Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-13/2026 29.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Əzizov Sevindik Əziz oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin (hakim C.İ.Bəşirov) ##.##.2026-cı il tarixli *-*(***)-***/**** saylı hökmü ilə ## ###### 1984-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, Tərtər Hərbi Məhkəməsinin ## ######## 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Ağdam rayon Icra və probasiya şöbəsinin ## ###### 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik Ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, R, Ağdam rayonunun Göytəpə kəndində qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, iş üzrə mülki iddianın təmin edilməsi, Təqsirləndirilən şəxs 14150 (on dörd min yüz əlli) manat alınıb Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Hökmə əsasən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakının ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Laçın rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun minaatan batareyasının Ru vəzifəsində, R hərbi rütbəsində hərbi xidmətdə olarkən 2023-cü ilin noyabr ayının əvvəllərində həmin taborun qərargah rəisi vəzifəsində xidmət edən, R şahid1 ilə hərbi hissənin ərazisində söhbət zamanı şahid1 sosial şəbəkə vasitəsilə tanış olduğu Şəmkir rayon sakini şahid2 atası Zərərçəkmiş şəxs qardaşı şahid3 iş axtardığını bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta şahid3 işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə şahid1 vasitəsilə Zərərçəkmiş şəxs yalandan qohumu X1 guya Daxili Işlər Nazirliyində R rütbəsində yüksək vəzifədə işlədiyini, 14000 (on dörd min) manat məbləğində pul verməklə sonuncunun vasitəsilə şahid3 Qazax rayon Polis Şöbəsində polis nəfəri kimi işə düzəlməsinə kömək edəcəyini deyib aldatmış və onu özünə inandırmışdır. Bundan sonra şahid1 Zərərçəkmiş şəxs bu barədə məlumat verməklə onu həmin məbləğdə pulun müqabilində tanışının vasitəsilə oğlunu işə qəbul etdirəcəyinə razı saldıqdan sonra ## ###### 2023-cü il tarixdə Tovuz rayonu ərazisində Zərərçəkmiş şəxs ilə görüşərək ondan nağd şəkildə aldığı 7000 manat pulu həmin gün Tovuz rayonundan ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”a məxsus 4169-7387-6759-0080” nömrəli bank kartına köçürmə yolu ilə göndərmiş, daha sonra şahid1 həmin işi həll etmək üçün Zərərçəkmiş şəxs qalan puldan ona verdiyi 5000 manat pulu ## ###### 2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankına məxsus ****-****-****-**** nömrəli kart hesabından köçürmə yolu ilə Təqsirləndirilən şəxs həmin bank kartına, ## ###### 2024-cü il tarixdə qalan 2000 (iki min) manat pulu eyni üsulla ona göndərməklə ümumilikdə vahid niyyətlə 14000 (on dörd min) manat məbləğində pulu R Təqsirləndirilən şəxs vermiş, R Təqsirləndirilən şəxs isə 14000 (on dörd min) manat pulu aldadaraq aldığına görə şahid3 polis orqanlarına işə düzəltmək üçün faktiki olaraq heç bir iş görməyib pulunu ələ keçirərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı hökmünü dəyişdirərək, məhkum barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə ona şərti cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən düzgün nəticəyə gəlməmişdi. Birinci instansiya Məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın təyin edilməsinin ümumi əsaslarını təyin edən maddələrin tələblərinə lazıminca əməl etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Lakin cəza təyini zamanı CM-in 60-cı maddəsini tətbiq edərkən hakim, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməli, nümayiş etdirdiyi humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmamalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir, 2 övladı var, biri azyaşlıdır, digəri isə yetkinlik yaşına çatmayandır, arvadı Şahnisə süd vəzi xərçəngindən əziyyət çəkir, atası 2023-cü ildə vəfat etmiş, anası heç bir yerdə işləmir, onun himayəsində yaşayırlar, o, ailəyə yeganə qazanc gətirən şəxsdir, ailə vəziyyəti ağırdır, törətdiyi cinayət əməlini etiraf etmiş və əməlinə görə səmimi peşman olmuşdur, yaşayış yerindən müsbət xarakterizə olunur, xidmət müddətində dəfələrlə eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həbs olunmasını istəmədiyini bildirsədə, Habil onunla barışmağa cəhd etmiş, dəymiş ziyanı hissə-hissə ödəməyə səh göstərmiş, lakin zərərcəkmiş şəxs onunla razılaşmamışdır. Müdafiə tərəfi hesab edir ki, birinci instansiya məhkəməsi qanunun yuxarıda göstərilən tələblərinə formal yanaşmış, hazırkı işin konkret hallarını, məhkumun şəxsiyyətini xarakterizə edən məlumatları lazıminca qiymətləndirmədən və nəzərə almadan ona ittiham olunduğu maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsində nəzərdə tutulduğu kimi cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab olunur. Müdafiə tərəfi hesab edir ki, məhkəmə hazırki işin konkret hallarını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını nəzərə almaqla onun barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsini tətbiq edərək müəyyən müddətə şərti məhkum edilə bilərdi. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 399.1.5ci maddələrinə əsasən məhkəmənin təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması məhkəmə hökmünün apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ***/**** saylı hökmünü dəyişdirərək, məhkum barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə ona şərti cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilərək məhkum barəsində olan yüngülləşdirici halları nəzərə alaraq təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, məhkəmə tərəfindən barəsində olan yüngülləşdirici halların kifayət qədər nəzərə alınmadığını, ona görə də, şikayətin təmin edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinə etiraz edərək təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, ona vurulmuş zərərin tam olaraq ödənilməsini tələb etdiyini bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 məhkumun müdafiəçisinin apellyasiya şikayətinə qarşı etiraz etdi, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını, məhkumun əməlinin cinayət işində olan sübutlarla tam təsdiq edildiyini, məhkumun əməlinin düzgün qiymətləndirilib tövsif edildiyini və məhkuma təyin edilmiş cəzanın ədalətli olduğunu, məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsi və yüngülləşdirilməsi üçün əsasların olmadığını bildirdi. Odur ki, şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayətində təyin edilmiş cəzanın ağırlığı mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli mötəbərliyi heç bir şübhə doğurmayan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Məhkum Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Cinayət hadisəsinin məhkum tərəfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası məhkumun əməlinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Məhkumun apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayətdə təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmiş, yalnız cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsi, onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Nabil Məmmədovun törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan orta həddə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını (CM-nin 59.1.4), cinayəti tam etiraf etməklə əməlindən səmimi peşman olmasını, xidmət müddətində dəfələrlə təltif edilməsini, Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etməkalə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, atasının ölməsini, arvadının xəstəliyini (CM-nin 59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə almışdır. CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası CM-nin 8, 9, 41.2, 58.1 və 58.3-cü maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma təqsirli bilindiyi əmələ görə ədalətli cəza təyin edilmişdir və həmin cəzanın müddətinin azaldılaraq daha aşağı həddə cəza təyin edilməsi və ya sanksiyada nəzərdə tutulan daha yüngül cəza təyin edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-in maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Qanunun mənasına görə şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadığı və cəzasının məqsədinə cəzanın şərti hesab edilməsi ilə nail olmağın mümkün olduğu təqdirdə tətbiq edilə bilər. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən cəhətləri nəzərə alaraq belə hesab edir ki, hazırkı halda məhkumun cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur. Təqsirləndirilən şəxs əvvəllərdə CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməyə görə məhkum edilmiş, lakin bundan heç bir nəticə çıxarmayaraq, cəza çəkdiyi dövrdə hazırkı cinayət əməlini törətmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq məhkuma CM-nin 70-ci maddəsini tətbiq etməmişdir. Şikayətdə göstərilən hallar da məhkuma şərti məhkum etmənin tətbiq edilməsinə əsas vermir. Bundan başqa, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı da tam ödəməmişdir və zərərçəkmiş şəxs ondan şikayətçidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, vurulmuş ziyan tam və real olaraq ödənilmədiyi halda məhkumun islah yolunda olmasından söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsini, yəni CM-nin 70-ci maddəsinin tətbiqini qeyri-mümkün hesab edir. Çünki məhkuma bu qaydada güzəşt edilməsi cəzasızlıq mühitinin yaranmasına səbəb olmaqla, CM-nin 41.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmiş olardı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunan hallar məhkuma islah olunan olmaqla CM-nin 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir və məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkməlidir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırki halda Təqsirləndirilən şəxs CM-nin 70ci maddəsinə əsasən şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Apellyasiya şikayətinin məhkumun barəsində CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə dair dəlilləri əsassızdır. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Yuxarıda qeyd edilən qanunun müddəalarından da göründüyü kimi cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı hokmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-7)-13/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-13/2026
29.04.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver