Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-24/2026 27.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Əzizov Sevindik Əziz oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı hökmü ilə (sədrlik edən S.Ə.Əzizov) ## #### 1991-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Şəki Apellyasiya Məhkəməsinin ## ### 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 62.2 və 66.3-cü maddələrinə əsasən aylıq pul təminatından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, çəkilməmiş cəzası olmayan, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, R, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Salyan rayonu Çuxanlı kəndində qeydiyyatda olan və Ağcabədi rayonu Minaxorlu kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməsi və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin xidmət müddətində hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunduqda isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs üzərinə xidmət müddətində yuxarı komandanlıq tərəfindən verilən əmr və tapşırıqları vaxtında və dürüst yerinə yetirmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərini dərindən öyrənmək və onun müddəalarına dönmədən əməl etmək, ordu sıralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, hər iki halda öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması və Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxslərə qarşı təkrar zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 4-cü taborunun 82 mm lik minaatan batareyasının komandiri vəzifəsində, R hərbi rütbəsində xidmətdə olarkən ## ###### 2024-cü il tarixdə saat 01:00 radələrində Kəlbəcər rayonunun Yellicə kəndində yerləşən şərti adı “K-27Ç” adlanan döyüş mövqeyinə “basqın” komandası vermiş, həmin vaxt batareyanın 1-ci minaatan taqımının 1-ci minaatanın heyət nəfəri vəzifəsində xidmət edən əsgər X5 başqa bütün digər hərbi qulluqçular komandanı icra edərək əsgər yataqxanasından çölə çıxmışlar. Bu vaxt əsgər Məhəmməd Adıgözəlov çölə çıxmadığından özü əsgər yataqxanasına daxil olmuş, lakin onun hazır olmadığını görüb “basqın” komandasını ləng icra etdiyi üçün əsəbləşərək əvvəlcə ona məxsus dəbilqə ilə baş nahiyəsinə bir zərbə vurmuş, ardınca isə onun kitelinin yaxa nahiyəsindən tutub onu divara vurmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin may ayının əvvəllərində axşam saat 17:30 radələrində Kəlbəcər rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissənin 4-cü taborunun 82mm-lik minaatan batareyasının əsgər yataqxanasına daxil olarkən yataqxananın çirkli olduğunu görüb təmizik işlərinin aparılmasını həmin vaxt yataqxanada olan batareyanın 2-ci minaatan taqımının 2-ci minaatan heyətinin baş tuşlayıcısı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər zərərçəkmiş şəxs2 tapşırmış, bir qədər sonra əsgər zərərçəkmiş şəxs2 gördüyü təmizlik işlərinə baxarkən onun yataqxanada gördüyü təmizlik işlərini bəyənmədiyini bəhanə edib əvvəlcə onun ünvanına nalyiq ifadələr işlədib söymüş, daha sonra isə sol ayağı ilə onun sağ bud nahiyəsinə bir təpik zərbəsi vurmaqla təkrarən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin may ayının sonlarında saat 14:00 radələrində həmin batareyanın əsgər yataqxanasına daxil olmuş, bu zaman batareyanın gün növbətçisi xidmətini təşkil edən N nömrəli hərbi hissənin 4-cü taborunun 82 mm-lik minaatan batareyasının atəş dəstək qrupunun baş kəşfiyyatçısı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər zərərçəkmiş şəxs3 ona asta səslə “Farağat” komandası verməsini bəhanə edib əsəbləşərək sağ əli ilə onun baş nahiyəsinə bir şillə zərbəsi vurmaqla təkrarən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Eləcə də, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin iyun ayının ortalarında gecə saat 02:3N radələrində hərbi hissənin 4-cü taborunun 82 mm-lik minaatan batareyasının əsgər yataqxanasına daxil olarkən həmin vaxt batareyanın gün növbətçisi xidmətini təşkil edən batareyanın atəş dəstək qrupunun kəşfiyyatçısı əsgər zərərçəkmiş şəxs1 “batareya növbətçisi çıxışa” komandası verməli olduğu halda “Farağat” komandası verdiyi üçün əsəbləşmiş və onun səhv “komanda” verdiyini bəhanə edib sağ əli ilə onun başının sol gicgah nahiyəsinə bir şillə zərbəsi vurmaqla təkrarən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs bu hərəkəti ilə CM-nin 329.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protesti verərək Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməklə, CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində qeyd etmişdir ki, məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisə doğurmur. Lakin aşağıda şərh edilənlərə görə məhkəmənin həmin hökmü dəyişdirilməlidir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq cəza təyini zamanı Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bununla da, ona şərti cəza təyin olunmasının səbəblərini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət etdiyindən cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunmasının xüsusi əhəmiyyətliliyi vurğulanmışdır. (CM-nin 59 və 60-ci maddələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli qərarı) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarına əsasən cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyala keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, işlirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-nin 329-cu maddəsinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, vəzifəli şəxsin rəğbət göstərməli və qayğılarına qalmalı olduğu halda tabelikdə olanlara qarşı zorakılıq hərəkətləri etməsi müvafiq strukturun (bizim halda Silahlı Qüvvələrinin) ümumi işinə xələl gətirir, onun ictimaiyyət arasında nüfuzunu azaldır, dövlət hakimiyyətinə inamı sarsıdır. Məhkəmə isə bu hallara diqqət yetirməmişdir. Məhkəmə hökmdə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, Rəfail Hacıyev, zərərçəkmiş şəxs1 və Məhəmməd Adıgözəlovun təqsirləndirilən şəxsə qarşı şikayətlərinin olmamasını qeyd etməsi ilə bağlı göstərilməlidir ki, adı çəkilən zərərçəkmiş şəxslər məhkəmə baxışı zamanı baş vermiş hadisələri tam şəkildə bildirməklə Təqsirləndirilən şəxs onlardan üzr istəmədiyini, sonuncunun yaxın qohumlarının üzrxahlıq etdiklərinə görə şikayətçi olmadıqlarını bildirmişlər. Həmçinin istintaq və məhkəmə prosesi boyu Təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırmaq məqsədilə əməllərini etiraf etməməklə, həmin zərərçəkmiş şəxslərin onun barəsində yalan danışdıqlarını qeyd edərək üzr istəməmiş, peşmançılıq hissi çəkməmiş, yalnız sonuncu məhkəmə baxışı zamanı əməllərinin sübuta yetirildiyini və real olaraq ciddi cəzalandırıla biləcəyini dərk etdiyindən törətdiyi əməlləri etiraf etməklə guya peşman olmasını bildirmişdir. Təqsirləndirilən şəxsin bu cür davranışı onun öz mənafeyini ictimai mənafedən üstün tutması, şəxsiyyətinin ictimai təhlükəliliyinin azalmaması kimi qəbul edilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasına gəldikdə isə vurğulanır ki, bu fakt qanunvericiliyə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal hesab edilir. Lakin, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi ona CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsas hesab edilə biməz. Çünki, bu məntiqlə yanaşdıqda belə qənaətə gəlmək olar ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmadığı hallarda ona ağır cəza təyin olunması dolayısı ilə qisas, əvəz çıxmaq anlamına gəlir və ya əksinə, əgər barışıq əldə olunmuşdursa, təqsirləndirilən şəxs barəsində cəzanın sosial ədalətin bərpasına xidmət edən məqsədi nəzərə alınmadan cəza tətbiq edilməlidir. O da nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi halı əhəmiyyətdə normal davranışın təzahürü olduğundan, bu hal cinayətin və şəxsin ictimai təhlükəliliyini azaltmır. Həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etmiş bütün təqsirləndirilən şəxslərə həmin əsasa görə CM-in 70-ci maddəsinin tətbiqi həmin normanın müstəsna əhəmiyyətinin itirilməsinə səbəb ola bilər. Bundan başqa, cinayət əməllərini səmimi etiraf etmə dedikdə, cinayət törətmiş şəxsin öz əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk etməsi, əməlindən səmimi şəkildə peşman olması, bunu cəzadan yaxa qurtarmaq məqsədi ilə deyil, səmimi niyyətlə etməsi başa düşülməlidir. Yalnız bu halda təqsirkarın islah olunmağa başlamasından söhbət gedə bilər. Belə hərəkətlər islah olunmanın başlanğıc nöqtəsi kimi çıxış edir və həm təqsirkarın islah olunmasını stimullaşdırır, həm də cəzanın məqsədlərini təmin edir. Məhkəmənin Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini CM-nin 70-ci maddəsinin tətbiqinin əsası kimi göstərməsinə dair qeyd edilməlidir ki, CM-nin 72-ci maddəsinə əsasən, səmimi peşmançılıq yalnız böyük ictimai təhlükə törətməyən cinayət törədən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması formasında təzahür edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini qeyd etsə də, heç bir epizod üzrə könüllü gəlib təqsirini boynuna almamış və cinayətin üstünün açılmasına fəal kömək etməmiş, əksinə törətdiyi əməllər kifayət qədər mötəbər dəlillərlə sübuta yetirildiyi halda, istintaq və məhkəmə prosesi boyu əməllərini etiraf etməmişdir. Bundan başqa, məhkəmə hökmdə göstərmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı CM-nin 329.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək hər hansı bir cinayət əməli törətmədiyini göstərmiş və ## #### 2026-cı il tarixdə keçirilən sonuncu məhkəmə baxışı iclasında ittiham aktında göstərilən bütün epizodlar üzrə özünü tam təqsirli bilərək qeyd olunan halların doğruluğunu təsdiq elmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs son məhkəmə iclasınadək törətdiyi cinayət əməllərini etiraf etməmiş, özünü təqsirli bilməmiş və bununla da, reallıqda peşmançılıq hissini keçirməyərək, əməllərinin sübut olunduğunu görüb CM-nin 329.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilə biləcəyindən və real olaraq həmin cəzanı çəkməsindən yaxa qurtarmaq məqsədi ilə törətdiyi cinayət əməllərini etiraf etməyə məcbur olmuşdur. Bu ondan xəbər verir ki, Təqsirləndirilən şəxs islah yolunda olmayaraq, barəsində yüngül cəza növünün təyin olunması üçün törətdiyi cinayətləri etiraf etmişdir. Təqsirləndirilən şəxs cəzadan yayınmaq istəməsi onun ictimai təhlükəli şəxs olduğunu göstərir. Lakin bunlara baxmayaraq, məhkəmənin Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədi ilə əməlini etiraf etməsini səmimi peşmançılıq hissi kimi qəbul etməsi böyük təssüf hissi doğurmaqla işin hallarına obyektiv yanaşılmadığını göstərir. Həmçinin məhkəmə tərəfindən tabeliyində olan şəxslərə qarşı zor tətbiq edən şəxslərin cəzadan kənarda qalması bu kateqoriyadan olan cinayətlərin qarşısının alınmasında profilaktik rol oynamaq əvəzinə, əksinə cəzasızlıq mühiti yaratmaqla yeni cinayətlərin törədilməsinə rəvac verə bilər. Çünki hər bir hökm özü-özlüyündə tərbiyəvi xarakterli hüquqi aktdır və hərbi hissələrdə öyrənilir, şəxsi heyət məlumatlandırılır. Təqsirləndirilən şəxs barəsində çıxarılmış bu hökmün hərbi hissədə hansı effekt verəcəyini proqnozlaşdırmaq Gəncə Hərbi Məhkəməsində işə baxan hakim üçün elə də çətin olmamalı idi. Bundan əlavə, yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hazırdada ictimai təhlükəli şəxs olmaqla, məhkəmə sonuncunun şəxsiyyətini düzgün nəzərə almayaraq, onun müharibə veteranı statusuna malik olmasını, xidmət yeri üzrə müsbət xarakterizə olunması və artıq islah olunduğu qənaətinə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, N. Həsənli əvvəllər Şəki Apellyasiya Məhkəməsinin ## ### 2022-ci il tarixli hökmünə əsasən CM-nin 311.3.2. 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 62.2 və 66.3-cü maddələrinə əsasən aylıq pul təminatından dövlət nəfinə 20 faiz məbləğdə pul tutulmaqla 2 il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlləri onun tərəfindən törədilmiş ilk hadisə deyil və o, N nömrəli hərbi hissədə xidmətdə olarkən əvvəllər də tabeliyində olan şəxslərə qarşı zorakılıq etmiş və daha sonra xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilməsinə baxmayaraq orada da tabeliyində olan şəxslərə qarşı zorakı hərəkətlərə yol verməyə davam etmişdir. Təqsirləndirilən şəxs əvvəl məhkum olunarkən müharibədə iştirak etməsi nəzərə alınaraq ona azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza hesab edilən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi onda məsuliyyətə cəlb olunmama kimi sindromun yaranmasına əsas vermiş, çünki məhkum olunmasına baxmayaraq, bundan nəticə çaxarmayıb eyni xarakterli cinayət törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunsa da, sonradan eyni xarakterli cinayət törətməsi onun islah olunmadığı, eyni xarakterli əməllərə görə yüngül cəza verilməsi kimi humanist yanaşmadan nəticə çıxarmadığını və ictimai təhlükəli şəxs olduğunu göstərir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəliliyinə qiymət verərkən, hazırda ittiham olunduğu iş üzrə törətdiyi cinayətlərin sayını və dörd zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməsinin xırda səbəblərdən baş verdiyini də nəzərdən qaçırmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Vətən müharibəsindən sonra baş vermişdir. Hesab edir ki, törədilmiş hadisə döyüş əməliyyatından sonra baş verməklə təqsirləndirilən şəxsin fərdi həyatı ilə bağlı olmamış və cinayət törətmiş şəxsin təhlükəliliyinin aradan qalxmasına heç bir təsir göstərməmişdir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hərbi qulluqçu kimi üzərinə düşən xidməti vəzifəsini icra etmiş, eləcə də məhz bu ölkənin vətəndaşı kimi Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin “Vətəni müdafiə hər bir vətəndaşın borcudur” müddəasının tələblərinə əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə iştirak etməklə öz vətəndaşlıq və bilavasitə xidməti vəzifəsini yerinə yetirmişdir. Qeyd olunmalıdır ki, hər bir Azərbaycan vətəndaşının ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bilavasitə iştirak etməsi təqdirə layiq bir haldır. Lakin, onun döyüşlərdə iştirak etməsi cinayət törətməsinə əsas verməməli və məhkəmə heç də bu xüsusata istinad etməklə qanunsuz və əsassız qərarların qəbul edilməsinə rəvac verməməlidir. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs müharibədə iştirak etməsi əvvəllər törətdiyi cinayətə görə cəza təyin edilərkən Şəki Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmışdır. Məhkəmənin Təqsirləndirilən şəxs cinayətin törədilməsindən sonra keçən bir ildən artıq müddət ərzində hər hansı bir qanun pozuntusuna yol vermədiyini CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas hesab edilməsinə dair göstərilir ki, şəxsin qanun pozuntusuna yol verməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Şəxsin cinayət törətməsi (ilk dəfə və ya sonrakı dəfələr) onun müsbət ictimai xarakterizəsi üçün əsas ola bilməz. Bu səbəbdən də, Təqsirləndirilən şəxs törətdiyi cinayətdən sonra qanun pozuntusuna yol verməməsi barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas ola bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmasına gəldikdə isə vurğulamaq lazımdır ki, həmin hal da qeyri-adi hal kimi deyil, onun cəmiyyətdə, eləcə də xidmət yerində normal davranışı kimi qəbul edildiyindən, bundan əlavə, hərbi qulluqçunun nümunəvi xidmət etməsi Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinə əsasən hüququ deyil, vəzifəsi olduğundan bunun cəzasını yüngülləşdirən hal kimi və barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsas kimi qəbul edilməsi düzgün yanaşma hesab edilməməlidir. O da nəzərə alınmalıdır ki, məhkəmə CM-nin 70-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hallara əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə, həmçinin məhkumun şəxsiyyətinə olan təsirini, bu təsirin kifayət qədər olduğunu əsaslandırmalıdır. Lakin məhkəmə hökmdə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinə görə ona CM-in 70-ci maddəsinin tətbiq edilməsi səbəblərini əsaslandıra bilməməklə, onu demək olar ki, ‘bağışlamışdır”. Belə ki, hökmdə onun cəza çəkmədən islah oluna bilməsini şərtləndirən amillər və ya bunların məcmusu öz əksini tapmamış, sadəcə cəzanı yüngülləşdirən hallar sadalanmaqla kifayətlənilmişdir. Islah olunma, özü-özlüyündə məhkumda qanuna hörmət hissinin yaranması, qanuna, insana, cəmiyyətə, əməyə və birgə yaşayış qaydalarına və ənənələrinə hörmət və ehtiramın formalaşmasıdır. Hazırkı işə baxan məhkəmə isə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə real cəza çəkmədən sadalanan bu hüquqa uyğun davranışı sərgiləyə biləcəyi ehtimalını hökmdə nəinki əsaslandıra bilməmiş, hətta buna əhəmiyyət belə verməmişdir. Odur ki, Gəncə Hərbi Məhkəməsinin müvafiq hökmü ilə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində real cəza verilməməsi sosial ədalətin bərpasına xələl gətirir və ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 70-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-ləhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Hökmdən isə görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları yalnız qeyd etməklə, həmin halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə məhkumun şəxsiyyətinə təsirini, bu təsirin kifayət qədər olduğunu ümumiyyətlə əsaslandırmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almayıb, barəsində tətbiq edilməli olmayan cinayət qanununun normasını, yəni CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin edilmiş cəzanın şərli olaraq tətbiq edilməsi barədə əsassız qərar çıxarmışdır. Bu da, CPM-nin 399.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq hökmün dəyişdirilməsi üçün əsasdır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü dəyişdirilməli və CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protestinin dəlillərini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, məhkəmə tərəfindən cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, cinayətin törədilmə şəraitinin, cəzanı yüngülləşdirən halların düzgün qiymətləndirilməməsini göstərdi, bu səbəbdən də CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi V.Süleymanov apellyasiya protestinə etiraz etdilər, protestin təmin edilməməsini və Gəncə Hərbi Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə baxışının vaxtı və yeri barədə məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, X1, zərərçəkmiş şəxs3 və X6 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Zərəçəkmiş şəxs zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, digər zərərçəkmiş şəxslər isə məhkəməyə gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin olunmasına dair dövlət ittihamçısının, apellyasiya protestinin təmin olunmamasına dair məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Məhkəmə kollegiyası, apellyasiya protestinin dəlillərində göstərilməsə də CPM-nin 397-ci maddəsinin tələblərindən çıxış etməklə protestin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində də yoxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmişdir. Ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi məhkumun əməlinin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq, həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Məhkumun əməli CM-nin 329.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin məhkum tərəfindən törədilməsi özünün etiraf edici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya protestinin məzmunundan göründüyü kimi, protestin dəlilləri cəzanın şərti hesab edilməsi ilə bağlıdır. Protestdə işin faktiki halları və əməlin tövsifi mübahisə edilmir. Belə ki, apellyasiya protestində Təqsirləndirilən şəxs təyin olunmuş cəzaya CM-nin 70-ci maddəsinin tətbiqi mübahisələndirilmiş, cəzanın şərti hesab edilməsinə dair müddəaların hökmdən xaric edilməsi xahiş edilmişdir. Apellyasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən CM-nin 8.1, 9.2, 41.2, 58, 59 və 61-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları (CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət əməllərini etiraf edib, əməllərindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışıq əldə etməsini və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, xidmət yeri üzrə komandanlıq tərəfindən müsbət xarakterizə olunmasını, müharibə veteranı statusuna malik olmasını, “Qüsursuz xidmətə görə” 3-cü dərəcə medalı, “Hərbi Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcə medalı, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını) və cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında və müşavirə otağında müzakirə edilərək təhlil edilmiş işin hallarını, iş üzrə toplanmış sübutları, məhkumun törətmiş olduğu cinayət əməlinin törədilməsi üsulunu, məhkumun davranışını, məhkumun törətmiş olduğu cinayət əməlinə münasibətini, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməli törətdikdən sonrakı davranışını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilməli və məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir. CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təqsirkarın cəzanı tam çəkmədən islah olunmağa başlaması ilə bağlı olan institutdur. Cinayət Qanunu şərti məhkum etmə yolu ilə məhkumu doğru yol seçməyə istiqamələndirir, onun tərəfindən yeni cinayətlərin qarşısını almağa meylləndirir, eyni zamanda digər məhkumların da islah olunmasını sürətləndirir. Bu da öz növbəsində cəzanın CM-nin 41.2ci madəsində göstərilən məqsədlərinin təmin olunmasına xidmət edir. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsinin mümkün olubolmaması araşdırılarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (CM-nin 7-ci maddəsi), ədalət (CM-nin 8-ci maddəsi), humanizm (CM-nin 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında CM-nin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-nin 59.1-ci maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM-nin 59.2-ci maddəsi). Cəzanı ağırlaşdıran halların dairəsini isə CM-nin 61.1-ci maddəsi müəyyən edir. CM-in 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 61.1.1- 61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Vahid məhkəmə təcrübəsinin formalaşmasına yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkəmələr Azərbaycan Respublikası CM-nin 59cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırmalıdırlar (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № *, § 4, ## #### 2003-cü il). Məhkəmə kollegiyası hesab edir ki, hökmdə qeyd olunan cəzanı yüngülləşdirən halların mövcudluğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət işində olan və məhkəmələrdə tam, hərtərəfli və obyektiv yoxlanılaraq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilərək tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilməli olduğunu təsbit edən CPMnin 139.0.5-ci maddəsinin də tələbi pozulmamışdır. Ona görə də məhkəmə kollegiyası hökmdə göstərilən təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşmançılıq çəkməsinin, hərbi hissə komandanlığı tərəfindən müsbət xasiyyələndirilməsinin və eləcə də digər halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olmadığına dair protestin dəlilləri ilə razılaşmır və bu dəlilləri əsassız hesab edir. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş cəzanı yüngülləşdirən halları cəzanın şərti tətbiq edilməsi üçün kifayət olmadığı qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd edir. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Təsvir edilən normaların mənasına görə, təqsirləndirilən şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-nin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Plenum həmin Qərarında həmçinin qeyd etmişdir ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayət Qanununun sadalanan normalarının təhlilindən də görünür ki, cinayət törətmiş şəxs əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk edirsə, əməlindən səmimi şəkildə peşman olursa, bunu cəzadan yaxa qurtarmaq məqsədilə deyil, səmimi niyyətlə edirsə, habelə törətdiyi cinayətin zərərli nəticələrini tez bir zamanda aradan qaldırmağa yönələn davranış nümayiş etdirirsə və sadalanan müsbət davranışı ilə özünün formalaşmış mənfi obrazını cəmiyyətin yaddaşından silmək istəyirsə, bu halda təqsirkarın islah olunmağa başlamasından söhbət gedə bilər. Belə hərəkətlər islah olunmanın başlanığıc nöqtəsi kimi çıxış edir və həm təqsirkarın tam islah olunmasını stimullaşdırır, həm də cəzanın məqsədlərini təmin edir. Belə vəziyyətdə cəzanın məqsədlərinə daha tez nail olunmağa başlandığı üçün cəzanın real olaraq çəkilməsinə zərurət aradan qalxır. Belə hallarda cəzanın real olaraq çəkilməsinə lüzum qalmır. Işin hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan “Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi” cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 82 mm lik minaatan batareyasının komandiri vəzifəsində, R hərbi rütbəsində xidmətdə olarkən ## ###### 2024-cü il tarixdə saat 01:00 radələrində Kəlbəcər rayonunun Yellicə kəndində yerləşən şərti adı “K-27Ç” adlanan döyüş mövqeyinə “basqın” komandası vermiş, həmin vaxt batareyanın 1-ci minaatan taqımının 1-ci minaatanın heyət nəfəri vəzifəsində xidmət edən əsgər X5 başqa bütün digər hərbi qulluqçular komandanı icra edərək əsgər yataqxanasından çölə çıxmışlar. Bu vaxt əsgər Məhəmməd Adıgözəlov çölə çıxmadığından özü əsgər yataqxanasına daxil olmuş, lakin onun hazır olmadığını görüb “basqın” komandasını ləng icra etdiyi üçün əsəbləşərək əvvəlcə ona məxsus dəbilqə ilə baş nahiyəsinə bir zərbə vurmuş, ardınca isə onun kitelinin yaxa nahiyəsindən tutub onu divara vurmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin may ayının əvvəllərində axşam saat 17:30 radələrində Kəlbəcər rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissənin 4-cü taborunun 82mm-lik minaatan batareyasının əsgər yataqxanasına daxil olarkən yataqxananın çirkli olduğunu görüb təmizik işlərinin aparılmasını həmin vaxt yataqxanada olan batareyanın 2-ci minaatan taqımının 2-ci minaatan heyətinin baş tuşlayıcısı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər zərərçəkmiş şəxs2 tapşırmış, bir qədər sonra əsgər zərərçəkmiş şəxs2 gördüyü təmizlik işlərinə baxarkən onun yataqxanada gördüyü təmizlik işlərini bəyənmədiyini bəhanə edib əvvəlcə onun ünvanına nalyiq ifadələr işlədib söymüş, daha sonra isə sol ayağı ilə onun sağ bud nahiyəsinə bir təpik zərbəsi vurmaqla təkrarən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin may ayının sonlarında saat 14:00 radələrində həmin batareyanın əsgər yataqxanasına daxil olmuş, bu zaman batareyanın gün növbətçisi xidmətini təşkil edən N nömrəli hərbi hissənin 4-cü taborunun 82 mm-lik minaatan batareyasının atəş dəstək qrupunun baş kəşfiyyatçısı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər zərərçəkmiş şəxs3 ona asta səslə “Farağat” komandası verməsini bəhanə edib əsəbləşərək sağ əli ilə onun baş nahiyəsinə bir şillə zərbəsi vurmaqla təkrarən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Eləcə də, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin iyun ayının ortalarında gecə saat 02:3N radələrində hərbi hissənin 4-cü taborunun 82 mm-lik minaatan batareyasının əsgər yataqxanasına daxil olarkən həmin vaxt batareyanın gün növbətçisi xidmətini təşkil edən batareyanın atəş dəstək qrupunun kəşfiyyatçısı əsgər zərərçəkmiş şəxs1 “batareya növbətçisi çıxışa” komandası verməli olduğu halda “Farağat” komandası verdiyi üçün əsəbləşmiş və onun səhv “komanda” verdiyini bəhanə edib sağ əli ilə onun başının sol gicgah nahiyəsinə bir şillə zərbəsi vurmaqla təkrarən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 329.2.1-ci maddəsində nəzərdə tutulan əməl hərbi cinayət olmaqla, bu cinayətin ictimai təhlükəlilıyi ilk növbədə cinayətin obyekti ilə bağlıdır. Törədilmiş cinayətin obyekti Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi mükəlləfiyyəti təmin edən ictimai münasibətlərdir, başqa sözlə desək hərbi xidmət keçmə qaydalarıdır. Hərbi xidmətdə olan hərbi qulluqçu hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi, döyüş hazırlığının təmin edilməsi üçün daim hərbi hissənin (komandirin) sərəncamında olmalıdır. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən, komandir tabeliyində olanların harada olduqlarını və nə etdiklərini həmişə bilməlidir. Cinayətin ictimai təhlükəliliyi komandirin (rəisin) tabeliyindəki hərbi qulluqçunu lazım olan vaxtda tapmasına, müəyyən tapşırıqlar verməsinə zərurət yarandıqda, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş, yaxud da xidmət yerinə vaxtında qayıtmamış bu hərbi qullquçunun bu işə əngəl törətməsində, bununla da rəislə tabelikdəki hərbi qulluqçu arasında əlaqənin itməsində, hərbi xidmət qaydalarının pozulmasında ifadə olunur. Son nəticədə bu şəxsi heyət arasında hətbi intizamın zəfləməsinə, qarşıya qoyulmuş vəzifələr yerinə yetirilməyəcək dərəcədə hərbi hissənin döyüş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, Silahlı Qüvvələrin hərbi hissələrinin döyüş hazırlığının, şəxsi heyət arasında hərbi intizamın təmin edilməsi CM-nin 329.2.1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxslərin bu əməllərə görə təqsirli bilindikləri halda sərt cəzalandırılmasını zəruri edir. Lakin hazırki işə baxan məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı şərti hesab edərkən işin hallarını, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmə tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 8, 58.3, 70-ci maddələrində göstərilən, cəzanın müəyyən edilməsinə və şərti məhkum etmənin tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, bununla da Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs eyni xarakterli cinayət əməlini törətdiyinə (tabeliyində olan şəxslərə zorakılıq etməsinə) görə əvəllər də CM-nin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, lakin o, bundan heç bir nəticə çıxarmayaraq öz cinayət əməlini davam etdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin ## ### 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 62.2 və 66.3-cü maddələrinə əsasən aylıq pul təminatından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş və hazırki iş üzrə təqsirləndirildiyi cinayət əməllərindən birini həmin cəzanı çəkdiyi, digər üç əməli isə məhkumluğunun ödənilmədiyi müddətdə törətmişdir. Göründüyü kimi məhkum əvvəllər də eyni növ qəsdən az ağır cinayət törətməyə görə məhkum olunmuş, onun “Vətən müharibəsi” iştirakçısı olması və digər cəzanı yüngülləşdirən hallar nəzərə alınaraq CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzalardan daha yüngül cəza təyin edilərək ona güzəşt edilmiş, lakin həmin cəzasını çəkdiyi və məhkumluğunun ödənilmədiyi dövrdə yenidən eyni cinayət əməli törətmişdir. Düzdür, onun əməlində cinayətlərin residivi yaranmasa da, qeyd edilən hal məhkumun şəxsiyyətini və ictimai təhlükəliliyini xarakterizə etməklə yanaşı cinayət törədərək əvvəllər məhkum olunmasına baxmayaraq öz əməllərindən nəticə çıxarmadığını, ona təyin edilmiş cəzanın islah təsirinin yetərli olması üçün kifayət etmədiyini göstərir. Qeyd edilənlər həm də onun çətin islah oluna bilən şəxs olduğuna, islah yolunda olmadığına dəlalət edir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən halları, xüsusən də onun törətmiş olduğu cinayət əməlinə münasibətini, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməli törətdikdən sonrakı davranışını kifayət qədər nəzərə almadan əsassız olaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib, ona yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Məhkumun apellyasiya icraatı zamanı davranışı da bu qənaətə gəlməyə əsas verir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış işin yuxarıda qeyd edilən halları (o cümlədən cəzanı yüngülləşdirən hallar) məhkum Təqsirləndirilən şəxs islah olunan olmaqla CM-nin 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir və məhkum ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yalnız təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi yolu ilə məhkumun islah olunmasına nail olmaq mümkündür. Məhkumun şəxsiyyəti, davranışı, işin halları, məhkəmə kollegiyasına bu nəticəyə gəlməyə əsas verir. CPM-nin 399.1, 391.4 və 399.1.5-ci maddələrinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının, məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, hökmdən CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni ##.##.2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm və qərar icraya yönəldilənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 397, 398, 399, 404, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası icraya yönəldilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni ##.##.2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm və qərar icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökm qalan hissədə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Gəncə şəhər Baş Polis Idarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Istintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-7)-24/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-24/2026
27.07.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver