Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-14/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, R dövlət ittihamçısı1, zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi nümayəndə1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Səlahəddin oğlunun və müdafiəçisi müdafiəçi1 iştirakı ilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə Gəncə Hərbi Məhkəməsinin ## ##### 2025 ci il tarixli hökmündən məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Hərbi Məhkəməsinin ## ##### 2025-cı il tarixli *-*(***)-*/**** nömrəli (sədrlik edən Tariyel Quliyev) hökmü ilə ## ### 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Aran qəsəbəsi N nömrəli hərbi hissədə qeydiyyatda olan, R, N saylı hərbi hissə komandirinin müavini vəzifəsini icra edən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş şəxsin və mülki iddia ərizəsi ilə müraciət etmək hüququnun olmasının izah edilməsi, iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 adına qeydiyyatda olan 2016-cı il istehsallı “Chevrolet Cruze” markalı **-UY-*** dövlət nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilmədən qüvvədə saxlanılması qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin Tovuz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin həmin rayonun Muncuqlu kəndi ərazisində yerləşən 3- cü taborunun komandiri vəzifəsində, R rütbəsində xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin ## #### 2023-cü il tarixli N nömrəli “hərbi hissənin döyüş mövqelərində odun tədarükünün görülməsi haqqında” əmrinə əsasən 3-cü taborun 2023-2024-cü ilin qış mövsümünə hazırlıqla bağlı taborun döyüş mövqelərinə aparılacaq odun təminatına ayrılmış şəxsi heyətini 2023-cü ilin iyun ayının ortalarında 3-cü taborun qərargahının qarşısında düzərək onları özü ilə birlikdə * saylı X5 Cırdaxan Meşəbəyliyinin ** saylı meşə dolayısının 15-ci kvartalının ərazisinə, yəni şərti adı “Aran T-39” adlandırılan döyüş mövqeyinin aşağısındakı meşə sahəsinə apararaq orada dövlət meşə fonduna aid olan yaş köküstə və quru ağaclar olmaqla, həmin ağacların kəsilməsinə əsas verən sənədlər, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X2 Mərkəzi tərəfindən verilməli olan meşə buraxılış orderləri olmadan kəsilməsi barədə qanunsuz göstəriş vermişdir. Bundan sonra, yəni 2023-cü ilin iyun ayının ortalarından həmin ilin avqust ayının sonlarınadək vahid niyyətlə, yəni 2023-2024-cü ilin qış mövsümünə hazırlıqla bağlı döyüş mövqelərinə odun təminatının aparılması üçün şəxsi heyət qeyd olunan meşə sahəsinə daxil olan ərazidən ağacları kəsərək döyüş mövqelərinə daşınmasını təşkil etmiş və 2023 cü ilin iyun ayından həmin ilin avqust ayınadək müddət ərzində N nömrəli hərbi hissənin 1-ci taborunun odun təminatına ayrılmış şəxsi heyəti ilə birlikdə * saylı X5 Cırdaxan Meşəbəyliyinin ** saylı meşə dolayısının 15-ci kvartalından ümumilikdə yaş köküstə və quru olmaqla, müxtəlif növlü, yəni fıstıq, vələs, palıd, gilas, ağcaqayın, əzgil, armud, alma, yemişan və qarağac növlərində olmaqla ümumilikdə 357.75 m3 həcmində ağacların kəsilməsini həyata keçirilmiş və dövlət meşə fonduna 12506,52 (on iki min beş yüz altı manat əlli iki qəpik) manat məbləğində külli miqdarda ziyan vurulmuşdur. təqsirləndirilən şəxs2 Müdafiə Nazirliyinin Tovuz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin həmin rayonun Əlibəyli kəndi ərazisində yerləşən 1 ci taborunun komandiri vəzifəsində, R rütbəsində xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin ## #### 2023-cü il tarixli N nömrəli “hərbi hissənin döyüş mövqelərində odun tədarükünün görülməsi haqqında” əmrinə əsasən 1-ci taborun 2023 2024-cü ilin qış mövsümünə hazırlıqla bağlı taborun döyüş mövqelərinə aparılacaq odun təminatına ayrılmış şəxsi heyətini 2023-cü ilin iyun ayının ortalarında 1-ci taborun qərargahının qarşısında düzərək Tovuz rayonu Muncuqlu kəndi ərazisində yerləşən 3-cü tabor istiqamətinə getmələrini və həmin istiqamətdəki meşə sahələrindən dövlət meşə fonduna aid olan yaş köküstə və quru ağaclar olmaqla, həmin ağacların kəsilməsinə əsas verən sənədlər, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X2 Mərkəzi tərəfindən verilməli olan meşə buraxılış orderləri olmadan kəsilməsi barədə qanunsuz göstəriş vermişdir. Odun təminatına ayrılmış şəxsi heyət də 3-cü taborun hərbi qulluqçularının * saylı X5 Cırdaxan Meşəbəyliyinin ** saylı meşə dolayısının 15-ci kvartalının ərazisinə, yəni şərti adı “Aran T-39” adlandırılan döyüş mövqeyinin aşağısındakı meşə sahəsindən ağac kəsdiklərini görüb təminatı həmin meşə sahəsindən aparmışlar. Bundan sonra, yəni 2023-cü ilin iyun ayının ortalarından həmin ilin avqust ayının sonlarınadək vahid niyyətlə, yəni 2023-2024-cü ilin qış mövsümünə hazırlıqla bağlı döyüş mövqelərinə odun təminatının aparılması üçün şəxsi heyət qeyd olunan meşə sahəsinə daxil olan ərazidən ağacları kəsərək döyüş mövqelərinə daşınmasını təşkil etmiş və 2023-cü ilin iyun ayından həmin ilin avqust ayınadək olan müddət ərzində N nömrəli hərbi hissənin 3-cü taborunun odun təminatına ayrılmış şəxsi heyəti ilə birlikdə * saylı X5 Cırdaxan Meşəbəyliyinin ** saylı meşə dolayısının 15-ci kvartalından ümumilikdə yaş köküstə və quru olmaqla müxtəlif növlü, yəni fıstıq, vələs, palıd, gilas, ağcaqayın, əzgil, armud, alma, yemişan və qarağac növlərində olmaqla ümumilikdə 357.75 m3 həcmində ağacların kəsilməsini həyata keçirilmiş və dövlət meşə fonduna 12506,52 (on iki min beş yüz altı manat əlli iki qəpik) manat məbləğində külli miqdarda ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən məhkum təqsirləndirilən şəxs1 Səlahəddin oğlu apellyasiya şikayəti verərək hökmün ona məxsus **-UY-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin qüvvədə saxlanılması hissəsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, birinci instansiya məhkəməsinin qərarı ilə 2500 (iki min beş yüz) manat cərimə təyin edilmişdir. Qərarın tələbinə uyğun olaraq cərimə onun tərəfindən tam şəkildə ödənilmişdir. Eyni zamanda qərarda göstərilmişdir ki, mülki iddia baxılmamış saxlanılsın. Lakin qərarın nəticə hissəsində ona məxsus olan 2016-cı il istehsalı “Chevrolet Cruze” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə cərimə qoyulmuş həbsin ləğv edilmədən qüvvədə saxlanılması qeyd edilmişdir. Hazırda onun üzərində hər hansı mülki iddia, konkret öhdəlik tələbi yoxdur. Bu səbəbdən ona məxsus nəqliyyat vasitəsi üzərində həbsin saxlanılması mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının ona məxsus **-UY-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin qüvvədə saxlanılması barədə hissəsini ləğv edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilərək məhkum təqsirləndirilən şəxs1 məxsus **-UY-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilərək ona məxsus **-UY- *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək şikayətin dəlillərinin əsassız olduğunu, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına səbəbin dəymiş ziyanın ödənilməsini təmin etmək olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, birinci instansiya məhkəməsinin hökmünün mülki iddianın baxılmamış saxlanılması hissəsindən onlar tərəfindən apellyasiya şikayəti verilməmiş, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı da mülki icraat qaydasında məhkəməyə müraciət edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin təqsirləndirilən şəxs1 Səlahəddin oğlu tərəfindən törədilməsi məhkəmə baxışı və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxs1 Səlahəddin oğlunun əməlini düzgün qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hökmün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin hökmü təqsirləndirilən şəxs1 adına qeydiyyatda olan 2016-cı il istehsallı “Chevrolet Cruze” markalı **- UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin ləğv edilmədən qüvvədə saxlanılması hissəsində dəyişdirilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 248.1.1-ci maddələrinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. CPM-in 248.1.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir. Həmin məcəllənin 248.2-ci maddəsinə əsasən həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Bu məcəllənin 254.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021ci il tarixli qərarının 73-cü bəndinə əsasən mülki iddianı təmin etmək üçün təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulmuşsa, məhkəmə hökmün nəticəvi hissəsində təmin olunmuş tələblər üzrə ödənilməli olan pul məbləğınə uyğun olan dəyərdə üzərinə qoyulmuş həbsin saxlanıldığı əmlakı göstərməlidir. Həmin qərarın 78-ci bəndinə əsasən CPM-in 346.1.18, 346.1.19-cu maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə digər məsələlərlə yanaşı, həmçinin “cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olubolmadığını”, habelə “hansı əmlakın xüsusi müsadirə edilməli olduğunu” müzakirə etməli, CPM-in 353.4.12-ci maddəsinə görə isə ittiham hökmünün nəticəvi hissəsində xüsusi müsadirə edilən əmlakın siyahısını göstərməlidir. İş materiallarında olan “əmlak üzərinə həbs qoyulmasına dair” Gəncə Hərbi Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ## ### 2024-cü il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 adına qeydiyyatda olan 2016-cı il istehsallı “Chevrolet Cruze” markalı **- UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda mübahisələndirilən Gəncə Hərbi Məhkəməsinin ## ##### 2025-cı il tarixli *-*(***)- */**** nömrəli hökmü ilə **-UY-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin qüvvədə saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını bu cür əsaslandırmışdır ki, hazırkı iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanıldığından və eyni zamanda zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsinə sonradan mülki mühakimə icraatı qaydasında yenidən mülki iddia ərizəsi ilə müraciət etmək hüququnun olması səbəbindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 adına qeydiyyatda olan 2016-cı il istehsallı “Chevrolet Cruze” markalı **- UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü bu hissədə dəyişdirilməli və təqsirləndirilən şəxs1 adına qeydiyyatda olan 2016-cı il istehsallı “Chevrolet Cruze” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, iş materialları və birinci instansiya məhkəməsinin hökmü nəzərdən keçirilərək müəyyən olunur ki, birinci instansiya məhkəməsinin hökmü ilə * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış, hazırkı hökmün elan edilməsindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən həmin hökmdən apellyasiya şikayəti verilməmiş və dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında iddia irəli sürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırda üzərində heç bir mülki öhdəlik olmadığı halda, həmçinin gələcəkdə zərərçəkmiş şəxs tərəfindən mülki qaydada dəymiş zərərin tələb edilməsi ehtimalına əsaslanmaqla məhkum təqsirləndirilən şəxs1 məxsus avtomobilin üzərində həbsin saxlanılması əsassız yerə onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bundan əlavə, qeyd edilməlidir ki, Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Gəncə Hərbi Məhkəməsinə təqdim edilmiş ## ### 2025-ci il tarixli məktuba əsasən birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs1 barəsində seçilmiş 2500 (iki mi beş yüz) manat məbləğində cərimə məbləğini tam şəkildə ödəmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsində müvafiq dəyişikliklər edilənə qədər bu Məcəllənin 397.1 və 397.2-ci maddələrinin tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır: a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apelyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apelyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apelyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apelyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apelyasiya şikayəti üzrə keçirilərsə, apelyasiya instansiyası məhkəməsi apelyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apelyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apelyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. CPM-in 399.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 399.1.1. məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 399.1.2. məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 399.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 399.1.4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi; 399.1.5. təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması. Azərbaycan Respublikası CPM-nin 398.1 və 398.1.4-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməkdə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 405.1 və 405.1.5-ci maddələrinə əsasən xüsusi müsadirə cinayət qanununun və ya bu Məcəllənin tələbləri pozulmaqla tətbiq edildikdə, habelə bu Məcəllə və digər qanunla müəyyən edilmiş tələblər pozulmaqla mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayət təmin edilməli, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə Gəncə Hərbi Məhkəməsinin ## ##### 2025 ci il tarixli *-*(***)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə “Chevrolet Cruze” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin saxlanılması hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Hərbi Məhkəməsinin ## ##### 2025 ci il tarixli *-*(***)-*/**** nömrəli hökmü təqsirləndirilən şəxs1 adına qeydiyyatda olan 2016-cı il istehsallı “Chevrolet Cruze” markalı **- UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin ləğv edilmədən qüvvədə saxlanılması hissəsində dəyişdirilsin. Gəncə Hərbi Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ## ### 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs1 adına qeydiyyatda olan 2016-cı il istehsallı “Chevrolet Cruze” markalı **- UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-7)-14/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-14/2026
16.07.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver