Məhkəmə qərarları › İş №1-1(3-6)-19/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-6)-19/2026

21.07.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(3-6)-19/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 İsmayıl oğlunun, müdafiəçi - * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və təqsirləndirilən şəxs Niftiyev Seyidağa Ülfət oğlunun iştirakları ilə, ## ##### 2007-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Sabirabad rayonu Azadkənd kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş, - Niftiyev Seyidağa Ülfət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı hökmünə əsasən (sədrlik edən, hakim X1) Niftiyev Seyidağa Ülfət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilmiş, ona təyin edilmiş cərimə cəzasının icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Niftiyev Seyidağa Ülfət oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhəri ərazisində yerləşən Mühafizə alayının 8-ci atıcı bölüyünün atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən, ## #### 2026-cı il tarixdə saat 18 radələrində sanitar qovşağının qarşısında, həmin bölüyün atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində hərbi xidmətdə olan Zərərçəkmiş şəxs ona saç düzümü ilə bağlı irad tutması səbəbindən aralarında yaranmış mübahisə zəminində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçuların bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməmələri, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli» kimi tələblərini pozaraq sonuncunun sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmaqla ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid "sol göz orbitinin hematoması" diaqnozu ilə müşayiət olunan xəsarət yetirərək, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmdən Cinayət Məcəlləsinin 62-ci maddəsi ilə bağlı olan müddəaların xaric edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə təqsirini boynuna alaraq əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, zərər çəkmiş şəxslə barışmasını, atasının Qarabağ müharibəsi qazisi olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini qeyd edərək, cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi hesab edib, barəsində CM-in 62-ci maddəsini tətbiq etmişdir. Buna dair göstərilir ki, məhkəmə hökmündə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib hərəkətlərindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş, halbuki onun etirafı qəti olaraq cəzasını yüngülləşdirən hal kimi qəbul edilməməlidir. Çünki, təqsirləndirilən şəxs məlum olmayan faktları deyil, açıqaşkar hamı üçün aydın olan və bilinən faktı etiraf etmək məcburiyyətində qalmış, etiraf məcburiyyətində qalmasının səbəbi isə qeyd olunan faktla bağlı həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər təsdiqedici sübutların olmasıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində səmimi peşman olmasını bildirməsi onun həqiqətən əməlindən peşman olduğunu təsdiq etmir. Çünki, CM-in 72.1-ci maddəsinə əsasən səmimi peşmançılıq yalnız böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib, təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması formasında təzahür edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almadığını, cinayətin üstünün açılmasına fəal kömək etmədiyi üçün bu hallar birmənalı olaraq ona şamil edilə bilməz. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qəbul etmişdir. Lakin, məhkəmə nəzərdən qaçırmışdır ki, şəxsin cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Şəxsin cinayət məsuliyyətinə (ilk dəfə və ya sonrakı dəfələr) cəlb edilməsi onun müsbət ictimai xarakterizəsi üçün əsas ola bilməz. O cümlədən, qanun şəxsin ilk dəfə hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Hadisələrin təsadüfi axarı, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsində yanılma, cinayətkar əməllər törədən və konkret şəxsi həmin əməllərə cəlb edən şəxslərin əhatəsində (dairəsində) təsadüfən bir dəfə olmada ifadə oluna bilər. Burada xüsusi olaraq qeyd edilməlidir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hərəkətləri düşünülmüş şəkildə həyata keçirildiyindən hadisələrin təsadüfi axarı zəminində baş verməmişdir. Bundan əlavə, məhkəmənin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirməsinə dair qeyd edilir ki, CM-in 59.1.8-ci maddəsinə görə cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi cəzanı yüngülləşdirən haldır. Zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs saç düzümü ilə bağlı irad tutması qanunsuz və ya əxlaqsız hərəkətlər kimi qiymətləndirilə bilməz, əksinə onu hərbi nizamnamə çərçivəsində davranış, səliqə nümayiş etdirməyə dəvət kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs buna göstərdiyi reaksiya isə onun hərbi nizamnamə qaydalarına mənfi münasibətinin göstəricisi kimi hesab edilə bilər. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs artıq mübahisə başlanandan sonra Təqsirləndirilən şəxs nalayiq ifadə işlətməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsinin əsasını təşkil edə bilməz. Buna görə həmin hal da Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməməlidir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin atasının Qarabağ müharibəsi qazisi olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib, həmin halı CMin 62-ci maddəsinin tətbiqinin əsası kimi qəbul etmişdir. Lakin, məhkəmə öz hökmündə bunu təsdiq edən heç bir sənədə əsaslanmadan qeyd olunan halı cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş, eyni zamanda, belə bir hal mövcud olduğu halda belə, atası Qarabağ müharibəsi qazisi olan Təqsirləndirilən şəxs hərbi xidmətdə olan davranışları nümünəvi olmalı təqdirdə, bunun tam əksi olaraq nizamnamələrin tələblərini pozması və digər hərbi qulluqçuya zor tətbiq etməklə sağlamlığına qəsdən yüngül zərər vurması həmin halın müstəsnalığının itirilməsinə səbəb olur. Həm də qeyd edilməlidir ki, CM-in 62-ci maddəsində göstərilən şərtlər təqsirləndirilən şəxsə aid olmaqla, məhkəmə tərəfindən yuxarıda qeyd edilən halın Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcə azalmasında nə kimi rol oynadığını əsaslandırmamışdır. Odur ki, həmin hal Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsinin tətbiqi üçün əsas hesab edilə bilməz. Həmçinin, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasına gəldikdə isə vurğulanır ki, bu fakt qanunvericiliyə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal hesab edilir. Lakin, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi ona CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün əsas hesab edilə biməz. Çünki, bu mövqedən yanaşdıqda belə qənaətə gəlmək olar ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmadığı hallarda ona ağır cəza təyin olunması dolayısı ilə qisas, əvəz çıxmaq anlamına gəlir və ya əksinə, əgər barışıq əldə olunmuşdursa, təqsirləndirilən şəxs barəsində cəzanın sosial ədalətin bərpasına xidmət edən məqsədi nəzərə alınmadan cəza tətbiq edilməlidir. O da nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi halı cəmiyyətdə normal davranışın təzahürü olduğundan, bu hal cinayətin ictimai təhlükəliliyini azaltmır. Həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etmiş bütün təqsirləndirilən şəxslərə həmin əsasa görə CM-in 62-ci maddəsinin tətbiqi həmin normanın müstəsna əhəmiyyətinin itirilməsinə səbəb ola bilər. Həmçinin qeyd edilir ki, CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Şərti olaraq göstərilən ilk iki qrupa diqqət etdikdə qrupları birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalı, üçüncü qrupu digər qruplardan fərqləndirən cəhət isə həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62- ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimaitəhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Hökmdən isə görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətdə təqsirini boynuna alaraq əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, zərər çəkmiş şəxslə barışmasını, atasının Qarabağ müharibəsi qazisi olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini düzgün olmayaraq CM-in 62.2-ci maddəsinin müddəalarına müvafiq olaraq müstəsna hal kimi qiymətləndirmiş, buna baxmayaraq, həmin halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını və onların müstəsna xarakterə malik olduğunu isə ümumiyyətlə əsaslandırmamışdır. Bütün bunlar isə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqini əsassız edir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 İsmayıl oğlu apellyasiya protestini müdafiə edərək təmin edilməsini, protestdə göstərilən əsaslarla Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmünün dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş şəxs Niftiyev Seyidağa Ülfət oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini, Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində məhkum olunmuş şəxs Niftiyev Seyidağa Ülfət oğlunun əməlinin tövsifi mübahisləndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Niftiyev Seyidağa Ülfət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Niftiyev Seyidağa Ülfət oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmayan növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin əsas dəlili olan CM-nin 62-ci maddəsinin hökmdən xaric edilməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını hər tərəfli araşdıraraq, cəza təyini zamanı Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsində ədalətli olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İş materiallarında olan ## #### 2026-cı il tarixli məhkəmə-tibb ekspertizasının *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər - 1) alnının sağ yarısının sıyrılmış yarası – qabırğa kənarlı bərk küt əşyanın, o cümlədən dırnağın təsirindən törənmişdir; 2) sağ əl pəncəsinin 3-cü, 4-cü, 5-ci daraq - falanqa oynaqlarının, əl arxasının cüzi şişkinliyi ilə müşayiət olunan yumşaq toxumalarının əzilməsi - bərk küt əşyanın (əşyaların) təsirindən, həm də xəsarət nahiyəsinin bu xarakterli əşyaya (əşyalara) zərblə vurulması nəticəsində törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmətibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. İş materiallarında olan ## #### 2026-cı il tarixli məhkəmə-tibb ekspertizasının *** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – 1) sol göz orbitinin hematoması – bərk küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 2) sağ əlin 2-ci, 3-cü, 4-cü barmaqlarının orta falanqa oynaqların və 5ci barmağın daraq – falanqa oynağının arxa səthinin səthi sıyrılmış yaraları – bərk küt əşyanın (əşyaların) təsirindən, həm də xəsarət nahiyəsinin bu xarakterli əşyaya (əşyalara) zərblə vurulması nəticəsində törənmişlər, müddəti və şəraiti şəxsin məhkəmətibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının komandirinin ## #### 2026-cı il tarixli ** nömrəli əmrindən çıxarışdan görünür ki, ## #### 2026-cı il tarixdə saat 18:00 radələrində 8-ci atıcı bölüyünün əsgərləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs asudə vaxtı zamanı sanitar qovşağının qarşısında məişət zəminində mübahisə etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayı tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs xidməti cəhətdən müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.12-ci və 59.2- ci maddələrinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən peşman olmasını, əvəllər məhkum olunmamasını,cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, zərər çəkmiş şəxslə barışmasını, atasının Qarabağ müharibəsi qazisi olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il ## #### tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin, bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. Apellyasiya protestinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 332.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Ona görə də, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ailə vəziyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu qiymətləndirərək ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəza növü olan cərimə növündə cəza təyin edilməsini daha məqsədəuyğun hesab etmişdir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair ## ###### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına əzab vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsassız hesab edib qeyd edir ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 2, 8, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət vermiş, təyin olunmuş cəzanın məqsədini təmin edən cəza təyin etməklə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının əsgərləri Təqsirləndirilən şəxs hazırda xidmətlərini davam etdirməklə xidməti cəhətdən müsbət xarakterizə olunur, iş üzrə zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs ilə barışmışdır. Belə olan halda, ona təyin olunmuş cəzanın ağırlaşdırılması cəzanın məqsədləri baxımından məqbul sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarları). Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Niftiyev Seyidağa Ülfət oğluna təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 61 və 62-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyasında nəzərədə tutulmasa da, cəzanın məqsədlərini təmin edən cərinə cəzası təyin edilmişdir, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya ptotesti təmin olunmamalı, iş üzrə Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Niftiyev Seyidağa Ülfət oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün, cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar