Məhkəmə qərarları › İş №1-1(3-7)-17/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-17/2026

21.05.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-17/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən məhkum və müdafiəçisi tərəfindən verilən apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D I : Gəncə Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli (sədrlik edən Taleh Mustafayev) hökmü ilə ##.##.1991-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Ağsu rayonu Suraxanı kəndində daimi qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan, R, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması qərara alınmış və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Hökmə əsasən, Təqsirləndirilən şəxs zabit kimi üzrlü səbəblər olmadan üç aydan artıq müddətə döyüş şəraitində olan xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün həmin rayonun Yellicə kəndi ərazisində Azərbaycan-Ermənistan şərti dövlət sərhədində yerləşən və bilavasitə düşmənə qarşı durmaqla faktiki döyüş şəraitində xidmət aparan şərti olaraq “K-29Ç” adlandırılan döyüş mövqeyində 1-ci Vnin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, R hərbi rütbəsində hərbi xidmətdə olarkən habelə həmin bölüyün komandiri vəzifələrini müvəqqəti icra edərkən hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli, *** №-li əmrinə əsasən 5 (beş) gün müddətinə növbəti məzuniyyətə buraxılmış və ##.##.2025-ci il tarixdə döyüş şəraitində yerləşən xidmət yerinə, yəni şərti olaraq “K-29Ç” adlandırılan döyüş mövqeyinə qayıtmalı olduğu halda digər ailə üzvləri tərəfindən qayğı göstərilməsinə baxmayaraq, atasının səhhətində olan problemlərlə bağlı narahat olub onun yanında qalıb şəxsən qayğı göstərmək məqsədi ilə həmin tarixdən ##.##.2026-cı il tarixədək qeyd olunan döyüş şəraitində yerləşən xidmət yerinə qayıtmayıb, ##.##.2026-cı il tarixdə həmin hərbi hissənin qərargahına qayıtmaqla zabit kimi üzrlü səbəblər olmadan üç aydan artıq müddətə döyüş şəraitində olan xidmət yerinə vaxtında qayıtmamışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək Gəncə Hərbi Məhkəməsinin ## ##### 2026-cü tarixli, *-*(*-**)-**/**** saylı hökmünü dəyişib, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, bu mümkün olmadıqda onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 333.6-cı maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza, təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən həmçinin təqsirləndirilən şəxs də apellyasiya şikayəti verərək cəzadan azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş cəza törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, xüsusən də onun şəxsiyyətinə uyğun olmamaqla olduqca sərt cəzadır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən hökmdə əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını, Vətən müharibəsində iştirak etməsini, “Cəsur döyüşçü” medalı ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi sadalasa da, təqsirləndirilən şəxs barəsində kifayət qədər ədalətli olmayan və həmin yüngülləşdirici hallara uyğun olmayan azadlıqdan məhrum etmə növündə olduqca sərt cəza təyin etmişdir. Gəncə Hərbi Məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən 58-ci maddəsinin tələblərinə lazımınca əməl etməmiş, cəza təyin edərkən onun cəza çəkmədən islah olunmasının mümkünlüyünü və barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli deyildir. Heç vaxt cinayət məsuliyyətinə cəlb edilməmiş, barəsində hər hansı təqsirləndirici material olmamışdır. O artıq törətdiyi əməlin ictimai təhlükəliliyini və yaratdığı nəticələri dərk etmiş, bunun tərəfindən atılmış yanlış addım və səhv olduğunu anlamış, məhkəmədən öncə özünü öz vicdanı qarşısında mühakimə etmişdir. Yol verdiyi hüquqazidd əmələ görə əməlindən səmimi olaraq peşman olmuş, artıq islah yoluna qədəm qoymaqla, bir daha hər hansı bir cinayət əməli törətməyəcəyinə dair məhkəməyə söz vermişdir. Göstərilən hallar onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan hallar olmaqla yanaşı, onun şəxsiyyətinin müsbət xarakterizə edilməsi və artıq islah yoluna qədəm qoymasını göstərir və onun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq cəkməsinə heç bir lüzum olmadığını deməyə əsas verir. Lakin birinci instansiya məhkəməsi bu kimi halları sanki görməzdən gəlib bunları nəzərə almayaraq onun üçün həddindən artıq ağır olan cəza təyin etmişdir. Halbuki yuxarıda qeyd edilən halların məcmusu ona təyin ediləcək cəzanın şərti olaraq və yaxud azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın tətbiq edilməsini mümkün etmişdir. Məhkəmə isə əsassız olaraq bundan imtina etmişdir. Vurğulanmalıdır ki, Gəncə Hərbi Məhkəməsində baxılan eyni kateqoriyalı,eyni tipdə olan cinayət işiərinə nəzər salsaq, müəyyən etmək olar ki, həmin işlər üzrə əksər hallarda təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və yaxud Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilmişdir. Olduqca maraqlıdır ki, nədənsə, təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını, Vətən müharibəsində iştirak etməsini, “Cəsur döyüşçü” medalı ilə təltif edilməsini cəzasını yüngülləşdirici hal hesab etsə də, Təqsirləndirilən şəxs həddindən artıq ağır cəza təyin etmişdir. Məhkəmə sanki nədənsə Təqsirləndirilən şəxs hüquqi mənada deyil, başqa mənada da cəzalandırmaq istəmişdir. Səxavət Abbasovun himayəsində azyaşlı uşağı və xəstə atası vardır. Bununla bağlı müdafiə tərəfi vurğulayır ki, ## ### 1998-ci il tarixli uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 4-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasinin Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. ## ### 1998-ci il tarixli uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun uşaq mənafelərinin üstünlüyündən bəhs edən 5-ci maddəsində isə göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqı şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqazidd əməlindən peşman olmasını bildirmiş və bir daha belə hüquqazidd əmələ yol verməyəcəyinə söz vermişdir. Bu fakt sosial ədalətin bərpasına nail olunması istiqamətində xüsusiyyətinə malikdir. Təqsirləndirilən şəxsi şəxsiyyət etibarilə mənfi cəhətdən xarakterizə edəcək hər hansı bir hal müəyyən olunmur, əməlində cəzasını ağırlaşdıran heç bir hal yoxdur, əksinə cəzanı yüngülləşdirən bir neçə hal mövcuddur. Təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi onun ailəsinin keçirdiyi mənəvi sarsıntını daha da ağırlaşdıra bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu müddəa cəzanın ailə həyatının mənəvi tərəfinə təsirini də özündə ehtiva edir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi hüquqazidd əməlindən peşman olmasını, ixtisaslı zabit kimi xidmət etdiyi illər ərzində digər qanun pozuntusuna yol vermədiyini, özünün xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində iştirak etməsini, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif edilməsini, CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Göstərilənlərə əsasən, hesab edirik ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan müstəsna yüngülləşdirici halların olması ağırlaşdırıcı halların isə olmaması, təyin ediləcək cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, onun cəza çəkmədən islah olunması mümkün saymalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi bu mümkün olmadıqda isə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6cı maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi barədə qərar çıxarılmalıdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçi apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək şikayətlərin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq CM-in 333.6-ci maddəsi ilə tövsif edildiyini, məhkumа cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın cəza verildiyini bildirdi, həmçinin barəsində CM-in 62-ci və 70-ci maddəsinin tətbiqinə əsaslar olmadığını bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində əməlin tövsifi mübahisələndirilmir. Məhkəmə kollegiyası hökmün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, məhkəmənin barəsində şikayət verilən hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə ## ###### 2017ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X2 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini düzgün hesab edir. Lakin, məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı yuxarıda göstərilən halları nəzərə alaraq onun barəsində təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə zamanı həm də cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə almalıdır. Kollegiya hesab edir ki, şərti məhkum etmə təqsirkarın cəzanı tam çəkmədən islah olunmağa başlaması ilə bağlı olan institutdur. Cinayət Qanunu şərti məhkum etmə yolu ilə məhkumu doğru yol seçməyə istiqamələndirir, onların tərəfindən yeni cinayətlərin qarşısını almağa meylləndirir, eyni zamanda digər məhkumların da islah olunmasını sürətləndirir. Bu da öz növbəsində cəzanın CMnin 41.2-ci madəsində göstərilən məqsədlərinin təmin olunmasına xidmət edir. CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli hökmü dəyişdirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxsnа Azərbaycan Respublikası CM-nin 333.6-cı maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, asudə vaxtından səmərəli istifadə etmək, daxili xidmət nizamnaməsinin tələblərini dərindən öyrənmək və onun müddəalarına dönmədən əməl etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli ## ### 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №li hərbi hissəsinin komandanlığına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar