Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1-1(3-1)-5/2026 29.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Mirzəyev Ilqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas dövlət ittihamçısı2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin (hakim Ə.M.Eminov) ## #### 2026cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək barəsində 9 (doqquz) ay intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi, hökmün icrasının Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinə həvalə olunması, cəzaçəkmə müddətinin əvvəlinin Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbirinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 4-cü təlim taborunun 12-ci təlim bölüyünün 1-ci taqımının 1-ci manqasında əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən ##.##.2025-ci il tarixdə Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissənin “Qastroenterologiya” bölməsində stasionar müalicədə olan zaman saat 21 radələrində onunla eyni bölmədə stasionar müalicədə olan N nömrəli hərbi hissənin 3-cü təlim taborunun 7-ci təlim bölüyünün 3-cü taqımının 1-ci manqasında xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs növbətçi tibb bacısından mobil telefon istəməsini və zəng etmək istədiyini demiş, əsgər Zərərçəkmiş şəxs tibb bacısından telefon istəyə bilməyəcəyini dedikdə aralarında yaranmış mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətdiyindən o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci və Intizam Nizamnaməsinin 1 və 3-cü bəndlərində göstərilmiş “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı” “nalayiq hərəkətlər etməməli”, “yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini kobud surətdə pozub əsgər Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir yumruq zərbəsi vuraraq sonuncuya “dodaqların əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan sağ əng sümüyünün qapalı, yerini dəyişmiş sınığı” xəsarətlərini yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ## #### 2026-cı il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan MR Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*- **)-*/**** nömrəli hökmünə dəyişiklik edərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş 9 (doqquz) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasının dəyişdirilərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəza növünə şərti məhkum olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini Təqsirləndirilən şəxs istər ibtidai istintaqda, istərsədə məhkəmə istintaqında əməlini səmimi etiraf etdiyini, əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ## ###### 2026-cı il tarixdə komandanlığın müşahidəsi altına vermə cəzası növündə qətimkan tədbiri seçildiyini, cinayət işi üzrə hökm çıxarılanadək qətimkan tədbirinin onun tərəfindən pozulmadığını, istintaqın gedişatına hər hansı bir maneə yaratmadığını, ibtidai istintaq orqanının və məhkəmənin çağırışlarına vaxtında gələrək ibtidai istintaq və məhkəmə araşdırmalarından yayınmadığını, hazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında zərərçəkmiş şəxsin müalicə xərclərinin gələcəkdə təqsirləndirilən şəxs tərəfindən qarşılanması barədə razılığa gəlindiyini, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, əvvəllər məhkum olunmadığını, zərərçəkmiş şəxslə barışdığı nəzərə alınarsa məhkəmənin onun barəsində 9 (doqquz) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasının şərti tətbiq edilməsi barədə qərar çıxara biləcəyini qeyd edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin hüquqi əsası kimi Cinayət Məcəlləsinin 41.2, 58.1, 58.3, 70, 70.1, 70.2-ci maddələrinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * №li qərarına istinad edilmişdir. Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 ## ##### 2026-cı il tarixli Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə dair etirazla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti cinayət işinin obyektiv hallarına uyğun, qanuni və əsaslı olmadığından təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-*/**** nömrəli hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı1 etirazını təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, o cümlədən məhkəmə istintaqı zamanı toplanmış sübutlarla uyğunluq təşkil edən cinayət işinin istintaq materialları ilə tam təsdiq olunmasını, cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizasının təyin edilməsini, alınmış ## ####### 2025-ci il tarixli, *** nömrəli ekpert rəyində Zərərçəkmiş şəxs “dodaqların əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan sağ əng sümüyünün qapalı, yerini dəyişmiş sınığı” xəsarətlərinin aşkar edildiyi, qeyd edilən xəsarətlərin bərk-küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şaraitdə törənməsinin istisna olunmadığı, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğunun göstərilməsini, cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs *** nömrəli hərbi hospitalda hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməsini, alınmış ## ###### 2025-ci il tarixli, **** nömrəli arayışda onun hərbi xidmətə yararlı olduğunun göstərilməsini, N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayışda hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığının göstərilməsini, N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs mənfi xarakterizə olunmasını, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdən müddətli həqiqi hərbi xidmətdə olaraq hərbi xidmətin xüsusiyyətlərini kifayət qədər mənimsəməsinə baxmayaraq ## ####### 2025-ci il tarixdə N nömrəli hərbi hissəsinin “Qastroenterologiya” bölməsində stasionar müalicədə olan zaman nizamnamənin tələblərini pozaraq saat 21 radələrində hospitalda mobil telefonla danışmağın qadağan olunduğunu bildiyi halda onunla eyni bölmədə stasionar müalicədə olan əsgər Zərərçəkmiş şəxs növbətçi tibb bacısından mobil telefon istəməsini, gətirib ona verməsini və zəng etmək istədiyini bildirməsini, əsgər Zərərçəkmiş şəxs tibb bacısından telefon istəyə bilməyəcəyini dedikdə aralarında yaranmış mübahisə zamanı nizamnamənin tələblərini kobud formada pozaraq Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmaya aid “dodaqların əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan sağ əng sümüyünün qapalı, yerini dəyişmiş sınığı” xəsarətlərini yetirməsini, zərbənin təsirindən Zərərçəkmiş şəxs çarpayıya yıxılmasını, əsgər yoldaşı onu kənarlaşdırdıqdan sonra Zərərçəkmiş şəxs ağzından qan gəldiyini görüb onun arxasınca gedərək Zərərçəkmiş şəxs əl-üzünü yuduqdan sonra prosedur otağına aparılıb çarpayıya uzadılmasını, həmin vaxt şahid2 və şahid4 orada olan əsgərlərdən, o cümlədən Təqsirləndirilən şəxs nə olduğunu soruşduqda Zərərçəkmiş şəxs başının fırlandığını, anidən özündən gedərək yerə yıxıldığı üçün xəsarət aldığını, növbətçi həkim şahid3 də eyni qaydada bildirməsini, yalnız Naxçıvan Hərbi Prokurorluğunun əməkdaşının gəlib onunla aparılan söhbətlərdən sonra törətdiyi cinayət əməlini etiraf etmək məcburiyyətində qalmasını, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xidmət apardığı hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmasını, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi nəticəsində sağ almacıq sümüyünün sındığını, Mərkəzi Hospitala təxliyyə edilərək hospitalda 20 gün müddətində müalicə olunduğunu və sağ almacıq sümüyünün əməliyyat edildiyini, ## ###### 2025-ci il tarixdə N nömrəli hərbi hissəyə qayıtdığını, üzünün sınıq hissəsinə qoyulmuş tibbi plantın 1 ildən sonra çıxarlması üçün təkrar əməliyyat olunacağını, birinci əməliyyatın xərcinin dövlət tərəfindən qarşılandığını, ikinci əməliyyatın xərcinin Təqsirləndirilən şəxs tərəfindən qarşılanmasını istədiyini, maddi və mənəvi ziyanı ödəniləcəyi təqdirdə Təqsirləndirilən şəxs şikayət və tələbinin olmayacağını bildirməsini, müdafiəçinin apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında müalicə xərclərinin gələcəkdə qarşılanması barədə razılığa gəlindiyini göstərsə də bununla bağlı təsdiqedici sənədləri apellyasiya şikayətinə əlavə etməməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına zərər vurulmaqla yanaşı hərbi qulluq qaydalarına da qəsd etməsini, hərbi qulluq qaydalarının zəruri tərkib hissəsi olan hərbi intizamın olması üçün hər bir hərbi qulluqçunun hərbi nizamnamələrə ciddi əməl etməli olmasını, məhkəmənin Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq əsgər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin məhkəmə istintaqında əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsdən üzr istəyib onunla barışmağa cəhd etməsini cəzasını yüngülləşdiriən hallar kimi nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının deyil, sanksiyada nəzərdə tutulan aşağı həddə 9 (doqquz) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini, bunun da cəzanın məqsədinə nail olmaq baxımından qanuni, əsaslı və ədalətli olmasını qeyd etməklə əsaslandırmışdır. Etirazın hüquqi əsası kimi Cinayət Məcəlləsinin 8.1, 41.2, 332.1, 332.2.5-ci maddələrinə, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli, 688-IIQD №-li Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 1, 38 və 137-ci maddələrinə istinad edilmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə istinad edərək məhkəmə baxışı iclasında apellyasiya şikayətini müdafiə etməklə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması və cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdilər. Məhkəmə baxışı iclasında dövlət ittihamçısı dövlət ittihamçısı2 çıxışında verilmiş apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmadığını bildirməklə birinci instansiya məhkəməsinin hökmünün əsaslı olduğunu, apellyasiya şikayətinin təmin edilməməsini və sözügedən hökmün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs çıxışında apellyasiya şikayəti ilə razılaşmadığını bildirdi. Kollegiya apellyasiya şikayəti ilə əlaqədar cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya şikayətinin hüdudlarında, Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb, bütün bunlara hüquqi qiymət verərək verilmiş apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlir və bununla bağlı qeyd edir ki, istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmədən ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticə verməklə həmin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə tövsif etmişdir. Sözügedən maddənin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətində də işin faktiki halları və əməlin hüquqi tövsifi deyil, yalnız hökmün cəza hissəsi mübahisələndirilmiş və təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayəti üzrə Təqsirləndirilən şəxs istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqında əməlini səmimi etiraf edərək əməlindən peşmançılıq hissi keçirdiyi, ibtidai və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ## ###### 2026-cı il tarixdə komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçildiyi, cinayət işi üzrə hökm çıxarılanadək qətimkan tədbirinin onun tərəfindən pozulmadığı, istintaqın gedişatına hər hansı bir maneə yaratmadığı, ibtidai istintaq orqanının və məhkəmənin çağırışlarına vaxtında gələrək ibtidai istintaq və məhkəmə araşdırmalarından yayınmadığı, hazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında zərərçəkmiş şəxsin müalicə xərclərinin gələcəkdə təqsirləndirilən şəxs tərəfindən qarşılanması barədə razılığa gəlindiyi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğu, əvvəllər məhkum olunmadığı, zərərçəkmiş şəxslə barışdığı ilə bağlı dəlillərini müzakirə edərək qeyd olunanları əsassız hesab edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-*/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayəti səmimi etiraf etməklə əməlindən peşmançılıq çəkməsi, zərər çəkmiş şəxsdən üzr istəyərək onunla barışmağa cəhd göstərməsi cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən sözügedən yüngülləşdirici hallar kifayət qədər nəzərə alınmaqla əsaslandırılmış, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8, 41.2, 58 və 59-cu maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almış və təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyası daxilində nəzərdə tutulmuş növdə və həddə ədalətli, qanuni və əsaslı 9 (doqquz) ay intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, apellyasiya şikayətində zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışdığı, hazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında zərərçəkmiş şəxsin müalicə xərclərinin gələcəkdə təqsirləndirilən şəxs tərəfindən qarşılanması barədə razılığa gəlindiyi qeyd edilsə də, bununla bağlı təsdiqedici sənədlər nə apellyasiya şikayətinə əlavə edilmiş, nə də məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət işinin materiallarına uyğun çıxarılmışdır. Kollegiya həçminin qeyd edir ki, apellyasiya şikayətinin baxışı mərhələsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməklə barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi, o cümlədən cəza çəkmədən islah olunmasının mümkün sayılması üçün yeni hallar müəyyən edilməmişdir. Buna görə də, kollegiya Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində tətbiq etdiyi müvafiq cəza cəzanın məqsədlərinin təmin edilməsi üçün tam əsaslıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və cəza təyin edilməsinin ümumi əsaslarına uyğun olduğundan verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas təşkil etmir. Yuxarıda qeyd olunan əsaslara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə kollegiya belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407.2, 408.2.4, 409, 410, 412-ci maddələrini rəhbər tutaraq kollegiya qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-1)-5/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1-1(3-1)-5/2026
29.04.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver