Məhkəmə qərarları › İş №1(1-8)-106/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-106/2026

02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-106/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-391/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum Məhkum ## ######## 1992-ci il tarixdə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olan, ünvan 3 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq yaşamışdır.

2. 17 sentyabr 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2023-cü il tarixdə, 20 radələrində x ünvanında yerləşən zərərçəkmiş şəxs5 məxsus ünvansız fərdi yaşayış evinə pəncərədən daxil olma yolu ilə daxil olaraq həmin evdən 600 manat məbləğində nağd pul, 01 (bir) ədəd 1200 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 583 əyyarda olan qızıl sırğanı, 05 (beş) ədəd 01 ədədinin qiyməti 10 manat olmaqla ümumi 50 manat dəyərində polad tərkibli, hər ədədi 03 qram çəkidə olan qolbaq və 01 (bir) ədəd 35 manat plastik metaldan hazırlanmış, qızıl nöqtələrlə bəzədilmiş muncuğu, ümumilikdə zərərçəkmiş şəxs5 məxsus 1885 (bir min səkkiz yüz səksən beş) manat dəyərində əmlakı oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinə pəncərədən daxil olma yolu ilə daxil olub həmin evdən 300 manat nağd pulu, evin yataq otağında yerləşən qızıl qabında olan 01 (bir) ədəd 700 manat dəyərində olan sarı rəngli, Rusiya Federasiyası istehsallı, 8 qram çəkili, 583 əyarda olan üzüyü, 01 (bir) ədəd 500 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 4.5 qram çəkidə, beşlik qızılı, 01 (bir) ədəd 1100 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 12 qram çəkidə, 583 əyyarda olan qızıl boyunbağını, 01 (bir) ədəd 300 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 4 qram çəkidə, 583 əyyarda olan qızıl klonu, 01 (bir) ədəd 40 manat dəyərində şüşə tərkibli, 2 qram çəkidə qıraqları qızıl naxışlarla bəzədilmiş gözmuncuğunu, 01 ədəd 900 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 10 qram çəkidə, 583 əyyarda olan qızıl üzüyü, 01 (bir) ədəd 40 manat dəyərində dəmirdən hazırlanmış, üz qapağı şüşədən olan adi qol saatını, 01 (bir) ədəd 45 manat dəyərində polad tiyəli, 20 sm uzunluğu, 3 sm eni olan, taxta dəstəkli, dəri üzlüklü suvenir bıçağı, 01 (bir) ədəd 15 manat dəyərində qızılı rəngli, polad tərkibli, 9 qram çəkili üzüyü, 01 (bir) ədəd 20 manat dəyərində polad tərkibli, 15 qram çəkidə olan boyunbağını, ümumilikdə zərərçəkmiş şəxs1 məxsus 3960 (üç min doqquz yüz altmış) manat dəyərində əmlakı oğurlamışdır. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində zərərçəkmiş şəxs3 Zərqəm qızına məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinə pəncərədən daxil olma yolu ilə daxil olub həmin evin yataq otağında yerləşən əşya dolabının önündə olan mücrünün içərisindən 02 (iki) ədəd bir ədədinin qiyməti 60 manat, ümumi qiyməti 120 manat olan gümüşdən hazırlanmış, hər birinin ayrılıqda çəkisi 13 qram olan üzüyü, 01 (bir) ədəd 300 manat dəyərində polad materialdan hazırlanmış, 40 qram çəkidə olan boyunbağını, 10 (on) ədəd bir ədədinin qiyməti 15 manat olmaqla ümumi qiyməti 150 manat olan polad materialdan hazırlanmış, hər birinin ayrılıqda çəkisi 04 qram olan sırğaları, 05 (beş) ədəd bir ədədinin qiyməti 25 manat olmaqla ümumi qiyməti 125 manat olan hər birinin çəkisi ayrılıqda 10 qram olan, polad materialdan hazırlanmış sırğaları, 05 ədəd hər birinin ayrılıqda qiyməti 30 manat olmaqla ümumi qiyməti 150 manat olan polad materialdan hazırlanmış, hər birinin ayrılıqda çəkisi 15 qram olan üzükləri, 01 (bir) ədəd 15 manat dəyərində polad materialdan hazırlanmış, zümrüd qaşlı, 15 qram çəkiyə malik olan, boyunbağını, 03 (üç) ədəd bir ədədinin qiyməti 25 manat olmaqla ümumi dəyəri 75 manat olan dəmir materialdan hazırlanmış, mərkəz hissəsi şüşədən olan, adi qadın saatını, 01 (bir) ədəd 90 manat dəyərində “Samsung” markalı, smart qol saatını, 01 (bir) ədəd 12 manat dəyərində polad materialdan hazırlanmış, 04 qram çəkiyə malik olan üzüyü, 03 (üç) ədəd bir ədədinin qiyməti 14 manat olmaqla ümumi qiyməti 42 manat olan polad materialdan hazırlanmış, hər birinin ayrılıqda ümumi çəkisi 07 qram olan qolbaqları, ümumilikdə zərərçəkmiş şəxs3 məxsus 1079 (bir min yetmiş doqquz) manat dəyərində əmlakı oğurlamışdır. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinə hasardan aşma yolu ilə daxil olaraq fərdi yaşayış evindən 02 (iki) ədəd bir ədədinin qiyməti 850 manat olmaqla 1700 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 10 qram çəkidə, 583 əyyarda olan qızıl üzükləri, 02 (iki) ədəd bir ədədinin qiyməti 850 manat olmaqla ümumi 1700 manat dəyərində sarı rəngli, Italiya Respublikası istehsallı, 10 qram çəkidə, 585 əyarda olan qızıl üzükləri, 01 (bir) ədəd 1100 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 12 qram çəkidə, 583 əyyarlı üzüyü, 01 (bir) ədəd 3400 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 40 qram çəkidə, 583 əyyarda olan qızıl qol saatı, 01 (bir) ədəd 1000 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 12 qram çəkidə, 585 əyyarda olan qızıl boyunbağını, 01 (bir) ədəd 1000 manat dəyərində ağ rəngli, Italiya Respublikası istehsallı, 12 qram çəkili, 585 qram çəkidə olan qızıl boyunbağını, 01 (bir) ədəd 500 manat dəyərində sarı rəngli, Italiya Respublikası istehsallı, 5,5 qram çəkidə, 585 əyyarda olan qızıl kulonu, 01 (bir) ədəd 600 manat dəyərində sarı rəngli, Italiya Respublikası istehsallı, 7 qram çəkili, 585 əyarda olan qızıl qolbağı, 01 (bir) ədəd 250 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 3 qram çəkidə, 583 əyyarda olan uşaq üçün qolbağı, 01 (bir) ədəd 700 manat dəyərində sarı rəngli, Italiya Respublikası istehsallı, 9 qram çəkidə, 585 əyyarda olan qızıl sırğanı, 01 (bir) ədəd 200 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 2 qram çəkidə, 583 əyyarda olan, istifadəyə yararsız qızıl parçasını, 01 (bir) ədəd 20 manat dəyərində 5 qram çəkidə olan gümüş üzüyü, 01 (bir) ədəd 20 manat dəyərində 5 qram çəkidə olan gümüş sırğanı, ümumilikdə zərərçəkmiş şəxs4 məxsus 12190 (on iki min yüz doxsan) manat dəyərində xeyli miqdarda əmlakı oğurlamışdır. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində ünvan 1 ünvanında zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evinə daxil olaraq həmin evdən 2000 manat pul vəsaitinin, 01 (bir) ədəd 150 manat dəyərində “Naviforce” markalı, dəmirdən hazırlanmış, adi qol satını, 01 (bir) ədəd 150 manat dəyərində “Naviforce” markalı, kənarları dəridən hazırlanmış, adi qol saatını, 01 (bir) ədəd 700 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 8 qram çəkidə, 583 əyyarda olan qızıl boyunbağını, 01 ədəd 550 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 6 qram çəkidə, 583 əyyarda olan qızıl sırğanı, 01 (bir) ədəd 900 manat dəyərində sarı rəngli, Italiya Respublikası istehsallı, 10 qram çəkidə 585 əyyarda olan qızıl qolbağı, 01 ədəd 300 manat dəyərində “Samsung” markalı, smart qol saatını, 02 (iki) ədəd bir ədədinin qiyməti 30 manat olan dəmir materialdan hazırlanmış qadın qol saatını, ümumilikdə zərərçəkmiş şəxs7 məxsus 4810 ( dörd min səkkiz yüz on) manat dəyərində əmlakı oğurlamışdır. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi, F.Yusubov küçəsi ünvanında yerləşən X3 məxsus fərdi yaşayış evinə evin plastik pəncərəsini güc tətbiq edərək açmaq yolu ilə daxil olaraq həmin evin yataq otaqlarını axtarmış, lakin, evdə hər hansı bir dəyərli əmlak aşkar edə bilmədiyi üçün evi tərk edərək oğurluq etməyə cəhd etmişdir. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanında yerləşən zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə evin plastik pəncərəsini güc tətbiq edərək açmaq yolu ilə daxil olaraq həmin evin yataq otaqlarını axtarmış, lakin, evdə hər hansı bir dəyərli əmlak aşkar edə bilmədiyi üçün evi tərk edərək oğurluq etməyə cəhd etmişdir. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 iyul 2024-cü il tarixdə, saat 22 radələrində piyada Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində hərəkət edib Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsi 06 ünvanında yerləşən zərərçəkmiş şəxs8 Səfadil qızına məxsus iki mərtəbəli fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olduqdan sonra fərdi yaşayış evinin ikinci mərtəbəsinin pəncərəsini əli ilə itələyib açaraq qanunsuz evin içərisinə daxil olub giriş otağında, sağ hissədə ikinci sırada olan yataq otağına keçərək çarpayının üzərindəki döşəyin altında əl dəsmalının içərisində saxlanılan 8970 manat dəyərində bir dəst Italiya Respublikası istehsallı 750 əyarlı təxminən 78 qram çəkidə yəni (1 ədəd brilyant qaşlı ağ rəngli qızıl boyunbağını, 1 ədəd brilyant qaşlı ağ rəngli qızıl üzüyü və 1 cüt brilyant qaşlı ağ rəngli qızıl sırğanı), 1700 manat dəyərində bir dəst Rusiya Federasiyası istehsallı olan 585 əyarlı təxminən 20 qram çəkidə yəni (1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl üzüyü və 1 cüt qızıl sırğanı), 1035 manat dəyərində bir ədəd Italiya Respublikası istehsallı 750 əyarlı təxminən 9 qram çəkidə zümrüd qaşlı brilyant daşlarla əhatə edilmiş qızıl üzüyü, 1035 manat dəyərində bir ədəd Italiya Respublikası istehsallı 750 əyarlı təxminən 9 qram çəkidə olan brilyant qaşlı bir ədəd qızıl üzüyü, həmin otaqda giriş qapısının sol tərəfində olan dolabın üzərindəki 5 manat dəyərində bir ədəd “Məkkə” şəkili olan suveniri (brelok), ümumi dəyəri 10 manat təşkil edən 5 ədəd qızılı rəngli çömçə qaşıqları, 150 manat dəyərində gümüşü materialdan olan təsbehi və 6 manat nağd pulu gizli yolla talayıb ümumilikdə zərərçəkmiş şəxs8 məxsus 12906 (on iki min doqquz yüz altı) manat dəyərində xeyli miqdarda əmlakı oğurlamışdır.

5. Goranboy Rayon Məhkəməsinin 1(045)-3/2025 nömrəli, 08 may 2025-ci il tarixli

13. ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, hökmü 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 05 (beş) ay müddətin təyin olunmuş 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 iyul 2024cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, işinə yenidən baxılaraq barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir.

7. Hökmdən həmçinin dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, hökmün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq cəzanın müəyyən edilməsi ilə cinayət qanunvericiliyinin tələblərinə uyğun dəyişdirilməsi xahiş edilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-391/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 1(045)-3/2025 nömrəli, 08 may 2025-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 05 (beş) ay müddətin təyin olunmuş 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar 10.Kassasiya şikayətində məhkum ona təyin edilmiş cəzanın həm mənəvi, həm psixoloji baxımdan ağır təsir göstərdiyini, himayəsində ana himayəsindən məhrum olan azyaşlı qız övladının olduğunu, özünün həbsdə olması səbəbindən uşağın bütün məsuliyyətinin birinci qrup əlil olan atasının və görmə qabiliyyəti zəif olan anasının qaldığını bildirmiş, təyin edilmiş cəza müddətinin qismən azaldılması barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 14.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 15.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 16.Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 17.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-391/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 18.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 20.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 22.Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 23.

24. Belə ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişlər.

25. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. 26.Iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəza təyin edərkən cəzanı yüngülləşdirən halları müəyyən etməmişdir. Bununla yanaşı, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Məhkum əməlində cinayətlərin residivinin olması cəzanı ağırlaşdıran hal kimi qiymətləndirərək, ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə onun 05 (beş) ay müddətində həbsdə olmasını nəzərə alaraq həmin müddəti təyin olunmuş cəzadan çıxmaqla üzərində 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını hökm etmişdir. 27.Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir, lakin birinci instansiya məhkəməsinin hökmünün nəticəvi hissəsində yanlışlığa yol verdiyini nəzərə alıb, təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından Məhkum həbsdə olduğu 05 (beş) ay müddəti çıxmış və qəti olaraq ona 02 (iki) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. 28.Məhkum Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşaraq hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3cü maddələrinin tələblərinə xidmət edir. 29.Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, hər iki instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. 30.Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 31.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-391/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-391/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar