Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1-1(3-8)-13/2026 07.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X8 (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi İldırımzadə Rəşad Baris oğlunun, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X1 iştirakı ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə ##.##.1996-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin müddtdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 7 (yeddi) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və ona qəti olaraq 1 (bir) il 11 (on) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu ##.##.2026-cı il tarixdən hesablanmış, təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ##.##.1986-cı il tarixdə Dəvəçi rayonu Gil-gilçay qəsəbəsində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Siyəzən rayonu Gilgilçay qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 7 (yeddi) gün həbsdə olduğu müddətin ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və ona qəti olaraq 1 (bir) il 11 (on) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu ##.##.2026-cı il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 cəzasını ümmi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş üzrə maddi sübut məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən təqsirləndirilən şəxs2 Müdafiə Nazirliyinin Abşeron rayonunda yerləşən N nömrəli hərbi hissəsinin aviasiya uçuşlarının təminatı mərkəzinin mühafizə və təhlükəsizlik bölüyünün mühafizə və təhlükəsizlik taqımının müşahidə manqasının atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən, 2025-ci ilin avqust ayının əvvəllərində saat 12- 13 radələrində idarə etdiyi VAZ 21010 markalı, **-CU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yaşadığı Siyəzən rayonuna gedən zaman Bakı-Quba avtomobil yolunun X6 qəsəbəsindən keçən hissəsində yolun kənarında həmin rayona getmək üçün avtomobil gözləyən 2018-ci ildə Xızır rayonunda yerləşən hərbi şəhərcikdə olarkən tanış olduğu lakin, uzun müddətdən bəri əlaqə saxlamadığı təqsirləndirilən şəxs1 görüb tanıdıqda, avtomobili saxlayaraq sonuncudan Siyəzən rayonuna getdiyini öyrənmiş və təqsirləndirilən şəxs1la birlikdə həmin rayon istiqamətində yola davam etmişlər. Hərəkətdə olarkən maddi vəziyyətlərinin ağır olması, eləcə də, borclarının çoxluğu səbəbindən pula ehtiyac duymaları ilə əlaqədar Siyəzən rayonunun kəndlərində heyvan ola biləcəyini düşünərək tamah məqsədilə heyvan oğurlayıb satmaq və əldə etdikləri vəsaiti yarıya bölmək qərarına gəlmişlər. Aralarında razılıq əldə olunduqdan sonra həmin məqsədlə onlar, BakıQuba yolunun Siyəzən rayonunun ərazisindən keçən hissəsində Beşdam kəndinə gedib ərazini müşahidə edərkən avtomobil yolunun üzərində, hərəkət marşrutu üzrə yolun sağ tərəfində yerləşən, əvvəllər tanımadıqları vətəndaş zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində ön hissəsi metal torla bağlanmış, digər üç tərəfi mişar daşlarından inşa edilmiş tövlənin olduğunu, giriş qapısının isə hər hansı qıfıl və ya kilidlə deyil, yalnız metal linglə örtüldüyünü və içərisində əllidən çox xırdabuynuzlu heyvanın olduğunu görmüşlər, təqsirləndirilən şəxs1la birlikdə bir neçə həftə ərzində gecə saatlarında avtomobillə həmin əraziyə gəlib bir neçə xırdabuynuzlu heyvanı oğurlamaq barədə aralarında razılaşaraq sağollaşmışlar. ## ###### 2025-ci il tarixdə saat 22-23 radələrində o, istifadəsində olan ***-***-**-** saylı nömrədən təqsirləndirilən şəxs1 istifadəsində olan 099- ***-**-** saylı nömrəyə zəng etmiş, əldə etmiş olduqları razılıq üzrə Siyəzən rayonu ərazisində görüşüb cinayətkar niyyətlərini reallaşdırmaq məqsədi ilə onun idarə etdiyi “VAZ21010” markalı “**-CU-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin rayonun Beşdam kəndinə yola düşmüşlər. ## ###### 2025-ci il tarixdə saat 01 radələrində kəndə çatdıqda o, avtomobili mühərriki işlək vəziyyətdə olmaqla zərərçəkmiş şəxs4 məxsus tövlənin qarşısında, tövlədən təxminən 20 metr məsafədə saxlamış, bir qədər ərazini müşahidə edib həyətyanı sahə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra metal torun üstündən keçərək həyətyanı sahəyə, oradan isə təqsirləndirilən şəxs1la birlikdə qapısını açmaqla saxlanc yeri hesab olunan tövləyə qanunsuz olaraq daxil olmuşlar. təqsirləndirilən şəxs2 və Aslan Həmidov tövlədən zərərçəkmiş şəxs4 məxsus biri 03 illik, erkək cinsli, təxminən 70-80 kq çəkidə və qiyməti 836 manat olan qoç, ikisi 03 illik, dişi cinsli, təxminən 40-50 kq çəkidə və hər birinin qiyməti 456 manat olan qoyunlar, biri isə 10 aylıq, dişi cinsli, təxminən 20 kq çəkidə və qiyməti 171 manat olan quzu olmaqla ümumilikdə 1919 manat dəyərindəki 04 baş xırdabuynuzlu heyvanı götürüb qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq oğurlama üsulu ilə talayaraq avtomobilin yük yerinə yerləşdirmiş və tövlənin qapısını əvvəlki vəziyyətinə qaytarıb hadisə yerindən uzaqlaşaraq Bakı şəhəri istiqamətində yoluna davam etməklə həmin quzuları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən heyvan bazarında tanımadığı şəxsə 470 (dörd yüz yetmiş) manata satmışlar. Bundan başqa təqsirləndirilən şəxs2 həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, ## ###### 2025-ci il tarixdə saat 18 radələrində tanışı Aslan Həmidovla telefon danışığı zamanı maddi vəziyyətlərinin ağır olması, eləcə də borclarının çoxluğu səbəbindən yenidən pula ehtiyac duymaları ilə əlaqədar, Şabran rayonunun kəndlərində heyvan ola biləcəyini düşünərək təkrarən tamah məqsədilə heyvan oğurlayıb satmaq və əldə etdikləri vəsaiti yarıya bölmək qərarına gəlmişlər. Bu məqsədlə onlar X6 qəsəbəsi ərazisində görüşüb “VAZ21010” markalı “**-CU-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Şabran rayonunun Ərəblər kəndinə yola düşmüşlər, avtomobillə hərəkətdə olan zaman Quba rayonunun Gədikqişlaq və Şabran rayonunun Zöhramlı kəndlərindən keçərkən kənd sakinlərinin heyvanlarını kilidsiz formada tövlədə saxladıqlarını görmüş, ## ###### 2025-ci il tarixdə saat 02 radələrində Ərəblər kəndinə çatıb ərazini müşahidə edərkən avtomobil yolunun üzərində, hərəkət marşrutu üzrə yolun sağ tərəfində yerləşən, əvvəllər tanımadığı vətəndaş zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində palçıq kərpicdən inşa edilmiş tövlənin olduğunu görmüşlər, ondan təxminən 20 metr məsafədə avtomobil yolunun kənarında avtomobili saxlayıb bir qədər ərazini müşahidə edib həyətyanı sahə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra təqsirləndirilən şəxs1la birlikdə çəpərin üstündən keçərək həyətyanı sahəyə, oradan isə pəncərəsini açmaqla saxlanc yeri hesab olunan tövləyə qanunsuz olaraq daxil olmuşlar. təqsirləndirilən şəxs2 və Aslan Həmidov tövlədən zərərçəkmiş şəxs3 məxsus 2-si 10 aylıq, dişi cinsli, 15 kq çəkidə və hər birinin qiyməti 320 manat olan quzu, biri 10 aylıq, erkək cinsli, təxminən 15 kq çəkidə və qiyməti 320 manat olan quzu, biri isə 18 aylıq, dişi cinsli, təxminən 25 kq çəkidə və qiyməti 440 manat olan quzu olmaqla ümumilikdə 1400 manat dəyərindəki 04 baş xırdabuynuzlu heyvanı götürüb təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq oğurlama üsulu ilə talayaraq avtomobilin yük yerinə yerləşdirmiş və tövlənin pəncərəsini əvvəlki vəziyyətinə qaytarıb hadisə yerindən uzaqlaşaraq Bakı şəhəri istiqamətində yoluna davam etməklə həmin quzuları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən heyvan bazarında tanımadığı şəxsə 490 (dörd yüz doxsan) manata satmışlar. Bundan əlavə, təqsirləndirilən şəxs2 həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, ## ######## 2025-ci il tarixdə saat 16-17 radələrində tanışı Aslan Həmidovla telefon danışığı zamanı maddi vəziyyətlərinin ağır olması, eləcə də borclarının çoxluğu səbəbindən pula ehtiyac duymaları ilə əlaqədar yenidən Quba rayonunun kəndlərində heyvan ola biləcəyini düşünərək təkrarən tamah məqsədilə heyvan oğurlayıb satmaq və əldə etdikləri vəsaiti yarıya bölmək qərarına gəlmişlər. Bu məqsədlə təqsirləndirilən şəxs1la Sumqayıt şəhərində görüşüb onun istifadəsində olan “VAZ21010” markalı “**-CU- ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Quba rayonunun Gədikqışlaq kəndinə yola düşmüşlər. ## ######## 2025-ci il tarixdə saat 01-02 radələrində Gədikqışlaq kəndinə çatıb ərazini müşahidə edərkən avtomobil yolunun üzərində, hərəkət marşrutu üzrə yolun sağ tərəfində yerləşən, əvvəllər tanımadığı vətəndaş zərərçəkmiş şəxs2 İntiqam oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş tövlənin olduğunu görmüş, avtomobili yolun kənarında saxlayıb bir qədər ərazini müşahidə edib həyətyanı sahə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra təqsirləndirilən şəxs1la birlikdə metal torla quraşdırılan çəpərin üstündən keçərək həyətyanı sahəyə, oradan isə həyətyanı sahədə yerləşməklə saxlanc yeri hesab olunan və qapısı iplə bağlanmış tövləyə, qapısını açıb qanunsuz olaraq daxil olmuşlar. təqsirləndirilən şəxs2 və Aslan Həmidov tövlədən zərərçəkmiş şəxs2 İntiqam oğluna məxsus biri erkək, səkkizi dişi cinsli, hər birinin çəkisi 15-20 kq olan 10-12 aylıq və hər birinin qiyməti 400 manat olmaqla ümumilikdə 3600 manat dəyərindəki 09 baş xırdabuynuzlu heyvanı götürüb təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq oğurlama üsulu ilə talayaraq avtomobilin yük yerinə yerləşdirmiş və tövlənin qapısını əvvəlki vəziyyətinə qaytarıb hadisə yerindən uzaqlaşaraq Bakı şəhəri istiqamətində yoluna davam etməklə həmin quzuları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən heyvan bazarında tanımadığı şəxsə 600 (altı yüz) manata satmışlar. Daha sonra təqsirləndirilən şəxs2 həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, ## ######## 2025-ci il tarixdə saat 17-18 radələrində tanışı Aslan Həmidovla telefon danışığı zamanı maddi vəziyyətlərinin ağır olması, eləcə də borclarının çoxluğu səbəbindən yenidən pula ehtiyac duymaları ilə əlaqədar Şabran rayonunun kəndlərində heyvan ola biləcəyini düşünərək təkrarən tamah məqsədilə heyvan oğurlayıb satmaq və əldə etdikləri vəsaiti yarıya bölmək qərarına gəlmişlər. Bu məqsədlə təqsirləndirilən şəxs1la Sumqayıt şəhərində görüşüb onun istifadəsində olan “VAZ21010” markalı “**-CU- ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Şabran rayonunun Zöhramlı kəndinə yola düşmüşlər. ## ######## 2025- ci il tarixdə saat 01-02 radələrində Zöhramlı kəndinə çatıb ərazini müşahidə edərkən avtomobil yolunun üzərində, hərəkət marşrutu üzrə yolun sağ tərəfində yerləşən, əvvəllər tanımadığı vətəndaş zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş tövlənin olduğunu görmüş, avtomobili yolun kənarında saxlayıb bir qədər ərazini müşahidə edib həyətyanı sahə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra təqsirləndirilən şəxs1la birlikdə çəpərin üstündən keçərək həyətyanı sahəyə, oradan isə iplə bağlanmış qapısını açaraq saxlanc yeri hesab olunan tövləyə qanunsuz olaraq daxil olmuşlar. təqsirləndirilən şəxs2 və Aslan Həmidov tövlədən zərərçəkmiş şəxs1 məxsus biri erkək, dördü dişi cinsli, hər birinin çəkisi 15-20 kq, 12-18 aylıq və hər birinin qiyməti 400 manat olmaqla ümumilikdə 2000 manat dəyərindəki 05 baş xırdabuynuzlu heyvanı götürüb təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq oğurlama üsulu ilə talayaraq avtomobilin yük yerinə yerləşdirmiş və tövlənin qapısını əvvəlki vəziyyətinə qaytarıb hadisə yerindən uzaqlaşaraq Bakı şəhəri istiqamətində yoluna davam etməklə həmin quzuları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən heyvan bazarında tanımadığı şəxsə 500 (beş yüz) manata satmışlar. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünü cəza təyin olunması hissəsində dəyişdirilərək ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəza növünün təyin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ona cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən halları – onun ilk dəfə cinayət əməli törətməyini, himayəsində iki azyaşlı övladının olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməyini, ailə vəziyyətinin həddindən artıq ağır olmasını, o cümlədən valideynlərinin onun himayəsində olmaqla xəstə olmalarını və ən əsası zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmağını nəzərə almadan ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi İldırımzadə Rəşad Baris oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Hərbi Məhkəməsinin *- *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünü dəyişdirərək təqsirləndirilən şəxs1 həbs bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünü dəyişdirərək təqsirləndirilən şəxs2 həbs bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X3 çıxış edərək apellyasia şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 yuxarıda sadalanan cinayət əməlini törətməsi özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin ## #### 2025-ci il tarixli, ** nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər təqsirləndirilən şəxs2 hərbi hissənin aviasiya uçuşlarının təminatı mərkəzinin mühafizə və təhlükəsizlik bölüyünün mühafizə və təhlükəsizlik taqımının müşahidə manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Elektron Prokurorluq İnformasiya X15 portalından təqdim edilmiş tələbnamədən görünür ki tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Siyəzən rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs1 əvvəllər CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Siyəzən rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Siyəzən rayon İcra Hakimiyyəti başçısının Gilgilçay qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs1 himayəsində ##.##.2015-ci ildə doğulmuş Məhəmməd Aslanov və ##.##.2024-cü ildə doğulmuş Nilay Aslanova adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs2 himayəsində ##.##.2021-ci ildə doğulmuş Ayxan Xangəldiyev və ##.##.2022-cü ildə doğulmuş Aydan Xangəldiyeva adlı iki azyaşlı uşaqları vardır. Birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, himayəsində iki azyaşlı uşaqlarının olması və zərərçəkmiş şəxslərə cinayət nəticəsində vurulmuş ziyanı ödəməklə onlardan iki nəfəri – zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, himayəsində iki azyaşlı uşaqlarının olması və zərərçəkmiş şəxslərə cinayət nəticəsində vurulmuş ziyanı ödəməklə onlardan biri – zərərçəkmiş şəxs1la barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Apellyasiya şikayətləri üzrə icraat zamanı təqdim edilmiş zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 İntiqam oğlu və zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlar dəymiş maddi ziyan tam ödənilmişdir. Apellyasiya şikayətləri üzrə icraat zamanı təqdim edilmiş zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 İntiqam oğlu və zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar təqsirləndirilən şəxs1 ilə barışmışlar, onlar dəymiş maddi ziyan tam ödənilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs2 (zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 İntiqam oğlu və zərərçəkmiş şəxs4 dair hissədə) və təqsirləndirilən şəxs1 (zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 İntiqam oğlu və zərərçəkmiş şəxs4 dair hissədə) münasibətdə dəymiş ziyanın tam ödənilməsi və onlarla barışmasını onların cəzalarının yüngülləşdirilən hallar kimi nəzərə alır. Məhkəmə apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, təyin edilmiş cəzanın əsas məqsədlərindən biri kimi şəxsin islah olmasıdır. Bu hissədə mümkün olan cəza növü və həddi seçilməsi önəmlidir. Belə ki, bu həddin düzgün müəyyən edilməməsi, təyin edilmiş cəza şəxsin islahına deyil, hüquq pozulmasına səbəb olur, cəzanın məqsədlərinə çatmamasına, o cümlədən cəmiyyətin dövlətə və qanunvericiliyə olan inamının sarsılmasına səbəb olur. Bu baxımdan daha yüngül cəza növü ilə məqsədə çatmaq mümkün olduğu halda, daha ağır cəza növünün seçilməsi qanunvericiliyin tələbinə ziddir. Buna uyğun olaraq təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını cəza təyin edərkən nəzərə alır. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, təqsirləndirilən X2 azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə də cəzanın məqsədinə nail olmaq mümkündür. təqsirləndirilən şəxs2 münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, nəzərə alınmış cəzanı yüngülləşdirən halları müstəsna hal kimi nəzərə alır. Buna uyğun olaraq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsini, adıçəkilən təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini məhkəmə kollegiyası qanuna uyğun hesab edir. Belə ki, Zaur Xəndəliyev barəsində hərbi qulluqçu olduundan azadlığın məhdudlaşdırılması cəza tətbiq edilə biinmir və məhkəmə hesab edir ki, sonuncuya hərbi xidmət üzrə məhdudlaşdırma cəzası tətbiq edilməkə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 404, 405.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəaları tətbiq edilməklə Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası aylıq pul təminatından 20 faiz məbləğ tutulmaqla 2 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası ilə əvəz edilsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi həbsdə olduğu 7 (yeddi) gün və ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixə kimi həbsdə olduğu 4 (dörd) ay 01 (bir gün) hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla təqsirləndirilən şəxs2 üzərində 6 (altı) ay 28 (iyirmi səkkiz gün) hərbi xidmət üzrə məhdudlaşdırma cəzası saxlanılsın. Qərarın icrası təqsirləndirilən şəxs2 xidmət yeri üzrə hərbi hissəsinə, xidmət yeri dəyişdirilərsə həmin hərbi hissəyə həvalə edilsin. təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. təqsirləndirilən şəxs1 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi həbsdə olduğu 7 (yeddi) gün və ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixə kimi həbsdə olduğu 2 (iki) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təqsirləndirilən şəxs1 üzərində 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. təqsirləndirilən şəxs1 Siyəzən rayonu Gilgilçay qəsəbəsində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Siyəzən rayonun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri üzərinə qoyulsun. Qərarın icrasına nəzarət Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs1 apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil İldırımzadə Rəşad Baris oğluna 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. təqsirləndirilən şəxs2 apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkillər Səfizadə Məhərrəm İlqar oğlu və X1 müvafq olaraq 44 (qırx dörd) və 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-8)-13/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-8)-13/2026
07.08.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver