Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-103/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Ilqar Xanlar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, Məhkum – məhkum1, Məhkum məhkum2 müdafiəçisi – “Mərkəz” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1986-cı il tarixdə Xaçmaz rayonunun Hülövlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 2 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Xaçmaz rayonunun Hülövlü kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, ##.##.1984-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum məhkum1 müdafiəçisi müdafiəçi2 və məhkum məhkum2 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Siyəzən Rayon Məhkəməsinin 2025-ci il # ###### tarixli *(***)-**/**** nömrəli hökmü ilə (hakim G.Quluzadə) məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-**/**** nömrəli hökmü ilə məhkum1 qəti olaraq təyin edilmiş 2 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının CM-in 66.2 və 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə məhkum1 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, həbsdə saxlanıldığı 2 gün müddətin CM-in 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin olunmuş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması; məhkum2 Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, həbsdə saxlanıldığı 6 ay 23 gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla müəyyən edilmiş 1 il 1 ay 16 gün müddətin ona təyin olunmuş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il 4 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin məhkum3 Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 66.2 və 66.5ci maddələrinə əsasən qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qətimkan tədbiri, cəzanın çəkilmə yeri və cəzaçəkmə müddətlərinin əvvəli, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün müəyyən edilən vəzifələr, maddi sübut və məhkəmə məsrəfi məsələləri də hökmdə öz həllini tapmışdır. Məhkəmənin hökmündən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər E.Məmmədov (sədrlik edən), R.Ağayev və R.Əsgərova) apellyasiya şikayətləri təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 2025-ci il # ###### tarixli *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, məhkum1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il 3 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-**/**** nömrəli hökmü ilə məhkum1 təyin edilmiş 2 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla müəyyən edilmiş 1 il 4 ay müddət CM-in 66.2 və 66.5-ci maddəsinə əsasən hazırkı qərarla təyin olunmuş 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq, ona qəti olaraq 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət hazırkı qərarla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 2 il 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmış; məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29,177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 6 ay 23 gün müddət hazırkı qərarla ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 il 11 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkum2 məhkəmə iclas zalında həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmış; məhkum3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş 2 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla müəyyən edilmiş 1 il 4 ay müddət CM-in 66.2 və 66.5-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq, ona qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum məhkum1 müdafiəçisi müdafiəçi2 və məhkum məhkum2 müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayətləri verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsnin hökmünə əsasən məhkum1 ona görə məhkum olunmuşdur ki, o özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı məhkum3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək ## #### 2023-cü il tarixdə, saat 23:00 radələrində zərərçəkmiş şəxs2 məxsus Şabran rayonu, Çölquşu kəndində yerləşən fermanın arxasına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən saxlanc yeri hesab edilən parağa ikisi birlikdə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 1275 manat təşkil edən 04 baş doqquz aylıq, diri çəkiləri 170 kq olan erkək danaları, dəyəri 1650 manat təşkil edən 01 baş iki illik, diri çəkisi 220 kq olan düyəni, dəyəri 1350 manat təşkil edən 01 baş on aylıq, diri çəkisi 180 kq olan düyəni və dəyəri 4050 manat təşkil edən 01 baş üç illik, diri çəkisi 540 kq olan damazlıq dana olamaqla ümumilikdə 7 baş iribuynuzlu heyvanı birlikdə paraqdan çıxardaraq gizli yolla talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs2 ümumilikdə 12150 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmə əsasən məhkum2 məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ## ###### 2024-cü il tarixdə, gecə saat 03:00 radələrində zərərçəkmiş şəxs3 məxsus Quba şəhəri “Kompleks yolu” adlanan yerdə yerləşən fermanın yaxınlığına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü məhkum2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə fermanın ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, məhkum3 isə saxlanc yeri hesab olunan tövləyə qapını açmaqla qanunsuz daxil olaraq orada hər birinin dəyəri 361 manat təşkil edən 05 baş, on yeddi aylıq, hər birinin diri çəkisi 38 kq olan, ümumi dəyəri 1805 manat təşkil edən 05 baş xırdabuynuzlu heyvanları çıxardaraq, məhkum2 idarə etdiyi “Nissan Note”markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli yolla talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs3 ümumilikdə 1805 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2024-cü il ## ###### tarixdə, saat 02:30 radələrində zərərçəkmiş şəxs4 məxsus Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evinin qaşısına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü məhkum2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə evin ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, məhkum3 isə yaşayış yeri olan evin həyətinə, oradan da saxlanc yeri hesab olunan tövləyə qapını açmaqla qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 627 manat təşkil edən, 01 başı bir illik, 01 başı isə iki illik qoçları, hər birinin dəyəri 380 manat təşkil edən, on yeddi aylıq, diri çəkiləri 40 kq olan 03 baş qoyun və hər birinin dəyəri 380 manat təşkil edən, üç illik, diri çəkiləri 40 kq olan 03 baş qoyun olmaqla, ümumilikdə 3534 manat dəyərində 08 ədəd xırdabuynuzlu heyvanları çıxardaraq, məhkum2 idarə etdiyi “Nissan Note”markalı, 77- EV-478 dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli yolla talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs4 ümumilikdə 3534 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ## ###### 2025-ci il tarixdə, saat 03:00 radələrində zərərçəkmiş şəxs5 yaşadığı Xaçmaz rayonu, Aşağı-Zeyid kəndindəki evinin qarşısına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü məhkum2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə evin ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, məhkum3 isə yaşayış yeri olan evin həyətinə, oradan da saxlanc yeri hesab olunan tövləyə sağ yan tərəfində olan pəncərədən qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 760 manat təşkil edən, iki illik, hər birinin diri çəkisi 80 kq olan, ümumilikdə 3040 manat dəyərində 04 baş xırdabuynuzlu heyvanları tövlənin küçəyə açılan qapısını açıb çıxardaraq, məhkum2 idarə etdiyi “Nissan Note”markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli yolla talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs5 ümumilikdə 3040 manat məbləğində, maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ## ###### 2025-ci il tarixdə, gecə saat 03:00 radələrində zərərçəkmiş şəxs1 məxsus Siyəzən rayonu, Kiçik Həmyə kəndində yerləşən evin qarşısına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü məhkum2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə evin ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, məhkum3 isə 05 baş xırdabuynuzlu heyvanları oğurlamaq üçün saxlanc yeri hesab olunan tövlənin əvvəlcə pəncərəsinə bərkidilmiş plastik örtüyü sındıraraq, daha sonra isə qapını açmaq yolu ilə qanunsuz daxil olmuş, lakin nəzərdə tutduğu heyvanlar orada olmadığından öz iradəsindən aslı olmayan səbəblərə görə gizli talamaya yönəlmiş əməlini başa çatdıra bilməyib 05 baş xırdabuynuzlu heyvanları oğurlamaq cinayətini törətməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ## ###### 2025-ci il tarixdə, gecə saat 04:00 radələrində zərərçəkmiş şəxs6 Cəmaləddin oğluna məxsus Siyəzən rayonu, Kiçik Həmyə kəndində yerləşən evin qarşısına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü məhkum2 baş verə biləcək hər hansısa təhlükədən cinayətkar qrupun digər üzvünü xəbərdar etmək məqsədilə evin ətrafını müşahidə etmək üçün çöldə dayanaraq ətrafı gözətləmiş, məhkum3 isə qapısı küçəyə açılan ot damına, oradan da saxlanc yeri hesab olunan tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 280 manat təşkil edən, bir yaş altı aylıq, hər birinin diri çəkisi 35 kq olan 07 baş quzuları, hər birinin dəyəri 375 manat təşkil edən, iki yaş altı aylıq, hər birnin diri çəkisi 50 kq olan 02 baş qoçları ümumilikdə 2710 manat dəyərində 09 baş xırda buynuzlu heyvanları qapıdan çıxardaraq, məhkum2 idarə etdiyi “Nissan Note”markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla gizli yolla talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs6 Cəmaləddin oğluna ümumilikdə 2710 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum məhkum1 müdafiəçisi müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məhkum1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona ədalətli cəza təyin etmişdir. Lakin, apellyasiya instansiya məhkəməsi məhkum1 həddindən artıq sərt cəza təyin etmişdir. Belə ki, məhkəmə əsassız olaraq bütün təqsirləndirilən şəxslərin oğurluq hadisələrini birlikdə, yəni 6 epizod üzrə qiymətləndirmişdir. Halbuki məhkum1 cəmi 1 epizod üzrə təqsirli bilinmiş, həmin epizod üzrə dəymiş ziyanı özünə aid hissədə tam şəkildə ödəmişdir. Bundan başqa, məhkəmə kollegiyası məhkum1 ziyanda payı olan 6075 manat pulun real olaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ödənilməsinə ümumiyyətlə qiymət verməmiş, bu halın cəzanı yüngülləşdirən hal olmasına əhəmiyyət verməmişdir. Iş üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məhkəmə iclasında bildirmişdir ki, 12150 manat ziyandan 6075 manatı məhkum1 tərəfindən ödənilsə də ondan şikayətçidir. Hesab edir ki, ona əldən çıxmış fayda növündə maddi ziyan və mənəvi zərər də ödənilməlidir. Lakin zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 işə birinci instansiya məhkəməsində baxılarkən əldən çıxmış fayda növündə maddi ziyan və mənəvi zərər tələbinə dair mülki iddia qaldırmamışdır. Sonradan Xaçmaz rayon məhlkəməsində ziyan tələbinə dair iddia qaldıraraq məhkum1 9900 manat əldən çıxmış faydanı və pozulmuş hüququnu bərpa etmək üçün xərc olaraq çəkdiyi 100 manat pulu və ödədiyi 120 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə bir daha vurğulanmışdır ki, Pərviz Allhverdiyev tərəfindən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 dəymiş zərər ödənilmişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, məhkum1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuş, onun himayəsində ürək əməliyyatı keçirmiş yaşlı xəstə anası vardır. Ailə tərkibi 5 nəfərdən ibarət olmaqla, 2 övladı tələbədir. Odur ki, şikayət müəllifi yuxarıda qeyd edilənlərə əsaslanaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli qərarının məhkum məhkum1a aid hissədə dəyişdirilməsini və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkum məhkum2 müdafiəçisi müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya isntansiya məhkəməsinin qərarı məhkum2 münasibətdə həddindən artıq ağır və ədalətsizdir. Belə ki, məhkəmə məhkum2 şəxsiyyətini, ailə vəziyyətini və vurduğu ziyanı tam ödəməsini yetərincə nəzərə almadan onun cəzasını ağırlaşdıraraq azadlığın məhdudlaşdırılması cəzasını real azadlıqdan məhrum etmə cəzası ilə əvəz etmişdir. Iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, məhkum2 dəymiş zərərin ona aid olan hissəsini ödədiyinə görə sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Bundan əlavə, məhkəmə məhkum2 islah olunması üçün onun cəmiyyətdən təcrid edilməsinin vacib olduğu qənaətinə gəlsə də, onun şəxsiyyətini xarakterizə edən mühüm halları kölgədə qoymuşdur. Belə ki, məhkum2 ali təhsillidir. Bu, onun islah olunma potensialının yüksək olduğunu və cəmiyyət üçün faydalı fərdə çevrilmə ehtimalını artırır. Ali təhsilli və ailəli bir şəxs üçün azadlığın məhdudlaşdırılması kifayət qədər təsirli və islahedici tədbirdir. Onun himayəsində ##.##.2009-cu il təvəllüdlü və ##.##.2012-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladı var. Onun uzun müddət azadlıqdan məhrum edilməsi bu uşaqların həm maddi təminatına, həm də mənəvi tərbiyəsinə bərpa olunmaz zərbə vurur. Yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Lakin apellyasiya məhkəməsi cəza təyin edərkən bu halları kifayət qədər nəzərə almamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli qərarının məhkum2 münasibətdə dəyişdirilməsi və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumlar məhkum1 və məhkum2 müdafiəçiləri ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən hüquqlarını müdafiə etdikləri məhkumların məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə onların həddindən artıq ağır cəzaya məruz qaldıqlarını iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və məhkum edilmiş şəxslərə daha yüngül cəza növünün təyin edilməsi haqqında kassasiya tələblərini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Verilmiş kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, kassatorlar məhkumlar məhkum1 və məhkum2 tərəfindən törədilmiş cinayətlərin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi məsələlərini mübahisələndirməmişlər. məhkum1 və məhkum2 onlara birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin razılaşdığı hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətmələri, müvafiq olaraq məhkum1 əməlində CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində, məhkum2 əməllərində isə CM-in 29, 177.2.1, 29,177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, onların həmin maddələrlə təqsirlilikləri birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. məhkum1 və məhkum2 ifadələri və ittihamı təsdiq edən digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətlərində təqsirlilik və əməllərin tövsifi ilə bağlı məhkəmələrin gəldiyi nəticəni təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları daha ətraflı şərh etmək, nə də ki, təqsirlilik və əməlin tövsifi ilə bağlı hissədə hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bununla belə, məhkəmə kollegiyası məhkum edilmiş şəxslər məhkum1 və məhkum2 cəza təyin edilməsi ilə bağlı hissədə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilməsini zəruri hesab edir. Belə ki, kollegiyası ilk əvvəl qeyd edir ki, məhkəmələr tərəfindən məhkum1a cəza təyin edilərkən CM-in 66.5-ci maddəsinin tələbi pozulmuş, yəni ona hazırki iş üzrə təyin edilmiş cəzaya Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı deyil, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanılması müddətləri nəzərə alınmaqla üzərində saxlanılmış və çəkilməmiş cəzanı qismən toplamaqla cinayət qanunu normasının düzgün tətbiq etməmişlər. Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmündən görünür ki, məhkum1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında olduğu cəmi 2 ay müddət nəzərə alınmaqla, üzərində 2 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmə əsasən məhkum1 məhkum3 ilə birlikdə iki epizod üzrə zərərçəkmiş şəxslərin mal-qarasını oğurlamağa görə məhkum edilmiş və həmin iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilmişdir. Iş materiallarından həmçinin görünür ki, sözügedən hökmün icrası barədə hakimin göstərişi icra edilməsi üçün Xaçmaz Rayon Icra və Probasiya şöbəsinə göndərilmiş, lakin onun cəzasının icrasına başlanılmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Iş materiallarından görünür ki, məhkum1 hazırki iş üzrə cinayət əməlini Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən, hətta həmin hökm üzrə müəyyən edilmiş cinayət əməlindən əvvəl törətmişdir. məhkum1 hər iki hökm üzrə təqsirli bilindiyi cinayətlər az ağır cinayətlər kateqoriyasına aid olduğundan bu hallar ona CM-in 66.2 və 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi üçün əsas yaratmışdır. Bu isə o deməkdir ki, şəxsə CM-in 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə əsaslar müəyyən edildikdə məhkəmə birinci və ikinci hökm üzrə “təyin olunmuş” cəzaları tamamilə və ya qismən toplamaqla, yaxud da az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edir və bundan sonra onun birinci hökm üzrə həbsdə olduğu və təyin olunmuş cəzanın hər hansı hissəsini çəkdiyi müddəti qəti cəza müddətinə hesablamaqla onun yekun olaraq çəkməli cəzanın müddətini müəyyən edir. Belə olan halda məhkəmə təqsirkara CM-in 66.5-ci maddəsinə istinadən qəti cəzanın təyin edilməsi barədə qənaətə gəldikdə, ona sonuncu hökm üzrə təyin edilmiş cəza ilə birinci hökm üzrə təqsirkarın tutulması, həbsdə saxlanılması müddətləri nəzərə alınmaqla üzərində saxlanılmış cəzanı deyil, ilk olaraq təyin edilmiş cəzanı tam və ya qismən toplayır və yaxud az ciddi cəzanı daha ciddi cəza ilə əhatə edir və yalnız bundan sonra qəti cəzaya həm birinci hökm üzrə, həm də hazırda baxdığı iş üzrə tutulma, həbsdə və ya ev dustaqlığında saxlanılma müddətlərini hesablamalıdır. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2022ci il ## #### tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, CM-in 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-in 66.1-66.4-cü maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən, çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Birinci və apellyasiya instansiya məhkəmələri yekun aktlarında düzgün olaraq məhkum1 CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməli olmasını qeyd etsə də, cəza təyini zamanı faktiki olaraq həmin maddənin tələbinə əməl etməmişlər. Belə ki, məhkəmələr CM-in 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəza ilə əvvəlki hökm ilə təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını qismən toplamaq və ya az ciddi cəzanı daha ciddi cəza ilə əvəz etmək yolu ilə qəti cəza təyin edib, bundan sonra CM-in 69.3-cü maddəsinə əsasən birinci hökmə əsasən həbsdə saxlama müddətini, eləcə də hazırki iş üzrə həbsdə saxlama müddətini qəti cəza müddətinə hesablamalı olduqları halda, apellyasiya məhkəməsi hazırki iş üzrə təyin edilmiş cəza ilə əvvəlki hökm üzrə CM-in 69.3-cü maddəsinə əsasən üzərində saxlanılmış cəzanı CM-in 68.1.1-1-ci maddəsinə əsasən hesablamaqla CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamış (birinci instansiya məhkəməsi isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmiş), bununla da CM-in 66.5-ci maddəsinin tətbiqində səhvə yol vermişlər. Məhkum edilmiş şəxslərə ağır cəzanın təyin edilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərinə gəlincə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1- 59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 62, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cinayət işinin materiallarından görünür ki, istər məhkum1 və məhkum2 törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayətin motiv və məqsədi baxımından, istərsə də onların şəxsiyyətlərini səciyyələndirən hallar baxımından hazırki işdə müstəsna hallar yoxdur. Qeyd edilməlidir ki, məhkum1 və məhkum2 təqsirli bilindikləri cinayət qanunu normasının müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından ibarətdir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkum1 və məhkum2 törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, məhkum1 münasibətdə cəzanı yüngülləşdirən hallar kimi əməlini etiraf edərək peşmançılıq keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, məhkum2 münasibətdə isə cəzanı yüngülləşdirən hallar kimi əməlini etiraf edərək peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alıb, onlara təqsirli bilindiyi norma ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etsə də, apellyasiya məhkəməsi P.N.Allahverdiyə münasibətdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 dəymiş maddi zərərin tam ödənilmədiyini və sonuncunun şikayətçi olduğunu, məhkum2 münasibətdə isə zərərçəkmiş şəxslərin zərərlərinin tam ödənilmədiyini, həmçinin onların silsilə analoji cinayət əməllərini törətməsini nəzərə alıb, təqsirli bilindikləri normalar ilə onlara azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı məhkumlar məhkum1 və məhkum2 təqsirli bilindikləri maddələrlə cəza təyininə aid hissədə maddi hüquq normalarına uyğun olsa da, həmin qərarın qəbul edilməsindən sonra məhkum məhkum1 zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 vurduğu ziyanı tam ödəməsi və sonuncunun şikayət və tələbinin olmaması, məhkum2 isə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 vurulmuş zərəri tam ödəməsi və onunla barışıq əldə etməsi kimi yeni hallar Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin müddəaları baxımından onların cəzalarının yüngülləşdirməsini tələb edir. Belə ki, hazırkı kassasiya şikayətlərinə baxılarkən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ##.##.2026-cı il tarixli notarial qaydada təsdiqlənmiş ərizəni təqdim edib, məhkum1 törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ona tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, ona yüngül cəzanın təyin edilməsinə etiraz etmədiyini, zərərçəkmiş zərərçəkmiş şəxs4 isə ##.##.2026-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizəni təqdim edib, məhkum2 tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını və şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs4 kassasiya baxış iclaslarında iştirak edərək ərizələrini müdafiə etmiş və onlara vurulmuş zərərin tam ödənildiyini təsdiq etmişlər. Yaranan yeni halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CMin 59.1.12 və 59.1.13-cü maddələri zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əlavə olaraq sözügedən yüngülləşdirici halların mövcud olması və hökmlə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, CM-in 58.3cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, apellyasiya instansiya məhkəməsinin qərarı məhkum1 və məhkum2 cəza təyini hissəsində dəyişdirilməli, məhkum1 cəmi bir epizod üzrə oğurluq cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, hazırki iş üzrə cinayət əməlini Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən, hətta həmin hökm üzrə müəyyən edilmiş cinayət əməlindən əvvəl törətməsi nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Xaçmaz Rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-**/**** nömrəli hökmü ilə məhkum1 təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla ona qəti cəza təyin edilməli (həm Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündə, həm də hazırki iş üzrə əməlləri CM-in 177.2-ci maddələri ilə tövsif olunduğundan və ona CM-in 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edildiyindən, CM-in 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddindən (3 ildən) artıq cəza təyin edilə bilməz), əvvəlki iş üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 ay müddət, hazırki iş üzrə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tutulduğu 2 gün müddət və ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə olduğu 4 ay 29 gün olmaqla, cəmi 7 ay 3 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesabı ilə hesablanmaqla müəyyən edilmiş 1 il 2 ay 6 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarına əsasən məhkum1 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə onun həmin tarixə çəkilməmiş cəzası 6 ay azaldılsa da, kassasiya baxışı nəticəsində yaranan yeni vəziyyət məhkumun barəsində həmin Amnistiya Qərarının 2.6-cı bəndinin (azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər) tətbiqi üçün əsas yaradır. X2 19.1-ci bəndinə əsasən bu qərarın 2.6-ci bəndində nəzərdə tutulan şəxslər barəsində amnistiya məhkəmələr tərəfindən deyil, icra məmurları tərəfindən tətbiq edilməlidir. məhkum2 münasibətdə isə məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, onun tərəfindən törədilən cinayət əməlinin çox epizodlu olması (5 epizod), əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxslərə vurulmuş zərərin tam ödənilməməsi kimi hallar onun yalnız azadlıqdan məhrum etmə növündə cəza çəkməklə islah oluna biləcəyi qənaətinə gəlməyə əsas verir. Bununla yanaşı kassasiya baxışında zərərçəkmiş şəxslərdən birinə münasibətdə zərəri tam ödəməsi və sonuncu ilə barışıq əldə etməsi nəzərə alınmaqla, qeyd edilən hallar məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin təqsirli bilindiyi CM-in maddəsinin sanksiyası həddində aşağı endirilməsinə əsaslar yaradır. Odur ki, apellyasiya məhkəməsinin qərarına əsasən məhkum2 təqsirli bilindiyi maddələr ilə təyin edilmiş 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasının müddəti 2 il 3 aya endirilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 6 ay 23 gün müddət hazırkı qərarla ona təyin ediləcək cəzadan çıxılmaqla onun üzərində 1 il 8 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Iş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarına əsasən məhkum2 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Odur ki, məhkum2 barəsində tətbiq edilmiş amnistiya aktı hazırki qərarla müəyyən edilmiş 1 il 8 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin 6 ay azaldılması kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, məhkum məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarı məhkumlar məhkum1 və məhkum2 aid hissədə CPMin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum məhkum2 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum məhkum1 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarı məhkumlar məhkum1 və məhkum2 cəza təyin edilməsinə dair hissədə dəyişdirilsin. məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən həmin cəza Xaçmaz Rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-**/**** nömrəli hökmü ilə məhkum1 təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla, məhkum1 qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. məhkum1 əvvəlki iş üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 ay müddət, hazırki iş üzrə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tutulduğu 2 gün müddət və ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə olduğu 4 ay 29 gün müddət olmaqla, cəmi 7 ay 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesabı ilə hesablanmaqla müəyyən edilmiş 1 il 2 ay 6 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və məhkum1 üzərində 1 (bir) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. məhkum1 üzərinə cəza müddəti ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Qərarın icrası məhkum1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon Icra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon Icra və Probasiya Şöbəsində qeydiyyata alındığı tarixdən hesablansın. məhkum1 məhkəmə iclas zalında həbsdən azad edilsin. məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29,177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının müddəti 2 (iki) il 3 (üç) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkum2 həbsdə saxlanıldığı 6 ay 23 gün müddət hazırkı qərarla ona təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində 1 (bir) il 8 (səkkiz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. məhkum2 barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarına əsasən tətbiq edilmiş amnistiya aktı hazırki qərarla onun üzərində saxlanılmış 1 il 8 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin 6 ay azaldılması kimi nəzərə alınsın. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarı məhkumlar məhkum1 və məhkum2 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-103/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-103/2026
08.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver