Məhkəmə qərarları › İş №1-1(3-8)-9/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-8)-9/2026

17.06.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1-1(3-8)-9/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X13 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında (videokonfrans əlaqə sistemi vasitəsi ilə) qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə (hakimlər: Zaur Hacıyev (sədrlik edən), Bilal Məmmədov və Fikrət Əliyev) Təqsirləndirilən şəxs (## ###### 1993-cü il tarixdə Xaçmaz rayonunda doğulmuş, Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə daimi qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ####### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun sürücüsü vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən, N nömrəli hərbi hissə komandirinin ## #### 2025- ci il tarixli, **** nömrəli telelfonoqrammasına əsasən “8 noyabr - Zəfər Günü”nə həsr olunmuş parada hazırlıq məqsədi ilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmiş, ## #### 2025-ci il tarixdə saat 20 radələrində xidmət yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R şahid4 ilə görüşüb razılaşaraq N nömrəli hərbi hissənin yaxınlığında hərbi şəhərciyin ərazisində yerləşən “Rahid” adlı şəxsə məxsus kafedə oturub spirtli içki qəbul etdikdən sonra saat 22 radələrində N nömrəli hərbi hissənin hərbi şəhərciyi istiqamətində hərəkət etmişdir. O, həmin vaxt şahid4 Qaradağ rayonunun Müşviqabad qəsəbəsində olan bankomata getdiyini bildiyindən onunla getməkdən imtina etmiş və sonuncudan ayrılmış, bundan sonra asfalt yolun kənarı ilə yaşadığı mənzilə gedən 1969-cü il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs ona doğru gəldiyini görüb, öz cinsi ehtirasını təmin etmək məqsədilə onunla təbii yolla cinsi əlaqədə olmaq istəmiş və yaxınlaşaraq sonuncunun ona qarşı müqavimət göstərməsinin qarşısını almaq üçün qəfildən bir əli ilə Zərərçəkmiş şəxs ağız nahiyəsindən, digər əli ilə isə onun bel nahiyəsindən tutub, onu yolun tam kənarında yerləşən, nisbətən qaranlıq olmaqla yolda hərəkət edəcək nəqliyyat vasitələri və kənar şəxslərin diqqətindən kənar torpaqlıq hissəyə çəkərək dizi üstdə yerə yıxmış, daha sonra özü də müvazinətini saxlaya bilmədiyindən yerə yıxılaraq onun üzərinə düşmüşdür. Bu zaman onun əlləri qeyri ixtiyari olaraq Zərərçəkmiş şəxs ağzından və belindən kənara çəkilmiş, Zərərçəkmiş şəxs yaranmış fürsətdən istifadə edib özünü fiziki cəhətdən ondan üstün olan Təqsirləndirilən şəxs əlindən qurtarmaq və kömək çağırmaq məqsədilə yüksək səslə ona “nə istəyirsən verim sənə, pulun yoxdur pul verim sənə, mən yaşlı qadınam, anan yaşda qadınam, əl çək məndən” deyə qışqırmış, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs sözlərinə məhəl qoymayaraq ona pul lazım olmadığını, yalnız onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, sonuncunun etiraz etdiyini görüb qışqıraraq diqqət cəlb etməməsi üçün ağız və qollarından tutmaqla yenidən müqavimətini qırmağa çalışmış və müqavimətini qırmağa çalışdığı müddətlərdə Zərərçəkmiş şəxs hər iki dizin ön səthinin, sağ budun ön səthinin yuxarı 1/3- nin, sol baldırın ön səthinin aşağı 1/3-nin və ayaq arxasının sıyrılmış yaraları xəsarətlərini yetirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bu sözlərindən qorxub sonuncunun onunla cinsi əlaqədə olmasına qəti etiraz edərək yüksək səslə “mənə köməklik edin” deyib qışqırmağa başlamış və əl-qol hərəkətləri ilə müqavimət göstərərək gücü çatdığı qədər onun bu hərəkətlərinin qarşısını almağa çalışmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ciddi müqavimət göstərməsi, eləcə də səs-küy salması nəticəsində yaxınlıqda olan bir nəfər mülki şəxsin onların olduğu istiqamətdə gəlməsini görərək Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaqla bağlı əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyəcəyini görüb, oradan qaçaraq uzaqlaşmış və bununla da, Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs zorlamağa, yəni ona qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmağa cəhd etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə tövsif edilərək, CM-in 62-ci maddəsini tətbiq etməklə ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarından və məhkəmə iclasında dindirilən şəxslərin ifadələrindən görünür ki, təqsirləndirilən şəxsin əməli səhv olaraq Azərbaycan Respublikası CM-in 29, 149.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət tərkibinin əlaməti olaraq qanunda nəzərdə tutulan motiv əməlin tövsifi üçün çox böyük əhəmiyyət kəsb edir və əməlin tövsifi zamanı mütləq nəzərə alınmalıdır. Cinayət qanununun konkret normasında nəzərdə tutulmayan motivlər isə cəza təyin edilərkən, cinayət-hüquqi xarakterli digər tədbirlər görülərkən, cinayət məsuliyyətindən və cəzadan azadetmə zamanı və digər hallarda hüquqi əhəmiyyətə malik olur. Bu baxımdan cinayətin motivinin müəyyən edilməsi cinayətkarlıqla mübarizə işinə müsbət təsir göstərməklə yanaşı, işin məhkəmə baxışı nəticəsində çıxarılan hökmün ədalətli olmasına da zəmanət verir. CM-in 149-cu maddəsinin kommentarial şərhindən aydın olur ki, zorlama cinayətinin törədilməsində cinayətkarın məqsədi, niyyəti zərərçəkmiş şəxslə cinsi əlaqədə olmaqdır. Bu cinayətin motivini təşkil edir. Əgər şəxsin zərərçəkmişlə cinsi əlaqədə olma niyyəti təsdiq edilməmişdirsə, şəxsin əməli CM-in 149-cu maddəsi ilə tövsif oluna bilməz. Belə ki, ittiham aktından görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmişlə cinsi əlaqədə olma niyyəti onunla təsdiq edilmişdir ki, guya o, zərərçəkmişə “yalnız mənimlə cinsi əlaqədə olmağını istəyirəm” demişdir. Yalnız zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona həmin sözü dediyini bildirmişdir. Başqa heç bir şəxs təqsirləndirilən şəxsin həmin ifadəni işlətdiyini eşitməmişdir, yəni bu fakt heç bir şahid ifadəsi ilə təsdiq olunmur. Bu fakt məhkəmə istintaqında da təsdiqini tapmadı. Məhkəmədə təqsirləndirilən şəxsin “cinsi əlaqədə olma” niyyətini təsdiq edən iş üzrə heç bir sübut müəyyən edilməmişdir. Iş üzrə şahid qismində dindirilmiş şahid4 öz ifadəsində sadəcə olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etdiyini gördüyünü demişdir. Təqsirləndirilən şəxs zərərçəkmişə zor tətbiq etməsi o demək deyil ki, o onunla cinsi əlaqədə olmaq niyyətində olmuşdur. Təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında qadının boynundakı boyunbağını dartmağa çalışmış, zərərçəkmiş ona müqavimət göstərdikdə onun müqavimətini qırmaq üçün ona zor tətbiq etmişdir. Iş üzrə şahidlərdən biri – Zərərçəkmiş şəxs qışqırıq səslərini eşidib köməyə gələn şahid5 da ifadələrindən görünür ki, o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hər hansı zorakılıq hərəkətləri etdiyini ümumiyyətlə görməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmişlə cinsi əlaqədə olmağa çalışdığını ona zərərçəkmişin özü demişdir. Iş üzrə şahid qismində dindirilmiş digər şəxslərin ifadəsi də Təqsirləndirilən şəxs cinsi əlaqədə olmaq niyyətini təsdiq edə bilməmişdir. Məhkəmə yalnız zərərçəkmişin sözünə əsaslanmaqla şəxsin cinsi əlaqədə olmaq niyyətini təsdiq olunmuş hesab edib ona CM-in 29,149-cu maddəsi ilə cəza təyin etmişdir. Belə ki, cinayət tərkibinin əlamətlərinin biri olan cinayətin motivi CM-in 149-cu maddəsinin motivinə uyğun gəlmədiyi üçün əməl səhv olaraq 29, 149-cu maddə ilə tövsif edilmiş və şəxsə törətmədiyi əmələ görə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs boynundakı boyunbağını dartıb aparmışdır. Hətta bununla bağlı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, bu fakt notariat qaydada da təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin boyunbağısını götürüb qaçması onun cinayəti tamah məqsədilə törətdiyini sübut edir. Onun zərərçəkmiş şəxsə zor tətbiq etməkdə məqsədi də onun müqavimətini qırıb əmlakını talamaq olmuşdur. Təqsirləndirilən şəxsin əməli soyğunçuluqdur-açıq talamadır. Şəxs barəsində tamamilə ədalətsiz və əsassız hökm çıxarılmışdır. Hökmdə müdafiə tərəfinin mövqeyi qeyd olunmamış, ziyanın ödənilməsini təsdiq edən sənədin təqdim edilməsinə baxmayaraq, həmin sənədə münasibətdə heç bir fikir bildirilməmişdir. Həmin faktla bağlı məhkəmədə heç bir araşdırılma aparılmamışdır. Işin hərtərəfli araşdırılması ilə bağlı verilən vəsatətlər – kamera görüntülərinin tələb olunması, təkrar məhkəmə-psixiatrik ekspertizanın keçirilməsi barədə vəsatətlər təmin olunmamış, bu hal da əsassız hökmün çıxarılmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs də məhkəmə iclasında dindirilən zaman qətiyyətlə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs zorlamağa cəhd etmədiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş **** saylı ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası nəticəsində zərərçəkmişin almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcəsi təyin edilməmişdir. Belə aydın olur ki, zərərçəkmişə qarşı insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edilmişdir. Soyğunçuluq əməli insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə əməl CM-in 180.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunanlara əsasən, təqsirləndirilən şəxsin əməli səhv tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin əməli CM-in 180.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-in 62-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi qaydasını nəzərdə tutur. Həmin maddənin məzmununa əsasən, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin maddənin kommentarial şərhinə əsasən, cinayətin ictimai təhlükəliliyini azaldan başqa hallar dedikdə, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkən şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar başa düşülməlidir. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışmışdır. Zərərçəkmiş şəxsin heç bir şikayəti yoxdur. Zərərçəkmişin cinayət işi materiallarında bu barədə öz əl yazısı ilə yazılmış və imzalanmış ərizəsi də mövcuddur. Həmin ərizə notarial qaydada təsdiq olunaraq cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Bunu notarial qaydada təsdiq edən sənəd də mövcuddur. Bu qeyd olunanlar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallardır. Bu halların mövcudluğu 62-ci maddənin tətbiqini şərtləndirir. Xaçmaz RIH Başçısının Xudat şəhər IƏD-də nümayəndəsi tərəfindən verilən arayışa əsasən, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladı – ##.##.2017-ci il təvəllüdlü X2, ##.##.2018-ci il təvəllüdlü X4 və ##.##.2026-cı il təvəllüdlü yeni doğulmuş qızı vardır. Uşaqlarının ikisi – Zəhra Şirəliyeva və Eynulla Şirəliyev üçüncü dərəcəli əlildir. Bu baxıma möhtac uşaqların atasını həbsdə saxlamaq qanunvericiliyimizin humanizm və ədalət prinsipinə ziddir. Həmçinin Təqsirləndirilən şəxs arvadı X5 yeni cərrahi əməliyyat keçirmişdir. Hal-hazırda bu xanımın özünün baxıma ehtiyacı vardır. Buna görə də, öz uşaqlarına təkbaşına baxmaqda çox çətinlik çəkir. Təqsirləndirilən şəxs övladlarının ikisi əlildir, digəri isə yeni doğulmuşdur. Bu uşaqlara baxmaq böyük əziyyət tələb edir. Çiçək xanım yeni əməliyyat olunmuşdur və ona kömək edəcək kimsə yoxdur. O, uşaqları ilə tək yaşayır. Buna görə də, Təqsirləndirilən şəxs ədalətsiz olaraq azadlıqdan məhrum edilməsi onun ailə üzvlərinə əziyyət verməkdən başqa bir məqsədə xidmət etmir. Həmçinin Xaçmaz RIH Başçısının Xudat şəhər IƏD-də nümayəndəsi tərəfindən verilən xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs Xudat şəhərində yaşadığı müddətdə özünü sakit, mülayim xarakterli, ətrafdakılara qarşı qayğıkeş və təmkinli göstərmişdir. Eyni zamanda onun barəsində hər hansı şikayət də olmamışdır. Göründüyü kimi bu şəxs ictimai təhlükəli şəxs kimi tanınmır, yaşayış yerindən müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs yalnız yaşayış yerindən deyil, həm də xidməti yerindən müsbət xarakterizə olunur. Belə ki, Haubitsalı artilleriya divizionu komandiri vəzifələrini müvəqqəti icra edən R Vüsal Qurbanovla razılaşdırılaraq 3-cü haubitsalı artilleriya batareyasının komandiri, R Həsən Məmmədov tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü normal nizam-intizamlı bir hərbi qulluqçu kimi göstərmişdir, vəzifə borclarını layiqincə yerinə yetirmişdir. Göründüyü kimi bu şəxs həm gündəlik həyatında, həm də xidməti fəaliyyətində nizamintizamı ilə seçilən şəxsdir. Əvvəllər məhkum olunmamışdır, hətta inzibati xəta belə törətməmişdir. Bu şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq olunması qətimkan tədbirinin tətbiqi əsaslarına uyğun deyildir. Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsi veteranıdır və "Vətən müharibəsi iştirakçısı", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qüsursuz xidmətə görə" 3 dərəcəli medal, "Azərbaycan Ordusunun 100 illiyi" Yubiley medalları ilə təltif olunmuşdur. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında müdafiəçi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin Cinayət Məcəlləsinin 180.2.4cü maddəsinə tövsif edilərək, müharibə iştirakçısı olaraq, medallarla təltif olunduğunu nəzərə alaraq CM-in 62-ci maddəsini tətbiq etməklə ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, şikayətin təmin edilməsi üçün əsaslar olmadığını, təqsirləndirilən şəxsin əməlinin iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiqini tapdığını qeyd edib, apellyasiya şikayətinin təmin edilməməsini, eyni zamanda müharibədə iştirak edərək medallarla təltif olunması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq aşağı həddə cəza təyin olunduğunu qeyd edərək, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni – zərərçəkmiş şəxs və şahid ifadələri, işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs CM-in 29, 149.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrar sadalamağa zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin düzgün tövsif edilməməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə toplanmış sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətlərinin təmin olunaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 180.2.4-cü maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Təqsirləndirilən şəxsun törətmiş olduğu əməlin düzgün tövsif edilməməsinə dair dəlilləri ilə razılaşmır. Belə ki, həmin dəlillər cinayət işinin materialları, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad olunan əməlin törədilməsində aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Məhkəmə kollegiyası hesab edir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olması, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin tam sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin düzgün olaraq CM-in 29, 149.1-ci maddəsi ilə tövsif edilməsi, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsinin sübuta yetirilməsi və həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və yaxud təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsasların olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək, belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CMin 29, 149.1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir ki, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını və Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar isə müəyyən etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkum edilmiş şəxsin təqsirli bilindiyi maddə ilə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək, təqsirləndirilən şəxsin əməlinin CM-in 18.2.4-cü maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi cəmi 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 197, 198, 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar