Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1-1(108)-9/2025 18.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev İlqar Məhərrəm oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1972-ci il ildə Naxçıvan MR-nın Şərur rayonunun Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində xidmətdə olmuş, polkovnik-leytenant, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kəndində qeydiyyatda olmaqla, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 1-1(092)-5/2025 nömrəli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkə məsinin (sədrlik edən İ.S.İbrahimov) 24 iyun 2025-ci il tarixli, 1-1(092)-5/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5, 321.1- ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən ş əxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlinin 15 fevral 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən külli miqdarda şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan rüşvət almış, çağırışçıların qanuni əsas olmadan hərbi xidm ətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına kömək etmiş, bundan başqa o, rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 27 aprel 2020-ci il tarixdən 08 aprel 2023-ci il tarixədək keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayəd arlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla Naxçıvan Muxtar Respublikası üzrə hərbi qeydiyyatlı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquq olmayan və olan, habelə təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan müxtəlif vaxtlarda və ayrı-ayrı şəxslərdən şəxsən və vasitəçidən istifadə etməklə təkrarən külli miqdarda maddi nemət olan ümumilikdə 2.464.425.00 (iki milyon dörd yüz altmış dörd min dörd yüz iyirimi beş) manat rüşvət almış, bununla da o çağırışçıların qanuni əsas olmadan hərbi xidmətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına köməklik etmişdir. Bundan başqa o, Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla vasitəçidən istifadə etməklə 2022-ci ilin iyun ayında Şərur rayon sakini Şahid80 işə düzəlməsi müqabilində xidməti otağında şəxsən təkrarən külli miqdarda maddi nemət olan 17000 (on yeddi min) manat rüşvət almış və bununla da Şahid80 keçmiş Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin çağırış bölməsinin gənclərlə iş üzrə zabiti vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin may ayında Ordubad rayon sakini Şahid90 işə düzəlməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən külli miqdarda maddi nemət olan 15000 (on beş min) manat rüşvət almış və bununla da Şahid90 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsində zabit vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xid mətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin iyun ayında Babək rayon sakini Şahid24 işə düzəlməsi müqabilində Naxçıvan şəhəri, 3-cü mikrorayon ərazisində vasitəçidən istifadə etməklə şəxsən təkrarən külli miqdarda maddi nemət olan 15000 (on beş min) manat rüşvət almış və bununla da Şahid24 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidmətinin Şahbuz rayon şöbəsində maliyyə, maddi-texniki təminat bölməsinin rəisi vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəz ifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin iyul ayının 18-də Babək rayon sakini Şahid31 işə düzəlməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən külli miqdarda maddi nemət olan 15000 (on beş min) manat rüşvət almış və bununla da Şahid31 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin çağırış bölməsinin gənclərlə iş üzrə zabiti vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Ç ağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin may ayında Culfa rayon sakini Şahid36 xidməti iş yerinin dəyişdirilməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən maddi nemət olan 3500 (üç min beş yüz) manat rüşvət almış və bununla da Şahid36 xidməti iş yerinin Ordubad rayon şöbəsindən Culfa rayon şöbəsinə dəyişdirilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hər bi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2021-ci ilin aprel ayında Babək rayon sakini Abışova (Həsənova) Yeganə Yusif qızından işə düzəlməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən maddi nemət olan 4000 (dörd min) manat rüşvət almış və bununla da Şahid34 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsində müfəttiş vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik- leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin iyun ayında Şərur rayon sakini Şahid98 işə düzəlməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən külli miqdarda maddi nemət olan 15000 (on beş min) manat rüşvət almış və bununla da Şahid98 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin gənclərlə iş üzrə zabiti vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifə sində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin may ayında Babək rayon sakini Şahid100 işə düzəlməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən külli miqdarda maddi nemət olan 8000 (səkkiz min) manat rüşvət almış və bununla da Şahid100 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin çağırış bölməsinin müffətişi vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xi dmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin iyun ayında Şərur rayon sakini Şahid104 işə düzəlməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən külli miqdarda maddi nemət olan 15000 (on beş min) manat rüşvət almış və bununla da Şahid104 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin çağırış bölməsinin gənclərlə iş üzrə zabiti vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hə rbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin may ayında Ordubad rayon sakini Şahid91 işə düzəlməsi müqabilində xidməti otağında şəxsən təkrarən külli miqdarda maddi nemət olan 15000 (on beş min) manat rüşvət almış və bununla da Şahid91 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin səfərbərlik hazırlığı, səfərbərlik və qeydiyyat bölməsinin zabiti vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa Cəlilov X3 Muxtar Respublikası Ali Məclisinin sədrinin 27 aprel 2020ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edildikdən sonra rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə və “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin tələblərinə zidd olaraq 28 aprel 2020-ci il tarixli 07 nömrəli əmrlə özü-özünə “polkovnik” hərbi rütbəsi, eyni zamanda 12 may 2020-ci il tarixli əmrlə özüözünə “usta” məharəti dərəcəsi vermiş, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Hökmlə razılaşmayan Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 07 iyul 20 25ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Naxçıvan MR Hərbi Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 1-1(092)-5/2025 nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 321.1 və 341.1-ci maddələri ilə əməldə cinayət tərkibi olmadığına görə bəraət verilməsi, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə daha yüngül cəza təyin edilərək Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi barədə yeni hökm çıxarılmasını kollegiyadan xahiş etmişdirlər. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, “Naxçıvan Muxtar Re spublikası Hərbi Məhkəməsinin 1-1 (092)-5/2025 saylı, 24 iyun 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 311.3.1,311.3.2, 311,3.3-cü maddələri ilə 09 (doqquz) il, 32.5, 321.1-ci maddəsi ilə 09 (doqquz) ay, 341.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs həmin hökmlə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 və 32.5, 321.1 -ci maddələri ilə ona görə məhkum edilmişdir ki, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən külli miqdarda şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan rüşvət almış, çağırışçıların qanuni əsas olmadan hərbi xidmətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına kömək etmiş, bundan başqa o, rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, Təqsirləndi rilən şəxs 27 aprel 2020-ci il tarixdən 08 aprel 2023-ci il tarixədək keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla Naxçıvan Muxtar Respublikası üzrə hərbi qeydiyyatlı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və olan, habelə təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan müxtəlif vaxtlarda və ayrı-ayrı şəxslərdən şəxsən və vasitəçidən istifadə etməklə təkrarən külli miqdarda maddi nemət olan ümumilikdə 2.464.425.00 (iki milyon dörd yüz altmış dörd min dörd yüz iyirimi beş) manat rüşvət almış, bununla da o çağırışçıların qanuni əsas olmadan hərbi xidmətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına köməklik etmişdir. Məhkəmə tərkibi hökmdə belə nəticəyə gəlmişdir ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin sabiq rəisi Təqsirləndirilən şəxs xidməti vəzifəsindən istifadə edərək Xidmətin rayon, şəhər rəislərindən və xidmətin aparatının məsul işçilərindən, həmçinin birbaşa özü tərəfindən cəmi 2.464.425,00 (iki miliyon dörd yüz altmış dörd min dörd yüz iyirmi beş) manat rüşvət almışdır. Təqsirləndirilən şəxs həmin hökmlə, həmçinin Cinayət Məcəlləsinin və 341.1-ci maddələri ilə ona görə məhkum edilmişdir ki, O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin s ədrinin 27 aprel 2020-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edildikdən sonra, yəni 28 aprel 2020-ci il tarixli 07 nömrəli əmrlə qanunsuz olaraq özü-özünə “polkovnik” hərbi rütbəsi, eyni zamanda 12 may 2020-ci il tarixli əmrlə özü-özünə “usta” məharəti dərəcəsi vermişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1 (092)-5/2025 saylı 24 iyun 2025-ci il tarixli hökmü aşağıdakı əsaslara görə ləğv edilməli, iş üzrə yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 321.1 və 341 1-ci maddələri ilə əməldə cinayət tərkibi olmadığına görə bəraət verilməli, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə daha yüngül cəza təyin edilməli, Cinayət Məcəlləsini n 70-ci maddəsinə əsasən təyin edilmiş cəza sınaq müddəti təyin edilməklə şərti hesab edilməlidir.
1. Cinayət Məcəlləsinin 32.5, 321.1-ci maddələri üzrə: 1.1. Cinayət Məcəlləsinin 321.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Belə əməllərə görə qanunla iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə görə böyük ictimai təhlükə törətməyən cinayətlərin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Təqsirlə ndirilən şəxs qeyd olunan maddə ilə elan edilmiş ittihamlar onun Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işlədiyi 27 aprel 2020-ci il tarixdən 08 aprel 2023-ci il tarixədək olan dövrə aid olduğundan onun barəsində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən 24 iyun 2025-ci il tarixdə ittiham hökmü çıxarılarkən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş olub. Ona görə də, məhkəmənin ayrıca qərardadla həmin maddə üzrə icraata xitam verməsi üçün hüquqi əsas olmuşdur. 1.2. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 32.5 və 321.1-ci maddələri ilə əməldə cinayət tərkibinin əlamətləri olmadığı üçün bəraət verməli idi. Çünki Azərbaycan Respublikasının 27 dekabr 2024-cü il tarixli 111-VİİQD nömrəli Qanunu ilə (Azərbaycan D övlət informasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2024-cü il, “Azərbaycan" qəzeti, 30 dekabr 2024-cü il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, İİ kitab, maddə 1350) CM-nin 321-ci maddəsinə yeni məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir. Həmin qeyd hissəsinə görə Bu Məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.” Göründüyü kimi həmin maddə üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməyə görə cinayət məsuliyyəti yaradır. İttiham hökmündən və cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs həmin maddələrlə ittiham çağırışçıların qanuni əsas olmadan hərbi çağırışdan müəyyən müddətə möhlət verilməsi, təkrar həkim komissiyasından keçmə və yaxud hərbi biletin verilməsi yolu ilə azad etməyə görə verilmişdir. 1.3. Göstərilən cinayət obyektiv cəhətdən qanuni əsaslar olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağrışdan və ya səfərbərlik üzrə çağrışdan boyun qaçırmada ifadə olunur. Görünür istintaq orqanı və məhkəmə kollegiyası cinayət işi üzrə hüquqi nəticəyə gələrkən 27 dekabr 2024-cü il tarixdə CM-nin 321-ci maddəsinə əlavə edilmiş tövsifedici əhəmiyyətə malik olan „Qeydə və tam Plenum qərarına diqqət yetirməmişlər. Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri çağırışçıları rüşvət almaqla hərbi çağırışdan müəyyən müddətə möhlət verilməsi, təkrar həkim komissiyasından keçmə və yaxud hərbi biletin verilməsi yolu ilə azad etmə cinayət əməllərini də əhatə edir. Göstərilənlərə əsasən Mirzə Cəliloava CM-nin 32.5, 321.1 -ci maddələri ilə əməldə cinayət tərkibinin əlamətləri olmadığı üçün bəraət verilməlidir.
2. Cinayət Məcəlləsinin 341.1-ci maddəsi üzrə: 2.1. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə də ittiham hökmü qanunsuz çıxarılmışdır. Belə ki, ittiham hökmünə əsasən məhkəmə tərəfindən müəyyən edildiyinə görə Təqsirləndirilən şəxs rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə q əsdən zidd olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin 27 aprel 2020-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edildikdən sonra, yəni 28 aprel 2020-ci il tarixli 07 nömrəli əmrlə özüözünə “polkovnik” hərbi rütbəsi, eyni zamanda 12 may 2020-ci il tarixli əmrlə özü-özünə “usta” məharəti dərəcəsi vermişdir. Həmin əməllər dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. İstintaq orqanı və məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd olunan əməlinə CM-nin 341.1-ci maddəsinin cinayət işinin ibtid ai istintaqı aparlarkən və işə məhkəmədə baxılaraq hökm çıxarılarkən, yəni hazırda qüvvədə olan redaksiyasında əksini tapan, cinayət əməlinin obyektiv cəhətdən əlamətlərini sadalamaqla hüquqi qiymət vermiş, onun əməli nəticəsində vurulmuş zərəri “mühüm zərər” hesab etmişdir. İstər istintaq orqanı, istərsə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs işlədiyi dövrdə həmin qanunun başqa redaksiyada qüvvədə olması ilə maraqlanmamış, nəticədə ona vəziyyətini ağırlaşdıran maddə ilə qanunsuz ittiham verilmiş, cəza təyin edilmişdir. CMnin 341.1-ci maddəsinin əvvəlki redaksiyasında cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər və məsuliyyətə səbəb olan ictima təhlükəli nəticə fərqli idi. Həmin maddə ilə cinayət məsuliyyəti əməllə “əhəmiyyətli zərər” vurulduqda yaranırdı. “Əhəmiyyətli zərər”in anlayışı yalnız Cinayət Məcəlləsinin başqa fəslinə aid 273-cü maddəsinin “Qeyd”ində verilmişdir. Həmin “Qeyd”ə görə “əhəmiyyətli zərər” dedikdə, ictimai təhlükəli əməl nəticəsində həm də min manatdan artıq olan məbləğdə ziyan vurulması və ya dövlətin, cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına digər mühüm zərərin vurulması başa düşülür. Məcəllədə “mühüm zərər” analayışının ayrıca izahı yoxdur. Rütbə dərəcəsi qanunsuz artırılarkən və “Usta məharət” dərəcəsi qanunsuz verilərkən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərərin vurulmasından deyil, qanunsuz pul təminatlarının alınmasından söhbət gedə bilər. Həmin pul məbləği isə min manatdan artıq olduqda cinayət məsuliyyəti yarana bilər. Təqsirləndirilən şəxs polkovnik rütbə dərəcəsi ilə xidmət rəisi vəzifəsində işlə diyi dövrdə cəmi 310,42 manat məbləğində əlavə pul təminatı almışdır (əsas: Respublika Hərbi prokurorluğunun apellyasiya şikayətinə əlavə edilmiş 09 sentyabr 2023-cü il tarixli məktubu). “Usta” məharət dərəcəsinə görə də alınmış pul təminatı cinayət məsuliyyəti yaradan məbləğdə olmamışdır. Bu barədə əlavə yazılı sübutlar məhkəməyə təqdim ediləcəkdir. Göstərilən əsasa görə həmin epizodlara görə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin əlamətləri yoxdur. 2.2. CM-nin 341-ci maddəsinin adı və 341.1-ci maddənin hazırda qüvvədə olan dispozisiyası Azərbaycan Respublikasının 1 may 2020-ci il tarixli 68-VİQD nömrəli Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2020-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 518) ilə yeni redaksiyada verilmişdir. Yeni r edaksiyada dispozisiya mətni Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirmədiyi, əksinə ağırlaşdırdığı üçün ona tətbiq edilə bilməzdi. CM-nin 341.1-ci maddəsinin köhnə və yeni redaksiyalarda məzmunu cinayət əməlinin obyektiv cəhətinə aid fərqli əlamətlər müəyyən edilir. Məhkəmənin hökmündə və ittiham aktında Təqsirləndirilən şəxs CM-nin 341.1-ci maddəyə tövsif edilmiş əməli hüquqi cəhətdən həmin maddənin yeni dispozisiyasında müəyyən edilmiş obyektiv cəhətin əlamətləri ilə belə qiymətləndirilmişdir: “..rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə dövlətin qanunla qorunan mənafelərinə m ühüm zərər vurmuşdur”. Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işlədiyi dövrdə 341.1-ci maddə tamamilə aşağıdakı fərqli redaksiyada olmuşdur (maddənin adı da başqa olmuşdur): “Maddə
341. Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə 341.1. Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən suiistifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda ”. CMnin 341.1-ci maddəsinin köhnə dispozisiyasında cinayətin obyektiv cəhətinin yeni dispozisiyasınd a göstərilən və Təqsirləndirilən şəxs əməlinin qiymətləndirilməsi zamanı istifadə edilmiş əlamətlər yoxdur. Ona görə də, CM-nin 341.1-ci maddəsi (yeni dispozisiyada da) Təqsirləndirilən şəxs əməlinə tətbiq edilə bilməzdi. Onun əməlinə həmin maddə köhnə dispozisiyada tətbiq edilərsə ittihamın mahiyyəti tamamilə yenilənər. Buna isə məhkəmənin səlahiyyəti yoxdur. Bu ittihamın hüdudlarından kənara çıxma ilə nəticələnər. 2.3. CM-nin 341.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilməlidir. Cinayət işinin materiallarından və ittiham hökmündə Təqsirləndirilən şəxs istinad edilmiş ifadəsindən göründüyü kimi Təqsirləndirilən şəxs Ali Məclisin sədri tərəfindən xidmət rəisi vəzifəsinə təyin edilərkən sədr tərəfindən ona “polkovnik’’ rütbəsinin verildiyini və bu barədə Azərbaycan Respu blikası üzrə xidmət rəisinin də bundan məlumatlı olduğunu, buna etiraz etməməsini, bununla razılaşadığını, həmin qurumla yazışmaları “polkovnik” rütbəsi ilə apardığını, Ali Məclisin sədri tərəfindən ona yeni xidməti vəzifəsi və “polkovnik” rütbə dərəcəsi barədə öz imzası və Ali Məclisin möhürü ilə təsdiq edilmiş xidməti vəsiqə verildiyini göstərmişdir (vəsiqə cinayət işinə əlavə edilmişdir). Hamıya bəlli olan, sübuta ehtiyacı olmayan faktdır kı, həmin dövrdə də Təqsirləndirilən şəxs, nə Azərbaycan Respublikası üzrə xidmət rəisi, yaxud qeyrisi Ali Məclisin sədri Vasif Talıbova etiraz edə bilməzdi. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməmişdir. Qəsdən törədilməyən əmələ görə CM-nin 341.1-ci maddəsilə ittiham vermək olmaz. 2.4. Respublika Hərbi prokurorluğunun apellyasiya şikayətinə əlavə edilmiş 09 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2020-ci il tarixli 07 nömrəli əmrlə özü-özünə “polkovnik” hərbi rütbəsi verməsi epizodu üzrə hərbi prokurorluqda araşdırma aparılmış, həmin əməl nəticəsində cəmi 310,42 manat məbləğində pul təminatı alındığına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmadığına görə 09 sentyabr 2023-cü il tarixli qərarla həmin iş üzrə cinayət işinin başlanması rədd edilmişdir. İttiham tərəfi həmin qərarın ləğv edilməsi barədə müvafiq qərarı məhkəməyə təqdim etməmişdir. Hazırda müdafiəçi tərəfindən belə sorğu ilə prokurorluğa müraciət olunmuşdur. Cavab alındıqda məhkəməyə təqdim ediləcəkdir. 2.5. Məhkəmənin hökmlə gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs xidmət rəisi işlədiyi zam an 12 may 2020-ci il tarixli əmrlə özü-özünə “usta” məharəti dərəcəsi vermişdir. Məhkəmənin özünün də hökmdə istinad etdiyi Azərbaycan Respublikası Prezidenitinin 2021-ci il 21 iyun tarixli 1371 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılınası Qaydasına əlavəyə əsasən, Təqsirləndirilən şəxs xidmət rəisi təyin edildikdən sonra onun “polis polkovnikleytenantı” xüsusi rütbəsi, “polkovnik-leytenant” hərbi rütbəsinə uyğunlaşdırılmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs xidmət rəisi vəzifəsinə təyin edilənədək polis orqanlarında məsul vəzifələrdə, o cümlədən Naxçıvan şəhər Polis İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə “Usta” məharət dərəcəsi alıb-almadığı aydınlaşdırılmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs özünə “Usta” məharət dərəcəsinin verilməsinin nə üçün ictimai təhlükəli nəticəyə səbəb olan “mühüm zərər” kimi cinayət hüquqi əməl kimi qiymətləndirilməsi, hansı meyara əsaslanması aydın deyildir. Əgər doğrudan da Təqsirləndirilən şəxs özünə qanunsuz olaraq “Usta” məharət dərəcəsi vermişdirsə onun əməli ictimai təhlükəlilik dərəcəsinə görə cinayət deyil, yuxarı tabelik qaydasında intizam məsuliyyətinə səbəb olan əməl kimi qiymətləndirilə bilər.
3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri üzrə: 3.1.Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrində göstərmişdir ki, qeyd olunan vəzifəyə təyin edilənədək hərbi xidmətə çağırışdan azad edilən şəxslər üçün Muxtar Respublikanın bütün şəhər və rayonların səfərbərlik xidmə tləri üçün konkret rüşvət məbləğləri mövcud olmuşdur. Bu barədə öncədən qayda müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edildikdən sonra o da həmin qaydaya tabe olmalı olmuşdur. Hər dəfə hərbi çağırışın yekununda xidmət rəislərinin ona təqdim etdikləri adlı siyahılar və həmin siyahılar əsasında tərtib etdiyi qeydiyyat jurnalı əsasında hərbi xidmətə çağırışdan azad edilən şəxslər və bunun müqabilində toplanmış rüşvət pullarının məbləği barədə şəxsən Seymur Talıbova hesabat vermişdir. Onun göstərişinə əsasən pullar sürücüsü Həsən vasitəsilə Seymur Talıbovun özünə çatdırılmışdır. Sonradan hər dəfə Seymur Talıbov sürücüsü Həsən vasitəsilə həmin pulların 10 faizini rayon və şəhər xidmətlərinin rəislərin ə çatdırılmaq üçün Təqsirləndirilən şəxs göndərmişdir. Xidmət rəisləri onlara ayrılan pulları özləri şəxsən Təqsirləndirilən şəxs götürmüşlər. X5 Cəlilovun özünə hər çağırış üçün 10 min manat olmaqla cəmi səkkiz çağırış ərzində 80 min manat paket formasına pul vermişdir. Həmin pulun 40 min manatını xidmətin təsərrüfat işlərinə xərcləmişdir. Təqsirləndirilən şəxs göstərmişdir ki, ittihamda qeyd olunan rüşvət formasında toplanmış pullar onun özü tərəfindən Seymur Talıbova verilmişdir. Həmin məbləğə hər dəfə toplanmış cəmi rüşvət pullarının rayon, şəhər həkimlərinə və tibbi komissiya üzvlərinə verilən, təxminən 10 faizinədək məbləğini təşkil edən pullar və xidmət rəislərinə ödənilmiş 10 faiz məbləğində pullar daxil deyildir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, dövlət xi dmətində işə düzəltmək və ya xidmət yerini dəyişmək üçün ayrı-ayrı şəxslərdən alınmış rüşvət pullarının hamısı Seymur Talıbova verilmişdir. İşə qəbul edilən şəxslərin şəxsi işləri əvvəlcədən MR Ali Məclisinin hüquq şöbəsinə təqdim edilmiş, Ali Məclis aparatında razılıq verildikdən sonra vəzifələrə təyin edilmişlər. 3.2. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələrində vəsatətlər verərək Seymur Talıbovun və sürücüsü Həsən adlı şəxsin yuxarıda qeyd olunan xüsusatlar üzrə dindirilməsini və onunla üzləşdirilmələrini xahiş etmişdir. Ancaq ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmin vəsatətləri 27 oktyabr 2024-cü il tarixli qərarla təmin etsə də, öz qərarını icra etməmiş, daha doğrusu icra etmək imkanında olmamışdır. Sonradan həmin şəxslərin məhkəmədə şahid qismində dəvət olunaraq dindirilməsi barədə vəsatət verilsə də, vəsatət təmin olunmamışdır. İstintaq orqanı və məhkəmə kollegiyası Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin sabiq rəisi Təqsirləndirilən şəxs xidməti vəzifəsindən istifadə edərək Xidmətin rayon, şəhər rəislərindən və xidmətin aparatının məsul işçilərindən, həmçinin birbaşa özü tərəfindən cəmi 2.464.425,00 (iki miliyon dörd yüz altmış dörd min dörd yüz iyirmi beş) manat rüşvət alması ilə bağlı qanunsuz və ədalətsiz hüquqi nəticəyə gəlmişdir. Seymur Talıbovun və Həsən adlı şəxsin məhkəməyə dəvət edilərək dindirilmələrini məhkəmə kollegiyası da təmin etmək imkanında və marağında olmamışdır. 3.3. İstintaq orqanı və məhkəmə kollegiyası rüşvət formasında toplanmış pulları və dövlət xidmətində işə düzəltmək və ya xidmət yerini dəyişmək üçün ayrı-ayrı şəxslərdən alınmış rüşvət pullarını Seymur Talıbova deyil, Təqsirləndirilən şəxs aid etməklə və onu, həmçinin Həsən adlı sürücüsünü dindirməkdən və üzləşdirməkdən imtina etməklə cinayətmühakimə icraatının aparılmasının hər kəsin qanun qarşısında bərabərlik (CPM, maddə 6), hər kəsin yalnız törətdiyi əmələ və onun nəticələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi (CPM, maddə 7), ədalət (CPM, maddə 8), humanizm (CPM, maddə 9) və təqsirsizlik prezumpsiyası (Avropa Konvensiyası, maddə
6. Konstitusiya, maddə 63) prinsipləri kobud şəkildə pozulmuşdur. Cinayət-mühakimə icraatının göstərilən prinsiplərinin aşkar pozulması şəraitində, aidiyyəti şəxslər, o cümlədən cinayətin təşkilatçısı və icraçıları cinayət məsuliyyətinə cəlb edilmədən, hər kəsin təqsirini fərdiləşdirmədən hazırkı cinayət işinin baxılmaq üçün məhkəməyə göndərilməsi məqsədilə prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilə bilməzdi və hazırkı hökm çıxarıla bilməzdi. Nəticədə Təqsirləndirilən şəxs törətdiyi əməldən daha ağır cinayət əməllərinə görə məsuliyyət daşımağa məruz qalmışdır. 3.4. İstintaq orqanının ”Sübutların qiymətləndirilməsi haqqında” 06 noyabr 2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs münasibətdə cinayət-mühakimə icraatının aparılmasının qanunçuluq, hər kəsin qanun qarşısında bərabərlik, hər kəsin yalnız törətdiyi əmələ və onun nəticələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi, ədalət, humanizm və təqsirsizlik prezumpsiyası prinsiplərinin pozulmasının mübahisəsiz təsdiqi hesab oluna bilər. Belə ki, həmin qərardan da göründüy ü kimi iş üzrə təqsirləndirilən şəxs Şahid101 istisna olmaqla Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan qurumların qərar hissəsində adları göstərilməyən rəisləri, vəzifəli şəxsləri və digərləri, qanuni əsas olmadan hərbi xidmətdən yayınmış həqiqi hərbi xidmət qulluqçularına əsasız tibbi rəy vermiş hərbi həkim komissiyalarının üzvləri, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törədilməsinə tapşırıq vermiş Naxçıvan Muxtar Respublikasının rəhbər vəzifəli şəxsləri və onların qohumları (ifadələr qərarda olduğu kimi saxlanılmışdır) cinayət məsuliyyətinə cəlb edilməmişlər. Təqsirləndirilən şəxs Şahid101 da daxil olmaqla həmin şəxslərin barəsində cinayət işinin ayrıca icraata ayrılması, Təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə tək verilməsi istintaqın gələcəkdə qaranlıq perspektivindən xəbər verir. Qeyd olunan şəxslər barəsində cinayət işinin ayrılması formaldır. 3.5. Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bilavasitə icraçıları olmuş xidmət rəislərinin, digər vəzifəli şəxslərin əksəriyyəti hazırda cinayətləri törədərkən işlədikləri vəzifələrdə işləməkdə davam edirlər, bəziləri isə daha məsul vəzifələrə təyin edilmişlər. 3.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərlik etdiyi dövrdə rəhbər vəzifələrdə işləmiş, rəhbərlik dəyişdikdən sonra daha ağır oxşar və digər cinayət əməllərinə görə məsuliyyətə alınmış, həbs edilmiş şəxslər hazırda azadlıqdadırlar. Həmin humanist və ədalətli münasibət Təqsirləndirilən şəxs da göstərilməlidir. 3.7. Həmçinin təyin edilmiş hökm ilə razı deyilik, ona görə ki, məhkəmə Təqsirləndirilən şəxs ağır cəza təyin etmişdir. İşə baxan məhkəmə kollegiyası cəza təyin edərkən Təqsirləndirilən şəxs tərəfindən ona verilən tapşırıqları icra etməsi həmin dövrün bəlası kimi Təqsirləndirilən şəxs asılı olmayan hal kimi qiymətləndirilməsi, törətdiyi əməldən səmimi peşmanlığını, etdiyi əməli səmimi etiraf edərək cinayətin açılmasına və onun digər iştirakçılarının müəyyən edilməsinə fəal köməklik etməsini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şahid qismində dindirilən şəxslərin çoxluğu (bir neçəsi xaric) Cəlilovu tanımadıqlarını, onunla heç bir cinayət əlaqəsinə girmədiklərini, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını bildirmə lərini və cəzanı ağırılaşdıran halların olmamasını tam olaraq nəzərə almadan ona ağır cəza təyin etmişdir. Hesab edirik ki, Təqsirləndirilən şəxs barəsində şərti cəza təyin edilərsə, bu onun cəmiyyətdən təcrid olunmadan islah olunmasına, əməlindən səmimi olaraq nəticə çıxarmasına kifayət edəcəkdir. Ümumilikdə ibtidai istintaqın və məhkəmə baxışının qanunsuz, qeyri-obyektiv və məqsədyönlü aparılması nəticəsində Təqsirləndirilən şəxs ölkə Konstitusiyası ilə müəyyən edilmiş məhkəmə müdafiəsi və təqsirsizlik prezumpsiyası hüquqları kobud şəkildə pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya məhkəmə instansiyası apellyasiya şikayətinə baxarkən humanizm və ədalət prinsiplərini rəhbər tutaraq hökmü ləğv edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 321.1 və 341.1 -ci maddələri ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verərək, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə daha yüngül cəza təyin etməklə Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanı sınaq müddəti təyin etməklə şərti olaraq təyin etməlidir.” Apellyasiya şikayətinin hüquqi əsası kimi “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2001-ci il 1 noyabr tarixli, 1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 fevral 2023-cü il tarixli Plenumunun qərarının 2-ci və 3cü bəndlərinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına, A zərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx.xx.2003-cü il tarixli qərarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarına istinad edilmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 çıxışlarında Naxçıvan MR Hərbi Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 1-1(092)-5/2025 nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 321.1 və 341.1-ci maddələri ilə əməldə cinayət tərkibi olmadığına görə bəraət verilməsi, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə daha yüngül cəza təyin edilərək Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin e dilmiş cəzanın sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi barədə yeni hökm çıxarılmasını kollegiyadan xahiş etdilər. Məhkəmə baxışı iclasında dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 çıxışında Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 1-1(092)-5/2025 nömrəli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəllənin 32.5, 321.1-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsini, Təqsirləndirilən şəxs Ci nayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 341.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarını n müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasi ya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni, apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya m əhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət -prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apelyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Birinci instansiya məhkəməsinin hökmü ilə razı laşmayan Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili Naxçıvan MR Hərbi Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 1-1(092)-5/2025 nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 321.1 və 341.1-ci maddələri ilə əməldə cinayət tərkibi olmadığına görə bəraət verilməsi, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə daha yüngül cəza təyin edilərək Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi barədə yeni hökm çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası tədqiq edilmiş cinayət işinin materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsin, onun m üdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Belə ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənas ına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan v ə cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bununla belə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 2.5, 321. 1 və 341.1-ci maddələrində nəzərdə tutulan cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməllərinin onun tərəfindən törədilməsi və təqsirliliyinin məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələrində nəzərdə tutulan əməllərinin cinayət olmasını aradan qaldıran halların, eləcə də həmin maddələrlə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 32.5, 321.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə üzrə cinayət işi üzrə icraata xitam verilmişdir. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasiyasının 18 noyabr 2025-ci il tarixli, 1-1(108)-9/2025 nömrəli qərarı vardır. Birinci instansiya məhkəməsinin hökmündə qeyd edilir ki, cinayət işinin 8-ci cildinin 22-79-cu vərəqələrindən göründüyü kimi Cəlilov X3 Muxtar Respublikası Ali Məclisinin sədrinin 27 aprel 2020-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edildikdən sonra, yəni 28 aprel 2020-ci il tarixli 07 nömrəli əmrlə özü-özünə “polkovnik” hərbi rütbəsi, eyni zamanda 12 may 2020-ci il tarixli əmrlə özü-özünə “usta” məharəti dərəcəsi vermişdir. Cəlilov X3 Muxtar Respublikası Ali Məclisinin sədrinin 27 aprel 2020-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilməmişdən öncə “polis polkovnik-leytenantı” xüsusi rütbəsini daşımışdır. Azərbaycan Respublikası Prezidenitinin 2021-ci il 21 iyun tarixli 1371 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası”na əlavəyə əsasən, “polis polkovnik-leytenantı” xüsusi rütbəsi, “polkovnik-leytenant” hərbi rütbəsinə uyğunlaşdırılmışdır. Cinayət işinin materiallarından, habelə Təqsirləndirilən şəxs şəxsi işindəki sənədlərdən Səfərbərlik və Hərbi Xidmətə çağırış Üzrə Dövlət Xidmətinin rəisinin Təqsirləndirilən şəxs “polkovnik” hərbi rütbəsi verməsinə dair hər hansı əmri olmadığı görünür. Eləcə də mübahisələndirilən hökmdə göstərilir ki, cinayət işinin 8-ci cildinin 134-cü vərəqəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 04 noyabr 2024-cü il tarixdə istintaq orqanına özünün icra etməklə tərtib etdiyi, özündə Naxçıvan Muxtar Respublikası üzrə qeydiyyatda olan həqiqi hərbi xidmət qulluqçularından rüşvət formasında əldə edilən pul vəsaitlərinin məbləği və adlı siyahısını əks etdirən qeydiyyat kitabçası təqdim etmişdir. Sözügedən kitabçada göstərilənləri və birinci instansiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələrini nəzərə alaraq kollegiya qeyd edir ki, Təqsirləndirilə n şəxs tərəfindən Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Buna görə də məhkəmə kollegiyası hömdə qeyd olunanlarla razılaşır və bununla bağlı apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Apellyasiya şikayətində qeyd edilən “Respublika Hərbi prokurorluğunun apellyasiya şikayətinə əlavə edilmiş 09 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2020-ci il tarixli 07 nömrəli əmrlə özü-özünə “polkovnik” hərbi rütbəsi verməsi epizodu üzrə hərbi prokurorluqda araşdırma aparılmış, həmin əməl nəticəsində cəmi 310,42 manat məbləğində pul təminatı alındığına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmadığına görə 09 sentyabr 2023-cü il tarixli qərarla həmin iş üzrə cinayət işinin başlanması rədd edilmişdir. İttiham tərəfi həmin qərarın ləğv edilməsi barədə müvafiq qərarı məhkəməyə təqdim etməmişdir” dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən sözügedən qərarın qüvvədə olub-olmaması ilə bağlı məlumat almaq üçün 22 oktyabr 2025-ci il tarixli, 1-1(108)-9/2025 nömrəli məktubla Azərbaycan Respublikası Hərbi Prokurorluğuna sorğu göndərilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğundan məhkəməyə daxil olmuş 29 oktyabr 2025-ci il tarixli, 3-3-070/2-043548/2025 nömrəli cavab məktubunda 09 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Şəfahət İmranov tərəfindən 12 iyun 2024-cü il tarixdə ləğv edildiyi bildirilmiş və müvafiq qərar məhkəməyə göndərilmişdir.. Bundan başqa apelyasiya şikayətində göstərilən “İstintaq orqanı və məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd olunan əməlinə CM-nin 341.1-ci maddəsinin cinayət işinin ibtidai istintaqı aparlarkən və işə məhkəmədə baxılaraq hökm çıxarılarkən, yəni hazırda qüvvədə olan redaksiyasında əksini tapan, cinayət əməlinin obyektiv cəhətdən əlamətlərini sadalamaqla hüquqi qiymət vermiş, onun əməli nəticəsində vurulmuş zərəri “mühüm zərər” hesab etmişdir. İstər istintaq orqanı, istərsə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs işlədiyi dövrdə həmin qanunun başqa redaksiyada qüvvədə olması ilə maraqlanmamış, nəticədə ona vəziyyətini ağırlaşdıran maddə ilə qanunsuz ittiham verilmiş, cəza təyin edilmişdir” dəlilləri ilə bağlı kollegi ya qeyd edir ki, Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma adlanan 341-ci maddəsinin 1-ci bəndinə əsasən rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin dispozisiyasında yeni redaksiyada edilmiş dəyişiklik Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin tövsifinin dəyişməsi, ona qarşı verilmiş ittihamın qanunsuz sayılması, bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 341.1-ci maddəsi üzrə bəraət verilməsi üçün əsas təşkil etmir. Apellyasiya şikayətində göstərilən ““Əhəmiyyətli zərər”in anlayışı yalnız Cinayət Məcəlləsinin başqa fəslinə aid 273-cü maddəsinin “Qeyd”ində verilmişdir. Həmin “Qeyd”ə görə “əhəmiyyətli zərər” dedikdə, ictimai təhlükəli əməl nəticəsində həm də min manatdan artıq olan məbləğdə ziyan vurulması və ya dövlətin, cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına digər mühüm zərərin vurulması başa düşülür ”dəlili ilə bağlı kolle giya qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 273-cü maddəsinin “Qeyd”ini Cinayət Məcəlləsinin 341.1-ci maddəsinə şamil etmək qnunsuz olduğundan mümkünsüzdür və bununla bağlı dəlilin də əsası yoxdur. Həmçinin şikayətdə göstərilən “CM-nin 341.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilməlidir. Cinayət işinin materiallarından və ittiham hökmündə Təqsirləndirilən şəxs istinad edilmiş ifadəsindən göründüyü kimi Təqsirləndirilən şəxs Ali Məclisin sədri tərəfindən xidmət rəisi vəzifəsinə təyin edilərkən sədr tərəfindən ona “polkovnik’’ rütbəsinin verildiyini və bu barədə Azərbaycan Respublikası üzrə xidmət rəisinin də bundan məlumatlı olduğunu, buna etiraz etməməsini, bununla razılaşadığını, həmin qurumla yazışmaları “polkovnik” rütbəsi ilə apardığını, Al i Məclisin sədri tərəfindən ona yeni xidməti vəzifəsi və “polkovnik” rütbə dərəcəsi barədə öz imzası və Ali Məclisin möhürü ilə təsdiq edilmiş xidməti vəsiqə verildiyini göstərmişdir (vəsiqə cinayət işinə əlavə edilmişdir). Hamıya bəlli olan, sübuta ehtiyacı olmayan faktdır kı, həmin dövrdə də Təqsirləndirilən şəxs, nə Azərbaycan Respublikası üzrə xidmət rəisi, yaxud qeyrisi Ali Məclisin sədri Vasif Talıbova etiraz edə bilməzdi. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməmişdir. Qəsdən törədilməyən əmələ görə CM-nin 341.1-ci maddəsilə ittiham vermək olmaz” dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, göstərilən hallar Təqsirləndirilən şəxs müdafiəsi və məsuliyyətdən yayınması üçün irəli sürülmüş subyektiv mülahizə xarakterli dəlillərdir. Beləliklə yuxarıda göstərilənlər i ümumiləşdirərək qeyd edirəm ki, apelyasiya şikayətində göstərilən digər dəlillər subyektiv mülahizə xarakterli dəlillər olmaqla Naxçıvan MR Hərbi Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 1-1(092)-5/2025 nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 321.1 və 341.1-ci maddələri ilə əməldə cinayət tərkibi olmadığına görə bəraət verilməsi, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə daha yüngül cəza təyin edilərək Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi barədə yeni hökm çıxarılması üçün əsas təşkil etməsə də, işə apelyasiya qaydasında yenidən baxan kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-c ü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Belə ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 32.5, 321.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini nəzərə almamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd olunan əsaslara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə görə kollegiy a belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 1-1(092)-5/2025 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə təqsirli bilinərək barəsində təyin olunmuş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 341.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, hökm qalan hissələrdə dəy işdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Cinayət-Prosessual Məcəllənin 398.1.4, 399.1.1, 399.1.4, 401.1.2, 407, 408.2.4, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərarverdi: Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 11(092)-5/2025 nömrəli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 11(092)-5/2025 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə təqsirli bilinərək barəsində təyin olunmuş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 341.1-c i maddəsi ilə təqsirli bilinərək barəsində təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.