Məhkəmə qərarları › İş №1-1(3-9)-13/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-9)-13/2026

01.06.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1-1(3-9)-13/2026 01.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ## #### 2007-ci il tarixdə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, SHXŞDX-nin Quba rayon şöbəsi tərəfindən ##.##.2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmət çağırılmış, hadisə zamanı N saylı hərbi hissəsinin 5-ci təlim zastavasının müdavimi vəzifəsində, sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, N saylı hərbi hissənin çevik hərəkət bölüyünün, 2-ci çevik hərəkət taqımının, 1-ci çevik hərəkət manqasının atıcısı vəzifəsində xidmət edən, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşamış, barəsində “komandanlığın müşahidəsi altına vermə növündə” növündə qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü ilə (sədrlik edən hakim Islam Neymanov) Təqsirləndirilən şəxs CM-in 332.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin onun intizam xarakterli hərbi hissəyə daxil olduğu vaxtdan hesablanması, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbirinin ləğv edilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrasının onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına və intizam xarakterli hərbi hissənin komandanlığına həvalə edilməsi qərar alınmışdır. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən hallar nəzərə alınmaqla, barəsində CM-in 70-ci maddəsinin tətbiq edilərək onun şərti məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)- */**** nömrəli hökmünə əsasən CM-in 332.2.5-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, N saylı hərbi hissəsinin 5-ci təlim zastavasının müdavimi vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, ## ###### 2025-ci il tarixdə, saat 19 radələrində aralarında tabelik münasibətləri olmayan həmin hərbi hissənin 5-ci təlim zastavasının müdavimi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ondan yağdan qoxu gəlibgəlməməsini soruşması zəminində aralarında mübahisə yaranmışdır. Axşam yeməyindən çıxdıqdan sonra həmin hərbi hissənin daxilindəki “əsgər çayxanası”nın arxasında olan ağaclıq ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42 və 138-ci, habelə Intizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin “hərbi qulluqçuların bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” tələblərini kobud şəkildə pozaraq sağ əli ilə əsgər Zərərçəkmiş şəxs çənə nahiyəsinin sol və alt hissəsinə 2 yumruq zərbəsi vurmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sağlamlığın uzun müddət pozulmasına səbəb olan “çənənin sağ mental, sol oynaq tacı nahiyəsinin yerdəyişmiş sınığı” diaqnozu ilə müşayiət olunan sağlamlığa az ağır zərər vurmaya aid qəsdən xəsarət yetirmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ APELLYASIYA ŞIKAYƏTINƏ ETIRAZIN DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, cinayəti zərərçəkmiş Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri nəticəsində - onu söyüb təhqir etdiyinə görə törədib, zərərçəkmişlə barışıq əldə edib. Məhkəmə iclasında həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs barəsində məzmunca eyni mənfi xarakterizə edilmələri barədə xasiyyətnamə vermiş zastava rəisi şahid1 ifadə verərkən bildirmişdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxs barəsində mənfi xasiyyətnaməni xidmətin əvvəlində baş vermiş hadisə ilə əlaqədar vermişdir, hadisədən sonra onların xidmətlərindən heç bir narazılıq olmamışdır. Əsassız onlar barədə mənfi xasiyyətnamə vermişdir. Məhkəmə də hökmdə zastava rəisi şahid1 əsgər Təqsirləndirilən şəxs barədə verilmiş mənfi xidməti xasiyyətnamənin həqiqəti əks etdirməməsini qeyd etsə də, həmin xasiyyətnaməni qənaətbəxş hesab etmiş, həqiqəti əks etdirməyən xasiyyətnamə verməklə xidməti vəzifəsinin yerinə yetirilməsinə məsuliyyətsiz yanaşmış zastava rəisinin bu qanunsuz hərəkəti ilə əlaqədar xüsusi qərar çıxarılması barədə vəsatətinə heç bir münasibət bildirməmişdir. Bundan başqa, apellyasiya şikayətinin dəlilləri və məhkəmə baxışında müəyyən edilmiş hallar baxımından qeyd olunmalıdır ki, hadisə Təqsirləndirilən şəxs hərbi xidmətə yeni çağırıldığı, hərbi kollektivə uyğunlaşma mərhələsində olduğu, hələ hərbi andı içmədiyi dövrdə baş vermişdir. Müdafiə tərəfi bu halı onun hərbi xidmətin tam nizamnamə mühitinə və hərbi qulluqçu statusunun mənəvi-psixoloji məsuliyyətinə yeni daxil olması, hadisənin əvvəlcədən planlaşdırılmış və davamlı intizamsızlıq davranışının nəticəsi kimi deyil, ani mübahisə zəminində yaranmış konflikt kimi qiymətləndirilməli olduğunu göstərən hal kimi əsaslandırmışdır. Şikayətdə, həmçinin hadisədən sonrakı dövrdə Təqsirləndirilən şəxs hərbi xidmətdə davranışının dəyişdiyi, xidmətə münasibətində ciddi iradın olmadığı, zərərçəkmiş şəxslə barışdığı, törətdiyi əmələ görə peşmançılıq nümayiş etdirdiyi və sonrakı xidməti davranışının nümunəvi xarakter daşıdığı göstərilmiş, bu hallar CM-in 70-ci maddəsinin tətbiqinin mümkünlüyünü təsdiq edən əlavə fərdiləşdirici hallar kimi irəli sürülmüşdür. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmiş, apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməsini və Cəlilabad Hərbi Məhkəməsinin həmin iş üzrə çıxardığı ## #### 2026-cı il tarixli hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs, tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Buna görə də, Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 332.2.5-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 03 (üç) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspert rəylərini və toplanmış digər mötəbər sübutları tam, obyektiv və hərtərəfli araşdırıb müzakirə edərək onu CM-in 332.2.5-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində məhkəmənin hökmünü qanuni, əsaslı və ədalətli hesab edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətinə etirazın dəlillərini müdafiə edib, apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə onun şərti məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və etirazı müzakirə edərək, məhkum edilmiş şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxs və dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü verilmiş şikayətə münasibətdə dəyişdirilməlidir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkum apellyasiya şikayətində barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını, yəni şərti məhkum edilməsini xahiş etmişdir. Məhkum edilmiş şəxsə şərti cəza təyin olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkum edilmiş şəxs apellyasiya şikayətində ağırlığına görə ədalətsiz cəza təyin edilməsini iddia edərək, CM-in 70-ci maddəsi tətbiq edilməklə müvafiq qərarın qəbul edilməsi barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, ekspert rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-in 332.2.5-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası CPM-in 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən məhkum edilmiş şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə razılıq əldə etməyə cəhd etməsini, üzr istəyərək barışmasını, eyni zamanda, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini CM-in 59.2-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, habelə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cəzanın fərdiləşdirilməsi zamanı yalnız cinayətin formal hüquqi tövsifi deyil, həm də onun törədildiyi konkret şərait, məhkumun yaş xüsusiyyətləri, hərbi xidmətə yeni başlaması, hərbi kollektivə uyğunlaşma mərhələsində olması, hadisənin hərbi and içilməzdən əvvəl baş verməsi, əməlindən sonra davranışında müşahidə olunan müsbət dəyişikliklər və zərərçəkmiş şəxslə münasibətlərin tam bərpa edilməsi birlikdə qiymətləndirilməlidir. Bu hallar təyin olunmuş cəzanın real icrasının zəruriliyini yox, əksinə, nəzarət altında sınaq müddəti vasitəsilə məhkumun islahının təmin edilməsinin mümkünlüyünü göstərir. Hadisənin hərbi and içilməzdən əvvəl törədilməsi məhkumun məsuliyyətini aradan qaldırmır və əmələ verilmiş hüquqi tövsifə təsir etmir. Lakin həmin hal cəzanın icrası formasının seçilməsi, yəni real cəzaçəkməyə ehtiyac olub-olmaması məsələsində fərdiləşdirici əhəmiyyət kəsb edir. Çünki hərbi and hərbi qulluqçunun nizamnamə qaydalarına, hərbi intizama və xidmət borcuna mənəvi-hüquqi bağlılığını təsdiq edən mühüm mərhələdir; şəxsin həmin mərhələyə qədər, xidmətin başlanğıcında, ani mübahisə zəminində yol verdiyi əməl onun gələcəkdə nəzarətsiz qalacağı və yalnız real cəzaçəkmə yolu ilə islah edilə biləcəyi barədə qəti nəticəyə gəlmək üçün kifayət deyil. Əksinə, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, hadisədən sonra məhkum edilmiş şəxsin xidmətə münasibəti mənfi xarakter daşımamış, zərərçəkmiş şəxslə münasibətlər normallaşmış, zərərçəkmiş şəxs apellyasiya məhkəməsində də ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Bu faktlar məhkumun hadisədən nəticə çıxardığını, davranışında müsbət istiqamətli dəyişiklik yarandığını və cəzanın məqsədlərinə real intizam xarakterli hərbi hissədə saxlama cəzası icra edilmədən də nail olunmasının mümkünlüyünü təsdiq edir. Məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı, kollegiya hesab edir ki, qəti olaraq müəyyən edilən intizam xarakterli hərbi hissədə saxlama cəzasının real çəkdirilməsi hazırkı işin bütün hallarına münasibətdə zəruri deyildir. Işdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, cinayət hadisəsi hərbi xidmətə yeni başladığı, hərbi andı hələ içmədiyi və hərbi kollektivə uyğunlaşdığı dövrdə, əvvəlcədən hazırlanmış niyyət olmadan, ani mübahisə zəminində baş vermişdir. Məhkum əməlini etiraf etmiş, peşmançılıq bildirmiş, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı ona qarşı şikayət və tələbinin olmadığını açıq ifadə etmişdir. Bundan əlavə, hadisədən sonrakı dövrdə məhkumun xidməti davranışının müsbət istiqamətdə formalaşması, hərbi xidmətdə intizama riayət etməsi və nümunəvi davranış nümayiş etdirməsi onun islahının real cəzaçəkmə olmadan da mümkünlüyü barədə məhkəmə kollegiyasının qənaətini gücləndirir. Bu səbəbdən kollegiya belə nəticəyə gəlir ki, məhkəmə tərəfindən təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası özlüyündə ədalətli və əsaslı olsa da, işin konkret halları, məhkumun şəxsiyyəti, onun hərbi and içilməzdən əvvəl xidmətə yeni uyğunlaşma mərhələsində bu əməli törətməsi, sonradan xidmət intizamına münasibətdə müsbət davranış nümayiş etdirməsi, zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin apellyasiya məhkəməsində də şikayət və tələbinin olmadığını bildirməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs cəzasını real çəkmədən də islah olunması mümkün hesab edilməlidir. Buna görə də CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab edilməsi cəzanın məqsədlərinə və ədalət prinsipinə daha uyğun nəticədir. CM-in 70.1-ci maddəsində göstərilir ki, intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhz bu baxımdan CM-in 70.2-ci maddəsində sadalanan meyarlar hazırkı iş üzrə formal deyil, məzmun etibarilə qiymətləndirildikdə belə nəticə yaranır ki, cinayətin xarakteri hərbi intizam və nizamnamə qaydalarının qorunması baxımından ictimai təhlükəli olsa da, onun başvermə şəraiti, məhkumun əvvəlki məhkumluğunun olmaması, xidmətə yeni başlaması, hərbi and mərhələsinə qədər hadisənin baş verməsi və sonrakı nümunəvi xidməti davranışı real cəzaçəkməni yeganə islah vasitəsi kimi zəruri etmir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-in 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. CM-in 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. CM-in 70-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, məhkəmə təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını hökmən real icra etdirilməli yeganə vasitə hesab etmədikdə, məhkumun islahının sınaq müddəti ərzində nəzarət və vəzifələr altında təmin edilə biləcəyini müəyyən edib cəzanı şərti hesab edə bilər. Hazırkı işdə cəzanın növü və strukturu dəyişdirilərək qanuni əsas bərpa edildikdən sonra, həmin cəzanın şərti tətbiqi cinayət məsuliyyətinin məqsədləri ilə ziddiyyət təşkil etmir. Kollegiya nəzərə alır ki, hazırkı vəziyyətdə məhkumun islahının real cəzaçəkmə olmadan da mümkünlüyü nəzərə alınaraq CM-in 70-ci maddəsi tətbiq edilməlidir. Bu səbəbdən qəti intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti hesab edilməli, sınaq müddəti təyin olunmalı və məhkumun davranışına nəzarətin təmin edilməsi üçün üzərinə CM-in 70.5-ci maddəsində nəzərdə tutulan vəzifələrdən müvafiqləri qoyulmalıdır. Bu baxımdan apellyasiya instansiyası hesab edir ki, məhkumun ailə və sosial bağlılıqlarının qorunması, hərbi xidmətə yeni başladığı dövrdə yol verdiyi əməli sonrakı xidməti davranışı ilə kompensasiya etməyə çalışması, zərərçəkmiş şəxslə münasibətlərin bərpa olunması və onun üzərinə qoyulacaq vəzifələrə əməl etməklə davranışına nəzarətin mümkünlüyü şəraitində real intizam xarakterli hərbi hissədə saxlama cəzasının icrasına zərurət olmadan da cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə halda şərti məhkum etmə həm qanunilik, həm ədalətlilik, həm də cəzanın fərdiləşdirilməsi prinsipi baxımından əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, Apellyasiya protestinin və ya apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını dəyişdirmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü verilmiş şikayətə münasibətdə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 01 (bir) il 03 (üç) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə xidmət müddətində hərbi nizamnamələrin tələblərini öyrənmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi, ordu sıralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi hərbi xidmət müddəti ərzində xidmət etdiyi N saylı hərbi hissənin komandirinə, xidmət başa çatdıqdan sonra yaşayış yeri üzrə Quba Rayon Icra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar