Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-32/2026 01.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi ilə, təqsirləndirilən şəxs2 oğlunun və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 341.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair Gəncə Hərbi Məhkəməsində baxılan cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən işə təkbaşına baxan məhkəmə sədrinə edilmiş etiraza baxaraq MÜƏYYƏN ETDI: təqsirləndirilən şəxs2 oğlunun və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 341.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Hərbi Məhkəməsində baxılarkən iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 işə X1 oğlunun sədrliyi ilə baxılmasına etiraz bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Hərbi Məhkəməsində baxılmış və ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli ittiham hökmü çıxarılmışdır. Qeyd edilən cinayət işinə hakim X1 oğlunun sədrliyi, X3 və X2 ibarət tərkibdə baxılmış və ədalətsiz qərar çıxarılmışdır. Onun haqlı vəsatətləri təmin edilməmiş, şikayətləri nəzərə alınmamışdır. Bu səbəbdən işə X1 oğlunun sədrliyi ilə baxılmasına etiraz edir. Hakimə etirazın əsasları Azərbaycan Respublikası CPM-nin 109-cu maddəsində nəzərdə tutulmuşdur. Hazırki ərizədə göstərilən hakimə etirazın əsasları isə CPM-nin 109.1.8-ci maddədə nəzərdə tutulmuşdur. Həmin maddədə deyilir ki, hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda ona etiraz edilə bilər. Cinayət işinin materiallarını nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, etirazın təmin edilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.1.8ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından etiraz təmin olunmamalıdır. Belə ki, cinayət işinin materiallarından və təqsirləndirilən şəxsin etiraz ərizəsindən görünür ki, etirazda CPM-nin 109.1-ci maddəsində sadalanan əsaslardan hər hansı biri yoxdur. CPM-nin 109.1.8-ci maddəsinə görə hakimə etirazın təmin edilməsi üçün konkret və mötəbər sübut təqdim olunmalıdır. Hazırki işdə belə sübutlar və ya onların mövcudluğuna dəlalət edəcək hallar müəyyən olunmamışdır. “Kipriani Kiprə qarşı” və “Hauşild Danimarkaya qarşı” iş üzrə Qərarlarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əksini göstərən sübut mövcud olmadıqca hakimin şəxsi qərəzsizliyi prezumsiyası vardır. Hakimin əvvəllər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxması və bu zaman ola bilsin ki, təqsirləndirilənin ziyanına hökm qəbul etməsi də sonradan işə mahiyyəti üzrə baxan hakimə etiraz edilməsinə əsas vermir. Belə ki, “Fey Avstriyaya qarşı”, “Sen-Mari Fransaya qarşı” işlər üzrə Qərarlarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, cinayət işləri üzrə məhkəmədə hər hansı hakimin məhkəməyədək bəzi qərarlar, o cümlədən həbs qətimkan tədbiri seçməsi özü-özlüyündə qərəzsizliklə bağlı şübhələri əsaslandıra bilməz, əsas bu qərarların həddi və mahiyyətidir. Odur ki, təqsirləndirilən şəxsin etiraz ərizəsində göstərilən əsaslara dair sübutlar olmadığından, habelə onun irəli sürdüyü dəlillər hakimin şəxsi qərəzsizliyinə dair şübhə yaratmadığından edilmiş etiraz əsassızdır. Hazırki işdə Gəncə Hərbi Məhkəməsinin hakimi Vüqar Məmmədovun işə qeyri-obyektiv və qərəzli baxa biləcəyi qənaətinə gəlməyə əsaslar yoxdur. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə haqqında qanunvericiliyin tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005ci il tarixli qərarının 2.1-ci bəndində göstərilmişdir ki, hakimə (məhkəmə tərkibinə) etiraz Azərbaycan Respublikasının CPM-də müəyyən olunmuş şəxslər tərəfindən və həmin Məcəllədə göstərilən əsaslara və qaydalara uyğun edilə bilər. Qərarın 2.2-ci bəndində isə göstərilmişdir ki, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 109.3 və 109.3.3-cü maddələrinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 107, 109 və 321-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: təqsirləndirilən şəxs2 oğlunun və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 341.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair Gəncə Hərbi Məhkəməsində baxılan cinayət işi üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən işə təkbaşına baxan Gəncə Hərbi Məhkəməsinin hakimi, məhkəmə sədri X1 edilmiş etiraz əsassız olduğundan təmin edilməsin. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №1-1(3-7)-32/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-32/2026
01.09.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver