Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1-1(3-9)-17/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi – “Pro Bono” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1 və 341.3-cü maddələri ilə məhkum edilməsinə dair Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü (hakimlər X4 (sədrlik edən), X6 və X11 ibarət tərkibdə) ilə ## #### 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, R, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1 və 341.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 329.1-ci maddəsi ilə 500 (beş yüz) manat cərimə cəzasına, CM-nin 341.3-cü maddəsi ilə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə ona qəti cəza olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası və 500 (beş yüz) manat cərimə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş 500 (beş yüz) manat cərimə cəzasının müstəqil icra olunması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilərək, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1 və 341.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Laçın rayonunun Zabux kəndinin ərazisində yerləşən 2-ci taborunun 5-ci bölüyünün komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, R hərbi rütbəsində həmin bölüyün dayaq məntəqəsi hesab olunmaqla şərti olaraq L-81 adlandırılan döyüş mövqeyinin başçısı kimi həqiqi hərbi xidmətdə olarkən, həmin Vnin vəzifələrini müvəqqəti icra etdiyi vaxt ## ####### 2024-cü il tarixdə saat 17 radələrində həmin mövqedə xidmət etməklə aralarında tabelik münasibəti olan əsgər Zərərçəkmiş şəxs döyüş postunda sutkalıq döyüş xidməti cədvəlini rəngli qələm ilə yazdığı üçün ona irad tutaraq sillə zərbəsi ilə bir dəfə sifət nahiyəsindən vurub, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həmin bölüyün komandiri kimi Laçın rayonunun ərazisində şərti olaraq L-81 adlandırılan döyüş mövqeyində mövqe başçısı kimi xidmətini davam etdirərkən, 2024-cü ilin oktyabr ayının ortalarından etibarən həmin mövqedə tabeliyində xidmətini davam etdirən əsgər X7 və əsgər X2 fiziki göstəricilərinə görə digər əsgərlərdən üstün olduğuna görə onların vasitəsilə digər əsgərləri idarə etməyin ona daha rahat olduğu üçün üzərinə düşən xidməti vəzifələrini icra etməyərək əsgər N.Məmmədzadənin özünü mövqedə «böyük» əsgər kimi tanıdaraq, özünə sərfəli şəkildə mövqedəki əsgərləri idarə etməsinə şərait yaratmaqla, əsgər N.Məmmədzadə və özünü onun köməkçisi kimi tanıdan əsgər R.Əlizadə R Təqsirləndirilən şəxs onlara bu kimi rahat şərait yaratmağından istifadə edib, mövqedə xidmət edən digər əsgərlərin üzərində özlərinin əsassız üstünlüklərini təmin etməklə, özləri tərəfindən yerinə yetirilməli olan xidməti vəzifələrin digər əsgərlər tərəfindən yerinə yetirilməsinə nail olmaq məqsədilə mövqeyə yeni gələn əsgərlərin iradələrini müxtəlif bəhanələrlə sındırmaqla, onlara fiziki və psixi təzyiq göstərməklə daimi qorxu və təsir altında saxlamağı razılaşdırmışlar və bu məqsədlə əsgər N.Məmmədzadə hərbi hissə komandanlığının rəsmi əmri olmadan qeyri-qanuni olaraq aşbaz kimi fəaliyyət göstərib şəxsi heyətə çörək və yemək bişirməklə çox vaxt təyin olunduğu növbələr üzrə döyüş növbətçisi kimi xidmətə çıxmayıb öz əvəzinə mövqedə xidmət edən digər əsgərləri döyüş növbətçiliyi xidmətini təşkil etməyə göndərməklə, həmçinin əsgər R.Əlizadə ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında onları müxtəlif işlərin görülməsinə cəlb etməklə “böyük” əsgər kimi davranaraq orada xidmət edən digər əsgərlər üzərində öz üstünlüklərini göstərmişlər. Daha sonra, əsgər R.Əlizadə ## ####### 2024-cü il tarixdə saat 12 radələrində əsgər N.Məmmədzadə ilə aralarında olan razılaşmaya əsasən həmin mövqedə xidmətini davam etdirmək üçün təyin edilmiş əsgər X3 üzərində özlərinin əsassız üstünlüklərini təmin etməklə, özləri tərəfindən yerinə yetirilməli olan xidməti vəzifələrin onun tərəfindən yerinə yetirilməsinə nail olmaq məqsədilə həmin mövqedə xidmət aparan əsgər Zərərçəkmiş şəxs yanına çağırıb ondan əsgər M.Həsənova yaxınlaşıb ona L-81 adlandırılan döyüş mövqeyində “birinci böyük” əsgər olan N.Məmmədzadənin, mövqenin “ikinci böyük” əsgəri olan özünün bütün tapşırıqlarını dərhal qeyd şərtsiz yerinə yetirməli olduğunu, onlar tərəfindən tapşırılan bütün işlərin dərhal icra olunmalı olduğunu ona deməsini tapşırmışdır. Əsgər Zərərçəkmiş şəxs də öz növbəsində əsgər R.Əlizadənin tapşırığını əsgər M.Həsənova çatdırmış, əsgər M.Həsənov da əsgər N.Məmmədzadə və əsgər R.Əlizadə ondan əvvəl hərbi xidmətdə olmaqla, həmçinin fiziki güclü olduqları üçün onlardan çəkinərək, onların mövqedə yaratdığı «qaydaya» uyğun hərəkət etməyə razılaşmışdır. Bundan sonra, əsgər N.Məmmədzadə əsgər R.Əlizadə ilə birlikdə ## ####### 2024 cü il tarixdən başlayaraq heç bir səbəb olmadan əsgər M.Həsənovun üzərində öz üstünlüklərini nümayiş etdirmək məqsədilə ona iradəsinə zidd olan qanunsuz göstərişlər verərək, əsgər M.Həsənov əsgər N.Məmmədzadənin göstərişi və əsgər R.Əlizadənin nəzarəti ilə təkbaşına döyüş mövqeyinin ərazisində su çənindən bidonlarla su daşınması, odun doğranması, əsgər yataqxanasını, yeməkxanasını və sanitar qovşağı təmizləmək kimi müxtəlif işlərin görülməsinə cəlb olunmuşdur. Daha sonra, R.Əlizadə ## ####### 2024-cü il tarixdə saat 22 radələrində əsgər N.Məmmədzadə ilə aralarında olan razılaşmaya əsasən eyni məqsədlə heç bir səbəb olmadan əsgər M.Həsənovun üzərində öz üstünlüklərini nümayiş etdirməklə mövqedə döyüş növbətçiliyinin aparılması haqqında qrafikə əsasən həmin gün saat 22:00-dan saat 00:00-dək təyin olunduğu növbə üzrə döyüş növbətçiliyi xidmətinə qəsdən vaxtından 42 dəqiqə əvvəl, yəni saat 21:18-də yuxudan oyadıb iradəsinə zidd olaraq qanunsuz göstəriş verib döyüş növbətçiliyini təşkil etmək üçün atəş sektoruna getməsini tələb edərək oraya göndərmişlər. Həmin gün saat 23 radələrində isə əsgər N.Məmmədzadə əsgər R.Əlizadə ilə aralarında olan razılaşmaya əsasən eyni məqsədlə heç bir səbəb olmadan əsgər M.Həsənovu mövqedə döyüş növbətçiliyinin aparılması barədə qrafikə əsasən özü həmin gün saat 00:00-dan saat 02:00-dək təyin olunduğu növbə üzrə döyüş növbətçiliyinə çıxmalı olduğu halda əsgər M.Həsənovun iradəsinə zidd olan qanunsuz göstəriş verərək ona öz əvəzindən döyüş növbətçiliyini təşkil etdirmişlər. ## ####### 2024-cü il tarixdə saat 08 radələrində əsgər N.Məmmədzadə əsgər R.Əlizadə ilə aralarında olan razılaşmaya əsasən eyni məqsədlə əsgər M.Həsənovun, həmçinin həmin mövqedə xidmət aparan əsgər Zərərçəkmiş şəxs üzərlərində öz üstünlüyünü nümayiş etdirərək aşbaz kimi həmin gün çörək bişirməsi üçün onu yuxudan oyatmadıqlarını irad tutub buna görə onları cəzalandıraraq iradələrinə zidd qanunsuz göstərişlər verərək, əsgər M.Həsənov gecə növbədə olmaqla istirahət etməli olsa da, istirahət verməyib, M.Həsənovu həmin gün saat 08:00dan 12:00-dək olan dörd saatlıq istirahət növbəsində yatmağa qoymayıb onu mövqeyin ərazisində əsgər yataqxanasını, yeməkxanasını, sanitar qovşağı və orada olan odun peçinin içərisini süpürüb təmizləmək kimi müxtəlif işlərin görülməsinə cəlb edərək, N.Məmmədzadə həmin gün saat 14 radələrində özünün mövqedəki şəxsi heyətə çörək və yemək bişirəcəyini bəhanə edərək, mövqedə döyüş növbətçiliyinin təşkili və aparılması barədə qrafikə əsasən özünün həmin gün saat 14:00-dan saat 16:00-dək təyin olunduğu növbə üzrə döyüş növbətçiliyi xidmətinə çıxmamış, onun əvəzindən R Təqsirləndirilən şəxs verdiyi qanunsuz göstərişə əsasən əsgər M.Həsənov ayıq növbə xidmətini təhvil verib qrafikə əsasən döyüş növbətçiliyi xidmətini təşkil etməli olsa da, N.Məmmədzadənin əvəzindən yenidən döyüş növbətçiliyi xidmətini təşkil etməyə başlamış, ayıq növbə xidmətini təşkil edən digər əsgər Zərərçəkmiş şəxs isə əsgər N.Məmmədzadənin göstərişinə əsasən istirahət etmədən mövqeyin ərazisində şəxsi heyətin istifadəsində olan qabları yumağa getmiş, lakin işlərini yekunlaşdıra bilmədiyindən əsgər M.Həsənov N.Məmmədzadənin əvəzindən məcburən döyüş növbətçiliyinin ikinci saatını da davam etdirməli olmuşdur. Nəticədə, R Təqsirləndirilən şəxs üzərinə düşən xidməti vəzifələrini icra etməyərək əsgər N.Məmmədzadənin özünü mövqedə «böyük» əsgər kimi tanıdaraq, özünə sərfəli şəkildə mövqedəki əsgərləri idarə etməsinə şərait yaratmaqla, əsgər N.Məmmədzadə və özünü onun köməkçisi kimi tanıdan əsgər R.Əlizadə tərəfindən əsgər M.Həsənovun həmin döyüş mövqeyinə gəldiyi gündən sıxışdırılaraq ona psixoloji basqılar göstərib mövqedə bütün işlərə cəlb edilməsi, əsgər N.Məmmədzadənin onu öz yerinə bir neçə dəfə döyüş növbəsində saxlatması, sonra yenidən istirahət vaxtı başqa işlərə cəlb etməsinin ona pis təsir etməsi, hadisə günü qanunsuz göstərişinə əsasən istirahət etmədən əsgər N.Məmmədzadənin əvəzinə yenidən döyüş növbətçiliyinin təşkilinə ayrılaraq növbədə saxlanılması əsgər M.Həsənovun emosional-iradi sferasına neqativ təsir edərək ona qarşı edilən bütün bu hərəkətlərdən bezərək sinir-psixi gərginlik halı keçirərək, həmin gün, yəni ## ####### 2024-cü il tarixdə saat 15:40-da əsgər N.Məmmədzadənin əvəzinə döyüş növbətçiliyini təşkil etdiyi vaxt özünü öldürmək niyyətilə, xidməti istifadə üçün ona verilmiş AKMS markalı AFD **** nömrəli avtomat silahı döyüşə hazır vəziyyətə gətirib patron yuvasına bir ədəd döyüş patronu yeridərək silahın darağını üzərindən çıxardıb əynindəki zirehli gödəkçənin cibinə qoyduqdan sonra silahın lüləsini alın nahiyəsinə dirəyib tək-tək rejimdə tətiyi çəkərək silahdan atəş açmış, silahdan atılan güllənin onun alın nahiyəsindən ortadan girib öndən-arxaya istiqamətlənərək ənsə nahiyəsindən ortadan çıxması nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid gedişi boyunca baş beyin toxumasının əzilib dağılması, kəllə tağı və kəllə əsası sümüklərinin çoxqəlpəli sınıqları ilə müşayiət olunan kəllə boşluğunun dəlib keçən odlu silah güllə yarası ilə müşayiət olunan xəsarətlərini alaraq hadisə yerində ölməklə, R Təqsirləndirilən şəxs döyüş şəraitində rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi əsgər M.Həsənovun özünü öldürməsi ilə nəticələnmiş ağır nəticələrə səbəb olmuşdur. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, məsuliyyəti yüngüləşdirən müstəsna halar nəzərə alınmaqla CM-nin 62ci maddəsi Təqsirləndirilən şəxs məhkum edildiyi CM-nin 341.3-cü maddəsinə münasibətdə tətbiq edilməklə, maddənin sanksiyasında nəzərdə tulan aşağı həddən daha aşağı həddə cəza təyin edilməsini və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti tətbiq olunmaqla şərti hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsgər Murad Həsənov R Təqsirləndirilən şəxs xidmət apardığı bölüyə baş vermiş hadisədən 3 gün əvvəl gəlmişdir. Obyektiv olaraq baş verənləri analiz etdikdə, cinayət işinin içərisində toplanmış materialları nəzərədən keçirdikdə baş vermiş nəticə ilə R Təqsirləndirilən şəxs əməli arasında səbəbli əlaqənin müəyyən edilməsi çox çətindir. Belə ki, əsgər Murad Həsənov hadisə baş verməzdən 3 gün əvvəl qeyd olunan bölüyə gəlmiş, başqa bölüyün əsgəri olmuş və hadisə baş verən tarixədək ona qarşı edilən hərəkətlər şəxsin özünü öldürmək həddinə çatdırılması üçün yetərli deyildir. ## ###### 2025-ci il tarixli ekspertiza rəyindən də gürünür ki, əsgər X3 fərdi-psixoloji xüsusiyyətlərinə görə “sakit”, “tərbiyyəli”, “özünə qapalı”, “zarafat etməyi xoşlamayan” kimi qeyd edilmişdir. Hadisə baş verməsindən 3 gün əvvələdək əsgər Murad Həsənov gənc əsgərlər taborunda olmuş, sonradan digər bölüyə köçürülmüşdür və köçürüldüyü bölüyün əsgəri olmuşdur. Hadisənin baş vermə səbəbləri əsgər Murad Həsənovun əvvəl xidmət etdiyi taburdan və əsgəri olduğu bölükdən araşdırılmalı idi. X5rşı cinayət işinin materiallarından göründüyü kimi R Təqsirləndirilən şəxs tərəfindən heç bir zorakılıq hərəkətləri və ya psixoloji təsir göstərilməmiş, şərəf-ləyaqətini alçaldan hər hansı bir qanunazidd hərəkət edilməmişdir. Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı isə qeyd etmək lazımdır ki, o, xidmət etdiyi hərbi hissələr tərəfindən verilmiş xasiyyətnamədə müsbət tərəfdən xarakterizə olunur. Xidməti ilərində 44 günlük Vətən Müharibəsi dövründə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs heç vaxt məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Həmin Məcəllənin 41.1ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir”. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən “İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır”. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən “Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır”. Məhkum Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsi iştirakçısıdır, heç vaxt məhkum olunmamışdır, törətdiyi cinayəti etiraf edir, cinayət nəticəsində vurduğu mənəvi ziyanı ödəməyə hazırdır, etdiyi əməldən səmimi peşmandır, cəmiyyət üçün ictimai-təhlükəli deyil, şəxsiyyəti müsbət xarakterizə edilir, daha aşağı həddə cəza təyin etməklə islah edilməsi mümkündür. Füzuli Hərbi Məhkəməsi CM-nin 62-ci maddəsini CM-nin 329.1-ci maddəsinə münasibətdə tətbiq etmiş, lakin CM-nin 341.3-cü maddəsinə münasibətdə tətbiq etməmişdir. Yuxarıda qeyd edilən məsuliyyəti yüngüləşdirən hallar məhz CM-nin 341.3-cü maddəsinə münasibətdə müstəsna hallar hesab edilməklə məhkum Təqsirləndirilən şəxs barəsində CM-nin 341.3-cü maddəsinin sanksiyasında göstərilmiş ən aşağı həddən daha aşağı cəza təyin etmək mümkündür və ədalətli olardı. Hökmdən, həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs da müdafiəçisi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, məsuliyyəti yüngüləşdirən müstəsna halar nəzərə alınmaqla CM-nin 62-ci maddəsi onun məhkum edildiyi CM-nin 341.3-cü maddəsinə münasibətdə tətbiq edilməklə, maddənin sanksiyasında nəzərdə tulan aşağı həddən daha aşağı həddə cəza təyin edilməsini və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti tətbiq olunmaqla şərti hesab edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinə etiraz verərək, şikayətin təmin olunmamasını və Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmünün qüvvəsində saxlanılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə kollegiyasının iclasında: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərdə göstərilən dəlillərə uyğun çıxış edib, apellyasiya şikayətlərinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Dövlət ittihamçısı X1 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətlərin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə məhkum edilmiş şəxs, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya şikayətində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrı, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, şahidlər şahid2, şahid3, şahid4, şahid1 ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında ## ####### 2024-cü il tarixli və hadisə yerinə əlavə baxış keçirilməsi haqqında ## ####### 2024-cü il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının ## ####### 2024-cü il tarixli ** nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının ## ####### 2024-cü il tarixli **** nömrəli rəyi, istintaq eksperimentinin keçirilməsi haqqında ## ####### 2024-cü il tarixli protokol, məhkəmə ballistik-trasoloji ekspertizasının ## ###### 2024-cü il tarixli 3/1631; 3/1632; 3/1633; 3/1634; */**** nömrəli rəyi, məhkəmə-bioloji ekspertizasının ## ####### 2024-cü il tarixli **/mtb nömrəli rəyi, məhkəmə-psixiatrik ekspertizasının ## ###### 2024-cü il tarixli **** nömrəli rəyi, məhkəməpsixoloji ekspertizasının ## ###### 2025-ci il tarixli **/*** nömrəli rəyi, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin müvafiq əmrlərindən çıxarışlar, habelə işdə оlаn digər sübutları nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 329.1 və 341.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 329.1 və 341.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlləri birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 329.1 və 341.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 329.1 və 341.3-cü maddələri ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etmiş, Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan tərəfindən verilmiş müvafiq sərəncamlarla “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının Baş Naziri tərəfindən verilmiş “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Həmçinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi və iddiasının olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, “Vətən müharibəsində iştirak edərək” medallarla təltif edilməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi, iddiası olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar isə müəyyən etməmiş, sonuncunun CM-nin 62ci maddəsi tətbiq edilməklə CM-nin 329.1-ci maddəsi ilə 500 manat cərimə cəzasına, CM-nin 341.3-cü maddəsi ilə 05 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 05 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası və 500 manat cərimə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə; CM-nin 341.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, onun və ailəsinin həyat şəraitini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almaqla, Təqsirləndirilən şəxs düzgün olaraq cərimə və azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir. Məhkəmə bu cəza növlərini seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm də cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, eyni zamanda təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarında Azərbaycan Respublkasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və törədilmiş əməl xarakterizə edilməlidir. Cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə kollegiyasının fikrinə görə təyin edilən cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda, əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarakteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai-təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Cinayətin ictimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətlər heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və sair.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Kollegiya təqsirləndirilən şəxsin şəxsiyyətini, ona istinad olunan cinayət əməlinin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almaqla, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sonuncuya təyin olunmuş cəza onun tərəfindən törədilmiş cinayətlərin ağırlıq dərəcəsinə, həmçinin CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə mütənasib olmuşdur. Bundan başqa, kollegiya müdafiə tərəfin təqsirləndirilən şəxsin barəsində CM-nin 341.3cü maddəsinə münasibətdə də CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, həmin maddə ilə təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, CM-in 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmçinin, CM-in 62.2-ci maddəsinə görə isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qeyd olunan normanın mənasına görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayət törədildikdən sonrakı davranışı və iş üzrə məsuliyyəti əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud olduqda, habelə həmin hallar məcmu halında müstəsna xarakter daşıdıqda məhkəmə tərəfindən təyin ediləcək cəza qanunvericiliklə müəyyən edilmiş aşağı həddən də aşağı müəyyən edilə bilər. Həmin normanın tətbiqi istisna xarakter daşımaqla, hər bir iş üzrə müəyyən edilmiş yüngülləşdirici halların sadəcə mövcudluğu deyil, onların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltması və müstəsna hal kimi qiymətləndirilməsinə imkan verməsi tələb olunur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən CM-nin 62-ci maddəsi məhkumun CM-nin 329.1-ci maddəsi ilə təqsirli bilindiyi əmələ münasibətdə tətbiq edilmişdir. Həmin əməl üzrə məhkəmə məhkumun şəxsiyyətini, əməli etiraf etdərək peşmançılıq hissini, habelə zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı hər hansı tələbinin olmamasını nəzərə alaraq bu nəticəyə gəlmişdir. Deməli, CM-nin 62-ci maddəsinin tətbiqinə əsas verən hallar həmin konkret əmələ münasibətdə ayrıca qiymətləndirilmiş və məhkumun xeyrinə nəzərə alınmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, eyni yanaşmanın CM-nin 341.3-cü maddəsi ilə tövsif edilmiş əmələ münasibətdə tətbiqi üçün hüquqi əsaslar mövcud olmamış, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə məhz həmin maddənin sanksiyası həddində cəza təyin olunması ilə bağlı mövqeyi qanuni və əsaslı olmuşdur. Əvvəla, məhkumun CM-nin 341.3-cü maddəsi ilə təqsirli bilindiyi əməl xarakterinə və nəticələrinə görə CM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş əməldən əhəmiyyətli dərəcədə daha yüksək ictimai təhlükəliliyə malikdir. Belə ki, Təqsirləndirilən şəxs hərbi qulluqçu və rəis qismində üzərinə düşən vəzifələri yerinə yetirməyərək, tabeliyində olan hərbi qulluqçular arasında qeyri-nizamnamə münasibətlərinin formalaşmasına, ayrı-ayrı əsgərlərin qanunsuz üstünlük əldə etməsinə, digər əsgərlərin isə daimi fiziki və psixoloji təzyiq altında saxlanılmasına şərait yaratmış, bununla da hərbi xidmətin əsas prinsiplərini, hərbi intizamı və idarəetmə qaydalarını kobud surətdə pozmuşdur. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, məhkumun vəzifə səlahiyyətlərindən lazımi qaydada istifadə etməməsi və tabeliyində olan şəxslərin qanunsuz davranışlarına şərait yaratması təsadüfi və ya birdəfəlik xarakter daşımamış, müəyyən müddət ərzində davam etmiş, nəticədə hərbi kollektiv daxilində qeyri-rəsmi tabelik münasibətlərinin formalaşmasına səbəb olmuşdur. Məhz bu qanunsuz vəziyyət nəticəsində əsgər Murad Həsənov sistemli şəkildə müxtəlif işlərə cəlb edilmiş, qanunsuz göstərişlərə məruz qalmış, istirahət hüququndan məhrum edilmiş və digər hərbi qulluqçularla müqayisədə əsassız fərqli münasibətlə üzləşmişdir. Daha mühüm hal ondan ibarətdir ki, məhkumun törətdiyi cinayət əməli ağır nəticə ilə müşayiət olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş və hökmün əsasını təşkil etmiş sübutlarla müəyyən edilmişdir ki, yaradılmış qeyri-sağlam xidmət mühiti, əsgər Murad Həsənovun davamlı psixoloji gərginlik vəziyyətinə salınması, ona qarşı tətbiq edilən qanunsuz münasibətlər və məhkumun bunlara şərait yaratması nəticə etibarilə zərərçəkmiş şəxsin özünü öldürməsi ilə nəticələnmişdir. İnsan həyatının itirilməsi ilə nəticələnən belə bir əməl öz mahiyyəti etibarilə yüksək ictimai təhlükəliliyə malik olmaqla cəzanın müstəsna qaydada yüngülləşdirilməsini deyil, əksinə, törədilmiş əməlin nəticələrinin cəza təyin edilərkən ciddi surətdə nəzərə alınmasını tələb edir. Bundan başqa, məhkumun təqsirli bilindiyi CM-nin 341.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına aiddir. Qanunverici həmin cinayətə görə sanksiyada azadlıqdan məhrum etmənin kifayət qədər ciddi həddini müəyyən etməklə, bu növ əməllərin hərbi xidmətin normal fəaliyyətinə, hərbi intizama və insan həyatına yaratdığı təhlükənin yüksək olduğunu ifadə etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, şəxsin əvvəllər məhkum olunmaması, müsbət xarakterizə olunması, hərbi xidmət dövründə müxtəlif mükafatlarla təltif edilməsi və ya əməlindən peşman olduğunu bildirməsi kimi hallar onsuz da müstəsna hal hesab edilərək, cəza təyini zamanı nəzərə alındığı bir şəraitdə, apellyasiya şikayətinin dəlilləri həmin halların yenidən CM-nin 62-ci maddəsinin tətbiqini şərtləndirməsi üçün kifayət etmir. Kollegiya həmçinin nəzərə alır ki, CM-nin 329.1-ci maddəsi üzrə zərərçəkmiş şəxslə barışma halı mövcud olmuş və həmin hal birinci instansiya məhkəməsi tərəfindən məhkumun xeyrinə qiymətləndirilmişdir. Lakin CM-nin 341.3-cü maddəsi üzrə belə bir hal da mövcud deyildir. Əksinə, işdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis birinci instansiya məhkəməsində verdiyi ifadəsində mərhum oğlu Murad Həsənovun ölümündə təqsirli olan bütün hərbi qulluqçuların, o cümlədən Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada ədalətli şəkildə cəzalandırılmasını xahiş etmişdir. Bu isə həmin əmələ münasibətdə təqsirkarın davranışının zərərçəkmiş tərəf tərəfindən qəbul edilməsinin mövcud olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkumun barəsində olan yüngülləşdirici halların məcmusu CM-nin 341.3-cü maddəsinə münasibətdə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və baş vermiş ağır nəticələri əhəmiyyətli dərəcədə azaldan və həmin maddə ilə təyin edilmiş cəzaya da CM-nin 62-ci maddəsinin tətbiqinə əsas verən hallar kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin CM-nin 62-ci maddəsini yalnız CM-nin 329.1-ci maddəsinə münasibətdə tətbiq etməsini qanuni, əsaslı və ədalətli hesab edir, həmin maddənin CM-nin 341.3-cü maddəsinə də tətbiq edilməsinə dair apellyasiya şikayətinin dəlillərini isə əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin təqsirləndirilən şəxsin barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəzanın şərti hesab edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, işin faktiki halları Cinayət Qanununun bu normasının tətbiqinə də əsas vermir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində qeyd olunur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-nin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun cəzanı real çəkmədən islah olmasının mümkünlüyü təkcə cəzanı yüngülləşdirən ayrı-ayrı hallardan və ya belə halların məcmusundan asılı deyil. Cəzanı yüngülləşdirən hallar adından göründüyü kimi cəzanın yüngülləşməsinə xidmət edir. Bu hallar həm məcmu halında, həm də ayrı-ayrılıqda məhkumun cəzanı real çəkmədən islah olmasına əsas verə də bilər, belə əsasa zəmin yaratmaya da bilər. Həmçinin, məhkəmə kollegiyasına görə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü elə halları əhatə etməlidir ki, məhkum əməlinin ictimai təhlükəliliyini dərk etməklə özünün cəza çəkmədən də islah oluna biləcəyini sübut etmiş olsun. Belə sübut etmə formal olaraq yalnız sözdə peşman olmanı deyil, daha geniş miqyasa malik aktiv davranışı nəzərdə tutur. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinin tələbindən də göründüyü kimi, təqsirkarın cəzasını real olaraq çəkməsinə lüzum olmadığı barədə məhkəmədə qənaət hasil olarsa, o cəzasını şərti çəkə bilər. Lakin yuxarıda qeyd edilən işin faktiki halları (cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanı yüngülləşdirən hallar) təqsirkarın barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların və ya onun cəzanı real çəkmədən islah oluna biləcəyinə dəlalət edən halların olması barədə kifayət qədər təsəvvür formalaşdırmır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ona CM-nin 341.3-cü maddəsi ilə təyin olunmuş həddə azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını və bununla, cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olunması məhz ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş həddə azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi ilə mümkündür. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək, hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri təqsirləndirilən şəxsə CM-nin 341.3-cü maddəsi ilə təyin edilmiş kifayət qədər ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinə, habelə həmin cəzanın şərti hesab olunmasına əsas vermir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü isə apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1-1(3-9)-17/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-9)-17/2026
13.08.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver