Məhkəmə qərarları › İş №1(1-8)-105/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-105/2026

02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-105/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Məhkum, məhkum təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1531/2025 nömrəli, 20 noyabr 2025-ci tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavəyə, məhkum təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və nümayəndəsi müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum təqsirləndirilən şəxs1 # ###### 1982-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə Idarəsinin Ümumi şöbəsinin rəisi vəzifəsində işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 4 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq x yaşamışdır. Məhkum Məhkum x 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 3 ünvanında yaşamışdır. Məhkum təqsirləndirilən şəxs3 x 1973-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 5 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq x ünvanında yaşamışdır.

2. Ittiham aktına görə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələri ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri və təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.

3. 14 avqust 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs1, Məhkum və təqsirləndirilən şəxs3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib əldə ediləcək pulun aralarında bölünməsi barədə razılaşıb sövdələşərək, Qəbələ regional xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməsinə köməklik göstərilməsi üçün 2021-ci ilin iyul ayında cinayətdən xəbərsiz şahid14 vasitəsilə özlərinə müraciət etmiş zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz şahid14 vasitəsilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyində və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin yüksək vəzifədə işləyən səlahiyyətli tanışları vasitəsilə zərərçəkmiş şəxs1 Qəbələ regional xəstəxanasının baş həkimi vəzifəsinə təyin etdirmək imkanına malik olduqlarını 2021-ci ilin iyul ayında Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Nərimanov” adına parkda görüşləri zamanı sonuncuya yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Qəbələ regional xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 170.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Ümid” kafesində zərərçəkmiş şəxs1 həmin dövrün rəsmi məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə taladıqdan sonra, özü və təqsirləndirilən şəxs4 həmin pul vəsaitinin 100.000 manat hissəsini 2022-ci ilin sentyabr ayında Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində təqsirləndirilən şəxs3 verib sövdələşməklə, 2022-ci ilin sentyabr ayında aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs1 əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə, tanışıları Məhkum, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə birbaşa və ya dolayı yolla müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq həmin şəxslərlə cinayətkar əlaqəyə girib əldə ediləcək pulun aralarında bölünməsi barədə razılaşıb sövdələşərək, 2022-ci ilin oktyabr və noyabr aylarında ayrı-ayrı vaxtlarda Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs3 vasitəsilə, habelə Bakı şəhəri Nəsimi rayonunda, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yerləşdiyi inzibati binasının qarşısında və Bakı şəhəri Xətai rayonu ərazisində keçirilən görüşlər zamanı təqsirləndirilən şəxs3 və özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Səhiyyə nazirinin köməkçisi kimi təqdim edən qeyrisinin vasitəsilə zərərçəkmiş şəxs1 guya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yuxarı vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs1 xeyrinə edəcəkləri hərəkətə, yəni sonuncunun Qəbələ regional xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməsinə görə birbaşa yolla özləri vasitəsilə əlavə olaraq 80.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu yalandan bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, təqsirləndirilən şəxs3 tərəfindən 2022-ci ilin oktyabr ayında x küçəsində yerləşən 69 nömrəli binanın qarşısında zərərçəkmiş şəxs1 50.000 manat məbləğində pul vəsaitini nağd olaraq alınmasından sonra, cinayətkar niyyətinin icrasının davamı olaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmasına əminlik yaratmaq və özünə olan inamı möhkəmləndirmək məqsədilə, zərərçəkmiş şəxs1 Qəbələ şəhəri tibbi ərazi bölməsi üzrə Qəbələ Regional Müalicə Diaqnostika Mərkəzi fəaliyyətə başlandığı vaxtdan etibarən həmin Mərkəzdə baş həkim vəzifəsinə təyin edilməsi görüntüsünü yaratmaqla rəsmi sənəd hesab edilən, guya “xxxx” publik hüquqi şəxsin (bundan sonra – “TƏBIB”) verdiyi 04 noyabr 2022-ci il tarixli əmrini qabaqcadan əlbir olduğu Məhkum, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs4 və qeyrisi ilə birlikdə 03 noyabr 2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Məhkum şəxsi kompüteri ilə “Microsoft Word”, “Paint” və “Adobe Reader” proqramlarını tətbiq edib www.loqotip.az internet resursunda yerləşdirilən blankdan və müxtəlif internet resurslarında olan nümunəvi sənədlərdən istifadə etməklə hazırlayıb, “Idarə Heyəti Sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov 04 noyabr 2022-ci il” qrafasının aşağı hissəsinə isə qeyd olunan saxta əmrin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü www.the-qrcode-generator.com linki vasitəsilə hazırlanmış və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə etməklə qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunmasına səbəb olan QR kodu əlavə edib qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqları həmin sənədi 2022-ci ilin noyabr ayında Bakı şəhəri Nəsimi rayonu ərazisində keçirilən görüş zamanı özbaşına özünü vəzifəli şəxs, yəni TƏBIB-in əməkdaşı kimi təqdim edən Məhkum tərəfindən nümayiş etdirilməklə, sonuncunun zərərçəkmiş şəxs1 Qəbələ regional xəstəxanasına baş həkim vəzifəsinə təyin olunması barədə əmrin verilməsi məsələsini özü həll etdiyini yalandan bildirib, təqsirləndirilən şəxs3 və qeyrisinin saxta sənəddəki QR kod mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə qeydə aldıqdan sonra açılan www.the-qrcode-generator.com linkindəki əmrin şəklini təqdim edərək sənədin həqiqi olduğunu yalandan bildirib zərərçəkmiş şəxs1 inandırmaqla, təqsirləndirilən şəxs3 tərəfindən 2022-ci ilin noyabr ayında Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 69 nömrəli binanın qarşısında zərərçəkmiş şəxs1 30.000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 80.000 manat pul vəsaitinin nağd şəkildə alınmasına nail olaraq, təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub zərərçəkmiş şəxs1 məxsus 170.000 manat pul vəsaitini ələ keçirib, təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olub həmin pul vəsaitinin 100.000 manat hissəsini sonuncuya verib sövdələşdikdən sonra, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olub zərərçəkmiş şəxs1 məxsus 50.000 manat pul vəsaitinin, Məhkum, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olub zərərçəkmiş şəxs1 məxsus 30.000 manat pul vəsaitinin nağd şəkildə alınmasına nail olub, həmin pul vəsaitlərini aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə Məhkum, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs1 məxsus 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Məhkum, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs4 və qeyri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, təqsirləndirilən şəxs1 təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, “xxxx”xxxx“ASC”) balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının “xxxx” MMC-nə həvalə edilməsinə köməklik edilməsi barədə 2022-ci ilin noyabr ayının sonlarında cinayətdən xəbərsiz şahid7 vasitəsilə özünə müraciət etmiş zərərçəkmiş şəxs5 cinayətdən xəbərsiz şahid7 vasitəsilə özlərini işgüzar və çoxsahəli əlaqələrə malik şəxs kimi təqdim edərək dolayı yolla zərərçəkmiş şəxs5 özlərinə inandırıb, özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib, guya ASC-də yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışları vasitəsilə qeyd edilən dəmir borunun demontaj olunmasının “xxxx” MMC-nə həvalə edilməsi imkanına malik olduqlarını, özbaşına özünü vəzifəli şəxs, yəni ASC-nin Satınalma şöbəsinin rəisi Rasim kimi təqdim edən Məhkum vasitəsilə ASC tərəfindən müvafiq əmrin verildiyini və dəmir boruların demontaj olunması üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “ƏMDX”) tərəfindən dəmir boruların istismara yararsız hesab olunmasına dair aktın verilməsinin təşkil ediləcəyini 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində keçirdikləri görüşləri zamanı cinayətdən xəbərsiz şahid7 vasitəsilə zərərçəkmiş şəxs5 yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs5 xeyrinə edəcəyi hərəkətə, yəni ASC-nin balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının “xxxx” MMC-nə həvalə edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 500.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu cinayətdən xəbərsiz şahid7 vasitəsilə zərərçəkmiş şəxs5 bildirərək sonuncu ilə razılaşmaqla sövdələşdikdən sonra, cinayətkar niyyətinin icrasının davamı olaraq, zərərçəkmiş şəxs5 verdiyi vədə inandırmaq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmasına əminlik yaratmaq məqsədilə, ASC-nin balansında olan dəmir materialdan quraşdırılmaqla istismara yararsız hesab edilən boru xətləri üzərində demontaj işlərinin aparılmasına başlamaq hüququ verdiyi üçün rəsmi sənəd hesab edilən, həmin boru xətlərinin Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən 28,72 km uzunluqda olan hissəsinin demontaj olunmasının “xxxx” MMC-nə həvalə edilməsi görüntüsünü yaratmaqla guya ASC-nin verdiyi 01 dekabr 2022-ci il tarixli, 1296-H nömrəli əmri qabaqcadan əlbir olduğu Məhkum, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və qeyriləri ilə birlikdə 01 dekabr 2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Məhkum şəxsi kompüteri ilə “Microsoft Word”, “Paint” və “Adobe Reader” proqramlarını tətbiq edib ASC-nin rəsmi internet saytı olan www.mst.gov.az adlı linkə yüklənmiş hesabat sənədlərindən, habelə www.loqotip.az internet resursunda yerləşdirilən blankdan və müxtəlif internet resurslarında olan nümunəvi sənədlərdən istifadə etməklə hazırlayıb, həmin sənədin yuxarı hissəsində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin blankı əks olunmaqla, çap ilə “Bakı şəhəri” sözləri, əlyazma ilə “01.12.2022ci il” tarixli və “1148 0963-22” nömrəli olması yazılarını, aşağı hissəsində “ASC-nin sədri, X2 01 dekabr 2022-ci il” yazılarının qeyd olunduğu qrafanın qarşısında imza və ASC-nin möhürünü icra edib, həmin sənədin arxa hissəsinə qeyd olunan saxta əmrin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü www.the-qrcode-generator.com adlı link vasitəsilə hazırladıqları və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə edilərək qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunmasına səbəb olan QR kodu əlavə edib, “№ 00008962” rəqəmləri, “Icra etdi:”, “Salmanova T.M.q”, “01.12.2022” yazılarını və imza icra edib, qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqları həmin sənədin, habelə həmin tarixdə və ünvanda, eyni üsul ilə hazırladıqları üzərində ASC-nin blankı əks olunmaqla, çap ilə “Bakı şəhəri” sözləri, əlyazma ilə “01.12.2022-ci il” tarixli “0148 1448-22” nömrəli olması qeyd edilmiş vərəqdə “xxxx MMC-nə həvalə edilən ərazi: “Azərbaycan Respublikası Göyçay rayonu Qaraməryam kəndi” sözləri icra edilib, fəzadan yer səthinin görüntüsünü əks etdirən iki ayrı şəkil təsvirlərinin sağ yan tərəflərində ASCnin möhürü təsvir edilmiş sənədin 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nizami rayonu ərazisində keçirilən görüş zamanı özü tərəfindən nümayiş etdirilib, həmçinin 08 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində eyni üsul ilə hazırladıqları üzərində ASC-nin blankı əks olunmaqla, əlyazma ilə “08.12.2022-ci il” tarixli “4117-8397/22” nömrəli olması qeyd edilmiş vərəqdə çap ilə “xxxx MMC Ömər Hüseynova, Əmrdən çıxarış: xxxx MMC-nə Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 28,72 km olan boru xətlərinin demontaj işlərinin aparılması öz vəsaiti hesabına keçirilməsi barədə (31 dekabr 2023 il tarixədək) havalə edilsin” məzmunda yazıların, habelə “ASC-nin sədri, X2 08 dekabr 2022-ci il” yazılarının qeyd olunduğu qrafanın qarşısında imza icra olunmuş və ASC-nin möhürü əks olunmuş sənədin qeyrisi vasitəsilə şahid3 tərəfindən ASC-nin yerləşdiyi ünvan 2 ünvanda yerləşən inzibati binanın qarşısında bağlı zərfdə cinayətdən xəbərsiz şahid7 yanında özünə verilməklə sənədin ASC tərəfindən verilməsi görüntüsünü yaradaraq, özü həmin saxta sənədi nümayiş etdirib, həmin məsələnin həll olunduğunu, habelə saxta sənədlərdəki QR kodu mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə qeydə aldıqdan sonra www.theqrcode-generator.com adlı linkdə açılan saxta əmrin təsvirini təqdim edərək sənədin həqiqi olduğunu yalandan bildirməklə zərərçəkmiş şəxs5 inandırıb, həmin niyyətlə, 2022ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Su səsi” restoranında şəxsən cinayətdən xəbərsiz şahid7 zərərçəkmiş şəxs5 məxsus 100.000 manat, 2022-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində şəxsən zərərçəkmiş şəxs5 həmin dövrün rəsmi məzənnəsi ilə 14.960 manat təşkil edən 8.800 ABŞ dolları məbləğində pul vəsaitlərinin alınmasına nail olduqdan sonra, eyni niyyətlə cinayətkar əməllərini davam etdirərək, özlərinə olan inamı möhkəmləndirmək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs5 əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə birbaşa və ya dolayı yolla müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq 2022ci ilin dekabr ayının ortalarında və sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində keçirilən görüşlər zamanı qeyrisinin və özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı kimi təqdim edən təqsirləndirilən şəxs2 cinayətdən xəbərsiz şahid7 ilə danışıqlar apararaq, guya ƏMDX-nin yuxarı vəzifəli şəxslərindən xahiş etməklə dəmir boruların istismara yararsız olması ilə əlaqədar aktı alacağını bildirib, zərərçəkmiş şəxs5 inandırmasına nail olaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində qeyrisi tərəfindən cinayətdən xəbərsiz şahid7 zərərçəkmiş şəxs5 məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 118.320 manat təşkil edən 69.600 ABŞ dolları məbləğində pul vəsaitlərinin alınmasına nail olub aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Məhkum, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 233.280 (iki yüz otuz üç min iki yüz səksən) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Məhkum, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla təkrarən hazırlamış, zərərçəkmiş şəxs5 dəmir borunun demontaj olunmasına icazə verilməsi üçün tələb edilən 500.000 manat puldan qalan 266.720 manat pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini ondan ala bilməyib, Məhkum, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs5 məxsus 500.000 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-85/2025 nömrəli, 14 may 2025-ci il tarixli hökmü ilə: təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,178.3.2, 178.3.2 və 320.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 29,178.3.2 və 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 44.2.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 8 aprel 2024-cü il tarixdən hesablanması; Məhkum Azərbaycan Respublikası CM-nin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 29,178.3.2 və 178.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci və Azərbaycan Respublikası CPM-nin 44.2.1ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 8 aprel 2024-cü il tarixdən hesablanması; təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 29,178.3.2 və 178.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci və Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 1(057)- 42/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının yeni hökmlə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 may 2023-cü il tarixdən hesablanması; iş üzrə mülki iddianın qismən təmin edilməsi, cavabdehlər təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs1 birgə (müştərək) qaydada 1***** (bir yüz min) manat məbləğində, cavabdehlər təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 birgə (müştərək) qaydada 50000 (əlli min) manat məbləğində, cavabdehlər təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs3 və Məhkum birgə (müştərək) qaydada 30000 (otuz min) manat məbləğində pul vəsaitlərinin tutularaq iddiaçı zərərçəkmiş şəxs1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 600 (altı yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs3 və Məhkum birgə (müştərək) qaydada tutularaq iddiaçı zərərçəkmiş şəxs1 ödənilməsi, mülki iddianın qalan hissədə rədd edilməsi hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

5. Həmin hökmlə təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs2 da məhkum olunmuşlar.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verib, hökmün təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsi və sonuncuya bəraət verilməsi, habelə mülki iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ona aid hissədə dəyişdirilməsini və təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir.

8. Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verib, işə yenidən baxılmasını və yeni hökmün çıxarılmasını xahiş etmişdir.

9. Hökmdən zərərçəkmiş şəxs və mülki iddiaçı X7 apellyasiya şikayəti verib, hökmün cəza təyininə aid hissədə ləğv edilməsini, təqsirləndirilən şəxslərdən təqsirləndirilən şəxs4 06 il 06 ay, digərlərinə 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, habelə təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair müddəaların ləğv edilməsini xahiş etmişdir.

10. Hökmdən həmçinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi7 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs4 apellyasiya şikayəti vermişlər.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1531/2025 nömrəli, 20 noyabr 2025-ci tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-85/2025 nömrəli, 14 may 2025-ci il tarixli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs1 təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il azaldılmaqla 6 (altı) il müddətinə endirilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, təqsirləndirilən şəxs4 təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, mülki iddiaya təqsirləndirilən şəxs4 qarşı tələb hissəsində xitam verilməsi, təqsirləndirilən şəxs1 44167 (qırx dörd min yüz altmış yeddi) manat pul vəsaitinin tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs1 ödənilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 kassasiya şikayəti və məhkum Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, habelə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və nümayəndəsi müdafiəçi5 ilə birgə kassasiya şikayəti vermişlər.

II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

13. Məhkum təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsində işə baxılarkən təqsirləndirilən şəxs1la zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs1 ilə barışıq əldə olunmasına baxmayaraq bu halın məhkəmə qərarında nəzərə alınmadığı qeyd edilməklə, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1531/2025 nömrəli, 20 noyabr 2025-ci tarixli qərarının təsviri-əsaslandırıcı və nəticə hissəsindən mülki iddianın təqsirləndirilən şəxs1 44167 (qırx dörd min yüz altmış yeddi) manat pul vəsaitinin tutulması barədə müddəaların xaric edilməsinə dair qərarın qəbul edilməsi xahiş edilir.

14. Məhkum Məhkum verdiyi kassasiya şikayətində və ona əlavədə barəsində təyin edilmiş cəzanın ağır olduğunu, ondan zərərçəkmiş xeyrinə pul vəsaitinin tutulması barədə qərarın əsassız olduğunu iddia edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1531/2025 nömrəli, 20 noyabr 2025-ci tarixli qərarının dəyişdirilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması və ya daha yüngül cəza növünün təyin edilməsi, habelə verilmiş mülki iddianın ona aid hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir.

15. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və nümayəndəsi müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən məhkumlar təqsirləndirilən şəxs3 və Məhkum həddindən artıq yüngül cəza təyin edildiyi və mülki iddianın hesablanmasında səhvə yol verildiyi qeyd edilir, bu səbəblərə görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1531/2025 nömrəli, 20 noyabr 2025-ci tarixli qərarının müvafiq hissələrdə ləğv edilməsi, Məhkum və təqsirləndirilən şəxs3 hər birinə 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, habelə onlardan 85833 (səksən beş min səkkiz yüz otuz üç) manat maddi ziyanın müştərək qaydada tutularaq zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

16. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər 17.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual

18. Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 19.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 20.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

21. Məhkum təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 verdiyi kassasiya şikayətində təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs1 vurduğu zərəri artıq ödədiyinin nəzərə alınmadığından cinayət işinin hallarına uyğun olmayan məhkəmə aktının qəbul edildiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

22. Məhkum Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə ona təyin edilmiş cəzanın ağır olduğunu və ondan zərərçəkmiş xeyrinə pul vəsaitinin tutulması barədə qərarın əsassız olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

23. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və nümayəndəsi müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayətində məhkumlar Məhkum və təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanın həddindən artıq yüngül olduğu və mülki iddianın hesablanmasında səhvə yol verildiyi iddia edilərək, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilir. 24.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1531/2025 nömrəli, 20 noyabr 2025-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

25. Ilk öncə məhkum Məhkum ona təyin edilmiş cəzanın həddindən artıq ağır, eləcə də zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və nümayəndəsi müdafiəçi5 məhkumlar Məhkum və təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın yüngül olduğuna dair iddialarına münasibətdə məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır ( “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları).

27. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

28. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

29. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

30. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

31. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

32. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

33. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

34. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. 35.Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

36. Məhkum Məhkum ona daha yüngül cəza təyin edilməsi, eləcə də zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və nümayəndəsi müdafiəçi5 məhkumlar Məhkum və təqsirləndirilən şəxs3 daha ağır cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlilləri istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarla müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, həmin dəlillər göstərilən məhkumlara təyin edilmiş cəzaların yüngül və ya ağır olması barədə nəticə çıxarmaq üçün əsas vermir.

37. Belə ki, məhkum Məhkum törədilməsində təqsirli bilinərək məhkum edildiyi cinayətlərdən: - Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş; - Azərbaycan Respublikası CM-nin 310-cu maddəsində nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş; - Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

38. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.

39. Birinci instansiya məhkəməsi tərəfindən məhkum Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29, 178.3.2 və 178.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikası CPMnin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 40.Həmin cəzanı təyin edərkən, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini qiymətləndirmiş, cəzanı yüngülləşdirən hallar kimi onun könüllü olaraq gəlib təqsirini etiraf etməsini, cinayətin açılmasına və digər iştirakçıların ifşa edilməsinə fəal köməklik göstərməsini, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ilə barışıq əldə olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cəzanı ağırlaşdıran hallar kimi isə Azərbaycan Respublikası CM-nin 310 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törətməsini, habelə əməlində cinayətlərin təhlükəli residivinin mövcud olmasını nəzərə almışdır.

41. Habelə məhkum təqsirləndirilən şəxs3 törədilməsində təqsirli bilinərək məhkum edildiyi cinayətlərdən: - Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş; - Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

42. Birinci instansiya məhkəməsi tərəfindən məhkum təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29, 178.3.2 və 178.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən barəsində əvvəl çıxarılmış hökmlə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 43.Həmin cəzanı təyin edərkən, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini qiymətləndirmiş, cəzanı yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ilə barışıq əldə olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, müxtəlif xəstəliklərdən, o cümlədən ürəyin işemik xəstəliyi, ürək-qan dövranının çatışmazlığı, hipertoniyadan əziyyət çəkməsini, ürəyində şuntlama və sair cərrahiyyə əməliyyatların həyata keçirilməsini, cəzanı ağırlaşdıran hallar kimi isə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törətməsini, habelə əməlində cinayətlərin təhlükəli residivinin mövcud olmasını nəzərə almışdır.

44. Birinci instansiya məhkəməsinin Məhkum və təqsirləndirilən şəxs3 cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.

45. Məhkumlar Məhkum daha yüngül (Məhkum kassasiya şikayətinə münasibətdə), eləcə də ona və təqsirləndirilən şəxs3 daha ağır (zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə) cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir. 46.Hər üç kassasiya şikayətində qaldırılan, baxılan cinayət işi üzrə mülki iddianın təmin edilməsi zamanı məhkəmələr tərəfindən hesablamada və gəlinən nəticənin təsvirində, habelə mülki iddianın ümumiyyətlə əsaslı olub-olmamasında səhvə yol verildiyinə dair iddialara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.

47. Həmin Məcəllənin 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinin ümumi məzmunundan müəyyən olunur ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, habelə ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 48.Baxılan cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkumlar təqsirləndirilən şəxs1 və Məhkum, eləcə də digər məhkum edilmiş şəxsləri onlara verilmiş ittiham üzrə təqsirli bilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə vurulmuş ziyanın aradan qaldırılması məqsədilə onlara qarşı irəli sürülmüş mülki iddianı təmin etmiş, hazırkı qərarın 8-ci paraqrafında məbləği və ödənilməsi qaydası göstərilən pul vəsaitlərinin həmin şəxslərdən zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs1 xeyrinə tutulmasını hökm etmişdir.

49. Daha sonra, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş zərərçəkmiş şəxs1 ödənilməli olan 74167 (yetmiş dörd min yüz altmış yeddi) manat məbləğdən 30000 (otuz min) manat hissə ödənilmiş, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 bu barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və mülki iddiasının olmadığını bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub ələ keçirdiyi zərərçəkmiş şəxs1 məxsus 170.000 manat pul vəsaitindən onun payına düşən və ödənilməmiş qalan hissə 4164 (dörd min yüz altmış dörd) manat olduğu halda, apellyasiya baxışı mərhələsində zərərçəkmişə 20000 (iyirmi min) manat, ümumilikdə isə 90000 (doxsan min) manat məbləğ ödəməklə, ödəməli olduğu 74164 (yetmiş dörd min yüz altmış dörd) manatdan artıq məbləğ ödəmişdir. Bu əsasla, zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs4 tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və mülki iddiasının olmadığını bildirmişdir. Qeyd edilənlərlə yanaşı apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, təqsirləndirilən şəxs1 payına düşən 74167 (yetmiş dörd min yüz altmış yeddi) manat məbləğin 44167 (qırx dörd min yüz altmış yeddi) manat hissəsi ödənilməmiş qalmış, müvafiq olaraq birinci instansiya məhkəməsinin hökmünü əlaqəli hissədə - məhkumlar təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs4 münasibətdə dəyişdirmişdir. 50.Məhkəmələrin baxılan məsələyə dair qənaəti cinayət işinin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərinin müvafiq hissələrində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər irəli sürülmədiyindən, məhkəmə kollegiyası cinayət işi üzrə verilmiş mülki iddianın həlli üzrə məhkəmələrin hüquqi mövqelərini şübhə altına almaq üçün əsaslar müəyyən etmir. 51.Belə nəticəyə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsi ilə müəyyən edilmiş ümumi prinsipə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan məhkəmə qərarının yalnız Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsi yolverilməzdir. 52.Beləliklə məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı cinayət ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, ittiham və müdafiə tərəfində olan bütün iştirakçılara öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət- 53. Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 54.Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, məhkum təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti, məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və nümayəndəsi müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1531/2025 nömrəli, 20 noyabr 2025-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ: Məhkum təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti, məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və nümayəndəsi müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1531/2025 nömrəli, 20 noyabr 2025-ci tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar