Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1-1(3-8)-6/2026 12.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs Rüstəmov İlkin Natiq oğlu və onun müdafiəçisi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Rüstəmov İlkin Natiq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü ilə (hakim Bilal Məmmədov) ## #### 1996-cı il tarixdə Beyləqan şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikasının Strateji X2 Agentliyinin Mühafizə İdarəsinin Xüsusi mühafizə bölməsinin sabiq əməkdaşı, ehtiyatda olan əsgər, orta təhsilli, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşamış, Bakı Hərbi Məhkəməsinin ## ### 2025- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda cəza çəkən və barəsində həbs qətimkan tədbiri seçilmiş Rüstəmov İlkin Natiq oğlu Azərbaycan Respublikasının CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- **/**** nömrəli hökmü ilə Rüstəmov İlkin Natiq oğluna təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzası hazrki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Rüstəmov İlkin Natiq oğlunun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları : Məhkəmənin hökmünə əsasən Rüstəmov İlkin Natiq oğlu ona görə məhkum olunmuşdur ki, o, Azərbaycan Respublikasının Strateji X2 Agentliyinin Mühafizə İdarəsinin Xüsusi mühafizə bölməsinin əməkdaşı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 2024-cü ilin yanvar ayının ortalarında əvvəlcədən münasibətləri olmaqla etibarını qazandığı xidmət yoldaşı şahid2 ilə iş yerində söhbət zamanı sonuncunun həmkəndlisi vətəndaş zərərçəkmiş şəxs2 Strateji X2 Agentliyində işə qəbul olunmaq istədiyini öyrənmiş və yaranmış əlverişli şəraitdən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncunun əmlakını ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, heç bir real imkan və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək və zərərçəkmiş şəxs2 xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadığı halda, xidmət yoldaşı şahid2 şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini verərək zərərçəkmiş şəxs2 ona zəng etməsini tapşırmışdır. Bundan sonra şahid2 zərərçəkmiş şəxs2lə əlaqə saxlayaraq İlkin Rüstəmovun həmin agentlikdə işə düzəltməkdə ona köməklik göstərə biləcəyini bildirmiş və mobil telefon nömrəsini verərək onunla danışmasını tövsiyə etmişdir. zərərçəkmiş şəxs2 həmin nömrəyə zəng edərək özünü təqdim edib agentlikdə müvafiq işlə təmin olunmaq istədiyini bildirdikdə, İlkin Rüstəmov telefon danışığını münasib saymayaraq, məsələni daha ətraflı müzakirə etmək üçün görüşməyi təklif etmiş və bununla bağlı razılığını almışdır. Bundan sonra İlkin Rüstəmov əvvəlcədən formalaşdırdığı cinayətkar niyyətini həyata keçirmək məqsədilə ## ###### 2024-cü il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən “Bazarstore” adlanan hipermarketin qarşısında zərərçəkmiş şəxs2lə görüşmüş, sonuncunun ali təhsilli olduğunu bilib ondan ümumilikdə 10.000 (on min) manat məbləğində pul ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. İlkin Rüstəmov məbləğin böyük olduğunu nəzərə alaraq cinayətkar niyyətinə nail olmaq üçün pulu hissə-hissə almağı planlaşdırmış və bu məqsədlə zərərçəkmiş şəxs2 guya tanıdığı yüksək rütbəli vəzifəli şəxs vasitəsilə 6000 (altı min) manat məbləğində pul verilməsi müqabilində onu Strateji X2 Agentliyində mühafizəçi kimi işə qəbul etdirə biləcəyini, pulun 5000 (beş min) manat məbləğini əvvəlcədən qalan hissəsini isə işə qəbul olduqdan sonra ödəməli olduğunu bildirərək bu işin görülməsində ona köməklik göstərə biləcəyi barədə yalan vədlər verib aldatmaqla özünə inandırmış, zərərçəkmiş şəxs2 isə digər amillərlə yanaşı həm də, onun qulluq mövqeyinə görə verilən vədə inanaraq həmin təkliflə razılaşmışdır. Daha sonra aralarında olan razılığa əsasən zərərçəkmiş şəxs2 ## ###### 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Rövşən Əliyev küçəsində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə 5000 (beş min) manat məbləğində pulu İlkin Rüstəmovun təqdim etdiyi və onun adına olmaqla şəxsi istifadəsində olan «xxxx» ASC-yə məxsus «4169-7388- 1589-3486» nömrəli bank hesabına göndərmişdir. İlkin Rüstəmov cinayətkar əməllərinin davamı olaraq və əvvəlki niyyətini reallaşdırmaqla daha artıq məbləğdə pul ələ keçirmək məqsədilə 2024-cü ilin aprel ayının əvvəllərində zərərçəkmiş şəxs2 yenidən zəng edib ali təhsilli olduğu üçün əlavə 5000 (beş min) manat məbləğində pul verilməsi müqabilində ona R hərbi rütbəsi verdirərək zabit kimi xidmətə qəbul etdirə biləcəyini bildirmiş, zərərçəkmiş şəxs2 isə verilən vədə inanaraq 2024-cü ilin aprel ayının ortalarında eyni “Milliön” ödəmə terminalı vasitəsilə əlavə 5000 (beş min) manat məbləğində pulu İlkin Rüstəmovun təqdim etdiyi və onun adına olmaqla şəxsi istifadəsində olan həmin bank hesabına göndərmiş, lakin vədi üzrə heç bir real hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs2 məxsus ümumilikdə vahid niyyətlə 10.000 (on min) manat məbləğində pulu ələ keçirib xeyli miqdarda dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2024-cü ilin fevral ayının əvvəllərində əvvəlcədən münasibətləri olmaqla etibarını qazandığı vətəndaş zərərçəkmiş şəxs2 ona zəng edərək həmkəndlisi vətəndaş zərərçəkmiş şəxs1 Strateji X2 Agentliyində işə qəbul olunmaq istədiyini bildirdikdə, yaranmış əlverişli şəraitdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncunun əmlakını ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, heç bir real imkan və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək və zərərçəkmiş şəxs1 xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadığı halda, zərərçəkmiş şəxs2 şəxsi istifadəsində olan 055-990- **-** saylı mobil telefon nömrəsini verərək zərərçəkmiş şəxs1 ona zəng etməsini tapşırmışdır. Bundan sonra zərərçəkmiş şəxs1 həmin nömrəyə zəng edərək özünü təqdim edib agentlikdə müvafiq işlə təmin olunmaq istədiyini bildirdikdə, İlkin Rüstəmov telefon danışığını münasib saymayaraq, məsələni daha ətraflı müzakirə etmək üçün görüşməyi təklif etmiş və bununla bağlı razılığını almışdır. Bundan sonra İlkin Rüstəmov əvvəlcədən formalaşdırdığı cinayətkar niyyətini həyata keçirmək məqsədilə ## ###### 2024-cü il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Göyərçin parkı” adlanan ərazidə zərərçəkmiş şəxs1lə görüşərək guya tanıdığı yüksək rütbəli vəzifəli şəxsin vasitəsilə 6000 (altı min) manat məbləğində pul verilməsi müqabilində onu Strateji X2 Agentliyində mühafizəçi kimi işə qəbul etdirə biləcəyini, pulun 5000 (beş min) manat məbləğini əvvəlcədən qalan hissəsini isə işə qəbul olduqdan sonra ödəməli olduğunu bildirərək bu işin görülməsində ona köməklik göstərə biləcəyi barədə yalan vədlər verib özünə inandırmış, zərərçəkmiş şəxs1 isə verilən vədə inanaraq həmin təkliflə razılaşmışdır. Daha sonra aralarında olan razılığa əsasən zərərçəkmiş şəxs1 ## ###### 2024- cü il tarixdə Abşeron rayonu, Heydər Əliyev prospektində yerləşən “Rahat Market”də quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə 5000 (beş min) manat məbləğində pulu İlkin Rüstəmovun təqdim etdiyi və onun adına olmaqla şəxsi istifadəsində olan «xxxx» ASC-yə məxsus «4169-7388-1589-3486» nömrəli bank hesabına göndərmişdir. İlkin Rüstəmov cinayətkar əməllərinin davamı olaraq və əvvəlki niyyətini reallaşdırmaqla daha artıq məbləğdə pul ələ keçirmək məqsədilə təxminən bir həftə sonra zərərçəkmiş şəxs1lə yenidən əlaqə saxlayaraq sənədlərinin hazır olduğunu, yaxın günlərdə işə başlayacağını bildirərək əvvəlcədən razılaşdırılmış 1000 (bir min) manat məbləğində pulun həmin hesaba göndərilməsini tələb etmiş, zərərçəkmiş şəxs1 isə razılaşaraq ## ###### 2024- cü il tarixdə, saat 1926 -da eyni ödəmə terminalı vasitəsilə 1000 (bir min) manat məbləğində pulu İlkin Rüstəmovun təqdim etdiyi və onun adına olmaqla şəxsi istifadəsində olan həmin bank hesabına göndərmiş, lakin vədi üzrə heç bir real hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs1 məxsus ümumilikdə vahid niyyətlə 6.000 (altı min) manat məbləğində pulu ələ keçirib xeyli miqdarda dələduzluq etmişdir. İlkin Rüstəmov Strateji X2 Agentliyində mühafizəçi kimi işə qəbul etdirə biləcəyinə dair yalan vəd verməklə zərərçəkmiş şəxs1 6000 (altı min) manat məbləğində pulunu ələ keçirməkdən ibarət əməlini tam başa çatdırdıqdan sonra ondan təkrarən pul almaq imkanlarının olduğunu görüb cinayətkar niyyətini davam etdirərək sonuncudan əlavə 1000 (bir min) manat məbləğində pul ələ keçirməyi planlaşdırmış, bu məqsədlə o, istifadə etdiyi digər mobil telefon nömrəsindən zərərçəkmiş şəxs1 zəng etməklə guya Agentlik tərəfindən işə qəbulla bağlı fiziki normativ vermək üçün çağırıldığı görüntüsünü yaratmış və onu bu məlumatın həqiqi olduğuna inandırmışdır. Ardınca zərərçəkmiş şəxs1 məsələ ilə bağlı İlkin Rüstəmova zəng etdikdə, o, 1000 (min) manat məbləğində pul verilməsi müqabilində işə qəbulla bağlı fiziki normativ məsələsini həll etdirə biləcəyini bildirmiş, zərərçəkmiş şəxs1 isə verilən vədə inanaraq ## #### 2024-cü il tarixdə eyni “mpay” ödəmə terminalı vasitəsilə əlavə 1000 (bir min) manat məbləğində pulu İlkin Rüstəmovun təqdim etdiyi və onun adına olmaqla şəxsi istifadəsində olan həmin bank hesabına göndərmiş, lakin vədi üzrə heç bir real hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs1 məxsus 1000 (min) manat məbləğində pulu ələ keçirib dələduzluq etmiş, beləliklə də İlkin Rüstəmov bütün bu əməlləri nəticəsində ümumilikdə zərərçəkmiş şəxs1 7000 manat məbləğində maddi ziyan vurmuşdur. Apellyasiya şikayətinin dəlilləri : Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək, Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinin tətbiq edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları : Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini, Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli hökmü ilə Rüstəmov İlkin Natiq oğluna təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinin tətbiq edilməsini xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında müdafiəçi təqsirləndirilən şəxsə Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığını bildirib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Hərbi Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı tətbiq edilməklə cəza təyini hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Rüstəmov İlkin Natiq oğlunun CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Təqsirləndirilən şəxs apellyasiya şikayətində və apellyasiya baxışı zamanı təyin olunmuş cəzadan narazı olduğunu bildirərək, Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli hökmü ilə barəsində təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1ci bəndinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Rüstəmov İlkin Natiq oğluna cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Rüstəmov İlkin Natiq oğluna Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli hökmü ilə Rüstəmov İlkin Natiq oğluna təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzası sonuncu hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq, ona qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasının əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Hərbi Məhkəməsi CM-in 66.5-ci maddəsinə əsasən eyni məhkəmənin ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli hökmü ilə Rüstəmov İlkin Natiq oğluna təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzasını mübahisələndirilən hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq, ona qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərkən Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli hökmünün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinin təsiri altına düşməsini nəzərə almamışdır. Buna görə də məhkəmə kollegiası hesab edir ki, İlkin Rüstəmov barəsindəki Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- **/**** nömrəli hökmü Amnistiya aktının təsiri altına düşdüyündən həmin hökmə Amnistiya aktı tətbiq edilməli və qeyd edilən Amnistiya aktının effektivliyini təmin etmək məqsədilə Rüstəmov İlkin Natiq oğluna sonuncu hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası həmin maddələrin sanksiyası həddində 6 ay azaldılmalıdır. Apellyasiya baxışı zamanı təqsirləndirlən şəxs və müdafiəçisi şifahi müraciət edərək, təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının tətbiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-in 81.2-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.2.3-cü bəndində göstərilir ki, məhkəmələr bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar. (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 3.1-ci bəndində göstərilir ki, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzası 6 ay azaldılsın. Qeyd olunan qərarın 26-cı hissəsinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən amnistiya tətbiq edilir. Məhkəmə kollegiyası təsvir edilən amnistiya aktının tələblərindən çıxış edərək belə qənaətə gəlir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1ci bəndinə əsasən Rüstəmov İlkin Natiq oğluna Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli 1- *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ##.##.2025-ci il tarixə çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 2 (iki) gün hissəsi 6 ay azaldılmalı və həmin tarixə onun çəkilməmiş cəzası 1 (bir) il 5 (beş) ay 2 (iki) gün müəyyən edilməli, Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli hökmü ilə Rüstəmov İlkin Natiq oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ##.##.2025-ci il tarixə çəkilməmiş 1 (bir) il 5 (beş) ay 2 (iki) gün hissəsi hazırki qərarla ona təyin edilmiş 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxsin apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 8 iş saatına görə 88 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 404, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü Rüstəmov İlkin Natiq oğluna təyin edilmiş cəzaya münasibətdə dəyişdirilsin. Həmin hökmlə Rüstəmov İlkin Natiq oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən Rüstəmov İlkin Natiq oğluna Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli 1- *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ##.##.2025ci il tarixə çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 2 (iki) gün hissəsi 6 ay azaldılsın və həmin tarixə onun çəkilməmiş cəzası 1 (bir) il 5 (beş) ay 2 (iki) gün müəyyən edilsin. Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli hökmü ilə Rüstəmov İlkin Natiq oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ##.##.2025-ci il tarixə çəkilməmiş 1 (bir) il 5 (beş) ay 2 (iki) gün hissəsi hazırki qərarla ona təyin edilmiş 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilsin. Rüstəmov İlkin Natiq oğlunun apellyasiya məhkəməsinin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 8 iş saatına görə 88 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-8)-6/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-8)-6/2026
12.05.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver