkarəti pozulmuşdur, pozulma müddəti 2 (iki) həftədən çoxdur. Zərərçəkmiş şəxs anus dəliyində, qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun tonusu zəifləməsi, qıfabənzər açılma, şüavari büküşlərin hamarlaşması, düz bağırsağın ampulyar hissəsində genəlmələr) müşahidə olunur. İşdə olan Səhiyyə Nazirliyinin “Məhkəmə-X4” Publik Hüquqi şəxsinin 05 may 2021-ci il tarixli 965 nömrəli təkrar komisyon kompleks ambulator məhkəmə-psixitarik və məhkəməpsixoloji ekspertizası rəyinin psixiatrik ekspertiza hissəsində göstərilmişdir: Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd edilmir. Zərərçəkmiş şəxs müxtəlif şəxslərlə ayrı-ayrı tarixlərdə cinsi əlaqəyə girərkən psixi xəstəlik əlamətləri qeyd olunmamışdır. Həmin dövrdə Zərərçəkmiş şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqdim olunmuş tibbi sənədlərə əsasən Zərərçəkmiş şəxs 2020-ci ilin avqustunda depressiv-nevrotik reaksiya keçirmişdir. Aparılmış müayinədən sonra qeyd olunan pozuntular sağalma ilə nəticələnmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik əlamətləri qeyd olunmur. Zərərçəkmiş şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik keçirməmişdir, onda hər hansı psixi qüsur yaranmamışdır. Zərərçəkmiş şəxs situasiya ilə əlaqədar nevrotik səviyyəli pozuntular qeyd olunmuş, sonradan sağalma ilə nəticələnmişdir. Zərərçəkmiş şəxs istintaq üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik qeyd olunmur. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində keçdiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələri tətbiq oluna bilməz. Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə törətmir. Rəyin psixoloji ekspertiza hissəsində göstərilmişdir: Zərərçəkmiş şəxs isterik tipli xasiyyət cizgiləri aşkar olunur. Nümayişkəranəlik, eqosentrizm, kobudluq, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs baş vermiş hadisələri düzgün qavrayıb təsvir etmək və bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafı, intellektual imkanları normaya uyğundur, əqli və fiziki inkişafında gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs əqli inkişaf və fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini başa düşür. İşdə olan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” Publik Hüquqi şəxsin Yevlax rayon şöbəsinin 07 may 2021-ci il tarixli 228 nömrəli canlı şəxsin məhkəmətibbi ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində makroskopik olaraq cinsi əlaqədə olmaya mane ola biləcək hər hansı zədə və ya deformasiya aşkar edilmədi. İşdə olan 04 iyun 2021-ci il tarixli mənzilə baxış keçirilməsi haqqında protokoldan və tədqiq edilmiş videogörüntünün əks olunduğu diskdən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 68/1 nömrəli evin 14 nömrəli mənzilinə baxış keçiriləkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həmin mənzildə yaşadığını, həmin mənzildə Təqsirləndirilən şəxs onunla bir dəfə təbii və yeddi dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmiş və onunla cinsi əlaqədə olduğu yeri göstərmişdir. Təqsirləndirilən şəxs isə həmin mənzildə ümumiyyətlə yaşamadığını, həmin mənzilin ona aid olmadığını, Zərərçəkmiş şəxs ilə heç vaxt təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmadığını bildirmişdir. İşdə olan 22 avqust 2020-ci il tarixli 4Ə/1307 nömrəli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavə edilən sənədlərdə göstərilmişdir ki, Mingəçevir şəhəri Heydər Əliyev prospekti (keçmiş Lenin küçəsi) 68/1 mənzil 14 X11 məxsus olmuşdur. X10 Əlizadəyə həmin mənzilin alqı-satqısını həyata keçirmək üçün etibarnamə vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə həmin mənzili Şahid4 20000 manata satmışdır. Alqı-satqı müqaviləsinin sonunda Təqsirləndirilən şəxs və Şahid4 fotoşəkilləri yapışdırılmışdır. Qeyd olunan müqaviləni hər iki şəxs imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs və Şahid4 müqavilədəki imzalarına və yazılarına baxdıqda hər iki şəxsin imzalarının istintaq sənədlərinə çəkdikləri imzalar və yazılar ilə oxşar, şəkillərin hər iki şəxsin şəkillərinin olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası Gəncə Hərbi Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Göstərilənlərlə yanaşı, kollegiya təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirərək, həmin cəzanı törədilmiş cinayət əməlinə görə uyğun sayır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 150.3.3-cü maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 oktyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Hərbi Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1-1(095)-14/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Gəncə Hərbi Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1-1(095)-14/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(107)-9/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-9/2022
26.07.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver