Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1-1(3-8)-4/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X4 və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X21 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X15 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq (videokonfrans əlaqə sistemi vasitəsi ilə), məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü ilə (hakim: Bilal Məmmədov) Təqsirləndirilən şəxs (## ### 1993-cü il tarixdə Masallı rayonunda doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, R, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu ## ######## 2025-ci il tarixdən hesablanması, mülki iddiaçı zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, 16500 AZN pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı zərərçəkmiş şəxs4 ödənilməsi, iş üzrə mülki iddiaçı zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın təmin edilməməsi, Bakı Hərbi Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı ilə Masallı rayonunun Sığıncaq kəndində yerləşən X2 adına hüquqi rəsmiləşdirilməsi aparılmış ümumi birgə mülkiyyətində olan 1.20 ha torpaq sahəsindən Təqsirləndirilən şəxs məxsus pay hissəsinin məcburi qaydada satılaraq təmin edilmiş mülki iddia məbləğinin ödənilməsinə yönəlməsi, satışdan artıq qalan məbləğin təqsirləndirilən Təqsirləndirilən şəxs qaytarılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin yanğınsöndürən komanda rəisi vəzifəsində, R hərbi rütbəsində xidmətdə olan zaman qanunsuz və əvəzsiz qazanc əldə etmək məqsədi ilə xidmət dövründə tanıdığı, həmin hərbi hissənin avtomobil taqımının avtomobil manqasının komandiri vəzifəsində, R hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən zərərçəkmiş şəxs4 ev almaq istədiyini, lakin ev almaq üçün yalnız 16500 (on altı min beş yüz) manat pulunun olmasını öyrənərək həmin pulu ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmiş, real imkanlara və səlahiyyətlərə malik olmadığı halda və hər hansı real hərəkət etmək niyyəti olmadan cinayətkar niyyətini reallaşdırmaq məqsədi ilə 2024-cü ilin sentyabr ayının əvvəllərində N nömrəli hərbi hissənin ərazisində yerləşən hərbi şəhərcikdə aralarında baş tutmuş danışıqlar zamanı zərərçəkmiş şəxs4 guya Abşeron rayonunun xxxx qəsəbəsində yerləşən “xxxx MTK” yaşayış kompleksində yüksək vəzifədə olan tanışlarının vasitəsilə həmin yaşayış kompleksində yerləşən mənzillərdən birini ilkin ödənişi təxminən 20000 (iyirmi min) manat təşkil etdiyi halda cəmi 16500 (on altı min beş yüz) manat ödəniş etməklə almasına köməklik edəcəyi, qısa müddət ərzində alınacaq mənzilə köçərək qonşu olacaqlarını deməklə yalan vədlər verib özünə inandırmış, sonuncunun ona olan etibarından sui-istifadə edərək razılaşdıqdan sonra isə guya az məbləğdə ilkin ödəniş etməklə Abşeron rayonunun xxxx qəsəbəsində yerləşən “xxxx MTK” yaşayış kompleksindən mənzil alınmasını təmin etmək müqabilində ## ######## 2024-cü il tarixdə saat 16 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin ərazisindəki hərbi şəhərcikdə “50” və “100” manatlıq əskinaslardan ibarət olan 16500 (on altı min beş yüz) manat pul məbləğini nağd şəkildə ondan almış, lakin verdiyi vədi üzrə heç bir hərəkət icra etməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə o, həmin vəzifədə və rütbədə xidmətdə olduğu zaman xidmət dövründə tanıdığı N nömrəli hərbi hissənin saxlama bölməsinin saxlanc rəisi, R zərərçəkmiş şəxs2 yeni avtomobil almaq istədiyini, lakin avtomobil almaq üçün 6.000 (altı min) manat pulunun olmasını öyrənib qanunsuz və əvəzsiz qazanc əldə etmək məqsədi ilə 2024-cü ilin noyabr ayının sonları, habelə 2024-cü ilin dekabr ayının əvvəllərində və ortalarında N nömrəli hərbi hissəsin ərazisində baş tutmuş danışıqları zamanı, eləcə də sözügedən tarixlərdə şəxsi istifadəsində olan “055-276- 60-40” və “070- 750-50-87” saylı nömrələrdən sonuncu ilə əlaqə saxlayaraq guya 6.000 (altı min) manat pul müqabilində Cənubi Koreya Respublikasından 2018-ci il istehsalı olan “Kia Ceed” markalı avtomobili dəyərindən aşağı qiymətə sifarişlə gətirə biləcəyini, həmin avtomobilin Azərbaycan Respublikasında satışının qat-qat baha qiymətə olmasını qeyd etməklə sonuncunun etibarından sui-istifadə edərək həmin avtomobili qısa müddət ərzində gətirəcəyini bildirmiş, bundan sonra zərərçəkmiş şəxs2 özünə daha da inandırararaq etibarını tam qazanıb pulunu ələ keçirmək məqsədilə guya ona ## ###### 2025-ci il tarixdə 6.000 (altı min) manat pul məbləğini xaricə göndərməsi barədə qəbz də təqdim edəcəyini bildirərək razılığını almış və həmin işin görülməsi üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı halda, eləcə də hər hansı real hərəkət etmək niyyəti olmadan ## ###### 2024-cü il tarixdə saat 17 radələrində qeyd olunan cinayətkar niyyətini reallaşdıraraq Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində “100” manatlıq əskinaslardan ibarət olan 6.000 (altı min) manat pul məbləğini zərərçəkmiş şəxs2 nağd şəkildə almış, lakin vədi üzrə heç bir hərəkət icra etməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, mülki iddianın tam təmin edilərək, 10000 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini, Təqsirləndirilən şəxs daha sərt cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmü qanunsuz və ədalətsizdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza olduqca yüngül cəzadır. Belə ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, R Təqsirləndirilən şəxs 2024cü ilin noyabr ayının sonları və dekabr ayının əvvəllərində hərbi hissənin ərazisində yerləşən qərargahın inzibati binasının qarşısında ona yaxınlaşaraq ev alqı-satqısı ilə məşğul olmağı təklif edib bu sahənin çox gəlirli olduğunu, qısa müddət ərzində yüksək gəlir əldə edə biləcəklərini qeyd etmiş, bu məqsədlə özünə məxsus Sumqayıt şəhərində yerləşən mənzili satdığını, aralarında olan yaxın münasibətə görə onun da əlavə gəlir əldə etməyini istədiyini bildirərək, əlavə pul verib qoşulacağı təqdirdə birlikdə ev alqı-satqısı ilə məşğul olaraq külli miqdarda pul əldə edib yarı bölməyi təklif etmişdir. Təqsirləndirilən şəxs təklifi diqqətini çəkdiyi üçün ondan təklifini düşünmək və pul vəsaiti əldə etmək üçün vaxt istəmiş, həmin tarixdə hər hansı maddi vəsaiti olmadığından qohumu şahid2 müraciət etmişdir. 2024-cü ilin dekabr ayının əvvəllərində şahid2 borc qismində 4000 (dörd min) manat məbləğində pul almış, həmçinin üzərindən qısa müddət keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək qərar verib-verməməsi barədə maraqlanmışdır. Sözügedən məsələ ilə bağlı həm mobil telefon vasitəsi ilə, həm də əyani olaraq xidmət etdiyi hərbi hissənin ərazisində Təqsirləndirilən şəxsla söhbət etmiş, ## ###### 2024-cü il tarixdə saat 17-18 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib ev alqı-satqısı ilə məşğul olmaq məqsədi ilə Təqsirləndirilən şəxs “50” və “100” manat pul əskinaslarından ibarət 4000 (dörd) min manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra narahat olmamağını, Sumqayıt şəhəri və Abşeron rayonunun xxxx qəsəbəsində ucuz qiymətə satılan çoxsaylı fərdi yaşayış evlərinin olduğunu, qısa müddət ərzində həmin evlərdən birini alacağını və bu barədə ona məlumat verəcəyini bildirmişdir. ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq uyğun qiymətə ev tapdığını, lakin mövcud olan pulun kifayət etmədiyini və əlavə pul vəsaitinə ehtiyac olduğunu bildirmişdir. Bu səbəbdən yenidən qohumu şahid2la əlaqə saxlayaraq əlavə 6000 manat məbləğində pul almaq üçün Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında görüş təyin etmiş, bu məqsədlə ## ###### 2025-ci il tarixdə təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəldikdən sonra onunla birlikdə Elvinin idarə etdiyi “Opel Astra” markalı gümüşü rəngdə olan minik avtomobili ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığına getmişlər. Orada avtomobildən düşərək Qara Qarayev prospektində adını dəqiq xatırlamadığı kafeyə daxil olub qohumu şahid2la görüşüb ondan 6000 manat məbləğində pulu borc almış, saat 20:40 radələrində oradan çıxaraq Təqsirləndirilən şəxs istifadəsində olan “Opel Astra” markalı gümüşü rəngdə olan minik avtomobilinə yaxınlaşıb avtomobilin qarşı tərəf sağ oturacağına əyləşərək sonuncuya 6000 manat məbləğində pulu vermişdir. Təqsirləndirilən şəxs pulu verdikdən sonra onunla birlikdə yaşadığı ünvana, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə qayıtmış və orada Təqsirləndirilən şəxs ayrılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs ümumilikdə 10000 manat məbləğində pulu ev alqı-satqısı üçün və əlavə gəlir əldə etmək məqsədilə vermiş, lakin Təqsirləndirilən şəxs verdiyi vəd üzrə onun xeyrinə heç bir hərəkət etməyib aldadaraq, 10000 manat pulunu ələ keçirmişdir. Pulu Təqsirləndirilən şəxs verdikdən sonra onunla görüşən və ya mobil telefon vasitəsilə danışan zaman mütəmadi olaraq işlərinin hansı mərhələdə olması, hər hansı ev alıb-almaması ilə maraqlanmış, o, isə cavabında hələlik uyğun ev tapmadığını, lakin hər şeyin qaydasında olduğunu bildirərək ondan səbrli olmağını tələb etmişdir. 2025-ci ilin yanvar ayının ortalarında N nömrəli hərbi hissənin ərazisində yerləşən yanğınsöndürmə komandasının inzibati binasının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq işlərin hansı mərhələdə olduğunu, ona verdiyi 10000 (on min) manat məbləğində pulu hara sərf etdiyini soruşduqda Təqsirləndirilən şəxs yenidən hər şeyin qaydasında olduğunu bildirmiş, lakin üzərindən kifayət qədər müddət keçməsində baxmayaraq, heç bir nəticə əldə olunmadığını görüb verdiyi 10000 (on min) manat pulu geri qaytarmasını istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona məxsus 10000 (on min) manat pulu tezliklə geri qaytaracağını bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamış, həmçinin əlavə gəlir əldə etmək məqsədilə hər hansı ev almamışdır. Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 10000 manat pulunun ələ keçirilməsini başa düşdükdən sonra ərizə ilə prokurorluğa müraciət etmiş,Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini öyrəndikdən sonra dəfələrlə ona yaxınlaşaraq şikayət ərizəsini geri götürməyini, şikayətini geri götürməyəcəyi təqdirdə isə ona məxsus pulu qaytarmayacağını bildirərək, təsir göstərməyə başlamışdır. Bundan başqa 2024cü ilin iyul ayında Təqsirləndirilən şəxs 9000 manat borc vermişdir. Həmin borc onun dayısı Aslan Hüseynov tərəfindən qaytarılmışdır. Həmin vaxt Elvinə 9000 manat pul vermişdir, Elvin ona Aslan Hüseynova 8000 manat deməyini, qalan 1000 manatı özü qaytaracağını demiş, sonradan həmin 1000 manatdan iki dəfəyə 300 manat olmaqla 600 mantını qaytarsa da, 400 manatını da qaytarmamışdır. Sonradan Elvinə verdiyi 10000 manat pulun həmin pula heç bir aidiyyəti olmamış, həmin pulu Təqsirləndirilən şəxs onu aldararaq ev alqı-satqısına görə almışdır. Hazırda ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxslə barışmamışdır. Lakin Bakı Hərbi Məhkəməsi *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündə Təqsirləndirilən şəxs dayısı tərəfindən ona ödənilən pulun ev alqı-satqısına görə verilən pul olduğunu hesab etmişdir. Nəzərə çatdırır ki, o pulun ev alqı-satqısına görə verilən pula heç bir aidiyyəti yoxdur. 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs verdiyi 9000 manat Elvinə verdiyi borc idi. Aslan Hüseynov tərəfindən qaytarılan 8000 manat həmin borca görə idi. Ev alqısatqısına görə verilən pul isə bu günədək ödənməmiş qalır. Məhkəmədə şahid qismində dindirilmiş şahid2 da ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs1 # ###### 2024-cü il tarixdə onun işlədiyi Bakı şəhəri Neftçilər metrostansiyasının yanına gəlib bir dəfə 4000 manat, ## ###### 2025-ci il tarixdə isə gəlib ondan 6000 manat pul götürmüşdür, həmin vaxt o, Təqsirləndirilən şəxs idarə etdiyi Opel markalı avtomaşınla onun yanına gəlmişdir. Birinci dəfə Təqsirləndirilən şəxs görməmiş, ikinci dəfə isə Elvini görmüşdür. Məhkəmədə bu fakt təsdiqini tapmasına baxmayaraq, onun mülki iddiası təmin edilməmiş, ədalətsiz qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Hökm onun qanuni mənafelərini təmin etmədiyindən, dəymiş maddi ziyanın ödənilməməsi və təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaması səbəbindən hökmlə razı deyil. Iş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs mənim etibarını qazanaraq, guya Cənubi Koreya Respublikasından 2018-ci il istehsalı olan “Kia Ceed” markalı avtomobili dəyərindən aşağı qiymətə gətirə biləcəyi barədə yalan vədlər vermiş, bu məqsədlə ## ###### 2024-cü il tarixdə Sumqayıt şəhərində ondan 6000 manat pul vəsaitini nağd şəkildə almışdır. O, bu vəsaiti alarkən heç bir real imkan və niyyətə malik olmamış, əvvəlcədən planlaşdırılmış şəkildə etibardan suiistifadə etmə və aldatma yolu ilə ona məxsus pul vəsaitini ələ keçirmişdir. Sonradan isə verdiyi vədlərin heç birini yerinə yetirməmiş, avtomobili gətirməmiş və pulunu qaytarmamışdır. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs eyni üsulla bir neçə zərərçəkmişə qarşı təkrar dələduzluq cinayətləri törətmiş, hərbi qulluqçu yoldaşlarının etibarından sui-istifadə etməklə onların külli miqdarda pul vəsaitlərini ələ keçirmişdir. Bu hal onun davranışının təsadüfi deyil, sistemli və məqsədli cinayətkar fəaliyyət olduğunu açıq şəkildə göstərir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hökm çıxararkən, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallara həddindən artıq üstünlük vermiş, zərərçəkmişlərin hüquqlarının bərpası prinsipini lazımi səviyyədə təmin etməmişdir. Hökmün bu formada qəbul edilməsi nəticəsində onun 6000 manat məbləğində maddi zərəri bu günədək ödənilməmiş qalır və zərərçəkmiş şəxs kimi hüquqları faktiki olaraq pozulmuş vəziyyətdədir. Məhkəmə hökm çıxararkən zərərçəkmişə vurulmuş ziyanın ödənilməsini təmin etməli, cəzanı təyin edərkən cinayətin ictimai təhlükəliliyini, törədilmə üsulunu, təkrar xarakterini və zərərçəkmişlərə vurulmuş real ziyanın həcmini nəzərə almalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməl isə etibardan suiistifadə etməklə hərbi qulluqçuların maddi və sosial vəziyyətinə ciddi zərbə vurmuş, onların etimadını pozmuş, bir neçə şəxsə qarşı eyni sxem üzrə təkrar dələduzluq etməsi ilə seçilən ağır ictimai təhlükəli əməldir. Bu baxımdan təyin edilmiş cəza ədalətli və çəkindirici hesab edilə bilməz. Hesab edir ki, birinci instansiya məhkəməsi cəzanın fərdiləşdirilməsi zamanı cinayətin çoxepizodlu və təkrar xarakterini, zərərçəkmişlərin sayını, ziyanın ödənilməməsini və təqsirləndirilən şəxsin əməlindən peşmançılıq göstərməməsini lazımi səviyyədə qiymətləndirməmişdir. Nəticədə hökm zərərçəkmişlərin hüquqlarının müdafiəsi və sosial ədalətin bərpası məqsədinə cavab vermir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünü Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayəti törətməsi hissəsində ləğv edərək, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsiri sübuta yetmədiyindən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istər ilkin araşdırma zamanı verdiyi izahatında, istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı verdiyi bütün ifadələrində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs4 16500 (on altı min beş yüz) manat pul məbləğini sonuncuya Abşeron rayonunun xxxx qəsəbəsində yerləşən “xxxx MTK” yaşayış kompleksindən mənzil alınmasını təmin etmək müqabilində deyil, üç dəfəyə borc kimi almış, zərərçəkmiş şəxs2 6000 (altı min) manat pulu ona Cənubi Koreya Respublikasından 2018-ci il istehsalı olan «Kia Ceed» markalı avtomobili almaq adı ilə deyil, borc olaraq almış, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs1 isə onların qeyd etdikləri tarixlərdə hər hansı məbləğdə pul almamışdır. Bundan başqa Təqsirləndirilən şəxs izahat və ifadələrində qeyd etmişdir ki, zərərçəkmiş şəxs3 və atası şahid1, eləcə də zərərçəkmiş şəxs1 əvvəllər faizlə aldığı pul vəsaitlərini ## #### 2024-cü il tarixdə dayısı Aslan Hüseynov tam halda həmin şəxslərə ödəmişdir. Onun zərərçəkmiş şəxs3lə zərərçəkmiş şəxs1 hər hansı məbləğdə borcu qalmamışdır. Hər iki şəxs ondan əlavə faiz pulu tələb edirlər. Bakı Hərbi Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs verilmiş ittihamdan zərərçəkmiş şəxs3 6000 manat, zərərçəkmiş şəxs1 isə 10000 manat pulunun ələ keçirilməsi epizodları əsaslı olaraq xaric edilmiş, lakin Təqsirləndirilən şəxs digər iki zərərçəkmiş şəxs-zərərçəkmiş şəxs4 16500, zərərçəkmiş şəxs2 isə 6000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi epizodları qanunsuz olaraq saxlanılmışdır. Məhkəmə zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2la bağlı xüsusatların hansı sübutlarla təsdiqini tapdığını əsaslandıra bilməmiş, həmin sübutların nədən ibarət olduğunu göstərməmişdir. Göründüü kimi Təqsirləndirilən şəxs elan olunmuş ittiham yalnız ehtimallara və fərziyələrə əsaslanmışdır. Bu isə cinayət-prosessual qanunvericiliyinin, eləcə də digər normativ hüquqi aktların tələblərinə uyğun deyildir. Bundan əlavə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs təkcə izahat və ifadələrində deyil, barəsində həbs qətimkan tədbiri seçilərkən də məhkəmə prosesində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Eləcə də iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs4 şikayət ərizəsində, izahat və ifadələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, xxxx qəsəbəsində yerləşən «xxxx MTK» yaşayış kompleksindən ona mənzil alacağı barədə vəd verərək onu aldatmaqla ondan 16500 (on altı min beş yüz) manat pul vəsaiti aldığını bildirsə də, özü, xüsusən də ibtidai istintaq orqanı bununla bağlı hər hansı mötəbər sübut (əlyazma, səs yazısı, mesaj, telefon danışığı və s.) təqdim edə bilməmişdir. zərərçəkmiş şəxs4 ərizə, izahat və ifadələrində göstərdiklərini təkcə anası şahid4 ifadəsi ilə təsdiq etmiş, bununla belə onun ifadəsində qeyd etdikləri halların bir çoxu oğlu zərərçəkmiş şəxs4 ifadəsində göstərdikləri ilə ziddiyyət təşkil etmişdir. X9 zərərçəkmiş şəxs4 doğma anası olduğuna görə onun ifadəsinin mötəbər sübut kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. zərərçəkmiş şəxs2 şikayət, izahat və ifadələrində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona Cənubi Koreya Respublikasından 2018-ci il istehsalı olan «Kia Ceed» markalı avtomobili gətirəcəyini vəd edərək onu aldadıb, bu adla ondan 6000 (altı min) manat pul almış, sonra isə vədinə əməl etməyərək, pulunu da qaytarmamışdır. Bununla belə zərərçəkmiş şəxs2 bu barədə istintaqa və birinci instansiya məhkəməsinə heç bir sübut (əlyazma, səs yazısı, mesaj, telefon danışığı və s.) təqdim etməmiş, ibtidai istintaq orqanı da Təqsirləndirilən şəxs bu xüsusatla bağlı ittihamı hər hansı mötəbər sübuta əsaslanmadan elan etmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs onlara qarşı iddia etdikləri hərəkətlərə yol verməzdən əvvəl müvafiq olaraq mənzil almaqda və xaricdən avtomobil gətirməkdə kiməsə kömək, yaxud vasitəçilik etdiyi barədə hər hansı bir məlumatlarının olmadıqlarını bildirmişlər. Bu halda zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs müvafiq olaraq mənzil almaq və xaricdən hər hansı avtomobil gətirmək adı ilə istənilən məbləğdə pul verməsi inandırıcı və məntiqli deyildir. Göründüyü kimi iş materialları arasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayətini törətməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdu. Yəni Təqsirləndirilən şəxs verilmiş ittiham yalnız ehtimallara, o cümlədən müstəntiqin şəxsi mülahizələrinə və fərziyələrinə əsaslanmışdır. Bu isə hazırda qüvvədə olan cinayət-prosessual qanunvericiliyinin tələblərinə tamamilə ziddir. Azərbaycan Respublikası tərəfindən də təsdiq edilmiş «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsində göstərilir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə istintaqı zamanı da müəyyən olundu ki, zərərçəkmiş şəxs4lə zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs iş yoldaşı kimi kömək etmək məqsədilə müvafiq olaraq 16500 manat və 6000 manat borc olaraq vermişlər. Təqsirləndirilən şəxs bütün ifadələrində bildirmişdir ki, həmin pul vəsaitlərini sonradan qaytarmaq məqsədi ilə almış, onları aldatmaq niyyəti olmamışdır. Lakin maddi imkanı olmadığına görə aldığı borcları qaytara bilməmişdir. Odur ki, yuxarıda qeyd olunmuş * saylı Protokolun 1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyi vaxtında ödəmək iqtidarında olmadığına görə həbsdə saxlanılması tamamilə qanunsuzdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxararkən məhkəmədə tədqiq olunmuş sübutlara deyil, ibtidai istintaq orqanının əsassız, yalnız müstəntiqin mülahizə və fərziyələrindən ibarət ittihamına əsaslanmış, bununla da prosessual hüquq normasının tələbini pozmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrilə cəza təyin etməklə cinayət qanunvericiliyinin təqsirə görə məsuliyyət prinsipini, yəni CM-nin 4-cü maddəsində qeyd olunmuş maddi hüquq normasını pozmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə kifayət qədər sübut olmadığına baxmayaraq, barəsində əsassız ittiham hökmü çıxarmış, bununla CM-nin 7-ci maddəsində göstərilmiş maddi hüquq normasının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsiri sübuta yetməsə də, barəsində ittiham hökmü çıxararaq CPM-nin 124-cü maddəsində qeyd edilən prosessual hüquq normalarının tələblərini də pozmuşdur. CM-in 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Lakin birinci instansiya məhkəməsi mötəbər sübutlar olmadan Təqsirləndirilən şəxs cəza təyin etməklə göstərilən prosessual hüquq normasının tələbini də pozmuşdur. Aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həm zərərçəkmiş şəxs4, həm də zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə pul vəsaiti alması barədə verilmiş ittihamın sübuta yetməsində kifayət qədər şübhələr yaranmış və həmin şübhələri digər sübutlarla aradan qaldırmaq da mümkün olmamışdır. Bununla belə birinci instansiya məhkəməsi həmin sübutları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə təfsir etməyərək, barəsində ittiham hökmü çıxarmaqla CPM-nin 145-ci maddəsində qeyd edilmiş prosessual hüquq normalarının tələblərini də pozmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində yalnız ehtimallara əsaslanan ittiham hökmü çıxarmış, bununla da prosessual hüquq normasının tələbini kobud surətdə pozmuşdur. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Bakı Hərbi Məhkəməsinin *- *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünü Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayəti törətməsi hissəsində ləğv edərək, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsiri sübuta yetmədiyindən barəsində bəraət hökmü çıxarılmasını, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı Hərbi Məhkəməsinin *-*(***)- ***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, mülki iddianın tam təmin edilərək, 10000 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini, Təqsirləndirilən şəxs daha sərt cəza təyin edilməsini, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı Hərbi Məhkəməsinin *-*(***)- ***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilməsini tələb etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, təmin edilməsi üçün əsaslar olmadığını, təqsirləndirilən şəxsin əməlinin iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiqini tapdığını qeyd edib, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi dəlili ilə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxsə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi iddia edilir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan əməli törətməsi zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2 və şahidlərin ifadələri və işin digər halları ilə Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, törətdiyi əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, apellyasiya məhkəmə baxışında təqsirləndirilən şəxs və müdafiəçisinin çıxışlarının təqsirləndirilən şəxsin ona istinad edilən əməli törətməməsinə dair dəlilinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə toplanmış sübutlarla təkzib olunan dəlillər olmaqla, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunaraq təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, maddi sıxıntıları və borcu olduğuna görə iş yoldaşı zərərçəkmiş şəxs3 qonşusu Niyaməddindən faizə 4000 manat pul götürmüş, əvvəl bir müddət həmin pulun faizini ödəsə də sonradan vəziyyəti yaxşı olmadığından faizin ödənilməsini saxlamışdır. Üstündən bir müddət keçdikdən sonra zərərçəkmiş şəxs3lə birlikdə Sumqayıt şəhərində bir yerdə olarkən sonuncu zərərçəkmiş şəxs1 pul götürə biləcəklərini demiş, 2023-cü ilin dekabr ayında zərərçəkmiş şəxs1 zəng edib faizə pul götürmək istəmələri barədə danışmışlar. Qədir onlara qudasından faizə pul götürə biləcəyini demiş, sonuncu 2023-cü ilin dekabr ayında ona 4000 manat pul vermişdir. Həmin pulun faizi kimi hər 10 gündən bir 600-800 manat pul verməli olmuş, 2-3 ay həmin pulun faizini Qədirin maaş kartına atmışdır. 2024-cü ilin yanvar ayında çatdıra bilmədiyinə görə Qədirdən yenə 4500 manat pul götürmüş, yanvar ayında iki dəfə 800 manat, iki dəfə də 600 manat Qədirə faiz vermişdir. Getdikcə vəziyyəti pisləşmiş, çatdıra bilməmişdir. Elşadın qonşusu Niyaməddindən götürdüyü pul 4000 manat olmaqla 1500 manatı bir, 2500 manatı bir olmuş, 1500 manata görə hər ayın 18-i 150 manat, maaş alanda isə 2500 manatın faiz olan 250 manat ödəmişdir. 2024-cü ilin fevral ayında təzədən pul lazım olduğuna görə Elşad sonuncunun atası Soltan Əliyevdən pul götürməyi təklif etmiş, Elşad özü atası ilə danışacağını, lakin atasına faiz barədə heç bir söz deməməsini ona bildirmişdir. Elşad atası ilə görüşdükdən bir saat sonra onunla birlikdə Soltan Əliyevin yanına getmiş, Soltan Əliyev ona 10000 manat pul verməyi razılaşaraq bunu gedib yaxınlıqdakı notariusda rəsmiləşdirməyi təklif etmişdir. Notariusda təsdiq edilmiş borc müqaviləsi vasitəsilə ona 10000 manat pul vermiş, Elşadla görüşüb həmin puldan ancaq faizləri vermiş, həmçinin digər borclu olduğu şəxslərə faizləri ödəmişdir. Elşad ona hər ay aparıb sonuncunun atasına 1500 manat ödəməsini demiş, 4 ay 1500 manat pulu Soltan Əliyevə ödəsə də sonuncu bunun faiz olduğunu bilməmişdir. Artıq 7-ci ayda faizə pul tapa bilmədiynə görə vəziyyət barədə dayısına danışmış, dayısı zərərçəkmiş şəxs3 14500 manat pul vermişdir. Həmçinin dayısı zərərçəkmiş şəxs1 olan borcunu da ödəmiş, sonuncu bu barədə yazılı iltizam vermişdir. Elşada faiz kimi 2-3 ay ödəmədiyi 6000 manat pul olmuş, həmin pulun 1500 manatını iş yoldşı şahid3 almışdır. Belə ki, X10 sıxışdırdığını, onun da çıxılmaz vəziyyətdə qaldığını demiş, Rəşad da 1500 manat pul götürüb ona vermişdir. Rəşadın “Kapital” bankdan götürdüyü həmin 1500 manat pulu Elşada vermiş, dayısı da qalan 14500 manat pulu Elşada vermişdir. Həmin puldan 10000 manat Elşadın atasına məxsus, 4500 manat da Elşadın qonşusu Niyaməddinə verəcəyi pul olmuşdur. Dayısı onun borcunu bağlayandan sonra Niyaməddin faizə görə Elşaddan əl çəkməmiş, Elşad da telefonla onu yığmışdır. Qədirdən aldığı pulu şəxsən sonuncudan götürmüş, Qədirin qudasını tanımamışdır. Qədir də onu yığıb ona görə qızının evinə gedə bilməyəcəyini demi, Qədirə onu vəziyyətdən çıxartdığına görə kiminsə yanında pis vəziyyətdə qalmasına imkan verməyəcəyini demişdir. Beləlikləd pulları qaytaracağına dair yalanlar danışmağa başlamış, hətta intihar etmək istəmişdir. zərərçəkmiş şəxs2la zərərçəkmiş şəxs4 şəxsən pul almış, 2019-cu ildə Ilqardan 6500 manat pul almış, 2024cü ildə dayısı Aslan Hüseynov borclarını bağlayandan sonra zərərçəkmiş şəxs4 vəziyyəti izah etmiş, sonuncu onun borclarını bağlamağa köməklik etmək üçün ona 5500 manat pul vermişdir. Üçüncü dəfə 2024-cü ilin dekabr ayında zərərçəkmiş şəxs4 yaşadığı evinə getmiş, orada sonuncu arvadından 4500 manat pul götürüb ona vermişdir. Həmin gün də üstündə olan 600- 700 manat pulu həmin pulun üstünə qoyub borcunu vermişdir. zərərçəkmiş şəxs4 bir dəfəyə deyil, üç dəfəyə cəmi 16500 manat borc almış, evə alacağı barədə heç bir vəd verməmişdir. zərərçəkmiş şəxs2 2023-cü ildə 1800 manat pul borc almış, 2024-cü ildə dyenə Şahin bir nəfərdən 4200 manat pul götürüb ona vermişdir. Şahinə ümumilikdə 6000 manat borcu olmuş, sonuncuya avtomaşın alması barədə heç bir söz verməmişdir. 2024- cü ildə dayısı Aslan Hüseynov pulları ödədikdən sopnra zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs1 pul almamışdır. 2024-cü ilin dekabr ayında naryadda olan vaxt ona Qədirin onu axtardığını və onunla danışmaq isətdiyi bildirilmiş, Ilqar paşaevin telefonu ilə zərərçəkmiş şəxs1la danışarkən sonuncu ona qızının evinə gedə bilmədiyini, qudasından götürdüyü pulun faizini ödəməsini demişdir. Qədirə əgər lazımdırsa sonuncunun qudasının yanına gedib yalavara biləcəyini demiş, bundan bir neçə gün sonra Qədir ona zəng edərək Sulutəpə qəsəbəsindəki evinə dəvət etmişdir. Qədirin yaşadığı Sulutəpə qəsəbəsindəki evə getdikdən sonra birlikdı avtomaşınla Bakı şəhəri Neftçilər metrostansiyasının yaxınlığına getmiş, orada avtomaşından düşməmişdir. Qədir özü avtomaşından düşdükdən sonra kiminləsə söhbət edib onun yanına qayıtmış, qudasının razılaşmadığını, faizini istədiyini demişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – R zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamış, Elvin istər Masallı rayonundakı evlərində, istərsə də şəhərdə yaşadığı evə gedib gəlməklə hər bir ailəsinin üzvünü tanımışdır. 2024-cü ilin sentyabr ayında anası şahid4 Sumqayıtda olan evini satdığına və uşaqları arasında pulu böldüyünə görə ona 16.500 manat pul düşmüş, həmin pula özünə ev almağı nəzərdə tutumuşdur. Hərbi şəhərcikdə evi olsa da bərbad vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs da bu barədə məlumatı olmuşdur. 2024-cü ilin iyun ayının ortalarında, günorta radələrində Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən kafelərin birində nahar etmək üçün sonuncunun istifadəsində olan “Opel Astra” markalı minik avtomobili ilə hərbi hissədən kənara çıxmış və avtomobildə olduğu zaman Təqsirləndirilən şəxs ondan ev almağı nəzərdə tutduğu 16500 (on altı min beş yüz) manat məbləğində pulun hələ də onda olub-olmadığını soruşmuşdur. Müsbət cavab verərək Təqsirləndirilən şəxs sualının səbəbini soruşduqda, sonuncu bir qədər susduqdan sonra ona təklifinin olduğunu bildirmiş və sözlərinə davam edərək Çin Xalq Respublikasından mühərrik yağları gətirmək imkanının olduğunu qeyd edib özünün də pul qoyması şərti ilə həmin pulu bir il ərzində dövr etdirməyi, mühərrik yağlarının satışını həyata keçirməyi və nəticədə yüksək gəlir əldə etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs təklifi ilə razılaşmamış və anası şahid4 söz verdiyini bildirərək həmin pulu yalnız mənzil almaq məqsədi ilə istifadə edəcəyini demişdir. ## ######## 2024-cü il tarixdə təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs hərbi şəhərcikdə yerləşən ona təhkim edilmiş mənzilə gəlib Abşeron rayonunun xxxx qəsəbəsində yerləşən “xxxx MTK” yaşayış kompleksində münasib qiymətə mənzil tapdığını bildirmiş və həmin mənzili ona uyğun qiymətə, yəni 16500 manat ilkin ödəniş verməklə ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs həmçinin, vaxtın az olduğunu, belə imkanın bir daha yarananmayacağını bildirərək “xxxx MTK” yaşayış kompleksinin rəhbərliyində olan tanışları ilə danışdığını, onun ev məsələsini həll etdiyini və qısa müddət ərzində sənədləri hazır edə biləcəyini demişdir. Elvinə 20000 manatdan aşağı ilkin ödənişə ev tpamadığını bildirmiş, sonuncu bu işi həll edəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun yaşadığı mənzili tərk etmiş və təxminən 1 saat sonra yenidən geri qayıdaraq “xxxx MTK” yaşayış kompleksinin rəhbərliyində olan tanışları ilə danışdığını, ilkin ödəniş olaraq 16500 manat pul verdiyi təqdirdə həmin MTK-dan onun adına mənzil ala biləcəyini demişdir. Həmçinin həmin şəxslərin artıq gözlədiklərini qeyd edərək təkidlə pul verməsini istəmiş, hadisənin bu qədər tez cərəyan etməsindən narahatlıq hissi keçirsə də, ilkin ödəniş olaraq 16500 (on altı min beş yüz) manat pul verməklə hər hansı yaşayış kompleksindən mənzil almaq kimi bir imkanın nadir hallarda yarandığını, üstəlik maddi vəziyyətində olan sıxıntılarla bağlı aylıq pul təminatının bir hissəsini ayıraraq pul yığa bilmədiyini və Təqsirləndirilən şəxs təklifinin sərfəli olduğunu düşünərək sonuncu ilə razılaşmışdır. Bundan sonra ## ######## 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı mənzildə “50” və “100” manatlıq pul əskinaslarından ibarət 16500 (on altı min beş yüz) manat məbləğində pulu götürərək Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin ərazisində yerləşən hərbi şəhərciyin ərazisində Təqsirləndirilən şəxs vermişdir. mütəmadi olaraq Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq Abşeron rayonunun xxxx qəsəbəsinin ərazisində yerləşən “xxxx MTK” yaşayış kompleksində yerləşən mənzilə köçəcəyi, mənzilin adına sənədləşdiriləcəyi vaxtı soruşmuşdur. Təqsirləndirilən şəxs isə cavabında hər dəfə müxtəlif bəhanələr gətirib hər şeyin qaydasında olduğunu bildirərək ondan səbrli olmasını və evin sənədləşdirilməsini qısa müddət ərzində həll edəcəyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirməsi artıq onda şübhə yaratmış, buna görə də, o, 2024-cü ilin dekabr ayının əvvəllərində təxminən saat 10 radələrində N nömrəli hərbi hissənin ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs görərək yaxınlaşıb yenidən mənzil məsələsinin hansı mərhələdə olduğu ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs ona Abşeron rayonunun xxxx qəsəbəsinin ərazisində yerləşən “xxxx MTK” yaşayış kompleksində ev almaq üçün verdiyi 16500 (on altı min beş yüz) manat məbləğində pulun “batdığını”, lakin narahat olmamasını, tezliklə vermiş olduğu 16500 manat pulu geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi ifadədən əsəbiləşərək sonuncuya təqdim etdiyi pulu kimə verdiyini soruşmuş və həmin şəxsdən nəyin bahasına olursa-olsun pulu geri alacağını qeyd etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin 16500 (on altı min beş yüz) manat məbləğində pulu kimə verdiyini ona bildirməyərək pulun qaytarılmasına özünün cavabdeh olduğunu demiş, lakin Təqsirləndirilən şəxs sözləri ilə qane olamayaraq hansı tarixdə qaytaracağını deməsini tələb etmişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr ayının sonlarında 16500 (on altı min beş yüz) manat məbləğində pulu ona geri qaytaracağını bildirmiş, lakin Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr ayının sonlarında yenidən müxtəlif bəhanələr gətirərək ona məxsus 16500 (on altı min beş yüz) manat məbləğində pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də baş vermiş hadisə barədə anası şahid4 danışmış, bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs verdiyi pulu qaytarmasını tələb etsə də, sonuncu bundan imtina edərək müxtəlif bəhanələr gətirib pulu qaytarmamışdır. 2025-ci il iyul ayının sonlarında saat 19 radələrində Təqsirləndirilən şəxsla N nömrəli hərbi hissənin ərazisində yerləşən nəzarətburaxılış məntəqəsində qarşılaşmış, sonuncu ona yaxınlaşaraq N nömrəli hərbi hissənin hərbi qulluqçuları R zərərçəkmiş şəxs3, R zərərçəkmiş şəxs2 və həmin hərbi hissənin nasosxana rəsi – mülki şəxs zərərçəkmiş şəxs1 Elvindən prokurorluğa şikayət etdiklərini bildirərək onun da şikayət edib-etməməsi ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs şikayət edən şəxslərin pullarını geri qaytarmayacağını bildirmiş və şikayət edəcəyi halda eyni halın ona da şamil olunacağını deyərək təsir göstərməyə başlamışdır. Ona dəymiş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxslə barışmamış, sonuncu barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 eyni məzmunlu ifadə verərək, zərərçəkmiş şəxs4 yuxarıda göstərdiklərini bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun iş yoldaşı olmaqla aralarında normal münasibətlləri olmuşdur. Günlərin birində Təqsirləndirilən şəxsla birlikdə nahardan qayıdarkən sonuncu ona pul qoyaraq birlikdə mühərrik yağı alqı-satqısı ilə məşğul olmaqla pul qazanmağı təklif etmiş, bu söhbətə çox da məhəl verməsə də Elvin ona bu məsələ barədə Ilqara da dediyini, sonuncunun buna razı olduğunu, amma buna baxmayaraq onunla iş görmək istədiyini demişdir. Ilkinə bu barədə düşünəcəyini bildirmiş, Ilkin hər dəfə onu görəndə işin nə yerdə qaldığını, pul vermək istəyib-istəmədiyini soruşmuşdur. 2024-cü ilin dekabr ayında qərargahın yanında Ilkinə pulu hazır edəcəyini və xəbər etdikdən sonra gəlib götürməsini demiş, həmin vaxt aralığında da Elvin mütəmadi onunla əlaqə saxlayaraq “gecikdiyini” demiş, sonra ona özündə 4000 manat olduğunu, 6000 manatı da onun düzəltməsini, 10000 manat qoyub işə girmələrini təklif etmişdir. ## ###### 2024-cü il tarixdə işdən çıxandan sonra ortaq dostu Rəşadla birlikdə çay içməyə getmiş, saat 20 radələrində Elvin oraya gələrək sonuncuya Rəşadın yanında 4000 manat vermişdir. 2025- ci ilin yanvar ayında zərərçəkmiş şəxs4 yaxınlaşıb sonuncunun məsələsinin nə yerdə qaldığını soruşmuş, Ilqar Elvinin başqa adamlardan pul alıb dələduzluq etdiyini bildirmişdir. Bir-iki gün gözlədikdən sonra Elvinə yaxınlaşıb məsələ ilə maraqlanmış, sonuncu səbirli olub narahat olmamasını, hər şeyin düzələcəyini demişdir. Üstündən bir müddət keçəndən sonra artıq başqa adamların hərbi hissəyə gəldiklərini və Elvindən pul istədiklərini görmüş, sonuncudan bu barədə soruşduqda Elvin yenə narahat olmamasını demişdir. Artıq Elvindən öz pulunu istəmiş, Elvin əgər istərmisə onun pulunu qaytaracağını demişdir. Bir müddət gözlədikdən sonra aprel ayına Elvinin dayısı Aslan Hüseynova zəng edib Elvinin ondan 6000 manat pul alıb qaytarmadığını demiş, Aslan Hüseynov ona Elvinə pul verəndə birinci ilə məsləhətləşmədiyini, X7 özünə 20.000 manat pul “atdığını” demişdir. Sonradan Elvinlə telefonla danışarkən sonuncu iyun ayının 24-nə pulu qaytaracığını demiş, lakin dediyi vaxtda pulu qaytarmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs özünün problemlərinə görə ondan 10000 manat pul istəmiş, bu barədə atası X5 üçün pul istəmişdir. Atası notarial qaydada müqavilə bağlamaqla Elvinə 10000 manat pul vermiş, Elvinin dayısı Aslan Hüseynov həmin pulu qaytarmışdır. Həmin vaxt Elvin özü ona onun Aslan Hüseynova 14000 manat borcu olmasını deməsini xahiş etdiyinə görə, X6 14000 manat borcu olduğunu demiş, 10000 manatdan 6000 manat özünə, 4000 manat isə qonşusundan borc almışdır. Aslan Hüseynovdan pul alan zaman bu barədə, yəni pulu almasına dair ərizə yazmışdır. Həmin 14000 manat pulu Elvinə vermiş, Elvin də həmi pulu aparıb atasına vermişdir. 4000 manatı isə Elvin özü götürmüşdür. Sonradan Elvinə verdiyi 6000 manat həmin pula heç bir aidiyyəti olmamış, hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs3 göstərmişdir ki, N nömrəli hərbi hissədə xidmətdə olan zaman 2024-cü ilin noyabr ayının əvvəllərində, xidmət yoldaşı R Təqsirləndirilən şəxsla nahar etdikdən sonra N nömrəli hərbi hissəyə qayıtmış, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən hərbi hissəyə gedən yolun üzərində olan “Ceyranbatan qəbristanlığının” yaxınlığından keçən zaman Təqsirləndirilən şəxs ona Almaniya Federativ Respublikasından mühərrik yağlarını gətirərək satışını həyata keçirməyi və bu fəaliyyətdən gəlir əldə etməyi, əldə olunmuş gəliri aralarında bərabər şəkildə bölməyi təklif etmişdir. Təqsirləndirilən şəxs söhbət zamanı həmçinin bu təklifi N nömrəli hərbi hissəsinin digər hərbi qulluqçusu, R zərərçəkmiş şəxs4 etməsi və sonuncunun təklifi qəbul etməsi barədə danışaraq zərərçəkmiş şəxs4 özünə yaxın bilmədiyindən bu işi sonuncu ilə iş görmək istəmədiyini bildirmiş, söhbət zamanı Təqsirləndirilən şəxs ona Almaniya Federativ Respublikasından mühərrik yağlarının Azərbaycan Respublikasına 5 (beş) litrlik qablarda, 10- 15 manat dəyərində gətirildiyini bildirərək həmin yağları ölkəyə gətirdikdən sonra 50-60 manata sataraq 35-40 manat gəlir əldə edəcəklərini, bu işlə məşğul olan tanışlarının olduğunu, həmin şəxslərin qısa müddətdə özlərinə avtomobil və mənzil aldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs təklifi onun diqqətini çəkdiyinə görə əlavə gəlir əldə etmək üçün təkliflə razılaşmış, lakin həmin vaxt bu barədə Təqsirləndirilən şəxs heç bir söz deməyərək bu barədə düşünəcəyini bildirdiyi zaman sonuncu həmin işin görülməsi üçün 6000 (altı min) manat pul verilməli olduğunu demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə N nömrəli hərbi hissəsinin ərazisində yerləşən qərargahın inzibati binasının yaxınlığında ona yaxınlaşaraq qərar verib-verməməsi ilə maraqlanmış, həmin vaxt onun bir qədər tərəddüd etdiyini görüb ilkin mərhələdə guya özünün 4000 (dörd min) manat, onun isə 6000 (altı min) manat pul qoyaraq cəmi 10000 manata həmin işi başlaya biləcəklərinə tam inandırmış və bu yolla onun yekun razılığını almışdır. Həmin ərəfələrdə, yəni 2024-cü ilin dekabr ayının əvvəllərində sözügedən məsələ ilə bağlı onunla Təqsirləndirilən şəxs arasında dəfələrlə danışıqlar olmuş, Təqsirləndirilən şəxs həm mobil telefon vasitəsi ilə, həm də əyani olaraq xidmət etdiyi hərbi hissənin ərazisində onunla bu mövzuda söhbət etmişdir. ## ###### 2024-cü il tarixdə, həmçinin həmin tarixdən bir neçə gün əvvəl Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə dəfələrlə danışmış, ## ###### 2024-cü il tarixdə təxminən saat 20 radələrində Təqsirləndirilən şəxsla Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Şəhidlər xiyabanının” yaxınlığında görüşərək sonuncuya Almaniya Federativ Respublikasından mühərrik yağlarının gətirilməsi üçün “50” və “100” manatlıq pul əskinaslarından ibarət olan 6000 (altı min) manat məbləğində pulu vermişdir. Həmin vaxt hərbi hissənin mülki işçisi şahid3 da onların yanında olmuş və Təqsirləndirilən şəxs 6000 (altı min) manat məbləğində pulu götürdükdən sonra ona narahat olmamasını, sözügedən işi qısa müddət ərzində həll edərək əlavə gəlir əldə edəcəklərini bildirmişdir. Bu hadisədən bir neçə gün sonra Təqsirləndirilən şəxsla mütəmadi olaraq əlaqə saxlayıb işlərin hansı mərhələdə olduğunu, mühərrik yağlarının ölkəyə hansı tarixdə gətirələcəyi, nə vaxt gəlir əldə edəcəkləri ilə maraqlanmış, sonuncu isə öz cavabında işlərin qaydasında getdiyini, tezliklə mühərrik yağlarının ölkəyə gətiriləcəyini və onların satışından gəlir əldə edəcəklərini demişdir. 2025-ci ilin yanvar ayının ortalarında xidmət yoldaşı N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R zərərçəkmiş şəxs4 ilə hərbi hissənin ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsində söhbət edən zaman söhbət əsnasında zərərçəkmiş şəxs4 ona Təqsirləndirilən şəxs müxtəlif vədlər verərək çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul aldığını, lakin verdiyi vədlərin heç birini icra etməyərək müxtəlif bəhanələr gətirdiyini, aldığı pulları isə geri qaytarmadığını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs onu da aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. 2-3 gün keçdikdən sonra N nömrəli hərbi hissənin ərazisində yerləşən yanğından mühafizə komandasının inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq işlərin hansı mərhələdə olduğunu, iş qurub əlavə gəlir əldə etmək məqsədilə verdiyi 6000 (altı min) manat məbləğində pulu hara sərf etdiyini soruşmuş, Təqsirləndirilən şəxs isə onun sözlərinə cavab olaraq guya işlərin qaydasında olduğunu bildirsə də, Təqsirləndirilən şəxs artıq inanmadığını, üzərindən kifayət qədər müddət keçsə də heç bir nəticə olmadığını qeyd edərək verdiyi 6000 manat pulunu geri qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs ona iş quraraq əlavə gəlir əldə etmək məqsədilə verdiyi 6000 (altı min) manat məbləğində pulu tezliklə geri qaytaracağını bildirmiş, lakin həmin gündən sonra da hər dəfə müxtəlif bəhanələr gətirərək ona məxsus pulu geri qaytarmamışdır. ## #### 2025-ci il tarixdə saat 13 radələrində N nömrəli hərbi hissənin ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq pulu qaytarmayacağı təqdirdə barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyini demiş, Təqsirləndirilən şəxs isə hər hansı şəxsin Elvinə nə isə edə bilməyəciyini demişdir. Növbəti günlərdə Təqsirləndirilən şəxs verdiyi 6000 (altı min) manat məbləğində pulu geri ala bilmədiyi üçün özünə məxsus olmasına baxmayaraq, sonuncuya yalan danışaraq, 6000 (altı min) manat məbləğində pulu guya ki qonşusu X13 borc aldığını və sonuncunun həmin borcu ondan tələb etdiyini bildirmiş, bu məqsədlə Niyaməddin Həsənovdan eyni məzmunlu səs yazısını ona “Whatsapp” tətbiqi vasitəsi ilə göndərməsini xahiş etdiyi üçün sonuncu bu məzmunda səsi ona göndərmişdir. O da, öz növbəsində həmin səs yazısını Təqsirləndirilən şəxs göndərmiş, bununla da Təqsirləndirilən şəxs verdiyi 6000 manat pulu tez bir zamanda qaytarmağa nail olmaq istəmişdir. Təqsirləndirilən şəxs verdiyi pulun qaytarılmadığını gördüyü üçün ərizə ilə prokurorluğa müraciət etmiş, Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini öyrəndikdən sonra dəfələrlə ona yaxınlaşaq şikayət ərizəsini geri götürməsini tələb edib şikayətini geri götürməyəcəyi təqdirdə ondan iş quraraq əlavə gəlir qazanmaq adı ilə aldığı 6000 manat məbləğində pulu geri qaytarmayacağını demişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, ## ###### 2024-cü il tarixdə iş yoldaşı, N nömrəli hərbi hissəsin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – R zərərçəkmiş şəxs3 ilə sonuncunun yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasının həyətində görüşmüş, spöhbət əsnasında zərərçəkmiş şəxs3 tezliklə Təqsirləndirilən şəxs onların olduqları ünvana gələcəyini bildirmiş, bundan sonra saat 20 radələrində Təqsirləndirilən şəxs sözügedən ünvana gəlib onlarla görüşmüşdür. Üzərindən qısa müddət keçdikdən sonra zərərçəkmiş şəxs3 cüzdanından pul əskinaslarını çıxardıb həmin əskinasların bir qismini ona təqdim edərək saymağını xahiş etmiş, həmin pul məbləğini sayaraq saydığı məbləğin 2000 (iki min) təşkil etdiyini görmüşdür. Həmin anda zərərçəkmiş şəxs3 cüzdanından çıxartdığı pul məbləğinin digər hissəsini saymağa başlamış, 4000 (dörd min) manat pul məbləğini saymış və onun əlində olan 2000 (iki min) manat pul məbləğini alaraq, ümumilikdə 6000 (altı min) manat pul məbləğini Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs 6000 (altı min) manat pul məbləğini götürərək onlardan ayrılmış, bundan sonra zərərçəkmiş şəxs3 hansı səbəbdən Təqsirləndirilən şəxs 6000 (altı min) manat məbləğ pulu təqdim etdiyini soruşmuşdur. zərərçəkmiş şəxs3 isə öz cavabında, gəlir əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxsla birlikdə xarici ölkədən avtomobillərin mühərrik yağlarını gətirəcəklərini, həmin yağların satışını həyata keçirərək külli miqdarda gəlir əldə edəcəklərini bildirmişdir. Elvinin özü ondan da 7000 manat pul almış, lakin həmin pulu qaytarmamışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, R zərərçəkmiş şəxs2 ifadələsində göstərmişdir ki, oğlu Ömər Osmanlı talassemiya daşıyıcısı olduğu üçün müalicəsini həyata keçirmək məqsədi ilə 2024-cü ilin mart ayının əvvəllərində şəxsi mülkiyyətində olan “Honda CR- V” markalı avtomobilini 6000 (altı min) manata satmış, lakin oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Hematologiya və X23 Bölməsində müayinə olunan zaman dövlət qeydiyyatına götürülməsi ilə əlaqədar növbəti müalicə tədbirləri dövlət hesabına həyata keçirildiyi üçün həmin müalicəyə ayırdığı 6000 (altı min) manat məbləğində pulla özünə yeni avtomobil almaq qərarına gəlmişdir. 2024-cü ilin avqust ayının əvvəllərindən etibarən xidmət etdiyi N nömrəli hərbi hissənin hərbi qulluqçuları da daxil olmaqla, ətrafında olan müxtəlif tanışlarından xarici ölkədən avtomobil gətirmək şərtləri, o cümlədən hansı ölkədən daha əlverişli qiymətə avtomobil sifariş edə biləcəyi ilə maraqlanmış, beləliklə 2024-cü ilin noyabr ayının sonları, habelə 2024-cü ilin dekabr ayının əvvəllərində və ortalarında xidmət yoldaşı N nömrəli hərbi hissənin hərbi qulluqçusu, R Təqsirləndirilən şəxs ilə aralarında baş tutmuş danışıqlar zamanı sonuncu ona 6000 (altı min) manat məbləğində pul müqabilində 2018-ci il istehsalı “Kia Ceed” markalı avtomobili Cənubi Koreya Respublikasından sifarişlə gətirə biləcəyini demişdir. Elvinə təklif barədə düşünmək üçün vaxta ehtiyacının olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə ona zəng edərək qərar verib-verməməsi ilə maraqlanmışdır. Həmin ərəfələrdə, yəni 2024-cü ilin dekabr ayının əvvəllərində sözügedən məsələ ilə bağlı Təqsirləndirilən şəxsla dəfələrlə danışaraq nəhayət Təqsirləndirilən şəxs təklifi ilə razı olduğunu, qısa müddət ərzində 6000 (altı min) manat məbləğində pulu sonuncuya verəcəyini demişdir. ## ###### 2024-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində Təqsirləndirilən şəxsla görüşərək 100 manatlıq pul əskinaslarından ibarət olan 6000 (altı min) manat məbləğində pulu nağd şəkildə sonuncuya vermiş, Təqsirləndirilən şəxs həmin pulu götürdükdən sonra ona narahat olmamasını, xarici ölkədən avtomobil gətirilməsi üçün lazımi bütün hərəkətləri edəcəyini, həmçinin verdiyi 6000 (altı min) manat məbləğində pulun xarici ölkəyə göndərməsi ilə bağlı ona ## ###### 2025-ci il tarixdə qəbz təqdim edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla mütəmadi olaraq danışıb avtomobilin ölkəyə nə vaxt gətirələcəyi ilə maraqlanmış, sonuncu isə hər şeyin qaydasında olduğunu, tezliklə avtomobilin ölkəyə çatacağını demişdir. ## ###### 2025-ci il tarixdə təxminən saat 12 radələrində N nömrəli hərbi hissənin ərazisində yerləşən qərargahın inzibati binasında Təqsirləndirilən şəxsla qarşılaşmış, sonuncuya pulun köçürülməsi ilə bağlı qəbzi təqdim etməli olduğunu xatırlatmışdır. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək qəbzi təqdim etməmiş və avtomobilin tezliklə ölkəyə çatacağını, həmçinin hər şeyin qaydasında olduğunu bildirmişdir. Daha sonra ## ###### 2025-ci il tarixdə saat 1N radələrində hərbi hissənin ərazisində yerləşən qərargahın inzibati binasının qarşısında siqaret çəkilməsi üçün təyin edilmiş yerdə digər hərbi qulluqçularla birlikdə dayanan zaman Təqsirləndirilən şəxs da orada olmuş, həmin vaxt xidmət yoldaşı zərərçəkmiş şəxs4 söhbət zamanı Təqsirləndirilən şəxs yaxınlaşaraq verdiyi pulu nə vaxt qaytaracağını soruşmuşdur. Həmin Elvinin hərbi hissədə xidmət edən müxtəlif hərbi qulluqçulara yalan vədlər verərək pul aldığını öyrənmiş, Təqsirləndirilən şəxs ona vəd etdiyi avtomobili təhvil vermədiyini, ona məxsus 6000 (altı min) manat məbləğində pulu geri qaytarmadığını, müxtəlif bəhanələrlə onu aldatdığını başa düşdüyü üçün prokurorluğa ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxslə barışmamış, barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mülki işçisi zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, R Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayının sonları və dekabr ayının əvvəllərində hərbi hissənin ərazisində yerləşən qərargahın inzibati binasının qarşısında ona yaxınlaşaraq ev alqı-satqısı ilə məşğul olmağı təklif edib bu sahənin çox gəlirli olduğunu, qısa müddət ərzində yüksək gəlir əldə edə biləcəklərini qeyd etmiş, bu məqsədlə özünə məxsus Sumqayıt şəhərində yerləşən mənzili satdığını, aralarında olan yaxın münasibətə görə onun da əlavə gəlir əldə etməsini istədiyini bildirərək əlavə pul verib qoşulacağı təqdirdə birlikdə ev alqı-satqısı ilə məşğul olaraq külli miqdarda pul əldə edib yarı bölməyi təklif etmişdir. Təqsirləndirilən şəxs təklifi onun diqqətini çəkdiyi üçün sonuncudan təklifini düşünmək və pul vəsaiti əldə etmək üçün vaxt istəmiş, həmin tarixdə hər hansı maddi vəsaiti olmadığından qohumu şahid2 müraciət etmişdir. 2024-cü ilin dekabr ayının əvvəllərində şahid2 borc qismində 4000 (dörd min) manat məbləğində pul almış, həmçinin üzərindən qısa müddət keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək qərar verib-verməsi barədə maraqlanmışdır. Sözügedən məsələ ilə bağlı həm mobil telefon vasitəsi ilə, həm də əyani olaraq xidmət etdiyi hərbi hissənin ərazisində Təqsirləndirilən şəxsla söhbət etmiş, ## ###### 2024-cü il tarixdə saat 17-18 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib ev alqı-satqısı ilə məşğul olmaq məqsədi ilə Təqsirləndirilən şəxs “50” və “100” manat pul əskinaslarından ibarət 4000 (dörd) min manat məbləğində pulu vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra narahat olmamasını, Sumqayıt şəhəri və Abşeron rayonunun xxxx qəsəbəsində ucuz qiymətə satılan çoxsaylı fərdi yaşayış evlərinin olduğunu, qısa müddət ərzində həmin evlərdən birini alacağını və bu barədə ona məlumat verəcəyini bildirmişdir. ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq uyğun qiymətə ev tapdığını, lakin mövcud olan pulun kifayət etmədiyini və əlavə pul vəsaitinə ehtiyac olduğunu bildirmişdir. Bu səbəbdən yenidən qohumu şahid2la əlaqə saxlayaraq əlavə 6000 (altı min) manat məbləğində pul almaq üçün Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında görüş təyin etmiş, bu məqsədlə ## ###### 2025-ci il tarixdə təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəldikdən sonra sonuncu ilə birlikdə Elvinin idarə etdiyi “Opel Astra” markalı gümüşü rəngdə olan minik avtomobili ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığına getmişlər. Orada avtomobildən düşərək Qara Qarayev prospektində adını dəqiq xatırlamadığı kafeyə daxil olub qohumu şahid2la görüşüb sonuncudan 6000 (altı min) manat məbləğində pulu borc almış, saat 2040 radələrində oradan çıxaraq Təqsirləndirilən şəxs istifadəsində olan “Opel Astra” markalı gümüşü rəngdə olan minik avtomobilinə yaxınlaşıb avtomobilin qarşı tərəf sağ oturacağına əyləşərək sonuncuya 6000 (altı min) manat məbləğində pulu vermişdir. Təqsirləndirilən şəxs pulu verdikdən sonra sonuncu ilə birlikdə yaşadığı ünvana, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə qayıtmış və orada Təqsirləndirilən şəxs ayrılmışdır. Beləliklə Təqsirləndirilən şəxs ümumilikdə 10000 (on min) manat məbləğində pulu ev alqı-satqısı üçün və əlavə gəlir əldə etmək məqsədilə vermiş, lakin Təqsirləndirilən şəxs verdiyi vəd üzrə onun xeyrinə heç bir hərəkət etməyib aldadaraq 10000 manat pulunu ələ keçirmişdir. Pulu Təqsirləndirilən şəxs verdikdən sonra sonuncu ilə görüşən və ya mobil telefon vasitəsilə danışan zaman mütəmadi olaraq işlərinin hansı mərhələdə olması, hər hansı ev alıb-almaması ilə maraqlanmış, sonuncu isə cavabında hələlik uyğun ev tapmadığını, lakin hər şeyin qaydasında olduğunu bildirərək ondan səbrli olmasını tələb etmişdir. 2025-ci ilin yanvar ayının ortalarında N nömrəli hərbi hissənin ərazisində yerləşən yanğınsöndürmə komandasının inzibati binasının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq işlərin hansı mərhələdə olduğunu, sonuncuya verdiyi 10000 (on min) manat məbləğində pulu hara sərf etdiyini soruşduqda Təqsirləndirilən şəxs yenidən hər şeyin qaydasında olduğunu bildirmiş, lakin üzərindən kifayət qədər müddət keçməsində baxmayaraq, heç bir nəticə əldə olunmadığını görüb verdiyi 10000 (on min) manat pulu geri qaytarmasını istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona məxsus 10000 (on min) manat pulu tezliklə geri qaytaracağını bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamış, həmçinin əlavə gəlir əldə etmək məqsədilə hər hansı ev almamışdır. Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 10000 manat pulunun ələ keçirilməsini başa düşdükdən sonra ərizə ilə prokurorluğa müraciət etmiş, Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini öyrəndikdən sonra dəfələrlə ona yaxınlaşaraq şikayət ərizəsini geri götürməsini, şikayətini geri götürməyəcəyi təqdirdə isə ona məxsus pulu qaytarmayacağını bildirərək təsir göstərməyə başlamışdır. Bundan başqa 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs borc verdiyi pul sonuncunun dayısı Aslan Hüseynov tərəfindən ona qaytarılmış, lakin bu barədə ərizə yazaraq Elvinin ona heç bir borcunun olmadığını bildirmişdir. Həmin vaxt Elvinə 9000 manat pul vermiş, Elvin ona Aslan Hüseynova 8000 manat deməsini, qalan 1000 manatı özü qaytaracağını demiş, sonradan həmin 1000 manatdan iki dəfəyə 300 manat olmaqla 600 mantını qaytarsa da, 400 manatını da qaytarmamışdır. Sonradan Elvinə verdiyi 6000 manat pulun həmin pula heç bir aidiyyəti olmamış, həmin pulu Təqsirləndirilən şəxs onu aldararaq ev alqı-satqısına görə almışdır. Hazırda ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxslə barışmamış, barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda verdiyi mülki iddianı da müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 eyni ifadəsində göstərmişdir ki, qudası zərərçəkmiş şəxs1 # ###### 2024-cü il tarixdə onun işlədiyi Bakı şəhəri Neftçilər metrostansiyasının yanına gəlib bir dəfə 4000 manat, ## ###### 2025-ci il tarixdə isə gəlib ondan 6000 manat pul götürmüş, həmin vaxt zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs idarə etdiyi Opel markalı avtomaşınla onun yanına gəlmişdir. Birinci dəfə Təqsirləndirilən şəxs görməmiş, ikinci dəfə isə Elvini görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin təxminən yaz aylarında oğlu zərərçəkmiş şəxs3 iş yoldaşı Elvin ona məxsus restorana gələrək təcili pul lazım olduğunu bildirmiş, notarial qaydada imzalamaqla 10000 manat pulu Elvinə vermişdir. Sonuncu sonradan həmin iki dəfəyə ona qaytarmışdır. 10000 manat pulun verilməsi ilə bağlı oğlu tərəfindən xahiş olunmamış, Elvin özü gəldiyinə görə sonuncuya pul vermişdir. Məhkəmədə verdiyi ifadəsində hasısa yanlışlıqlara yol verməsi səbəbinə görə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq edilmiş şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayında oğlu zərərçəkmiş şəxs3 ona müraciət edərək Təqsirləndirilən şəxs üçün 10000 manat məbləğində borc verməsini istəmiş, əvvəlcə həmin məbləği verməkdən imtina etsə də oğlunun çoxsaylı təkidlərindən sonra notarial qaydada təsdiq edilən müqavilə bağlamaq şərti ilə həmin məbləği verməyə razılıq vermişdir. Bir neçə gün sonra oğlu zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxsla görüşüb notarial qaydada müqavilə bağlamaqla həmin məbləği Elvinə vermiş, 2024-cü ilin iyun ayının əvəllərində Elvin həmin məbləği ona geri qaytarmışdır. Sonradan Elşadın həmin məbləği Elvinin dayısı Aslan Hüseynovdan aldığını, sonra Elvinə verdiyini, sonuncunun da həmin pulu gətirib ona verdiyini öyrənmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yay aylarında mən Lerik rayonunda olduğu vaxt bacısı ona zəng vuraraq bir neçə adamın bacısı oğlu Elvinin borcu olduğuna görə evlərinə gedibgəldiyini bildirmiş, Elvinə zəng edib bu məsələ ilə maraqlandıqda sonuncu hərbi hissədə xidmət etdiyi yoldaşlarından borca pul götürdüyünü demişdir. Bundan sonra Sumqayıta qayıdaraq zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 zəng vurub oradakı ofisinə dəvət etmiş, sonuncular ona Elvinin borc aldığını və uzun müddət pulu qaytarmadığını demişlər. Elvin özü də hər iki şəxsdən pul aldığını və pulun müəyyən hissəsinin faizini də verdiyini təsdiq etmiş, hazırda isə nə əsas pulu, nə də ki, faizi qaytara bilmədiyini bildirmişdir. Həmin vaxt Elvinə əsəbiləşərək otaqdan qovmuş, Elşad və Qədirlə söhbəti davam edərək əvvəlcə nəyə görə o qədər pulu Elvinə verdiklərinə görə öz iradını, daha sora isə pullarını qaytaracağını bildirmişdir. ## #### 2024-cü il tarixində zərərçəkmiş şəxs1 8000 manat, zərərçəkmiş şəxs3 isə 14500 manat pul vermiş, sonra hər iksindən bu barədə yazılı ərizə almışdır. Qədir ərizəsində Təqsirləndirilən şəxs verdiyi 8000 manat pulu ondan aldığını və Elvinin Qədirə heç bir borcu olmadığını yazmış, bundan sonra ondan üzrhaxlıq edərək çıxıb getmişdir. zərərçəkmiş şəxs3 ona Elvinin 10000 manat pulu Elşadın atasından aldığını, 6000 manat da qonşusundan alıb Elvinə verdiyini, Elvinin həmin puldan 1500 manat qaytardığını demiş, 14.500 manat pulu Elşada verdikdən sonra sonuncudan Təqsirləndirilən şəxs verdiyi borcu ondan almasına və heç bir borcunun olmamasına dair ərizə almışdır. Hər iki şəxsə bir daha Elvinə pul verməmələrini, sonuncunun həmin pulu qaytarmağa imkanının olmadığını demişdir. Təxminən iki ay sonra rayonda olarkən Elvin ona zəng vurub Qədirin Elvinə zəng vuraraq faiz istədiyini bildirdikdən sonra zərərçəkmiş şəxs1 zəng vurub bu barədə maraqlanmış, həmin vaxt aralarında narazılıq olmuşdur. Sonradan Elvin ona qədirin 2000 manat yox, bur dəfə faiz olaraq 4000 manat istədiyini bildirmiş, zərərçəkmiş şəxs1la telefonla danışarkən sonuncu ona pulu faizə götürüb, Elvinə verdiyini, həmin adamın da öz faizini istədiyinə görə o da Elvindən faiz istədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, tanışı zərərçəkmiş şəxs3 ona Elvinə Hüseynova pul verdiyini söyləmiş, belə ki, bir dəfə təxminən 2024-cü ilin mart ayında həyətlərində oturarkən Elşadın qanı qara olduğunu gördüyünə görə sonuncudan nə baş verdiyini soruşmuş, Elşad ona Elvin adlı iş yolaşına pul verdiyini və sonuncunun pulu qaytardığını demişdir. Sonra Elşad ondan özünə guya pulun ona aid olmasına dair səs atmasını xahiş etmiş, o da Elşada guya pulunu istəməsinə dair səs atmışdır. Elşada kiməsə faizə verməsi üçün pul verməmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şahid4 tərəfindən Sumqayıt Hərbi prokurorluğuna ünvanlanmış ## #### 2025-ci il tarixli ərizədən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, R Təqsirləndirilən şəxs onun övladı həmin hərbi hissənin hərbi qulluqçusu, R zərərçəkmiş şəxs4 Abşeron rayonunun xxxx qəsəbəsində yerləşən “xxxx” MTK yaşayış kompleksindən mənzil alınmasında köməklik göstərilməsi adı ilə 16500 (on altı min beş yüz) manat məbləğində pul almış, lakin vədi üzrə heç bir hərəkət etməyərək həmin pulu ələ keçirmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R zərərçəkmiş şəxs3 ## #### 2025-ci il tarixli ərizəsindən görünür ki, həmin hərbi hissənin sabiq hərbi qulluqçusu, R Təqsirləndirilən şəxs xarici ölkədən avtomobil üçün nəzərdə tutulmuş mühərrik yağlarının gətirilməsi və həmin yağların satışı ilə məşğul olaraq əlavə gəlir əldə etmək adı ilə ondan 6000 (altı min) manat məbləğində pul almış, lakin vədi üzrə heç bir hərəkət etməyərək həmin pulu ələ keçirmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, R zərərçəkmiş şəxs2 tərəfindən Sumqayıt Hərbi Prokurorluğuna ünvanlanmış ## #### 2025-ci il tarixli ərizədən görünür ki, həmin hərbi hissənin sabiq hərbi qulluqçusu, R Təqsirləndirilən şəxs xarici ölkədən avtomobil gətirmək adı ilə ondan 6000 (altı min) manat məbləğində pul almış, lakin vədi üzrə heç bir hərəkət etməyərək həmin pulu ələ keçirmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş N nömrəli hərbi hissənin nasosxana rəisi, mülki işçisi zərərçəkmiş şəxs1 tərəfindən Sumqayıt Hərbi Prokurorluğuna ünvanlanmış ## #### 2025-ci il tarixli ərizədən görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, R Təqsirləndirilən şəxs ev alqı-satqısı ilə məşğul olaraq gəlir əldə etmək adı ilə ondan 10000 (on min) manat məbləğində pulu almış, lakin vədi üzrə heç bir hərəkət icra etməyərək həmin pulu ələ keçirmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ## ### 2018-ci il tarixli ** nömrəli əmrindən çıxarışdan görünür ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “R” hazırlığı kursunu bitirmiş R Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Müdafiə Nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## ### 2018-ci il tarixli 0139 gm nömrəli əmri ilə ## ### 2025-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuşdur. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ## ######## 2018-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, R Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Müdafiə Nazirinin Maddi-Texniki Təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş idarəsinin rəisinin ## ######## 2018-ci il tarixli 027 g nömrəli əmri ilə yanğınsöndürən komanda rəisi vəzifəsinə təyin olunmuşdur. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ## ###### 2023-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, R Təqsirləndirilən şəxs R hərbi rütbəsi verilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ## ###### 2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, R Təqsirləndirilən şəxs Müdafiə Nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ## ###### 2025-ci il tarixli 0102 gm nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin sərəncamına N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, ## ###### 2025-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuşdur. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ## ###### 2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, R Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin texniki qulluq və təmir işlərinin planlaşdırılması bölməsinin mütəxəssisi (əlaqələndirmə üzrə) vəzifəsinə təyin edildiyinə görə ## ###### 2025-ci il tarixdən vəzifəsinin icrasına başlamışdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş «xxxx» MMC-dən ## ######## 2025-ci il tarixdə daxil olmuş 01 (bir) ədəd CD diskə keçirilmiş baxış protokolundan görünür ki, ***-***-**-** saylı mobil nömrə X1 adına rəsmiləşmiş, faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsində olan 070- 750-50-87 mobil telefon nömrəsinin anten dairələrinin yerləşmə yerlərinə əsasən ## ######## 2024-cü il tarixdə saat 1533 və 1638 -də Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, ## ###### 2024-cü il tarixdə saat 1643 -də Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, ## ###### 2024-cü il tarixdə saat 2000 , 2019 və 2054 -də ünvan 4 ünvanında, ## ###### 2024-cü il tarixdə saat 1702 -də ünvan 3 ünvanında, ## ###### 2025-ci il tarixdə saat 1928 və 1952 -də Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, ## ###### 2025-ci il tarixdə saat 2035 -də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında qeydə alınmışdır. Iş materiallarında olan və məhəkəmə iclasında tədqiq edilmiş cild 3, iş vərəqə 130- da olan ərizənin surətindən görünür ki, həmin ərizədə “mən zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verdiyim 8000 manat pulu Elvinin dayısı Aslan müəllimdən geri aldım. Elvinin mənə borcu qalmadı” məzmunda yazı vardır. Iş materiallarında olan və məhəkəmə iclasında tədqiq edilmiş cild 3, iş vərəqə 131- də olan ərizənin surətindən görünür ki, həmin ərizədə “mən zərərçəkmiş şəxs3 Soltan oğlu bildirirəm ki, iş yoldaşım Təqsirləndirilən şəxs verdiyim 14 min manatı və Elvin üçün qonşumdan aldığım 4500 manat pulu (1500 m. Elvin qaytarmışdı, qalıb 4500 m.) Elvinin dayısı Aslan m. tərəfindən geri aldım. Elvinin mənə və qonşuma heç bir borcu qalmamışdır” məzmunda yazı vardır. Iş materiallarında olan zərərçəkmiş şəxs3 Soltan oğlu tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X19 X17 portalından təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlilləri əsassızdır, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin maddələr üzrə onun təqsirsizliyini təsdiq edən və ya ona bəraət verilməsi üçün heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla onun CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, yəni zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2 aldatmadığı və sonuncuların etibarından sui-istifadə etmədiyi, hər iki şəxsdən sadəcə borc kimi qeyd edilən məbləğləri almasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hökmdə qeyd etmişdir ki, hər iki zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2 həm məhkəmə istintaqı zamanı, həm məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs üzünə qarşı 16500 və 6000 manat məbləğdə pulu məhz sonuncunun zərərçəkmiş şəxs4 ev almaq, zərərçəkmiş şəxs2 isə avtomaşın almaq üçün aldığını bildirmiş, bu hal iş materiallarında olan digər sübutlarla da öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələrlə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı və istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki iddianın tam təmin edilərək, 10000 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi, Təqsirləndirilən şəxs daha sərt cəza təyin edilməsi və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin Təqsirləndirilən şəxs 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair dəlilləri ilə razılaşmır və həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki iddianın tam təmin edilərək, 10000 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs aldatma və ya etibardan sui-istifadə nəticəsində zərərçəkmiş şəxs1 10000 manat pul vəsaitini ələ keçirməsi iş materialları ilə öz təsdiqini tapmır. Əksinə iş materiallarından görünür ki, 2024-cü ilin əvvəlində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs3 10000 manat, zərərçəkmiş şəxs1 isə 8000 manat məbləğində borc pul almış və ## #### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs dayısı Aslan Hüseynov hər iki şəxsin pulunu qaytararaq sonunculara bir daha Təqsirləndirilən şəxs pul verməmələrini bildirməklə hər iki şəxsdən bu barədə yazılı iltizam almışdır. Birinci instansiya məhkəməsi hökmdə düzgün olaraq qeyd etmişdir ki, hətta zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sonuncuların iddia etdikləri pul məbləğini vermələri faktı qəbul edilsə belə, burada aldatma və ya etibardan sui-istifadə nəticəsində həmin pul vəsaitlərinin ələ keçirilməsindən bəhs oluna bilməz. Çünki zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs artıq onların pullarını özünün qaytara bilmək iqtidarında olmaması və Aslan Hüseynovun da onları xəbərdar etməsi səbəbindən hansısa “iş” görmək və ya “biznes” fəaliyyəti ilə məşğul olmaq imkanına malik olmamasından məlumatları olmuş və burada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri aldatması və ya etibarlarından sui-istifadə etməsi inandırıcı olmamışdır. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olması barədə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlililk dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini, və zərərçəkmiş şəxslərə vurulmuş zərərin tam aradan qaldırmamasını nəzərə almışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin xidmət yeri üzrə müsbət səciyyələndirilməsini, cinayət nəticəsində vurulmuş ziyanı ödəməyə cəhd göstərməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal isə müəyyən etməmişdir. Ədalət prinsipinə görə təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Zərərçəkmiş şəxslər apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın açıq-aydın yüngül olması səbəbindən ədalətsiz olması barədə tutarlı dəlillər gətirməmişlər. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərində azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin təyin olunmasının hansı zərurətdən əmələ gəlməsi əsaslandırılmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixi qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhuremtmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Hazırki işin konkret hallarına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, nəzərə aldığı iş üzrə cəzanı yüngülləşdirən halları hökmdə əsaslandırmışdır. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi, cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı qərarı). Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməli qəsdən törədilməklə Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halın olmaması və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinin dəlilləri təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 394, 397, 398, 407, 410-cu maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-8)-4/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-8)-4/2026
20.05.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver