Məhkəmə qərarları › İş №1-1(4-22)-6/2026

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №1-1(4-22)-6/2026

23.02.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1-1(4-22)-6/2026 23.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ hakim Eminov Əziz Mürsəl oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədova Nərgiz Bağır qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2007-ci il tarixdə Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla Naxçıvan Hərbi Kollecinin yataqxanasında yaşayan, Naxçıvan Hərbi Kollecinin 1-ci kursant taborunun 3-cü bölüyünün 1-ci taqımının kursantı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair icraatın materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama əsasən, o, xx.xx.2026-cı il tarixdə saat 06:00 radələrində Naxçıvan Hərbi Kollecində qalx komandası verildikdən sonra yorğun və yuxulu olduğundan yerindən qalxmamış, saat 06:15 radələrində yataqxana binasının 39-cu otağına vəzifəsinə görə ona rəis olmaqla onunla tabelik münasibətlərində olan Naxçıvan Hərbi Kollecinin 1-ci taborunun 3-cü bölüyünün 1-ci taqımının komandirinin müavini vəzifəsində xidmət edən kursant Zərərçəkmiş şəxs gələrək onu yuxudan oyandırmaq istəyən zaman yerindən durub əsəbi olduğundan “niyə hər dəfə gəlib məni oyadırsan” demiş, aralarında yaranan mübahisə zəminində kursant Zərərçəkmiş şəxs sağ böyür nahiyyəsindən sağ əli ilə bir yumruq zərbəsi, dodaq nahiyyəsindən bir dirsək zərbəsi və arxa nahiyyəsindən bir təpik zərbəsi vuraraq Zərərçəkmiş şəxs “alt dodağın əzilmiş yarası” diaqnozlu sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı rəisə zor tətbiq etmişdir. Məhkəmə baxışında iştirak edən Dövlət ittihamçısı yekun nitqində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələri hüquqi əsas kimi göstərərək, cinayət təqibinə və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə baxışında iştirak edən zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə baxışında iştirak edən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazlarının olmadığını bildirdilər. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının ittihamın müdafiəsindən imtinası nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinin mənasına görə, dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41, 43.1 və 321.2.1-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə və iş üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əziz Eminov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar