Məhkəmə qərarları › İş №1(1-8)-104/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-104/2026

10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-104/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən), Teyyub Asif oğlu Muxtarov və Ilqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu Imanovun, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 hüquqi varisi Hüquqi varis nümayəndəsi Nümayəndə və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2025-ci il tarixli 1(103)- 129/2025 nömrəli qərarından dövlət ittihamçısı Hüseyinova-Zeynalova Səkinə Irzəvan qızı tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş, habelə məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Siyavuş Hacıyev (sədrlik edən), Aytən Əliyeva və Vüqar Quliyev) 17 iyul 2024-cü il tarixli 1(101)-99/2024 nömrəli hökmü ilə 7 iyun 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum edilmiş, Bakı şəhəri, Yasamal rayonu Fəridə və Pərviz Abbasovlar küçəsi, ev 1 ünvanda qeydiyyatda olmaqla və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.4-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.09.2023-cü il tarixli qərarı ilə saxlanılmış 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 11 oktyabr 2018-ci il tarixdən 05 iyun 2019-cu il tarixədək tutulduğu və həbsdə olduğu 7 (yeddi) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) il 10 (on) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablanmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə, Məhkum məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir ticarət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə tanışı zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Məhkum 05 fevral 2015-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi, 20 ünvanında yerləşən “Palma Lounge” kafesində zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə 75.518 manat təşkil edən 95.000 ABŞ dolları, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi, 118 ünvanda yerləşən yaşayış binasının qarşısında üç dəfəyə 14 iyul 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 112.264 manat təşkil edən 107.000 ABŞ dolları, 18 yanvar 2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 155.526 manat təşkil edən 98.000 ABŞ dolları və 12 mart 2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 78.988 manat təşkil edən 48.000 ABŞ dolları, Bakı şəhəri, Yasamal rayonu ərazisindəki Nəriman Nərimanov heykəlinin yaxınlığında iki dəfəyə 07 avqust 2017-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 93.544 manat təşkil edən 55.000 ABŞ dolları və 13 yanvar 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 113.906 manat təşkil edən 67.000 ABŞ dolları olmaqla, ümumilikdə məzənnəyə görə 629.746 manat təşkil edən 470.000 ABŞ dolları pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, sonrakı müddətdə aldığı pul vəsaitini vəd etdiyi kimi birgə ticarət fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda - 629.746 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir ticarət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə tanışı zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Məhkum 22 iyul 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi 12 ünvanında yerləşən “Kapital bank” Açıq Səhmdar Cəmiyyətinin Xətai filialının qarşısında zərərçəkmiş şəxs3 17.000 manat, 03 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 114 ünvanında yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin inzibati binasının qarşısında 5.000 manat, növbəti dəfələrdə Bakı şəhəri, Yasamal rayonu, Inşaatçılar küçəsi 58A ünvanında fəaliyyət göstərən “Olimp” marketinin qarşısında dörd dəfəyə 19 sentyabr 2017-ci il tarixdə 20.000 manat, 29 oktyabr 2017-ci il tarixdə 110.000 manat, 17 dekabr 2017-ci il tarixdə 17.000 manat və 2018ci ilin yanvar ayının ortalarında 27.000 manat olmaqla, ümumilikdə 196.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, sonrakı müddətdə aldığı pul vəsaitini vəd etdiyi kimi birgə ticarət fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs zərərçəkmiş şəxs3 külli miqdarda - 196.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir ticarət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə qohumu zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Məhkum 2016-cı ildən 2018-ci ilin mart ayına qədər olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 4 A ünvanının yanında, Bakı şəhəri Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 164 ünvanının yanında və Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 177 ünvanında yerləşən “Lider TV”nin yanında, eləcə də Bakı şəhərinin müxtəlif yerlərində 267.528 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, sonrakı müddətdə aldığı pul vəsaitini vəd etdiyi kimi birgə ticarət fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs zərərçəkmiş şəxs6 külli miqdarda - 267.528 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək guya X1 pul borcunun olduğunu və həmin pul borcunu ödəyə bilmədiyini bildirmiş, həmin pul borcunun əvəzində zərərçəkmiş şəxs5 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Ələskər Ələkbərov küçəsi, 565-ci məhəllə, ev 5də yerləşən 4 saylı mənzilin müvəqqəti olaraq formal qaydada Fariz Süleymanova satmağı təklif etmiş, 20 gün müddətində Fariz Süleymanova olan borcu qaytaracağını və həmin evi Fariz Süleymanovdan geri alaraq qaytaracağını zərərçəkmiş şəxs5 vəd verərək sonuncunun etibarından sui-istifadə edərək aldatmış, zərərçəkmiş şəxs5 də qohumluq münasibətinin olmasına görə inanmış və evinin formal olaraq Fariz Süleymanovun adına rəsmiləşdirilməsinə razı olmuş, bundan sonra 06 aprel 2018-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat Ofisində həqiqi dəyəri 120000 manat olan həmin mənzilin Fariz Süleymanova 60000 manat müqabilində satılması barədə pərdələnmiş alqı-satqı müqaviləsi bağlanılmış, lakin Məhkum həmin mənzili geri qaytarmamaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 külli miqdarda - 120000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir ticarət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə qohumu zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da Öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Məhkum 2019-cu ilin dekabr ayının əvvəlində Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 5 A ünvanında yerləşən “Olimpik star” əyləncə mərkəzinin qarşısında 5700 manat dəyərində qızıl əşyalarını, 2020-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 5 ünvanında yerləşən “Moskva univermağı”nın qarşısında 13000 manat dəyərində qızıl əşyalarını, 2020-ci ilin yanvar ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzində 6000 manat dəyərində qızıl əşyalarını, 2020-ci ilin fevral ayında Bakı şəhərində həmin dövrün məzənnəsi ilə 28900 manat təşkil edən 17000 dollar dəyərində brilyant daşı, 2020-ci ilin mart- avqust aylarında Bakı şəhərində 16440 manat dəyərində qızıl əşyalarını, 2020-ci ilin may-iyun aylarında həmin dövrün məzənnəsi ilə 76500 manat təşkil edən 45000 dollarlıq qızıl əşyalarını, ümumilikdə 115040 manat dəyərində qızıl əşyalarını, 2020-ci ilin iyun ayında ümumi dəyəri 11200 manat olan 06 ədəd “Apple 11 Pro max” markalı, dəyəri 3765 manat olan 01 ədəd “Apple 11 pro” markalı, dəyəri 3150 manat olan 01 ədəd “Samsunq ultra” markalı mobil telefonları, ümumilikdə 18115 manat dəyərində mobil telefon aparatlarını vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 külli miqdarda - ümumilikdə 133.155 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Əliyev (sədrlik edən), Zaur Hüseynov və Əli Məmmədov) 3 oktyabr 2025-ci il tarixli 1(103)-129/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 1(101)-99/2024 nömrəli hökmü ilə dəyişdirilmiş, məhkum Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilərək ona həmin maddə ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.09.2023-cü il tarixli qərarı ilə saxlanılmış 5 (beş) il 6 (altı) ay müddətinə azdalıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə olduğu 7 (yeddi) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 7 (yeddi) il 10 (on) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi və vəkili Nümayəndə, məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı Hüseyinova-Zeynalova Səkinə Irzəvan qızı kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2025-ci il tarixli 1(103)- 129/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 hüquqi varisi və mülki iddiaçı Hüquqi varis və onun nümayəndəsi Nümayəndə birdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2025-ci il tarixli 1(103)-129/2025 nömrəli qərarının ləğv edilməsini, məhkum Məhkum təyin olunmuş cəzanın artırılması və mülki iddiasının geri qaytarılaraq icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2025-ci il tarixli 1(103)-129/2025 nömrəli qərarının dəyişdirilməsini zərərçəkmiş şəxs5 epizodu üzrə cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini, zərərçəkmiş şəxs5 hüquqi varisi mülki iddiaçı Hüquqi varis mülki iddiasının rədd edilməsi, Məhkum barəsində hazırkı iş üzrə digər 4 epizod üzrə təyin edilmiş 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının azaldılaraq ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı Hüseyinova-Zeynalova Səkinə Irzəvan qızı kassasiya protestini onunla əsaslandırmışdır ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etdiyindən, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli qərarı ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Belə ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ifadə verərək ifadəsində göstərmişdir ki, o hissə-hissə olmaqla Məhkum ümumilikdə 470.000 ABŞ dolları məbləğində pul vermişdir. Məhkum onu əmin edib inandırmışdır ki, şərikli bizneslə məşğul olub birgə qazanc əldə edəcəklər. Məhkəmə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilən zaman Fəxrəddinə verdiyi 470.000 ABŞ dollarından sonuncu ona 100.000 ABŞ dolları xeyir verdiyini, qalan 370.000 ABŞ dollarından isə Fəxrəddinlə cəmi 200.000 ABŞ dollarını qatyaracağı ilə bağlı şifahi razılığa gəldiklərindən o, Məhkumla barışdığını, ona vurulmuş ziyanın ödənilməsini tələb etmədiyini, Məhkum qarşı şikayəti və tələbi olmadığını, bu barədə notarial qaydada təsdiqlənmiş ərizəsini məhkəməyə təqdim etdiyi barədə ifadəsini tədqiq etmədən, həmin ifadəni nəzərə almadan, əsassız olaraq zərərçəkmiş şəxsin apellyasiya şikayəti verməməsinə istinad edərək C.Fəxrəddinovun əməlini CM-in 178.4-cü maddəsindən CM-in 178.3.2-ci maddəsinə tövsif etmişdir. Göründüyü kimi, məhkəmənin təqsirləndirilən şəxsin əməlini tövsif edərkən əsaslandığı sübutlar qeyri-mötəbər olmuş və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri qərarda göstərilməmişdir. Məhkəmə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 həm ibtidai-istintaq, həm birinci instansiyada məhkəmə baxışı zamanı verdiyi ifadəsini ittihamı sübuta yetirilməsində mühüm rol oynamasına baxmayaraq hansı əsaslara görə qəbul etmədiyini kifayət qədər əsaslandırmamış, yalnız sözlərlə həmin ifadənin sübuta yetirilmədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə almayaraq, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, ittihamı təsdiq edən sübutların qəbul edilməməsi səbəblərini göstərməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, mövcud sübutların düzgün təhlili üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 hüquqi varisi və mülki iddiaçı Hüquqi varis və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2025-ci il tarixli 1 (103)-129/2025 nömrəli qərarı ilə Məhkum təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamış, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Məhkəmə hökmü ilə Məhkum barəsində yalnız Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsini nəzərə almaqla 8 il müddətinə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası həddindən artıq yüngül olmuş və məhkuma belə yüngül cəzanın təyin edilməsinin heç bir hüquqi əsası yoxdur və qanunsuzdur. Kassator hesab edir ki, Məhkum cəzası ağırlaşdırılaraq CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmalı, CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, habelə verilmiş mülki iddianın geri qaytarılaraq həmin hissədə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, daha humanist və yüngül cəzanın təyin edilməsi üçün Məhkum tərəfindən törətdiyi əməlin səmimi peşmançılıqla etiraf etməli, zərərçəkmiş şəxslərlə barışmalı və vurduğu maddi ziyanı ödəməli idi. Işin hallarından da görünür ki, Məhkum əsas məqsədi tamamilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə, yəni dələduzluq olmuşdur. Belə ki, məhkum Məhkum və onun qohumları 2018-ci ildən bu günədək faktiki olaraq məhkəmənin cəzanı yüngülləşdirən hal hesab edə biləcəyi və cəzanın təyini zamanı nəzərə almalı olduğu zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı heç bir ödəniş etməmişdir. Həmçinin onu da vurğulamaq lazımdır ki, əslində Məhkum əməli hal-hazırkı Azərbaycan Respublikasının CM-in 178.4-cü maddəsi ilə tövsif edilməli (CM-in 177-ci maddəsinin qeyd 2nə əsasən) olduğu halda CM-in 10.3-cü maddəsinin tələblərini nəzərə alaraq CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Yəni onsuz da məhkəmə tərəfindən məhkumun əməli daha yüngül maddəyə tövsif edilmiş və humanistlik prinsipi nəzərə alınaraq məhkuma daha yüngül cəza təyin edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs Məhkum törətdiyi əməlinə görə səmimi peşmançılıq keçirməmiş və yalandan bəyan etmişdir ki, guya onun ümumiyyətlə zərərçəkmiş şəxs5 borcu olmamış, zərərçəkmiş şəxs5 öz mənzilini X6 bildirmiş, bundan başqa qohumu mərhum zərərçəkmiş şəxs5 barəsində qeyri etik ifadələr işlətmişdir. Mülki iddia ilə əlaqədar kassator qeyd etmişdir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə zərərçəkmiş şəxs5 ilə X1 nümayəndəsi Adışirinli Murad Ələsgər oğlunun arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 565-ci məhəllə, ev 5, mənzil 4 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və X1 dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ləğv edilmişdir. Hal-hazırda həmin mülki işə Bakı Apellyasiya Məhkəməsində baxıldığı üçün hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs Q.Ə.Babyevin hüquqi varisi Hüquqi varis birinci instansiya məhkəməsi tərəfindən 120.000 manat pulun və ödənilmiş 455 manat dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutub zərərçəkmiş şəxsə ödəməsi barədə mülki iddia ərizəsinin geri qaytarılması və mülki iddia üzrə icraata xitam verilməsi zərurət yaranmışdır. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırməşdır ki, məhkuma apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəza ədalətsizdir. Belə ki, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün cinayətin həmin şəxs tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu o halda kifayətedici ola bilər ki, cəlb edilən şəxsin təqsirini müəyyən etmiş olsun və ittihamın irəli sürülməsi üçün CPM-in 139cu maddəsində göstərilmiş halların müəyyən edilməsi zəruridir. Hazırkı iş üzrə istintaq zamanı toplanmış, formal olaraq tədqiq olunmuş materiallar, şahid ifadələri bir daha təsdiq edir ki, Məhkum barəsində cinayət işi üzrə ibtidai istintaq 13 ay 21 gün aparılmış, 8 ay 19 gün əsassız olaraq həbsdə saxlanılmışdır. Cinayət işi azı 3 dəfə təqsirləndirilən şəxsin guya ki, ağır xəstəliyi ilə bağlı dayandırılıb. Təqsirləndirilən şəxs cinayət işinin istintaqı zamanı heç vaxt xəstə olmayıb, həmçinin iş materiallarında xəstəliyi ilə bağlı heç bır sənəd yoxdur. Kassator şikayətində qeyd edir ki, iş üzrə 4 nəfər şahid yalnız zərərçəkmiş şəxs5 epizodu üzrə dindirilib. 2 ədəd Gömrük Xidmətinin mobil telefonların qeydiyyata alınmaması ilə bağlı cavabı sübut kimi tanınıb. Bu mötəbər sübut deyil və Məhkum mobil telefon gətirib satmamasını təsdiq etmir. Eyni zamanda sübut kimi tanınan CD diskdə Məhkum sözügedən şəxslərdən göstərilən məbləğlərdə pullar almasını təsdiq edən hər hansı bir danışıq, iş üçün əhəmiyyət kəsb edəcək hər hansı SMS yazışma aşkar edilməmişdir. Məhkum Məhkum barəsində hazırkı iş üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 epizodu üzrə məhkumun əməlində hər hansı bir cinayətin tərkibi olmadığına görə cinayət işinə bəraətverici əsaslarla xitam verilməli və zərərçəkmiş şəxs5 hüquqi varisi mülki iddiaçı Hüquqi varis mülki iddiasının rədd edilməlidir. Ittihamın digər 4 epizod üzrə zərərçəkmiş şəxslərlə məhkum Məhkum barışmış, onlara dəymiş ziyanı ödəmiş, bunu zərərçəkmiş şəxslər ərizə və teleqramla, eyni zamanda məhkəmə iclasında verdikləri ifadələrlə təsdiq edərək onlarla Məhkum arasında olan münasibətlərin mülki hüquq münasibətlərinə aid olmasını bildirmişlər. Kassator hesab edir ki, işin yuxarıda göstərilən halları məhkuma CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası azaldılaraq ona cəmi 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi üçün əsas verir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsinin birgə verdikləri kassasiya şikayəti təmin edilməməli, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin olunmalı və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestindən görünür ki, protestdə yalnız məhkumun zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət epizodu üzrə təqsirinin sübuta yetirilməsinə və həmin əməlin hüquqi tövsifinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protestində irəli sürülmüş dəlillərlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Dələduzluğa görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyasına əsasən, dələduzluq aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüququnu əldə etmədən ibarətdir. Dələduzluq əməli külli miqdarda ziyan vurmaqla törədildikdə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə isə həmin Məcəllənin 178.4-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 177–182-ci, 185–187-ci və 189-1-ci maddələrində "xeyli miqdar" dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə isə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş verməsi və halları, şübhəli və ya təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət tərkibinin əlamətlərinin mövcudluğu, habelə şəxsin həmin əməlin törədilməsində təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Yuxarıda göstərilən hüquq normalarından görünür ki, dələduzluq əməli yalnız həmin əməl nəticəsində vurulmuş ziyanın xüsusilə külli miqdarda olması mötəbər sübutlarla təsdiq edildiyi halda Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə tövsif edilə bilər. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda, yəni 629.746 manat (470.000 ABŞ dolları) məbləğində ziyan vurmaqla dələduzluq əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə məhkum edilmişdir. Həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində Məhkum həmin epizod üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, onun zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 cəmi 80.000 ABŞ dolları məbləğində borcu olmuş, həmin məbləği isə sonradan tam ödəmişdir. Cinayət işinə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Məhkum zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 629.746 manat məbləğində maddi ziyan vurması barədə hal zərərçəkmiş şəxsin ifadəsindən başqa hər hansı digər mötəbər sübutla təsdiq olunmur. Bundan əlavə, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında Məhkum aldatma yolu ilə ondan əldə etdiyi pul vəsaitinin məbləği barədə bir-biri ilə ziddiyyət təşkil edən və ardıcıl olmayan ifadələr vermişdir. Belə ki, cinayət işinə əlavə edilmiş ərizəsindən görünür ki, o, biznes fəaliyyətini genişləndirmək və hər ay gəlir əldə etmək məqsədilə Məhkum müxtəlif vaxtlarda ümumilikdə 470.000 ABŞ dolları vermiş, lakin Məhkum onu aldadaraq həmin vəsaiti ələ keçirmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. zərərçəkmiş şəxs1 11 oktyabr 2018-ci il tarixdə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən ərizəsində göstərdiyi halları təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Məhkum ondan pul aldıqdan sonra hər iki aydan bir ona 3.000–4.000 ABŞ dolları məbləğində gəlir vermişdir. 23 oktyabr 2019-cu il tarixdə yenidən zərərçəkmiş şəxs qismində dindirilərkən isə zərərçəkmiş şəxs1 göstərmişdir ki, Məhkum ona verilmiş pullardan 177.000 ABŞ dollarını gəlir kimi geri qaytarmışdır. Istintaq orqanı məhz həmin epizod üzrə məhkumun zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda, yəni 470.000 ABŞ dolları (629.746 manat) məbləğində ziyan vurduğunu qəbul edərək onun əməlini Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə tövsif etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ittihamın bu hissəsinin əsasını təşkil edən yeganə birbaşa sübut zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri olmuşdur. Həmin ifadələrdə zərərçəkmiş şəxs göstərmişdir ki, məhkum ona verilmiş 470.000 ABŞ dollarından 177.000 ABŞ dollarını gəlir qismində geri qaytarmışdır. Istintaq orqanı isə Məhkum heç bir sahibkarlıq və ya biznes fəaliyyəti ilə məşğul olmaması barədə nəticəyə gələrək, zərərçəkmiş şəxslə onun arasında mülki-hüquqi münasibətlərin mövcudluğunu istisna etmişdir. Bu halda zərərçəkmiş şəxsə qaytarılmış 177.000 ABŞ dollarının hüquqi mahiyyəti də məhz ona verilmiş pul vəsaitinin bir hissəsinin geri qaytarılması kimi qiymətləndirilməli idi. Belə olan halda, istintaq orqanının zərərçəkmiş şəxsə qaytarıldığı özünün istinad etdiyi sübutlarla təsdiq edilən 177.000 ABŞ dollarını nəzərə almadan Məhkum zərərçəkmiş şəxsə 470.000 ABŞ dolları (629.746 manat) məbləğində ziyan vurması barədə nəticəyə gəlməsi ittihamın əsaslandığı sübutların məzmunu ilə uzlaşmır və həmin hissədə ittihamın əsaslı hesab edilməsinə imkan vermir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Məhkum ona 470.000 ABŞ dolları borcu olmuş, həmin məbləğin 162.000 ABŞ dolları qaytarılmış və 350.000 ABŞ dolları ödənilməmiş qalmışdır. O, eyni zamanda suallara cavabında bildirmişdir ki, Məhkum ona 80.000 ABŞ dolları borcu olmuş və həmin borcla bağlı iltizam tərtib edilmişdir. Qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadədə göstərdiyi məbləğlər arasında da aradan qaldırılmamış ziddiyyət mövcuddur. Belə ki, 470.000 ABŞ dollarından 162.000 ABŞ dolları qaytarıldığı halda, qalan borcun 350.000 ABŞ dolları təşkil etməsi riyazi baxımdan mümkün deyildir. Bundan başqa, müəyyən edilir ki, zərərçəkmiş şəxs1 hüquq-mühafizə orqanlarına müraciət edərkən yalnız 470.000 ABŞ dollarının aldatma yolu ilə ələ keçirilməsi barədə məlumat vermiş, 80.000 ABŞ dolları məbləğində borcun mövcudluğu barədə isə heç bir məlumat göstərməmişdir. Cinayət işinə əlavə edilmiş və birinci instansiya məhkəməsinə təqdim olunmuş ərizəsində zərərçəkmiş şəxs1 bildirmişdir ki, ibtidai istintaq zamanı əsəbi və aqressiv vəziyyətdə ifadə vermiş, əslində isə Məhkum ona yalnız 80.000 ABŞ dolları borcu olmuş, həmin borc tam ödənilmiş və onun məhkuma qarşı heç bir tələb və şikayəti qalmamışdır. Həmçinin, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsinə təqdim etdiyi notariat qaydasında təsdiq edilmiş ərizəsində də Məhkum qarşı hər hansı tələb və ya şikayətinin olmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən sübutları və işin hallarını qiymətləndirərək nəticəyə gəlmişdir ki, həmin sübutlarla məhkumun zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 aldadaraq 470.000 ABŞ dolları məbləğində pulu ələ keçirməsi mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində verdiyi, məhkum tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş pulun 80.000 ABŞ dolları (136.000 manat) təşkil etməsi barədə məlumatlar məhkumun həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında verdiyi ifadələri ilə uzlaşır. Buna görə də apellyasiya instansiyası məhkəməsi Məhkum ifadəsini pul məbləğinə aid olan hissədə mötəbər sübut kimi qiymətləndirib belə nəticəyə gəlmişdir ki, Məhkum dələduzluq yolu ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 80.000 ABŞ dolları (136.000 manat) məbləğində pul vəsaitini ələ keçirmişdir. Bu səbəbdən məhkəmə onun əməlini Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 aid epizod üzrə cinayət işi materiallarında olan və yuxarıda sadalanan sübutlara nəzər salaraq belə nəticəyə gəlir ki, həmin sübutların məcmusu Məhkum zərərçəkmiş şəxsdən dələduzluq yolu ilə 470.000 ABŞ dolları (629.746 manat) məbləğində pul vəsaitini ələ keçirməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə kifayət etmir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146.1-ci maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayət epizodu üzrə sübutları və işin hallarını düzgün qiymətləndirmiş, məhkum Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, cinayət və cinayətprosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarına, məhkumun həmin cinayət əməlini törətməsinə aidiyyətinə, təqsirinin sübuta yetirilməsinə və əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə cinayət işi üzrə toplanmış sübutlara uyğun olmaqla qanuni və əsaslıdır. Odur ki, kassasiya protestində irəli sürülmüş dəlillər əsassızdır. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 qarşı dələduzluq cinayəti törətməmiş, həmin epizod üzrə onun təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Kassasiya şikayətində məhkumun ittihamın digər epizodları üzrə təqsiri mübahisələndirilmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələri ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, habelə işin digər materiallarını Azərbaycan Respublikası CPM-in 144–146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edib qiymətləndirərək belə nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 qarşı hökmdə təsvir edilmiş şəraitdə külli miqdarda, yəni 120.000 manat məbləğində ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Kassasiya şikayətində irəli sürülən cinayət hadisəsinin baş verməməsi, Məhkum zərərçəkmiş şəxs5 tərəfindən mənzilin satılması ilə bağlı hər hansı əlaqəsinin olmaması və ümumiyyətlə həmin epizod üzrə cinayət hadisəsinin əlamətlərinin mövcud olmaması barədə dəlillər iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 aid epizod üzrə cinayət işinin materiallarını və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, aşağı instansiya məhkəmələri sübutlara düzgün hüquqi qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsini və hallarını, Məhkum həmin hadisə ilə əlaqəsini, eləcə də onun əməllərində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcudluğunu tam təsdiq etmişdir. Sübutların məcmusu məhkumun həmin cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə kifayət etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Həmin sübutlar birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq cinayət hadisəsinin baş verməsini və məhkumun təqsirini təsdiq edən sübutlar kimi qəbul edilmiş, hökmdə ətraflı təhlil edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda yenidən təkrar etməyi zəruri hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum qeyd olunan cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmiş, gəldikləri nəticə işin faktiki hallarına və sübutların məcmusuna tam uyğun olmuşdur. Qeyd edilməlidir ki, həmin epizodla bağlı analoji dəlillər müdafiəçi tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlmişdir ki, məhkumun cinayət əməlini törətməməsi barədə ifadəsi işin faktiki halları və sübutların məcmusu ilə təkzib olunur. Bu əsasla birinci instansiya məhkəməsinin hökmü həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərinə riayət etməsini yoxlayaraq qeyd edir ki, aşağı instansiya məhkəmələri iş üzrə nəticəyə gələrkən əsaslandıqları sübutları, həmin sübutlara üstünlük vermələrinin səbəblərini müvafiq olaraq hökm və qərarda kifayət qədər əsaslandırmışlar. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum təqsirinə və əməllərinin hüquqi tövsifinə dair məhkəmələrin gəldiyi nəticə iş materiallarına, sübutların məcmusuna və işin faktiki hallarına tam uyğundur. Məhkumun təqsiri müəyyən edilərkən sübutlar Azərbaycan Respublikası CPM-in 144–146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir. Məhkum Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran, habelə onun cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr müəyyən etdikləri halları konkret sübutlara əsaslandırmışlar. Cinayət işinin materialları həmin sübutların mötəbərliyini şübhə altına almağa əsas verən hər hansı halın mövcud olmadığını təsdiq edir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə, nə ibtidai istintaq orqanı tərəfindən sübutların toplanması zamanı, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində sübutların tədqiqi zamanı cinayət-prosessual qanunun tələblərinin pozulmasına yol verilmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilmiş və ya yolverilməz sübutlardan istifadə olunmuşdur. Araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından düzgün hüquqi qiymət verilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 aid epizod üzrə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Buna görə də onun barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiasının təmin edilməsi hissəsində ləğv olunmasına dair dəlilləri də əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilir, sübut olunur və həll edilir. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Məhkum zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 qarşı törətdiyi dələduzluq cinayəti nəticəsində sonuncuya 120.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası CPM-in 181.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda həmin şəxs ziyanın ödənilməsi barədə mülki iddia qaldırmaqla yanaşı, həmin maddədə nəzərdə tutulmuş digər tələbləri, o cümlədən vurulmuş mənəvi ziyanın ödənilməsi barədə də tələb irəli sürə bilər. Beləliklə, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddia cinayətprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq irəli sürülmüş, məhkəmələr tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallar və toplanmış sübutlar əsasında araşdırılmış və qanuna müvafiq qaydada həll edilmişdir. Bu baxımdan məhkəmələrin mülki iddianın qismən təmin olunmasına dair gəldikləri nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin həmin hissədəki dəlilləri isə işin halları və toplanmış sübutlarla təsdiq olunmadığından əsassızdır. Həm zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi Nümayəndə, həm də məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətlərində Məhkum təyin edilmiş cəzanın qanuni və əsaslı olmaması barədə dəlillər irəli sürmüşlər. Belə ki, məhkumun müdafiəçisi hesab edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə və işin hallarına uyğun olmayacaq dərəcədə ağırdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi Nümayəndə isə əksinə, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkuma təyin etdiyi cəzanın törədilmiş cinayətin ağırlığına uyğun olmayan dərəcədə yüngül olduğunu bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkuma təyin edilmiş cəzanın qanuniliyi və əsaslılığı ilə bağlı dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs6 və zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar isə müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə, yəni 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 vurulmuş ziyanın məbləği 470.000 ABŞ dolları (629.746 manat) deyil, 80.000 ABŞ dolları (136.000 manat) təşkil etmişdir. Bununla əlaqədar həmin epizod üzrə Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə tövsif edilmiş və ona bu maddə ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur ki, bu da həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın orta həddindən daha ağırdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin etdiyi cəzanın əsaslılığını və cinayət qanununun tələblərinə uyğunluğunu yoxlayaraq qeyd edir ki, dələduzluq cinayətinin ictimai təhlükəliliyi aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakının ələ keçirilməsi nəticəsində mülkiyyət münasibətlərinə qəsd edilməsində, zərərçəkmiş şəxsin öz əmlakından sərbəst istifadə və sərəncam vermək hüququnun pozulmasında ifadə olunur. Bu baxımdan, təqsirkar tərəfindən dələduzluq yolu ilə vurulmuş ziyanın tam və ya qismən ödənilməsi və ya digər üsulla aradan qaldırılması zərərçəkmiş şəxsin pozulmuş mülkiyyət hüquqlarının bərpasına xidmət edir və törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qiymətləndirilə bilər. Iş materiallarından görünür ki, ittihamın beş epizodundan dördü üzrə zərərçəkmiş şəxslər məhkəməyə ərizələr təqdim edərək onlara cinayət nəticəsində ziyan vurulmadığını və aradan qaldırıldığını, məhkumu bağışladıqlarını və ona qarşı hər hansı maddi və ya digər tələblərinin olmadığını bildirmişlər. Ziyanın aradan qaldırılmadığı yeganə epizod zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 aid epizod olmuşdur. Həmin epizod üzrə müəyyən edilmişdir ki, məhkumun götürdüyü borcun təminatı kimi girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 565-ci məhəllə, ev 5, mənzil 4 ünvanında yerləşən mənzil barədə həqiqi iradəni əks etdirməyən alqısatqı müqaviləsi rəsmiləşdirilmiş və məhkumun dələduzluq hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə məxsus 120.000 manat dəyərində mənzil onun mülkiyyətindən çıxmışdır. Lakin zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi Nümayəndə kassasiya şikayətində göstərmişdir ki, həmin mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi Hüquqi varis məhkəməyə müraciəti əsasında etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində F.Ş.Süleymanovun həmin mənzil üzərində qeydə alınmış mülkiyyət hüququ ləğv edilmişdir. Beləliklə, mənzil məhkumun təşəbbüsü ilə olmasa da, məhkəmə qaydasında zərərçəkmiş tərəfin mülkiyyətinə qaytarılmış, bununla da zərərçəkmiş şəxsə vurulmuş 120.000 manat məbləğində maddi ziyan faktiki olaraq aradan qaldırılmışdır. Məhz bununla əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və nümayəndəsi Nümayəndə kassasiya şikayətində hüquqi varis tərəfindən verilmiş mülki iddianın geri qaytarılmasını və həmin hissədə icraata xitam verilməsini xahiş etmişdir. Iş üzrə məhkumun cəzasını ağırlaşdıran hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1.12–59.1.14-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışma, cinayət nəticəsində vurulmuş ziyanın könüllü olaraq tam ödənilməsi və ya başqa üsulla aradan qaldırılması, habelə ziyanın qismən ödənilməsi və ya azaldılması ilə nəticələnən digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar hesab olunur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 346.1.7-ci maddəsinə görə isə yekun məhkəmə qərarı qəbul edilərkən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halların mövcud olub-olmaması məhkəmə tərəfindən müzakirə edilməli olan məsələlər sırasına daxildir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə cəza təyin edərkən onun zərərçəkmiş şəxslərlə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə məhkumun əməlini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə tövsif etsə də, cəza təyin edilərkən cəzanı yüngülləşdirən halları kifayət qədər qiymətləndirməmiş, həmin halların cəzanın növünə və müddətinə təsirini müzakirə etməmiş və nəticədə məhkuma həmin maddənin sanksiyasında nəzərdə tutulmuş orta həddən də ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda göstərilən normalarının tələblərinə, habelə cəza təyin edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə tam əməl etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar, zərərçəkmiş şəxslərin əksəriyyəti ilə barışığın əldə olunması, onlara vurulmuş ziyanın faktiki olaraq aradan qaldırılması, habelə məhkumun şəxsiyyəti nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəza öz sərtliyinə görə törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə daha qısa müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunmasına, yeni cinayətlər törətməsinin qarşısının alınmasına və cəzanın Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması üçün kifayət edər. Ona görə də məhkəmə kollegiyası F.S.Cavanşiroya Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə - 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi Nümayəndə birgə verdikləri kassasiya şikayətində məhkəmələr tərəfindən qismən təmin edilmiş mülki iddiadan imtina edilməsi və həmin iddia üzrə icraata xitam verilməsi barədə irəli sürülmüş tələbə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəalarına uyğun olaraq verilir, sübut edilir və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraat üçün zəruri qaydalar Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Bununla yanaşı, mülki mühakimə icraatından fərqli olaraq cinayət prosesində kassasiya instansiyası məhkəməsinin baxış predmetini qanuni qüvvəyə minmiş hökm və ya qərarın hüquqi cəhətdən yoxlanılması təşkil edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxarkən müraciətin dəlillərindən asılı olmayaraq yalnız cinayət qanununun və cinayətprosessual qanunvericiliyin normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 hüquqi varisi Hüquqi varis mülki iddiası birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən mahiyyəti üzrə həll edilmiş, qəbul edilmiş hökm və qərar qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Qərarın yuxarı hissəsində də göstərildiyi kimi, mülki iddianın həlli zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmələrin həmin hissədə qəbul etdikləri qərarların ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola biləcək hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə olan halda, kassasiya baxışı mərhələsində mülki iddia vermiş şəxsin iddiadan imtinasının qəbul edilməsi və bunun əsasında artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həll olunmuş mülki iddia üzrə icraata xitam verilməsi mahiyyət etibarilə yeni prosessual qərarın qəbul edilməsi demək olardı. Halbuki, belə bir səlahiyyət Azərbaycan Respublikası CPM-in 419-cu maddəsində nəzərdə tutulmamışdır və kassasiya instansiyası məhkəməsinin baxış predmetinə aid deyildir. Buna görə də Hüquqi varis mülki iddiadan imtina etməsi barədə tələbi kassasiya icraatı çərçivəsində təmin oluna bilməz. Məhkəmə kollegiyası bununla əlaqədar əlavə olaraq qeyd edir ki, icra sənədi üzrə tələbkarın tələbdən imtina etməsi ilə bağlı məsələlər "Icra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsi ilə tənzimlənir və həmin məsələ qanunla müəyyən edilmiş qaydada icra mərhələsində həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, müdafiəçinin kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2025-ci il tarixli, 1(103)-129/2025 nömrəli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 hüquqi varisi Hüquqi varis və nümayəndəsi Nümayəndə kassasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2025-ci il tarixli 1(103)- 129/2025 nömrəli dəyişdirilsin. Məhkum Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) ilə endirilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı qərarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərarı ilə məhkum Məhkum təyin edilmiş cəzaları qismən toplamaqla ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 11 oktyabr 2018-ci il tarixdən 05 iyun 2019-cu il tarixədək tutulduğu və həbsdə olduğu 7 (yeddi) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 6 (altı) il 10 (on) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar