Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1-1(108)-15/2022 25.11.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Novruzov Əsgər Novruz oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, mütəxəssis X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-26/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəç isi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-26/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdə, saat 17:50 radələrində özünə məxsus olan “Mersedes Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil il ə Şərur rayonunun Qarxun kəndindən keçən asfalt yolda Naxçıvan-Sədərək magistral yolu istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun” 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində göstərilən “yaşayış məntəqələri daxilində nəqliyyat vasitələri 60 km/saat sürətindən çox olmayan sürətlə hərəkət etməlidir” tələbini pozaraq həmin sürət həddindən daha artıq sürətlə hərəkət etməklə magistral yoldan 2.5 km məsafədə olan Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Şərur rayon X5 şöbəsinin qarşısında görünüş dairəsində olan, yolun sağ tərəfindən sola manevr edib geriyə dönmək istəyən Şərur rayonunun Düdəngə kənd sakini Zərərçəkmiş şəxs3 idarə etdiyi etdiyi “VAZ21041” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ehtiyatsızlıqdan həmin avto mobilin sürücüsü Zərərçəkmiş şəxs3 yetirilmə anı həyat üçün təhlükəli olan ağır, hadisə vaxtı “VAZ-21041” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 yetirilmə anı həyat üçün təhlükəli olan ağır, Zərərçəkmiş şəxs2 yetirilmə anı həyat üçün təhlükəli olan ağır, X6 yetirilmə anı həyat üçün təhlükəli olan ağır xəsarət yetirmiş, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs N.F.Bağırovanın ölümünə səbəb olmuşdur. Hökmlə razılaşmayan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi 18 oktyabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına müraciət edərək onun barəsində olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-26/2022 nö mrəli, 28 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilərək onun barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə ona cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə almasını iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını hökmdə göstərsə də, faktiki olaraq həmin halları nəzərə almayaraq ona ağır cəza təyin etmişdir. O, törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olduğunu bildirmiş dir, iş yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 2-si azyaşlı olmaqla 3 uşağı var. Həyat yoldaşı işləmir. Əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışmışdır. Onların ona qarşı heç bir tələb və şikatətləri yoxdur. İlk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. Həbs olunanadək hərbi şəhərcikdə ailəsiylə yaşayırdı. Evləri yoxdur. Ailəsi maddi cəhətdən çox çətin vəziyyətdədir. Evin yeganə qazanc gətirən şəxsi odur. Cinayət və cinayət prosessual qanunvericiliyin normaları cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin hüquqlarını müdafiə məqsədi daşıyır. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etm əlidir. Məhkəmə qərarında ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görülməlidir. Şikayət olunan məhkəmə aktı həmin qanun normalarının tələblərinə cavab vermir. Apellyasiya şikayətinin nəticəvi hissəsində işin faktiki halları və əməlin hüquqi tövsifi deyil, təyin olunmuş cəzanın ağırlığı mübahisələndirilmiş, kollegiyadan təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi xahiş edilmişdir. Zərərçəkmiş şəxs şəxsin hüquqi varisi X11, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə 25 noyabr 2022-ci il tarixdə teleqramla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına müraciət edərək ailə vəziyyətləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmənin düzgün qərar qəbul edəcəyini, məhkəmənin verdiyi qərarla razı olduqlarını qeyd edərək məhkəmə iclasının onları iştirakları olmadan keçirilməsini kollegiyadan xahiş etmişlər. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasında iştirak etməmiş iştirak etməməsinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası CPM-ə əsasən cinayət işinə zərərçəkmiş şəxsin hüquqi varisi X9, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edə rək eyni dəlillərə istinad edib, çıxışlarında Təqsirləndirilən şəxs barəsində olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-26/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilərək onun barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Məhkəmə baxışı iclasında dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4 apellyasiya şikayətini qəbul etməyərək Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmadığını bildirib, çıxışında apellyasiya şikayətinin təmin edilmədən Naxçıvan Muxtar Respublikası Hər bi Məhkəməsinin 1-1(092)-26/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanmasını kollegiyadan xahiş etmişdir. Kollegiya cinayət işinin materiallarını araşdıraraq apellyasiya şikayətləri ilə əlaqədar cinayət prosesi tərəflərinin dəlillərini müzakirə edib, cinayət işi üzrə tərəflərin çıxışlarını dinləyib, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya şikayətinin hüdudlarında, Azərbaycan Respublikası CM-in və CPM-in tələblərinə əməl edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya baxışının nəticələrinə əsaslanmaqla belə hesab edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiy a şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-26/2022 nömrəli, 28 sentyabr 2022-ci il hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətində qeyd olunan məhkəmə ona cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə almasını iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını hökmdə göstərsə də, faktiki olaraq həmin halları nəzərə almayaraq ona ağır cəza təyin etməsi, iş üzrə ağırlaşdırıcı halların olmaması dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və y a digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə görə cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-26/2022 nömrəli, 28 sentyabr 2022-ci il hökmündə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, onun müsbət xarakterizə olunmasını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olduğunu bil dirməsini, himayəsində 2-si azyaşlı olmaqla 3 uşağının olmasını, həyat yoldaşının işləməməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, həbs olunanadək hərbi şəhərcikdə ailəsiylə yaşamasını, evlərinin olmamasını, ailəsinin maddi cəhətdən çox çətin vəziyyətdə olmasını, evin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın minimum həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş və bu qəti cəzada öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə uyğun olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kollegiya apellyasiya şikayətində qeyd olunan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına istinad etməklə məhkəmələrin böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını onun şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməli olması dəlilinə münasibətdə qeyd edir ki, bu təqsirləndirilən şəxs barəsində mütləq qaydada daha yüngül cəza təyin olunacağını ehtiva etmir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edi r ki, cəza təyin edərkən işin konkret halları, onun şəxsiyyəti barədə məlumatlarla birlikdə eyni zamanda cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi halları və zərərçəkmiş şəxslərə dəymiş zərərin ağırlığı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 mart 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndinə əsasən bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret n ədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. İş üzrə materiallardan o da məlum olur ki, təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanı olmuş, lakin bu imkanından istifadə etməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri mülahizə xarakteri daşıyır və bu səbəbdən kollegiya apellyasiya şıkayətinin dəlillərini formal əsaslar kimi qiymətləndirərək, həmi n dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas hesab etmir. Ümumiyyətlə işin kollegiyada tədqiqi zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində təqsiri, birinci instansiya məhkəməsində araşdırılmış sübutlar, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi kollegiyada heç bir şübhə doğurmayan sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif etmişdir. Kollegiya belə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması halları iş materialları və cinayət işinin apellyasiya qaydasında kollegiyada baxılması zamanı müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaqla qanuni və əsaslı hökm çıxarılmışdır. Apellyasiya şikayəti baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmə si üçün Azərbaycan Respublikası CPM-in 399-cu maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-26/2022 nömrəli, 28 sentyabr 2022-ci il hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikay əti təmin edilməməli, iş üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-26/2022 nömrəli, 28 sentyabr 2022-ci il hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası CPM-in 407.2, 408.2.4, 409, 410, 412-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-26/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-26/2022 nömrəli, 28 sentyabr 2022-ci il hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının CPM-in 410-cu maddəsində göstərilən müdd ətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(108)-15/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1-1(108)-15/2022
25.11.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver