Məhkəmə qərarları › İş №1-1(4-16)-6/2026

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(4-16)-6/2026

17.03.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(4-16)-6/2026 17.03.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Sədrlik edən hakim - Səmədova Günel Kamil qızı Məhkəmə iclasının katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlət ittihamı müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Alfa” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx N00-ci ildə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamış və üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhərində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölüyünün 3-cü dəniz piyada tağımının 1-ci dəniz piyada manqasının tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən 02 sentyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 24 sentyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaqla, üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi hərbi xidmətdə olarkən 03 noyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 13 yanvar N26-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaqla, üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölüyünün 3-cü dəniz piyada tağımının 1-ci dəniz piyada manqasının tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən ailəsində yaranmış vəziyyətlə, xüsusilə də anasının ağır sağlamlıq vəziyyəti ilə əlaqədar onda yaranmış psixoloji problemlər səbəbindən 02 sentyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 24 sentyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, daha sonra isə 03 noyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu gəlməmiş, yalnız 13 yanvar N26-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Anasının xəstəliyi ilə bağlı hərbi hissə komandanlığından icazə almamışdır, səhvini başa düşür. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölüyünün 3-cü tağım komandirinin müavini, gizir Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun heyətinin tabeliyindədir. Təqsirləndirilən şəxs anasının sağlamlıq vəziyyətinə görə 02 sentyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 24 sentyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, bundan sonra o, 03 noyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu gəlməmiş, yalnız 13 yanvar N26-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Buna kimi isə belə halların olmadığını,Təqsirləndirilən şəxs tək nizamsızlığının bu olduğunu bildirmişdir. Ailə vəziyyətinə görə rəhbərlikdən əmək məzuniyyətinə çıxmağı istəmiş, ona tağım komandiri tərəfindən icazə verilmişdir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində ifadə vermiş Şahid3 ifadəsi elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölüyünün baş çavuşu, baş miçman Şahid3 ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölüyünün baş çavuşu, baş miçman vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs ona məlum olmayan səbəblərə görə 02 sentyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 24 sentyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, bundan sonra o, 03 noyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu gəlməmiş, yalnız 13 yanvar N26-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində ifadə vermiş N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölüyünün 3-cü tağımının 1-ci dəniz piyada manqasının komandiri, kiçik çavuş Şahid2 ifadəsi elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 və Şahid3 ilə oxşar məzmunda ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 28 noyabr N25-ci il tarixli qərardan görünür ki, Bakı Hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan 15 yanvar N26-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınmışdır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsindən həmin Məcəllənin 333.3 və 333.4-cü maddələrinə tövsif edilmiş və həmin maddələrlə barəsində cinayət təqibi davam etdirilmişdir. İş materiallarında olan 15 yanvar N26-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan 15 yanvar N26-cı il tarixli “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 02 sentyabr N25-ci il tarixli, N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölük komandiri vəzifəsini müvəqqəti icra edən, baş miçman Şahid3 raportundan görünür ki, əsgər Təqsirləndirilən şəxs 02 sentyabr N25-ci il saat 08:00-da xidmət yerinə gəlməmişdir. İş materiallarında olan 02 sentyabr N25-ci il tarixli, N №-li, N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 02 sentyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyinə görə, bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan 24 sentyabr N25-ci il tarixli, N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölük komandiri vəzifəsini müvəqqəti icra edən, baş miçman Şahid3 raportundan görünür ki, əsgər Təqsirləndirilən şəxs 24 sentyabr N25-ci il saat 08:00-da xidmət yerinə qayıtmışdır. İş materiallarında olan 24 sentyabr N25-ci il tarixli, N №-li, N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 24 sentyabr N25-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtdığına görə bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan 03 noyabr N25-ci il tarixli, N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölük komandiri vəzifəsini müvəqqəti icra edən, baş miçman Şahid3 raportundan görünür ki, əsgər Təqsirləndirilən şəxs 03 noyabr N25-ci il saat 08:00-da xidmət yerinə gəlməmişdir. İş materiallarında olan 03 noyabr N25-ci il tarixli, N №-li, N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 03 noyabr N25ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyinə görə, bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan 13 yanvar N26-cı il tarixli, N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifəsini müvəqqəti icra edən, 3-cü dərəcəli kapitan Hüseyn Müseyibovun raportundan görünür ki, əsgər Təqsirləndirilən şəxs 13 yanvar N26-cı il saat 08:00-da xidmət yerinə qayıtmışdır. İş materiallarında olan 13 yanvar N26-cı il tarixli, N №-li, N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 13 yanvar N26cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtdığına görə bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan 29 may N24-cü il tarixli, N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş "Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxilolma haqqında" bağlaşmadan görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Silahlı Qüvvələrində üç il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qulluq etməyə könüllü surətdə öhdəlik götürmüşdür. İş materiallarında olan 04 iyun N24-cü il tarixli, N №-li, N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov X2 nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 29 may N24-cü il tarixli 071əç nömrəli əmrinə əsasən hərbi hissənin 1-ci dəniz piyada taborunun 2-ci dəniz piyada bölüyünün atıcısı-nəzarətçisi vəzifəsinə təyin edilərək həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N aprel N25-ci il tarixli, 105 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölüyünün 3-cü dəniz piyada tağımının 1-ci piyada manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 26 yanvar N26-cı il tarixli, 348 nömrəli Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarından olan N nömrəli hərbi hissədən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidməti yerində müsbət xarakterizə olunur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 19 fevral N26-cı il tarixli, TQS №027 nömrəli, 12 saylı şəhər poliklinikasından təqdim edilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs anası X1 onkoloji xəstəlik üzrə diaqnoz qoyulmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əvvəllər məsuliyyətə cəlb olunmamasını və anasının ağır sağlamlıq vəziyyətini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun hazırda hərbi xidmətini davam etdirməsini nəzərə alır və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzaları qismən toplanılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş “Alfa” Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N01-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel N25-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi N (iyirmi) saat hüquqi yardıma görə “Alfa” Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 11(on bir) manat olmaqla 2N (iki yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “Alfa” Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, ona aylıq pul təminatından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalarını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq ona aylıq pul təminatından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Bakı şəhəri “Alfa” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 2N (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri “Alfa” Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar