Məhkəmə qərarları › İş №1-1(3-6)-15/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-6)-15/2026

30.07.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(3-6)-15/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Qarayeva Mehriban Cəfər qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçiləri – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, R Dövlət ittihamçısı verdiyi apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü ilə (hakimlər X1 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) ## ###### 1987-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun Mil qəsəbəsində daimi qeydiyyatda olmaqla Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinməsi və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 20000 (iyirmi min) manat cərimə cəzası təyin edilməsi, 69.4-cü maddəsinə əsasən onun ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilən cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 15000 (on beş min) manat cərimə cəzasının saxlanılması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Işin halları: Istintaq orqanı tərəfindən verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hərəkətlərə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində maddi neməti özü üçün birbaşa və vasitəçidən istifadə etməklə rüşvət kimi istəmiş və almışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Istirahət evinin rəisi vəzifəsində R hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, həmin Istirahət evinin maddi-texniki təminat üzrə bölməsinin rəisi vəzifəsində xidmət edən, R şahid7 2025-ci ilin mart ayının ortalarında Istirahət evində arxa təminat xidməti rəisi, mülki şəxs şahid4 ilə söhbət edərkən sonuncu bacısı oğlu şahid5 həmin istirahət evinin yanğından mühafizə üzrə müfəttişi vəzifəsinə işə qəbul olmaq istədiyini bildirmiş, R şahid7 öz növbəsində bu barədə R Təqsirləndirilən şəxs məlumat vermişdir. R Təqsirləndirilən şəxs komandiri olduğu istirahət evinə mülki işçilərin işə qəbulunun öz əmri əsasında həyata keçirmək səlahiyyətinin olduğu üçün şahid5 xahişini pul müqabilində həyata keçirərək qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmiş, bu məqsədlə R Təqsirləndirilən şəxs şahid5 2500 (iki min beş yüz) manat pul verməsi müqabilində sonuncunun işə qəbul məsələsini həll edə biləcəyini R şahid7 deyərək vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə maddi neməti (pulu) özü üçün birbaşa və vasitəçidən istifadə etməklə rüşvət istəmişdir. R şahid7 istirahət evinin rəisi R Təqsirləndirilən şəxs təklifi barədə şahid4 bildirdikdə, sonuncu pul müqabilində şahid5 istirahət evinə mülki işçi kimi işə qəbul edilməsinin R Təqsirləndirilən şəxs əmri əsasında mümkün olduğunu bildiyi üçün qeyd olunan təklifini qəbul edərək şahid5 işə qəbulla bağlı əmri verildikdən sonra tələb olunan pulu verəcəyini demiş, əldə edilmiş razılıqdan sonra R Təqsirləndirilən şəxs göstərişinə əsasən vətəndaş şahid5 istirahət evinin kadrlar bölməsindən işə qəbulla bağlı tələb olunan sənədlərin siyahısı təqdim olunmuş, ## ##### 2025-ci il tarixdə tələb olunan sənədlər və işə qəbul olunması ilə bağlı yazdığı ərizə sonuncu tərəfindən kadrlar bölməsinə təqdim edilmişdir. Bundan sonra, R şahid7 ## ##### 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Abşeron rayonunda yerləşən Müdafiə Nazirliyinin istirahət evinin ərazisindəki xidməti otağında şahid5 yanğından mühafizə üzrə müfəttiş vəzifəsinə təyin olunması ilə bağlı R Təqsirləndirilən şəxs tərəfindən əmr verildiyi üçün şahid4 qabaqcadan danışıb razılaşdıqları qaydada 2500 (iki min beş yüz) manat məbləğində pulu götürmüşdür. Həmin gün yəni, ## ##### 2025-ci il tarixdə günorta saatlarında R Təqsirləndirilən şəxs xidməti otağına gedərək 2500 (iki min beş yüz) manat məbləğində pulu sonuncuya vermiş, R Təqsirləndirilən şəxs həmin pulu əldə etdikdən sonra, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ediləcəyi hərəkətə görə özü üçün maddi neməti rüşvət kimi almış və aldığı rüşvətin müqabilində şahid5 ## ##### 2025-ci il tarixdə işə qəbul üçün ərizə ilə müraciət etməsini və onun təqdim etdiyi müvafiq sənədlər əsasında ## ##### 2025-ci il tarixli, ** nömrəli əmri ilə Müdafiə Nazirliyinin istirahət evinin yanğından mühafizə üzrə müfəttiş vəzifəsinə işə qəbul olunmasını təşkil etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu Istirahət Evinin maddi-texniki təminat üzrə bölməsinin rəisi vəzifəsində xidmət edən, R şahid7 2025-ci ilin iyul ayının əvvəllərində istirahət evində sürücü vəzifəsində xidmət edən, mülki şəxs şahid6 ilə aralarında olan söhbət vaxtı sonuncu bacısı vətəndaş şahid3 istirahət evinə xadimə vəzifəsinə işə qəbul olmaq istədiyini bildirmişdir. R şahid7 isə həmin gün, yəni 2025-ci ilin iyul ayının əvvəllərində səhər saatlarında R Təqsirləndirilən şəxs xidməti otağına gedərək bu barədə ona məlumat vermiş, R Təqsirləndirilən şəxs komandiri olduğu istirahət evinə mülki işçilərin işə qəbulunun öz əmri əsasında həyata keçirmək səlahiyyətinin olduğu üçün şahid3 xahişini pul müqabilində həyata keçirərək qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmişdir. R Təqsirləndirilən şəxs bu məqsədlə şahid3 1500 (min beş yüz) manat pul verməsi müqabilində sonuncunun işə qəbul edilməsini təşkil edə biləcəyini R şahid7 deyərək təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə maddi neməti (pulu) özü üçün birbaşa və vasitəçidən istifadə etməklə rüşvət istəmişdir. R şahid7 istirahət evinin rəisi R Təqsirləndirilən şəxs təklifi barədə şahid6 dedikdə, sonuncu pul müqabilində bacısı Y.R.Abdulvahabovanın istirahət evinə mülki işçi kimi işə qəbul edilməsinin R Təqsirləndirilən şəxs əmri əsasında mümkün olduğunu bildiyi üçün qeyd olunan təklifi qəbul edərək bacısının işə qəbulla bağlı əmri verildikdən sonra tələb olunan pulu verəcəyini bildirmiş, əldə edilmiş razılıqdan sonra R Təqsirləndirilən şəxs göstərişinə əsasən vətəndaş şahid3 istirahət evinin kadrlar bölməsindən işə qəbulla bağlı tələb olunan sənədlərin siyahısı təqdim olunmuşdur. şahid3 tələb olunan sənədləri topladıqdan və işə qəbul olunması ilə bağlı yazdığı ərizəni kadrlar bölməsinə təqdim edikdən sonra, R şahid7 ## ###### 2025-ci il tarixdə xidmət yerində olduğu vaxt istirahət evində sürücü işləyən şahid6 bacısı şahid3 istirahət evinə xadimə vəzifəsinə təyin olunması ilə bağlı R Təqsirləndirilən şəxs tərəfindən əmr verildiyi barədə məlumat vermiş, səhəri gün, yəni ## ###### 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Abşeron rayonunda yerləşən Müdafiə Nazirliyinin Istirahət evinin ərazisində yerləşən R şahid7 xidməti otağında şahid6 sonuncuya bacısı şahid3 istirahət evinə xadimə təyin olunması müqabilində 1500 (min beş yüz) manat məbləğində pul verməsi ilə bağlı qabaqcadan danışıb razılaşmalarına baxmayaraq, şahid6 maddi imkanlarının zəif olduğunu söyləyərək 1000 (min) manat məbləğində pulu R şahid7 vermiş, sonuncu qeyd olunan məbləğdə pulu götürdükdən sonra həmin gün, yəni ## ###### 2025-ci il tarixdə səhər saatlarında R Təqsirləndirilən şəxs xidməti otağına gedərək 1000 (min) manat məbləğində pulu sonuncuya vermişdir. R Təqsirləndirilən şəxs həmin pulu əldə etdikdən sonra, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün maddi neməti rüşvət kimi almış və aldığı rüşvətin müqabilində şahid3 ## ###### 2025-ci il tarixdə işə qəbul üçün ərizə ilə müraciət etməsini və onun təqdim etdiyi müvafiq sənədlər əsasında o, ## ###### 2025-ci il tarixli, *** nömrəli əmri ilə Müdafiə Nazirliyinin Istirahət evinə xadimə vəzifəsinə işə qəbul olunmasını təşkil etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu Istirahət Evinin maddi-texniki təminat üzrə bölməsinin rəisi vəzifəsində xidmət edən, R şahid7 ## #### 2025-ci il tarixdə saat 11 radələrində xidməti otağında Istirahət evinin sürücüsü, mülki şəxs şahid6 ilə aralarında olan söhbət vaxtı sonuncu Istirahət evində dizelçi-elektirik vəzifəsində işləyən mülki şəxs şahid2 66 yaşı tamam olduğu üçün son yaş həddi ilə bağlı uzadılmış əmək müqaviləsinin müddətinin daha bir il uzadılmasını istədiyini bildirmiş, R şahid7 isə bu barədə həmin gün, yəni ## #### 2025-ci il tarixdə saat 11 radələrində R Təqsirləndirilən şəxs xidməti otağına gedərək ona bu barədə məlumat vermişdir. R Təqsirləndirilən şəxs komandiri olduğu istirahət evinə mülki işçilərin son yaş həddi ilə bağlı əmək müqavilələrinin müddətinin uzadılmasına səlahiyyətinin olduğu üçün şahid2 xahişini pul müqabilində həyata keçirərək qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmişdir. R Təqsirləndirilən şəxs bu məqsədlə şahid2 800 (səkkiz yüz) manat məbləğində pul verməsi müqabilində sonuncunun müqavilə müddətini uzadacağını R şahid7 deyərək təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə maddi neməti (pulu) özü üçün birbaşa və vasitəçidən istifadə etməklə istəmişdir. R şahid7 istirahət evinin rəisi, R Təqsirləndirilən şəxs təklifi barədə mülki işçi şahid6 məlumat vermiş, sonuncu isə öz növbəsində şahid2 bu barədə demişdir. şahid2 pul müqabilində əmək müqaviləsinin son yaş həddi ilə bağlı uzadılmış müddətinin növbəti dəfə bir il müddətinə uzadılmasının R Təqsirləndirilən şəxs əmri əsasında mümkün olduğunu bildiyi üçün qeyd olunan təklifi qəbul edərək komandir tərəfindən əmək müqaviləsinin uzadılması ilə bağlı əmr verildikdən sonra tələb olunan pulu verəcəyini bildirmişdir. Aralarında olan razılıqdan sonra, ## #### 2025-ci il tarixdə səhər saatlarında istirahət evinin komandiri, R Təqsirləndirilən şəxs tərəfindən şahid2 son yaş həddi ilə bağlı əmək müqaviləsinin bir il uzadılması barədə əmr verildikdən sonra, şahid2 həmin gün yəni, ## #### 2025-ci il tarixdə günorta saatlarında R şahid7 xidməti otağına gedərək qabaqcadan danışıb razılaşdıqları qaydada tələb olunan 800 (səkkiz yüz) manat məbləğində pulu ona vermişdir. R şahid7 isə həmin gün yəni, ## #### 2025-ci il tarixdə günorta saatlarında R Təqsirləndirilən şəxs xidməti otağına girərək 800 (səkkiz yüz) manat məbləğində pulu sonuncuya vermişdir. R Təqsirləndirilən şəxs həmin məbləğdə pulu əldə etdikdən sonra, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ediləcək hərəkətə görə özü üçün maddi neməti rüşvət kimi almış və aldığı rüşvətin müqabilində ## #### 2025-ci il tarixli, ** nömrəli əmri ilə şahid2 əmək müqaviləsinin bir il müddətinə uzadılmasını təşkil etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu Istirahət Evinin maddi-texniki təminat üzrə bölməsinin rəisi vəzifəsində xidmət edən, R şahid7 2025-ci ilin iyul ayının əvvəllərində xidməti otağında Istirahət evinin inzibatçı-qeydiyyatçısı, mülki şəxs şahid1 ilə söhbət edərkən sonuncu şəxsi işləri ilə məşğul olması üçün gündüz növbəsinə təyin edilməməsi ilə bağlı istəyinin olmasını bildirmişdir. R şahid7 isə öz növbəsində bu barədə həmin gün R Təqsirləndirilən şəxs xidməti otağına gedərək ona məlumat vermiş, R Təqsirləndirilən şəxs isə komandiri olduğu istirahət evinə mülki işçilərin növbəyə təyin olunmalarının onun səlahiyyətinə aid olduğu üçün şahid1 xahişini pul müqabilində həyata keçirərək qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmişdir. R Təqsirləndirilən şəxs bu məqsədlə şahid1 500 (beş yüz) manat məbləğində pul verməsi müqabilində sonuncunun xahişini yerinə yetirəcəyini R şahid7 deyərək təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə maddi neməti (pulu) özü üçün birbaşa və vasitəçidən istifadə etməklə rüşvət istəmişdir. R şahid7 istirahət evinin rəisi, R Təqsirləndirilən şəxs bu təklifini şahid1 çatdırmış, sonuncu pul müqabilində gündüz növbəsinə təyin edilməməklə şəxsi işləri ilə məşğul olmasına şərait yaradılmasının R Təqsirləndirilən şəxs göstərişi əsasında mümkün olduğunu bildiyi üçün qeyd olunan təklifi qəbul etmişdir. Əldə edilmiş razılıqdan sonra, şahid1 2025-ci ilin iyul ayının sonlarında səhər saatlarında R şahid7 xidməti otağına gedərək qabaqcadan danışıb razılaşdıqları qaydada tələb olunan 500 (beş yüz) manat məbləğində pulu ona vermişdir. R şahid7 isə həmin gün yəni, 2025-ci ilin iyul ayının sonlarında səhər saatlarında R Təqsirləndirilən şəxs xidməti otağına gedərək 500 (beş yüz) manat məbləğində pulu sonuncuya vermişdir. R Təqsirləndirilən şəxs həmin pulu əldə etdikdən sonra, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün maddi neməti rüşvət kimi almış və aldığı rüşvətin müqabilində himayədarlıq edərək şahid1 2025-ci ilin iyul ayı ərzində günorta növbəsinə yazmamaqla onun şəxsi işləri ilə məşğul olmasına şərait yaratmışdır. Apellyasiya şikayətləri və apellyasiya protestinin dəlilləri: Həmin hökmdən birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı Əlimövsüm oğlu apellyasiya protesti verərək, hökmdən Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin müddəalarının çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində olan azyaşlı uşaqları ##.##.2014 və ##.##.2013-cü il təvəllüdlü olmaqla, CM-in 59.1.4-cü maddəsinə əsasən məhkəmə tərəfindən düzgün olaraq cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilsə də, Təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayətləri 2025-ci ildə törədərkən həmin uşaqlar himayəsində olduğu üçün valideyn kimi öz davranışında daha məsuliyyətli olmalı və qanunlara ciddiyyətlə riayət etməli olduğu halda, buna əhəmiyyət verməyib əksinə olaraq, qanunları pozduğundan, bu hal müstəsna hal kimi qiymətləndirilməməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması faktının barəsində CM-in 62-ci maddəsini tətbiq edilməsinə əsas hesab edilməsindən ötrü həmin faktın müstəsnalığının və yaxud cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldan hal kimi özünü nədə göstərməsini qeyd etmədən yanlış olaraq barəsində CM-in 62-ci maddəsini tətbiq etmişdir. Bu yanlışlıq həm də ondan irəli gəlmişdir ki, cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar siyahısına daxil edilsə də, bu hal cəmiyyətdə qeyri-adi hal kimi qəbul edilmədiyindən müstəsna hal kimi qiymətləndirilməməlidir. Həmçinin vurğulanır ki, Təqsirləndirilən şəxs uşaqları 2013 və 2014-cü il təvəllüdlü olmaqla, hazırkı cinayətləri 2025-ci ildə törədərkən həmin uşaqlar himayəsində olmuş, buna görə də bu hal cinayət törədərkən və cinayəti törətdikdən sonrakı davranışına təsir göstərmədiyindən müstəsna hal kimi qiymətləndirilə bilməz. O cümlədən, məhkəmə hökmündə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs fəxri fərman və medallarla təltif edilməsini cəzasını yüngülləşdirən hal kimi qəbul etmiş, lakin, hökmdə bunun təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhz şəxsiyyətinə nə cür müsbət təsir etməsi, yaxud sonuncunun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyinin hansı formada aradan qalxması məsələsini müəyyən etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs xidməti fəaliyyəti yüksək qiymətləndirildiyinə görə özünü davranışları ilə cəmiyyətdə nümunəvi vətəndaş və hərbi qulluqçu kimi göstərməli, digər şəxsləri qanun pozuntusundan çəkindirməli olduğu halda, əksinə daşıdığı yüksək ada məhəl qoymayaraq qəsdən, dəfələrlə rüşvət almaqla ictimai-təhlükəli əməllərə yol vermişdir. Eyni zamanda, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Lakin nəzərə almaq lazımdır ki, şəxsin cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Buna görə də, şəxsin cinayət məsuliyyətinə (ilk dəfə və ya sonrakı dəfələr) cəlb edilməsi onun müsbət ictimai xarakterizə edilməsi üçün əsas ola, yüngülləşdirici hal kimi qiymətləndirilə və nəhayət müstəsna hal kimi hesab edilə bilməz. Bundan başqa, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs komandanlıq tərəfindən müsbət xarakterizə olunmasını müstəsna hal kimi qəbul etmişdir. Lakin, məhkəmə nəzərdən qaçırmışdır ki, şəxsin müsbət xarakterizə olunması qeyri-adi hal kimi deyil, onun cəmiyyətdə normal davranışı kimi qəbul edildiyindən, bundan əlavə, hərbi qulluqçunun nümunəvi xidmət etməsi Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinə əsasən hüququ deyil, vəzifəsi olduğundan, həmçinin məhkəmə tərəfindən həmin halın müstəsnalığı əsaslandırılmadığından CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. Bundan əlavə, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqinin əsaslarından biri kimi Təqsirləndirilən şəxs ağır ailə vəziyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və səhhətində olan problemləri yüngülləşdirən hal kimi qeyd etsə də, həmin faktların mövcudluğunun olub-olmamasını araşdırmamış və bu səbəbdən həmin nəticəyə gəlməsinin əsaslarını göstərə bilməmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Haqverdiyev oğlunun müdafiəçisi olmuş müdafiəçi2 apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin iclasında, istərsə də ibtidai istintaq zamanı dindirilmiş şahidlərdən heç biri təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs rüşvət və ya hər hansı digər maddi nemət verməsini təsdiq etməmişlər. Onlar ifadələrində istirahət evinin maddi texniki təminat üzrə bölməsinin rəisi vəzifəsində xidmət edən, R şahid7 təhriki ilə sonuncuya barələrində əmr verildikdən sonra “şirinlik” qismində pul verdiklərini təsdiq etmişlər. şahid7 tərəfindən qeyd olunan pulların istirahət evinin rəisi, hazırki iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilməsi barədə onların heç bir məlumatı yoxdur. Istirahət evinin məhkəmə iclasında şahid qismində dindirilmiş qeyd olunan işçiləri məhkəmə iclasında ifadə verərək göstərmişlər ki, Təqsirləndirilən şəxs istirahət evinə rəis təyin olunduqdan sonra şəxsi heyətlə keçirdikləri iclaslar zamanı dönə-dönə şəxsi heyətə işə qəbul və digər məsələlər ilə bağlı heç kimə heç nə verməmələri, onlara qarşı belə təhdid və təşəbbüs göstəriləcəyi təqdirdə dərhal ona məlumat vermələrini tapşırmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı etirafedici ifadə verməsi barədə göstərmişdir ki, həmin ifadəni qətiyyən təsdiq etmir, həmin ifadədə yazılanlar həqiqətə uyğun deyildir. Belə ki, ibtidai istintaqı aparmış müstəntiq, onu dilə tutaraq bu məsələdə ciddi nöqsanı olmadığını, adları çəkilən şəxslərin R şahid7 verdikləri pulların qaytarılacağı təqdirdə aparılan araşdırmaya xitam veriləcəyini tam inandırıcı şəkildə ona izah etmiş, o isə səmimiyyətindən irəli gələrək, müstəntiqin dediklərinə inanaraq həmin protokolu oxumayaraq imzası ilə təsdiq etmişdir. Cinayət işi üzrə dindirilmiş şahidlərin demək olar ki, hamısının hazırda istirahət evinin rəisi vəzifəsini icra edən şahid7 tabeçiliyində işləmələri və şahid7 cinayət işi üzrə aparılan araşdırmanın nəticəsi ilə maraqlı olması nəzərə alınmaqla, şahid7 istirahət evinin rəisi vəzifəsini icra etməkdə davam etməsi cinayət işinin istintaqı zamanı əldə olunmuş sübutların qanuniniliyini və mötəbərliliyini şübhə altına almaqla hazırda keçirilən məhkəmə iclasında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün ciddi əngəllər yaradır. Belə vəziyyətdə şahid7 istirahət evinin rəisi vəzifəsini icra etməkdə davam etməsi ədalətli məhkəmə çəkişməsi prinsipinə və cinayət prosesual qanunveriçiliyinin digər tələblərinə ziddir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində Bakı Hərbi Məhkəməsinin icraatında olan cinayət işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, şahid7 Müdafiə Nazirliyinin istirahət evinin rəisi vəzifəsini icra etməkdən kənarlaşdırılması barədə qərar çıxarılmasını xahiş etmişik. Birinci instansiya məhkəməsi əsassız olaraq vəsatəti təmin etməmiş, nəticədə şahidlər şahid7 müşayiəti altında məhkəmə iclasına gətirilərək onun nəzarəti altında ifadə vermişlər. Bu fakt birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ittihamedici hökmün əsaslandığı sübutları tam şübhə altına alır. R şahid7 məhkəmə iclasında şahid qismində dindirilərkən adları çəkilən şəxslərdən pul alıb istirahət evinin rəisinə verməkdə məqsədinin rəisin işlərinə kömək etmək olduğunu bildirmiş, halbuki ibtiadi istintaq zamanı verdiyi ifadəsində işçilərdən pul alıb rəisə verməkdə məqsədinin həmin işçilərə qarşı xeyirxahlıq etmək olduğunu bildirmişdir. Burada qeyd olunmalıdır ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 311 və 341-ci maddələri ilə aparılan cinayət təqibinə əsassız olaraq xitam verilmişdir. Qeyd olunanlardan göründüyü kimi, istintaq orqanının irəli sürdüyü ittiham işin ibtidai istintaqı və məhkəmə araşdırılması zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçiləri müdafiəçi1 və X5 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etmiş və məhkəmə kollegiyasından apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X4 apellyasiya protestinin dəlillərinə uyğun çıxış etmiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin təmin edilməsini, hökmdən CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsini xahiş etmişdir. Işin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətlərinin əsas dəlilləri onlara bəraət verilməsindən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin əsas dəlilləri təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin cinayət işi materiallarında olan, hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, tam, hərtərəfli və obyektiv şəkildə araşdırdığı sübutların məcmusunu qəbul etdiyi hökmdə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməklə, iş üzrə mühüm əhəmiyyət kəsb edən, müəyyən etdiyi bütün faktiki halları araşdırıb sübuta yetirdiyini, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəldiyini, bu nəticənin işin faktiki hallarına uyğun olduğunu hesab edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək işlədiyi müddətdə heç kimdən hər hansı məbləğdə pul vəsaiti almadığını, həmişə qüsursuz xidmət etdiyini, medallarla, fəxri fərmanlarla təltif edildiyini bildirmişdir. Ailə vəziyyəti olduqca ağırdır, görmə qabiliyyətindən məhrum olmuş qardaşı, 2-ci qrup xəstə olan anası, azyaşlı uşaqları, ## ###### 2025-ci ildə ölmüş qardaşı X16 ailəsi onun himayəsindədir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Onun həbsdə olması ailə üzvlərini acınacaqlı duruma salmışdır. Buna baxmayaraq təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ilkin ifadəsində verilən ittiham üzrə öz təqsirini etiraf etmişdir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ## ###### 2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola edilmiş əlavələrdən görünür ki, şahidlər şahid7, şahid5, şahid3, şahid1, şahid4, şahid6 və şahid2 hadisələrin hansı şəraitdə, necə və hansı ardıcıllıqla baş verməsini əyani şəkildə nümayiş etdirərək ifadələrində göstərilmiş xüsusatları bir daha təsdiq etmişlər. - Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi əks-kəşfiyyat baş idarəsinə verilmiş sorğunun icrası ilə bağlı Respublika Hərbi Prokurorluğunun Istintaq idarəsinə daxil olmuş ## ###### 2025-ci il tarixli */**** nömrəli məxfi məktubla bağlı tərtib olunmuş arayışdan görünür ki, şahid5 Təqsirləndirilən şəxs 2500 (iki min beş yüz) manat məbləğində pul verməsi müqabilində Istirahət evinin maddi-texniki təminat bölməsinin yanğından mühafizə üzrə müfəttişi vəzifəsinə işə qəbul edilmiş, Istirahət evinin qəbul bölməsinin inzibatçısı-qeydiyyatçı vəzifəsində işləyən şahid1 mütəmadi olaraq gündüz növbəsinə xidmətə təyin olunmuş və o iş yerinə gəlməməsi müqabilində Təqsirləndirilən şəxs 500-600 (beş yüz-altı yüz) manat məbləğində rüşvət vermiş, Istirahət evinin mənzilistismar xidmətinin dizelçi-elektriki vəzifəsində işləyən şahid2 son yaş həddi ilə bağlı əmək müqaviləsinin artırılması müqabilində Təqsirləndirilən şəxs 800 (səkkiz yüz) manat məbləğində rüşvət vermiş və Təqsirləndirilən şəxs Istirahət evinin mənzil istismar xidmətinin xadiməsi şahid3 1000 manat rüşvət müqabilində işə götürmüşdür. - Müdafiə Nazirliyinin Istirahət evinin sabiq rəisi, R Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixli ** nömrəli əmrindən çıxarışdan görünür ki, Istirahət evinin mənzilistismar xidmətinin dizelçi-elektriki vəzifəsində xidmət edən şahid2 çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla bir il müddətinə, yəni ## #### 2025-ci il tarixdən ## #### 2026-cı il tarixədək uzadılmışdır. - Müdafiə Nazirliyinin Istirahət evinin sabiq rəisi, R Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixli ** nömrəli əmrindən çıxarışdan görünür ki, şahid5 ##.##.2025-ci il tarixdən Istirahət evinin maddi-texniki təminat bölməsinin 7-ci dərəcəli yanğından mühafizə üzrə müfəttişi vəzifəsinə təyin edilmişdir. - Müdafiə Nazirliyinin Istirahət evinin sabiq rəisi, R Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, şahid3 ##.##.2025-ci il tarixdən Istirahət evinin mənzilistismar xidmətinin 2-ci dərəcəli xadiməsi vəzifəsinə təyin edilmişdir. - Müdafiə Nazirliyinin Istirahət evində inzibatçı-qeydiyyatçı vəzifələrində işləyən şəxslərin 2025-ci ilin iyun ayı üçün tərtib olunmuş növbətçilik cədvəlindən görünür ki, şahid1 ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək olan müddət ərzində saat 20.30-dan saat 08.30-dək gecə növbəsində olmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadələri iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən həmin ifadələri işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, həmin əməli təkrar törətməsi müdafiə tərəfi tərəfindən inkar edilsə də, təqsirləndirilən şəxsin özlərinin məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr və məhkəmə icraatında dindirilmiş şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ona həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli olması barədə müdafiəçinin verdiyi apellyasiya şikayətinin dəlillərini və apellyasiya icraatında bildirdiklərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Bundan başqa məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət hadisəsini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, əsas götürdüyü motivləri rəhbər tutmaqla apellyasiya şikayətlərinin formal mülahizələrə əsaslandığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində və apellyasiya icraatında göstərdiyi hallara hüquqi qiymət verərək qeyd edir ki, şikayətdə qeyd olunanlar onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirilməli, təqsirləndirilən şəxsin təqsiri şahidlərin ifadələri, xüsusilə şahid7, şahid4, şahid5, şahid6 və digərlərinin bir-birini tamamlayan ifadələri, işə əlavə edilmiş əmrlərdən çıxarışlar, növbətçilik cədvəli və digər yazılı sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Müdafiə tərəfinin şahid7 ifadələrinin şübhəli olması barədə dəlilləri əsassızdır, çünki onun ifadələri digər şahidlərin ifadələri və sənədlərlə təsdiqlənir. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ilkin ifadələrinin təzyiq altında alınması barədə iddiası hər hansı obyektiv sübutla təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri cinayət işi materiallarında öz əksini tapan sübutlarla təkzib edilməklə əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Istintaq materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində cinayətlərin törədilməsi üsulu və mexanizmini geniş izah etmiş, lakin sonradan məhkəmə iclasında ifadələrini dəyişərək bir-birinə zidd ifadələr vermişlər. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələri yuxarıda qeyd olunanlar da nəzərə alınaraq qeyri-səmimi və özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yayınmaq və ya əməlinin daha yüngül maddəyə tövsif edilməsinə nail olmaq məqsədi güdmüşdür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrinə tənqidi yanaşmış və inandırıcı hesab etməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Iş materiallarında olan sübutlara əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq və məhkəmə zamanı iş üzrə şahidlərin hər biri ayrı-ayrılıqda bir-birini təsdiq edən, işin faktiki hallarına uyğun gələn, cinayət işinin materialları ilə öz təsdiqini tapan ifadələr vermişlər, həmin ifadələrin həqiqətə uyğun olmaması barədə təqsirləndirilən şəxsin ifadələri öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar müəyyən etmir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 2ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Insan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (## ##### 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası verilmiş apellyasiya protestinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edərkən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumların şəxsiyyətinə uyğun olmamışdır. Belə ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət qanununun müvafiq maddəsi ilə təqsirli bilsə də, ağır cinayət törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq etməklə ona açıqaşkar yüngül cəza təyin etmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, fəxri fərman və medallarla təltif edilməsini, komandanlıq tərəfindən müsbət xarakterizə edilməsini, ağır ailə vəziyyətini, sağlamlıqlarında ciddi problem olan 2-ci qrup əlil qardaşının və 1-ci qrup əlil olan anasının onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, səhhətində olan problemləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cinayət əməlində ağırlaşdırıcı hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqla haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinin istinad olunduğu CM-in 311.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət deyil, ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməsi və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınması isə CM-in 58-ci maddəsində təsbit edilmiş imperativ normadır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: -cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; -cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; -iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai- təhlükəliliyini azaldan) hal kimi çıxış edir. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə əksinə hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini cızır. Lakin CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, həmin halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən müstəsna hallar və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun qərarına əsasən, Azərbaycan Respublikası CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Həmin qərarda məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Beləliklə, birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarını düzgün tətbiq etməyərək, yuxarıda göstərilən halları heç bir əsaslandırma aparmadan cəzanı yüngülləşdirən müstəsna hallar kimi nəzərə almaqla təqsirləndirilən şəxs barəsində CMin 62-ci maddəsini tətbiq etməklə sanksiya həddindən kifayət qədər aşağı cəza təyin etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbirinin onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə işin digər hallarına uyğun olmaması, ona təyin edilmiş cəzanın açıq-aşkar yüngül olması barədə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri nəzərdə tutulduqda, məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda qanuna müvafiq qaydada və inandırıcı şəkildə əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinin tələblərinə görə isə CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Sübutların araşdırılması və qiymətləndirilməsi haqqında prosessual normalar (CPM-in 144 və 145.1-ci maddələri) cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmələrdən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı və həmin sübutların bir-biri ilə müqayisə edilərək həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür və bu norma CPM-in CPM-in 125, 143-146-cı maddələrində nəzərdə tutulmuş normalarla birlikdə tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, həmin tələblərə isə həmçinin təqsirkar barəsində cinayəthüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən ## #### 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” * saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin həmin hissədə dəlillərinə münasibətdə, həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, fəxri fərman və medallarla təltif edilməsini, komandanlıq tərəfindən müsbət xarakterizə edilməsini, ağır ailə vəziyyətini, sağlamlıqlarında ciddi problem olan 2-ci qrup əlil qardaşının və 1-ci qrup əlil olan anasının onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, səhhətində olan problemlərin olmasını yüngülləşdirən hallar kimi nəzərə alaraq, cərimə cəzası təyin edilmişdir. Belə olan halda, məhkəmə kolegiyası belə yekun nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin olunmasına dair göstəriş və müddəalar hökmdən xaric edilməli və yüngülləşdirici halların olması nəzərə alınaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, xidmət dövründə dəfələrlə medallar və fəxri fərmanlarla təltif edilməsini, komandanlıq tərəfindən müsbət xarakterizə olunmasını, həmçinin ailə vəziyyətini, himayəsində iki azyaşlı övladı, habelə 1-ci qrup əlil anası və 2-ci qrup əlil qardaşı olmasına görə ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə zərurət görmür və hökmlə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 311.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin olunmasına dair göstəriş və müddəalar hökmdən xaric edilərək təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilərək təyin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPMnin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi olmuş müdafiəçi2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı X9 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin olunmasına dair göstəriş və müddəalar hökmdən xaric edilərək təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək və davranışı ilə islah olunduğunu sübut etmək vəzifələri qoyulsun. Qərarın surəti icra olunması və Təqsirləndirilən şəxs davranışına nəzarətin həyata keçirilməsi üçün yaşadığı ünvan üzrə Bakı şəhəri Probasiya Idarəsinə göndərilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar