Məhkəmə qərarları › İş №1-1(3-8)-11/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-8)-11/2026

16.09.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1-1(3-8)-11/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X10 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8, nümayəndəsi - vəkili Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1, müdafiəçilər – Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili müdafiəçi4, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi3 iştirakları ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.3, 182.2.2 və 182.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs1 29,178.2.1, 29,178.2.3, 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə və şikayətə əlavəyə, zərərçəkmiş zərərçəkmiş şəxs8 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında (audio-video yazı aparılmaqla) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (hakimlər Fikrət Əliyev (sədrlik edən), Bilal Məmmədov və Zaur Hacıyev) təqsirləndirilən şəxs2 (## ###### 2002-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Ağdam rayonunun Qiyaslı kəndində daimi qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi, ev 64-də yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin 6-cı tədris bölüyünün 2-ci tədris tağımının komandiri vəzifəsində xidmət etmiş, R, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.3, 182.2.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 29,178.2.1, 29,178.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.2 və 182.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; təqsirləndirilən şəxs1 (## ###### 1999-cu il tarixdə Ağdaş rayonunun Cardam kəndində doğulmuş, həmin ünvanda daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin 6-cı tədris bölüyünün komandiri vəzifəsində xidmət etmiş, R, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.3, 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 29,178.2.1, 29,178.2.3-cü maddələri ilə 4200 (dörd min iki yüz) manat cərimə cəzasına, CM-in 329.2.1 və 329.2.2-ci maddələri ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 4500 (dörd min beş yüz) manat cərimə cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5000 (beş min) manat cərimə cəzasının təyin edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs2 ona görə məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə cəhd etmiş, təkrarən zərərçəkmiş şəxslərin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlak xarakteri daşıyan hərəkətlər etmələrini tələb etmiş, həmçinin zərərçəkmiş şəxslərə zor tətbiq etməklə əmlak xarakteri daşıyan hərəkətlər etmələrini hədə qorxu ilə tələb etmişdir. Belə ki, təqsirləndirilən şəxs2, Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərinin Nərimanov rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 6-cı tədris bölüyünün 2-ci tədris tağımının komandiri vəzifəsində, R hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2025-ci ilin aprel ayının ortalarında günorta saatlarında xidməti otağında olan zaman tabeliyində xidmət etmiş, yəni qeyd olunan tağımın 3-cü tədris manqasının atıcısı, əsgər X1 istifadəsində olan *** ***-**-** mobil nömrədən atası, zərərçəkmiş şəxs8 *** ***-**-** mobil nömrəsinə “whatsapp” tətbiqi vasitəsilə zəng edib onunla danışdırmış, sonra zərərçəkmiş şəxs8 özü ilə əlaqə qurmuş, oğlu F.Isazadənin xidməti fəaliyyəti ilə maraqlanıb, gənc əsgərlərin təlim kursunu bitirdikdən sonra hansı hərbi hissələrə təyin edilə biləcəyini soruşmuş, o əsgər F.Isazadənin Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrindən birinə təyin oluna biləcəyini demişdir. zərərçəkmiş şəxs8 övladı F.Isazadənin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə təyin edilməsini istədiyini dedikdə, o bu barədə yuxarı rəisləri ilə danışıb xəbər edəcəyini bildirmişdir. Həmin danışığı bitirdikdən sonra o dərhal 6-cı bölüyün komandiri, R təqsirləndirilən şəxs1 xidməti otağına gedərək orada sonuncuya təklikdə əsgər X1 atası zərərçəkmiş şəxs8 ilə mobil telefonda danışdığını və gənc əsgərlərin bölgüsü zamanı sonuncunun övladının Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən hər hansısa birinə xidmətə təyin edilməsində köməklik göstərilməsini xahiş etdiyini demişdir. Bu zaman R təqsirləndirilən şəxs1 yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gələrək, buna dair heç bir səlahiyyətə və ya real imkanlara malik olmadığı halda, 2500 (iki min beş yüz) manat pul verilməsi müqabilində zərərçəkmiş şəxs8 ad çəkmədən guya yuxarı komandanlıqda xidmət edən yüksək vəzifəli tanışlarının vasitəsi ilə əsgər F.S.Isazadənin xidmət yerinin Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə təyin edilməsini həll edə biləcəyini deməsini tapşırmış, əldə olunan qazancdan ona da pul verəcəyini vəd etməklə onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmişdir. Bundan sonra o, R təqsirləndirilən şəxs1lə öz aralarında qurduqları cinayətkar plan üzrə hərəkət edib növbəti gün, yəni 2025-ci ilin aprel ayının ortalarında günorta saatlarında xidməti otağında istifadəsində olan mobil telefondan zərərçəkmiş şəxs8 istifadəsində olan mobil telefona “whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edib övladı F.S.Isazadənin Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə, xüsusən də N nömrəli hərbi hissəyə 2500 (iki min beş yüz) manat məbləğində pul verilməsi müqabilində təyin edilə biləcəyi vədini vermişdir. zərərçəkmiş şəxs8 ilk öncə həmin təklifi qəbul edib fikirləşdikdən sonra xəbər edəcəyini bildirsə də, sonradan həmin fikrindən daşınaraq qeyd olunan təklifdən imtina etdiyindən o, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi R təqsirləndirilən şəxs1lə birlikdə öz iradələrindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməyib qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs2 Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərinin Nərimanov rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsində həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən özü üçün qanunsuz üstünlük əldə etmək, yəni tabeliyindəki şəxsi heyəti tam şəkildə öz iradəsinə tabe etdirib, üzərlərində öz üstünlüyünü, habelə onları qorxu içində saxlayaraq bütün qanuni və qanunsuz göstərişlərini icra edəcək vəziyyətdə qalmalarını təmin etmək məqsədilə 2025-ci ilin aprel ayının 12-15-i aralığında bir neçə dəfə zərərçəkmiş şəxs6 sinə nahiyəsinə sağ əlinin üst tərəfi ilə zərbə vurmuş, 2025-ci ilin aprel ayının ortalarında günorta saatlarında hərbi hissənin əsgər yataqxanasına daxil olaraq əsgərlərə səslənib Bakı şəhərində kimlərin yaşadığını soruşmuş, bu zaman hərbi hissənin 6-cı tədris bölüyünün 2-ci tağımının 1-ci manqasının atıcıları, əsgərlər zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs5 və həmin tağımın 3-cü manqasının atıcısı, əsgər zərərçəkmiş şəxs7 Bakı şəhərində yaşadıqlarını bildirdikdən sonra həmin əsgərləri xidməti otağına çağırmış, orada onlardan özünün istifadəsi üçün elektron qəlyan aldıra bilib-bilməyəcəklərini soruşmuş, əks halda onlar üçün “yaxşı” olmayacağını demiş, zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs5 və zərərçəkmiş şəxs7 onun əsgərlərə sərt davrandığını gördükləri üçün qorxub həmin vaxt qəlyan gətirməyəcəkləri halda telefonla danışmalarına, hərbi hissənin ərazisində yerləşən mağazaya istənilən vaxt getmələrinə, istirahət vaxtı rahat istirahət etmələrinə icazə verməyəcəyini, xidmət müddətlərində hansısa problem yaradacağını, onlara qarşı fiziki zorakılıq edəcəyini düşünərək məcbur qalıb razılaşmış, bununla da o, həmin şəxslərə qarşı zor göstərmə hədəsi ilə əmlak xarakteri daşıyan hərəkətlər etmələrini tələb etmişdir. Bundan sonra o, öz cinayətkar niyyətinə nail olmaq məqsədilə ayrı-ayrı vaxtlarda qeyd olunan əsgərlərə istifadəsində olan *** ***-**-** nömrəli mobil telefonla zəng vurub yaxınları ilə danışmaları üçün şərait yaratmış, ##.##.2025ci il tarixində əsgər zərərçəkmiş şəxs7 komandiri təqsirləndirilən şəxs2 üçün iki ədəd “Vozol” markalı elektron qəlyan alınması məqsədilə qohumu şahid3 zəng etmiş, şahid3 isə həmin qəlyanları alıb hərbi hissəyə gətirməyə razılıq vermişdir. 2025-ci ilin aprel ayının ortalarında saat 17 radələrində əsgər zərərçəkmiş şəxs5 isə əvvəl dostu şahid2, sonuncunun maddi imkanı olmadığıdan qardaşı şahid1la əlaqə saxlayıb qeyd olunan məsələ barədə bildirib ondan elektron qəlyan almasını xahiş etmiş, sonuncu Bakı şəhəri, Sabunçu rayonunun ərazisində yerləşən yaşadığı məhəllədə şahid2 elektron qəlyan alması üçün 20 manat məbləğində pul vermişdir. Əsgər zərərçəkmiş şəxs6 isə həmin ərəfədə dostu şahid4 elektron qəlyan istəmiş, şahid4 isə qəlyanı alıb komandirinə verə biləcəyini bildirmişdir. Bundan sonra, ## ##### 2025-ci il tarixdə günorta saatlarında hərbi hissənin qarşısında təqsirləndirilən şəxs2 şahid3 ilə görüşüb ondan hər birinin dəyəri 30 manat olan 2 ədəd “Vozol” markalı elektron qəlyanı şəxsən götürmüş, şahid4 isə almış olduğu 30 manat dəyərində olan 1 ədəd “Vozol” markalı elektron qəlyanı 2025-ci ilin aprel ayının ortalarında axşam saatlarında hərbi hissənin NBM-nə qoydurmaqla oradan qəbul etmişdir. təqsirləndirilən şəxs2 bununla kifayətlənməyərək cinayətkar niyyətini yenidən həyata keçirib, 2025-ci ilin aprel ayının sonlarında günorta saatlarında həmin hərbi hissənin əsgər yataqxanasında əsgərlər zərərçəkmiş şəxs7 və zərərçəkmiş şəxs6 görüb onlara yaxınlaşaraq təkrarən onlardan elektron qəlyan aldıra bilib-bilməyəcəklərini soruşmuş, onlar yenidən elektron qəlyan aldıra bilməyəcəyiklərini bildirdikdə, o, məyus şəkildə “yaxşı, gedin” demişdir. Bundan bir neçə gün sonra, yəni 2025-ci ilin aprel ayının sonlarında günorta saatlarında o, öz cinayətkar niyyətini reallaşdırmaq məqsədi ilə tabeliyində olan əsgərlər zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxs6 və zərərçəkmiş şəxs5 əsgər yataqxanasında olan xidməti otağına çağırmış, sonuncudan əvvəldən tələb etdiyi elektron qəlyanı nə səbəbə gətirə bilmədiyini soruşmuş, artıq 2 ədəd elektron qəlyan gətirməli olduğunu demiş, əsgər zərərçəkmiş şəxs5 2 ədəd qəlyan aldıra bilməyəcəyini demiş və dostu şahid2 ilə danışması üçün onun mobil telefonunu götürüb otaqdan çıxmış, bundan sonra o, əsgər zərərçəkmiş şəxs6 yaxınlaşaraq “bərk” və ya “boş” olduğunu soruşub sol əli ilə qarın nahiyəsinə bir yumruq zərbəsi vurmuş, daha sonra sol əli ilə əsgər zərərçəkmiş şəxs7 sol çiyin nahiyəsindən tutub sıxaraq sağ əli ilə kürəyinə ardıcıl bir neçə yumruq zərbələr vuraraq zor tətbiq etməklə əmlak xarakteri daşıyan hərəkətlər etmələrini təkrarən hədə qorxu ilə tələb etmişdir. 2025-ci ilin aprel ayının sonlarında günorta saatlarında təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs5 dostu şahid2 almış olduğu 30 manat dəyərində olan 1 ədəd “Vozol” markalı elektron qəlyanı hərbi hissə ilə üzbəüz istiqamətdə yerləşən marketə qoydurmaqla oradan qəbul etmişdir. təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə cəhd etmiş, habelə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki və daha çox şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs1 Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərinin Nərimanov rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 6-cı tədris bölüyünün komandiri vəzifəsində, R hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2025-ci ilin aprel ayının ortalarında günorta saatlarında komandiri olduğu bölüyün 2-ci tədris tağımının komandiri, R təqsirləndirilən şəxs2 xidməti iş otağına gəlib tağımında xidmət etmiş, yəni qeyd olunan tağımın 3-cü tədris manqasının atıcısı, əsgər X1 atası zərərçəkmiş şəxs8 ilə mobil telefonda danışdığını və gənc əsgərlərin bölgüsü zamanı sonuncunun övladının Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən hər hansısa birinə xidmətə təyin edilməsində köməklik göstərilməsini xahiş etdiyini demişdir. Bu zaman R təqsirləndirilən şəxs1 yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gələrək, buna dair heç bir səlahiyyətə və ya real imkanlara malik olmadığı halda, 2500 (iki min beş yüz) manat pul verilməsi müqabilində zərərçəkmiş şəxs8 ad çəkmədən guya yuxarı komandanlıqda xidmət edən yüksək vəzifəli tanışlarının vasitəsi ilə əsgər F.S.Isazadənin xidmət yerinin Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyin edilməsini həll edə biləcəyini deməsini tapşırmış, əldə olunan qazancdan ona da pul verəcəyini vəd etməklə R təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmişdir. Bundan sonra təqsirləndirilən şəxs2 öz aralarında qurduqları cinayətkar plan üzrə hərəkət edib növbəti gün, yəni 2025-ci ilin aprel ayının ortalarında günorta saatlarında istifadəsində olan *** ***-**-** nömrəli mobil telefondan zərərçəkmiş şəxs8 istifadəsində olan 070 606-48- ** nömrəli mobil telefonuna “whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edib övladı F.S.Isazadənin Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə, xüsusən də N nömrəli hərbi hissəyə 2500 (iki min beş yüz) manat məbləğində pul verilməsi müqabilində təyin edilə biləcəyi vədini vermişdir. zərərçəkmiş şəxs8 ilk öncə həmin təklifi qəbul edib fikirləşdikdən sonra xəbər edəcəyini bildirsə də, sonradan həmin fikrindən daşınaraq qeyd olunan təklifdən imtina etdiyindən R təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi R təqsirləndirilən şəxs2la birlikdə öz iradələrindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməyib qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs1 Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərinin Nərimanov rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsində həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2025-ci ilin aprel ayının ortalarında saat 16 radələrində 6-cı tədris bölüyünün əsgər yataqxanasına gələn hərbi hissə növbətçisi barədə əvvəlcədən ona məlumat verməyən tabeliyində olan həmin bölüyün 3-cü tağımının 2-ci manqasının komandiri, əsgər zərərçəkmiş şəxs1 və 1-ci tağımının 3-cü manqasının komandiri, əsgər zərərçəkmiş şəxs3 xidməti iş otağına çağırıb bu barədə onlara iradını bildirmiş, ardınca isə rəis olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni tabeliyindəki şəxsi heyəti tam şəkildə öz iradəsinə tabe etdirib, üzərlərində öz üstünlüyünü, habelə onları qorxu içində saxlayaraq bütün qanuni və qanunsuz göstərişlərini icra edəcək vəziyyətdə qalmalarını təmin etmək məqsədilə, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkət edərək, əvvəlcə hər iki əli ilə əsgərlər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 baş nahiyələrindən tutub bir-birinə vurmuş, sonra isə hər iki əli ilə əsgər zərərçəkmiş şəxs1, daha sonra əsgər zərərçəkmiş şəxs3 sifətinə çoxsaylı sillə zərbələri vurmaqla, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs1 Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərinin Nərimanov rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsində həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2025-ci ilin may ayının əvvəllərində saat 16 radələrində xidməti iş otağında tabeliyində olan həmin bölüyün 2-ci tağımının 2-ci manqasının komandiri, əsgər zərərçəkmiş şəxs2 və 3-cü tağımın 3-cü manqasının komandiri, əsgər zərərçəkmiş şəxs4 əvvəlki tarixlərdə “6-cı tədris bölük növbətçilərinin qəbulu-təhvili kitabı”nda səhv qeydiyyat apardıqlarını aşkar edib bundan qəzəblənərək qeyd olunan əsgərləri xidməti iş otağına çağırmış, bu barədə onlara deyib iradını bildirmiş, ardınca isə rəis olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni tabeliyindəki şəxsi heyəti tam şəkildə öz iradəsinə tabe etdirib, üzərlərində öz üstünlüyünü, habelə onları qorxu içində saxlayaraq bütün qanuni və qanunsuz göstərişlərini icra edəcək vəziyyətdə qalmalarını təmin etmək məqsədilə, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkət edərək, əvvəlcə hər iki əli ilə əsgərlər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs4 baş nahiyələrindən tutub bir-birinə vurmuş, sonra isə hər iki əli ilə əsgər zərərçəkmiş şəxs2, daha sonra əsgər zərərçəkmiş şəxs4 sifətinə çoxsaylı sillə zərbələri vurmaqla, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi4 apellyasiya şikayəti və şikayətə əlavə verərək, Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini və şikayətə əlavəni belə əsaslandırmışdır ki, hökm əsassız, qanunsuz va sübutlara zidd olduğundan ləğv edilməlidir. Belə ki, birinci instansiya mahkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, cinayət qanununun tətbiqində səhvə yol vermiş və təqsirləndirilən şəxsin təqsiri qanunla tələb olunan səviyyədə sübuta yetirilməmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbinə əsasən şəxsin təqsiri yalnız mötəbər, kifayət qədər və bir-birini tamamlayan sübutların məcmusu ilə təsdiq oluna bilər. Mövcud iş üzrə isə belə sübutlar mövcud deyildir. Eyni zamanda, təqsirsizlik prezumpsiyasına uyğun olaraq aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Lakin birinci instansiya məhkəməsi bu prinsipi nəzərə almamışdır. Məhkəmə iş üzrə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, cinayət prosessual qanunvericiliyinin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərini pozmuş, məhkəmə istintaqında bilavasitə tədqiq edilmiş sübutlara lazımi hüquqi qiymət verməmiş, ittihamın əsasını təşkil eden halları şübhədən kənar sübuta yetirilmədiyi halda ittiham hökmü çıxarmışdır. Azərbaycan Respublikası CPM-in tələblərinə əsasən şəxsin təqsirliliyi yalnız məhkəmədə tədqiq edilmiş mötəbər sübutların məcmusu ile müəyyən edilə bilər. Həmin məcəllənin 145.3-cü maddəsinə əsasən aradan qaldırılması mümkün olmayan bütün şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Hazırki cinayət işində həmin prinsipə əməl edilməmişdir. Məhkəmə sübutları seçmə qaydada qiymətləndirmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələr tamamilə rədd edilmiş, lakin həmin ifadələrin hansı hissəsinin hansı sübutla təkzib olunduğu göstərilməmişdir. Eyni yanaşma zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrə münasibətdə də tətbiq edilmişdir. Belə olan halda hökm CPM-in qanunilik, əsaslılıq və ədalətlilik tələblərinə cavab vermir və ləğv edilməlidir. CM-in 182.2.2 və 182.2.3-cü maddələri üzrə ittiham qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 əməlini Cinayət Məcəlləsinin 182.2.2 ve 182.2.3-cü maddələri ile düzgün tövsif edildiyini hesab etsə də, hökmün əsaslandırıcı hissəsində həmin cinayətin obyektiv ve subyektiv əlamətlərinin hansı konkret sübutlarla tesdiq olunduğunu hüquqi baxımdan əsaslandıra bilməmişdir. Məhkəmə əsasən ibtidai istintaq zamanı verilmiş ifadələrə istinad etmeklə kifayətlənmiş, məhkəmə baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlara və zərərçəkmiş şəxslərin ifadələrinə lazımi hüquqi qiymət verməmişdir. Cinayət Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulmuş hədə-qorxu ilə tələb etmə cinayetinin obyektiv tərəfi özgənin əmlakının, əmlaka hüququn və ya əmlak xarakterli hərəkətlərin verilməsini tələb etməklə yanaşı, həmin tələbin zor tətbiq ediləcəyi, əmlakın məhv ediləcəyi və ya digər qanunda göstərilən hədə üsulları ilə müşayiət olunmasını nəzərdə tutur. Deməli, cinayət tərkibinin mövcudluğu üçün zərərçəkmiş şəxsin iradəsini sındırmağa yönəlmiş real və konkret hədə-qorxunun mövcudluğu, eləcə də əmlak əldə etmek məqsədi sübuta yetirilməlidir. Lakin məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri məhz bu elementlərin mövcud olmadığını təsdiq etmişdir. Bele ki, zərərçəkmişlər məhkəmə iclasında ifadə verərək onlara qarşı real hədə-qorxu edilmədiyini bildirmişler. Onlar göstərmişlər ki, elektron qəlyan gətirmələrinin səbəbi təqsirləndirilən şəxsdən qorxmaları deyil, telefonla daha rahat danışa biləcəkləri, mağazaya sərbəst gedə biləcəkləri və xidmət zamanı müəyyən güzəştlər əldə edəcəkləri barədə formalaşmış düşüncələri olmuşdur. Başqa sözlə, zərərçəkmişlərin öz ifadələri onların davranışının qorxu nəticəsində deyil, müəyyən rahatlıqlar əldə etmək ümidi ilə formalaşdığını təsdiq edir. Məhkəmə baxışı zamanı zərərçəkmişlər eyni zamanda bildirmişlər ki, təqsirləndirilən şəxs tərəfindən onlara vurulduğu iddia edilən zərbələr yüngül xarakter daşımış, heç bir xəsarət, iz və ya ciddi fiziki ağrı yaratmamışdır. Heç bir zərərçəkmiş məhkəmədə əmlak verməyə və ya elektron qəlyan gətirməyə məhz zor tətbiq ediləcəyi qorxusu altında məcbur edildiyini gösterməmişdir. Diqqətəlayiq hal ondan ibarətdir ki, məhkəmə hökmündə zərərçəkmişlərin məhkəmə iclasında verdikləri bu ifadələr faktiki olaraq nəzərə alınmamış, onların ibtidai istintaq zamanı verdikləri ifadələrə üstünlük verilmişdir. Halbuki hökmün özünde de zərərçəkmişlərin məhkəmə baxışı zamanı verdikləri ifadələrin məzmunu göstərilmişdir. Buna baxmayaraq, məhkəmə həmin ifadələrin niyə qeyri-inandırıcı hesab edildiyini hər hansı obyektiv sübutla əsaslandırmamış, yalnız zərərçəkmişlərin təqsirləndirilən şəxslə barışmaları ehtimalına istinad etmişdir. Lakin ehtimal və mülahizə cinayət-prosessual qanunvericiliyinə görə sübut hesab edilə bilməz və ittiham hökmünün əsası kimi qəbul oluna bilməz. Bundan başqa, məhkəmə hədə-qorxu ilə tələb etme cinayətinin subyektiv tərəfi olan tamah məqsədini və özgənin əmlakını məhz hədə-qorxu yolu ilə ələ keçirmək niyyətini hansı sübutlarla müəyyən etdiyini də hökmünde göstərməmişdir. Halbuki cinayətin hüquqi tövsifi üçün bu hallar həlledici əhəmiyyət kəsb edir. Beləliklə, iş üzrə məhkəmə iclasında bilavasitə tədqiq olunmuş sübutların məcmusu göstərir ki, zərərçəkmişlərin iradəsi real hədə-qorxu nəticəsində deyil, onların öz subyektiv gözləntiləri ilə formalaşmış, təqsirləndirilən şəxs tərəfindən tətbiq olunduğu iddia edilən fiziki təsir isə əmlak əldə etmək məqsədi ilə zor tətbiq edilməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.3-cü maddələrinin dispozisiyasında nəzərdə tutulmuş cinayət tərkibi mövcud deyildir. Odur ki, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə işin faktiki hallarına və cinayət qanununun tələblərinə uyğun olmadığından ləğv edilməlidir. CM-in 29,178.2.1 və 29,178.2.3-cü maddələri üzrə ittiham qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1 və 29,178.2.3-cü maddələri ilə tövsif etsə də, hökmün əsaslandırıcı hissəsində dələduzluq cinayətinin obyektiv və subyektiv əlamətlərinin hansı sübutlarla təsdiq olunduğunu hüquqi baxımdan əsaslandıra bilməmişdir. Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin zəruri elementi aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını və ya əmlaka olan hüququ ələ keçirmək niyyətinin mövcud olmasıdır. Buna görə də şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün onun əvvəlcədən aldatma niyyəti ilə hərəkət etməsi və bu niyyətin mötəbər sübutlarla təsdiq edilməsi zəruridir. Hazırkı iş üzrə isə həmin halların heç biri sübuta yetirilməmişdir. Belə ki, zərərçəkmiş zərərçəkmiş şəxs8 məhkəmə baxışı zamanı da təsdiq etmişdir ki, o, təqsirləndirilən şəxsə heç bir pul verməmişdir. Pulun verilməməsi zərərçəkmiş şəxsin öz iradəsi ilə qəbul etdiyi qərarın nəticəsi olmuş, təqsirləndirilən şəxs tərəfindən əmlakın əldə edilməsinə yönəlmiş hər hansı sonrakı hərəkət edilməmişdir. Bundan əlavə, məhkəmə hökmündə təqsirləndirilən şəxsin aldatma niyyətinin nədən ibarət olduğu, onun hansı məlumatı bilərəkdən yalan təqdim etdiyi və zərərçəkmiş şəxsi konkret hansı üsulla aldatdığı göstərilməmişdir. Hökm yalnız zərərçəkmiş şəxsin ifadəsinə istinad etməklə kifayətlənmiş, lakin həmin ifadədən cinayət tərkibinin bütün elementlərinin necə müəyyən edildiyini hüquqi baxımdan əsaslandırılmamışdır. Iş materiallarından görünür ki, söhbət hərbi qulluqçunun gələcək xidmət yerinin müəyyən edilməsinə təsir göstərilməsi ilə bağlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi ümumiyyətlə araşdırmamışdır ki, təqsirləndirilən şəxs2 həmin məsələnin həllinə təsir göstərmək imkanının olub-olmaması, yaxud verdiyi vədin əvvəlcədən yerinə yetirilməsi mümkün olmayan yalan vəd olması hansı sübutlarla təsdiq edilir. Halbuki məhz bu hal aldatma niyyətinin müəyyən edilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Əgər təqsirləndirilən şəxs verilən vədin həyata keçirilməsini mümkün hesab edirdisə və ya buna real imkanın mövcud olduğuna inanırdısa, onun hərəkətlərində əvvəlcədən aldatma niyyətinin olması barədə nəticəyə gəlmək hüquqi baxımdan mümkün deyildir. Digər tərəfdən, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs1 ilə zərərçəkmiş şəxsdən pul alınması və ya hər hansı cinayət əməlinin törədilməsi barədə əvvəlcədən heç bir razılığının olmadığını qəti şəkildə bildirmişdir. Birinci instansiya məhkəməsi isə bu ifadəni təkzib edən hər hansı mötəbər sübut oöstərmədən onun bu mövqeyini rədd etmişdir. Halbuki CM-in 34-cü maddəsinin tələbinə görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsi üçün cinayətin icrasına başlamazdan əvvəl iştirakçılar arasında cinayətin törədilməsi barədə qarşılıqlı razılığın mövcudluğu mütləq sübuta yetirilməlidir. Iş materiallarında isə təqsirləndirilən şəxs2 ilə təqsirləndirilən şəxs1 arasında əvvəlcədən əldə edilmiş belə bir razılığı təsdiq edən birbaşa və mötəbər sübut mövcud deyildir. Məhkəmə bu xüsusatla bağlı yalnız ehtimallara əsaslanmış, lakin qabaqcadan əlbirliyin hansı konkret sübutlarla təsdiq edildiyini hökmündə göstərməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən cinayətə cəhd yalnız o halda mövcud hesab edilə bilər ki, şəxs cinayətin obyektiv tərəfini həyata keçirməyə başlamış olsun və cinayət onun iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmasın. Hazırkı işdə isə nə əmlak əldə edilmiş, nə də əmlakın əldə edilməsinə yönəlmiş, təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan səbəblərə görə yarımçıq qalmış konkret hərəkətlər müəyyən edilmişdir. Zərərçəkmiş şəxs pulu öz iradəsi ilə verməkdən imtina etmişdir ki, bu hal özüözlüyündə dələduzluğa cəhd cinayətinin mövcudluğunu təsdiq etmir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1 və 29,178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğunu təsdiq etmir. Birinci instansiya məhkəməsi cinayət tərkibinin əsas elementi olan aldatma niyyətini, qabaqcadan əlbirliyi və cinayətə cəhdin zəruri əlamətlərini mötəbər sübutlarla deyil, ehtimallarla əsaslandırmış, aradan qaldırılması mümkün olan şübhələri isə təqsirləndirilən şəxsin əleyhinə qiymətləndirmişdir. Bu səbəbdən Bakı Hərbi Məhkəməsinin hökmü həmin hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməli, təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 29,178.2.1 və 29,178.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət hökmü çıxarılmalıdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, məhkəmə baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlara lazımi hüquqi qiymət verməmiş, təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş mühüm halları nəzərə almamış və nəticədə işin faktiki hallarına uyğun olmayan hüquqi nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.3-cü maddələrinin tətbiqi üçün zəruri olan hədə-qorxu ilə əmlakın əldə edilməsi arasında səbəbli əlaqə, real hədə-qorxunun mövcudluğu, eləcə də tamah məqsədi mötəbər sübutlarla təsdiq edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1 və 178.2.3-cü maddələri üzrə aldatma niyyətinin, qabaqcadan əlbirliyin və cinayətə cəhdin zəruri elementləri də sübuta yetirilməmişdir. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, ittiham yalnız mötəbər, bir-biri ilə uzlaşan və təqsirləndirilən şəxsin təqsirini şübhədən kənar təsdiq edən sübutların məcmusuna əsaslana bilər. Hazırki iş üzrə isə mövcud şübhələr aradan qaldırılmamış, əksinə, həmin şübhələr birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əleyhinə qiymətləndirilmişdir ki, bu da təqsirsizlik prezumpsiyası prinsipinin pozulması deməkdir. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada və kifayət qədər sübutlarla təsdiq edilmədiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması və barəsində ittiham hökmü çıxarılması yolverilməzdir. Əks yanaşma yalnız ehtimallara əsaslanan ittihamın ittiham hökmü çıxarılması üçün kifayət hesab edilməsi ilə nəticələnər ki, bu da cinayət mühakimə icraatının əsas prinsiplərinə, xüsusilə təqsirsizlik prezumpsiyası və təqsirin şübhədən kənar sübuta yetirilməsi tələblərinə zidd olardı. Belə olan halda Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Həmin hökm ləğv edilməli, təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 29, 178.2.1, 178.2.3, 182.2.2 və 182.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi sübuta yetirilmədiyindən ona həmin ittihamlar üzrə bəraət verilməsi barədə yeni apellyasiya qərarı qəbul edilməlidir. Hökmdən həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmasını, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 münasibətdə isə dəyişdirilərək cərimə cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 arasında barışıq əldə edilməmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin cinayət əməli iş materiallarındakı sübutlarla tam təsdiqini tapmış, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini təklif etmiş, zərərçəkmiş şəxsi təmsil edən nümayəndə dövlət ittihamçısının təklif etdiyi cəza növü ilə razı olduğunu bildirmişdir. Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.3,329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinmiş və ona qəti olaraq 5000 manat cərimə cəzası təyin edilmişdir. Həmin hökmlə razı deyil və hesab edir ki,məhkəmə iş üzrə faktiki halları təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsini, törədilmiş əməllərin xarakterini və zərərçəkmiş şəxsin mövqeyini lazımi qaydada nəzərə almamış, nəticədə həddindən artıq yüngül cəza təyin etmişdir. Eyni zamanda hökmdən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 apellyasiya baxışında iştirak edən vəkili müdafiəçi1 apellyasiya şikayətinə əlavə verərək, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 da cəzasının agırlışdırılmasını xahiş etmişdir. Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilməmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi müdafiəçi4 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığına görə bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 və müdafiəçisi müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, həmçinin öz apellyasiya şikayətini müdafiə edərək, təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilərək cərimə cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini, eyni zamanda təqsirləndirilən şəxs2 cəzasının ağırlaşdırılmasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi3 zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, cəzanın ağırlaşdırılması üçün əsaslar olmadığından, hökmün dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı dövlət ittihamçısı2 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, təqsirləndirilən şəxsə təqsirləndirilən şəxs2 bəraət verilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməklə, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 CM-in 29,178.2.1, 29,178.2.3, 182.2.2 və 182.2.3-cü maddələri ilə bəraət verilməsi iddia edilir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətinin məzmunundan görünür ki, işin faktiki halları və əməlin töfsifi mübahisələndirilməmiş, sadəcə məhkəmə tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 CM-in 29,178.2.1, 29,178.2.3, 329.2.1 və 329.2.2-ci maddələri təyin edilmiş cərimə cəzasının yüngüllüyü mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri, daha sonra isə zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təyin edilmiş cəza məsələsi müzakirə edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-in 29,178.2.1, 29,178.2.3, 182.2.2 və 182.2.3-cü maddələri ilə bəraət verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla - zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, o cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlarla tamamilə təkzib edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.3, 182.2.2 və 182.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, vəfat etmiş əsgər Fariz Isazədə hərbi hissədə xidmət etdiyi zaman onun telefonuyla öz atası ilə danışdıqdan sonra telefonu gətirib ona vermişdir ki, atası danışmaq istəyir. Bu zaman onun atası ilk növbədə oğluna telefonla danışmaq üçün şərait yaratdığı üçün öz təşəkkürünü bildirmiş, sonra isə oğlunun Bakıda yerləşən hərbi hissələrin birində xidmətinə davam etdirə bilməsi üçün ona köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O cavabında öyrənib deyəcəyini bildirmişdir. zərərçəkmiş şəxs8lə bu danışığından sonra o dəfələrlə zəng etmiş, zərərçəkmiş şəxs8 başından etmək üçün həmin dediyi məsələni 2500 manat müqabilində həll edə biləcəyini bildirmişdir. Bilmişdir ki, zərərçəkmiş şəxs8 həmin məbləğdəki pulu tapıb gətirə bilməyəcəkdir. Sırf onu sovuşdurmaq üçün belə bir yalan danışmışdır. Əgər dələduzluq etmək fikri olsaydı, zərərçəkmiş şəxs8 2500 manatı verə bilməyəcəyini deyəndə ondan 1500 manat istəyərdi. Bilmişdir ki, əsgərlərin hərbi hissələrə bölünməsi kompyuter vasitəsi ilə aparılır. Ona görə də bilə-bilə heç zaman belə hərəkət etməzdi. Bununla bağl təqsirləndirilən şəxs1lə də hər hansı danışığı olmamış, onun bu məsələdən xəbəri olmamışdır. Digər əsgərlərə zor tətbiq etmək məsələsinə gəldikdə isə Sumqayıt Hərbi Prokurorluğunda ifadə alındığı zaman müstəntiq gətirib qarşısına yazılı ifadə qoyaraq göstərmişdir ki, həmin ifadəni əl yazısı ilə öz ifadəsi kimi köçürməlidir. Sumqayıt Hərbi prokurorluğunda ifadəsinin alınması qanun pozuntuları ilə həyata keçirilmişdir. Müdafiəçisi müdafiəçi4 ibtidai istintaq zamanı üzləşdirmə keçirilməsi üçün bir neçə dəfə vəsatət vermiş, lakin müdafiəçinin vəsatətlərinin heç biri təmin olunmamışdır. Heç bir hüquqazidd hərəkətlərə yol verməmiş, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlməmiş, onlar zor tətbiq etməklə onlardan qəlyan tələb etməmiş, əsgərlər özləri ona qəlyan təklif etmişlər. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 istintaq zamanı ## #### 2025-ci il tarixli ifadələrində, eləcə də ## #### 2025-ci il tarixli ifadəsində göstərmişdir ki, o, əsgər X1 xidmətə gəldiyi gün, yəni ## ##### 2025-ci il tarixdən tanımış, onunla münasibəti xidməti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2025-ci ilin aprel ayının ortalarında Fariz Isazadə ona məxsus mobil telefonla valideyni ilə danışdıqdan sonra telefonu gətirib atasının onunla danışmaq istədiyini bildirmiş, o, mobil telefonu götürüb danışarkən danışan şəxs Fariz Isazadənin atası zərərçəkmiş şəxs8 olduğunu bildirmiş və oğlu Fariz Isazadəyə telefonla danışmasına şərait yaratdığı üçün ona təşəkkür etmiş, söhbət zamanı zərərçəkmiş şəxs8 övladı Fariz Isazadənin bölgü zamanı Daxili Qoşunların Naxçıvan Respublikasında yerləşən hərbi hissələrindən birinə təyin olunub-olunmayacağını soruşmuş, o, cavab olaraq qeyd olunan yerə təyin olunmasının mümkün olduğunu bildirmişdir. Bu zaman zərərçəkmiş şəxs8 övladının Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə təyin olunaraq xidmətini davam etdirə bilməsi barədə soruşduqda, o, bunun üçün müəyyən məbləğdə pul verməli olduğunu və məsələnin həllinin ondan asılı olmadığını bildirmişdir. zərərçəkmiş şəxs8 ondan hansı məbləğdə pul verməli olduğunu soruşduqda, o, yuxarı rəislərdən öyrənib deyəcəyini bildirmişdir. O, zərərçəkmiş şəxs8lə danışığı bitirdikdən sonra 6-cı bölüyün komandiri, R təqsirləndirilən şəxs1 əsgər yataqxanasında olan xidməti otağına getmiş, sonuncuya Fariz Isazadənin atası zərərçəkmiş şəxs8 gənc əsgərlərin bölgüsü zamanı övladının Daxili Qoşunların Bakı şəhərinin ərazisində yerləşən hərbi hissələrinin birinə təyin olunmasını istədiyini bildirmişdir. Həmin vaxt R təqsirləndirilən şəxs1 problem olmadığını, bölgü zamanı 2500 (iki min beş yüz) manat məbləğində pul verilməsi müqabilində Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə təyin etdirə biləcəyini demişdir. Həmin vaxt o, R təqsirləndirilən şəxs1lə 2500 manat pulu aralarında hansı qaydada bölmələri ilə bağlı söhbət etməmiş, lakin sonuncunun ona qeyd olunan pulun müəyyən bir hissəni verəcəyini bilmişdir. Növbəti gün günorta saatlarında xidməti otağında o, zərərçəkmiş şəxs8lə danışarkən V, R təqsirləndirilən şəxs1 dediklərini sonuncuya çatdıraraq 2500 manat məbləğində pul müqabilində övladı X4 Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə, xüsusən də N nömrəli hərbi hissəyə təyin etdirə biləcəyini demiş, həmçinin səlahiyyətli şəxslərlə tanışlığı olduğunu, yüksək əlaqələri sayəsində əsgərlərin bölünmələrinə dair tərtib olunmuş siyahıdan digər əsgərin adının çıxarılaraq Fariz Isazadənin adının yazılacağını, oğlunun işini Daxili Qoşunların komandanlığının vəzifəli şəxslərinin vasitəsilə həll etdirəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra zərərçəkmiş şəxs8 ona zəng edərək həmin pulu verməyə imkanının çatmadığını bildirmişdir. təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, 2025-ci ilin aprel ayında xidmətə çağırılmış gənc əsgərlər zərərçəkmiş şəxs6 və zərərçəkmiş şəxs7 özü üçün qəlyan istəmiş, sonuncular onun tələbi əsasında qəlyan alıb gətirmişlər. zərərçəkmiş şəxs6 və zərərçəkmiş şəxs7 qəlyan alıb verdikdən sonra yenidən qəlyan almalarını tələb etmiş, onun ikinci tələbindən bir neçə gün keçsə də, həmin əsgərlərin qəlyan almadıqlarını görüb xidməti otağına çağırmış, onlardan niyə tələbini yerinə yetirmədiklərini soruşmuş, hər iki əsgər bir dəfə qəlyan aldıqlarını, ikinci dəfə almağa maddi imkanlarının olmadığını bildirmişlər. O, həmin əsgərlərdən qısa müddət ərzində ikinci dəfə qəlyan alıb gətirmələrini tələb etmiş, bu zaman hər iki əsgər yenidən maddi imkanlarının olmadığını, qəlyanı aldırıb verə bilməyəcəklərini bildirmişlər. Həmin vaxt o, ayağa qalxaraq zərərçəkmiş şəxs7 üzərinə gedib əli ilə çiynindən tutaraq son vaxtlar sözə baxmadığını, qısa müddətə qəlyanı alıb gətirməsini deyib çiynindən sıxmış və qarnına bir yumruq zərbəsi vurub qəlyanı gətirməsini tələb etmişdir. Bundan sonra ## ### 2025-ci il tarixdə gənc əsgərlər bölünərək digər hərbi hissələrə təyin olunmuş, həmin vaxt əsgər F.Isazadə N nömrəli hərbi hissəyə göndərilmiş və ## ### 2025-ci il tarixdə vəziyyəti pisləşərək orada ölmüşdür. O, bundan narahat olduğu üçün yaşadığı evin yaxınlığında yerləşən N nömrəli hərbi hissəyə gedərək əsgər yataqxanasına daxil olub 6-cı bölükdən olan əsgərləri çağırmış və söhbət edərək prokurorluqda aparılan araşdırma zamanı artıq-əksik danışmamalarını tapşırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 vəfat etmiş əsgər Fariz Isazədənin Bakıda yerləşən hərbi hissələrin birində xidmətinə davam etdirə bilməsi üçün atası zərərçəkmiş şəxs8 başından etmək üçün həmin dediyi məsələni 2500 manat müqabilində həll edə bilməsi, zərərçəkmiş şəxs8 həmin məbləğdəki pulu tapıb gətirə bilməyəcəyi, sırf onu sovuşdurmaq üçün belə bir yalan danışması, dələduzluq etmək fikri olsaydı, zərərçəkmiş şəxs8 2500 manatı verə bilməyəcəyini deyəndə ondan 1500 manat istəyə bilməsi, bununla bağlı təqsirləndirilən şəxs1lə də hər hansı danışığı olmaması, onun bu məsələdən xəbəri olmaması, digər əsgərlərə zor tətbiq etmək məsələsinə gəldikdə isə Sumqayıt Hərbi Prokurorluğunda ifadə alındığı zaman müstəntiqin gətirib qarşısına yazılı ifadə qoyaraq köçürməsini tələb etməsi, Sumqayıt Hərbi prokurorluğunda ifadəsinin alınması qanun pozuntuları ilə həyata keçirilməsi barədə birinci instansiya məhkəməsində verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələr ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-in 29,178.2.1, 29,178.2.3, 182.2.2 və 182.2.3-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışının dəlilləri əsassızdır, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi həmin maddələr üzrə onun təqsirsizliyini təsdiq edən və ya ona bəraət verilməsi üçün heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla onun CM-in 29,178.2.1, 29,178.2.3, 182.2.2 və 182.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və həmin əməllərə görə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Apellyasiya məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla təqsirləndirilən şəxsin verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olmaması səbəbindən iş üzrə çıxarılmış hökmün ləğv olunması barədə müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in CM-in 29,178.2.1, 29,178.2.3, 182.2.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan əməli törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təyin olunmuş cəza məsələsi ilə də bağlı aşağıdakıları qeyd edir. Belə ki, CM-nin 182.2.2, 182.2.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərək CM 59.1.12 və 59.2-ci maddələrinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs5 və zərərçəkmiş şəxs7 ilə barışmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona CM-in 182.2.2, 182.2.3-cü maddəsinin aşagı həddində, 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinı məqsədə uyğun saymışdır. Işdə olan Azərbaycan Respublikası DIN-nin BƏSII-nin verdiyi tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.3, 182.2.2 və 182.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halın olmaması və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası eyni zamanda hökmdən zərərçəkmiş şəxsin vəkili müdafiəçi1 apellyasiya şikayətinə əlavəyə, yəni təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 da cəzasının artırılması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşdırılması barədə şikayət apellyasiya baxışına qədər verilə bilər. Iş materiallarından görünür ki, iş üzrə ilkin məhkəmə baxışı ## #### 2026-cı il tarixdə, məhkəmə baxışı ## #### 2026-cı il tarixdə keçirilməsinə baxmayaraq, vəkil müdafiəçi1 təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 daha ağır cəza verilməsi barədə şikayəti ## #### 2026-cı il tarixdə vermişdir. Odur ki, məhkəmə kollegiyası bu hissəyə münasibət bildirməyə zərurət görmür. Məhkəmə kollegiyası eyni zamanda zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın yüngül olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, şikayətdə sadalan hallar təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsinə əsas vermir. Belə ki, hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 cəza təyini zamanı CM-in 59.1.12 və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs4 ilə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq işin hallarını, təqsirləndirilən şəxs1 Ordu sıralarından ehtiyata buraxılmasını, hadisənin törədilmə şəraitini və vaxtını nəzərə alaraq hesab etmişdir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Ədalət prinsipinə görə təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Işdə olan Azərbaycan Respublikası DIN-nin BƏSII-nin verdiyi tələbnamədən görünür ki, təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydaların möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı, həmçinin məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi təqsirkarın şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri aydınlaşdırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli, * №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunması üçün əsaslar yoxdur, odur ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.3, 182.2.2 və 182.2.3-cü maddələri, təqsirləndirilən şəxs1 29,178.2.1, 29,178.2.3, 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.3, 182.2.2 və 182.2.3-cü maddələri, təqsirləndirilən şəxs1 29,178.2.1, 29,178.2.3, 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi4 və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilməsin. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar