Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(3-6)-14/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Nuriyev Elnur Aləm oğlu (sədrlik edən və məruzəçi), Ibrahimli Ibrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X13 Müdafiəsi üzrə Idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi Presedent Vəkil Börosunun vəkili müdafiəçi1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,, müəyyən e t d i: Bakı Hərbi Məhkəməsinin (hakim Camal Ramazanov) ## ##### 2026-cı il tarixli, *- *(*-**)-**/**** nömrəli hökmünə əsasən ## ####### 1995-ci il tarixdə Göyçay rayonunun Xəlitli kəndində doğulmuş, Göyçay rayonu, Yeniarx ərazi dairəsi, Xəlitli kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ## ####### 2025-ci il tarixdə Ucar Rayon Məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ## ####### 2025-ci il tarixdən hesablanmış, barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Işin halları: Ittiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, # ###### 2023-cü il tarixdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları X2, X5 və Zərərçəkmiş şəxs ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə niyyətlə hərəkət edərək sonuncunun keçmiş əri X3 yaşadığı evə qanunsuz daxil olub tamah niyyəti ilə 13000 manat pulu götürüb aparmaqla zərərçəkmiş şəxs Rəşad Əliyevə xeyli miqdarda maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etdikdən sonra, o, Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin artilleriya batareyasının 1-ci özüyeriyən artilleriya tağımının tuşlayıcı-operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən Zərərçəkmiş şəxsyla 2023cü ilin dekabr ayında Ucar rayonunda, sonuncunun həmin vaxt işlədiyi “Atəşgah” SŞ-də görüşmüş, Zərərçəkmiş şəxs N nömrəli hərbi hissəyə mülki mühasib vəzifəsinə işə qəbul olunmasında ona köməklik edə bilib-bilməyəcəyini soruşduqda, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də Zərərçəkmiş şəxs xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə sonuncunun pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs 6000 manat pul müqabilində onun qısa müddət ərzində N nömrəli hərbi hissəyə mülki mühasib vəzifəsinə işə düzəltdirmək barədə yalan vəd verib aldadaraq, sonuncunu özünə inandırmaqla razılığını almışdır. Bundan sonra, Zərərçəkmiş şəxs tərəfindən Ucar rayonu Oğuz küçəsi 44 ünvanında yerləşən “xxxx” ASCnin Ucar filialında qoyulmuş “Milliön” ödəniş terminalı vasitəsilə ## ###### 2024-cü il tarixdə saat 14:00-da 2000 manat, saat 14:12-də 900 manat və həmin tarixdə saat 14:13də 600 manat pulun özünə məxsus “xxxx” ASC-yə aid ******************** nömrəli hesabına mədaxil edilməsini təmin etmiş, həmçinin 2024-cü ilin iyul-oktyabr aylarında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yaşayış kompleksi yaxınlığında Zərərçəkmiş şəxsyla görüşərək ondan ayrı-ayrı vaxtlarda 1500 və 1000 manat məbləğində pulu nağd şəkildə götürməklə, ümumilikdə Zərərçəkmiş şəxs 6000 manat məbləğində pul almış, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: Iş üzrə Bakı Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək həmin hökmü ədalətli hesab etmədiyini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxs apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Azərbaycan Respublikası Hərbi X13 müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək Təqsirləndirilən şəxs apellyasiya şikayətini təmin etməməklə, həmin iş üzrə Bakı Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı hökmünün qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmünün dəyişdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında iştirak etmir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, uzaqdan qohumluq əlaqələrinin olduğu tanışı Zərərçəkmiş şəxs ilə 2023-cü ilin dekabr ayında Ucar rayonunda görüşü zamanı sonuncu hərbi hissədə iş olarsa xəbər etməsini ondan xahiş etmiş, o da, Zərərçəkmiş şəxs zəng edərək hərbi hissədə qabyuyan işinin olduğunu demiş və sonuncu həmin işə düzəlmişdir. O, Zərərçəkmiş şəxs hərbi hissədə iş məsələsinin danışdığını, kitabxana və ya maliyyə bölməsində mühasib vəzifəsinə düzəldə biləcəyini bildirməmiş və bu məqsədlə ondan 6000 manat istəməmiş, Zərərçəkmiş şəxs onun bank kartına 2000, 900 və 600 manat olmaqla cəmi 3500 manatı borc kimi köçürmüş, ondan nağd şəklində heç bir pul almamışdır. Birinci instansiya məhkəməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs ibtida istintaq zamanı verdiyi ifadəsi işin digər hallarına uyğun gəldiyindən həqiqəti əks etdirən ifadə kimi qəbul edilməli, onun məhkəmədə verdiyi ifadəsi yalnız özünün müdafiəsinə yönələn qeyri obyektiv ifadə kimi qiymətləndirilməli, özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ## ###### 2024- cü il tarixdən ## ####### 2025-ci il tarixədək N nömrəli hərbi hissənin logistik dəstək taborunun tibb məntəqəsində qabyuyan vəzifəsində işləmiş, həmin hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçən Təqsirləndirilən şəxs ilə ana tərəfdən qohumluq əlaqəsi olmuş, 2023-cü ilin təxminən dekabr ayında Təqsirləndirilən şəxsla Ucar rayonunda söhbət zamanı hərbi hissədə ona uyğun iş olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə kitabxana və maliyyə bölməsində mühasib vəzifələrinin vakant olduğunu və onu həmin işlərə düzəldə biləcəyini demiş, o, 3-4 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək hərbi hissədə işi danışdığını, 6000 manat verdiyi halda kitabxana və ya maliyyə bölməsində mühasib vəzifəsinə qəbul ediləcəyini bildirdikdə, o, bu təkliflə razılaşmış, ## ###### 2024-cü il tarixdə Ucar rayonunda yerləşən “MilliÖn” terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan “xxxx” bank kartına 2000, 900 və 600 manat olmaqla cəmi 3500 manat pul göndərmiş, bundan əlavə, 2024-cü ilin iyul–oktyabr aylarında Bakı şəhəri, Xocəsən qəsəbəsi ərazisində Təqsirləndirilən şəxsla görüşərək 1500 və 1000 manat məbləğində pulu əlbəəl şəkildə sonuncuya vermiş, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək onu aldatmışdır. Daha sonra, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qızı bildirdi ki, ibtidai istintaq zamanı o, müəyyən səbəblərdən Təqsirləndirilən şəxs tərəfindən ona guya ki, 6000 manat məbləğində pulun tam şəkildə qaytarıldığı barədə həqiqəti əks etdirməyən ərizə yazmış, əslində isə Təqsirləndirilən şəxs tərəfindən ona cəmi olaraq min manat pul qaytarılmış, ona görə də, hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir və onunla barışmamışdır. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin ## #### 2022-ci il tarixli *** №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin artilleriya batareyasının 1-ci özüyeriyən artilleriya tağımının tuşlayıcı-operatoru vəzifəsinə təyin edildiyinə görə həmin tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmişdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin ## ###### 2024-cü il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi hissənin artilleriya batareyasının 1-ci özüyeriyən artilleriya tağımının tuşlayıcı-operatoru Təqsirləndirilən şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildikdə) və Azərbaycan Respublikası Silahlı X12 50-ci maddəsinin “z” bəndinə əsasən (xidmət müddəti başa çatmamış ehtiyata buraxma) əsasən ehtiyata buraxılmış, ## ###### 2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq sənədləri qeydiyyata alınması üçün SHXÇÜDX-in Göyçay rayon şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin ## ###### 2024-cü il tarixli *** №-li əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs qızı ## ###### 2024-cü il tarixdən bir ay sınaq müddəti ilə hərbi hissənin tibb məntəqəsinin qabyuyanı vəzifəsinə mülki işçi kimi işə qəbul edilmişdir Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin ## ###### 2025-ci il tarixli ** №-li əmrindən çıxarışdan görünür ki, Müdafiə nazirinin ## ###### 2024-cü il tarixli **** nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə təşkilat-ştat tədbirlərinin aparılması ilə əlaqədar olaraq hərbi hissənin maddi-texniki təminat bölüyünün, mənzil istismar hissəsinin və hərbi hissənin tibb məntəqəsinin mülki işçilərinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq Zərərçəkmiş şəxs qızı mülki işçi kimi hərbi hissənin tibb məntəqəsinin qabyuyanı vəzifəsindən hərbi hissənin logistik dəstək taborunun tibb məntəqəsinin qabyuyanı vəzifəsinə keçirilmişdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin ## ####### 2025-ci il tarixli *** №-li əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs qızı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü ilə) ## ####### 2025-ci il tarixdən onunla bağlanmış müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Cinayət işinin materiallarında olan “xxxx” ASC-nin ## ####### 2025-ci il tarixli *-*- ***/*-******/**** nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda açılmış ******************** nömrəli bank hesabına ## ###### 2024-cü il tarixdə 2000 manat, 900 manat və 600 manat olmaqla, ümumilikdə 3.500 (üç min beş yüz) manat məbləğində pul köçürülmüşdür. Cinayət işinin materiallarında olan “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli, ****/**** nömrəli məktubundan görünür ki, Ucar rayonu Oğuz küçəsi 44 ünvanında yerləşən “xxxx” ASC-nin Ucar filialında yerləşən “Milliön” ödəniş terminalı vasitəsilə saat 14:00-da 2000 manat, saat 14:12-də 900 manat, saat 14:13-də 600 manat olmaqla, ## ###### 2024-cü il tarixdə həqiqətən də ümumilikdə 3.500 (üç min beş yüz) manat pul köçürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun “EPIS-dən edilmiş ## ###### 2025-ci il tarixli çıxarışdan, çıxarışa əlavə edilmiş tələbnamədən, habelə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ## ###### 2025-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 1000 manat cərimə cəzası təyin olunmuş və həmin cərimə tam olaraq ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin ## ### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin məcəllənin 50.1-ci maddəsi tətbiq edilərək ona aylıq pul təminatından 15% tutulmaqla 01 il hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin olunmuş və həmin cəza tam olaraq icra olunmuşdur. Bundan başqa, həmin tələbnamədən, Ucar Rayon Polis Idarəsinin ##.##.2025-ci il tarixli *-**-***/*-*****/**** nömrəli məktubundan, Ucar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 4 (***)-**/**** nömrəli qərarından, Tərtər Hərbi Prokurorluğunun ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** nömrəli məktubundan, eləcə də Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli *-**/*-***/**** nömrəli məktubundan müəyyən olunur ki, Ucar RPŞ-in Istintaq Bölməsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Ucar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli 4 (***)-**/**** nömrəli qərarı ilə 17 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin qeyd edilən qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay 13 gün müddətinə uzadılmış, daha sonra Ucar RPŞ-in IB-də Təqsirləndirilən şəxs barəsində olan cinayət işləri bir icraatda birləşdirilərək 250750053 nömrəsi altında davam etdirilmiş, daha sonra həmin cinayət işi göndərilmiş və ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırıldıqdan sonra baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair olan həmin cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsində yekun məhkəmə qərarı çıxarılmadığından hazırda * saylı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həmin məhkəmənin balansındadır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs “44 günlük Vətən Müharibəsi” iştirakçısı olmasını, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmasını onun cəzasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, elektron məhkəmə sistemindən əldə olunan məlumatdan və iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısıdır və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin Təqsirləndirilən şəxs əvvəllər oxşar kateqoriya işlər üzrə məhkum olunması onun şəxsiyyətini səciyyələndirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyasında nəzərdə tutulan cəza növü təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***-VIIQR nömrəli Qərarının tətbiq edilməsi barədə ərizəsi təmin edilə bilməz. Belə ki, sözügedən Amnistiya Qərarının 7.4-cü bəndinə əsasən bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində amnistiya tətbiq edilmir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ## ##### 2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında qərarı tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Hərbi Məhkəməsinin ## ##### 2026cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Presedent” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elnur Nuriyev Hakimlər: Ibrahim Ibrahimli Telman Hüseynov
Məhkəmə qərarları › İş №1-1(3-6)-14/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-6)-14/2026
24.06.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver