Məhkəmə qərarları › İş №1-1(3-8)-5/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-8)-5/2026

30.04.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1-1(3-8)-5/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin *-*(***)- ***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü ilə ##.##.1999-cu il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Quba rayonu, Qımıl-Qışlaq kəndində qeydiyyatda olmaqla orada yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinmiş, 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs hərbi xidmətə başladığı 2014-cü ildən, xüsusən də ## ####### 2021-ci il tarixdən başlayaraq Müdafiə Nazirliyinin Laçın rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmət etdiyi müddətlərdə yalnız məzuniyyət dövrlərini Quba rayonu, Qımıl-Qışlaq kəndində olan ailəsinin yaşadığı evdə keçirmiş, həmin dövrlərdə iki dəfə ailə qurub hər iki halda arvadından boşanmaqla o və ailə üzvləri ilə birlikdə yaşayan əmisi Zərərçəkmiş şəxs müxtəlif tarixlərdə və vaxtlarda tez-tez spirtli içki qəbul edərək yaşadıqları evdə dəfələrlə öz anası şahid5 və atası şahid7 ilə əsassız mübahislər aparmasının, mütəmadi olaraq digər ailə üzvləri olan anası şahid6 və azyaşlı qardaşı şahid4 yanında nalayiq ifadələr işlətməsinin, birgə yaşadıqları evə yüngül həyat tərzi keçirən qadınları gətirməklə əxlaqsız hərəkətlər etməsinin və ümumilikdə dəfələrlə birgəyaşayış qaydaları, sosial davranış prinsipləri, habelə etik və şəxsi məsuliyyət çərçivələri ilə bir araya sığmayan hərəkətlər etməsinin şahidi, hətta bəzi hallarda bu mübahisələrin iştirakçısı olmaqla dəfələrlə iradını bildirmiş, lakin Zərərçəkmiş şəxs buna heç bir məhəl qoymayaraq həmin əməllərini davam etdirmişdir. Bu səbəbdən, eləcə də əmisi Zərərçəkmiş şəxs spirtli içki aludəçisi olmaqla tüfeyli həyat tərzi keçirdiyindən, habelə onun həmin əməllərinə görə kənd camaatı arasında utanc hissi keçirməklə ailə üzvlərini nüfuzdan saldığından, iradları artıq kəskin etiraz həddinə çatmış, lakin atası şahid7 bunun qarşısını alaraq əmisi Zərərçəkmiş şəxsla aralarındakı mübahisə və münaqişələrin dərinləşməsinə imkan verməmişdir. Buna baxmayaraq analoji hallar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komandiri vəzifəsində, R hərbi rütbəsində xidmətdə olarkən hərbi hissə komandirinin ## #### 2025-ci il tarixli, *** nömrəli əmri ilə ## #### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək yaşadığı Quba rayonu Qımıl-Qışlaq kəndində yerləşən evlərində növbəti məzuniyyətini keçirdiyi müddətlərdə də davam etmiş, həmin müddətdə Təqsirləndirilən şəxs yenidən əmisi Zərərçəkmiş şəxs yaşadıqları evdə heç bir səbəb olmadan dəfələrlə dava-dalaş salması, nənəsi şahid5 ünvanına nalayiq ifadələr işlətməsi və bu kimi hərəkət və davranışları ilə ona və ailə üzvlərinə qarşı aşkar surətdə hörmətsizlik nümayiş etdirməsinin şahid olmuş və bununla da ümumilikdə qeyd edilən dövr ərzində davam edən bu hallar onda əmisi Zərərçəkmiş şəxs qarşı xüsusi nifrət və ikrah hissinin formalaşmasına səbəb olmuşdur. Bütün bu amillərin nəticəsi olaraq Təqsirləndirilən şəxs sonda həmin hərəkətlərinə görə əmisi Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməklə öldürmək qərarına gəlmiş və ## ###### 2025-ci il tarixdə axşam saatlarında onun öz anası şahid5 ilə mübahisə etməsindən sonra bu fikrini qətiləşdirmişdir. Öz cinayətkar niyyətini həyata keçirmək məqsədlə Təqsirləndirilən şəxs, əmisi Zərərçəkmiş şəxs izləmiş, növbəti gün, ## ###### 2025-ci il tarixdə saat 20 radələrində onun yaşadıqları Quba rayonu, Qımıl-Qışlaq kəndində yerləşən evin həyətindəki tövlənin qarşısında tək olması, eləcə də ətrafda kimsənin olmamasını görüb yaranmış əlverişli imkandan istifadə edərək qəflətən ona yaxınlaşmış və əvvəlcədən həmin evin mətbəx otağından götürdüyü soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı, dəstəyi qara rəngli bıçaqla Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində ona qarşı yaranmış ‘nifrət səbəbindən qəsdən həyatdan məhrum etməklə öldürmək niyyəti ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı yəni, 08 ədəd bıçaq zərbəsi vuraraq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid "posthemorragik və posttravmatik şokla, daxili qanaxma, sol və sağ tərəfli hemopnevmatoraksla müşayiət olunmuş qaraciyərin və piyliyin zədələnməsi ilə döş qəfəsinin 01 (bir) ədəd, qarın nahiyəsinin 02 (iki) ədəd daxilə keçən deşilmiş-kəsilmiş yaraları”, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid "döş qəfəsi, qarın, bel, kürək və sol bud nahiyyələrinə hərəsinə 01 (bir) ədəd olmaqla daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları” xəsarətlərini yetirmişdir. Bu zaman həyətə çıxan atası şahid7 onlara yaxınlaşaraq bıçağı oğlu Təqsirləndirilən şəxs əlindən alıb həyətdə yerləşən tövlənin damına atmış və anası Elminaz Seyidməınmədova ilə birlikdə onları ayırmağa çalışmış, həmin vaxt Zərərçəkmiş şəxs zərbələrdən yayınmaq və həyatını xilas etmək üçün fürsət tapıb qaçaraq evə daxil olsa da, Təqsirləndirilən şəxs onu qəsdən həyatdan məhrum etməklə öldürməkdən ibarət niyyətini başa çatdırmaq üçün sonuncunun ardınca pəncərədən evə daxil olaraq Zərərçəkmiş şəxs baş nahiyəsinə ardıcıl dörd-beş yumruq zərbəsi vurmuş, lakin hadisə zamanı Zərərçəkmiş şəxs aktiv müqavimət göstərməsi vəvalideynlərinin müdaxilə edərək buna mane olması, habelə hadisə yerinə gəlmiş atası şahid7 onun əlindən bıçağı alıb həyətdə yerləşən tövlənin damına atması və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq göstərilmiş təxirəsalınmaz ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olduğundan o, sonuncunun qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Hərbi Məhkəməsinin *-*(***)- ***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi və daha ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün qiymətləndirilməmiş, sübutlar tam və obyektiv araşdırılmamış, nəticə də onun əməli hüquqi baxımdan düzgün tövsif edilməmişdir. Bu səbəbdən həmin hökm qanunsuz və əsassızdır, buna görə də dəyişdirilməlidir. İş materiallarından görünür ki, hadisə ailədaxili münaqişə zəminində baş vermişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs uzun müddət spirtli içki qəbul edən, tez-tez sərxoş vəziyyətdə evə gələrək ailə üzvləri ilə mübahisə yaradan, nalayiq ifadələr işlədən və ailə üzvlərinə qarşı hörmətsiz davranışlar nümayiş etdirən şəxs olmuşdur. Bu hallar onun tərəfindən dəfələrlə müşahidə edilmiş və o da zərərçəkmiş qarşı ciddi psixoloji gərginlik və mənəvi sarsıntı yaratmışdır. O, məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, onun məqsədi zərərçəkmiş şəxsi öldürmək deyil, onu qorxutmaq və bu davranışlarına son qoymaq olmuşdur. Bu hal iş materialları ilə də təsdiq olunur. Hadisənin baş verməsi ani emosional vəziyyətin nəticəsi olmuş və əvvəlcədən planlaşdırılmış qəsdən adam öldürmə niyyəti ilə müşayiət olunmamışdır. İş materiallarından görünür ki, onun öldürmə niyyəti qəti şəkildə sübuta yetirilməmişdir. Hadisə zamanı zərərçəkmiş şəxsə vurulmuş xəsarətlər nəticəsində o, sağ qalmış və vaxtında göstərilmiş tibbi yardım nəticəsində həyatını itirməmişdir. Məhkəmə tibbi-ekspertizasının rəyinə əsasən ona vurulmuş xəsarətlər sağlamlığa ağır zərər kimi qiymətləndirilmişdir. Bu isə əməli qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif etməyə əsas verir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs tərəfindən ona qarşı hər hansı şikayət və ya tələb irəli sürülməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi onun şəxsiyyətini xarakterizə edən hallar lazımi qaydada qiymətləndirməmişdir. O, əvvəllər məhkum olunmamışdır. Ali hərbi təhsilli zabitidir və uzun müddət hərbi xidmət keçmişdir. Bütün bu hallar onun cinayət məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalı idi. Lakin məhkəmə bu halları lazımi səviyyədə qiymətləndirməmişdir. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi və daha ədalətli cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X2 çıxış edərək apellyasia şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2002-ci il tarixli Qərarına qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən yetirilən coxsaylı biçaq zərbələri, xəsarətin yetirildiyi nahiyələr, cinayətin davamlılığı, cinayətin törədilmə şəraiti, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla coxsaylı xəsarətləri yetirdikdən sonra atası şahid7 tərəfindən bıçağın əlindən alındıqdan sonra qaçaraq canını qurtarmaq istəyən zərərçəkmiş şəxsin ardı ilə evin pəncərəsindən daxil olaraq sonuncunun baş nahiyyəsindən yumruq zərbələri endirilməsi, valideynləri tərəfindən hərəkətlərin davam etdrilməsinə mane olması təqsirləndirilən zərərçəkmiş şəxsin öldürmə niyyətinin sübutudur. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən əməl düzgün hüquqi qiymət verilərək, sübutlara əsaslanaraq hüquqa uyğun tövsif edilmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət–hüquqi normaların işığında apellyasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisəli təhlil etməklə aşağıdakılar qeyd etməyi zəruri hesab olunmalıdır. “Elektron Prokurorluq İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə heç bir məlumat yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” “Zəngilanın azad olunmasına görə" və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur Birinci instansiya məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və “Cəbrayılın azad olunmasına görə” “Zəngilanın azad olunmasına görə" və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinin tələblərinə nəzərə alınaraq ən yüngül həddə cəza təyin edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X1 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar