Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1-1(3-1)-9/2026 17.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə dair Açar sözlər: Silah qismində istifadə olunan əşyadan (məişət təyinatlı bıçaqdan) istifadə edilməklə xuliqanlıq ittihamı verilmiş, zərərçəkmiş şəxslə barışıq əldə olunmuş, birinci instansiya məhkəməsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, CM-in 70-ci maddəsinin tətbiqi üçün apellyasiya şikayəti verilmiş, şərti məhkum etmə üçün əsaslar müəyyən olunmamış. Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev İlqar Məhərrəm oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynov İbrahim Fətulla oğlunun, zərərçəkmiş şəxs İmanov Yaşar Elşar oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, ## ###### 1997-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan, barəsində ##.##.2026-cı il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Silahlı pilotsuz uçu aparatları dəstəsinin “BayraktarTB2” silahlı pilotsuz uçuş aparatlarının uçuşa hazırlama xidmətinin reqlament və təmir qrupunun dizelçi-elektriki vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, ## ###### 2026-cı il tarixdə ünvan 1 ünvanında kirayədə yaşayan və sevgi münasibətində olduğu şahid1 evinə gedib-gəlməsi barədə xidmət yoldaşı şahid5 məlumat verən həmin binada yaşamaqla taksi fəaliyyəti ilə məşğul olan İmanov Yaşar Elşar oğlunun bu hərəkətindən qəzəbləndiyindən bu mövzuda onunla söhbət etmək qərarına gəlmiş, ardınca həmin gün saat 21 radələrində istifadəsində olan 077-373-81-80 mobil nömrəsindən Yaşar İmanovun istifadəsində olan 070-797-58-08 mobil nömrəsinə zəng edərək telefonda ondan hansı səbəbdən şahid1 evinə gedib-gəlməsi barədə başqa şəxslərə məlumat verdiyini soruşub, mübahisə etmiş, telefon danışığı zamanı mübahisə davam etdiyindən ## ###### 2026-cı il tarixdə saat 01 radələrində Yaşar İmanova təkrar zəng edərək ona Naxçıvan şəhəri, Çənlibel məhəlləsi 24A ünvanında yerləşən yaşayış binasının həyətində görüşməyi təklif etmiş, sonuncu bu təklifə razılıq verdikdən bir neçə dəqiqə sonra qeyd edilən ünvanda Yaşar İmanovla görüşüb ictimai qaydanı kobud surətdə pozaraq səs-küy salıb, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirərək bina sakinlərinə və yaxınlığında olan şəxslərə məhəl qoymadan yüksək səslə mübahisəni davam etdirmiş, bunu görən şahid5 Yaşar İmanovun avtomobili ilə sonuncunun tanışı Abbaslı İsmayıl Hüseyn oğlu ilə birlikdə oradan uzaqlaşaraq söhbət edib aralarındakı mübahisəni sonlandırsalar da, Təqsirləndirilən şəxs yenidən mübahisəni davam etdirmək məqsədilə taksi fəaliyyəti ilə məşğul olan vətəndaş şahid2 avtomobili ilə Naxçıvan şəhərində Yaşar İmanovu axtarmağa başlamış və sonuncunu tapdıqdan sonra onun nəqliyyat vasitəsini saxlatdırmış, bundan sonra Yaşar İmanovun sürücüsü olduğu sonuncuya məxsus “Hyundai Accent” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağına əyləşərək, Yaşar İmanova avtomobili ilə kənar əraziyə getməyi təklif etmiş, ardınca Yaşar İmanovun idarə etdiyi avtomobillə Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, Əziz Əliyev küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin X1 Xidmətinin inzibati binasının qarşısında hərəkətdə olan zaman mübahisə zəminində üzərində saxladığı silah qismində istifadə olunan təsərrüfat-məişət təyinatlı bıçaqla sağ qol və sinə nahiyəsinə beş zərbə vurmaqla vətəndaş Yaşar İmanova dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərər vurmaya aid “sağ əlin arxasının, sağ bazu bayır və döş qəfəsinin ön səthinin sağ yarısında kəsilmiş yaraları” xəsarətini yetirməklə xuliqanlıq etmiş, bununla da o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. II. Birinci instansiya məhkəməsində icraat
2. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin (hakim Ə.Eminov) ## #### 2026cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən ## ###### 2026cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək tutulduğu 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində ## ###### 2026-cı il tarixdə seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməsi hökm edilmiş, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.
3. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan MR Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-**/**** nömrəli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə hökmlə təyin edilmiş cəzanı yüngülləşdirməklə hökmün şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. III. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən ve ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi hökümdə göstərsədə ağır cəza vermiş, məhkəmə cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrinə istinad edilməmiş, Təqsirləndirilən şəxs hökmdə qeyd olunduğu kimi cəzanı yüngülləşdirən halları qeyd etsədə, məhkəmə cəza təyin edərkən suni yanaşmaqla onun xarakterinə uyğun olmayan ağır cəza təyin etmiş, təqsirləndirilən şəxsin ailəli, himayəsində bir azyaşlı övladlarının olduğunu, evə tək gəlir gətirən olduğunu, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmadığını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu, etdiyi hərəkətdən (əməldən) peşman olduğunu, hərbi hissədə heç vaxt kobut pozuntulara yol verməyib müsbət xarakterizə olunduğunu, məhkəmə hökm çıxararkən bunların heç birinə ayrılıqda qiymət vermədiyini, birinci instansiya məhkəməsi hökmdə cəzanı yüngülləşdirən hallar olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ailənin tək gəlir gətirən olmasını, himayəsində bir azyaşlı uşağın olmasını göstərsədə onlara qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 pellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək əlavə olaraq məhkəmənin təqsirləndirilən şəxsin ailəli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, evə tək gəlir gətirən olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını hökmdə göstərmədiyini, və ayrılıqda qiymət vermədiyini, təqsirləndirilən şəxsin törətdiyi əməldən peşman olduğunu, onun ailəli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, evə tək gəlir gətirən olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir.
7. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin qeyd etdiklərinə əlavəsinin olmadığını, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Suallara cavabında içkinin təsiri altında olduğunu, ona görə həmin hadisənin baş verdiyini bildirdi.
8. Zərərçəkmiş şəxs İmanov Yaşar Elşar oğlu bəlkə də təqsirləndirilən şəxs içkili olmasa idi həmin hadisənin baş verməyəcəyini, heç bir şikayət və tələbinin olmadığını bildirərək əgər mümkündürsə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Suallara cavabında şikayət etmədiyini, cinayət işinin fakt əsasında başlanıldığını bildirdi.
9. Dövlət ittihamçısı Hüseynov İbrahim Fətulla oğlu təqsirləndirilən şəxsin cinayət əməlini törədərkən hərbi qulluqçu olduğunu, hərbi qulluqçuya yaraşmayan hərəkətlər edərək və bu hərəkətlərin xuliqanlıq kimi alçaq niyyət, yəni ictimai qaydanı pozmaq və vətəndaşların üzərində zor tətbiq etmək hədəsi ilə törətdiyini, ona təyin olunmuş ən aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməməsi üçün heç bir əsasın olmadığını, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini zəruri edəcək qədər hər hansı bir halın müəyyən edilmədiyini, apellyasiya şikayətində təqsirləndirilən şəxsin ailənin tək qazanc gətirəni olması qeyd edilsə də, həmin halların əməlin ictimai təhlükəliliyini azaldan hallar olmadığından Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmamalı olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
10. Maddə 221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
11. Maddə 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
12. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
13. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. (cəzanın fərdiləşdirilməsi prinsipi) b) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeləri
14. Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir... Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, ** nömrəli qərarı) V. Apellyasiya şikayətinə (protestinə) baxılması hüdudları
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)
16. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)
17. Cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - Apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli qərarı)
18. Hazırkı apellyasiya şikayətində təqsirləndirilən şəxs və onun müdafiəçisi hökmün dəyişdirilərək təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiklərindən işin faktiki halları apellyasiya şikayəti həddində yoxlanacaq, cinayət və cinayət prosessual qanunverciliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin vəziyyətini yaxşılaşdırdığı halda yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. VI. Məhkəmə kollegiyasının mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, hökmün əsaslandırılması və cinayət qanununun cəza təyin edilməsinə dair müddəaları ilə müqayisəli şəkildə araşdıraraq aşağıdakı nəticəyə gəlir:
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını fərdiləşdirərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həmin sanksiyanın aşağı həddi olan 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
21. Apellyasiya şikayətində göstərilən halların məhkəmə tərəfindən nəzərə alınmadığı barədə dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əksinə həmin hallar hökmün məzmunundan açıq şəkildə görünür. Birinci instansiya məhkəməsi məhkumun şəxsiyyəti və cəzanı yüngülləşdirən halları düzgün qiymətləndirmiş və qanunda nəzərdə tutulan cəzanın minimum həddində cəza təyin etmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyəti, əvvəllər məhkum edilməməsi, yaşayış və xidmət yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, zərərin ödənilməsi və digər hallar cəza müəyyən edilərkən nəzərə alınmış və nəticədə ona mümkün cəzaların ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
22. Şərti məhkum etmənin tətbiqi üçün məhkəmə ilk növbədə şəxsin cəza çəkmədən islah olunmasının mümkünlüyü barədə qənaətə gəlməli, bu məsələni isə cinayətin xarakteri, törədilməsi halları və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar məcmusunda qiymətləndirməlidir. Hazırkı cinayət işi üzrə cinayətin xarakteri və törədilməsi halları isə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasının mümkünlüyü barədə məhkəmə kollegiyasının qəti müsbət qənaətə gəlməsinə əsas vermir.
23. Xüsusilə nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin hərəkətləri yalnız bir anda baş vermiş mübahisə ilə məhdudlaşmamışdır. Tərəflər arasında əvvəlcə telefon danışığı olmuş, daha sonra görüş keçirilmiş, həmin görüş zamanı məsələni sakit şəkildə həll etmək imkanı yaranmış, tərəflər ayrıldıqdan sonra isə Təqsirləndirilən şəxs yenidən mübahisəni davam etdirmiş və zərərçəkmiş şəxsi axtarmaq məqsədilə hərəkət etmişdir. Zərərçəkmiş şəxsin və digər şahidlərin ifadələrindən də görünür ki, hadisənin son mərhələsində tərəflər arasında məsələ artıq sakitləşmiş, lakin Seyidovun təkidi ilə zərərçəkmiş şəxsin avtomobilində onunla təkbətək söhbət aparılmış və məhz bundan sonra bıçaqdan istifadə edilməklə hücum həyata keçirilmişdir.
24. Bu hallar cinayətin törədilməsində məqsəd və davranışın ardıcıllığını xarakterizə etməklə yanaşı, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinin və təqsirləndirilən şəxsin şəxsiyyətinin qiymətləndirilməsi baxımından da əhəmiyyətlidir. Təqsirləndirilən şəxsin üzərində əvvəlcədən bıçağın olması, həmin bıçaqdan real olaraq istifadə etməsi, zərərçəkmiş şəxsin hərəkətdə olan avtomobildə olduğu və təhlükəsizlik kəməri bağladığı vəziyyətdə ona bir neçə zərbə vurması, sonradan avtomobildən düşdükdən sonra da bıçaqla onun ardınca getməsi əməlin ictimai təhlükəliliyini artıran faktiki hallar kimi qiymətləndirilməlidir.
25. Məhkəmə kollegiyası nəticə etibarilə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı real çəkmədən islah olunmasının mümkünlüyü barədə əsaslı nəticə çıxarmaq üçün iş üzrə kifayət qədər əsas yoxdur. Əksinə işin sadalanan halları ilə törədilmiş cinayətə görə təqsirləndirilən şəxsin şərti məhkum edilməsi cəmiyyətdə mənfi emosiyalar doğura, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla bağlı cəzanın məqsədlərinə xidmət etmiş olmazdı.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi və təqsirləndirilən şəxsin barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin edilməməli, hökm isə dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 407-409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)- **/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: İlqar Mirzəyev, Yusifəli Qurbanov