Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-1003/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev Ilkin Qismət oğlunun sədrliyi, hakimlər Rəcəbov Ilkin Əblüfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Əbilov Hüseyn Natiq oğlu, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, zərərçəkmiş şəxslər - zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili – Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi2 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 nümayəndəsi müdafiəçi2, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim F.Ş.Kərimova) # ###### 1968-ci ildə Xocalı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocalı rayonunda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə tutulduğu 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 nümayəndəsi müdafiəçi2 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.Q.Məmmədov (sədrlik edən), R.Ə.Ağayev və R.O.Əsgərovadan ibarət məhkəmə tərkibində) ## #### 2026-cı il tarixli qərarı ilə məhkumun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslərin nümayəndəsi müdafiəçi2 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 3 (üç) ay müddətədək artırılmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat dövründə tutulduğu 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 nümayəndəsi müdafiəçi2, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı şahid4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında tanışı zərərçəkmiş şəxs4 20000 manat pulun müqabilində Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq adlanan ərazidə 3 sot torpaq sahəsində yerləşən birmərtəbəli yeni inşa edilmiş fərdi yaşayış evinin özünə məxsus olmasına və həmin evi sonuncuya satacağına, evin sənədlərini zərərçəkmiş şəxs4 adına keçirəcəyinə dair yalandan vəd verib, ##.##.2023-cü il tarixdə 10000 manat pulun qarşılığında Təqsirləndirilən şəxs mülkiyyətində olmuş Mercedes markalı avtomobili, Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq adlanan ərazidə 10000 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 20.000 manat məbləgində əmlakını birlikdə alıb ələ keçirərək vədinə əməl etməyərək zərərçəkmiş zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı şahid4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında zərərçəkmiş şəxs2 məxsus tikinti materialları mağazasının işçisi X4 pulunu sonra ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayından həmin ilin aprel ayınadək olan müddət ərzində sonuncunun işlədiyi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Mir inşaat” adlı tikinti materialları mağazasından ümumilikdə 39.860 manat dəyərində tikintidə istifadə olunacaq tikinti materiallarını birlikdə götürərək pulunu ödəyəcəyinə dair yalan vəd vermiş, lakin heç bir ödəniş etməyərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs2 39.860 manat məbləgində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı şahid4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsində 1,5 sot torpaq sahəsində qısa müddətdə 1 mərtəbəli fərdi yaşayış evinin 40000 manata inşa etdirib təhvil verəcəyinə vəd verib aldadaraq, ##.##.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən * saylı notariat ofisində podrat müqaviləsi bağlayaraq orada 24000 manat, həmin ilin aprel ayı ərzində Abşeron rayonu, Masazır qəsəbəsində 10400 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumi 34400 manat pulu birlikdə alıb vədinə əməl etməyərək, zərərəkmiş zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı şahid4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında zərərçəkmiş şəxs3, ümumilikdə 40.000 manat müqabilində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,03 hektar torpaq sahəsində olan fərdi yaşayış evini təmir etdirməklə, o cümlədən həmin torpaq sahəsinin və evin onun mülkiyyətinə veriləcəyinə dair Daşınmaz Əmlak Xidmətindən çıxarış əldə etməklə ona satacağına dair yalan vəd verib aldadaraq ilk dəfə zərərçəkmiş şəxs3 ## ###### 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri * saylı notariat ofisində 20.000 manat, ## ##### 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla 20.300 manat nağd pulunu birlikdə alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş, nəticədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 40.300 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir KASSASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ## #### 2026-cı il tarixli qərarı ilə onun tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin etsə də, zərərçəkmiş şəxslərə münasibətdə yenə də qanunsuz və ədalətsiz qərar qəbul etmiş, onlara dəymiş ziyan məhkum Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, əksinə, sonuncu tərəfindən onlara qarşı aqressiv münasibət göstərilmişdir. Zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işi üzrə sübutlar düzgün araşdırılmamış, iş üzrə verilmiş ifadələrlə onun konkret olaraq hər hansı şəxsdən və hər hansı şəraitdə pul və ya əmlak əldə etməsi öz təsdiqini tapmadığı halda, qanunsuz olaraq təqsirli bilinmişdir. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ona təyin edilmiş cəzanı ağırlaşdırarkən ilk dəfə cinayət törətməsini, İ Qarabağ müharibəsi veteranı olmasını, övladının ölkənin ərazi bütövlüyü uğrunda keçirilmiş antiterror əməliyyatında iştirak etməsini, Xocalı faciəsi zamanı həyat yoldaşının xəsarət almasını və II qrup əlil olmasını nəzərə almamışdır. Məhkum kassasiya şikayətində gəöstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində olan Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkumun müdafiəçisi müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə etdiyi şəxsin barəsində olan cinayət işi üzrə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, apellyasiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış və Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar əldə edilməmişdir. Şikayət müəllifi qeyd etmişdir ki, iş üzrə digər təqsirləndirilən şəxs şahid4la müdafiə etdiyi şəxs arasında keçirilmiş üzləşmə zamanı şahid4 Təqsirləndirilən şəxs taksi sürücüsü olduğunu, bir çox hallarda onun yanında olduğu üçün zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs tanımalarının normal hal olduğunu, onun hər hansı alqı-satqı işlərində və ya ittihamda göstərilən hallarla bağlı iştirakının və məsuliyyətinin olmadığını bildirmişdir. Həmçinin müdafiə tərəfinin mövqeyinə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin heç biri ilə əlaqəsi olmamış, onların məhz müdafiə etdiyi şəxsə pul verməsi isə iş üzrə heç bir epizodda öz təsdiqini tapmamışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2026-cı il tarixli qərarının dəyişdirilməsini və Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməsi əsası ilə ona bəraət verilməsini barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxarkən həyata keçirdiyi hüquqi yoxlamanın hüdudlarını təsbit edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəlləsi) 419.1-ci maddəsinə əsasən “Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Kassasiya instansiyası məhkəməsinin həyata keçirdiyi hüquqi yoxlamanın nəticələri üzrə səlahiyyətləri Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilir. Həmin maddədə nəzərdə tutulmuş əsaslardan ən azı biri müəyyən edildikdə kassasiya instansiyası məhkəməsi məhkəmə aktını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək səlahiyyətinə malikdir. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili müdafiəçi2 kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxslər arasındakı münasibətlər mülki-hüquqi xarakter daşıdığı, yəni Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı halda əsassız olaraq onun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş dələduzluq cinayətində təqsirli bilindiyini, eləcə də məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və yaxud cəzasının yüngülləşdirilməsi haqqında kassasiya tələblərini Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Məhkumun və zərərçəkmiş şəxslərin nümayəndəsinin kassasiya şikayətlərinin dəlilləri təyin edilmiş cəzanın həddi ilə bağlı olduğundan, məhkəmə kollegiyası ilk növbədə məhkum tərəfindən dələduzluq cinayətinin törədilməməsi və onun həmin cinayətin törədilməsinə aidiyyətinin olmaması barədə müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Bu baxımdan, həmin dəlillərin düzgün həlli üçün əvvəlcə dələduzluq cinayətinin hüquqi təbiətinin, onu mülki-hüquqi münasibətlərdən fərqləndirən meyarların, habelə bir neçə şəxsin iştirakı ilə törədildiyi hallarda şəxsin cinayətin törədilməsində iştirakının müəyyən edilməsi şərtlərinin nəzərdən keçirilməsi zəruridir. Dələduzluq talama cinayətlərinin xüsusi formalarından biri olmaqla, özgə əmlakının və ya əmlak hüququnun aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsində ifadə olunur. Bu cinayəti səciyyələndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, əmlakın zərərçəkmiş şəxs tərəfindən könüllü şəkildə verilməsi təqsirkarın əvvəlcədən formalaşmış talama niyyətinin həyata keçirilməsinə xidmət edir. Bu baxımdan dələduzluğun mahiyyəti yalnız əmlakın son nəticədə kimin sahibliyinə keçməsi ilə deyil, həmin əmlakın verilməsinə səbəb olan aldadıcı davranışın və ya etibardan sui-istifadənin xarakteri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2015-ci il tarixli qərarında da izah edildiyi kimi, əməlin dələduzluq kimi qiymətləndirilməsi üçün şəxsin əmlakı əldə etdiyi zaman niyyətinin hər hansı öhdəliyi yerinə yetirməyə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq özünün və ya üçüncü şəxsin xeyrinə keçirməyə yönəlməsi müəyyən edilməlidir. Buna görə də sonradan öhdəliyin icra edilməməsi, vəd edilmiş işin görülməməsi və ya alınmış vəsaitin qaytarılmaması özözlüyündə dələduzluq cinayətinin mövcudluğunu göstərmir. Cinayət-hüquqi məsuliyyət üçün talama niyyətinin əmlakın əldə edilməsindən əvvəl mövcud olması və həmin niyyətin aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həyata keçirilməsi müəyyən edilməlidir. Beləliklə, dələduzluqla mülki-hüquqi öhdəliyin icra edilməməsi arasındakı sərhəd sonrakı nəticə ilə deyil, əmlakın əldə edildiyi anda şəxsin həqiqi niyyətinin nədən ibarət olması ilə müəyyən edilir. Bu niyyətin müəyyən olunması isə yalnız şəxsin sonrakı izahatına əsaslana bilməz; onun əmlakı əldə etməzdən əvvəl və əldə etdiyi zaman törətdiyi konkret hərəkətlərin məzmunu, zərərçəkmiş şəxsdə yaratdığı təsəvvür, verdiyi məlumat və vədlər, mövcud etimaddan istifadə üsulu, faktiki imkanları və digər hallarla birlikdə qiymətləndirilməlidir. Dələduzluğun üsulu olan aldatma yalnız bilə-bilə yalan məlumat verilməsindən ibarət olmayıb, həqiqi məlumatların gizlədilməsini və əmlakın ələ keçirilməsinə yönəlmiş digər qəsdən törədilən hərəkətləri də əhatə edir. Etibardan sui-istifadə etmə isə əmlakın mülkiyyətçisi, sahibi və ya onun üzərində sərəncam vermək hüququ olan şəxslə mövcud etibarlı münasibətlərdən əmlakı əvəzsiz olaraq ələ keçirmək məqsədilə istifadə edilməsini nəzərdə tutur. Buna görə də dələduzluq işlərində şəxsin zərərçəkmişi əmlakı verməyə sövq edən davranışlarının yalnız zahiri formasına deyil, həmin davranışların hansı məqsədə xidmət etdiyinə və əmlakın ələ keçirilməsi ilə necə əlaqələndiyinə diqqət yetirilməlidir. Eyni zamanda, cinayətin bir neçə şəxsin iştirakı ilə törədilməsi halında əmlakın şəxsən kimin tərəfindən qəbul edilməsi iştirakçılığın yeganə və həlledici meyarı hesab edilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2022-ci il tarixli qərarında iştirakçılığa dair əks olunmuş hüquqi mövqeyə əsasən, şəxsin digər iştirakçı ilə birlikdə cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin tam və ya qismən icrasında iştirak edibetməməsi, onun konkret hərəkətlərinin digər iştirakçının davranışı ilə qarşılıqlı əlaqəsi və vahid cinayət nəticəsinin əldə edilməsinə yönəlməsi müəyyən edilməlidir. Xüsusilə qabaqcadan əlbir olmuş qrup əlamətinin mövcudluğu üçün şəxslərin yalnız ümumi niyyətinin olması deyil, onların cinayətin obyektiv cəhətinin icrasında birgə çıxış etmələri tələb olunur. Odur ki, dələduzluğun törədilməsində iştirak edən şəxsin özgə əmlakını şəxsən qəbul etməməsi onun cinayətin törədilməsində iştirakını istisna etmir. Lakin bunun üçün həmin şəxsin digər iştirakçı ilə vahid niyyət əsasında əmlakın ələ keçirilməsinə yönəlmiş və cinayətin obyektiv cəhətinin həyata keçirilməsində ifadə olunan konkret hərəkətlərinin müəyyən edilməsi zəruridir. Əks halda, yalnız digər şəxslə tanışlıq, onunla münasibət və ya sonradan müəyyən köməklik göstərilməsi şəxsin dələduzluğun birgə törədilməsinə görə məsuliyyətə cəlb edilməsi üçün kifayət hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqedən çıxış etməklə müdafiəçinin kassasiya şikayətində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə hər hansı əlaqəsinin olmaması, onlardan heç birinin əmlakını və ya pul vəsaitini əldə etməməsi, hadisələrdə yalnız taksi sürücüsü qismində iştirak etməsi və bu səbəbdən onun təqsirliliyinin sübuta yetirilmədiyi barədə dəlillərini iş üzrə tədqiq edilmiş sübutların məcmusu ilə müqayisədə əsassız hesab edir. Belə ki, iş üzrə müəyyən edilmiş hallardan və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs şahid4 ilə münasibətləri təsadüfi tanışlıq və ya sürücü-müştəri münasibətləri çərçivəsində qalmamış, onlar fərdi yaşayış evlərinin tikintisi və satışı ilə bağlı birgə fəaliyyət göstərmişlər. şahid4 bu barədə verdiyi ifadələr digər sübutlardan təcrid olunmuş şəkildə deyil, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə qarşılıqlı əlaqədə qiymətləndirildikdə, Təqsirləndirilən şəxs ayrı-ayrı epizodlarda hadisələrdən xəbərsiz kənar şəxs deyil, şahid4la əlaqəli şəkildə hərəkət edən şəxs olduğunu göstərir. zərərçəkmiş şəxs1 aid epizodda zərərçəkmiş şəxsin ifadəsinə görə, Təqsirləndirilən şəxs və şahid4 özlərini şərik kimi təqdim etmiş, tikiləcək evin xüsusiyyətləri barədə birlikdə məlumat vermiş, Təqsirləndirilən şəxs evin layihəsini hazırlamış, tikinti materialları mağazasının olduğunu və tikintini qısa müddətdə həyata keçirə biləcəyini bildirmiş, notariat kontorunda və sonrakı görüşlərdə iştirak etmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin oğlu tərəfindən verilmiş 2.000 manatın Təqsirləndirilən şəxs tərəfindən qəbul edilərək sayıldıqdan sonra şahid4 verilməsi onun həmin epizodda yalnız nəqliyyat xidməti göstərən şəxs olması barədə müdafiə versiyasını təkzib edən konkret hallardandır. zərərçəkmiş şəxs4 aid epizodda da Təqsirləndirilən şəxs rolu tərəfləri tanış etməklə məhdudlaşmamışdır. Zərərçəkmiş şəxsin ifadəsinə əsasən, məhz Təqsirləndirilən şəxs ona yaşayış evi təklif etmiş, həmin evi göstərmiş, torpaq və tikiliyə dair sənədlərin mövcud olduğunu və çıxarış əldə ediləcəyini bildirmiş, bələdiyyə ilə sənədləşmə məsələlərində iştirak etmiş, müxtəlif məbləğlərdə pul və əmlak qəbul etmişdir. Avtomobilin 10.000 manat dəyərində ödənişin bir hissəsi kimi onun adına rəsmiləşdirilməsi və sonradan həmin avtomobillə bağlı sərəncam xarakterli hərəkətin də onun tərəfindən həyata keçirilməsi barədə müəyyən edilmiş hallar bu epizodda onun iştirakının xarakterini ayrıca təsdiq edən hallardır. Bşahid1anın ifadəsi də eyni istiqamətdədir. Təqsirləndirilən şəxs şahid4la birlikdə zərərçəkmiş şəxslə görüşmüş, özünü həmin fəaliyyətin iştirakçısı kimi təqdim etmiş, evin təmiri və sənədlərin rəsmiləşdirilməsi ilə bağlı təminatlar vermiş, sonrakı görüşlərdə və pul vəsaitlərinin alınması prosesində iştirak etmişdir. Beləliklə, onun davranışı yalnız şahid4 fəaliyyətinə kənardan yardım göstərilməsi kimi deyil, zərərçəkmişdə öhdəliyin real şəkildə icra ediləcəyi barədə inam yaradılmasına yönəlmiş hərəkətlər məcmusu kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs “Mir Inşaat”la bağlı epizodda da rolu ayrıca əhəmiyyət daşıyır. Iş üzrə müəyyən edilmişdir ki, o, həmin obyektlə əvvəldən etibarlı münasibət yaratmış, nisyə material götürmüş və ödənişlərini həyata keçirmiş, sonradan şahid4 da həmin münasibətə daxil etmiş və özlərini tikinti fəaliyyəti ilə məşğul olan şərik kimi təqdim etmişdir. şahid3 ifadələri Təqsirləndirilən şəxs bu prosesdə iştirakını birbaşa təsdiq etməklə yanaşı, materialların kreditlə verilməsinin məhz Təqsirləndirilən şəxs olan əvvəlki etimada söykəndiyini göstərir. Sonrakı mərhələdə əlavə materialların əldə edilməsində də Təqsirləndirilən şəxs və şahid4 birgə davranışları müəyyən edilmişdir. Göründüyü kimi, ayrı-ayrı epizodlarda zərərçəkmiş şəxslərin əmlakının birbaşa şahid4 verilməsi Təqsirləndirilən şəxs cinayətin törədilməsində iştirakını öz-özlüyündə istisna edən hal deyildir. Əsas məsələ həmin əmlakın verilməsinə səbəb olan aldadıcı və ya etimada əsaslanan münasibətin yaradılmasında və saxlanılmasında Təqsirləndirilən şəxs konkret rolunun olubolmamasıdır. Iş üzrə araşdırılmış sübutlar onun müxtəlif epizodlarda zərərçəkmişlərlə görüşdüyünü, tikinti və sənədləşmə ilə bağlı vədlər verdiyini, özünü şahid4la birlikdə fəaliyyət göstərən şəxs kimi təqdim etdiyini, müəyyən hallarda pul və əmlakın əldə edilməsində bilavasitə iştirak etdiyini və bununla da əmlakın verilməsinə yönəlmiş prosesin ayrı-ayrı mərhələlərində fəal rol oynadığını göstərir. Bu halların hər birinin ayrıca deyil, qarşılıqlı əlaqədə qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki dələduzluq niyyətinin əvvəlcədən mövcud olub-olmaması çox vaxt bircə hərəkətdən deyil, şəxsin əmlak əldə edilməzdən əvvəl və həmin anda nümayiş etdirdiyi davranışların bütövlüyündən üzə çıxır. Hazırkı işdə isə Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə münasibətdə oxşar məzmunlu davranışlar nümayiş etdirməsi, şahid4la birlikdə özlərini tikinti fəaliyyəti ilə məşğul olan tərəfdaşlar kimi təqdim etməsi, evlərin tikilməsi və sənədləşdirilməsi barədə vədlər verməsi, həmin vədlərin icrası üçün zəruri imkanların mövcudluğu barədə təsəvvür yaratması və son nəticədə zərərçəkmişlərin əmlakının əldə edilməsi ilə nəticələnən proseslərdə iştirakı məhkəmələrin onun davranışına verdiyi hüquqi qiymətlə birlikdə nəzərdən keçirilməlidir. Bu baxımdan müdafiənin Təqsirləndirilən şəxs sadəcə taksi sürücüsü olması barədə dəlili də təkcə onun belə fəaliyyətlə məşğul olub-olmaması baxımından həll edilə bilməz. Şəxsin müəyyən peşə və ya fəaliyyətlə məşğul olması onun başqa fəaliyyət sahəsində cinayət törətməsini istisna edən hüquqi hal deyildir. Həlledici məsələ onun faktiki davranışının məzmunudur. Iş üzrə isə onun yalnız taksi xidməti göstərməklə məhdudlaşmadığını göstərən zərərçəkmiş və şahid ifadələri, habelə digər sübutlar məhkəmələr tərəfindən araşdırılmış və qarşılıqlı əlaqədə qiymətləndirilmişdir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pulu şəxsən almaması barədə dəlili də yuxarıda göstərilən hüquqi meyarlar baxımından əsaslı sayıla bilməz. Dələduzluğun törədilməsində iştirak edən şəxsin əmlakın son qəbul edəni olması zəruri şərt deyildir. Lakin onun hərəkətləri əmlakın ələ keçirilməsinin həyata keçirilməsi ilə əlaqəli olmalıdır. Hazırkı işdə müəyyən edilmiş hallar Təqsirləndirilən şəxs ayrı-ayrı zərərçəkmiş şəxslərin əmlakının verilməsinə səbəb olan münasibətlərin formalaşdırılmasında, aldadıcı təsəvvürün yaradılmasında və bəzi hallarda əmlakın bilavasitə qəbulunda iştirak etdiyini göstərməklə bu tələbi təmin edir. Kassasiya şikayətində həmçinin sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmadığı, onların mötəbərliyinin lazımi qaydada müəyyən edilmədiyi və Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən halların təkzib olunması üçün əlavə sübutların toplanmadığı iddia olunur. Lakin bu dəlillər konkret olaraq hansı sübutun nə üçün mötəbər olmadığını, hansı sübutun ziddiyyətli qaldığını və hansı əhəmiyyətli halın məhkəmələr tərəfindən araşdırılmadığını göstərməklə əsaslandırılmamışdır. Sadəcə müdafiə tərəfinin sübutlardan fərqli nəticə çıxarması onların məhkəmələr tərəfindən lazımi qaydada qiymətləndirilmədiyi qənaətinə gəlmək üçün kifayət etmir. şahid4 Təqsirləndirilən şəxs taksi sürücüsü olması və zərərçəkmiş şəxslərin onu bu səbəbdən tanımasının mümkünlüyü barədə ifadələri də digər sübutlardan təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Həmin ifadələrin ayrı-ayrı hissələrində məbləğlər və hadisələrin detalları ilə bağlı uyğunsuzluqların olması onların bütünlüklə rədd edilməsini zəruri etmir. Əhəmiyyətli olan həmin ifadələrin məzmun baxımından zərərçəkmiş şəxslərin və şahid3 ifadələri ilə hansı hissədə uzlaşması və Təqsirləndirilən şəxs konkret hərəkətlərinin digər müstəqil sübutlarla təsdiq olunubolunmamasıdır. Hazırkı işdə Təqsirləndirilən şəxs şahid4la birlikdə zərərçəkmiş şəxslərlə münasibətdə çıxış etməsi, tikinti fəaliyyəti ilə bağlı özünü tərəfdaş kimi təqdim etməsi, müəyyən vədlər verməsi və əmlakın əldə edilməsi prosesində iştirakı yalnız şahid4 ifadəsindən irəli gəlməyən, digər sübutlarla da təsdiqlənən hallardır. Beləliklə, iş üzrə sübutların məcmusundan Təqsirləndirilən şəxs davranışının yalnız mülkihüquqi öhdəliklərin icrasına yardım göstərən və ya şahid4la təsadüfi vasitəçilik edən şəxsin davranışı ilə məhdudlaşdığı nəticəsi çıxmır. Əksinə, müəyyən edilmiş konkret hallar onun ayrı-ayrı zərərçəkmiş şəxslərlə münasibətlərdə şahid4la birlikdə çıxış etdiyini, onların etimadının formalaşdırılmasında iştirak etdiyini, əmlakın verilməsinə səbəb olan vədlər və təsəvvürlər yaratdığını və bununla da özgə əmlakının ələ keçirilməsinə yönəlmiş vahid hərəkətlər sisteminin ayrı-ayrı elementlərini həyata keçirdiyini göstərir. Bu halların əmlakın əldə edilməsindən əvvəl mövcud olan niyyət baxımından qiymətləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Çünki sonrakı dövrdə evlərin tikilməməsi, sənədlərin rəsmiləşdirilməməsi və ya öhdəliklərin icra olunmaması təkbaşına dələduzluq nəticəsinə gətirib çıxarmır. Hazırkı işdə isə məhkəmələrin gəldiyi nəticə yalnız öhdəliklərin sonradan icra edilməməsinə əsaslanmamış, əmlakların əldə edilməsi ərəfəsində Təqsirləndirilən şəxs və şahid4 tərəfindən zərərçəkmiş şəxslərdə yaradılmış təsəvvürlər, verilmiş vədlər, onların özlərini təqdim etmə forması, faktiki hərəkətləri və sonrakı davranışları ilə birlikdə müəyyən edilmişdir. Nəticə etibarilə, kassasiya şikayətində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən əmlakı şəxsən almaması, onun yalnız taksi fəaliyyəti ilə məşğul olması və zərərçəkmişlərlə birbaşa əlaqəsinin olmaması barədə göstərilən hallar iş üzrə müəyyən edilmiş digər faktlarla birlikdə qiymətləndirildikdə onun dələduzluğun törədilməsində iştirakını istisna edən hallar kimi qəbul edilə bilməz. Əksinə, məhkəmələrin istinad etdiyi və qarşılıqlı əlaqədə qiymətləndirdiyi sübutlar Təqsirləndirilən şəxs özgə əmlakının ələ keçirilməsinə yönəlmiş hərəkətlərdə iştirak etdiyini, bu hərəkətlərin şahid4 davranışları ilə vahid cinayət nəticəsinə yönəldiyini və onun davranışının təsadüfi vasitəçilikdən kənara çıxdığını müəyyən etməyə imkan verir. Odur ki, kassasiya şikayətində göstərilən dəlillər iş üzrə sübutların yenidən və müdafiə tərəfinin mövqeyinə uyğun qiymətləndirilməsinə yönəlməklə məhkəmələrin müəyyən etdiyi faktiki halları və həmin hallardan irəli gələn hüquqi nəticəni aradan qaldıran əsaslı dəlil kimi çıxış etmir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə nəticəsi iş üzrə araşdırılmış sübutların məcmusuna əsaslandığından, müdafiəçinin kassasiya şikayətinin təqsirliliyinin sübuta yetirilməməsi barədə dəlili əsassız sayılmalıdır. Buna görə, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin həmin dəlillərini Təqsirləndirilən şəxs təqsirsiz hesab edilməsinə dair hissəsində qəbuledilməz sayaraq belə qənaətə gəlir ki, baxılan işdə Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən həmin Məcəllənin 416.1.2 və 416.1.11-cı maddələrində nəzərdə tutulmuş əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkum Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ona həddindən artıq ağır cəzanın təyin olmasına, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 nümayəndəsi müdafiəçi2 isə məhkuma açıq-aşkar yüngül cəzanın təyin edilməsinə dair kassasiya müraciətlərində əksini tapmış dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəsi isə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan cinayət - hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinin müəyyən etdikləri məhrumiyyətlər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Belə olan halda, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və qəsd etdiyi obyektin xüsusiyyətlərinə istinad etməklə ona təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını mübahisələndirməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunverici həmin cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və qəsd obyektinin xüsusiyyətlərini nəzərə alaraq, sözügedən maddənin sanksiyasında cəzanın növünü və həddini müəyyən etmişdir. Həmin sanksiyanın məzmunundan da göründüyü kimi, qanun cinayəti törətmiş şəxsə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini mümkün etməklə yanaşı, bundan daha az müddətə azadlıqdan məhrum etmə cəzasının, habelə daha yüngül növ cəzanın, o cümlədən cərimənin təyin edilməsinə də yol verir. Bu baxımdan, yalnız cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və qəsd obyektinin xüsusiyyətlərinə istinad edilməklə təyin edilmiş cəzanın mübahisələndirilməsi onun açıq-aşkar yüngül hesab edilməsi üçün kifayət qədər əsaslı dəlil kimi qəbul edilə bilməz. Zərərçəkmiş şəxsin məhkuma daha ağır cəzanın təyin edilməsi üzərində israr etməsi həm də ona görə əsassızdır ki, Təqsirləndirilən şəxs iş üzrə digər zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs4 dəymiş ziyanı ödəyib və onlarla barışıq əldə edib, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib. Apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasının ağırlaşdırılmasını tələb edən – Cinayət Məcəlləsinin 61-ci maddəsinin təsbit etdiyi hallardan hər hansı biri hazırkı işdə müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsi yuxarıda qeyd olunduğu kimi, Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində birbaşa göstərilməyən, o cümlədən şəxsin cinayəti etiraf etməsi və əməlindən peşman olmasını ifadə etməsi kimi halların da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasına yol verdiyindən, məhkəmə kollegiyası həmin halların cəzanın təyin edilməsi zamanı nəzərə alınmasını pozuntu hesab etmir. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 nümayəndəsi müdafiəçi2 məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsas kimi onlara vurduğu ziyanı ödəməməsinə istinad etməsini də qanunla uzlaşan mövqe kimi qəbul etmək mümkün deyil. Çünki, nümayəndənin istinad etdiyi həmin hal Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş cəzanı ağırlaşdıran halların sırasında nəzərdə tutulmamış, eyni zamanda həmin məbləğdə pulun ələ keçirilməsi və bunun nəticəsində zərərçəkmiş şəxslərə xeyli mirdarda ziyanın vurulması Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin dispoziyasında həmin cinayət tərkibinin zəruri əlaməti kimi göstərilmişdir. Yəni qanunverici məhz özgə əmlakının ələ keçirilməsinə və zərərçəkmişə xeyli miqdarda ziyanın vurulmasına görə Cinayət Məcəlləsinin 178.24cü maddəsində cinayət məsuliyyəti müəyyən edib, həmin əmələ görə yuxarıda qeyd olunan cərimə və azadlıqdan məhrum etmə cəzalarını nəzərdə tutmuşdur ki, təqsirkara da bunlardan daha ağır olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs kassasiya şikayətinin dəlillərinə cavab olaraq aşağıda təsvir olunmuş əsaslara görə, ona təyin edilmiş cəzanın açıq-aşkar ağır cəza kimi dəyərləndirilməsi, buna görə bu cəzanın yüngülləşdirilməsi üçün əsaslar görmür və həmin müraciətin də dəlillərini qəbul edilməz saymaqla aşağıda göstərilənlərə əsaslanaraq həmin şikayətin də təmin edilməməsi barədə qərar qəbul edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmələrin cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə qənaətləri məhkəmə araşdırmalarında tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə Cinayət-Pprosessual Məcəlləsinin 139.0.5-ci maddəsinin tələbi də pozulmamışdır. Apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin apellyasiya şikayətinə baxaraq cəzanı ağırlaşdırarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara dair gəldiyi nəticə ilə yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almış və bütün bu halların məcmusuna əsasən onun barəsində 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğu qənaətinə gəlmişdir. Təsvir olunanlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinin nəzərdə tutduğu cinayətə görə təyin olunmuş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərinə cavab verən cəza tədbiridir. Odur ki, həmin cəzanın təyin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair zərərçəkmiş şəxslərin nümayəndəsinin və məhkumun kassasiya şikayətləri isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətinlərdə ehtiva olunan Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasın olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərinin təmin edilməsinə, zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili müdafiəçi2 kassasiya şikayətinin təmin edilməməsinə dair məhkumun müdafiəçisi müdafiəçi1, məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərinin təmin edilməməsinə və zərərçəkmiş şəxslərin nümayəndəsi müdafiəçi2 kassasiya şikayətinin təmin edilməsinə dair sonuncunun, kassasiya müraciətlərinin təmin edilməməsinə dair isə dövlət ittihamçı H.B.Imranovun çıxışlarını dinləyərək, şərh olunan əsaslara görə kassasiya müraciətlərinin təmin edilməməsi, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənləri rəhbər tutaraq və Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan ## #### 2026-cı il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-1003/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-1003/2026
11.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver