AzərbaycanǝRespublikasıǝadından Qərar Sumqayıtǝşəhəri İşǝ№ǝ1-1(3-8)-12/2026 08.09.2026 SUMQAYITǝAPELLYASIYAǝMƏHKƏMƏSI Hakim -ǝMəmmədovǝBilalǝMahirǝoğlununǝsədrliyiǝvəǝməruzəsiǝilə, hakimlərǝ-ǝX2ǝvəǝƏhmədovǝElmanǝMəmmədǝoğlundanǝibarətǝtərkibdə, NabalıyevaǝAynurǝAkifǝqızınınǝkatibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X12 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlətǝittihamçısı1, TəqsirləndirilənǝşəxsǝTəqsirləndirilənǝşəxsǝvəǝonunǝmüdafiəçisiǝMüdafiəçiǝiştiraklarıǝilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətinəǝaçıqǝməhkəməǝiclasındaǝbaxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü ilə (hakim FikrətǝƏliyev)ǝ ## ######## 1986-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilən, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R, barəsində “başqa yerə getməmək haqqında iltizam”ǝqətimkanǝtədbiriǝseçilmişǝTəqsirləndirilənǝşəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəza çəkilməsi müddətinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının yaşayış yeri üzrə Qax rayon Icra və Probasiya Şöbəsinə tapşırılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə mininənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs üzərinə Qax rayon Icra və Probasiya Şöbəsinə məlumat vermədən saat 2200-dan növbəti gün saat 0700-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Qax və Şəki rayonlarının hüdudlarından (istintaq orqanına və məhkəməyə çağırış istisna olmaqla) kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədənǝməlumatlandırmaqǝvəzifələriǝqoyulmasıǝhökmǝedilmişdir. İ. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsas komando məntəqəsinin səhra rabitə qovşağının sanitar təlimatçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, R hərbi rütbəsində xidmət edərkən 2019-cu ilin oktyabr ayında həmin hərbi hissədə faktiki səhra idarəetmə mərkəzinin sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmət etmiş Zərərçəkmiş şəxs ilə tanış olmuş, Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikasında xidmət etmək arzusunda olduğunu öyrəndikdə onun xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək sonuncunun pulunu aldadıb ələ keçirməklə qanunsuz varlanmaq qərarına gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə söhbət edərkən hər hansı şəxsin Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikasına xidmət etmək üçün göndərməyə real imkanları olmadığı halda, Zərərçəkmiş şəxs guya şəxsi əlaqələrindən istifadə etməklə, yəni tanıdığı səlahiyyətli vəzifəli şəxsin köməkliyi ilə onu Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikasına xidmətə göndərəcəyinə dair yalan vəd verib inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs öz cinayətkar məqsədinə nail olmaq niyyəti ilə adını və vəzifəsini demədiyi tanışının köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxsə 5000 (beş min) dollar, yəni 8500 (səkkiz min beş yüz) manat məbləğində pul verilməsi müqabilində yaxın müddətdə Zərərçəkmiş şəxs Əfqanıstan Respublikasına xidmət etmək üçün göndərilməsini təşkil və təmin edə biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs də onun dediklərinə inanıb təklifini qəbul etmişdir. Zərərçəkmiş şəxs 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs ondan tələb etdiyi 5000 (beş min) dollar pulun 3000 (üç min) dollarını Sumqayıt şəhərində yerləşən “Cavid” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs vermiş, qalan 2000 (iki min) dolları isə 3400 (üç min dörd yüz) Azərbaycan manatına dəyişərək həmin məbləği 2020-ci ilin mart ayında Sumqayıt şəhəri, “Karvan” ticarət mərkəzində yerləşən “Araz” supermarketin içərisində olan “Milli Ön” ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs bank kart hesabına göndərmişdir. Bununla da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikasına xidmət etmək üçün göndərmək müqabilində sonuncudan ümumilikdə 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini aldadaraq ələ keçirdiyi üçün verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, aldatma yolu ilə özgənin əmlakınıǝələǝkeçirərəkǝxeyliǝmiqdardaǝziyanǝvurmaqlaǝdələduzluqǝetmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X1 apellyasiya şikayəti verərək Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilənǝşəxsǝbarəsindəǝbəraətǝhökmüǝçıxarılmasınıǝxahişǝetmişdir. II. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökm qanunsuz, əsassız və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmadığından ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış, CPM-in 21, 124, 125, 139, 144, 145 və 349-cu maddələrinin tələblərini pozaraq ittiham xarakterli nəticəyə gəlmişdir. Belə ki, iş üzrə dələduzluq cinayətinin zəruri əlamətləri sübuta yetirilməmişdir. Hazırkı iş üzrə ittiham tərəfi pul vəsaitinin alındığı anda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi aldatmaq niyyətində olduğunu sübut edə bilməmişdir. Əksinə, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında ardıcıl olaraq bildirmişdir ki, o, 2019-cu ildə azyaşlı övladının səhhətində yaranmış ciddi problemlərlə əlaqədar Zərərçəkmiş şəxs borc pul almışdır. Ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən ilkin mərhələdə 5000 manat, sonradan isə əlavə 2000 manat borc alınmışdır. Pul vəsaitinin alınması zamanı hər hansı Əfqanıstana göndərmə vədi verilməmiş, belə bir razılaşma olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinə əsasən, yalnız sonradan pulun qaytarılması ilə bağlı yaranmış mübahisələr zamanı o, pulu başqa şəxsə verdiyini bildirmiş və zərərçəkmişə müxtəlif bəhanələr gətirmişdir. Bu hal özü göstərir ki, ittihamın əsasını təşkil edən "Əfqanıstana göndərmə vədi" pulun alınması anında deyil, sonrakı dövrdə yaranmış mübahisələr fonunda meydana çıxmışdır. Belə olan halda CMnin 178-ci maddəsinin əsas elementi olan ilkin aldatma niyyəti sübuta yetirilməmişdir. Bundan başqa, ittiham tərəfi pulun hansı məqsədlə verildiyini mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Iş materiallarında pulun məhz Əfqanıstan Respublikasına göndərilmə məqsədilə verilməsini təsdiq edən heç bir obyektiv sübut mövcud deyildir. Belə ki, iş materiallarında pulun təyinatını göstərən hər hansı sənəd, pulun verilməsi zamanı iştirak etmiş şahid ifadəsi, həmin anı təsdiq edən audio və ya video material mövcud deyildir. Əksinə, zərərçəkmiş şəxs özü məhkəmə iclasında göstərmişdir ki, pul vəsaitinin verilməsi zamanı yalnız o və Təqsirləndirilən şəxs olmuş, yanlarında başqa hər hansı şahid olmamışdır. Deməli, pulun hansı məqsədlə verilməsi barədə məhkəmənin gəldiyi nəticə yalnız zərərçəkmiş şəxsin subyektiv mülahizələrinə əsaslanmışdır. Cinayət prosesində şəxsin təqsirliliyi ehtimallarla deyil, mötəbər və şübhəsiz sübutlarla müəyyən edilməlidir. Həmçinin şahidlərin ifadələri birbaşa sübut hesab edilə bilməz. Məhkəmə hökm çıxararkən əsasən şahid1, şahid3 və şahid2 ifadələrinə istinad etmişdir. Lakin həmin şəxslərin heç biri pulun verilməsi prosesində iştirak etməmiş, tərəflər arasında aparılmış danışıqların birbaşa şahidi olmamışdır. Onların verdikləri məlumatlar yalnız zərərçəkmiş şəxsdən eşitdikləri məlumatlardan ibarətdir. Belə ifadələr törədilmiş cinayət faktını birbaşa təsdiq edən sübut hesab edilə bilməz. Məhkəmənin gəldiyi nəticə isə əsasən bu xarakterli dolayı məlumatlar üzərində qurulmuşdur. Bundan əlavə, WhatsApp yazışmaları və səs yazıları ittihamı deyil, müdafiə mövqeyini təsdiq edir. Hökmdə istinad edilən WhatsApp yazışmaları və səs yazılarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs davamlı olaraq pulun qaytarılacağından, pulun onda olmamasından və sonradan qaytaracağından danışmışdır. Həmin yazışmalarda pulun məhz Əfqanıstana göndərilmək məqsədilə alınmasını təsdiq edən hər hansı etiraf yoxdur. Əksinə, bütün yazışmalar tərəflər arasında pul münasibətlərinin mövcud olduğunu və sonradan həmin pulun qaytarılması ilə bağlı mübahisə yarandığını göstərir. Bu isə cinayət-hüquqi deyil, mülki-hüquqi münasibətlər üçün xarakterik haldır. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipini də pozmuşdur. CPM-nin 21-ci maddəsinə əsasən şəxsin təqsirliliyinə dair aradan qaldırılması mümkün olmayan bütün şübhələr onun xeyrinə həll edilməlidir. Hazırkı iş üzrə aşağıdakı mühüm suallar cavabsız qalmışdır: Pulun verilməsi zamanı konkret olaraq hansı danışığın aparıldığı; Pulun hansı məqsədlə verildiyi; Əfqanıstana göndərilmə vədinin nə vaxt verildiyi; Pulun alınması anında aldatma niyyətinin olub-olmaması. Bu hallar üzrə şübhələr aradan qaldırılmadığı halda məhkəmə ittiham hökmü çıxarmışdır. Halbuki həmin şübhələr CPM-in 21-ci maddəsinə uyğun olaraq müdafiə tərəfinin xeyrinə qiymətləndirilməli idi. Beləliklə, məhkəmə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ifadələrini formal olaraq rədd etmiş, lakin həmin ifadələrin hansı konkret sübutlarla təkzib olunduğunu göstərməmişdir.ǝMəhkəməǝyalnızǝzərərçəkmişǝşəxsinǝmövqeyinəǝüstünlükǝvermiş,ǝmüdafiə tərəfinin irəli sürdüyü arqumentləri və iş üzrə mövcud şübhələri lazımi qaydada qiymətləndirməmişdir. III. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, zərərçəkmiş şəxslə aralarında borc münasibəti olmuş, borcu ödəyə bilməyəndə zərərçəkmiş şəxsdən təklif gəlmiş, o da razılaşmışdır. Övladı onkoloji xəstədir. Götürdüyü borcu övladının səhhəti ilə əlaqədar xərcləmişdir. Zərərçəkmiş şəxsin təqdim etdiyi Whatsapp yazışmaları pul alınandan sonra olan danışıqlardır. Onunla aralarında “hara göndərirsən, nə qədər pulla bu işi həll edirsən” məsələsi və müzakirəsi olmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs ona Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikasında xidmət etmək istədiyini bildirmiş, ona köməklik edə biləcəyini soruşmuş, o isə köməklik etməyə çalışacağını bildirmişdir. Həmin vaxt özü işə yeni başlamışdır. Borcu 7000 manat olmuş, 1600 manatını qaytarmışdır. Hazırda borcu qaytarmaq niyyətindədir. 2 ildən artıqdır ki, təxris olunmuşdur və səhhəti ilə əlaqədar işləmir. Apellyasiya şikayətinin təmin edilməsini xahişǝedir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahişǝetmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxış edərək bildirdi ki, zərərçəkmiş şəxs ondan pulunu geri istəyərkən təqsirləndirilən şəxs onu Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstan Respublikasına xidmət etmək üçün göndərilməsinə köməklik göstərəcəyini demişdir. Lakin yalan vədi yerinə yetirmək niyyəti olmamışdır. Zərərçəkmişdən aldığı pulu geri qaytarmamışdır. Həmçinin təqsirləndirilən şəxs övladının səhhəti ilə əlaqədar sənədləri məhkəməyə təqdim etdiyini bildirsə də iş materiallarında buna dair məlumatlar yoxdur, eləcə də hökmdə də qeyd edilməmişdir. SMS yazışmalarının mətni birbaşa ona elan edilmiş ittiham üzrə nəzərdə tutulan cinayət tərkibi ilə əlaqədardir. Birinci instansiya məhkəməsi onun ilk məhkumluğunu, medallarını, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq, sanksiya çərçivəsində ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Odur ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edirək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasınıǝvəǝapellyasiyaǝşikayətininǝtəminǝedilməməsiniǝxahişǝetmişdir. IV. Hüquqi Məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarınınǝtətbiqǝedilməsininǝdüzgünlüyünüǝyoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraqǝyoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsiǝüçünǝmühümǝəhəmiyyətǝkəsbǝedənǝxüsusatlarınǝməcmusuǝbaşaǝdüşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin olunmaması barədə, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədənǝsaxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış, onun əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsiriliǝbilinibǝcəzalandırılmalıǝolmasınaǝdairǝyekunǝnəticəyəǝgəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi həm ibtidai istintaq, həm də birinci məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqiniǝtapmışdır. Cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayətǝqədərǝimkanǝvəǝşəraitǝyaradılmışdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən etibarən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsas komando məntəqəsinin səhra rabitə qovşağının sanitar təlimatçısı vəzifəsinə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-R hərbi rütbəsində xidmət etmiş, Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmətə başladığı vaxtdan, 2019-cu ildən etibarən tanımış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət etmiş, 2019-ci ilin oktyabr ayında o, övladı X3 problemlərin başlaması ilə bağlı müalicəsi ilə əlaqədar Zərərçəkmiş şəxs borc pul istəmiş, həmin ilin noyabr ayında Zərərçəkmiş şəxs Sumqayıt şəhərində yerləşən "Cavid" ticarət mərkəzinin qarşısında ona 5000 manat məbləğində borc pul vermiş, oğlunun müalicəsi üçün pula ehtiyacı olduğundan təxminən 2020-ci ilin mart-aprel ayında Zərərçəkmiş şəxs yenidən borca pul istəmiş, bundan bir neçə gün sonra hansı banka məxsus olduğunu xatırlamadığı bank kartına 2000 (iki min) manat məbləğində pul göndərmiş, Zərərçəkmiş şəxs təxminən bir il sonra pulunu geri tələb etməyə başlamış, Zərərçəkmiş şəxslə aralarında baş tutmuş söhbətlər özünə məxsus 077-333-94-88 mobil nömrəsində istifadə edilən “Vatsap” mobil tətbiqi vasitəsi aparılmış, maddi imkanının pis olması səbəbindən aldığı ümumilikdə 7000 (yeddi min) manat pulu qayatara bilməmiş, bir müddət sonra, 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ona verdiyi borcun əvəzinə Sülhməramlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikasına göndərilməsinə köməklik etməsini xahiş etmiş, bir neçə gün sonra Zərərçəkmiş şəxs yenidən 7000 manat pulu geri istədikdə, onu aldadaraq həmin pulu Əfqanıstan Respublikasına göndərilməsinin təmin edilməsi üçün başqa adama verdiyini demiş, vermiş olduğu yalan vədi yerinə yetirmək niyyəti olmamış, hazıradəkǝZərərçəkmişǝşəxsǝalmışǝolduğuǝ7000ǝmanatıǝgeriǝqaytarmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayından 2024-cü ilin mart ayınadək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmət etmiş, 2019-cu ilin oktyabr ayında N nömrəli hərbi hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu R Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə tanış olduqdan bir müddət sonra sonuncu ona Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstan Respublikasına göndərəcək yüksək vəzifəli tanışlarının olduğunu, 5000 (beş min) dollar müqabilində onu Əfqanıstan Respublikasına göndərə biləcəyini demiş, Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşaraq 2019-cu ilin noyabr ayında Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstan Respublikasına göndərilməsi məqsədi ilə Təqsirləndirilən şəxs tələb etdiyi 5000 (beş min) dollar pulun, yəni 8500 (səkkiz min beş yüz) manat vəsaitin 3000 (üç min) dollarını Sumqayıt şəhərində yerləşən "Cavid" ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin yanvar ayında Əfqanıstan Respublikasına göndəriləcək hərbi qulluqçuların yığımı başlamış, 2020-ci ilin yanvar ayında Əfqanıstan Respublikasına gedəcək hərbi qulluqçuların siyahısında onun adı olmamışdır. Təqsirləndirilən şəxs növbəti gedişdə onu Əfqanıstan Respublikasına göndərəcəklərini və bunun üçün məbləği tam olaraq ödəməli olduğunu deyərək geri qalan 2000 (iki min) dollar pulu da verməyini tələb etmiş, yerdə qalan 2000 (iki min) dollar məbləğində pulu əldə etmək üçün arvadı şahid2 məxsus qızıl-zinət əşyalarını hazırda xatırlamadığı Sumqayıt şəhərində yerləşən Lombarda girov qoyaraq pul əldə etmişdir. 2020-ci ilin aprel ayında Əfqanıstan Respublikasına gedəcək hərbi qulluqçularının yığımları başlandığı üçün həmin ilin mart ayında qalan 2000 (iki min) dolları Azərbaycan manatına çevirərək 3400 manat pulu Sumqayıt şəhərində yerləşən "Karvan" ticarət mərkəzində "Araz" supermarketin içərisində quraşdırılmış "MilliÖn" ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs xatırlamadığı bank kart hesabına göndərmiş, Təqsirləndirilən şəxs yüksək vǝzifəli tanışı ilə danışdığını və onu aprel ayında Əfqanıstan Respublikasına göndərəcəklərini bildirmişdir. 2020-ci ilin aprel ayında da Əfqanıstan Respublikasına göndərilməmiş, Təqsirləndirilən şəxs ondan aldığı 8500 (səkkiz min beş yüz) manat pul müqabilində onu Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstan Respublikasına göndərəcəyi barədə vədinə əməl etməyərək vədi üzrə heç bir hərəkət etməmişdir. Növbəti tarixlərdə pulunu dəfələrlə tələb etsə də Təqsirləndirilən şəxs pulu üçüncü şəxsə verdiyini, övladının xəstə olmasını və s. bəhanələr deyərək almış olduğu pulu geri qaytarmaqdan yayınmışdır. Təqsirləndirilən şəxslə aralarında olan danışıqlar sonuncuya məxsus 077(050)- 333-94-88 nömrələri ilə özünə məxsus 050-527-57-05 nömrəsi arasında “Vatsap” mobil tətbiqi vasitəsi ilə aparılmış, baş verənlər zamanı, yəni Təqsirləndirilən şəxslə razılıq əldə olunarkən, qeyd etdiyi məbləğdə pulları sonuncuya verərkən ətrafda bunun şahidi ola biləcək hər hansı şəxs olmamışdır. Aralarında hər hansı borc münasibəti olmamış, 8500 manat vəsaiti Təqsirləndirilən şəxs aralarında olan razılığa əsasən Əfqanıstan Respublikasına sülhməramlı hərbi qulluqçu kimi xidmət etməsi üçün vermiş, Təqsirləndirilən şəxs övladının xəstə olmasını bir neçə il sonra öyrənmişdir. Hazıradək Təqsirləndirilən şəxs ələ keçirmiş olduğu ona məxsus 8500ǝmanatınǝheçǝbirǝhissəsiniǝgeriǝqaytarmamışdır. Həmçinin, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismən ödənilmiş, 1600 manat qaytarılmış, 6900 manat qaytarılmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmamış, təqsirləndirilən şəxsdən şikayətçidir. Lakin sonuncunun 3 azyaşlı uşağının olmasını, uşağın birinin ağır xəstə olmasınıǝnəzərəǝalaraqǝtəqsirləndirilənǝşəxsinǝhəbsǝedilməməsiniǝxahişǝedir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında şahid qismində dindirilən şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin oktyabr ayında qohumu Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət yoldaşı olan Təqsirləndirilən şəxs onu Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstan Respublikasına göndərə biləcək yüksək vəzifəli tanışlarının olduğunu, 5000 (beş min) dollar müqabilində Əfqanıstan Respublikasına göndərilə biləcəyini, Əfqanıstan Respublikasında əmək haqqının çox olması, bu səbəbdən də Təqsirləndirilən şəxs istədiyi məbləği toplayıb Yusifə vermək istədiyini bildirmiş, 2019-cu ilin noaybr ayının ortalarında Zərərçəkmiş şəxs 3000 (üç min) dollar məbləğində pulu Sumqayıt şəhərində yerləşən Cavid ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Daha sonra isə yerdə qalan məbləği Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs eşitdiyiNə görə Təqsirləndirilən şəxs verdiyi sözə əməl etməyərək ona heç bir köməklik göstərməmişdir. Istintaq zamanı şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, övladı Zərərçəkmiş şəxs 2019-cu ilin oktyabr ayında N nömrəli hərbi hissədə xidmət yoldaşı olan Təqsirləndirilən şəxs onu Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstan Respublikasına göndərə biləcək yüksək vəzifəli tanışlarının olduğunu, 5000 (beş min) dollar müqabilində Əfqanıstan Respublikasına göndərilə biləcəyini, Əfqanıstan Respublikasında əmək haqqının çox olması, bu səbəbdən də Təqsirləndirilən şəxs istədiyi məbləği toplayıb sonuncuya vermək istədiyini bildirmiş, cavabında bu barədə özünün qərar verməli olduğunu bildirmişdir. 2019-cu ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs özünə məxsus topladığı 3000 (üç min) dollar məbləğində pulu Sumqayıt şəhərində yerləşən "Cavid" ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs vermiş, sonra isə yerdə qalan 2000 (iki min) dollar məbləğində pulu əldə etmək üçün Zərərçəkmiş şəxs arvadı-şahid2 məxsus qızıl-zinət əşyalarını hazırda xatırlamadığı Lombarda girov qoyaraq əldə etmiş və 2020-ci ilin mart ayında yerdə qalan 2000 (iki min) dollar pulu Azərbaycan manatına çevirərək yəni 3400 manat pulu "Karvan" ticarət mərkəzində yerləşən "Araz" supermarketin içərisində olan "MilliÖn" vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Ancaq sonradan Təqsirləndirilən şəxs verdiyi sözə əməl etməyərək oğlunu Əfqanıstan Respublikasına göndərilməsi müqabilində ona köməklik etməmiş, həmçinin hazırki tarixə qədər də aldığı ümumilikdə 8500 manat pulun heç bir hissəsini geri qaytarmamışdır. Istintaq zamanı şahid qismində dindirilmiş şahid2 şahid şahid3lə Yaqub Məmmədkərim oğluǝiləǝeyniǝməzmunluǝifadəǝverərəkǝonunǝgöstərdiklləriniǝtəsdiqǝetmişdir. Cinayət işi materiallarında olan: Məhkəmə-fonoskopik ekspertizasının ## ###### 2025-ci il tarixli, */*** nömrəli ekspert rəyindən görünür ki, 01(bir) ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı “K1” kimi işarə olunmuşǝdiktorunǝsəsiǝvəǝnitqiǝTəqsirləndirilənǝşəxsǝməxsusdur. «xxxx» MMC tərəfindən ## ##### 2025-ci il tarixdə təqdim ediləm məktuba əlavə edilmiş, ümumilikdə bir ədəd CD-R formatlı diskə baxış protokolundan görünür ki, danışıq aparan şəxslərin yerləşmə ərazisinə (anten dairələrinə) dair məlumatlarına əsasən 2019-cu ilin noyabr ayı ərzində müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrəyə bağlı mobil telefon və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə bağlı mobil telefonǝSumqayıtǝşəhərǝərazisindəǝqeydəǝalınmışlar. Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 01(bir) ədəd CD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müxtəlif tarixlərdə pulunun onda olmadığını, qısa zaman ərzində qaytaracağını, « “WhatsApp Audio 2024-10-17 at 16.13.34” adlı səs yazısında “K1:......bax Təqsirləndirilən şəxsdu, yaz ver şikayət elə, nə bilirsən elə, Allah canını sağ eləsin, hara istəyirsən şikayət elə, məni də burdan göndərəcəklər, səndən də soruşacaqlar hər halda ki, bu nədi, nə rüşvətlərlə oynayırsan, nələrə pul verənsən...” » və s. bəhanələrǝgətirərəkǝalmışǝolduğuǝpuluǝgeriǝqaytarmaqdanǝyayınmışdır. Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxslə aralarında olan “Vatsap” danışıqlarını əks etdirən 26 (iyirmi altı) ədəd vərəqədən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus +************ mobil nömrədən “Qaqa danışdıqca uzanır vallah, amma bir xeyri yoxdu danışmağın. Allah pis adama lənət eləsin, kim ki aldadaır pulunu yeyir süründürür, allah onun min bir bəlasını” və almış olduğu pulun üçüncü şəxsdə olması barədəǝdigərǝeyniǝməzmundaǝmesajlarǝyazmış,ǝpuluǝgeriǝqaytarmaqdanǝboyunǝqaçırmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin ## ####### 2019-cu il tarixli *** nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-R Təqsirləndirilən şəxs hərbi hissənin əsas komanda məntəqəsinin səhra rabitə qovşağının sanitar təlimatçısı vəzifəsinə təyin edildiyindən həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin ## ###### 2024-cü il tarixli *** nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-R Təqsirləndirilən şəxs “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) ehtiyata buraxılmış, ## ###### 2024-cü il tarixdən şəxsi heyətin siyahısından və təminatlardan çıxarılaraq qeydiyyat üçün SHXÇÜDX-nin Qax rayon şöbəsinəǝgöndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin ## ###### 2019-cu il tarixli ** nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs hərbi hissənin əsas komanda məntəqəsinin səhra rabitə qovşağının kanalyaratma mərkəzinin radiorele bölüyünün baş mexaniki vəzifəsinə təyin edildiyindənǝhəminǝtarixdənǝvəzifəsininǝicrasınaǝbaşlamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi sübutların məcmusuna qiymət verib, düzgün olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edərək onuǝhəminǝmaddəǝiləǝtəqsirliǝbilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 8500 manat pulu sonuncunu aldadıb və etibarından sui-istifadə edərək Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikasında xidmətə düzəltmək adı aldığı iş materiallarında olan şahid ifadələri, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmiş, bu səbədən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 8500 manatı borc kimi almasına dair ifadəsi məsuliyyətdən yayınmaq üçünǝözünüǝmüdafiəǝxarakterliǝifadəǝkimiǝqəbulǝedilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyataǝkeçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyininǝmötəbərliyiǝmüəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusunaǝisəǝittihamınǝhəlliǝüçünǝonlarınǝkifayətǝetməsinəǝəsasənǝqiymətǝverilməlidir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyiǝhaldaǝçıxarılır. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlarǝtətbiqǝedilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» ##.##.2005-ci il tarixli qərarında göstərir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəməǝhökmüǝəsaslıǝhesabǝedilir.ǝ(CPM-nin 349.5-ciǝmaddəsi) Bundan başqa məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ciǝilǝtarixliǝvəǝ## #### 2015-ciǝilǝ7ǝ№ǝ-liǝqərarlarınǝtövsiyələriniǝnəzərəǝalır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli * nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə,ǝyaxudǝdaǝəmlakǝhüquqlarınınǝəldəǝedilməsinəǝyönəlmişǝolsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsününǝyaradılmasıǝvəǝsair)ǝbaşaǝdüşülür. Həmin Qərarın 36-cı bəndində məhkəmələrə izah olunmuşdur ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaqǝniyyətindəǝolmadığındanǝvəǝözǝehtiyaclarınaǝsərfǝetdiyindən,ǝbunaǝnailǝolaǝbilmir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarının məcmusuna qiymət verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlməsini nəzərə alıb onunǝəməlininǝhəminǝmaddəǝiləǝtövsifǝedilməsiniǝəsaslıǝsaymışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş bu əməli törətməsi zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, bu əməllərin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübuta yetirdiyi tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapdığından, onun təqsirsiz olmasına əsas verən sübutlar olmadığından təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində barəsində bəraət hökmününǝçıxarılmasıǝdəlilləriǝiləǝrazılaşmayaraqǝəsassızǝhesabǝedir. Bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olubolmaması məsələsini də müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinəǝuyğunǝqanuniǝvəǝədalətliǝcəzaǝtəyinǝetmişdir. Belə ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası DIN-nin BƏSII-dən alınmışǝtələbnamədənǝgörünürǝki,ǝTəqsirləndirilənǝşəxsǝəvvəllərǝməhkumǝolunmamışdır. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində ##.##.2017 və ##.##.2019-cuǝilǝtəvəllüdlüǝikiǝuşağıǝvar. Iş materiallarında olan və təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsas komando məntəqəsinin səhra rabitə qovşağının sanitar təlimatçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, Rǝrütbəsindəǝxidmətǝetmişdir. Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə, həmçinin xidmət dövründə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və “Azərbaycan Ordusunun 100 illiyi (1918- 2018)” yubiley medalı ilə təltif olunmuşdur, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizəǝedilmişdir. Füzuli rayon X8 Hüquqi Şəxsinin *** nömrəli, ##.##.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Qarabağ-Vətən Müharibəsi zamanı xəsarət alaraq ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək “Qapalı kəllə beyin travması” diaqnozu ilə Füzuli rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuş, ##.##.2020-ci ildə N nömrəli hərbi hissəyəǝtəxliyyəǝedilmişdir. Şəki Rayon Psixiatriya Xəstəxanasının *** nömrəli, ##.##.2026-cı il tarixli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir.##.##.2025- ##.##.2025;##.##.2025-##.##.2025;##.##.2025-##.##.2025-ci il tarixlərdə Şəki Rayon Psixiatriya xəstəxanasında stasionar müalicələr almışdır. Son dəfə ##.##.2025-ci il tarixdə stasionar müalicədə olub ##.##.2026-cı il tarixdə evə yazılmışdır. D-z: Üzvi mənşəli şəxsiyyət pozuntusu dekompensasiya halında, psixotik daxilolmalar, dessosiativ daxilolmalarla F-07.0. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X4 verdiyi ##.##.2026-cı il tarixli, ** nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və törədərkən «Üzvi mənşəli şəxsiyyət pozuntusu» xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində olduğundan, o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusu xroniki proses olduğundan hal-hazırda da davam edir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkməsi nəzərə alınaraq onun daim nəzarət altında saxlanılması və zərurət yarandığı təqdirdə isə həkim-psixiatrın müşahidəsinə verilməsi tövsiyəǝedilir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 59.1.4, 59.1.14 və 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, dəymiş ziyanı qismən ödəməsini, Vətən Müharibəsində iştirak edərək “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə, həmçinin xidmət dövründə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini və sağlamlıq vəziyyətini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmiş, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, ağır ailə vəziyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılmasıǝcəzasınaǝməhkumǝedilməsiniǝməqsədəmüvafiqǝhesabǝetmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar olan vəzifələr qoyarkən CM-nin 52-1-ci maddəsinin tələblərinə tam əməl etmiş və haqlı olaraq təqsirləndirilən şəxsin cəza çəkdiyi müddətdə yaşadığı və qeydiyyatda olduğu Qax rayonu və səhhəti nəzərə alınaraq gələcəkdə ola biləcək tibbi müayinə və müalicəsi ilə əlaqədar qonşu Şəki rayonunun hüdudlarını tərk etməmək vəzifəsi qoymuşdur. Təqsirləndirilən şəxs Bakı şəhərində yaşaması ilə bağlı hansısa rəsmi sənəd təqdim etmədiyindən və onun daimi olaraq Bakı şəhərində yaşamasını təsdiq edəcək hansısa sübutlar təqdim edilmədiyindən məhkəmə kollegiyasıǝbuǝhissədəǝdəǝhökmünǝqanuniǝvəǝəsaslıǝolduğunuǝhesabǝedir. CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədəkǝmüddətəǝazadlıqdanǝməhrumǝetməǝiləǝcəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni, ədalətli və əsaslıǝolmuşdur. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinəǝuyğunǝolmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədiǝdaşıyaǝbilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrindəǝnəzərdəǝtutulmuşǝhədlərdəǝədalətliǝcəzaǝtəyinǝedilir. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsininǝqarşısınıǝalmaqǝməqsədiǝiləǝtətbiqǝedilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyatǝşəraitinəǝtəsiriǝnəzərəǝalınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqlaǝtörədilmişǝcinayətlərdəǝtəqsirliǝşəxslərinǝroluǝvəǝs.)ǝəsasənǝmüəyyənǝedilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlində CM-nin 178.2.4-cü maddəsinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməlləri törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı iləǝtamǝtəsdiqǝolunmuşǝvəǝtörətdiyiǝcinayətǝəməlinəǝuyğunǝcəzaǝtəyinǝetmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə,ǝyüngülǝcəzalarınǝtəyinǝedilməsiǝyalnızǝcəzasızlıqǝmühitiǝyaradaǝbilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətǝedilməsininǝqarşısınıǝalmaqǝməqsədiǝdaşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin # #### 2013cü il tarixli qərarında da qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləriǝcəzalandırma,ǝçəkindirmə,ǝislahǝetməǝvəǝcəmiyyətinǝmüdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, təqsirləndirilən şəxsin şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyinǝedilmişǝcəzanınǝnövününǝdəyişdirilməsiǝüçünǝheçǝbirǝqanuniǝəsasǝyoxdur. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü apellyasiyaǝşikayətinəǝmünasibətdəǝdəyişdirilmədənǝsaxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərarǝqəbulǝetməkǝsəlahiyyətinəǝmalikdir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğvǝediləǝbilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylıǝVəkilǝBürosununǝvəkiliǝMüdafiəçiǝdövlətǝbüdcəsiǝhesabınaǝvəsaitǝödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabınaǝtəminǝetməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ciǝilǝtarixliǝdəyişiklikǝnəzərəǝalınmaqla). Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabındanǝSumqayıtǝşəhərǝ*ǝsaylıǝVəkilǝBürosuǝvasitəsiləǝödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1,ǝ397.2ǝvəǝ398.1.1-ciǝmaddələriniǝrəhbərǝtutaraqǝməhkəməǝkollegiyası QƏRARA ALDİ: Apellyasiyaǝşikayətiǝtəminǝedilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəliǝhökmüǝapellyasiyaǝşikayətinəǝmünasibətdəǝdəyişdirilmədənǝsaxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğindəǝvəsaitǝSumqayıtǝşəhərǝ*ǝsaylıǝVəkilǝBürosuǝvasitəsiləǝödənilsin. Qərarǝelanǝolunduğuǝandanǝqanuniǝqüvvəyəǝminir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiyaǝprotestiǝveriləǝbilər.
Məhkəmə qərarları › İş №1-1(3-8)-12/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-8)-12/2026
08.09.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver