Məhkəmə qərarları › İş №1-1(3-7)-26/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-26/2026

10.08.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-26/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI ##.##.2026-cı il 1-1(3-7)-26/2026 Gəncə şəhəri Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) müdafiəçi1 iştirakı ilə M Ü Ə Y Y Ə N E T D I : Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı hökmü ilə (hakim Məmmədov Vüqar) ## ### 1996-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Gülövşə kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, R, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin inayət Məcəlləsinin 329.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni ## #### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə qarşı zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində şərti adı “K-13Ç” adlandırılan döyüş mövqeyində 1-ci taqımının komandiri vəzifəsində, R hərbi rütbəsində zabit kimi hərbi xidmətdə olarkən, ## ###### 2025-ci il tarixdə həmin mövqedə xidmət edən əsgər şahid4 ona yaxınlaşaraq taqımın 1-ci manqasının tuşlayıcısı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər zərərçəkmiş şəxs2 və həmin manqanın atıcı-heyət nəfəri vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər zərərçəkmiş şəxs1 onunla mübahisə edərək nalayiq ifadələrlə danışdıqlarını məruzə etmiş, o, da həmin gün saat 21 radələrində həmin məsələ ilə əlaqədar döyüş mövqeyinin əsgər yataqxanasına tabeliyində xidmət edən əsgərlər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 cəzalandırmaq məqsədi ilə çağıraraq ilk öncə sağ əli ilə əsgər zərərçəkmiş şəxs2 üzünün sol yanaq və alt dodaq nahiyələrinə iki yumruq zərbəsi vurub ona “alt dodağın selikli qişasının kiçik ölçülü səthi yarası” diaqnozu ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarəti yetirməklə, ardınca isə əsgər zərərçəkmiş şəxs1 üzünün sol yanaq nahiyəsinə bir sillə zərbəsi vurub ona şiddətli fiziki ağrı yetirməklə, rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə qarşı zor tətbiq etmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının CM-nin 62-ci maddəsi tətbiq edilərək alternativ cəzanın tətbiqi və ya CM-nin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, hazırda Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 arasında tam barışıq əldə olunmuş, notariat qaydasında təsdiqlənmiş ərizə mövcuddur. Hazırkı mərhələdə Təqsirləndirilən şəxs törətdiyi əmələ dair səmimi peşmançılıq hissi keçirir. Iş materiallarında da öz əksini tapdığı kimi, həmin qarşıdurma zamanı əsgərlərdən birinin özünə qəsd etmək niyyəti formalaşmış, hətta silahdan istifadə edilməsi ehtimalı meydana çıxmışdır. Belə bir şəraitdə Təqsirləndirilən şəxs tabeliyində olan hərbi qulluqçular arasında yaranmış münaqişəni aradan qaldırmaq, hərbi intizamı bərpa etmək və daha ağır nəticələrin baş verməsinin qarşısını almaq məqsədilə hərəkət etmişdir. Onun davranışı əvvəlcədən planlaşdırılmış və ya zərər vurmaq məqsədi daşıyan hərəkət deyil, yaranmış gərgin və emosional vəziyyətin təsiri altında, hərbi hissədə mümkün daha ağır nəticələrin qarşısını almağa yönəlmiş addımlar zamanı baş vermişdir. Bu hal təqsirləndirilən şəxsin ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizası ilə zərərçəkmiş şəxslərin sağlamlığına vurulmuş zərərin dərəcəsinin müəyyən edilmədiyi təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs təxminən altı ilə yaxın müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz xidmət etmişdir. Bu müddət ərzində o, xidməti vəzifələrini vicdanla yerinə yetirmiş, müsbət xarakterizə olunmuş, xidməti fəaliyyəti dövründə intizam məsuliyyətinə cəlb edilməmiş, hər hansı intizam tənbehi almamışdır. Həmçinin əvvəllər heç vaxt cinayət məsuliyyətinə cəlb olunmamış, məhkumluğu olmamış və qanunazidd davranışı ilə seçilməmişdir. Bu hallar onun müsbət xarakterizə olunan şəxs olduğunu açıq şəkildə göstərir. Bundan əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış Vətən müharibəsinin iştirakçısı olmuş, döyüş əməliyyatlarında fəal iştirak etmiş, həmin döyüşlər zamanı yaralanmış və dövlət qarşısındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə", eləcə də "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) müdafiəçi1 şikayətlərin dəlillərini müdafiə edərək şikayətlərin məzmununa uyğun çıxış etdilər və şikayətlərin təmin edilməsini xahiş etdilər. Müdafiəçi əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs II Qarabağ Müharibəsinin iştirakçısıdır, Füzulinin azad olunmasına görə medalla təltif olunmuş, zərərçəkmiş şəxslər isə təqsirləndirilən şəxslərlə barışmışlar. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, o, hazırda xidmət etdiyi hərbi hissənin şəxsi heyətin siyahısındadır, zərərçəkmiş şəxslər isə Ordu sıralarından ehtiyyata buraxılmışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 göstərdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, ona görə ki, təqsirləndirilən şəxs barəsində hökmlə təyin olunmuş cəza kifayət qədər ədalətlidir, ona görə də şikayətin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində zərərçəkmiş şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab olunmuşdur. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin apellyasiya məhkəməsində özünü təqsirli bilməsi, dindirilmiş şahid və zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətləri protokolları və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətlərində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmiş, yalnız təqsirləndirilən şəxs barəsində hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının CM-nin 62-ci maddəsi tətbiq edilərək alternativ cəzanın tətbiqi və ya CM-nin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrumetmə cəzasının şərti hesab olunması xahiş edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü cəzaya dair hissədə dəyişdirilərək CM-nin 70-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunmasının mümkünlüyünü müzakirə etməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun xidmət yeri üzrə komandanlıq tərəfindən müsbət xarakterizə olunmasını, II Qarabağ müharibəsi zamanı aparılan döyüş əməliyyatlarında iştirak edərək Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən «Füzulinin azad olunmasına görə», «Hərbi xidmətlərə görə» medalları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Müdafiəçinin apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi # #### 2026-cı il və # #### 2026-cı il tarixli notariat qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələblərinin olmadıqlarını göstərmişlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 25-ci bəndinə görə Şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. CM-nin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfədir az ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunur, xidmət yeri üzrə komandanlıq tərəfindən müsbət xarakterizə olunmasını, II Qarabağ müharibəsi zamanı aparılan döyüş əməliyyatlarında iştirak edərək Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən «Füzulinin azad olunmasına görə», «Hərbi xidmətlərə görə» medalları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və ona qarşı şikayət və tələblərinin olmamasını və cəzasında ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının şərti olaraq CM-nin 70-ci maddəsinin tətbiqinə əsasən çəkməsini mümkün hesab edir. Kollegiya hesab edir ki, şərti məhkum etmə təqsirkarın cəzanı tam çəkmədən islah olunmağa başlaması ilə bağlı olan institutdur. Cinayət Qanunu şərti məhkum etmə yolu ilə məhkumu doğru yol seçməyə istiqamələndirir, onların tərəfindən yeni cinayətlərin qarşısını almağa meylləndirir, eyni zamanda digər məhkumların da islah olunmasını sürətləndirir. Bu da öz növbəsində cəzanın CM-nin 41.2-ci madəsində göstərilən məqsədlərinin təmin olunmasına xidmət edir. CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-nin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə - onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası CIM-nin 179-cu maddəsinə görə şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 329.2.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.2.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası CMin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməli, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, asudə vaxtından səmərəli istifadə etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalı, sınaq müddəti ərzində hökmün icrasına nəzarət xidmət yeri üzrə hərbi hissə komandirinə, hərbi hissədən təxris olunduğu halda isə yaşayış yeri üzrə icra orqanına həvalə olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, onun sınaq müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən hesablanmalı, qərarın icrası N saylı Hərbi Hissənin Komandirinə həvalə edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397, 398 və 407, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.2ci maddəsi ilə təqsirli bilinməsi barədə Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(***)-***/**** saylı hökmü cəzaya aid hissədə dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.2.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, asudə vaxtından səmərəli istifadə etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində hökmün icrasına nəzarət xidmət yeri üzrə hərbi hissə komandirinə, hərbi hissədən təxris olunduğu halda isə yaşayış yeri üzrə icra orqanına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən hesablansın. Qərarın icrası N saylı Hərbi Hissənin Komandirinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar