Azərbaycan Respublikası adından Hökm Şirvan şəhəri İş № 1-1(3-9)-11/2026 04.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi haqqında Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı qərarından və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci maddəsi ilə bəraət almasına dair Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)- */**** saylı qərarından verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı hökmü (sədrlik edən X5) ilə ## #### 2006-cı il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, SHXŞDX-nin Quba rayon şöbəsi tərəfindən ##.##.2024-cü il tarixdə müddətli həqiqi hərbi xidmət çağırılmış, N saylı hərbi hissənin 3-cü sərhəd komendantlığının, 15-ci sərhəd zastavasının, 3-cü manqasının qumbaraatan köməkçisi vəzifəsində xidmət etmiş, ##.##.2025-ci il tarixdə həqiqi hərbi xidmətdə tərxis olunmuş, hazırda heç yerdə işləməyən, Quba rayonu, Qımıl kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Isgəndərov Emil Elçin oğlu Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən, əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci maddəsi ilə bəraət verilərək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməsi hökm edilmiş, həmin tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı qərarı ilə (sədrlik edən X5) ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, N saylı hərbi hissəsinin 3-cü sərhəd komendantlığının, 15-ci sərhəd zastavasının, 3-cü manqasının qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində, müddətli həqiqi hərbi xidmətdə olarkən, üzərində “Smartfon” tipli mobil telefon aşkar edildiyi üçün ona N saylı hərbi hissə komandiri, R Teymur Ağamalıyev tərəfindən ##.##.2025-ci il tarixli, **** №-li əmrlə 7 (yeddi) sutka “həbs” intizam cəzası verilmiş, həmin cəzanın icrası məqsədilə əsgər Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Bakı qarnizonu hauptvaxtasına aparılmış, lakin onun sağ və sol qolunda yaralar olduğu üçün haupvaxtaya qəbul edilməmişdir. Bu səbəbdən Dövlət Sərhəd Xidməti Hərbi Hospitalına təxliyə edilərək stasionar müalicəyə qəbul edilmiş, əsgər Təqsirləndirilən şəxs 4 gün DSX-nin hospitalında stasionar müayinə və müalicə olunduqdan sonra hərbi hissəyə qaytarılmışdır. Bundan sonra, əsgər Təqsirləndirilən şəxs hərbi hissədə olarkən özünün psixoloji problemlərinin olmasını bəhanə edərək hərbi hospitala getmək istədiyini bildirmiş, lakin hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli, **** №-li əmr ilə ona verilən 7 (yeddi) sutka həbs intizam cəzası əsgər Təqsirləndirilən şəxs hər iki qolunda yaraların olması səbəbindən icra edilmədiyi üçün həmin cəzanın icra edilməsi məqsədilə yenidən ##.##.2025-ci il tarixdə “UAZ 374195” markalı, “G *** SQ” hərbi qeydiyyat nişanlı avtomobil ilə Bakı qarnizonu hauptvaxtasına aparılmışdır. O, Salyan rayonu ərazisində olarkən daha öncə bədəni üzərində olan yaralara görə hauptvaxtaya qəbul edilmədiyini bildiyi üçün ümumiyyətlə hauptvaxtda cəza çəkməkdən, beləliklə də cəza çəkərkən icra etməli olduğu, Silahlı Qüvvələrin Qarnizon və Qaravul Xidmətləri Nizamnaməsinin “Hauptvaxt haqqında” * saylı əlavəsinin 19-cu bəndində nəzərdə tutulmuş, sutkada 10 (on) saat işləmək, işləməyə cəlb edilmədikdə hər gün 04 (dörd) saat müddətində sıra hazırlığından və nizamnamələrdən məşğələlərdə iştirak etmək, 07 (yeddi) saat yatmaq, gündüz uzanmamaq və yatmamaq kimi xidməti vəzifələrini yerinə yetirməkdən tamamilə boyun qaçırmaq məqsədilə hərbi geyim formasının kitelinin orta düyməsinə yaxın hissədə olan dəmir sancaq, həmçinin hərbi geyim formasının şalvarının cibindən birdəfəlik üzqırxanı götürüb ülgücünü çıxararaq hər iki qollarına, ayağının baldır hissələrinə və belinin aşağı hissəsindən kürəyə qədər olan hissəsinədək cızıqlar ataraq özünə “Hər iki yuxarı ətrafın, kürək və bel nahiyyəsinin çoxsaylı səthi cızılmış yaraları, hər iki baldırın arxa səthinin səthi kəsilmiş yaraları” diaqnozu ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin xəsarətlə bağlı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək hərbi hissənin tibb məntəqəsində, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək DSX-nin Hərbi Hospitalının sinir-əsəb xəstəlikləri şöbəsində stasionar müalicədə saxlanılmağa nail olaraq, son nəticədə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək hauptvaxtda saxlanılmaqla günün nizam qaydalarına əsasən hauptvaxtda intizam qaydasında cəza çəkən hərbi qulluqçular üçün nəzərdə tutulmuş hərbi xidmət vəzifələrinin icrasından azad edilməyə nail olmaqla hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədilə öz sağlamlığına zərər yetirmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə DSX-nin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3.-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan hissəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə tövsif edilərək həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Həmin qərar qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs onunla birlikdə 15-ci sərhəd zastavasında xidmət etdiyi müddətdə bir dəfə 10 manat və bir dəfə də 100 manat məbləğində pulla mərc oyunu oynamağa icazə vermişdir. Emil Həzrətin kartında olan qalan təxminən 1283 manat məbləğində pulu sonuncunun icazəsi və razılığı olmadan kartından çıxararaq oynayıb uduzmuşdur. Həzrət Emilə kart məlumatlarını şəxsən təqdim etməmişdir. Hadisə baş verən gün, yəni 2025-ci ilin iyul ayının ortalarında gecə saatlarında yuxuya getdiyi üçün telefonu bir neçə saat onda qalmışdır. O, daha sonra görmüş ki, telefonuna daxil olanda müəyyən etmişdir ki, pulları çıxarılıb. Həmin vaxt Təqsirləndirilən şəxs bu barədə ona heç bir şey demədi. O bununla bağlı yuxarı komandanlıqdan icazə alıb polis orqanlarına şikayət etməyə gedərkən bank kartı çıxarışları istənildiyinə görə banka getmiş və orada bildirmişlər ki, onun bank kartından pul vəsaitləri hissə-hissə “Mostbet” mərc oyunlarına çıxmışdır. Odur ki, o həmin anda şübhələnmiş ki, həmin vəsaitləri Təqsirləndirilən şəxs ondan xəbərsiz öz sərəncamına keçirməklə talamışdır. Bundan sonra o zastavadakı Rə zəng edərək onunla Emil arasında əlaqə yaratmasını xahiş etdikdə, Emilə bank vasitəsilə müəyyən etdiklərini bildirmiş və polisə şikayət edəcəyini demişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs polisə şikayət edilməməsini xahiş edərək və ifşa olunmaqdan qorxduğu üçün ondan heç kimə şikayət etməməyi və pulu qaytaracağını bildirmişdir. Odur ki, o Emilə inanıb şikayət etməmişdir. Bununla bağlı bildirir ki, məhkəmənin oğurluq əməlini dələduzluq əməlinə tövsif etməsi nəticəsində hüquqları pozulmuş, ona ziyan vurmuş təqsirləndirilən şəxsə cəza verilməli olduğu halda verilməmişdir. O bank kartının kodunu və bank kartı məlumatlarını Təqsirləndirilən şəxs yalan vədlərinə aldadaraq verməmişdir. Təqsirləndirilən şəxs tətbiqin yaddaşında onun bank kartı məlumatlarını yaddaşda qeyd edərək sonradan həmin pulları çıxarmaq məqsədi güdmüşdür. Odur ki, icazəsiz bütün pullarını çəkmişdir. Sonradan da onu aldadaraq guya telefonunda hər hansı onlayn hesabda pulların olduğunu, odur ki, telefonunu gətizdirməyi xahiş etmiş, o da pullara ehtiyacı olduğundan onun yalanlarına inanaraq evindən telefon gətizdirməyinə şərait yaratmışdır ki, guya hansısa “onlayn” hesabdan ona pul göndərəcək. Nəticədə onun qanunsuz əməlləri nəticəsində habelə yalan vədlərinə görə telefon tutuldu və Həzrət sərəncama götürüldü. Emil isə intizam qaydasında həbs cəzasına məruz qaldı. Buna baxmayaraq o, aşağı vəzifəyə keçirildi. Təqsirləndirilən şəxs isə həbs intizam cəzasından boyun qaçırdı. O, Emilin qanunsuz əməlləri nəticəsində həm uzun müddət əmlak hüquqlarını itirmişdir, həm də aşağı vəzifəyə keçirilmişdir. O, Lənkəran Hərbi Prokurorluğunda da cinayət işi materialları ilə tanış olarkən onun ifadəsi ilə tanış olmuşdur və ifadəsində bildirmişdir ki, onun bank kartındakı pulları çıxarıb mərc oyunları oynamaqda məqsədi pulları udacağı təqdirdə qazandığı pul vəsaitlərini özünə və yaxud tanışlarına aid bank hesablarına pul vəsaitlərini göndərəcəyini bildirmişdir. Bununla da öz əmlakını artırmağı hədəfləmiş və bu zaman onun telefonunda olan informasiya texnologiyalarından istifadə etməklə pul vəsaitlərini öz hesabına keçirmiş və uduzmuşdur. Bundan başqa məhkəmə nəyəsə görə onun yalnız əsgər Təqsirləndirilən şəxs deyil, bütün zastavanın heyətinə ailə üzvləri ilə danışmaları üçün şərait yaratmağını, yəni təkcə Təqsirləndirilən şəxs deyil də, bütün tabeliyində olan müddətli hərbi qulluqçulara telefon verməyini nəzərindən qaçırmışdır. Belə ki, yuxarı komandanlığın müvafiq göstərişinə əsasən zastava rəisi kimi o, xidmət apararkən zastavanın müddətli hərbi qulluqçularına öz ailə üzvləri ilə danışmaları üçün azından həftədə bir dəfə telefonla danışmaları üçün şərait yaradırdı. Lazım gələrsə təcili hallarda habelə əsgərlər darıxdıqda onlara şərait yaradırdı ki, telefonla danışsınlar. Lakin bu hallarda belə Təqsirləndirilən şəxs başqa heç kim onun telefonunun təqdim edilməsindən sui-istifadə etməmişdir. Həmin məsələ ilə bağlı məhkəmə çıxışlarında qeyd etsə də, bilərəkdən və ya bilməyərəkdən həmin xüsusatı öz hökmündə tədqiq olunmuş sübutlar siyahısında göstərməmişdir. Hesab edir ki, bu göstərilənlərlə bağlı məhkəmə iclas protokolunda qeyd olunanlarla məhkəmə qərarında qeyd olunanlar arasında ziddiyyətlər mövcuddur. Odur ki, cəza məqsədlərinə nail olunması habelə sosial ədalətin bərpası naminə Cəlilabad Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv olunmalı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi həddində cəza verilməlidir. Göstərilənlərə əsasən Cəlilabad Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1-1(4-18)- */**** №-li qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1 maddəsi ilə məsuliyyətə cəlb edilərək ona cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı qərarından və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci maddəsi ilə bəraət almasına dair Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi haqqında Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı qərarının və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2ci maddəsi ilə bəraət almasına dair Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 335.2-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 -ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Eyni zamanda, Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən, əməlində cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası CM-in 335.2-ci maddəsi ilə bəraət verilmişdir. Ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 335.2-ci maddələri ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamış və hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədi ilə öz sağlamldığına zərər yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantlığının Yardımlı rayonunun Burovar kəndində yerləşən 15-ci sərhəd zastavasının 3-cü manqasının qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, ## #### 2025- ci il tarixdə saat 00:00 radələrindən etibarən xidmət etdiyi 15-ci sərhəd zastavasının rəisi, R Zərərçəkmiş şəxs istifadəsində olan smartfon telefona daxil olaraq elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə sonuncunun “xxxx” ASC-yə məxsus **************** nömrəli bank kartında olan pul vəsaitlərini onun icazəsi və məlumatı olmadan bank kartında olan pul vəsaitlərini onlayn mərc oyunlarında oynayaraq uduş əldə etmək və əldə etdiyi uduş məbləğini öz hesabına keçirmək məqsədilə əvvəlcədən elektron hesabda qeydiyyatdan keçirilmiş bank kartı məlumatlarını yaddaşda saxlamaq, habelə surətini çıxarıb istifadə etmək yolu ilə saat 00:00-dan saat 05:00-dək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə bank kartında olan 1282 (min iki yüz səksən iki) manat 63 (altmış üç) qəpik pul vəsaitini onlayn mərc oyun platformasındakı hesaba yatırıb müvafiq məbləğlər üzərində sərəncam vermək imkanını əldə edib daha sonra həmin vəsaitləri ələ keçirməklə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən üzərində smartfon tipli mobil telefon aşkar edildiyi üçün ona N nömrəli hərbi hissə komandiri, R Teymur Ağamalıyev tərəfindən ## ###### 2025-ci il tarixli **** №-li əmrlə 7 (yeddi) sutka həbs intizam cəzası verilmiş, həmin cəzanın icrası məqsədilə əsgər Təqsirləndirilən şəxs Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin Bakı Qarnizonu Hauptvaxtasına aparılmış, lakin onun sağ və sol qolunda yaralar olduğu üçün haupvaxtaya qəbul edilmədiyinə görə bu səbəbdən Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına təxliyə edilməklə orada stasionar müalicəyə qəbul edilmiş və 4 (dörd) gün hospitalda stasionar müayinə və müalicə olunduqdan sonra hərbi hissəyə qaytarılmışdır. Bundan sonra əsgər Təqsirləndirilən şəxs hərbi hissədə olarkən özünün psixoloji problemlərinin olmasını bəhanə edərək, hərbi hospitala getmək istədiyini bildirmiş, lakin hərbi hissə komandirinin ## ###### 2025-ci il tarixli **** №-li əmri ilə ona verilmiş 7 (yeddi) sutka həbs intizam cəzası əsgər E.E.lskəndərovun hər iki qolunda yaraların olması səbəbindən icra edilmədiyindən o, həmin cəzanın icra edilməsi məqsədilə yenidən ## ###### 2025-ci il tarixdə “UAZ 374195” markalı G***SQ hərbi nömrə nişanlı avtomobillə Bakı Qarnizonu hauptvaxtasına aparılmış, avtomobil Salyan rayonu ərazisində hərəkətdə olarkən əsgər E.E.lskəndərov daha öncə bədəni üzərində olan yaralara görə hauptvaxtaya qəbul edilmədiyini bildiyi üçün ümumiyyətlə hauptvaxtda cəza çəkməkdən, beləliklə də cəza çəkərkən icra etməli olduğu Silahlı Qüvvələrin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin «Hauptvaxt haqqında» * saylı Əlavəsinin 19-cu bəndində nəzərdə tutulmuş, sutkada 10 (on) saat işləmək, işləməyə cəlb edilmədikdə hər gün 04 (dörd) saat müddətində sıra hazırlığından və nizamnamələrdən məşğələlərdə iştirak etmək, 07 (yeddi) saat yatmaq, gündüz uzanmamaq və yatmamaq kimi xidməti vəzifələrini yerinə yetirməkdən tamamilə boyun qaçırmaq məqsədilə hərbi geyim formasının kitelinin orta düyməsinə yaxın hissədə olan dəmir sancaq, həmçinin hərbi geyim formasının şalvarının cibindən birdəfəlik üzqırxanı götürüb ülgücünü çıxararaq hər iki qollarına, ayağının baldır hissələrinə və belinin aşağı hissəsindən kürəyə qədər olan hissəsinədək cızıqlar ataraq özünə “Hər iki yuxarı ətrafın, kürək və bel nahiyyəsinin çoxsaylı səthi cızılmış yaraları, hər iki baldırın arxa səthinin səthi kəsilmiş yaraları” diaqnozu ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin xəsarətlərlə bağlı ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək hərbi hissənin tibb məntəqəsində, ## ###### 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək DSX-nin Hərbi Hospitalının sinir-əsəb xəstəlikləri şöbəsində stasionar müalicədə saxlanılmağa nail olaraq, son nəticədə ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək hauptvaxtda saxlanılmaqla günün nizam qaydalarına əsasən hauptvaxtda intizam qaydasında cəza çəkən hərbi qulluqçular üçün nəzərdə tutulmuş hərbi xidmət vəzifələrinin icrasından azad edilməyə nail olmaqla hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədilə öz sağlamlığına zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə təqsirliyi məhkəmə baxışında tədqiq edilmiş kifayət qədər mötəbər və təkzibedilməz sübutların məcmusu, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs səmimi etirafı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və şahid şahid6 ifadələri, digər şahidlərin ifadədləri, cinayət işinin materiallarına əlavə edilmiş rəsmi sənədlər və digər istintaq materialları ilə tam olaraq sübuta yetirildiyindən, məhkəmə istintaqı qurtardıqdan sonra ## #### 2026-cı il tarixli çıxış (ittiham) nitqimdə təqsirləndirilən şəxs E.E.lskəndərovun CM-in 177.2.3-1 -ci maddəsi ilə təqsirli bilinərək ona 3 (üç) il azadlıqdan məhrum etmə cəzasının, CM-in 335.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona 1000 (min) manat məbləğində cərimə cəzasının, CM-in 66.2 və 68.2ci maddələrinə əsasən cəzaların tamamilə toplanılması yolu ilə qəti olaraq ona 3 (üç) il azadlıqdan məhrum etmə və 1000 (min) manat məbləğində cərimə cəzalarının təyin edilməsi məhkəməyə təklif edilmişdir. Lakin, Cəlilabad Hərbi Məhkəməsinin hakimi Islam Neymanov tərəfindən məhkəmə istintaqı zamanı təqdiq edilmiş sübutlar düzgün və obyektiv qiymətləndirilmədən, işin faktiki halları nəzərə alınmayaraq, əsassız şəxsi mülahizələrə əsaslanmaqla ## #### 2026-cı il tarixli qərarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 177.2.3-1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlləri CM-in 178.1-ci maddəsi kimi qiymətləndirilməklə o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilərək barəsində cinayət təqibinə xitam verilmiş, həmçinin həmin tarixli hökmlə E.E.lskəndərova Azərbaycan Respublikası CM-in 335.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən, əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Aşağıda göstərilən əsaslara görə Cəlilabad Hərbi Məhkəməsinin hakimi İ.Neymanov tərəfindən çıxarılmış qərar və hökm ləğv edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs E.E.Isgəndərovun səmimi etirafından, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və şahid şahid6 ifadələrindən, tədqiq edilmiş cinayət işinin digər materiallarından, o cümlədən məhkəmə tərəfindən qəbul edilmiş “Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi haqqında” qərardan göründüyü kimi, təqsirləndirilən şəxs E.E.Isgəndərov tərəfindən ## #### 2025-ci il tarixdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xahişinə əsasən, “Mostbet” mərc oyununda onlayn qaydada iştirak etməklə qazanc əldə etmək məqsədi ilə ilk öncə sonuncuya məxsus smartfon tipli “IPHONE13” markalı mobil telefonda “MPAY” onlayn ödəniş tətbiqi yüklənmiş və orada hesab açılması üçün mobil nömrə tələb olunduğundan zərərçəkmiş şəxsə məxsus mobil danışıq nömrəsi qeyd olunaraq həmin nömrəyə göndərilmiş “OTP” kodu “MPAY” tətbiqindəki müvafiq xanaya daxil edilərək müvafiq təhlükəsizlik şifrəsi qeyd olunmuşdur. Bundan sonra təqsirləndirilən şəxs E.E.Isgəndərov tərəfindən sınaq məqsədi ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xahişinə əsasən zastavanın müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R şahid6 razılığı ilə sonuncuya məxsus «ABB» kartının üzərindəki 16 rəqəm, kart sahibinin adı və soyadı, etibarlılıq tarixi və kartın arxasındakı 3 qərəmli kod “MPAY” mobil tətbiqinə daxil edilməklə onun istifadəsindəki mobil nömrəyə «OTP» kodu göndərildikdən sonra E.E.Isgəndərov həmin kodu daxil edib şahid6 məxsus kartdan 10 (on) manat məbləğində pulu “MPAY” mobil tətbiqinin pul hesabına köçürmüş, daha sonra “Mostbet” mərc oyunu tətbiqinin “Depozit artırma” bölməsində “MPAY” vasitəsi ilə ödəniş üsulu seçərək orada qeydiyyatdan keçirtdiyi şahid6 məxsus mobil nömrəni və həmin nömrəyə göndərilmiş təhlükəsizlik şifrəsini daxil etmiş, məlumatlar emal olunduqdan sonra “MPAY” vasitəsi ilə 10 (on) manat məğləğində pul “Mostbet”in hesabına köçmüş və bundan sonra E.E.Isgəndərov həmin pulla mərc oyunu oynayaraq pulu uduzmuşdur. Bundan sonra zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bir daha oynamaq istədiyini bildirdiyindən, təqsirləndirilən şəxs E.E.Isgəndərov ilk öncə “MPAY” tətbiqindəki hesab (depozit) bölməsində zərərçəkmiş şəxsin oynamaq (yatırmaq) istədiyi 100 (bir yüz) manat məbləği daxil etmiş, daha sonra isə artıq bu dəfə şahid6 deyil, zərərçəkmiş şəxsin özünə məxsus kartın məlumatlarını, yəni kartının üzərindəki 16 rəqəmi, kart sahibinin adı və soyadını, etibarlılıq tarixini və kartın arxasındakı 3 qərəmli kodu eyni üsulla daxil etmiş, sonra isə daha öncəki əməliyyat zamanı şahid6 bank kartının məlumatlarını yaddaşda saxlamadığı halda, artıq bu dəfə mobil tətbiqdəki “Register Card” düyməsinin üzərinə basaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus kart məlumatlarını yaddaşda saxlamış, eyni zamanda karta aid daxil etdiyi məlumatları özünün də məhkəmə istintaqında etiraf etdiyi kimi, sonradan təkrar oynayıb uduş zamanı qazanacağı pul vəsaitini zərərçəkmiş şəxsin deyil, bilavasitə özünə aid digər karta göndərmək məqsədi ilə mobil telefonun ekran görüntüsünü «screen» funksiyasından istifadə etməklə fayl (şəkil) kimi telefonun yaddaşında saxlamış və bu barədə qərarı zərərçəkmiş şəxsə məxsus mobil telefon bilavasitə onun istifadəsində olduğu zaman vermişdir. Təqsirləndirilən şəxsin özünün də məhkəmə istintaqı zamanı etiraf etdiyi kimi, o, zərərçəkmiş şəxs H.E.Rüsətmovun icazəsi ilə “Mostbet” mərc oyunundakı hesaba yatırdıqları 100 (yüz) manat məbləğində pulu uduzduqdan sonra, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yatmasından istifadə etməklə, yəni sonuncunun bu barədə heç bir məlumatı olmadan mobil telefonun onda qaldığı 3-4 saat ərzində (saat 05:00-dək) icazəsiz olaraq sonuncuya məxsus kartdan hissə-hissə olmaqla eyni üsulla mərc oyununun hesabına ümumilikdə 1282 (min iki yüz səksən iki) manat 63 (altmış üç) qəpik məbləpində pul köçürüb həmin pulu uduzmuş, bu zaman mobil telefonun yaddaşında saxladığı Zərərçəkmiş şəxs aid kart məlumatlarını mobil tətbiqə daxil edib (“VIZA” kartı ilə ödənilməsi üsulunu seçməklə) hər dəfə mobil telefona göndərilmiş “OTP” kodunu qeyd etməklə kartdan pulun məxaric olunmasına nail olmuşdur (pulu ilk öncə “MPAY” hesaba köçürmüş, oradan isə “Mostbet” hesabına köçürüb mərc oyunları oynamışdır). Alınmış ifadələrdən və tədqiq edilmiş digər sübutlardan göründüyü kimi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hesabından 100 (bir yüz) manat məbləğində pulun təqsirləndirilən şəxs E.E.lskəndərov tərəfindən “MPAY” mobil tətbiqi vasitəsi ilə “Mostbet” hesabına köçürülməklə mərc oyunu oynanılmasına razılıq verib həmin pulun uduzulması barədə məlumatı olsa da, bundan sonra təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona məxsus pul hesabına mərc oyunu oynamasına icazə verməmiş, bununla bağlı aralarında heç bir danışıq və ya hər hansı bir razılaşma olmamış, sonuncu mobil telefonu zastava rəisinin istirahət vaxtı evləri ilə danışmaq adı ilə özündə saxlamış (bu fakt məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi ilə təsdiq edilir), daha sonra zərərçəkmiş şəxsin yatmasından istifadə edib ondan xəbərsiz mobil telefonun yaddaşında saxladığı bank məlumatlarını müvafiq tətbiqdə qeyd etməklə onun hesabındakı pulu bilavasitə özünün qazanc əldə etməsi, konkret olaraq uduş məbləğini Zərərçəkmiş şəxs xəbəri olmadan özünün şəxsi hesabına köçürmək məqsədi ilə məxaric edib uduzaraq bununla da zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Xüsusi olaraq vurğulanmalıdır ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs oyandıqdan sonra təqsirləndirilən şəxs E.E.lskəndərov mobil telefonu ona qaytararkən yatdığı müddətdə mobil telefonunda hesabındakı pulla mərc oyunu oynayaraq pul uduzması barədə heç nə deməmiş, bir müddət sonra zərərçəkmiş şəxs hesabındakı pulların silindiyini aşkar edərək bu barədə ondan soruşduqda təqsirləndirilən şəxs E.E.lskəndərov yenə də hesabdan hansı səbəbdən pul silindiyini bilmədiyini qeyd edərək törətdiyi cinayət əməlini gizlətməyə çalışmış və yalnız zərərçəkmiş şəxs polisə şikayətlə müraciət edəcəyini bildirdikdən sonra təqsirləndirilən şəxs E.E.lskəndərov ona icazəsiz olaraq hesabındakı pulla mərc oyunu oynayaraq həmin pulu uduzduğunu etiraf etməyə məcbur olmuşdur ki, bu da açıqaşkar şəkildə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə məxsus hesabdan 1282 (min iki yüz səksən iki manat 63 (altmış üç) qəpik məbləğində pulun məxaric olunmasının gizli şəkildə, sonuncudan xəbərsiz və onun iradəsinə zidd olaraq həyata keçirildiyini, yəni təqsirləndirilən şəxs tərəfindən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgə əmlakını gizli olaraq taladığını tam olaraq təsdiq edir. Lakin hakim İ.Neymanov ## #### 2026-cı il tarixli qərarında məhkəmə istintaqı zamanı müəyyən edilmiş faktları təhrif edərək və əhəmiyyət kəsb edən ayrı-ayrı faktlar nəzərə alınmadan iddia etmişdir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs özü könüllü olaraq onlayn mərc oyunu oynaması üçün bank kartı məlumatlarının olduğu mobil telefonu təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verməklə həmin kartla bağlı hüquqları sonuncuya etibar etmiş və bu vəziyyətdə E.E.lskəndərov faktiki olaraq etibardən suiistifadə etməklə özünü virtual olaraq əmlak sahibi kimi təqdim edib bu hüquqla zərərçəkmiş şəxsə məxsus puldan öz istədiyi kimi sərəncam verərək bununla oğurluq deyil, dələduzluq cinayəti törətmişdir. Məhkəmənin bu mövqeyi tamamilə qüsurlu olmaqla təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün yetərli əsas kimi qəbul edilə bilməz. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, məhkəmə qərarında zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında müəyyən etibar və inamın yarandığını, təqsirləndirilən şəxsin də cinayətin törədilmə üsulu kimi məhz həmin etibardan istifadə etməklə əmlaka dair hüquqlardan irəli gələrək əmlakı qanunsuz ələ keçirtdiyini iddia etsə də, məhkəmə istintaqı zamanı buna dair kifayət qədər imkanı olduğu halda, tərəflər arasında belə bir inamın və etibarın həqiqətən mövcud olub-olmadığını, həmin inamın hansı dərəcədə olduğunu, zərərçəkmiş şəxs tərəfindən mobil telefon təqsirləndirilən şəxsə verilərkən hesabındakı pul barədə sonuncuya məlumat verilib-verilmədiyini, həmin pulla bağlı onlar arasında hər hansı sövdələşmənin olub-olmadığını, hesabındakı puldan istifadə etməklə uduzduğu 100 (bir yüz) manat məbləğində puldan əlavə daha artıq məbləğdə pul hesabına mərc oyunu oynamağa davam etməsinə dair təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə icazə verilib-verilmədiyini, daha əvvəlki müddətdə zərərçəkmiş şəxs tərəfindən bank kartına dair məlumatların, yaxud mobil telefonunun istifadə etməsi üçün təqsirləndirilən şəxsə verilib-vermədiyini ümumiyyətlə araşdırmamış, qərarda irəli sürdüyü iddianı heç bir tutarlı dəlillə təsdiq etməmişdir. Halbuki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə istintaqında verdikləri ifadələrdən göründüyü kimi, daha əvvəllər təqsirləndirilən şəxs E.E.lskəndərov zərərçəkmiş şəxsin kart məlumatlarından istifadə etməklə onlayn mərc oyunları oynamamış, sonuncu daha öncə özü də bu kimi oyunlar oynamamış və belə oyunlar oynamaq üçün bacarığı və təcrübəsi olmamış, cinayətin törədildiyi gün, yəni ## #### 2025- ci il tarixdə birinci dəfə belə bir niyyəti yarandığından və yalnız 100 (bir yüz) manat məbləğində puldan istifadə etməklə onlayn qaydada mərc oyunu oynaması üçün özünə aid kart məlumatlarından istifadə edilməsinə təqsirləndirilən şəxsə icazə vermiş, daha sonra isə sonuncu ondan mobil telefonu sadəcə evləri ilə danışmaq adı ilə alıb özündə saxlamış və daha sonra bu barədə zərərçəkmiş şəxsə heç bir məlumat vermədən, sonuncunun yatmasından istifadə edib icazə almadan ona məxsus yaddaşda saxladığı kart məlumatlarından istifadə edib hesabından hiss-hissə olmaqla müvafiq məbləğlərlə pulu müvafiq üsullarla mərc oyun hesabına köçürməklə həmin pullar hesabına özünün qazanc əldə etməsi üçün onlayn mərc oyunu oynamağa davam etmiş, pulları uduzdan sonra bu barədə təqsirləndirilən şəxsə heç bir məlumat verməmişdir. Lakin nədənsə məhkəmə qərarında yuxarıda qeyd olunan faktları, eyni zamanda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində, o cümlədən ona verilmiş suala cavab olaraq zastava rəisi kimi istifadəsində olan mobil telefonu bu barədə ondan xahiş edildikdə evləri ilə danışmaları üçün dəfələrlə tabeliyində olan əsgərlərə, eləcə də təqsirləndirilən şəxsə verməsi, hadisənin bilavasitə baş verdiyi gün, yəni ## #### 2025-ci il tarixdə isə Təqsirləndirilən şəxs ona məxsus kartdan istifadə edərək razılığı ilə 100 (bir yüz) manat məbləğində pulu onlayn mərc oyununda oynayıb uduzduqdan sonra yatmağa getməzdən əvvəl xahişinə əsasən məhz evləri ilə danışması üçün telefonun E.E.lskəndərovda qalmasına etiraz etməməsi ilə bağlı qeyd etdiklərini nəzərə almamış, hadisənin baş verməsi şəraiti ilə bağlı tamamilə yalnış nəticəyə gəlmişdir. Çünki hazırkı vəziyyətdə məhkəmənin öz qərarında tutduğu mövqeyin məntiqinə əsasən belə çıxmış olur ki, şəxsin dəvəti ilə evinə qonaq gəlmiş digər şəxs tərəfindən ev sahibinə məxsus olan əmlakın sahibinin buna dair hər hansı icazəsi və xəbəri olmadan ondan gizli şəkildə götürülərək ələ keçirilməsi oğurluq cinayəti deyil, etibardan sui-istifadə etməklə törədilmiş dələduzluq cinayəti hesab olunmalıdır. Bütün qeyd olunanlar aşkar surətdə təsdiq edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında heç bir güclü inam və etibarlılıq münasibəti olmamış, sonuncunun gecə saatlarında yatarkən ona aid mobil telefonun oyun oynamaq üçün təqsirləndirilən şəxsdə qalmasına icazə verməsi bilavasitə məhz həmin gün aralarındakı qısamüddətli epizodik hadisə ilə bağlı olmuş, həmin vaxt zərərçəkmiş şəxs mobil telefonu təqsirləndirilən şəxs E.E.lskəndərova verməklə həmin kartla bağlı hüquqları hər hansı şəkildə sonuncuya etibar etməmiş, özünə məxsus pul vəsaitini könüllü olaraq təqsirləndirilən şəxsə verməmiş, təqsirləndirilən şəxs E.E.lskəndərov konkret vəziyyətdə əlinə düşən fürsətdən istifadə etməklə özgənin hesabına qazanc əldə edərək varlanmaq niyyəti ilə icazəsiz olaraq, yəni zərərçəkmiş şəxsdən gizli şəkildə sonuncuya məxsus kart məlumatlarından istifadə edib ona məxsus əmlakı (pulu) qanunsuz ələ keçirib elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs E.E.lskəndərovun təhlil edilən əməlinə düzgün hüquqi qiymət verilərkən o da nəzərə alınmalıdır ki, qüvvədə olan cinayət qanunvericiliyində istər oğurluq, istərsə də dələduzluq cinayətlərinə, eləcə də həmin cinayətlərin ağırlaşdırıcı və xüsusi tövsifedici hallarına konkret hüquqi açıqlamalar verilmiş, həmin cinayətlərin biri- birindən hansı meyarlara görə fərqləndirilməli olduğu həm hüquqi ədəbiyyatda, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumlarının qərarlarında açıq-aydın şəkildə öz əksini tapmışdır. Belə ki, cinayət hüququna əsasən, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirilməsidir. Həm oğurluq, həm dələduzluq özgənin əmlakının (mülkiyyətinin) qanunsuz yolla ələ keçirilməsinə yönəlmiş talama cinayətləri olmaqla bir-birindən törədilmə üsuluna görə fərqlənərək, oğurluq özgənin əmlakının gizli yolla talanmasından, dələduzluq cinayəti isə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakının ələ keçirilməsi və ya əmlak hüquqlarının əldə edilməsindən ibarətdir. Oğurluq cinayətində aldatma bilavasitə başqasının əmlakını ələ keçirmək deyil, yalnız cinayətin törədilməsinə şərait yaratmaq, əməlin törədilməsini asanlaşdırmaq məqsədi güdür (hazırkı vəziyyətdə təqsirləndirilən səxs Təqsirləndirilən şəxs ailəsi ilə danışmaq bəhanəsi ilə mobil telefonun onda qalmasını zərərçəkmiş səxs Zərərçəkmiş şəxs xahiş edib müvafiq bank məlumatlarından istifadəsinə rahat şərait yaratması), əmlak isə sahibin iradəsinə zidd olaraq gizlik şəkildə ələ keçirilir. Məhz bu əsaslarla Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlmişdir ki, təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir. Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş normaların təhlili də bir daha tam olaraq əminliklə onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs E.E.lskəndərov tərəfindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı törədilmiş cinayət əməli heç bir halda dələduzluq kimi qiymətləndirilə bilməz, həmin əməl istintaq orqanı tərəfindən istər törədilmə şəraitinə, istər törədilmə üsuluna, istərsə də təqsirləndirilən şəxsin cinayətkar niyyətinə və əməlinə qarşı öz psixoloji münasibətinə görə düzgün olaraq məhz elektron məlumat daşıyıcılarından istifadə etməklə özgə əmlakının gizli olaraq talanması, yəni oğurluq cinayəti kimi qiymətləndirilmişdir. Bu səbəbdən, heç də təsadüfi deyil ki, müxtəlif hərbi məhkəmələr tərəfindən təqsirləndirilən şəxs E.E.lskəndərovun törətdiyi cinayət əməli ilə eyni şəraitdə və eyni üsulla, yəni kart sahibinin xəbəri olmadan ondan gizli şəkildə törədilmiş talama cinayətlərində də təqsirləndirilən şəxslərin əməlləri CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif olunmaqla barələrində həmin maddə ilə hazırda da qüvvədə olan ittiham hökmləri çıxarılmışdır. Həmin hökmlərdən misal olaraq, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri X2 barəsində Cəlilabad Hərbi Məhkəməsinin (hakim Islam Neymanov) ## ##### 2024-cü il tarixli 1-1(096)-12/2024 №-lı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti, R X4 barəsində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin ## ######## 2025-ci il tarixli 1-1(092)-**/**** №-li, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X11 barəsində Tərtər Hərbi Məhkəməsinin ## ######## 2025-ci il tarixli 1-1(098)-126/2025 №li hökmlərini göstərmək olar. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq zamanı istərsə də məhkəmə baxışında verdiyi ifadələrində eyni məzmunlu ifadələr verərək etiraf etmişdir ki, ona intizamsızlığa görə hərbi hissə komandirinin müvafiq əmri ilə ## ###### 2025-ci il tarixdə intizam qaydasında hauptvaxtda saxlanılmaqla həbs elan edildikdən sonra o, qollarında aşkar edilmiş yaralara görə hauptvaxta qəbul edilmədiyini, stasionar müayinə və müalicə olunması üçün hospitala göndərildiyi görüb hauptvaxtda göndərilməsini istəmədiyindən ilk öncə psixoloji problemlərinin olduğunu bildirərək yenidən həbsə göndərilməməsinə nail olmaq istəmiş, daha sonra isə ## ###### 2025-ci il tarixdə avtomobillə hauptvaxtaya göndərilərkən yolda həbsə qəbul edilməməsi məqsədi ilə özünə qəsdən xəsarət yetirmiş, nəticədə məhz bu səbəbdən hauptvaxta qəbul olunmamış və hərbi hissəsinə qaytarılmışdır. O həmçinin qeyd etmişdir ki, hərbi hissə komandirinin müvafiq əmrinə əsasən ona elan edilmiş həbsin intizam cəzası olduğunu bilmiş və məhz bu cəzadan azad olunması üçün, həmin cəzanı çəkmək istəmədiyindən özünə xəsarət yetirmişdir. Lakin hakim İ.Neymanov təqsirləndirilən şəxsin cinayət iş üzrə icraatın bütün mərhələlərində eyni məzmunlu etirafedici ifadələr verməsinə və onun təqsirinin özünün etirafı ilə yanaşı, tədqiq edilmiş digər kifayət qədər təkzibedilməz dəlillərin məcmusu ilə sübut edilməsinə baxmayaraq, təqsirləndirilən şəxs E.E.lskəndərovun ifadələrində ona təyin edilmiş intizam cəzasını çəkmək istəmədiyindən özünə xəsarət yetirsə də, bununla hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədi güdmədiyinə dair bildirdiklərini əsas gətirib, qüvvədə olan hərbi qanunvericilikdə nəzərdə tutulmuş hərbi qulluqçunun icra etməli olduğu hərbi xidmət vəzifələri siyahısında hərbi qulluqçunun qarnizon hauptvaxtasında cəza çəkməsinin onun xidməti vəzifələrinin icrası kimi qəbul edilmədiyini iddia etməklə, Inzbati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddətinin hərbi xidmət müddətinə daxil edilmədiyini, buna uyğun olaraq da məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxtın müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmadığını qeyd edib, bu əsaslarla hauptvaxtın xidmət yeri deyil, cəza çəkmə yeri olduğu, təqsirləndirilən şəxsin də hərbi xidmət vəzifələrinin icrasından deyil, cəzə çəkmdəndən boyun qaçırdığı qənaətinə gəlmiş və bu hallara görə təqsirləndirilən şəxsə CM-in 335.2-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət vermişdir. Bununla bağlı ilk növbədə onu xüsusi olaraq qeyd etmək lazımdır ki, hakim İ.Neymanov tərəfindən qanunvericiliyin konkret normaları, eyni zamanda işin halları düzgün tədqiq edilməməklə yanaşı, ayrı-ayrı anlayışların mahiyyəti təhrif edilməklə əsassız nəticəyə gəlinmişdir. Belə ki, ## ###### 2011-ci il tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 27.1.5-ci maddəsinə əsasən, hərbi qulluqçular komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən hərbi xidmət vəzifələrini yerinə yetirirlər. Göründüyü kimi, məhkəmə ## #### 2026-cı il tarixli hökmündə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27.1-ci maddəsinə əsaslanaraq hərbi qulluqçuların hauptvaxtda cəza çəkməsinin qanunvericilik tərəfindən xidməti vəzifələrin icrası kimi qəbul edilmədiyini, eyni zamanda Inzibati Xətəlar Məcəlləsinin 156.3-cü maddəsinə əsaslanaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati müddətinin hərbi xidmət müddətinə daxil edilmədiyini qeyd etməklə işin konkret hallarını və açıq-aydın ifadə olunmuş anlayışları təhrif etmiş, konkret halda təqsirləndirilən şəxs E.E.lskəndərova hərbi hissə komandirinin əmri ilə inzibati deyil, məhz intizam qaydasında həbs elan edildiyini, həmin əmri icra etməyin təqsirləndirilən şəxsin borcu olduğunu və bu zaman onun tərəfindən məhz hərbi xidmət vəzifələrinin icra edildiyini, intizam qaydasında verilmiş həbs müddətinin hərbi xidmət müddətinə daxil edildiyini, qanunvericiliyin konkret normasının məqsədini nəzərə almamış, eyni zamanda öz şəxsi mülahizələrini əsaslandırmağa çalışaraq heç bir əsas olmadan hökmdə Müdafiə Nazirinin ## ###### 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Intizam xarakterli hərbi hissə haqqında Əsasnaməyə istinad edib təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tədqiq edilən vəziyyətdə məhkum olmadığını nəzərə almadan, həmin Əsasnamənin 1.14-cü bəndində məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxtın müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmadığını qeyd etmişdir. Bundan başqa, hakim İ.Neymanov tərəfindən hökmdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsinə baxmayaraq, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmadığı və bununla bağlı fikirlər səsləndirmədiyi qeyd olunsa da, məhkəmə istintaqı zamanı dindirilmiş şahid X6 ifadəsindən məlum olur ki, E.E.lskəndərov bəzən ona verilən tapşırıqları lazımi səviyyədə icra edə bilməmiş, bəzən isə ümumiyyətlə icra etmək istəməmiş, daha çox istirahət etməyə çalışaraq xidməti vəzifələrinin icrasından yayınmışdır. Onu da nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxs E.E.lskəndərov hauptvaxtda cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə özünə qəsdən xəsarət yetirdiyinə görə ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək hərbi hissənin tibb məntəqəsində, ## ###### 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək isə DSX-nin Hərbi Hospitalının sinir-əsəb xəstəlikləri şöbəsində stasionar müalicədə olmaqla hərbi hospitaldan qayıtdıqdan sonra xidmət müddətinin sonunadək sərhəd naryadlarına, eləcə də hər hansı daxili xidmətlərə təyin olunmayaraq faktiki olaraq həmin müddətlər ərzində xidməti vəzifələrinin icrasından azad olunmasına nail olmuşdur. Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş normaların təhlili də bir daha tam olaraq əminliklə onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs E.E.lskəndərov tərəfindən hərbi xidmət üzrə vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədi ilə ilə öz sağlamlığına zərər yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən tam əsaslı olaraq CM-in 335.2-ci maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən, heç də təsadüfi deyil ki, müxtəlif hərbi məhkəmələr tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə eyni şəraitdə və eyni usulla törətmiş təqsirləndirilən şəxslərin əməlləri də CM-in 335.2-ci maddəsi ilə tövsif o unmaqla barələrində həmin maddə ilə hazırda da qüvvədə olan ittiham hökmləri çıxarılmışdır. Həmin hökmlərdən misal olaraq, Müdafiə Nazirliynin *** nömrəli hərbi hıssəsmm əsgəri Babaşlı Abduləzim Müşfiq oğlunun barəsində Gəncə Hərbi Məhkəməsinin ## ######## 2025-ci il tarixli 1-1 (095)-***/**** №-li, Müdafiə Nazirliyinin N nomrəli hərbi hissəsinin əsgəri X3 barəsində Bakı Hərbi Məhkəməsinin ## ###### 2019-cu il tarixli 1-1 (093)-***/**** №-li, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri X7 barəsində Gəncə Hərbi Məhkəməsinin ## #### 2022-ci il tarixli 1 -1 (095)-***/**** №-li hökmlərini göstərmək olar. Lakin, hazırkı vəziyyətdə məhkəmə tərəfindən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmadan, ayrı-ayrı faktlar təhrif olunmaqla qərar qəbul edimişdir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə E.E.lskəndərov barəsində bəraət hökmü çıxararkən gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, müəyyən edilmiş hallar sübuta yetirilməmiş və cinayət qanununun norması düzgün tətbiq edilmədən onu cinayət məsuliyyətindən azad etmişdir. Bu da, CPM-in 399.1.1, 399.1.2, 399.1.3 və 399.1.4-cü maddələrinin tələblərinə uyğun olaraq hökmün ləğv edilməsi üçün əsasdır. Odur ki, qeyd olunanlara əsasən, Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 -ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərarı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 335.2-ci maddəsi ilə bəraət verilməsinə dair ## #### 2026-cı il tarixli hökmü məhkəmənin gəldiyi nəticələr mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadığından, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, müəyyən edilmiş hallar sübuta yetirilmədiyindən və cinayət qanunu norması düzgün tətbiq etmədiyindən CPM-in 399 1 1 399 1 2 399 1 3 və 399.1.4-cü maddələrinə əsasən ləğv edilməli, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 177.2.3-1 və 335.2-ci maddələri ilə təqsirli bilinib cəza təyin edilməklə ittiham hökmü çıxarılmalıdır. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X1 apellyasiya protestinin təmin olunmasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi haqqında Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı qərarının və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci maddəsi ilə bəraət almasına dair həmin tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 335.2-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçisi müdafiəçi1 apellyasiya məhkəməsində çıxışlarında apellyasiya protestinin təmin edilməməsini və apellyasiya şikayətinin baxılmasına xitam verilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, iş üzrə Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-*/**** saylı qərarı və həmin tarixli hökmü qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Həmçinin, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı qərarından verilmiş apellyasiya şikayətinə baxılmasına Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** saylı qərarına əsasən apellyasiya tələblərindən imtina edilməsi əsası ilə xitam verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd etmək lazımdır ki, cinayət tərkibinin əlamətləri, yəni obyektiv və subyektiv cəhətlərə aid olan əlamətlər Cinayət Məcəlləsinin normalarına əsasən müəyyən edilməli olsa da, tərkib əlamətlərinin sübuta yetirilməsinin hüquqi proseduru Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Iş materiallarında olan “4127 2081 1809 7269” nömrəli bank kartı hesabdan çıxarış məlumatlarından görünür ki, həmin kartın hesabına ##.##.2025-ci il tarixdə 20 manat mədaxil edildikdən sonra 1383,06 manat pul vəsaiti olmuşdur. ## #### 2025-ci il tarixdə isə hissə-hissə olmaqla əvvəlcə 100 manat pul vəsaiti “MPAY” hesaba yüklənmiş, daha sonra 156,65 manat, 208,66 manat, 208,66 manat, 200 manat, 208,66 manat, 100 manat və 200 manat pul vəsaiti məxaric edilmişdir. Iş materiallarında olan R Zərərçəkmiş şəxs telefonuna baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs bank kartından oğurluq hadisəsinin olmasına görə “ABB” mobile tətbiqini, “Mostbet” tətbiqini mobil telefonundan silmişdir. Bundan başqa hadisədən sonra bəzi fotoşəkilləri mobil telefonun yaddaşında saxlamışdır. Belə ki, ## #### 2025-ci il tarixdə, saat 00:57-də “MPAY”-dən “Xosh geldin! Tesdiq kodunu hech kimle paylashma, deleduzluqla qarshilasa bilersen. Kod 455634” məzmunda, habelə “Diqqet! Tesdiq kodunu hech kimle paylashma, deleduzluqla qarshilasa bilersen. Kod 748081” məzmunda” SMS”lər daxil olmuşdur. Bundan başqa, mobil telefona baxış zamanı ## #### 2025-ci il tarixdə, saat 05:14-də “Azericard”dan OTP kod: 465370, OTP kod: 110410, OTP kod: 667957, OTP kod: 947681, OTP kod: 166226, məzmunda ismarıcların qəbul edilməsi müəyyən edilmişdir. Iş materiallarında olan R Zərərçəkmiş şəxs tərəfindən Lənkəran Hərbi Prokurorluğuna ünvanlanmış ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, əsgər Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyinə görə barışmış və buna görə də heç bir şikayət və tələbi olmamışdır. Iş materiallarında olan N saylı hərbi hissə komandirinin nizami hissə üzrə ## ####### 2025-ci il tarixli, **** nömrəli əmrindən çıxarışından görünür ki, həmin hərbi hissənin 15-ci sərhəd zastavasının qumbaraatan köməkçisi, əsgər Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla ehtiyata buraxılmış və hərbi qeydiyyata götürülməsi üçün SHXÇDX-nin müvafiq rayonu üzrə struktur bölməsinə göndərilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinin ##.##.2026-cı il tarixli, *** nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Iş materiallarında olan N saylı hərbi hissə komandirinin ## ###### 2025-ci il tarixli, **** nömrəli intizam cəzasının verilməsinə dair əmrindən çıxarışından görünür ki, şəxsi intizamsızlığına görə 15-ci sərhəd zastavasının, 3-cü manqasının qumbaraatan köməkçisi, əsgər Təqsirləndirilən şəxs “Azərbaycan Respublikası Silahlı X20”nin 58-ci maddəsinin “q” bəndinə uyğun olaraq 07 (yeddi) sutka “həbs” intizam cəzası elan edilmişdir. Iş materiallarında olan N saylı hərbi hissə komandirinin nizami hissə üzrə ## ###### 2025-ci il tarixli, **** nömrəli əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs müayinə və müalicə olunması üçün ##.##.2025-ci il tarixdən DSX-nin hərbi hospitalına göndərilmişdir. Iş materiallarında olan N saylı hərbi hissə komandirinin nizami hissə üzrə ## ######## 2025-ci il tarixli, **** nömrəli əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən DSX-nin hərbi hospitalından qayıtmışdır. Iş materiallarında olan N saylı hərbi hissə komandirinin nizami hissə üzrə ## ######## 2025-ci il tarixli, **** nömrəli əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən xüsusi göstərişədək maddi texniki təminat bölüyünə ezam edilmişdir. Iş materiallarında olan N saylı hərbi hissə komandirinin nizami hissə üzrə ## ######## 2025-ci il tarixli, **** nömrəli əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs müayinə və müalicə olunması üçün ##.##.2025-ci il tarixdən DSX-nin hərbi hospitalına göndərilmişdir. Iş materiallarında olan N saylı hərbi hissə komandirinin nizami hissə üzrə ## ######## 2025-ci il tarixli, **** nömrəli əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən DSX-nin hərbi hospitalından qayıtmışdır. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli həbs kağızından görünür ki, 15-ci sərhəd zastavasının hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 7 (yeddi) sutka müddətinə həbs intizam cəzası tətbiq edilmiş, lakin sonuncunun bədənində xəsarətlər olmasına görə hauptvaxt rəisi tərəfindən hauptvaxta qəbul edilməmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli raportundan görünür ki, N saylı hərbi hissənin 3-cü sərhəd komendantlığının, 15-ci sərhəd zastavasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə “hər iki baldırın aşağı 1/3nin, hər iki saidin bayır səthinin, belin, çiyin və boyun nahiyəsinin çoxsaylı cızılmış yaraları” diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. Iş materiallarında olan N saylı hərbi hissənin “zədələnmələrin qeydiyyatı” kitabından çıxarışından görünür ki, 15-ci sərhəd zastavasının hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə hər iki baldırın aşağı 1/3-nin, hər iki saidin bayır səthinin, belin, çiyin və boyun nahiyəsinin çoxsaylı cızılmış yaraları” diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. Iş materiallarında olan N saylı hərbi hissə komandiri tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs xidmət zamanı yol verdiyi intizam pozuntusuna görə barəsində 7 (yeddi) sutka həbs intizam cəzası tətbiq edilmişdir. ##.##.2025-ci il tarixdə intizam cəzasını çəkməsi üçün Bakı Qarnizonu Hauptvaxtına göndərilmiş, lakin sonuncu özünə xəsarət yetirdiyinə görə həbs yeri müdiriyyəti tərəfindən hauptvaxta qəbul edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs hərbi hissəyə qaytarılmış, bədənində aşkar olunan xəsarətlə bağlı tibb məntəqəsinə müraciət etmiş, bundan sonra DSXnin Hərbi Hospitalına göndərilmişdir. Xidmət müddətinin sonuna qədər əsgər Təqsirləndirilən şəxs bir daha həbs yerinə göndərilməmiş, zastavalarda sərhəd naryadlarına təyin edilməmiş, eyni zamanda sərhəd dəstəsində olduğu müddətdə hər hansı daxili xidmətlərə təyin edilməmişdir. Iş materiallarında olan **** nömrəli xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, əsgər Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin sinir-əsəb xəstəlikləri şöbəsində, o cümlədən Respublika * saylı Psixiatriya xəstəxanasında müayinədə olmuşdur. Iş materiallarında olan **** nömrəli xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, əsgər Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin sinir-əsəb xəstəlikləri şöbəsində, o cümlədən Respublika * saylı Psixiatriya xəstəxanasında müayinədə olmuşdur. Iş materiallarında olan əsgər Təqsirləndirilən şəxs tibbi xasiyyətnaməsindən görünür ki, sonuncu ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək, habelə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Respublika * saylı Psixiatriya xəstəxanasında müayinədə olmuş, lakin onda hər hansı bir psixi xəstəlik aşkar edilməmişdir. Iş materiallarında olan Quba rayonu, Küpçal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəlik tərəfindən müsbət xarakterizə edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsindən CMin 178.1-ci maddəsinə tövsif etməklə və digər əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci maddəsi ilə bəraət verilməsində yanlışlığa yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, “Cinayət işinin halları onu göstərir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə bank rekvizitləri və giriş parolu qeydlərlə olan mobil telefonu özü könüllü olaraq Təqsirləndirilən şəxs inanaraq vermiş, sonuncu isə fürsətdən istifadə edərək bank kartında olan vəsaiti öz istəyi ilə istifadə etmişdir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs əməllərində oğurluq yox, dələduzluq cinayət əməllərinin olması haqqında nəticəyə gəlir və təqsirləndirilən şəxsin əməllərinin Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsindən CM-in 178.1-ci maddəsinə tövsif edir.” Apellyasiya kollegiyası birinci intansiya məhkəməsinin bu dəlillərinə münasibətdə qeyd edir ki, oğurluq cinayətində aldatma bilavasitə başqasının əmlakını ələ keçirmək deyil, yalnız cinayətin törədilməsinə şərait yaratmaq, əməlin törədilməsini asanlaşdırmaq məqsədi güdür. Əmlak isə sahibin iradəsinə zidd olaraq gizli şəkildə ələ keçirilir. Təqsirləndirilənin ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir. Kollegiya hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ailəsi ilə danışmaq bəhanəsi ilə mobil telefonun onda qalmasını zərərçəkmiş səxs Zərərçəkmiş şəxs xahiş edib müvafiq bank məlumatlarından istifadəsinə rahat şərait yaratması oğurluq cinayətinin törədilməsini asanlaşdırmaq məqsədi güdür. Birinci instansiya məhkəməsi əməli tövsif edərkən zərərçəkmiş şəxs tərəfindən mobil telefon təqsirləndirilən şəxsə verilərkən hesabındakı pul barədə sonuncuya məlumat verilibverilmədiyini, həmin pulla bağlı onlar arasında hər hansı sövdələşmənin olub-olmadığını, hesabındakı puldan istifadə etməklə uduzduğu 100 manat məbləğində puldan əlavə daha artıq məbləğdə pul hesabına mərc oyunu oynamağa davam etməsinə dair təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə icazə verilib-verilmədiyini, daha əvvəlki müddətdə zərərçəkmiş şəxs tərəfindən bank kartına dair məlumatların, yaxud mobil telefonunun istifadə etməsi üçün təqsirləndirilən şəxsə verib-vermədiyini diqqətə almamışdır. Həmçinin, qismən məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti olmuş, belə ki, onlar ilk dəfə Həzrətin öz razılığı ilə mərc oyununda iştirak edərkən pul udacaqları təqdirdə həmn vəsaiti öz aralarında böləcəklərinə dair razılaşmışdılar. Emil də sonradan vəsaiti qanunsuz olaraq istifadə edərkən bunu əsas götürmüşdür. Apellyasiya kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəllər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin kart məlumatlarından istifadə etməklə onlayn mərc oyunları oynamamış, sonuncu daha öncə özü də bu kimi oyunlar oynamamış və belə oyunlar oynamaq üçün bacarığı və təcrübəsi olmamış, cinayətin törədildiyi gün, yəni ## #### 2025- ci il tarixdə birinci dəfə belə bir niyyəti yarandığından və yalnız 100 manat məbləğində puldan istifadə etməklə onlayn qaydada mərc oyunu oynaması üçün özünə aid kart məlumatlarından istifadə edilməsinə təqsirləndirilən şəxsə icazə vermiş, daha sonra isə sonuncu ondan mobil telefonu sadəcə evləri ilə danışmaq adı ilə alıb özündə saxlamış və daha sonra bu barədə zərərçəkmiş şəxsə heç bir məlumat vermədən, sonuncunun yatmasından istifadə edib icazə almadan ona məxsus yaddaşda saxladığı kart məlumatlarından istifadə edib hesabından hisshissə olmaqla müvafiq məbləğlərlə pulu müvafiq üsullarla mərc oyun hesabına köçürməklə həmin pullar hesabına özünün qazanc əldə etməsi üçün onlayn mərc oyunu oynamağa davam etmiş, pulları uduzdan sonra bu barədə təqsirləndirilən şəxsə heç bir məlumat verməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında qeyd olunur ki, götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Məhz bu məntiqə əsaslanaraq həmin Qərarda qeyd olunur ki, talanmış hesab kartının bankomata daxil edilib hesabdakı pul vəsaiti kart sahibinin xəbəri olmadan çıxarılarkən şəxs pulu kart sahibinin hesabından kompüter sistemi vasitəsi ilə hesaba qanunsuz daxil olmaqla ələ keçirərək konkret halda oğurluq cinayəti törətmiş olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi X9 tərəfindən ## #### 2012-ci il tarixində qəbul edilmiş «ödəniş kartlarının emissiyası və istifadəsi qaydalarının» 2.1.1 -ci bəndinə əsasən ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Həmin qaydaların 2.1.6 və 2.1.19-cu bəndlərinə görə kart hesabı kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabıdır. Ödəniş kartlarının hazırlanması zamanı kartda olan elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə kart istifadəçisi haqqında məlumatlar yüklənilir. CM-in 177.2.3-1 -ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət (elektron məlumat daşıyıcılarından istifadə edilməklə oğurluq, yəni özgənin əmlakının gizli olaran talanması), şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgə əmlakının gizli olaraq talanması kimi CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2005-ci il tarixli ** №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin hiss etmədiyi şəraitdə əmlakını qanusuz götürən şəxsi əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ödəniş kartı yalnız ödəniş aləti kimi çıxış etdiyindən, ödəniş kartlarından istifadə edilməklə törədilən oğurluq və dələduzluq cinayətlərində talamanın predmeti ödəniş kartı vasitəsilə bank hesabından məxaric edilən pul vəsaitidir. Oğurluq cinayəti törədilərkən zərərçəkmiş bilavasitə talamanın predmeti olan əmlakın (hesabdakı pul vəsaitinin) onun mülkiyyətindən yaxud sahibliyindən çıxdığını bilmir və ya təksirkar həmin əmlakı zərərçəkmiş şəxsdən xəbərsiz, gizli şəkildə ələ keçirdiyini güman edir. Dələduzluq cinayətində isə zərərçəkmiş bilavasitə talamanın predmeti olan əmlakı və ya əmlak hüququnu təqsirkarın sahibliyinə və ya sərəncamına verdiyini dərk edir. Apellyasiya kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 177.2.3-1-ci maddəsi ilə yanaşı, CM-in 335.2 ci maddəsi ilə də təqsirləndirilməsinə dair qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya protesti əsaslıdır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə və istintaq zamanı eyni məzmunlu ifadələr verərək etiraf etmişdir ki, ona intizamsızlığa görə hərbi hissə komandirinin müvafiq əmri ilə ## ###### 2025-ci il tarixdə intizam qaydasında hauptvaxtda saxlanılmaqla həbs elan edildikdən sonra o, qollarında aşkar edilmiş yaralara görə hauptvaxta qəbul edilmədiyini, stasionar müayinə və müalicə olunması üçün hospitala göndərildiyi görüb hauptvaxtda göndərilməsini istəmədiyindən ilk öncə psixoloji problemlərinin olduğunu bildirərək yenidən həbsə göndərilməməsinə nail olmaq istəmiş, daha sonra isə ## ###### 2025-ci il tarixdə avtomobillə hauptvaxtaya göndərilərkən yolda həbsə qəbul edilməməsi məqsədi ilə özünə qəsdən xəsarət yetirmiş, nəticədə məhz bu səbəbdən hauptvaxta qəbul olunmamış və hərbi hissəsinə qaytarılmışdır. O həmçinin qeyd etmişdir ki, hərbi hissə komandirinin müvafiq əmrinə əsasən ona elan edilmiş həbsin intizam cəzası olduğunu bilmiş və məhz bu cəzadan azad olunması üçün, həmin cəzanı çəkmək istəmədiyindən özünə xəsarət yetirmişdir. ## ###### 2011-ci il tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 27.1.5-ci maddəsinə əsasən, hərbi qulluqçular komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən hərbi xidmət vəzifələrini yerinə yetirirlər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hauptvaxtda cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə özünə qəsdən xəsarət yetirdiyinə görə ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək hərbi hissənin tibb məntəqəsində, ## ###### 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək isə DSX-nin Hərbi Hospitalının sinir-əsəb xəstəlikləri şöbəsində stasionar müalicədə olmaqla hərbi hospitaldan qayıtdıqdan sonra xidmət müddətinin sonunadək sərhəd naryadlarına, eləcə də hər hansı daxili xidmətlərə təyin olunmayaraq faktiki olaraq həmin müddətlər ərzində xidməti vəzifələrinin icrasından azad olunmasına nail olmuşdur. Məhkəmə öz hökmündə hərbi qulluqçuların hauptvaxtda cəza çəkməsinin qanunvericilik tərəfindən xidməti vəzifələrin icrası kimi qəbul edilmədiyini, eyni zamanda Inzibati Xətəlar Məcəlləsinin 156.3-cü maddəsinə əsaslanaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati müddətinin hərbi xidmət müddətinə daxil edilmədiyini qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs hərbi hissə komandirinin əmri ilə inzibati deyil, məhz intizam qaydasında həbs elan edildiyini, həmin əmri icra etməyin təqsirləndirilən şəxsin borcu olduğunu və bu zaman onun tərəfindən məhz hərbi xidmət vəzifələrinin icra edildiyini, intizam qaydasında verilmiş həbs müddətinin hərbi xidmət müddətinə daxil edildiyini, qanunvericiliyin konkret normasının məqsədini nəzərə almamışdır. Bununla da, Təqsirləndirilən şəxs tərəfindən hərbi xidmət üzrə vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədi ilə ilə öz sağlamlığına zərər yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən tam əsaslı olaraq CM-in 335.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Göstərilən əməlin onun tərəfindən təqsirli olaraq qəsdən törədilməsi onun məhkəmə baxışında özünü təqsirli bilməsinə dair verdiyi ifadə, həmçinin ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsindən başqa cinayət işinə əlavə edilmiş rəsmi sənədlər və digər sübutlarla tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməllərinin cinayət olmalarını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci və 177.2.3-1-ci maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Bununla yanaşı, CM-in 335.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən halı, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm cəzanın məqsədi, həm də sosial ədalətin bərpası baxımından daha uyğun olardı. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli 4 №li Qərarının “2-3-cü bəndində göstərilmişdir ki, həm hərbi xidmət üzrə məhdudlaşdırma, həm də intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi zamanı CM-in 50 və 54-cü maddələrinin, habelə hərbi qanunvericilik aktlarının tələblərinə ciddi əməl edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxs hərbi xidmət dövründə cinayət törətdikdə, lakin hökm çıxarılarkən hərbi qulluqçu statusuna malik olmadıqda, ona bu cəzalar təyin edilə bilməz. Belə hallarda şəxsin təqsirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında başqa cəza nəzərdə tutulmamışdırsa ona Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilmədən, lakin yaranmış hal hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilməklə hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzalarından daha yüngül cəza təyin edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən Qərarına istinad edərək, eləcə də onun barəsində iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halın olmasını da nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmədən onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci maddəsində nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama və hərbi xidmət üzrə məhdudlaşdırma cəzalarından daha yüngül cəza olan cərimə cəzasını təyin edilməklə cəzanın məqsədlərinə nail olmağı mümkün hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycann Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən R Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyinə görə barışması və buna görə də heç bir şikayət və tələbinin olmaması, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi cəzanı yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyil. Həmçinin, cəza təyin edilərkən Təqsirləndirilən şəxs faktiki olaraq hərbi xidməti tamamilə başa vurması da nəzərə alınmalıdır. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Kollegiyanın qənaətincə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan növdə cəza çəkməklə islah olunmasının mümkünlüyünü şübhə altına alan hallar yoxdur. Bundan başqa, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası barədə ərizəsini, təqsirləndirilən şəxsin, müdafiəçinin və dövlət ittihamçısının verilmiş apellyasiya şikayətindən imtina barədə ərizənin qəbul edilməsinə etirazının olmaması barədə fikirlərini dinləyərək, hesab edir ki, apellyasiya şikayətinin baxılmasına və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.4-cü maddəsinə görə 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı qərarı və hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci maddəsi ilə 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilməli, təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Quba rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun cəzaçəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı, ona təyin edilən cəzanın icrası Quba rayon Icra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası CPM-in 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. CPM-in 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDI: Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı hökmü və qərarı ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2 və 177.2.3-1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2ci maddəsi ilə 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən iş üzrə təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzası ilə tam toplanılmaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması və 800 (səkkiz yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Quba rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın, ona təyin edilən cəzanın icrası Quba rayon Icra və Probasiya şöbəsinə həvalə olunsun. Hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-9)-11/2026
Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1-1(3-9)-11/2026
04.08.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver