Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-25/2026 07.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X9 iştirakları ilə MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli (sədrlik edən hakim X3, X14 (məruzəçi hakim) və X4) hökmü ilə ## #### 1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, R, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, həmin Məcəllənin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti müəyyən edilməklə ona təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarət xidmət müddətində hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunduqda isə, yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, üzərinə xidmət müddətində yuxarı komandanlıq tərəfindən verilən əmr və tapşırıqları vaxtında və dürüst yerinə yetirmək, ordu sıralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, hər iki halda öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsinin qoyulması, ona təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. ## #### 1993-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, R, Gədəbəy rayonunun Novosaratovka kəndində qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 341.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, həmin Məcəllənin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti müəyyən edilməklə ona təyin olunmuş 7 il müddətə azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarət xidmət müddətində hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunduqda isə, yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, onun üzərinə xidmət müddətində yuxarı komandanlıq tərəfindən verilən əmr və tapşırıqları vaxtında və dürüst yerinə yetirmək, ordu sıralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, hər iki halda öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsinin qoyulması, ona təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. IŞIN HALLARI: təqsirləndirilən şəxs2 rəis kimi öz xidməti borcuna laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi döyüş şəraitində fiziki şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, o cümlədən ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxs2 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində V vəzifəsində, R hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən ## #### 2025-ci il tarixdə saat 10 radələrində istifadə etdiyi smartfon tipli mobil telefonun «whatsapp» proqramına daxil olan zaman taborun V vəzifəsini müvəqqəti icra edən, R təqsirləndirilən şəxs1 mobil telefonuna “whatsapp” proqramı vasitəsilə səs yazısı göndərdiyini görüb dinlədikdə sonuncunun bölüyün 1-ci taqımının 1-ci manqasının xidmət apardığı, düşmənlə üzbəüz olan dağlıq ərazidə dəniz səviyyəsindən 3011 metr yüksəklikdə döyüş şəraitində yerləşən, şərti olaraq “G-34” adlandırılan döyüş mövqeyindən təxliyə üçün icazə istədiyini bilmiş və həmin vaxt havanın küləkli olmasını əsas gətirməklə hərəkətin (təxliyənin) mümkünsüzlüyünə dair tapşırıq versə də, R təqsirləndirilən şəxs1 onun tapşırığına məhəl qoymayaraq “G-34” mövqeyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R şahid7 hava şəraitinin vəziyyətini, xüsusilə küləyin olub-olmamasını müəyyən etmək üçün postun ərazisində videoçəkiliş aparmaqla göndərməsi barədə göstəriş vermişdir. Təxminən bir neçə dəqiqə sonra R təqsirləndirilən şəxs1 R şahid7 mobil telefonuna göndərdiyi, “G-34” postunun ərazisində hava şəraitini təsvir edən videoçəkilişə baxdıqdan sonra həmin videoçəkilişi V, R təqsirləndirilən şəxs2 mobil telefonuna göndərmiş və bununla kifayətlənməyərək təkidlə təxliyənin həyata keçirilməsi ilə bağlı mobil telefonuna çoxsaylı mesajlar ünvanlamış və zənglər etmişdir. R təqsirləndirilən şəxs2 həmin videogörüntüyə baxıb havanın küləkli olmadığını yəqin edərək saat 11:18-də «whatsapp» proqramı vasitəsilə zəng vuraraq R təqsirləndirilən şəxs1 hansı səbəblərdən təxliyəni həyata keçirmək istədiyini soruşduqda sonuncu məzuniyyətdən qayıtmış əsgər Vahid Məmmədzadənin “G-34” postuna qaldırılması, uzun müddət öncə gücləndirmə məqsədilə həmin posta göndərilmiş əsgərlər Rüstəm Həmidov və Əli Imanovun bölüyün dayaq məntəqəsinə düşmələri və posta təmizlik ləvazimatlarının aparılması məqsədilə təxliyə istədiyini desə də postun şəxsi heyəti tərəfindən “Novruz Bayramı” ilə bağlı alınmış ərzaq məhsullarının qaldırılması barədə heç nə bildirməmişdir. Telefon danışığı zamanı R təqsirləndirilən şəxs2 R təqsirləndirilən şəxs1 təxliyə edə bilib-bilməyəcəyini soruşduqda, sonuncu təxliyə zamanı heç bir problemin olmayacağını bildirdiyindən hər hansı problemin yaranmayacağını güman edib R təqsirləndirilən şəxs1 təxliyəni həyata keçirməsinə icazə verməklə N nömrəli hərbi hissə komandirinin ## ###### 2025-ci il tarixli *** nömrəli telefonoqramında “havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar olaraq şəxsi heyətin və bütün növ avtomobil texnikasının hərəkəti və yaxud yerdəyişməsi 2-ci komandayadək qadağan olunsun” kimi tələbini, eləcə də hərbi hissə komandirinin ## ####### 2024-cü il tarixli **** nömrəli əmrinin 1.5-ci bəndinin “günün qaranlıq vaxtı, çovğun və sərt iqlim şəraitində bütün hərəkətlər dayandırılsın”, 1.6-cı bəndinin “postlara hər hansı bir məqsədlə hərəkət etmək zərurəti olduqda qrupun sayı, başçısı, hərəkətə başlama və gəlib çatma vaxtı V tərəfindən təyin edilsin və qrup mütləq radiostansiya, kəndir və digər zəruri təxliyə vasitələri ilə təmin olunsun, qrupun başçısı zabit, R və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulardan təyin edilsin”, 1.8-cı bəndinin “bütün şəxsi heyət şaxtalı, qarlı, küləkli, çovğunlu və dumanlı havalarda təlimatlandırılsın, ön mövqelərdə hərəkət məhdudlaşdırılsın, bütün hərəkətləri tabor komandirləri şəxsən nəzarətə götürsünlər”, 2-ci bəndinin “Tabor komandirləri şəxsi heyətin döyüş mövqelərindən təxliyə edilməsi üçün növbətçi həkim, növbətçi maşın, növbətçi maşının sürücüsü və maşın başçısı təyin edilsin, hər hansı baş vermiş hadisə zamanı təxliyəni yerinə yetirməyə hazır olsunlar” və həmin əmrin 2.1-ci bəndində “hər hansı bir səbəbdən təxliyə zərurəti yarandıqda ilk növbədə təxliyənin səbəbi, tərkibi və vaxtı haqqında V tərəfindən hərbi hissə komandirinə, tabor növbətçisi tərəfindən isə növbə rəisinə məlumat verilsin” kimi tələblərini pozaraq təxliyə barədə hərbi hissə komandanlığına məlumat verməmiş, eyni zamanda R təqsirləndirilən şəxs1 təxliyə qrupunun təşkil edilməsi və qrup başçısının müəyyən edilərək zəruri vasitələrlə təmin edilməsi barədə göstəriş verməli olduğu halda bunu etməmişdir. R təqsirləndirilən şəxs2 icazə verməsindən sonra “G-34” postunda xidmət edən əsgərlər X1, X5, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, şahid4, şahid5, şahid6, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs5 və zərərçəkmiş şəxs1, yəni ümumilikdə 10 nəfər əsgər təxliyənin icrası üçün başçı təyin edilmədən və zəruri vasitələrlə təchiz olunmadan həmin gün, yəni ## #### 2025-ci il tarixdə saat 12 radələrində döyüş mövqeyindən çıxıb taborun minaatan batareyasına doğru hərəkət etməyə başladıqdan təxminən 30-35 dəqiqə sonra “4-cü pereval” adlanan ərazidə anidən böyük qar kütləsinin hərəkəti nəticəsində qar uçqununa məruz qalmış, nəticədə uzun müddət, yəni ## #### 2025-ci il tarixədək qar uçqununun altında qaldıqları üçün əsgər X1 “aşağı hərarətin orqanizmə ümumi təsiri, sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrılmış yarası”, əsgər X5 isə “aşağı hərarətin orqanizmə ümumi təsiri, sağ körpücük sümüyünün və sağ kürək sümüyünün çiyin çıxıntısının çoxqəlpəli açıq sınıqları ilə müşayiət olunan boyunun ön-sağ yarasının açıq yarası, IV və V boyun fəqərəsi qövslərinin, üz skeleti sümüklərinin yerdəyişən qapalı sınıqları, alt və üst çənə dişlərinin travmatik qopması və sınıqları, üst və alt dodağın selikli qişasının, çənə nahiyəsinin əzilmiş-cırılmış yaraları” ilə müşayiət olunan bədən xəsarətləri alaraq hadisə yerində ölmüş, həmçinin dərhal qar uçqununun altından çıxarılsalar da əsgər zərərçəkmiş şəxs5 sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aid “sol ağciyərin aşağı payının kontuziyası, distraksiyon (dartılma) onurğa travması, 2-ci bel fəqərə cisminin sol köndələn və yan çıxıntının sınıqları, sağ içəri topuğun yerdəyişməyən xətti sınığı və bədənin müxtəlif nahiyələrinin çoxsaylı sıyrılmış yaraları”, əsgər zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid “hər iki əlin birinci dərəcəli donvurması, hər iki əlin və mil-bilək nahiyəsinin arxa səthlərinin sıyrılmış yaraları və yumşaq toxumaların əzilməsi”, əsgər zərərçəkmiş şəxs3 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid “hər iki əlin və əl biləyinin arxa səthinin 2 % ikinci dərəcəli donma yarası, qarının sağ yan səthinin sıyrılmış yaraları”, əsgər zərərçəkmiş şəxs2 sağlamlığın pozulmasına səbəb olmayan “sağ əlin arxa səthinin sıyrılmış yarası, sağ budun yuxarı 1/3-nin arxa səthinin qançırı”, əsgər zərərçəkmiş şəxs1 Elmar oğlu isə sağlamlığın pozulmasına səbəb olmayan “sağ mil bilək nahiyəsinin arxa səthinin sıyrılmış yarası” xəsarətlərini almış, bununla da R təqsirləndirilən şəxs2 rəis kimi öz xidməti borcuna laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi döyüş şəraitində fiziki şəxslərin qanuni mənafelərinə mühüm zərər vurmuş, o cümlədən ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə döyüş şəraitində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki şəxslərin qanuni mənafelərinə mühüm zərər vurmuş, o cümlədən ağır nəticəyə səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində V vəzifəsində, R hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən yuxarı komandanlığın göstərişinə əsasən V vəzifəsini icra etdiyi üçün ## #### 2025-ci il tarixdə bölüyün 1-ci taqımının 1-ci manqasının xidmət apardığı düşmənlə üzbəüz olan dağlıq ərazidə dəniz səviyyəsindən 3011 metr yüksəklikdə döyüş şəraitində yerləşən, şərti olaraq “G-34” adlandırılan döyüş mövqeyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R şahid7 mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq “Novruz Bayramı” ilə əlaqədar şəxsi heyətlə birlikdə öz aralarında pul yığaraq aldıqları və növbəti gün tanışı olan taksi sürücüsü tərəfindən taborun minaatan batareyasına gətiriləcək ərzaq məhsullarının götürülməsi üçün təxliyəyə, yəni posta olan əsgərlərin minaatan batareyasına gedərək həmin ərzaq məhsullarını götürmələrinə icazə verməsi üçün Vnə müraciət etməsini istəmiş və həmin vaxt o, ayrılmış təmizlik ləvazimatlarının, eyni zamanda məzuniyyətdən qayıtmış əsgər Vahid Məmmədzadənin “G-34” postuna qaldırılmalı, həmçinin uzun müddət öncə gücləndirmə məqsədilə həmin posta göndərilmiş əsgərlər Rüstəm Həmidov və Əli Imanovun bölüyün dayaq məntəqəsinə düşməli olduqlarını da, deyərək bununla bağlı Vnə müraciət edəcəyini bildirmişdir. Növbəti gün, yəni ## #### 2025-ci il tarixdə saat 05:43-də o, istifadəsində olan mobil telefonunun «whatsapp» proqramı vasitəsilə V, R təqsirləndirilən şəxs2 mobil telefonuna “G-34” postunda təxliyənin həyata keçirilməsinə icazə verməsi üçün səs yazısı göndərsə də həmin səs yazısını dinləmədiyini görüb bununla bağlı taborun qərargah rəisi, R Amil Savadova müraciət etmiş, lakin sonuncu hava şəraitinin küləkli olması səbəbindən icazə verə bilməyəcəyini, Vnə müraciət etməsini bildirmişdir. Həmin gün saat 10 radələrində V, R təqsirləndirilən şəxs2 səs yazısına qulaq asıb, havanın küləkli olmasını əsas gətirməklə təxliyənin mümkünsüzlüyünə dair cavab versə də, o, tabor komandir tərəfindən tələb edilməməsinə baxmayaraq R şahid7 hava şəraitinin vəziyyətini, xüsusilə küləyin olub-olmamasını müəyyən etmək üçün postun ərazisində videoçəkiliş aparması barədə göstəriş vermiş və bir neçə dəqiqə sonra R şahid7 çəkdiyi videogörüntünü R təqsirləndirilən şəxs2 mobil telefonuna göndərməklə yanaşı, təxliyənin həyata keçirilməsi üçün sonuncunun mobil telefonuna çoxsaylı mesajlar göndərmiş, həmçinin zənglər etmişdir. R təqsirləndirilən şəxs2 həmin gün saat 11:18-də mobil telefonu vasitəsilə zəng edərək hansı səbəbdən təxliyənin həyata keçirilməsini istədiyini soruşduqda o, məzuniyyətdən qayıtmış əsgər Vahid Məmmədzadənin posta qaldırılması, uzun müddət öncə gücləndirmə üçün həmin posta göndərilmiş əsgərlər Rüstəm Həmidov və Əli Imanovun bölüyün dayaq məntəqəsinə düşürülmələri və həmin post üçün nəzərdə tutulmuş təmizlik ləvazimatlarının aparılması üçün icazə istədiyini bildirsə də şəxsi heyətin “Novruz Bayramı” ilə bağlı öz məvacibləri hesabına aldıqları ərzaq məhsullarının aparılması barədə heç nə deməmişdir. Həmin vaxt R təqsirləndirilən şəxs2 ondan təxliyə edə bilib- bilməyəcəyini soruşduqda o, təxliyə zamanı heç bir problemin olmayacağını bildirmiş və R təqsirləndirilən şəxs2 təxliyəni həyata keçirməsinə icazə versə də təxliyənin hansı formada olması barədə heç nə deməmişdir. Bundan sonra R təqsirləndirilən şəxs1 R şahid7 zəng edərək təxliyənin icra olunmasını bildirsə də, N nömrəli hərbi hissə komandirinin ## ####### 2024-cü il tarixli **** nömrəli əmrinin 1.3-cü bəndinin “bütün səviyyəli komandir heyəti tərəfindən ehtimal olunan qar uçqunu sahələri müəyyənləşdirilsin” və həmin əmrin 1.6-cı bəndinin “postlara hər hansı bir məqsədlə hərəkət etmək zərurəti olduqda qrupun sayı, başçısı, hərəkətə başlama və gəlib çatma vaxtı V tərəfindən təyin edilsin və qrup mütləq radiostansiya, kəndir və digər zəruri təxliyə vasitələri ilə təmin olunsun, qrupun başçısı zabit, R və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından təyin edilsin” kimi tələblərini pozaraq, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni V kimi yuxarı komandanlıq qarşısında özünü bacarıqlı və xidməti vəzifələrini nümunəvi şəkildə icra edən zabit kimi təqdim edib öz nüfuzunu süni şəkildə qaldırmaq məqsədi ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkət edərək təxliyə qrupunun təşkil edilməsi və qrup başçısının müəyyən edilərək zəruri vasitələrlə təmin edilməsini bildiyi halda, bununla bağlı təşəbbüs göstərməyərək təxliyənin hansı formada həyata keçiriləcəyi ilə əlaqədar R şahid7 hər hansı göstəriş verməmişdir. Bundan sonra “G-34” postunda xidmət edən əsgərlər X1, X5, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, şahid4, şahid5, şahid6, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs5 və zərərçəkmiş şəxs1, yəni ümumilikdə 10 nəfər əsgər təxliyənin icrası üçün başçı təyin edilmədən və zəruri vasitələrlə təchiz olunmadan həmin gün, yəni ## #### 2025-ci il tarixdə saat 12 radələrində döyüş mövqeyindən çıxıb taborun minaatan batareyasına doğru hərəkət etməyə başladıqdan təxminən 30-35 dəqiqə sonra “4-cü pereval” adlanan ərazidə anidən böyük qar kütləsinin hərəkəti nəticəsində qar uçqununa məruz qalmış, nəticədə uzun müddət, yəni ## #### 2025-ci il tarixədək qar uçqununun altında qaldıqları üçün əsgər X1 “aşağı hərarətin orqanizmə ümumi təsiri, sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrılmış yaraları”, əsgər X5 isə “aşağı hərarətin orqanizmə ümumi təsiri, sağ körpücük sümüyünün və sağ kürək sümüyünün çiyin çıxıntısının çoxqəlpəli açıq sınıqları ilə müşayiət olunan boyunun ön-sağ yarasının açıq yarası, IV və V boyun fəqərəsi qövslərinin, üz skeleti sümüklərinin yerdəyişən qapalı sınıqları, alt və üst çənə dişlərinin travmatik qopması və sınıqları, üst və alt dodağın selikli qişasının, çənə nahiyəsinin əzilmiş-cırılmış yaraları” ilə müşayiət olunan bədən xəsarətləri alaraq hadisə yerində ölmüş, həmçinin dərhal qar uçqununun altından çıxarılsalar da əsgər zərərçəkmiş şəxs5 sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aid “sol ağciyərin aşağı payının kontuziyası, distraksiyon (dartılma) onurğa travması, 2-ci bel fəqərə cisminin sol köndələn və yan çıxıntının sınıqları, sağ içəri topuğun yerdəyişməyən xətti sınığı və bədənin müxtəlif nahiyələrinin çoxsaylı sıyrılmış yaraları”, əsgər zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid “hər iki əlin birinci dərəcəli donvurması, hər iki əlin və mil-bilək nahiyəsinin arxa səthlərinin sıyrılmış yaraları və yumşaq toxumaların əzilməsi”, əsgər zərərçəkmiş şəxs3 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid “hər iki əlin və əl biləyinin arxa səthinin 2 % ikinci dərəcəli donma yarası, qarının sağ yan səthinin sıyrılmış yaraları”, əsgər zərərçəkmiş şəxs2 sağlamlığın pozulmasına səbəb olmayan “sağ əlin arxa səthinin sıyrılmış yarası, sağ budun yuxarı 1/3-nin arxa səthinin qançırı”, əsgər zərərçəkmiş şəxs1 Elmar oğlu isə sağlamlığın pozulmasına səbəb olmayan “sağ mil bilək nahiyəsinin arxa səthinin sıyrılmış yarası” xəsarətlərini almış, bununla da R təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə döyüş şəraitində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki şəxslərin qanuni mənafelərinə mühüm zərər vurmuş, o cümlədən ağır nəticəyə səbəb olmuşdur. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini və hökmdən təqsirləndirilən şəxslərə münasibətdə CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi xahiş edilmişdir. Protest onunla əsaslandırılmışdır ki, CM-in 341 və 342-ci maddələrinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, rəis və vəzifəli şəxsin rəğbət göstərməli və qayğılarına qalmalı olduğu halda tabelikdə olanların hüquqlarının və mənafelərinin pozulmasına yönəlmiş hərəkətlər etməsi müvafiq strukturun (bizim halda Silahlı Qüvvələrin) ümümi işinə xələl gətirir, onun ictimaiyyət arasında nüfuzunu azaldır, dövlət hakimiyyətinə inamı sarsıdır. Məhkəmə isə bu hallara diqqət yetirməmişdir. Təqsirin formasına gəldikdə təqsirləndirilən şəxslərdən biri cinayəti qəsdən, digəri isə ehtiyatsızlıqdan törətmiş olsalar belə, burda əsas diqqəti onların rəis və vəzifəli şəxslər kimi tabeliklərində olan şəxslərin həyat və sağlamlıqlarına laqeyd, məsuliyyətsiz və səhlənkar münasibət sərgiləmələrinə yönəltmək vacib və mütləqdir. Cinayətlərin kateqoriyası məsələsinə gəldikdə də, CM-in 341.3-cü maddəsi (beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə) ağır cinayət kimi, 342.2-ci maddəsi isə (üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə) az ağır cinayət kimi təsnifatlandırılmışdır. Əlavə olaraq hər iki maddənin sanksiyasinda digər alternativ cəzalar əks olunmamış, yalnız azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Cinayətin ictimai təhlükəlilik dərəcəsinə dair hallara aid olan vurulmuş zərərin həcmi və baş vermiş nəticənin ağırlığı ilə bağlı isə qeyd etmək istərdim ki, baş vermiş cinayət nəticəsində zərərçəkmiş şəxslərin sayının sanki döyüş itkisi kimi, 7 nəfər təşkil etməsi, onlardan 2 nəfərin ölməsi, digərlərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması xüsusi əhəmiyyət veriləcək haldır. 2 nəfər hərbi qulluqçunun ölümü ilə nəticələnmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinin yüksəkliyi mübahisə doğurmamalıdır. Əlavə olaraq zərərçəkmiş şəxslərdən biri olan zərərçəkmiş şəxs5 baş vermiş hadisə nəticəsində az ağır dərəcəli xəsarətlər alaraq həmin xəsarət səbəbindən hərbi xidmət müddətinin başa çatmasına az qalmış hərbi xidmətə yararsız hesab edilərək tərxis olunmasının fiziki zərərlə yanaşı mənəvi zərərə də səbəb olmasını diqqətdən kənarda saxlamaq düzgün olmazdı. zərərçəkmiş şəxs5la bağlı həmçinin onu da qeyd etmək yerinə düşərdi ki, o, hadisə nəticəsində aldığı xəsarətlər səbəbindən məhkəmə baxışlarında iştirak edə bilməmiş, səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyinə dair dəfələrlə ərizə ünvanlamış, məhz bu səbəbdən o, məhkəmədə videokonfrans formasında dindirilmişdir ki, zərərçəkmiş şəxs5 bu arzuolunmaz halları yaşadanlar hadisənin birbaşa səbəbkarları olan hər iki təqsirləndirilən şəxsdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 protestin dəlillərini müdafiə edərək protestin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün təyin edilmiş cəzaya dair hissə ilə razılaşmayaraq məhkəmənin hökmünün dəyişdirilərək, təqsirləndirilən şəxslər barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Heydər Fərzəliyev protestin dəlillərinə etiraz edərək protestin əsassız olduğunu və protestin təmin edilməməsini xahiş etdilər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 əlavə olaraq göstərdi ki, törətdiyi cinayət əməlinə qədər o, N nömrəli hərbi hissədə V vəzifəsini icra etmiş və həmin hərbi hissədə R hərbi rütbəsində xidmət etmişdir. Lakin törətdiyi cinayət hadisəsindən sonra onun xidmət yeri dəyişdirilmiş və o, hazırda N nömrəli hərbi hissədə R hərbi rütbəsində xidmət edir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi (vəkil) müdafiəçi1 protestin dəlillərinə etiraz edərək protestin əsassız olduğunu və protestin təmin edilməməsini xahiş etdilər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əlavə olaraq göstərdi ki, o, hazırda N nömrəli hərbi hissədə V vəzifəsində xidmət etmiş, törətdiyi cinayət əməlindən əvvəl hərbi rütbəsi R idi, lakin baş vermiş hadisədən sonra rütbəsi endirilmiş və hazırda həmin hərbi hissədə R rütbəsində xidmət edir. Müharibə iştirakçısı, habelə «Şuşanın azad olunmasına görə» medalı ilə təltif olunmasını nəzərə alıb köməklik göstərilməsini məçhkəmədən xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxslərin özləri təqsirli bilərək etirafedici ifadələri ilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələrinə, ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət- Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs2 əməlini düzgün olaraq CM-nin 342.2-ci maddəsi ilə tövsif etmiş, həmçinin təqsirləndirilən şəxs1 əməlini düzgün olaraq CM-nin 341.3-cü maddəsi ilə tövsif etmişdir. Apellyasiya protestinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 təqsirinin sübuta yetirilməsi və onların əməllərinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın ədalətsiz olmasına dair apellyasiya protestində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Apellyasiya protestində qeyd olunur ki, göstərilən dəlillər təqsirləndiriən şəxslərə təyin olunmuş azadlıqdan məhrum etmə cəzanın şərti olaraq tətbiq olunmasına əsas vermir. Belə ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 342.2-ci maddəsinin sanksiyasına görə-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 341.3cü maddəsinin sanksiyasına görə- beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. CM-in 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli Plenum qərarının 25ci bəndində qeyd olunur ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası ilk öncə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olub-olmamasına dair aşağıdakıları qeyd edir: -Elektron prokurorluq informasiya sistemindən alınmış məlumata əsasən təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. -N nömrəli hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnaməyə əsasən təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. -Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən «Şuşanın azad olunmasına görə», «Döyüşdə fərqlənməyə görə» medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən “Vətən Müharibəsi iştirakçısı” medalları, Azərbaycan Respublikası Müdafiə nazirinin əmrlərinə əsasən “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubileyi medalı, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. -## ###### 2025-ci il tarixli 2578680010113 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ## #### 2025-ci il tarixdə Gədəbəy rayon Qalakənd ərazisində baş verən qar uçqunu nəticəsində şəhid hərbi qulluqçu lar haqqında açılan cinayət işi ilə əlaqədar məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunan təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmişdir. Şikayət və tələbi yoxdur. -## ###### 2025-ci il tarixli 2578680010114 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ## #### 2025-ci il tarixdə Gədəbəy rayon Qalakənd ərazisində baş verən qar uçqunu nəticəsində şəhid hərbi qulluqçu lar haqqında açılan cinayət işi ilə əlaqədar məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunan təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmişdir. Şikayət və tələbi yoxdur. -## ###### 2025-ci il tarixli 2578680010095 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ## #### 2025-ci il tarixdə Gədəbəy rayon Qalakənd ərazisində baş verən qar uçqunu nəticəsində şəhid hərbi qulluqçu lar haqqında açılan cinayət işi ilə əlaqədar məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunan təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmişdir. Şikayət və tələbi yoxdur. -## ###### 2025-ci il tarixli 2578680010097 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ## #### 2025-ci il tarixdə Gədəbəy rayon Qalakənd ərazisində baş verən qar uçqunu nəticəsində şəhid hərbi qulluqçu lar haqqında açılan cinayət işi ilə əlaqədar məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunan təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmişdir. Şikayət və tələbi yoxdur. -## ###### 2025-ci il tarixli 25786800107535 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ## #### 2025-ci il tarixdə Gədəbəy rayon Qalakənd ərazisində baş verən qar uçqunu nəticəsində şəhid hərbi qulluqçu lar haqqında açılan cinayət işi ilə əlaqədar məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunan təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmişdir. Şikayət və tələbi yoxdur. -## ##### 2026-cı il tarixli 2677180004448 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis1 ## #### 2025-ci il tarixdə Gədəbəy rayon Qalakənd ərazisində baş verən qar uçqunu nəticəsində şəhid hərbi qulluqçu lar haqqında açılan cinayət işi ilə əlaqədar məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunan təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmişdir. Şikayət və tələbi yoxdur. -## ### 2026-cı il tarixli 2677180006580 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 ## #### 2025-ci il tarixdə Gədəbəy rayon Qalakənd ərazisində baş verən qar uçqunu nəticəsində şəhid hərbi qulluqçu lar haqqında açılan cinayət işi ilə əlaqədar məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunantəqsirləndirilən şəxs2 ilə barışıq əldə etmişdir. Şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, II Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən «Şuşanın azad olunmasına görə», «Döyüşdə fərqlənməyə görə» medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən “Vətən Müharibəsi iştirakçısı” medalları, Azərbaycan Respublikası Müdafiə nazirinin əmrlərinə əsasən “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubileyi medalı, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmasını, ilk dəfə cinayət törətməsi, cinayət əməli törətdikdən sonra hər hansı hüquqazidd hərəkətə yol verməməsi, davranışında ictimai qaydalara və hərbi nizamnamələrin tələblərinə riayət etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş və cəzasında ağırlaşdıran halların olmadığını müəyyən etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya məhkəməsində verdiyi izahatdan görünür ki, o, hazırda N nömrəli hərbi hissədə xidmət edir, törətdiyi cinayət əməlindən əvvəl hərbi rütbəsi R olmuş, lakin baş vermiş hadisədən sonra rütbəsi bir pillə endirilmiş və hazırda həmin hərbi hissədə R rütbəsində xidmət edir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə intizam məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olub-olmamasına dair aşağıdakı xüsusatları qeyd edir: -Elektron prokurorluq informasiya sistemindən alınmış məlumata əsasən təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. -171 və N nömrəli hərbi hissənin komandanlıqları tərəfindən verilmiş xidməti xasiyyətnamələrə əsasən R təqsirləndirilən şəxs1 xidmət yeri üzrə müsbət xarakterizə olunur. -AZ-IV № ****** seriyalı doğum haqqında şəhadətnamənin və AA6592186 seriyalı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, ## ###### 2020-ci il təvəllüdlü X6 və ## ###### 2022-ci il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı vardır. -## ###### 2025-ci il tarixli 2578680010112 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ## #### 2025-ci il tarixdə Gədəbəy rayon Qalakənd ərazisində baş verən qar uçqunu nəticəsində şəhid hərbi qulluqçu lar haqqında açılan cinayət işi ilə əlaqədar məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunan təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmişdir. Şikayət və tələbi yoxdur. -## ###### 2025-ci il tarixli 2578680010115 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ## #### 2025-ci il tarixdə Gədəbəy rayon Qalakənd ərazisində baş verən qar uçqunu nəticəsində şəhid hərbi qulluqçu lar haqqında açılan cinayət işi ilə əlaqədar məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunan təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmişdir. Şikayət və tələbi yoxdur. -## ###### 2025-ci il tarixli 2578680010094 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ## #### 2025-ci il tarixdə Gədəbəy rayon Qalakənd ərazisində baş verən qar uçqunu nəticəsində şəhid hərbi qulluqçu lar haqqında açılan cinayət işi ilə əlaqədar məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunan təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmişdir. Şikayət və tələbi yoxdur -## ###### 2025-ci il tarixli 2578680010096 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ## #### 2025-ci il tarixdə Gədəbəy rayon Qalakənd ərazisində baş verən qar uçqunu nəticəsində şəhid hərbi qulluqçu lar haqqında açılan cinayət işi ilə əlaqədar məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunan təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmişdir. Şikayət və tələbi yoxdur. -## ###### 2025-ci il tarixli 25786800107534 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ## #### 2025-ci il tarixdə Gədəbəy rayon Qalakənd ərazisində baş verən qar uçqunu nəticəsində şəhid hərbi qulluqçu lar haqqında açılan cinayət işi ilə əlaqədar məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunan təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmişdir. Şikayət və tələbi yoxdur. -## ### 2026-cı il tarixli 2633380010619 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 təqsirləndirilən şəxs1 qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. -## ### 2026-cı il tarixli 2633380010621 seriyalı natorial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis1 təqsirləndirilən şəxs1 qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə ətməsini CMnin 59.1.12-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, xidmət yeri üzrə hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini, ilk dəfə cinayət törətməsi, cinayət əməli törətdikdən sonra hər hansı hüquqazidd hərəkətə yol verməməsi, davranışında ictimai qaydalara və hərbi nizamnamələrin tələblərinə riayət etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş və cəzasında ağırlaşdıran halların olmadığını müəyyən etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsinə verdiyi izahatında o, törətdiyi cinayət hadisəsindən sonra onun xidmət yeri dəyişdirilmiş və o, hazırda N nömrəli hərbi hissədə R hərbi rütbəsində xidmət edir Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə intizam məsuliyyətinə cəlb olunmuşdur. Birinci instansiya məhkəməsinin baxılan işdə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 münasibətdə cəzalarını ağırlaşdıran halın olmamasına dair qənaəti də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Apellyasiya protestində təqsirləndirilən şəxslərə daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinin az ağır cinayətlər təsnifatına aid olması, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və bir neçə medallar ilə xüsusənlə də «Şuşanın azad olunmasına görə» medalı ilə təltif olunması, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını, eyni zamanda cinayət əməli törətdikdən sonra hər hansı hüquqazidd hərəkətə yol verməməsi, davranışında ictimai qaydalara və hərbi nizamnamələrin tələblərinə riayət etməsini, xidmət yeri üzrə müsbət xarakterizə edilməsini və əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hazırki iş üzrə o, islah olunma yolundadır. Odur ki, qeyd edilənləri nəzərə almadan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 real olaraq azadlıqdan məhrum etmə cəzasının təyin olunması ədalətsiz olardı. Məhkəmə kollegiyası hesab edir və əmindir ki, təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq olunması cəzanın məqsədlərinə xidmət edəcək və o, islah olunacaqdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində iki azyaşlı uşağının olmasını, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə ətməsini, əməlindən səmimi peşman olmasını, xidmət yeri üzrə hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini, cinayət əməli törətdikdən sonra hər hansı hüquqazidd hərəkətə yol verməməsi, davranışında ictimai qaydalara və hərbi nizamnamələrin tələblərinə riayət etməsini, ibtidai istintaq və məhkəmənin qanuni çağırışlarından boyun qaçırmamasını, həmçinin törətdiyi cinayət əməlinə görə intizam məsuliyyətinə cəlb olunmasını və əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hazırki iş üzrə o, islah olunma yolundadır. Odur ki, qeyd edilənləri nəzərə almadan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 real olaraq azadlıqdan məhrum etmə cəzasının təyin olunması ədalətsiz olardı. Məhkəmə kollegiyası hesab edir və əmindir ki, təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq olunması cəzanın məqsədlərinə xidmət edəcək və o, islah olunacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən cəzanı yüngülləşdirən hallarla bağlı qənaətləri ilə yanaşı təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmasına təsirini də nəzərə aldığını xüsusi olaraq qeyd etmiş, bütün bunlara görə onların barəsində CM-in 70-ci maddəsi tətbiq edərək cəzanın şərti hesab olunmasının mümkün olduğunu əsaslandırmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusu nəzərə alınaraq təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunan halların fonunda təqsirləndirilən şəxslərə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apelyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya protesti təmin edilməsin. Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-7)-25/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-25/2026
07.09.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver