Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1-1(108)-13/2022 12.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1-1(092)-15/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 1-1(092)15/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayətinə ilk in məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin (sədrlik edən İ.S.İbrahimov) 26 aprel 2022-ci il tarixli, 1-1(092)-15/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1-1(092)15/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti və həmin şikayətlə bağlı müddətin bərpasına dair vəsatət verilmiş və həmin vəsatətdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün qərar qəbul edilməsi və şikayətin cinayət işi ilə birlikdə baxılması ü çün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 1-1(092)15/2022 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1-1(092)-15/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatəti əsassız hesab edilərək rədd edilmişdir. Qərarla razılaşmayan məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1-1(092)-15/2022 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması ndan imtina haqqında Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 1-1(092)-15/2022 nömrəli qərarının ləğv edilib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 1-1(092)15/2022 nömrəli qərarından məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən xx.xx.2022-ci il tarixdə poçta verilmiş və məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş apellyasiya şikayəti cinayət işi ilə birlikdə baxılması üçün 18 avqust 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2022ci il tarixli qərarı ilə apellyasiya şikayətinə ilkin baxı lması müddəti 15 gün uzadılmaqla apellyasiya şikayətinə ilkin baxılması 12 sentyabr 20022-ci il tarixə, saat 11:00-a təyin edilmiş və cinayət prosesi iştirakçıları lazımi qaydada məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə əvvəlcədən xəbərdar edilmişlər. Məhkum Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə kollegiyaya daxil olmuş ərizəsində 12 sentyabr 2022-ci il tarixə təyin olunmuş ilkin məhkəmə iclasında iştirak etmək istəmədiyini göstərib onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, dövlət ittihamçısı və zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə müraciət edərək avia bilet olmaması səbəbindən Naxçıvana gələ bilmədiyini göstərib məhkəmə prosesinin digər tarixə təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 391.1-ci maddəsinə əsasən cinayət prosesi iştirakçilarının gəlməməsi apellyasiya şikayətinə ilkin baxılmasına maneə olmadığından kollegiya onların iştirakı olmadan apellyasiya şikayətinə ilkin baxılmasını mümkün hesab etmişdir. X3 Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1-1(092)-15/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair verilmiş vəsatətin rədd edilməsinə dair Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 1-1(092)-15/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş ape llyasiya şikayətini cinayət işinin materialları ilə birlikdə araşdırıb aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin məcəllənin 391.3.3 maddəsində apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanin rədd edilməsi haqqında qərarın qəbul edilməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarlardan biri kimi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından aydın olur ki, məhkəmədə işə baxılarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri elan edilmiş, həmin maddədə nəzərdə tutulmuş hüquqlara, o cümlədən hökmdən və ya məhkəmənin digər qərarlarından apellyasiya qayd asında şikayət vermək hüququna malik olması izah edilmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1-1(092)-15/2022 nömrəli hökmü həmin tarixdə cinayət prosesi iştirakçılarının, həmçinin məhkum edilmiş və onun məhkəmə tərəfindən dövlət hesabına təmin olunduğu müdafiəçisinin iştirakı ilə elan edilmiş, hökmün nəticəvi hissəsində apellyasiya şikayətinin verilməsi qaydası və müddəti, şikayətin veriləcəyi məhkəmənin adı dəqiq göstərilmişdir. Hökmün surəti Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 27 aprel 2022-ci il tarixli müşayiətedici məktubu ilə məhkum edilmiş Təqsirləndirilən şəxs verilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilmiş, həmin hökmün surəti 04 may 2022-ci i tarixdə Təqsirləndirilən şəxs tərəfindən qəbzə imza edilməklə şəxsən qəbul edilmişdir. Hökmün surətinin təqdim olunması barədə qəbzdə də hökmdən apellyasiya şikayəti vermək hüququnun ona izah olunması haqqında qeyd öz əksini tapmışdır. Bununla da apellyasiya şikayətinin verilməsini istisna edən və ya məhdudlaşdıran hər hansı bir prosessual pozuntuya yol verilməmişdir. Hökmdən qanunla müəyyən edilmiş müddətdə məhkum edilmiş və ya onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilməmişdir. Hökm 24 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və hökmün icra edilməsi haqqında hakimin həmin tarixli göstərişi icra edilməsi üçün Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilmişdir. Hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 20 (iyi rmi) gün müddət bitdikdən sonra məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 xx.xx.2022ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında vəsatət vermiş, həmin apellyasiya şikayəti və vəsatət xx.xx.2022-ci il tarixdə Naxçıvan MR Hərbi Məhkəməsinə daxil olmuşdur. Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin hökmdən sonrakı 20 gün müddətində hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs dəfələrlə apellyasiya şikayətinin verilməsini tələb etsə də, təyin olunmuş vəkil Müdafiəçi1 bu tələbə biganə yanaşmış, apellyasiya şikayətinin verilməsi istiqamətində hər hansı real adım atmamış, təqsirləndirilən şəxs hələ gənc yaşda olmaqla ən sadə hüquqi biliklərə belə sahib olmadığına görə vəkilinə güvənərək onu n dedikləri ilə razılaşmış, vəkilinin laqeydliyi ilə apellyasiya şikayətinin müddəti keçmişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin “Luçkina Rusiya Federasiyasına qarşı” iş üzrə 10 fevral 2008-ci il tarixli qərarına istinad edilmişdir. Həmin dəlilə münasibətdə kollegiya qeyd edir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ bəndinə əsasən vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olar aq həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 92.9.17-ci maddəsində hökmdən və ya məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və əlavə kassasiya qaydasında şikayət vermək müdafiəçinin vəzifəsi deyil, hüququ kimi müəyyən edilmişdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs dəfələrlə apellyasiya şikayətinin verilməsini təyin olunmuş vəkil Müdafiəçi1 tələb etməsi göstərilsə də həmin halı təsdiq edən sübutlar (bu barədə Təqsirləndirilən şəxs saxlanıldığı istintaq təcridxanasının rəhbərliyinə və ya saxlanıldığı istintaq təcridxanası vasitəsilə müdafiəçisinin özünə və yaxud onun təmsil olunduğu Naxçıvan MR Vəkillər Kollegiyasına müraciət etməsini təsdiq edən sənədlər) cinayət işinin materiallarında mövcud deyil. Bununla yanaşı CPM-nin 91.5.7 -ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək, müdafiəçinin səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda öz özünü müdafiə etmək hüquqlarına malikdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Qanunvericiliyin tələbinə görə müddət yalnız üzrlü səbəblərdən buraxıldığı halda onun bərpa edilməsi mümkündür. Kollegiya belə qənaətə gəlir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs həmin hökmdən apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı və imkanı olsa da öz hüquqlarından qanunla müəyyən edilmiş müddətdə istifadə etməmiş, qanunda nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən buraxmış və onu bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən, şikayətin qanunda nəzərdə tutulmuş müddət ərzində verilməsinə maneə yaradan üzrlü səbəblərin olması iş materialları ilə müəyyən olunmamışdır. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya m əhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizə də onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir “Məhəmmədov və digərlərinin Rusiyaya qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında göstərilmişdir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6cı maddəsinə əsasən hü quqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir Avropa Məhkəməsi xatırlatmışdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mü bahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Göstərilənlərə əsasən kollegiya hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında müdafiəçinin verdiyi vəsatətin birinci instansiya məhkəməsi tərəfindən rə dd edilməsini qanuni və əsaslı hesab edir. Kollegiya belə nəticəyə gəlir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 1-1(092)-15/2022 nömrəli qərarı qanuni və əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1.12, 386.3, 387, 391.3.3 və 410.1.1-ci maddələrini rəhbər tutaraq qərarverdi: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 1-1(092)15/2022 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(108)-13/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1-1(108)-13/2022
12.09.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver